Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ötən ilin martında danışıqlar üçün Belarusa gedən Ukrayna nümayəndə heyətinin tərkibində keçirdiyi günü həyatının ən pis günü adlandırıb. Modern.az xəbər verir ki, Reznikov İspaniyanın “La Razon” nəşrinə müsahibəsində deyib.
"Prezident məndən soruşanda ona "hə" demək çox çətin idi, çünki mənim Rusiyaya qarşı dərin nifrətim var idi. Və bir danışıqlar aparan şəxs kimi bilirəm ki, bu, işləməyən bir emosiyadır. 4 görüş oldu, üçü Belarusda, biri Türkiyədə. Sizə deyim ki, ilk üçündə biz özümüzü heç təhlükəsiz hiss etmədik və hətta evə dönəcəyimizə də şübhə etdik”, - nazir bildirib.
Onun sözlərinə görə, prezident Volodimir Zelenskinin istəyi ilə müdafiə naziri olub və müharibə başa çatdıqdan sonra istefa vermək niyyətindədir.
"Qələbədən dərhal sonra təqaüdə çıxmaq və həyat yoldaşımla şəxsi evimdə yaşamağa davam etmək istəyirəm", - Reznikov əlavə edib.
Aprelin 15-də İranda hökumətin təşkil etdiyi "Qüds günü" aksiyaıarında Azərbaycan Respublikasına qarşı plakatlar qaldırılıb.
Bu barədə İran mediası və Azərbaycanda axtarışda olan İrana sığınmış şəxslərin sosial media kanallarında foto və videolar yayılıb.
Azərbaycan prezidenti əleyhinə yazılan şüarlarla yanaşı "Qüdsə gedən yol Bakıdan keçir" məzmunlu plakatlar qaldırılıb.
Bu, Xomeyni İranda hakimiyyətə gələndən sonra dediyi "Qüdsün yolu Kərbəladan keçir" şüarının yeni formasıdır.
Xomeyni İsrailin məhv olması və Qüdsün alınması üçün ilk növbədə İraqın Kərbəla şəhərini almağın vacibliyini bildirirdi.
Qeyd edək ki, İran hökumətinin təşkil etdiyi "Qüds günü" aksiyaları sönük keçib. Aksiyalara SEPAH və ona bağlı yarım hərbi “Bəsic” qüvvələri, onların ailə üzvəri və azyaşlı uşaqları cəlb olunub.
Dumanda azaraq Ermənistana keçən və ermənilər tərəfindən işgəncələrə məruz qalan əsgər Hüseyn Axundov Zəngəzur mis-molibden kombinatının mühafizəsinin qətlində ittiham olunur.
Teref.az axar.az-a istinadən xəbər verir ki, ermənilər iddia edirlər ki, qətlə yetirilən mühafizəçi Hayrapet Meliksetyanın telefonu azərbaycanlı əsgərin cibində tapılıb, daha sonra əsgərimizə qətli törətdiyi “etiraf” etdirilir.
“Aravot” nəşri isə bu iddianı təkzib edən məlumat yayıb. Nəşr yazır ki, qətlə yetirilən mühafizəçinin telefonu iş yerindən uzaqda – Xotanan qəsəbəsində, magistral yolun yaxınlığında tapılıb. Nəşrin bu məlumatı əsgərimizlə bağlı iddiaya uyğun gəlmədiyi üçün dərhal digər erməni media resursları tərəfindən “feyk nyus” olaraq tirajlanıb. Lakin bu informasiya azərbaycanlı əsgərin “qətl törətdiyi” iddiasının erməni mənbəsi tərəfindən təkzibi deməkdir.
Ermənistanın məqsədi əsgər Hüseyn Axundovu qətl ittihamı ilə həbs etmək, müharibədən sonra Qarabağda saxlanılan və Bakıda həbsdə olan ermənilərlə dəyişdirməkdir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər aidiyyəti dövlət qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu ilə bağlı zəruri axtarış və araşdırma işləri davam etdirilir.
