Ardını oxu...
Hazırda bir çox Qərb ekspertləri Rusiyanın parçalanması ilə bağlı proqnozlar irəli sürürlər. Hesablamalara görə, bu haradasa yaxın 1-2 il ərzində baş verəcək. Onların fikrincə, Putin hakimiyyətdən devriləndən sonra Rusiyanın parçalanması qaçılmaz olacaq.

Bəs Rusiya parçalanarsa, bunun Azərbaycana nə kimi faydalı, yaxud zərərli təsirləri olacaq? Ümumiyyətlə, postputin dönəmi necə olacaq? ABŞ və Avropa bu dönəmə necə hazırlaşır, nələri planlaşdırır? Bilirik ki, Azərbaycanın Rusiya ərazisində tarixi torpaqları var. Rusiya parçalanacağı təqdirdə Azərbaycan rəsmi şəkildə o torpaqlara iddia etməldirmi?

Azərbaycan cəmiyyətini düşündürən bu sualları “7Times.az“a açıqlamasında politoloq Elxan Şahinoğlu cavablandırıb: “ Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlamaqla ölkə faktiki olaraq bataqlığa sürükləndi. Əslində bu Rusiyanın müharibəsi deyildi, Rusiyanın maraqlarına cavab vermirdi. Bu intiqam hissi ilə yaşayan Putinin şəxsi müharibəsidir. Putin böyük imperiyanı bərpa etməklə Qərbə dirsək göstərmək xülyası ilə yaşayır. Amma alınmadı. Bir ilə yaxındır ki, müharibə gedir. Rusiyanın gözəgörünən uğurları yoxdur, itkiləri isə 100 mini keçib və bunun hesabını vermək lazım gələcək. Doğrudur, hazırda Rusiya cəmiyyəti qorxusundan Putinə dəstək verir, amma bir gün həqiqətən Putin olmasa, Rusiya cəmiyyəti onun yerinə gələnə dəstək verəcəkmi? Putinin xəstəliyi ilə bağlı kifayət qədər məlumat yayılır. Yəni, bir gün Putin hansısa səbəbdən hakimiyyətdən getsə, onun yerinə gələn şəxsin Ukraynaya qarşı müharibəni davam etdirmək iqtidarında olacağını düşünmürəm. Təzyiqlər olacaq və inanmıram ki, Rusiya cəmiyyəti bu gün Putinə verdiyi dəstəyi onun yerinə gələnə də verəcək. Bu halda Qərb Rusiyanın daha çox zəifləməyinə çalışacaq. Onsuz da ABŞ Rusiyanın Ukrayna bataqlığına düşməsindən istifadə edərək onun zəifləməsini sürətləndirən sanksiyalar tətbiq edir. Rusiya neft və qazını Qərb ölkələrinə sata bilmir. Rusiya hakimiyyəti bunu etiraf etməsə də, ölkədə iqtisadi vəziyyət getdikcə ağırlaşır. Demək olar ki, Qərb Rusiya ilə qonşu olan ölkələrdə, o cümlədən Azərbaycanda postputin dövrünə hazırlaşır. Bu dövrün necə olacağını proqnozlaşdırmaq çətindir. Əlbəttə, Rusiya zəifləyə, hətta ən pis halda parçalana da bilər. Rusiya 200 il ərzində Azərbaycana durmadan təzyiq edib, bizə erməni problemini yaradan da məhz Rusiya imperiyası olub. O üzdən Rusiyanın zəifləməsi haradasa Azərbaycanın maraqlarına cavab verə bilər. Belə ki, zəifləyən Rusiya nəhayət Cənubi Qafqazdan əlini çəkər. Əslində 44 günlük savaşda da qarşımızda Rusiya olmasa idi, məsələni birdəfəlik həll edəcəkdik. Amma imkan vermədilər. Amma Rusiya zəifləyərsə, yaxud daha pis halda parçalanma ehtimalı artarsa, bizim də burada öz maraqlarımız olacaq. Birincisi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası istiqamətində addımlarımızı atacağıq. İkincisi, bəli, Rusiya ərazisində tarixi torpaqlarımız var, əlbəttə indidən bu məsələdə hansı siyasət yürüdəcəyimizi demək çətindir, amma həqiqətən hadisələr elə sürətlə inkişaf edə bilər ki, həm İran, həm də Rusiya ərazisində olan tarixi torpaqlarımızın geri qaytarılması istiqamətində addımlar atmağa məcbur qala bilərik”.

