Çin ordusu Tayvan ətrafında gərginliyi artırır
Aprelin 8-10-da Çin Silahlı Qüvvələri Tayvan adası ətrafındakı dəniz ərazilərində hərbi təlimlər keçirəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə şənbə günü Çin Xalq Azadlıq Ordusunun (XAO) Şərq Bölgəsi Döyüş Komandanlığının rəsmi nümayəndəsi Şi Yi məlumat verib.

"WeChat" sosial şəbəkəsində yayılan məlumatda deyilir: "XAO Pekin vaxtı ilə 8-10 aprel tarixlərində Tayvan boğazında, həmçinin Tayvanın şimal, cənub və şərqindəki sularda təlimlər keçirəcək".

Şi Yinin sözlərinə görə, Çin Xalq Respublikasının silahlı qüvvələri tayvanlı separatçılara və onları dəstəkləyən kənar qüvvələrə xəbərdarlıq olaraq Tayvan adası ətrafında hərbi təlimlər keçirməyə başlayıb: "Bu, Tayvanın qondarma müstəqilliyini müdafiə edən separatçı ünsürlərin, eləcə də onları dəstəkləyən xarici qüvvələrin təxribatlarına cavab olaraq ciddi xəbərdarlıqdır", - bəyanatda deyilir. Məlumatda vurğulanır ki, Çin Silahlı Qüvvələri öz ölkələrinin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün lazımi tədbirlər görəcək.

Hərbi təlim Birgə Kəskin Qılınc adlanırdı və paralel olaraq Tayvan ətrafında patrullar da planlaşdırılır.

Təlimlər ABŞ ərazisindən “tranzit” etmiş Tayvan rəhbəri Tsay İnqvenin beynəlxalq səfəri fonunda keçirilir. Çərşənbə günü Nümayəndələr Palatasının spikeri Kevin Makkarti onunla görüşüb. Bundan sonra Amerika tərəfi Tayvana silah satışının davam etdirilməsinin vacibliyini bəyan edib. Çin Xarici İşlər Nazirliyi bununla bağlı etirazını bildirib və Pekinin təsirli və qəti cavablar verəcəyini bildirib.

"Tayvan administrasiyası vəziyyəti izləyir və müvafiq silahlar ətraf sularda keçirilən təlimlərə cavab verməyə hazır vəziyyətə gətirilib", - deyə adanın müdafiə departamenti bildirib.

"Biz vəziyyəti izləyirik və Tayvanı qorumaq üçün əlimizdə olan resurslarla cavab verməyə hazırıq", - agentliyin "Twitter" səhifəsində dərc olunan bəyanatda deyilir.

Dünyapress TV

Xəbər lenti