Ardını oxu...
Rusiya hava hücumundan müdafiə sistemi ilhaq edilmiş Krımda Feodosiya yaşayış məntəqəsi üzərində raketi vurub.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiya yarımadasının rəhbəri Sergey Aksyonov məlumat verib.

Yerli teleqram kanalları sakinlərin ən azı iki partlayış səsi eşitdiyini yazıb.

Aksenovun müşaviri Oleq Kryuçkovun sözlərinə görə, salınan raketin fraqmentləri yaşayış məntəqələrindən birinə düşüb. Rəsmi məlumata görə, tələfat və dağıntı yoxdur.

Müharibəni işıqlandıran rusiyapərəst bloggerlərdən biri Ukrayna ordusunun xidmətində olan “Qrom 2” raketi haqqında yazıb. “Krım.Realii”nin müxbiri isə Sevastopolda partlayış səsi barədə də məlumat verib. Şəhərin rusiyalı meri Mixail Razvojayev bildirib ki, bölgədə hərbi təlimlər keçirilir.

Kiyev yarımadanın atəşə tutulmasına münasibət bildirməyib.

Krım sakinləri təxminən ötən ilin avqustundan bəri yarımadada baş verən partlayışlardan mütəmadi olaraq danışırlar. Rusiya hakimiyyəti bunu dronlara atəş açmaqla izah edir. Yarımadada terror təhlükəsinin artmış səviyyəsi var. Simferopol hava limanı bağlanıb.

Bundan əlavə, şənbə günü səhər Ukraynanın Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko Rusiyanın atəşi nəticəsində 4 mülki şəxsin həlak olduğunu açıqlayıb.

Xerson vilayətində son 24 saat ərzində həkimlər də daxil olmaqla 8 nəfər ağır xəsarətlər alıb. Berislav şəhərində qəlpə yaraları almış sakinə zəng etməyə gedən təcili yardım maşını atəşə tutulub. İki tibb işçisi yaralanıb. Yerli hakimiyyət orqanlarının ilkin məlumatına görə, rus əsgərləri drondan sursatları birbaşa təcili yardım maşınına atıblar. Rusiya Müdafiə Nazirliyinin son 24 saat ərzindəki xülasəsində Donetsk və Xerson vilayətlərində hücumlar barədə məlumat yoxdur.
Ardını oxu...
Tayvanın Müdafiə Nazirliyi adaya 70-dən çox Çin təyyarəsinin yaxınlaşdığını aşkar edib
Tayvan Müdafiə Nazirliyi adanın ətrafında təlimlər zamanı Çin Xalq Azadlıq Ordusunun adaya yaxınlaşan 71 təyyarəsini aşkar edib.

Bu barədə nazirlik “Twitter“ səhifəsində məlumat yayıb.

“Aprelin 8-də Çinin 71 təyyarəsi və 9 gəmisi aşkar edilib”, - məlumatda deyilir.

Həmçinin adanın müdafiə departamenti qeyd edir ki, 45 təyyarə Tayvan boğazının median xəttini keçərək Tayvanın hava hücumundan müdafiə sistemlərinin identifikasiya zonasına daxil olub.
Ardını oxu...
Aprelin 8-10-da Çin Silahlı Qüvvələri Tayvan adası ətrafındakı dəniz ərazilərində hərbi təlimlər keçirəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə şənbə günü Çin Xalq Azadlıq Ordusunun (XAO) Şərq Bölgəsi Döyüş Komandanlığının rəsmi nümayəndəsi Şi Yi məlumat verib.

"WeChat" sosial şəbəkəsində yayılan məlumatda deyilir: "XAO Pekin vaxtı ilə 8-10 aprel tarixlərində Tayvan boğazında, həmçinin Tayvanın şimal, cənub və şərqindəki sularda təlimlər keçirəcək".