Rübabə Səməndər
 
 
 
Ardını oxu...
Bildiyimiz kimi, bu il Türkiyədə növbəti president seçkiləri keçiriləcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində prezident seçkilərinin may ayında keçiriləcəyini açıqlayıb. Türkiyə Cümhuriyyətində cərəyan edən siyasi proseslər həmişə Azərbaycan ictimaiyyətinin diqqət mərkəzində olub. Təbii ki, qarşıdan gələn president seçkiləri də Azərbaycan ictimaiyyətinin, xüsusiılə də politoloq və siyasi partiya liderlərinin diqqət mərkəzindədir.

Seçkilərin nəticələri Türkiyə Azərbaycan münasibətlərinə necə təsir göstərəcək? Türkiyədə hakimiyyət dəyişərsə, yeni iqtidar Azərbaycanın yanında olacaqamı?

Azərbaycan, eləcə də Türkiyə mediasında müzakirə olunan mövzuyla bağlı politoloq Məhəmməd Əsədullazadə 7Times.Az-a açıqlama verib: “Türkiyə Azərbaycan münasibətləri təkcə hakimiyyətlərası münasibətlər deyil. Bu münasibətlər iki xalq arasında təbii müttəfiqlik və qardaşlıq prinsiplərinə söykənir. Hələ 1918-ci ildə Osmanlı dövründə Türkiyə Azərbaycana ciddi dəstək verib, Azərbaycanda Demokratik Xalq Cümhuriyyətinin yaranmasında mühüm rol oynayıb və Azərbaycan dövlətini qoruyub. Hətta sovetlər dönəmində də Türkyə cümhuriyyətinin Azərbaycana qarşı ciddi marağı olub. Türkiyə prezidentləri və baş nazirləri dəfələrlə Azərbaycana səfər ediblər və ölkəmizlə əlaqələri daim qoruyub saxlayıblar. Həmçinin Naxçıvanın Ermənistana verilməməsində də Türkiyə ciddi mövqe ortaya qoyib. 1991-ci ildə, Birinci Qarabağ müharibəsində, müəyyən səbəblərə görə Türkiyə Azərbaycana yardım edə bilmədi. Bunun obyektiv və sybyektiv səbəbləri vardı. O zaman Türkiyə NATO üzvü olaraq ABŞ-dan çox asılı idi. Amma Türkiyə dövləti Ermənistanla bütün əlaqələrini kəsdi və adıçəkilən ölkəyə iqtisadi sanksiyalar tətbiq etdi. Rəcəb Təyyib Ərdoğanın hakimiyyəti dövründə dövlətlərimiz arasında münasibətlər daha da yüksələn xətlə inkişaf etdi, Azərbaycan və Türkiyə tarixi üçün böyük əhəmiyyətə malik Şuşa Bəyannaməsi imzalandı. Düşünürəm ki, növbəti president seçkiləri cənab Ərdoğanın xeyrinə sonuclanacaq. Amma Ərdoğan hakimkyyətdən gedəcəyi təqdirdə belə Türkiyə Azərbaycan əlaqələrinin zəifləyəcəyini zənn etmirəm. Xüsusiıə də rəsmi Ankara tərəfdən. Çünki artıq şərtlər əvvəlki kimi deyil. Yeni geosiyasi şərtlər formalaşıb. Regionda söz sahibi olan Türkiyə artıq dünya gücünə çevrilir. İstər CHP, istərsə də İYİ Partiyanın hakimiyyətə gəlişinin ölkələrimiz arasındakı münasibətlərin dəyişməsinə səbəb olacağını düşünmürəm. İnanıram ki, istənilən halda Türkiyə Azərbaycan münasibətləri yüksək səviyyədə davam edəcək. Bir daha vurğulamaq istəyirəm ki, ölkələrimiz arasındakı əlaqələr təkcə hakimiyyətlərarası əlaqələr deyil, iki xalq arasındakı dostluq, qardaşlıq münasibətləridir”.
 
