Ardını oxu...
Lənkəran rayonu Osaküçə kənd sakini Səmədov Habil bildirir ki, 2022-ci ilin oktyabrında oğlu Rəvanı toy-bayramla hərbi xidmətə yola salıblar. İki ay sonra onun ciddi problemləri yaranıb xəstəxanalıq olub. Hazırda Müdafiə nazirliyinin Hərbi Hospitalında müalicə olunur. Amma ata oğlunun sağlıq durumundan çox narahatdır

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
Əsas vəzifə hərbi büdcənin maliyyələşdirilməsinə şərait yaratmaqdır. Ukraynanın dövlət büdcəsi 80 milyard qrivna (2,17 milyard dollar – red.) gəlir əldə edir və hərbi kampaniyaya ayda 130 milyard qrivna (3,53 mlrd – red.) xərclənir.

“RBC-Ukrayna” Avropa Biznes Assosiasiyasının (EBA) mətbuat xidmətinə istinadən yazır ki, bunu Ukrayna maliyyə naziri Serhi Marçenko bildirib.

EBA üzvləri ilə görüşdə Marçenko bildirib ki, ötən həftə Ali Rada hərbi ehtiyaclar üçün xərcləri artıran dövlət büdcəsinə dəyişiklikləri dəstəkləyib.
Nazirin sözlərinə görə, bu il nəzərdə tutulan vergilərin yığılması vacibdir, lakin kardinal vergi dəyişikliyi nəzərdə tutulmur.

Xatırladaq ki, Ali Rada Ukraynanın 2023-cü il dövlət büdcəsinə dəyişikliklər edərək, müdafiə xərclərini 518 milyard qrivna artırıb.
Ardını oxu...
Krımın Simferopol şəhərində Ukraynaya aid olduğu güman edilən PUA vurulub.

Manset.az xəbər verir ki, bu barədə Krımın “rəhbəri” Sergey Aksyonov məlumat verob.

O, PUA-nın əkin sahəsinə düşdüyünü, tələfat və dağıntının olmadığı bildirilib.

Qeyd edək ki, martın 16-dqa Rusiya hava müdafiə sistemləri Krımın Sak rayonunda pilotsuz uçuş aparatını (PUA) vurub.
 
Ardını oxu...
Çin Rusiyaya zirehli gödəkçələr istehsal etməyə kömək edir.

Redaktor.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Bildirilir ki, Çinin köməyi ilə istehsal edilən zirehli gödəkçələr Ukraynadakı müharibədə istifadə olunur.

2022-ci ildə bir neçə Çin şirkəti, o cümlədən Pekində yerləşən KLASS şirkəti zirehli gödəkçələrdə istifadə edilən komponentləri Rusiyaya göndərib.
Ardını oxu...
“Hər kilometr üçün 650 dollar” - Rusiya hərbçilərə müxtəlif bonuslar təklif edir...

Rusiya müharibədə iştirak edən hərbçilərə irəlilədikləri hər kilometr üçün 650 dollar təklif edir.

Teref.az xəbər verir ki, bu barədə Britaniya nəşrləri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Kreml növbəti səfərbərlikdən yayınmaq üçün orduya çağrılan şəxslərə bir sıra əlavə güzəştlər və bonuslar təklif etməyə başlayıb. Həmin təkliflərin hökumət saytlarında, eləcə də bir sıra dövlət qurumları və təşkilatların internet resurslarında yerləşdirildiyi bildirilir.

Məsələn, Yaroslavl vilayətinin qərbindəki bir bələdiyyə administrasiyası tərəfindən dərc edilən elanda müharibəyə yollanmaq üçün qeydiyyatdan keçən hər hərbçiyə 3,800 dollar birdəfəlik bonus vəd edilib.

Əgər qeydiyyata alınan şəxs müharibəyə göndərilərsə, bu zaman o, aylıq 2500 dollar əmək haqqı, aktiv hücum əməliyyatlarında iştirak edərsə 100 dollar mükafat və hücum qruplarının tərkibində irəlilədiyi hər kilometr üçün əlavə olaraq 650 dollar qazana bilər.

azpolitika.info
 
Ardını oxu...
Rusiyanın Tula vilayətinin Kireyevsk rayonunda partlayış baş verib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, partlayış nəticəsində bir neçə ev zərər görüb, 3 nəfər xəsarət alıb.

Partlayışın dəqiq səbəbi məlum olmasa da, ilkin ehtimallara görə, operativ-taktiki kəşfiyyat uçuş aparatı əraziyə zərbə endirib.
Ardını oxu...
Azərbaycan ordusunun Qarabağdakı separatçıların silah-sursat daşımaq üçün istifadə etdiyi gizli yollara nəzarəti təmin etdiyini terrorçu rejimin ardınca Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib.

Musavat.com xəbər verir ki, Qarabağdakı Rusiya hərbçilərinin komandanlığına istinad edən Rusiya MN Azərbaycan Silahlı Qüvvələrinin “yüksəkliyi ələ keçirərək postu təchiz etməyə başladığını” açıqlayıb.

Bildirilir ki, Azərbaycan ordusu Sarıbaba dağının 2,9 km şimal-şərq istiqamətində irəliləyib və istehkam işlərini həyata keçirib. Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində deyilir ki, RHK komandanlığı “böhranlı vəziyyətin gərginləşməsinin qarşısını almaq və təxribatların qarşısını almaq üçün tədbirlər görür”.

“Dövlət başçılarının üçtərəfli sazişlərinin müddəalarına əməl olunması, mühəndis-texniki işlərin dayandırılması və milli silahlı qüvvələrin bölmələrinin əvvəllər tutduqları mövqelərə çıxarılması üçün tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı Azərbaycan tərəfinə tələb irəli sürülüb”, - məlumatda belə bir cəfəng iddia əksini tapıb.