Bu barədə APA-ya Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib. Ətraflı
Qeyd edilib ki, əsgərlərin Ermənistan ərazisində saxlanıldığının ehtimal edildiyi nəzərə alınaraq, onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət olunub.
Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
BMT İnsan Haqları Ali Komissarlığı bildirir ki, Rusiyanın tammiqyaslı hərbi müdaxiləsi başlanandan bəri Ukraynada 8500-dək mülki həlak olub.
Komissarlıq bildirir ki, real ölüm rəqəmi daha yüksək ola bilər.
Aprelin 11-də açıqlanmış hesabatda deyilir ki, hərbi əməliyyatlar başlanandan aprelin 9-dək 8490 mülki həlak olub və daha 14 min 244 nəfər xəsarət alıb:
“İnsan Haqları Ali Komissarlığı inanır ki, həqiqi rəqəmlər bundan xeyli yüksəkdir, çünki intensiv hərbi əməliyyatların getdiyi yerlərdən məlumatlar gecikir və bəzi məlumatlar hələ də dəqiqləşdirilir”.
Mariupol və başqa yerlər Hesabatda qeyd olunur ki, söhbət, dinc əhali arasında çoxsaylı itkilərə dair iddialar olan, məsələn Mariupol (Donetsk vilayəti), Lisiçansk, Popasna və Severodonetsk (Luhansk vilayəti) və başqa yerlərdən gedir.
Açıqlamada deyilir ki, Ukrayna hökumətinin nəzarətində və Rusiya qüvvələrinin atəşi altında olan ərazilərdə 18 min 280 ölən və yaralanan (ölü sayı 6596) olub.
Bundan başqa Rusiyanın işğalı altında olan Ukrayna ərazilərində 1894 nəfər həlak olub və 2560 nəfər xəsarət alıb.
BMT bildirir ki, 7011 mülki şəxs bilavasitə artilleriya və aviasiya bombardmanlarında ölüb. Bu hücumlar zamanı xəsarət alanların sayı isə 13 min 495 nəfərdir.
Hesabatda deyilir ki, real rəqəmlər daha yüksək olmalıdır.
Hərbi cinayətlər Rusiya qoşunları müharibənin ilk günlərindən indiyədək Ukraynanın nəzarəti altında olan şəhər və kəndləri, yaşayış məskənlərini, habelə mülki enerji infrastrukturunu atəşə tutmaqda ittiham edilir.
Rusiya bu barədə çoxsaylı sübutların olmasına rəğmən mülki obyektlərə zərbələr endirdiyinə dair ittihamları rədd edir.
Bu ayın əvvəlində BMT-nin İnsan Haqları Şurası əksəriyyətin səs çoxluğu ilə müdaxilə zamanı törədilmiş hərbi cinayətləri araşdıran qurumun mandatının uzadılması barədə qərar qəbul edib.
Ermənistan tərəfinin təxribatı nəticəsində məhv edilən erməni hərbçilərin adları açıqlanıb.
Bunlar Artur Avetisi Saakyan (1999-cu il təvəllüdlü), Mkrtiç Armeni Arutyunyan (1989-cu il təvəllüdlü), Henrik Vaçaqani Koçaryan (1997-ci il təvəllüdlü) və Narek Qagiki Sarkisyandır (1994-cü il təvəllüdlü).
Qeyd edək ki, təxribat nəticəsində daha 6 erməni hərbçi yaralanıb.
Aleksandr Kovalenko: “İndi rusların Baxmutu əməliyyat və ya taktiki mühasirə şəraitində ələ keçirməyə fiziki imkanları yoxdur”
Ukraynada ən şiddətli döyüşlər hazırda Baxmut rayonu istiqamətində gedir. Rusiya ordusu bütün gücünü Baxmutun işğalına səfərbər edib. Lakin Ukrayna ordusu Baxmutu 252 gündür ki, müdafiə etməyi bacarır. Qarşılıqlı itkilərin yaşandığı Baxmutu Ukrayna qüvvələrinin təslim etmək niyyəti görünmür. Bir müddət əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski sözügedən rayonun strateji əhəmiyyətinin o qədər də olmadığını söyləsə də, komandanlığın müdafiəni sonacan edəcəyi qərarının verildiyini açıqlamışdı.