Ardını oxu...
Naxçıvan Dövlət Universiteti Azərbaycanın bəlkə də ən rüşvətxor ali məktəbidir. Bu "təhsil ocağı"nda hər nəsnənin öz qiyməti var. Rüşvətini ver, istəyirsən, dərsə gəlmədən belə qırmızı diplom al. Hər halda mənə bu barədə çoxlu şikayət məktubları gəlir və mən bu məktublara əsasən danışıram. Sadəcə başımı həmin ali məktəbə qoşmamaq üçün indiyədək sözügedən məktubları dərc etmirdim. Daha doğrusu, NDU-nu növbəti dəfələrə saxlayırdım.
Görünür, bu laqeydliyimi sezən rektor Elbrus İsayev məndən öz xeyrinə təbliğat ruporu kimi faydalanmağa qərar verib. Bir adamını öyrədib mənə təhsil sisteminə heç bir dəxli olmayan və davamlı tənqid etdiyim bir şəxsi (hələlik adını açıqlamıram) pisləyərək Elbrus İsayevi göylərə qaldıran "məlumatlar" sızdırır. Mən də təbii ki, bu məlumatı dərc ertmədim. Elbrus müəllimin adamı isə "xamlığıma" güvənib vatçap nömrəmə məni jurnalist kimi obyektiv olmamaqda günahdıran mesaj ünvanlayıb. Özü də ərkanə üslubda. Guya ki, mən ona edilmiş hansısa xüsusi diqqətə görə Naxçıvanın elmi potensialını darmadağın dağıdan bir adama məddahlıq etməli imişəm.
Elbrus müəllim, o mesajın sizin arzunuzla mənə ünvanlandığının fərqindəyəm və bunu məni axmaq yerinə qoymağınız kimi qiymətləndirirəm. Hazırda da öz digər adamlarınızı da bu işə səfərbər edib yanlışınızı davam etdirirsiniz. Sizin tərəfdarlarınız NDU-da baş verən özbaşınalıqları, rüşvətxorluqları keçmiş prorektorunuz Seymur Talıbovun adına yazırlar. Dünənə qədər qol-boyun olub tələbələri qaz kimi yolduğunuz bir adama qarşı bu hərəkətin nə qədər əxlaqi olub-olmadığını müəyyənləşdirməyi sizinlə Seymurun ixtiyarına buraxıram. Mən hər halda Seymurun vəkili deyiləm ki, onun haqqını müdafiə edəm.
Məni maraqlandıran başqa məsələlərdir. Əvvəla, NDU-nun rektoru siz idiniz, yoxsa Seymur "müəllim"? Dünənə qədər Seymurun arxasında gizlənib NDU-nu rüşvət ocağına çevirməyiniz azmış kimi, indi də ondan qalxan kimi istifadə etməyiniz müəllim, ziyalı adı daşıyan bir şəxsə yaraşmaz. Bunu özünüzə necə yaraşdırmağınız sizin vicdani məsuliyyətinizə aid məsələ olduğundan mənə o qədər də dəxli yoxdur.
Məni maraqlandıran əsas məsələ isə özümlə bağlıdır. Etiraf edim ki, məni axmaq yerinə qoymağınız və bütün xəbərdarlıqlarıma baxmayaraq bu işi davam etdirməyiniz qüruruma toxunur. Məni məcbur edirsiniz, indiyədək NDU-dan mənə ünvanlanan şikayət məktublarını yayımlayam. Əgər həqiqətən də istədiyiniz budursa, bilin və agah olun, mən əlimdəki sizinlə bağlı bütün materialları paylaşacağam. Bir az səbrli olun və vaxtınızı gözləyin. Və trollarınızı mənim səhifəmdən çəkib yerlərinə oturdun.
Heydər Oğuz
Teref.az
 
Ardını oxu...
Fransa prezidenti Emmanuel Makron siyasi naşılığını bir daha biruzə verib. Makron Rusiya prezidenti Vladimir Putinin paradoksal şəxs olduğunu belə izah edib:
“Mən onunla görüşəndə onun pis adam olduğu təəssüratı yaranmır, paradoks bundadır”. Aydındır ki, daxili hisslərini məharətlə gizlədən Putin istənilən lider kimi qonaqlarını gülərüz şəkildə qəbul edib və beləcə yola salır.
Putin Makronun üstünə qışqırıb, “baxarsız başınıza nə oyun açacam” deməliydi? Görünür Makron gözləyirmiş ki, əgər Putinlə Moskvada və Parisdə saatlarla söhbət edib, gülüb, hətta bir-birlərinə lətifə danışıblarsa Rusiya prezidenti Ukraynaya qarşı işğalçı müharibə başlamamalıydı.
Bu ona bənzəyərdi ki, Fransanın əfsanəvi lideri Şarl de Qol Moskvada Stalinlə görüşdən sonra ətrafındakılara deyərdi ki, “Stalin pis adama bənzəmir”. Halbuki, milyonlarla günahsız insanın qətl əmrini verən, İkinci Dünya müharibəsindən əvvəl Hitlerlə anlaşma imzalayan və onunla 1939-cu ildə Polşanı parçalayan Stalin idi və bunu Şarl de Qol bilməmiş deyildi. Təsadüfi deyil ki, Şar de Qol 1944-cü ildə Moskvada Stalinlə görüşdən sonra xatirələrində bunları yazırdı:
“Qarşımda xalqının qanını sovurmağa hazır olan tiran dayanmışdı”. Şarl de Qol Stalinin gülüşünə Makron kimi aldanmamışdı.
Elxan Şahinoğlu
Teref.az
 
