“Rusiyanın ən yeni nüvə torpedoları “Poseydon” apokalipsis silahıdır”.
Bu barədə ABŞ-nin “Popular Mechanics” jurnalında bildirilib.
Məqalədə qeyd olunur ki, hər bir torpedonun gücü təxminən iki meqatondur. Bundan əlavə, o, maye metal nüvə reaktoru ilə təchiz olunub: Bu ona dəfələrlə uzaq zərbə mənzili və yüksək hərəkət sürəti verir.
“Rusiya özünün qorxunc apokalipsis torpedolarını işə salmaq üçün yeni sualtı qayıqlar inşa edir”, - deyə müəlliflər vurğulayıblar.
Rusiyanın bu silahları Sakit okean sahillərində yerləşdirməsi gözlənilir. Beləliklə ABŞ-nin Sakit Okeandakı hərbi-dəniz bazaları, həmçinin Los-Anceles, San-Dieqo və San-Fransisko da daxil olmaqla qərb sahillərində yerləşən şəhərlər təhlükə altında olacaq.
Ekspertlərin rəyinə görə, “Poseydon” torpedosunun nüvə başlığı birbaşa düşmənin nəzərdə tutulan limanına və ya bazasına atılarsa, dağıntı sunami ilə müqayisədə daha çox olacaq, lakin nəticələr yenə də qitələrarası raketin nüvə başlığından daha az olacaq. Mənbə: Lenta.ru