Türkiyə “Gökdemir” Hava Hücumundan Müdafiə Sistemini uğurla sınaqdan keçirib.
Tribunainfo.az xarici mətbuata Türkiyə KİV-nə istinadən xəbər verir ki, sınaq zamanı “Gökdoğan” raketlərindən istifadə olunub.Qeyd edək ki, “Gökdemir” ASELSAN və TÜBİTAK-SAGE şirkətlərinin birgə istehsalıdır.
Bu sistemin raketləri 70 kilometrdən daha çox məsafəyə çata bilir.
Ehtimal olunur ki, yaxın vaxtlarda “Gökdemir” Hava Hücumundan Müdafiə Sistemində “Bozdoğan” raketlərinin də atışı həyata keçiriləcək.
Ukrayna əks-hücum əməliyyatını vaxtında həyata keçirmək üçün Qərb silahlarını alacaq. Teref.az APA-ya istinadən xəbər verir ki , bu barədə NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin Ali Baş Komandanı, amerikalı general Kristofer Kavoli bildirib. ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə çıxış edən general Kiyevin “hücum əməliyyatını həyata keçirmək üçün lazım olan bütün silahları vaxtında alacaqmı” sualına müsbət cavab verib. "Bəli. Biz ukraynalı həmkarlarımızla bu hücum üçün onlara nə qədər material lazım olacağı barədə danışmışıq. Mən tam əminəm ki, biz onlara lazım olan materialı çatdırmışıq və onların əməliyyatlarını dəstəkləmək üçün çatdırmağa davam edəcəyik", - Kavoli bildirib. General onu da bildirib ki, vəd edilmiş hərbi texnikanın 98%-dən çoxu artıq Kiyevə çatdırılıb.
Polşa və Rumıniyada Ukrayna ordusunun istifadə etdiyi hərbi texnikaların təmiri və texniki xidmətlər üçün mərkəzlər yaradılacaq.
“Apolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Rumıniyanın “Rheinmetall” şirkəti “Leopard 2”, “Challenger 2” tanklarını, Marder IFV-ləri, Fuchs BTR-ləri, həmçinin yük maşınlarını və artilleriya qurğularını təmir edəcək.
Polşanın “Bumar-Labedi” zavodu isə “Leopard 2A4” və “Leopard 2A6” tanklarına texniki xidmətlər göstərəcək.
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına yeni komandan təyin olunub. "Report" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, bu vəzifəyə müdafiə naziri Sergey Şoyqunun müşaviri, general-polkovnik Aleksandr Lentsov təyin edilib. Ətraflı Ad - 00:23
O, bu vəzifədə Andrey Volkovu əvəz e dəcək.
***
Rusiya hakimiyyəti Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanı Andrey Volkovu geri çağırmaq qərarına gəlib.
“Report” xəbər verir ki, bu barədə İrəvanın “Hraparak” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Rusiya sülhməramlılarının yeni komandanı general-polkovnik, təcrübəli hərbçi, Rusiya müdafiə naziri Sergey Şoyqunun ən etibarlı adamlarından biridir.
Rusiya gəmiləri Ukraynada döyüşən qoşunları tədarük etmək üçün İrandan Xəzər dənizi vasitəsilə külli miqdarda artilleriya mərmisi və digər döyüş sursatları daşıyır.
UNİAN xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Qeyd edilib ki, son 6 ayda Rusiya yük gəmiləri İrandan Rusiyaya 300 mindən çox artilleriya mərmisi və bir milyon patron daşıyıb.
Məlumatlı mənbələrə görə, tədarüklər barədə məlumatlar ABŞ tərəfindən ötürülüb.
İran silahlarının Rusiya üçün sonuncu partiyasının martın əvvəlində göndərildiyi vurğulanıb.
Kiyev Moskva ilə hərbi əsirlərin mübadiləsi ilə bağlı “hamının hamıya" formatında danışıqlar aparır. Bunu RBC-Ukraynaya müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəhbəri Kirill Budanov deyib. Onun sözlərinə görə, hazırda tərəflər müvafiq razılaşmaların icrasına yaxınlaşır. K. Budanov onu da aydınlaşdırıb ki, bu günə qədər Kiyev 2200-dən çox insanı mübadilə edə bilib.