 
 
Ardını oxu...
Nikol Paşinyan polisə Ermənistanın Gümrü şəhərində Rusiya hərbi bazası yaxınlığında keçirilən aksiyada iştirak edənləri həbs etmək əmri verməklə Kremlə göstərmək istəyib ki, guya onun bu aksiya ilə əlaqəsi yoxdur. Ancaq Kreml və onun Ermənistandakı əlaltısı olan “Qarabağ klanı” fərqli düşünür. “Qarabağ klanı” simasında müxalif siyasətçilər açıq bildiriblər ki, Rusiyanın hərbi bazası qarşısında aksiyanı birbaşa Paşinyan təşkil etməsə də, Ermənistanın baş naziri etiraza şərait yaradıb.
Bunda həqiqət payı var. Birincisi, Paşinyan istəsəydi etirazın qarşısını etirazçılar hərbi bazaya yürüşə başlayarkən ala bilərdi. İkincisi, Paşinyan Rusiya hərbi kontingentinin Laçın yolunu açmamasından narazıdır. Paşinyan istəyinə nail olmadıqda Gümrüyə gedən erməni etirazçılar Rusiya hərbi bazasına gedən yolu bağlamağa cəhd ediblər. Sanki Paşinyan Moskvaya demək istəyib ki, “biz də sizin yolunuzu bağlaya bilərik”. Üçüncüsü, Gümrü hərbi bazasının qarşısındakı şüarlarda Rusiya və Kreml sahibi Vladimir Putin əleyhinə aşağılayıcı şüarlar səsləndirib. “Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir!”, “Ar olsun belə müttəfiqə!”, “KTMT-yə yox!” bağıran etirazçılar Paşinyanın düşündüyünü dilə gətiriblər.
Bu etirazla Paşinyan Kremlə demək istəyib ki, Laçın yolunu açmasaz Ermənistanda Rusiya əleyhinə narazılıq artacaq. Rusiyadakı siyasi dairələr Nikol Paşinyanın ABŞ və Fransa ilə daha da yaxınlaşmaq üçün Rusiya əleyhinə bəhanə axtarmasından şübhəlidirlər. Növbə Kremlindir, Rusiyadakı dairələrin Nikol Paşinyanı cəzalandırmağın yeni üsulları barədə düşündüklərini ehtimal etmək olar. Kremlin Rusiya hərbi kontingentinin Qarabağdakı səlahiyyətlərini tədricən Azərbaycan ordusuna təhvil verməsi Paşinyana ən ağır zərbə olar.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Ən yeni tarix. Maraqlı faktlar.
Bütün dünya ölkələrində dövlət başçılarına məxsus sənədlərin arxivləşdirilməsi məsələsinə ciddi diqqət yetirilir. O cümlədən SSRİ-də də birinci şəxslərin arxivlərinin yaradılması üçün Mərkəzi Komitənin müvafiq göstəriş və qərarları olub. Arxivlərdəki həmin sənədlər uzun illər “məxfi” qrifi ilə saxlanılsa da zaman-zaman onlar məxfilikdən çıxarılaraq ictimaiyyətə təqdim edilib. Ancaq bu günə qədər dövlət başçılarına məxsus “məxfi” qovluqlardan hələ açılmayanları da var...
Hazırda İosif Stalinə məxsus sənədlər Rusiya Federasiyası prezidentinin arxivində 558 nömrəli fondda saxlanılır. Yalnız onların bir qismi 1998-ci ildə Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinə verilib.
558 nömrəli fond 11 bölmədən, 18809 sənəddən ibarətdir. 1-ci bölmədə Stalinin əlyazmaları, 2-ci bölmədə şəxsi sənədləri, 3-cü bölmədə sovet liderinin kitabxanası, 4-cü bölmədə bioqrafik xarakterli sənədlər və arayışlar, 5-ci bölmədə Stalinin qeydlər apardığı kitablar, 6, 7, 8-ci bölmələrdə ayrı-ayrı dövrlərdə, o cümlədən 70 illiyi münasibətilə Stalinə ünvanlanan təbriklər, 9-cu bölmədə Stalinin dövlət başçılarına göndərdiyi məktublar, müraciətlər, təbriklər, 10-cu bölmədə Stalinin vəfatı ilə Mərkəzi Komitəyə daxil olan teleqram və məktublar, 11-ci bölmədə Stalinin katibliyinin sənədləri saxlanılır. 558 nömrəli fondun bir sıra qovluqları 2000-ci ildə məxfilikdən çıxarılıb.