Şi Yinin sözlərinə görə, Çin Xalq Respublikasının silahlı qüvvələri tayvanlı separatçılara və onları dəstəkləyən kənar qüvvələrə xəbərdarlıq olaraq Tayvan adası ətrafında hərbi təlimlər keçirməyə başlayıb: "Bu, Tayvanın qondarma müstəqilliyini müdafiə edən separatçı ünsürlərin, eləcə də onları dəstəkləyən xarici qüvvələrin təxribatlarına cavab olaraq ciddi xəbərdarlıqdır", - bəyanatda deyilir. Məlumatda vurğulanır ki, Çin Silahlı Qüvvələri öz ölkələrinin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün lazımi tədbirlər görəcək.

Hərbi təlim Birgə Kəskin Qılınc adlanırdı və paralel olaraq Tayvan ətrafında patrullar da planlaşdırılır.

Təlimlər ABŞ ərazisindən “tranzit” etmiş Tayvan rəhbəri Tsay İnqvenin beynəlxalq səfəri fonunda keçirilir. Çərşənbə günü Nümayəndələr Palatasının spikeri Kevin Makkarti onunla görüşüb. Bundan sonra Amerika tərəfi Tayvana silah satışının davam etdirilməsinin vacibliyini bəyan edib. Çin Xarici İşlər Nazirliyi bununla bağlı etirazını bildirib və Pekinin təsirli və qəti cavablar verəcəyini bildirib.

"Tayvan administrasiyası vəziyyəti izləyir və müvafiq silahlar ətraf sularda keçirilən təlimlərə cavab verməyə hazır vəziyyətə gətirilib", - deyə adanın müdafiə departamenti bildirib.

"Biz vəziyyəti izləyirik və Tayvanı qorumaq üçün əlimizdə olan resurslarla cavab verməyə hazırıq", - agentliyin "Twitter" səhifəsində dərc olunan bəyanatda deyilir.
Ardını oxu...
Aprelin 4-dən aprelin 7-dək Koreya Xalq Demokratik Respublikası nüvə silahı daşıya bilən “Haeil 2” strateji sualtı pilotsuz aparatı sınaqdan keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Bildirilib ki, pilotsuz aparat 71 saat 6 dəqiqə ərzində 1000 kilometr məsafəni qət edərək “elliptik və səkkizbucaqlı” marşrutlar üzrə hərəkət edib və maket nüvə yükünü partladıb.
Qeyd olunub ki, sınaq zamanı sistemin etibarlılığı və onun “öldürücü potensialı” təsdiqlənib.
Ardını oxu...
Paşinyanın rəhbərlik etdiyi Ermənistan hakimiyyətinin son davranışlarının təhlili onu göstərir ki, ölkənin hazırki elitasının gələcəyə aydın baxışlara malik olan idarəetmə strategiyası mövcud deyil.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilir.

Qeyd olunur ki, Cənubi Qafqazdakı partlayışa həssas vəziyyət Ermənistan hakimiyyəti və bütövlükdə dövlətçiliyi üçün təhdid yaratmaqda davam edir. Lakin bu təhdid Azərbaycan, Rusiya və ya Avropa ölkələri tərəfindən deyil, ilk növbədə İrandan gəlir.

Belə ki, məhz İran rəsmiləri ən yüksək səviyyədə, hətta Ermənistanın belə razılaşdığı Zəngəzur dəhlizinə qarşı çıxır, bu layihənin reallaşmasının qarşısını almaq üçün ən sərt tədbirlərə əl atacaqlarını bəyan etməkdən belə çəkinmirlər.

