Ardını oxu...
Rusiyanın yeni hücumu 2023-cü ilin aprelində başlayacaq.

Teref.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

“Əldə olunan sənədlər onu göstərir ki, Berlində Rusiyanın yeni ildə Ukraynada necə hərəkət edəcəyi barədə dəqiq məlumatlar var. İki senari mümkündür. Birinci senariyə əsasən, Rusiya Donbasın Ukraynanın nəzarətində olan hissələrinə hücuma keçəcək. Burada Moskva Belarus Prezidenti Aleksandr Lukaşenkoya ümid edir. Belarus qoşunları hücum zamanı təhdid və diqqəti yayındırmaq üçün istifadə olunacaq. İkinci senariyə görə isə Belarus ordusu müharibədə birbaşa iştirak edəcək. Amma bu, daha az ehtimal olunan variantdır. Həm də bu ssenarinin reallaşması üçün Rusiyada ümumi səfərbərlik elan olunmalıdır”, – məlumatda qeyd olunub./Konkret.az
 
Ardını oxu...
Rusiya tezliklə İrana 24 ədəd Su-35 qırıcısı verəcək.

Axar.az xəbər verir ki, bu barədə "İsrailinfo" məlumat yayıb.

"Söhbət Misir üçün nəzərdə tutulan qırıcılardan gedir. Amerikalılar Qahirəni sövdələşmədən imtina etməyə inandırıblar. Ruslar isə təyyarənin başqa alıcılarını axtarırmış. İran Rusiya ordusu üçün pilotsuz təyyarələrin (Şahid) tədarükçüsü olduqdan sonra məsələ öz həllini tapıb", - məlumatda deyilir.
 
 
 
Ardını oxu...
Ukraynadakı hərbi əməliyyatların intensivliyi göstərdi ki, onların istifadəsi təsirsizdir.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko Rusiyanın Belarusa “Tor-M2” zenit raket kompleksini yerləşdirməsinə münasibət bildirərkən deyib.

Ekspert qeyd edib ki, ruslar bununla Belarusdakı obyektlərin hava müdafiəsini yalnız bir qədər gücləndirə bilərlər.
 
Ardını oxu...
Ukraya böhranının sonluğu ssenarisi ilə bağlı Kiyev və Vaşinqton arasında fikir ayrılığı yaranıb.

Axar.az xəbər verir ki, bu barədə “Nyusvik” jurnalının şərhçisi Deniel Depetris yazıb.

“Görünür, ABŞ konfliktin diplomatik yolla həllində maraqlıdır, lakin Ukrayna hazırda danışıqlada iştirak etmək istəmir”, - deyə o bildirib.

Müəllifin fikrincə, ukraynalılar “gələcək qələbələr” arzusunda olan Vladimir Zelenskinin “qumar cəsarəti”nə uymamalıdırlar.

Depetris hesab edir ki, Birləmiş Ştatlar hələ ki, Kiyevə dəstək bəyanatları ilə ziddiyyət təşkil etməməsi üçün sülh dialoqu barədə ucadan danışmaq istəmir.
 
Ardını oxu...
Litva ABŞ-dan 45 milyon avroya "Switchblade 600" PUA-sı və onlar üçün avadanlıqlar alacaq.

Axar.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.

"Bu texnikanın alınması ilə Litva ABŞ-dan sonra bu effektiv silaha sahib ilk ölkə olacaq", - Litva MN-dan bildirilib.

Qeyd edək ki, sözügedən PUA tanklar da daxil olmaqla, ağır zirehli texnikaları məhv edə bilən effektiv tank əleyhinə döyüş başlığına malik yeni nəsil uzaq mənzilli döyüş pilotsuz təyyarəsidir. Bu kamikadze dronları yuxarıdan hücum edərək hədəfləri məhv edə bilir.
Ardını oxu...
“Roskosmos”un keçmiş baş direktoru Dmitri Roqozin Ukraynanın işğal altında olan Dontesk vilayətində yaralanıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, hadisə Roqozinin ad gününü qeyd edən zaman baş verib.

Belə ki, “Şeş-Beş” hoteli Ukrayna ordusunun Sezar özüyeriyən artilleriya qurğusundan atdığı 155 mm-lik mərmilərlə atəşə tutulub.

Qeyd olunub ki, üç dəqiq atəş nəticəsində bir nəfər ölüb, D. Roqozin və bir neçə nəfər yaralanıb. “Roskosmos”un keçmiş baş direktoru xəstəxanaya aparılıb. O, kürəyindən yaralanıb, həyatı təhlükəsi yoxdur.
 
Ardını oxu...
“Biz nüvə qoşunlarımızın döyüş hazırlığını təkmilləşdirməyə davam edəcəyik”.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin genişləndirilmiş iclasında çıxışı zamanı bildirib.


O, NATO-nun Rusiyaya qarşı bütün hərbi potensialından istifadə etdiyini bildirib.

“NATO qüvvələri və hərbi vasitələri ilə bağlı bütün məlumatlar təhlil edilməli və Rusiya Silahlı Qüvvələrinin təşkilində istifadə olunmalıdır”, – deyə Putin qeyd edib.

Putin Rusiyanın hərbi potensialını artıracağını bildirib.

“Rusiyanın hər yerində və onun yeni torpaqlarında xalqın təhlükəsizliyi təmin olunacaq. Ordumuzun maliyyələşdirilməsində heç bir məhdudiyyətimiz yoxdur”, – deyə o vurğulayıb.

Putin həmçinin nüvə qoşunlarının döyüş hazırlığını təkmilləşdirməyə davam edəcəklərini qeyd edib. O, qitələrarası raket sarayının inşa olunacağını və yaxın gələcəkdə öz missiyasına başlayacağını da əlavə edib.
 
Ardını oxu...
Türkiyə “Tayfun”, “Atmaca”, “TRLG-230”, “Karaok”, “Gökdoğan” və Bozdoğan raketləri və “Akya” torpedosunun kütləvi istehsalına başlayacaq.

Bu barədə qərar Müdafiə Sənayesi İcra Komitəsinin iclası zamanı qəbul edilib.

Bundan əlavə, iclasda Türkiyənin hava hücumundan müdafiəsini gücləndirmək məqsədilə “Siper”, “Hisar” və “Sunqur” hava hücumundan müdafiə sistemlərinin kütləvi istehsalına dair qərarlar da qəbul edilib.
 
Ardını oxu...
Sentyabrın ortalarında Ermənistanın təxribatçı hücumu nəticəsində məhv edilən düşmən hərbçilərinin yeni siyahısı açıqlanıb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, Ermənistan tərəf 224 nəfərin məhv edildiyini açıqlayıb.

Amma bu, son siyahı deyil. İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib ki, hazırda ölən 224 nəfərin hamısının şəxsiyyəti müəyyən edilib. Onun sözlərinə görə, ölənlərin şəxsiyyətinin müəyyən edilməsi prosesi başa çatıb.

Ermənistan Müdafiə Nazirliyi 3 nəfərin itkin düşdüyü, 300 nəfərədək yaralının olduğunu açıqlayıb.
 
 
 

Dünyapress TV

Xəbər lenti