Stalinin arxivi 1922-ci ildə yaradılıb. 1953-cü ilə, Stalinin vəfatına qədər bu arxivə konkret şəxslərdən başqa heç kim müdaxilə edə bilməyib. Sovet liderinin ölümündən sonra isə 558 nömrəli fonda yetərincə “əl gəzdirilib”.
Arxivdəki bəzi materialları məhv etmək üçün mövcud dövrün səlahiyyət sahibləri bu işi “qanun” çərçivəsində görüblər. Belə ki, 1953-cü ilin mart ayının 5-də, hələ Stalinin vəfatı rəsmi elan edilməmiş Siyasi Büro tələsik şəkildə aşağıdakı qərarı qəbul edib:
“Gerogi Malenkova, Lavrenti Beriyaya, Nikita Xruşova tapşırılsın ki, İosif Stalinin sənədlərinin lazımi qaydada yerləşdirilməsini təmin etmək üçün tədbirlər görsünlər...”
Bu qərarla hər üç dövlət məmuru nəinki arxiv materiallarına, eyni zamanda Stalinin kabinetində, mənzilində və bağ evində seyf və şkaflarına da müdaxilə ediblər.
Stalinin qızı Svetlana Alliluyeva öz xatirələrində bu məsələ ilə bağlı fikirlərini belə açıqlayıb:
“Hələ atamın dəfn mərasiminə qədər Lavrenti Beriyanın göstərişi ilə Kuntsevodakı bağ evindən atama məxsus bütün əşyalar və sənədlər çıxarıldı. O cümlədən atamın kabinetindəki seyfi də onun vəfat etdiyi gün Lavrenti Beriya açmışdı. Beriyanın atamın arxivinə girişinə qarşı heç kim çıxa bilməzdi. Çünki onlar hər şeyi rəsmiləşdirmişdilər, Siyasi Büroda qərar çıxarılmışdı, bütün bunlar əvvəlcədən planlaşdırılmışdı...”
Araşdırmaçı Oleq Xlevnyuk isə müəllifi olduğu “Stalin – bir rəhbərin həyatı” kitabında daha maraqlı açıqlamalar verib:
“Stalinin kabinetindəki seyfində onun vəsiyyəti olub. Bu faktı Stalinin köməkçisi Poskrebışev də təsdiqləyib. Amma Stalinin vəfat etdiyi gün bu vəsiyyət yoxa çıxıb. Seyf isə Lavrenti Beriyanın göstərişi ilə açılıb. Bununla yanaşı kabinetdən bir çox sənədlər, arxivdən “məxfi” qrifli qovluqlar da müəmmalı şəkildə itib. Diqqət çəkən faktlardan biri odur ki, Stalinlə vida görüşü zamanı Beriya mərasimi təklikdə tərk edərək Stalinin kabinetində sənədlərlə məşğul olub. Ortaya sual çıxır. Nəyə görə Beriya və Xruşov Stalinin sənədlərinə, onun arxivinə bu qədər “maraq” göstəriblər? Cavab aydındır. Yəqin ki, o sənədlərin içərisində Beriya və Xruşovla bağlı “arzuolunmaz sənədlər” də olub...”
Beriyanın həbsindən sonra Xruşov Stalinin arxivinə daha geniş şəkildə əl qoyub. Bəzi versiyalara görə arxivdəki 108 qovluq tamamilə məhv edilib. Bu haqda məlumatlı olan Vyaçeslav Molotov arxivə müdaxilənin qarşısını almağa cəhd etsə də, onun bu cəhdləri nəticəsiz qalıb. Hətta Molotov və Malenkov Xruşovun arxiv müdaxiləsini Mərkəzi Komitənin iclaslarında müzakirəyə çıxarıblar. Amma Xruşov öz ətrafı ilə Stalinin ən yaxın silahdaşlarını susdurmağı bacarıb, onları siyasi səhnədən uzaqlaşdıra bilib.
Araşdırmaçıların qənaətinə görə 558 nömrəli fondda saxlanılan və məxfiliyi götürülməyən qovluqlarda təkcə Stalinlə bağlı yox, mövcud dövrdəki ictimai-siyasi proseslərlə bağlı sənədlər də mövcuddur. Məhz bu sənədlər vasitəsi ilə Stalinin hakimiyyəti illərində baş verən və bu günə qədər qaranlıq qalan hadisələrə aydınlıq gətirmək mümkündür.
İlham Cəmiloğlu.
 