Daha ətraflı “Caliber”in videomaterialında:

 
Ardını oxu...
“Kiyev may-oktyabr aylarında Rusiyaya hücumu intensivləşdirəcək. Lakin bu, bizi qorxuda və Ukraynanın şərtləri ilə Rusiya üçün əlverişsiz sülhə məcbur edə bilməz".
Teref.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Viktor Bondarev deyib.
O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin hazırkı gözləmə mövqeyi onunla bağlıdır ki, Qərb hərbi texnikası su və hava şəraitində döyüşməyə uyğunlaşdırılmayıb. Bu, gələn aydan ukraynalıların hücumu intensivləşdirməyə çalışacaqlarını göstərir.
Ardını oxu...
Ukrayna Rusiyaya müqəddəs Ramazan ayı şərəfinə əsir götürülən bütün müsəlmanları dəyişdirməyi təklif edib. Moskva belə bir təşəbbüsdən imtina edib.

Bu barədə Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Darya Zarivnaya danışıb.

“Biz İslam mədəniyyətinə və adət-ənənələrinə hörmət əlaməti olaraq hər iki tərəfdən əsir müsəlmanların hamısının mübadiləsi təklifi ilə çıxış etdik. Təəssüf ki, Rusiya tərəfi bu ideyanı çox həvəssiz qarşıladı”, - Zarivnaya bildirib.

Onun sözlərinə görə, belə bir təşəbbüs Ukraynanın əsirlərin mübadiləsi ilə bağlı çoxsaylı qərarlarından biridir.

Mənbə: rbc.ua
 
Ardını oxu...
“Biz Aprel hadisələrinin 7-ci ilini qeyd edirik. Hesab edirəm ki, düşmən təxribatlarının qarşısını almaq məqsədilə ordumuzun həyata keçirdiyi 4 günlük cavab tədbirləri Azərbaycan ordusunun 1994-cü il mayın 12-də atəşkəs haqqında razılaşma imzalanandan sonra hansı gücdə olduğunu bütün bölgəyə və dünyaya nümayiş etdirdi”.

TEREF.AZ bildirir ki, bu sözləri Musavat.com-a hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Polkovnik xatırladıb ki, Azərbaycan ordusu 1994-cü il mayın 12-nə qədər Horadiz əməliyyatı aparmışdı və Füzuli istiqamətində 22 yaşayış məntəqəsini, o cümlədən Cəbrayılın bir yaşayış məntəqəsini düşməndən geri almışdı:

“Amma təəssüflər olsun ki, o vaxt bəzi qüvvələr erməniləri xilas etdi. 2016-cı ildə düşmənin bizim yaşayış məntəqələrimizə, o cümlədən ön xətdə olan mövqelərimizə açdığı atəşi cavablandırdıq. Bu, qürurverici bir tarixdir. Ona görə ki, Azərbaycan ordusu bu döyüşlərdə nəyə qadir olduğunu göstərdi. Qısa bir müddətdə Tərtər rayonunun Talış kəndi ətrafındakı strateji yüksəkliklərin, o cümlədən başqa bir istiqamətdə Lələtəpə və Cəbrayılın Cocuq Mərcanlı yaşayış məntəqəsinin geri alınması kimi hadisələrlə yaddaşımıza yazıldı. Tərtərin keçmiş Madagiz kəndində (Suqovuşan) düşmən qərargahının məhv edilməsi yaxın tariximizdə olub.

Hesab edirəm ki, Aprel döyüşləri bizim üçün qürurvericidir. Həmin döyüşlərdə biz xalq, ordu olaraq torpaqlarımızı heç bir halda düşmənə və ona havadarlıq edənlərə güzəştə getməyəcəyimizi bütün dünyaya nümayiş etdirdik. Aprel döyüşləri bizə inam verdi, atəşkəsdən sonra xalqımızın öz ordusuna inamını, güvənini daha da artırdı. Biz Aprel döyüşlərində Raquf Orucov kimi qəhrəmanımızı itirdik, digər şəhidlərimiz oldu. Bizim əfsanəvi generalımız Polad Həşimov da o istiqamətdə döyüşlərdə iştirak edirdi. Sonradan onun xidmət yeri başqa bir yerə dəyişdirildi. Bir sözlə, Aprel döyüşləri düşmənə bir siqnal idi. Amma onlar vaxtında o siqnaldan nəticə çıxarmadılar. Tovuz döyüşləri və Vətən müharibəsi düşmənin ağır məğlubiyyəti ilə yadda qaldı.