Məlumatlara görə, hazırda Baxmutda mövqe döyüşləri ilə yanaşı, küçə döyüşləri də şiddətlənib. Rusiyanın nəyin bahasına olursa-olsun, Baxmutu ələ keçirmək üçün var gücünü səfərbər etdiyi bildirilir.
Ukraynalı hərbi-siyasi analitik Aleksandr Kovalenko Baxmutla bağlı danışarkən deyib ki, Rusiya qüvvələrinin komandanlığına Pasxa bayramına qədər, yəni aprelin 16-dan əvvələdək Baxmutla məsələni birdəfəlik həll etmək – işğalı gerçəkləmşdirmək tapşırılıb.
"Bütövlükdə şəhərdə döyüşlərin çox uzadılmaması üçün muzdlu “Vaqner” döyüşçülərinə məhdudiyyət tətbiq edilib. Qərar qəbul edilib ki, məsələ desant qüvvələri tərəfindən həll edilsin”, - ekspert bildirib.
Onun sözlərinə görə, şəhərdə Rusiyanın 106-cı Hava Desant Diviziyasının 51-ci və 137-ci bölmələri, 57-ci Motoatıcı Briqada, eləcə də bir həftə əvvəl yerləşdirilən Rusiya Federasiyasının 98-ci Hava Desant Diviziyasının döyüşçüləri üstünlük təşkil etməyə başlayb: “Bu qüvvələr şimaldan, Kremennayaya daha yaxın ərazilərdən qismən Baxmuta istiqamət çəkiliblər”.
"Əlbəttə, Priqojin bundan məmnun deyil, lakin o, ənənəvi olaraq bildirəcək ki, Baxmutda hər şeyə "qərar verən" guya ki, “Vaqner”dir. Düzünü desək, 2022-ci ilin dekabr ayının sonundan bəri “Vaqner” praktiki olaraq heç bir qərar qəbul etmirlər. Çünki Priqojin vədini yerinə yetirə bilmədi - Baxmutu Putinə Yeni il üçün həddiyyə edə bilmədi”, - Kovalenko əlavə edib.
Kovalenkonun sözlərinə görə, hazırda Çaykovski küçəsi uğrunda qızğın döyüşlər gedir: “Bu onunla bağlıdır ki, Çaykovski küçəsi Baxmutun “açarı”dır. İşğalçılar bu yerlər uğrunda əllərində nə güc varsa istifadə edirlər. "Vaqner” əsgərlərini ilk cərgələrdə göndərirlər, çünki muzdluların ölməsi veclərinə deyil”.
“Amma burada hər şey ürəkaçan deyil. Birinci sıralar Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə doğru hərəkət edir, şəhər döyüşlərinə çəkilirlər, ikinci sıra isə artilleriya və minaatanlardan atəşə tutulur. Son 2 gündə Ukrayna qüvvələrinin atəşinin təsirinin intensivliyi artıb. Məkanların hədəflənməsini nəzərə alsaq, məhvetmənin effektivliyi də artıb”, - deyə hərbi-siyasi analitik vurğulayıb.
Kovalenko bildirib ki, Baxmutun müdafiəsi elə qurulub ki, indi rusların şəhəri əməliyyat və ya taktiki mühasirə şəraitində ələ keçirməyə fiziki imkanları yoxdur: “Şəhərin müdafiə əməliyyatları Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında davam edir. Məhz Ukrayna qüvvələri düşmənə qarşı üstün tempi tətbiq edir”.
Müharibə Tədqiqatları İnstitutu qeyd edir ki, Rusiya qoşunlarının hücumu bütün cəbhə xətti boyunca zəifləyir: “Rusların sürəti artırmaq və irəliləyiş əldə etmək istəyinə baxmayaraq, döyüş qabiliyyəti yoxdur. İşğalçılar döyüş gücünün çatışmazlığını artilleriya atəşi ilə kompensasiya edərək heç olmasa harasa qədər irəliləməyə çalışırlar.