 
 
Ardını oxu...
Beynəlxalq ekspertlər bu il Azərbaycan və Ermənistan arasında hərbi ekslasiyanın baş vermə riskini yüksək qiymətləndirir: sülh müqaviləsi ətrafındakı fikir ayrılığı, 44 günlük müharibədən sonra bölgədə yaranmış situasiyanın dəyişdirilməsi cəhdləri bu gözləntiləri artırır;

Mümkün eskalasiyanın hansı ssenarilər üzrə baş verə biləcəyi maraqlıdır.

Birinci ssenari: Ermənistan sərhəd boyunca təxribatlara başlayır;

Paşinyan hakimiyyəti sentyabr döyüşlərindən sonra Azərbaycan ordusunun nəzarətinə keçən ərazilərin yenidən ələ keçirilməsi, yaxud hansısa istiqamətdə müəyyən irəliləyişlə danışıqlar masasında əlini gücləndirmək, xüsusilə bundan sərhədin delimitasiyası prosesində istifadə etmək istəyə bilər. Hərçənd, yeni macərada hərbi baxımdan heç nə qazanmasa belə, eskalasiyanın yaşanması siyasi baxımdan İrəvana sərfəlidir:

– Üçtərəfli razılaşmalar üzrə götürdüyü öhdəliklərdən qaçmaq “bəhanəsi” əldə edir;
– Müharibədən sonra danışıqlar masasında gündəmdə olan məsələləri sıfırlayır, ən pis halda prosesi uzadır, ən yaxşı halda yeni danışıqlar masası qurulur;
– İrəvan KTMT-dən dəstək tələbini aktuallaşdırır, buna paralel olaraq, anti-Rusiya siyasəti üçün əsaslar əldə edir, Rusiya qarşısında bölgəyə Qərb qüvvələrinin gətirilməsi kartından istifadə edir; beləliklə, həm Qərb, həm Rusiya qarşısında qiymətini artırmaq üçün manevrlər etmək imkanı qazanır;

İkinci ssenari: Azərbaycan öhdəliklərini yerinə yetirməyən Ermənistanın təxribatlarına hərbi müstəvidə adekvat cavab verir;

Əsas gözlənti Zəngəzur dəhlizinin açılması istiqamətindədir, hərçənd, Qərbin “dəhliz məntiqinə” qarşı olması fonunda belə bir addımın beynəlxalq müstəvidə yarada biləcəyi reaksiyanı hesablamaq çətin olduğu üçün Bakı İrəvana qarşı fərqli istiqamətlərdə addım ata bilər: bunun Qazaxın 7 kəndi və Kərki kəndi ilə bağlı olması ehtimalı var; Bakı bu kəndlərin sərhədin delimitasiyası prosesinə daxil edilməsinə nail olub, lakin İrəvanın son açıqlamaları məsələnin danışıqlar masasında həlli imkanlarını azaldır;

Azərbaycan-Ermənistan arasında mümkün eskalasiya ilə yanaşı, Bakının erməni qoşunların Qarabağdan çıxarılması öhdəliyinin icrası istiqamətində də praktiki addım ata biləcəyi gözləntisi son günlər daha da artır. Lakin bu istiqamətdə mümkün addımlar artıq Azərbaycanın daxili məsələsidir.

Asif Nərimanlı
 
 

Ardını oxu...
Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bir gün əvvəl Rusiya prezidenti Vladimir Putinə, bu gün isə Ukrayna prezidenti Volodomir Zelenskiyə zəng edib.
Ərdoğan müharibənin dayandırılması üçün var gücüylə çalışır, Putinə də təklif edib ki, birtərəfli qaydada atəşkəs elan etsin. Putin müharibənin ölkəsi üçün yorucu hala gəldiyini anlayaraq Ərdoğanın çağırışına müsbət reaksiya verərək atəşkəsə və Kiyevlə dialoqa meyllidir.
Ancaq Putin eyni zamanda Kiyevin Krımın və Ukraynanın 4 bölgəsinin Rusiyaya “birləşməsi reallığını” qəbul etməsini istəyir.
Belə olan halda nə atəşkəs, nə də dialoq faydalı olacaq. Kiyev işğalı uzadacaq atəşkəsin Ukraynanın ərazi bütövlüyü üçün təhlükə yaradacağından ehtiyat edir.
Çünki uzun atəşkəsdən sonra yenidən Rusiya ilə müharibəyə başlamaq çətin olacaq, atəşkəs dövründə isə Rusiya işğal etdiyi ərazilərdə möhkəmlənəcək. Azərbaycan nümunəsində də gördük ki, 26 illik atəşkəs işğalın uzanmasına şərait yaratdı.
Elxan Şahinoğlu
Teref.az
Ardını oxu...
“Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” MMC-nin rəisi Dövlət Vergi Xidməti ilə necə anlaşıb?