Bundan əvvəl Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Rusiya ilə böyük Pasxa bayramı zamanı əsirlərin dəyişdirilməsi zamanı 130 nəfər ölkəyə qayıdıb.
O qeyd edib ki, mübadilə ediləcəklərin siyahısına xüsusilə Soledar, Artyomovsk, Xerson və Zaporojye istiqamətlərində gedən döyüşlər zamanı əsir düşən çavuşlar və sıravi əsgərlər daxildir.
“Ukrayna ordusu atəş gücü çatışmazlığı ilə üzləşib”.
Jamaz.info xəbər verir ki, bunu “The Times”ın köşə yazarı Ketrin Filp öz məqaləsində qeyd edib.
“Qərb əlavə silah tələbinə cavab verməsə, Kiyev öz hava məkanına nəzarəti itirmək riski ilə üzləşir”, – o yazıb.
Filpin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrində zenit sursatlarının olmaması o qədər kəskindir ki, Ukrayna gələn ayın əvvəlində səmaya nəzarəti itirə bilər. Eyni zamanda müəllif Pentaqonun şəbəkəyə sızan məxfi sənədlərinə istinad edib.
Məqalədə həmçinin bildirilir ki, Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun PUA-ları ilə necə davranmağı öyrənib və bu, onların istifadəsini təhlükə altına qoyur. Filp qeyd edir ki, bu, sonda Ukrayna artilleriyasını hədəfə almaqda çətinliklərə gətirib çıxaracaq və daha çox mərmi istifadəsini tələb edəcək ki, bu da məhduddur.
Britaniya Müdafiə Nazirliyinin bazar günü Twitter hesabında paylaşdığı son kəşfiyyat məlumatına əsasən, Rusiya Ukraynaya qarşı hücumunda döyüşmək üçün “həqiqi kişiləri” cəlb etmək haqda düşünür.
Nazirlik bildirib ki, reklam lövhələrində, televiziyada və sosial şəbəkələrdə yayımlanan yeni kampaniyada Rusiya ordusuna yazılmağın pul mükafatları vurğulanır, lakin buna baxmayaraq, Rusiyanın 400 min könüllü cəlb etmək hədəfinə çatması “böyük ehtimalla” mümkün deyil.
Bu arada, Ukrayna “Rusiya təcavüzünü dəstəkləyən və ya ona sərmayə qoyan” fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar elan edib. Ukrayna prezidenti Volodimir Zelenski şənbə videomüraciətində bildirib ki, Kyiv Ukraynaya qarşı Rusiya ordusu üçün silah və hərbi komponentlər istehsal edən 322 şirkətə qarşı sanksiya tətbiq edib.
Zelenski əlavə edib ki, Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək edən fiziki və hüquqi şəxslərə qarşı əlavə sanksiyalar tətbiq edilib.
“Məqsəd Rusiyanın sanksiyalardan yan keçməsi üçün istənilən fürsəti aradan qaldırmaqdır” - deyə, o bildirib: “Rusiyanın müharibə iqtisadiyyatına qarşı sanksiyalar nə qədər sərt olarsa, təcavüzün sonu bir o qədər tez olar”.
Hələlik Qərbin Rusiyaya qarşı sanksiyaları rusiyalı milyarderlərinin sərvətinə mənfi təsir göstərməyib.
Forbes-un nəşr etdiyi dünya milyarderlər siyahısına əsasən, 2023-cü ildə Rusiya milyarderlərinin sərvəti təxminən yarım trilyon dollara qədər artıb. Rus milyarderlərinin ümumi sərvəti 2022-ci ildəki 353 milyard dollar idisə, 2023-cü ildə 505 milyard dollar təşkil edib. Əlavə olaraq, Rusiya milyarderlərinin siyahısına daha 22 nəfər salınıb və ümumi say 110 nəfərə yüksəlib. Bu rəqəmlərə Rusiya vətəndaşlığından imtina etmiş milyarderlər daxil deyil. Forbes bildirir ki, Qərbin sanksiyaları Rusiya iqtisadiyyatının 2.1 faiz azalmasına səbəb olub. amerikaninsei