Hesab edirəm ki, 2016-cı il Aprel döyüşlərinin iştirakçılarına layiq olduqları qiymət hələ verilməyib. Ən azından o döyüşlərdə iştirak edən şəxsi heyətin əksəriyyəti hələ də döyüşlərin iştirakçısı kimi müharibə veteranı adı almayıb. Biz bu məsələni dəfələrlə gündəmə gətirsək də, nədənsə müvafiq qurumlar bunu qulaqardına vurur”.
Ardını oxu...
General-polkovnik Rüstəm Muradov Ukraynada hərbi əməliyyatlara rəhbərlikdən kənarlaşdırılıb və Rusiya Federasiyası Şərq Hərbi Dairəsi komandanı vəzifəsindən azad edilib.

TEREF.AZ Moderator.az-a istinadla xəbər verir ki, bu barədə "The Moscow Times" qəzeti yazıb.

Məlumatlara görə, general Uqledar ətrafında uğursuzluqlar və ciddi itkilər səbəbindən vəzifəsini itirib.

Uqledarın alınması Rusiya ordusuna Avdeyevka ətrafında Ukrayanın istehkamlarından yan keçməyə və Donbasa geniş hücum üçün yol açmağa imkan verə bilərdi.

Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, Muradovdan çox adam şikayət edib, çünki "əsgərlərə aşkar ölümə getməyi əmr edən ağıldankəm və sarsaq olub".

50 yaşlı Muradov keçmişdə Rusiyanın Suriyadakı qoşunlarının komandanı olub, Dağlıq Qarabağda "sülhməramlılara" rəhbərlik edib.

Üç gün ərzində Uqledar ərafında dəniz piyadalarının iki elit briqadasını, 103 vahid hərbi texnika, o cümlədən 36 tank itirib.

"Muradov bir-birinin ardınca qüvvələri kiçik mexanikləşdirilmiş hissələrlə minalanmış ərazilərə və açıq yerlərə göndərib və heç nəyə nail olmayıb", - hərbi analitik Maykl Kofman deyib.

Lakin, onun fikrincə, cəbhənin mühüm sahəsində komandanın dəyişilməsi, çətin ki, Rusiya ordusuna hər hansı irəliləyişə nail olmağa kömək etsin.

Kofman hesab edir ki, rusiyalıların "başlıca problemləri qüvvələrinin keyfiyyəti ilə bağlıdır və onları həll etmək asan məsələ deyil".

Muradovun istefası barədə məlumat onun təyinatından (5 oktyabr 2022-ci il) cəmi 7 ay sonra, martın sonunda üzə çıxıb.

Bu barədə ilk olaraq bu yaxınlarda Piter kafesində partlayış nəticəsində həlak olan Z-bloger Vladlen Tatarski məlumat verib.

Bu məlumat digər KİV-lərə də yayılıb, o zaman bir sıra hərbi ekspertlər iddia edib ki, general, sadəcə, məzuniyyətə çıxıb.
 
Ardını oxu...
İsrailin baş naziri Benyamin Netanyahu hesab edir ki, İran nüvə silahına çıxış əldə edərsə, bütün dünya bu dövlətin girovluğunda olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə o, "Twitter" səhifəsində bildirib.

"İranın nüvə silahı əldə etməsinə mane olmasaq, özümüzü başqa bir reallıqda tapacağıq ki, bütün dünya bizi məhv etmək istəyən bir tərəfin girovluğunda olacaq", - İsrailin baş naziriyazıb.

Netanyahu əlavə edib ki, bu səbəbdən İranın nüvə silahı əldə etməsinin qarşısını almaq İsrail üçün əsas vəzifədir.
 

Dünyapress TV

Xəbər lenti