Bakı şəhər Ticarət və Xidmət Departamentinin “Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti vergidən yüzminlərlə manat yayındırır.

Bu barədə AzFakt.com məlumat əldə edib.

Məlumata görə bir il öncə adı çəkilən quruma rəis təyin edilən Elşad Səfərov vəzifəsindən qovulan Seymur Mədətovun yolunu gedir.

Belə ki, yenə də paytaxın yeraltı keçidlərində və “Kiosk Press” adlandırılan köşklərdə satılan siqaret, içki və digər məhsullara ƏDV çeki ödənilmir.

Məlumata görə Elşad Səfərov “Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” MMC-yə rəis təyin ediləndən qısa müddət sonra nəzarət etdiyi köşklərdə qiyməti qaldırmaqla bərabər, həmçinin bəzi malların satışına da “yaşıl işıq” yandırıb.

Hazırda Bakı şəhərində fəaliyyət göstərən köşklər və yeraltı keçidlər qəzet satış məntəqələrindən daha çox mağaza kimi fəaliyyət göstərirlər.

Köşklərdə həmişəki kimi aksiz markası olmayan siqaretlərin satışı barədə sosial şəbəkələrdə məlumatlara tez-tez rast gəlmək olur.

Məlumata görə köşklər və yeraltı keçidlərdə baş verən vergidən yayınma və digər qanunsuzluqlara isə Dövlət Vergi Xidməti müdaxilə etmir. Buna səbəb isə “Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti MMC-nin rəisi Elşad Səfərovun Vergilər Xidmətində yüksək vəzifəli şəxslərlə xüsusi münasibətlərinin olması göstərilir.

Qeyd edək ki, Elşad Səfərov əvvəllər Dövlət Vergi Xidmətində müxtəlif vəzifələrdə çalışıb.

Xatırladaq ki, “Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” MMC-nin əvvəli rəhbəri Seymur Mədətov aksiz markası olamayan siqaret və içkilərin satışı və vergidən yayınmağa görə Vergilər Xidməti tərəfindən 40 min manat cərimələnmişdi. Bu hadisədən sonra Seymur Mədətov vəzifəsindən çıxarılmışdı.

Mövzunu diqqətdə saxlayacağıq.

Məsələ ilə bağlı “Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” MMC mövqe bildirmədi.
 
Ardını oxu...
Dünyada gözlənilən müharibələrlə bağlı proqnozlar verilir. Əlbəttə ki, bu siyahıda Qarabağ da var.

Qarabağda müharibə ehtimalı hər zaman gündəmdə öz yerini qoruyur. Çünki ortada sülh yoxdur, olma ehtimalı da çox aşağıdır. Hətta sülhlə bağlı mesajlar da cəmiyyətlər tərəfindən aqressiv qarşılanır. Fərdi olaraq sülh mesajı verən şəxslər bir anlıq hədəfə çevrilir.

Bütün müharibələrin sonu sülhdür. Ancaq sülh fərdlərin mesajları ilə həll olunacaq bir proses deyil. Ona görə də insanların bu cür aqressiv münasibət bəsləməsi anormal hal deyil.

Sülh prosesini başladan, onu idarə edən dövlətlərdir. Dövlətlər yaxınlaşarsa, ortaya iradə qoyarsa, əlbəttə ki, bu proses başlaya bilər. Ən asan şey müharibə ritorikasıdır. Hər iki tərəfdən kifayət qədər itkilər olub, qan tökülüb. Hər iki tərəfin əhalisinin da son dərəcə ciddi travmaları var. Ona görə də nifrət hissini aşılamaq çox asandır. Ancaq sülh prosesi son dərəcə ağır, çətin və vaxtaparan prosesdir.