Ukrayna Baş Qərargahının xülasəsinə görə isə Ukrayna Silahlı Qüvvələri rusların planlarını puça çıxarıb və Liman, Baxmut, Avdiyevka və Maryinski istiqamətlərində hücum əməliyyatlarının həyata keçirilməsinə imkan verməyib.
Bildirilir ki, Baxmut istiqamətində hücum edən ruslar hələ də Baxmutu tutmağa nail ola bilmirlər. Ümumilikdə, döyüş gününün nəticələrinə görə, Ukrayna ordusu cəbhənin müxtəlif istiqamətlərində Rusiya qüvvələrinin 50-dən çox hücumunu dəf edib.
“Ukrayna ordusu Baxmutu tərk etsə, bunun hərbi baxımdan o qədər də əhəmiyyəti olmayacaq”. Bu sözləri isə Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan mayoru Aleksey Hetman deyib. Lakin mayor qeyd edib ki, Baxmutun işğalının mürəkkəb siyasi nəticələri olacaq.
Onun sözlərinə görə, Baxmutun itirilməsi halında tərəfdaşlar tərəfindən Ukraynanın hərbi-siyasi rəhbərliyinə təzyiqlər arta bilər: “Belə bir ssenaridə tərəfdaşlar Rusiya Federasiyası ilə danışıqlara başlanılması üçün israr edəcəklər. Müəllif: Turan Abdulla ayna.az
“Rusiyanın ən yeni nüvə torpedoları “Poseydon” apokalipsis silahıdır”.
Bu barədə ABŞ-nin “Popular Mechanics” jurnalında bildirilib.
Məqalədə qeyd olunur ki, hər bir torpedonun gücü təxminən iki meqatondur. Bundan əlavə, o, maye metal nüvə reaktoru ilə təchiz olunub: Bu ona dəfələrlə uzaq zərbə mənzili və yüksək hərəkət sürəti verir.
“Rusiya özünün qorxunc apokalipsis torpedolarını işə salmaq üçün yeni sualtı qayıqlar inşa edir”, - deyə müəlliflər vurğulayıblar.
Rusiyanın bu silahları Sakit okean sahillərində yerləşdirməsi gözlənilir. Beləliklə ABŞ-nin Sakit Okeandakı hərbi-dəniz bazaları, həmçinin Los-Anceles, San-Dieqo və San-Fransisko da daxil olmaqla qərb sahillərində yerləşən şəhərlər təhlükə altında olacaq.
Ekspertlərin rəyinə görə, “Poseydon” torpedosunun nüvə başlığı birbaşa düşmənin nəzərdə tutulan limanına və ya bazasına atılarsa, dağıntı sunami ilə müqayisədə daha çox olacaq, lakin nəticələr yenə də qitələrarası raketin nüvə başlığından daha az olacaq. Mənbə: Lenta.ru
Anonimlik şərti ilə iki ABŞ rəsmisi Ukrayna Silahlı Qüvvələrinin (USQ) vəziyyəti ilə bağlı sosial şəbəkələrdə dərc olunan gizli sənədlərin saxta ola biləcəyini etiraf edib.
“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, sənədlər müstəntiqləri çaşdırmaq və ya ABŞ-nin maraqlarına zərər vermək üçün saxtalaşdırıla bilər. Eyni zamanda, sənədlərin doğruluğunun müstəqil yoxlanılmasının hələ də aparılmadığı vurğulanıb.
“Reuters” mənbələri hesab ediblər ki, sənədlərdə əks olunan mövzuların dərinliyi sızmanın bir amerikalıdan gəldiyini göstərir. Hazırda ABŞ rəsmilərindən birinin sözlərinə görə, müstəntiqlər məlumatın sızmasının səbəblərini incələyirlər.