Əlavə olunub ki, atəşkəs rejiminin bir dəfə pozulması Xocavənd (Rusiya MN bu dəfə də “martuni” yazıb-M.) rayonu ərazisində də qeydə alınıb. İtki yoxdur, araşdırma aparılır.
Ardını oxu...
Martın 25-də Ermənistanın müdafiə naziri Suren Papikyan qadın alayı üçün nəzərdə tutulmuş N saylı hərbi hissənin ərazisinə və çağırışçı qadınların tədris mərkəzinə baş çəkib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verib.

Papikyan ərazini gəzib, tikililərin şəraiti ilə yerindəcə tanış olub.

Müdafiə Nazirliyinin əsaslı tikinti və şəxsi heyətin yerləşdirilməsi idarəsinin rəisi vəzifəsini icra edən Suren Papikyana hərbi hissənin bina və tikililərinin seysmik müqaviməti, eləcə də yenidən qurulacaq və təmir olunacaq binaların təfərrüatları barədə məlumat verib. Eyni zamanfa nazir layihə və tikinti işlərinin müddətləri ilə bağlı müvafiq tapşırıqlar verib.

Beləliklə, ordusunu kişilər hesabına komplektləşdirə bilməyən - 44 günlük müharibədə 10 min hərbçisi fərarilik edən ölkədən söhbət gedir - Ermənistan indi qadınların ümidinə qalıb… Üstümüzə axçilər gəlir!
Ardını oxu...
Bu gün növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti aşkarlanıb.

Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı videogörüntüdə ərazilərimizdə müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinə məxsus "ZTR-82A" döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli "KamAZ" və üzərində yanacaq çəni olan "KamAZ" avtomobilinin hərəkəti texnikinin müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb. Azərbaycanın Müdafiə Nazirliyi son günlər artıq neçənci dəfədir ki, Rusiya sülhməramlı kontingentin Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət edən görüntülərini yayır.

Bütün bunlar onu göstərir ki, Rusiya sülhməramlı kontingenti üçtərəfli bəyanatın müddəalarının icrası ilə bağlı üzərinə düşən vəzifə borcunu yerinə yetirmir, əksinə, bir sıra hallarda özü onu pozur. Bu isə həm Rusiya sülhməramlı kontingentinə olan etimadı azaldır, eyni zamanda Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni dəstələrinin geniş əl-qol açmasına, Azərbaycan ərazisində növbəti təxribatlara yol açır.

Üzərinə düşən missiyanı yerinə yetirməyən sülhməramlı kontingent mandatının tam əksinə fəaliyyət göstərir, qanunsuz əməllərini gündən-günə artırır, onların bu cür himayəsi isə erməni silahlılarının növbəti təxribatlarına rəvac verir. Ötən il, eləcə də 2021-ci ildə qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri təxribatlar “sülhməramlıların” bu himayəsindən qaynaqlanırdı.

Azərbaycan dəfələrlə Ermənistana, Rusiya Müdafiə Nazirliyinə və "sülhməramlıların" rəhbərliyinə bu qanunsuzluqlara yol verilməməsi müraciəti ilə xəbərdarlıqlar edib. Lakin Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumatlar, foto və videogörüntülə vəziyyətin dəyişmədiyini, “sülhməramlıların” öz amplualarında qaldığını, müvəqqəti yerləşdikləri Azərbaycan ərazisində ikibaşlı oyun oynadıqlarını üzə çıxarır.

Ancaq belə davam edərsə, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımalar və Rusiya sülhməramlı kontingentinin onları müşayiət etməsi Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını reallığa çevriləcək. Bu isə təkcə regionda deyil, bütün dünyada adını “sülhməramlı” qoyan kontingentin missiyasının əsl mahiyyətini ortaya çıxaracaq, eyni zamanda onun daha da nüfuzdan düşməsinə səbəb olacaq. Çünki məramı sülh olan kontingent qanunsuz silahlı birləşmələr üçün silah daşımamalı, silah-sursat daşıyan karvanı müşayiət etməməlidir. Ən azı ona görə ki, qanunsuz silahın, birləşmənin olduğu yerdə sülhdən danışmaq sadəlövhlükdür.
Ardını oxu...
ABŞ Hərbi Hava Qüvvələrinin Suriyadakı iranyönlü birləşmələrin mövqelərinə ötən gecə həyata keçirdiyi hava hücumu İran hakimiyyətinə birbaşa xəbərdarlıqdır.

Bunu ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi “Sky News Arabia” telekanalına müsahibəsində bildirib.

“ABŞ-ın İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mövqelərinə hava zərbəsi endirməsi İrana birbaşa xəbərdarlıqdır”, – deyə rəsmi nümayəndə bildirib.

O əlavə edib ki, ABŞ-ın bölgədəki qüvvələri Tehranın sabitliyi pozan hərəkətlərinə qarşı mübarizə aparmaq üçün yüksək hazırlıq vəziyyətindədir.

Xatırladaq ki, ötən gün ABŞ Hərbi Hava Qüvvələri Suriyada iranyönlü birləşmələrin mövqelərinə zərbələr endirib. Zərbələr nəticəsində düşərgə, silah anbarı və 11 silahlı zərərsizləşdirilib.

İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarətində olan obyektlərə zərbələr cümə axşamı Rumeylandakı ABŞ bazasında dronun helikopter meydançasına hücumundan sonra həyata keçirilib. Sözügedən dron hücumu zamanı bir hərbçi həlak olmuşdu, 6 hərbçi isə yaralanmışdı.
 

Dünyapress TV

Xəbər lenti