Təsəvvür edin, efirlərdə, yazılı və onlayn mediada çıxış edən şəxslər ancaq antiterror əməliyyatlarından danışırlar. Hətta hərbi xidmətə getməyən siyasətçilər belə antiterrordan danışır. Danışmağı bir yana, təcili keçirilməsi ilə bağlı çağırış da edə bilir. Belə olan halda, fərdlərin səsləndirdiyi sülh mesajına kim müsbət reaksiya verə bilər?

Üç müharibə görmüş bir zabitlə söhbət edirdim. Müharibə ehtimallarını müzakirə edirdik. Birdən durub dedi ki, vallah, bezdim, nə qədər müharibə olar? Atam gördü, özüm gördüm, oğlum gördü, bu proses həll olunmasa, nəvəm də görəcək? Sülh qardaş, dost olmaq anlamı daşımır. İki dövlət arasında sülh müqaviləsi bağlansa da, müharibənin qalıqları, bəlkə də, üç nəsil sonra unudula bilər. Ona görə də həssas şəkildə işləmək lazımdır.

Ətraflı

Hətta Qarabağdakı ermənilərin böyük bir hissəsi köçüb getsə də, qalanlar mütləq olacaq. Vətəndaş saydıqlarımızı qazanmaq üçün müxtəlif üsullardan istifadə etmək lazımdır. Birinci növbədə, Azərbaycan tərəfi orada yaşayan vətəndaşlarına və potensial vətəndaşlarına cəlbedici görünməlidir. Məsələ elə bir həddə gəlməlidir ki, Ruben Vardanyan və Arayik Arutyunyanın çağırışları ilə mitinqlərə çıxmasınlar, əksinə, onların əleyhinə qalxa bilsinlər. Bunun üçün təkcə maddi yox, həm də hüquq və azadlıqları barədə ciddi mesajlar vermək və onları inandırmaq lazımdır.

Hazırda Qarabağda vəziyyət gərginliyini qoruyub saxlayır. Məlum Şuşa-Xankəndi yolundakı aksiya da davam edir. Ancaq Şuşa-Xankəndi yolundakı aksiyanın münaqişəyə çevrilməməsi, təxribatların sıfıra endirilməsi üçün lazımı tədbirlər görülüb.

Necə?

Rusiya da, Azərbaycan da, elə erməni tərəfi də bilir ki, orada ən xırda təxribat ciddi fəsadlar verə bilər. Hər kəs bunun fərqindədir. İlk günlər ruslar adekvat daransa da, sonradan qurulan çadırları sökdülər, hərbçiləri də aksiya iştirakçılarından xeyli kənara çəkdilər. Beləcə ilk günlər olan sürtüşmə belə sıfıra endirildi. Təmassızlıq hazırda təxribatın olmaması üçün ən ideal variantlardan biridir. Bundan əlavə, ruslar erməniləri də yaxına buraxmır. Təmassızlıq təxribatı önləsə də, gərginliyi aşağı salmayacaq. Çünki maraqlar təmin olunmur.

Tərəflər nəinki danışıqlar aparır, ümumiyyətlə, sülhlə bağlı düşünmür belə. Ona görə də müharibə ehtimalı artır, artan xətt ilə də davam edəcək.

Ötən il onsuz da hərbi aktivlik kifayət qədər yüksək idi. Sərhəd toqquşmasından sonra tərəflər müharibə ritorikasını bir qədər aşağı salmışdılar. Buna səbəb də itkilər və hər iki tərəfin cəmiyyətinin mənfi reaksiyası idi.

Dünyada hansı proses gedirsə, elə regionda da o prosesin getdiyini görə bilirik. Yəni dünyada ölkələr sürətlə silahlanır, müdafiə xərcələri artır. Bundan başqa, Ukrayna-Rusiya müharibəsi fonunda bir çox bölgədə münaqişə ocaqlarının alovlanma ehtimalını görə bilirik. Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün, demək olar, heç bir təşəbbüs yoxdur. Yəni ölkələrin müharibəyə hazırlaşması fonunda Cənubi Qafqazda sülh ola bilər? Mümkünsüzdür. Ukrayna-Rusiya müharibəsindən sonra ən aktiv, hətta bir neçə dövlətin qoşulma ehtimalı ola biləcək Qarabağ münaqişəsini kim yatmağa qoyar?

Ehtimal edilən, proqnozlaşdırılan müharibədə tərəflər bütün potensialını ortaya qoyacaq. Qarabağ münaqişəsi yenidən müharibəyə çevriləcəyi halda, içinə başqa dövlətləri çəkmə ehtimalı ən yüksək olanlardandır.
 

Dünyapress TV

Xəbər lenti