1990-cı illərin əvvəllərində Azərbaycanda hər bir sahədə olduğu kimi ordu quruculuğu sahəsində də dərin böhran hökm sürürdü. Bu dövr ərzində orduda hərbi intizam yox idi, vahid komandanlıq və idarəçilik tamamilə itmişdi. Hər zaman olduğu kimi bu dəfə də Azərbaycan xalqının yeganə ümid çırağı, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyev idi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümumilli liderimiz Heydər Əliyev tərəfindən ordu quruculuğu sahəsində bir sıra mühüm, təxirəsalınmaz addımlar atıldı və bu sahədə köklü islahatlara başlanıldı. Azərbaycanın müstəqil dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü əzəmətli işlər Heydər Əliyevin mahir siyasətçi, böyük təşkilatçı olduğunu bir daha sübut edir. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə Ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Ulu öndər Heydər Əliyev Azərbaycan Ordusunu məhv olmaqdan, dağılmaqdan xilas etdi. Qısa müddət ərzində güclü və təşkilatlanmış bir ordu yarandı. Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri ordu ilə xalq arasındakı əlaqələri yeni bir səviyyəyə qaldırması, bu əlaqələri daha da səmimiləşdirməsi oldu. Bütün fəaliyyətində xalqa güvənən, xalqın etimadına arxalanan ümummilli lider Heydər Əliyev xalqı ordunun güc mənbəyi, ordunu xalqın bir hissəsi bilirdi və əmin idi ki, xalqın orduya belə münasibəti, xalqın ordunu qayğı ilə əhatələməsi ordunun inkişafının və möhkəmlənməsinin əsas şərtlərindən biridir. Nəticədə, xalqın mübarizlik, dönməzlik əzmi orduya da sirayət etdi, şəxsi heyətin mənəvi əhval-ruhiyyəsi kifayət qədər sağlamlaşdırıldı, yeni-yeni ehtiyat hissələr təşkil edilərək cəbhəyə göndərildi, döyüşçülərin və onların ailələrinin sosial qayğı ilə əhatə edilməsində canlanma yarandı. Bütün bu tədbirlərin nəticəsi olaraq qısa müddət ərzində güclü milli ordu yaradıldı, orduda hərbi intizam möhkəmləndirildi, ordumuzun maddi-texniki təminatı, mənəvi-psixoloji hazırlığı, döyüş ruhu xeyli yüksəldi. Bununla da ölkəmizdə ordu quruculuğu sahəsində mövcud olan böhran aradan qalxdı, inkşaf və tərəqqi dövrü başlandı 1971-ci il iyunun 20-də Ulu öndər Heydər Əliyev C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil etdi. Milli hərbi kadrların yetişdirilməsinə başlayan ümummilli lider bu planını həyata keçirə bildi. Ulu öndərimiz o dövrdə azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına da nail olmuşdu. Ümummilli lider Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. 20 avqust 2001-ci il tarixli Fərman ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində siyasət, həyata keçirilən konkret tədbirlər Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirməklə, dünya miqyasında öncül sıralardan birinə çıxarıb. Bu gün Azərbaycan Ordusu dünyanın ən qüdrətli və nizamlı orduları sırasındadır. Şanlı Azərbaycan Ordusu, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində XXI əsrin müharibəsini apararaq, öz gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Məhz bu ordu 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə düşməni darmadağın edərək 30 illik işğala son qoydu. İkinci Qarabağ müharibəsi zamanı Ordumuz tərəfindən istifadə olunan döyüş taktikası dünya hərb tarixinə yenilik olaraq həkk oldu və dünyanın bir çox aparıcı ali hərbi məktəblərinin dərsliklərinə salındı. Prezident İlham Əliyevin illər ərzində həyata keçirdiyi gənclər və hərb siyasətinin daha bir unikallığı ondan ibarət idi ki, heç bir zaman işğaldan azad olunmuş torpaqlarımızı görməyən, orada olmayan Azərbaycan gəncləri, Ali Baş Komandanın bir əmri ilə torpaqlarımızı işğaldan azad etdilər. Bu qələbənin baş memarı isə illər öncə güclü Azərbaycan ordusunun əsasını qoyan Ümummilli lider Heydər Əliyevdir. Müşviq Əhmədov – ehiyatda olan zabir, müharibə veteranı