1990-cı illərdə Ukraynanın nüvəsizləşdirilməsi ilə bağlı roluma görə çox peşmanam.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın eks-prezidenti Bill Klinton deyib.
O bildirib ki, Rusiya nüvə silahı olan Ukraynaya hücum edə bilməzdi:
“Şəxsən iştirakımı hiss edirəm, çünki mən onları (Ukrayna) nüvə silahından imtinaya razı salmağa məcbur etdim. Ukrayna öz silahına sahib olsaydı, Rusiya hücuma keçə bilməzdi”.
Rusiya Federasiyasının silahlı qüvvələri Qara dənizdəki gəmi qruplaşmasını 15 vahidə çatdırıb.
Lent.az-ın məlumatına görə, bu barədə “Cənub” Əməliyyat Komandanlığının “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
“Cənub-şərq istiqamətində düşmən aviasiyasının fəaliyyəti fonunda Qara dənizdə gəmi qruplaşmasının 15 vahidə, o cümlədən 2-si su altında olan 6 raketdaşıyıcıya çatdırılması son dərəcə yüksək raket təhlükəsindən xəbər verir”, məlumatda deyilir.
“Türkiyə beşinci nəsil döyüş təyyarəsi istehsal edən beşinci ölkə olacaq”.
Bu barədə Türkiyə Müdafiə Sənayesi Nazirliyinin rəhbəri İsmail Demir məlumat verib.
“Milli döyüş təyyarəmiz tanınmış beşinci nəsil döyüş təyyarəsidir. Dünyada beşinci nəsil döyüş təyyarəsi istehsal edən cəmi dörd ölkə var. Biz də beşinci olacağıq”, – deyə o bildirib.
“Təyyarəmiz hələ çox mərhələlərdən keçməlidir. Hazırda bütün sistemlər quraşdırılıb və artıq yoxlamalar aparılmalıdır. Siz təyyarənin gövdəsini və mühərrikini görə bilərsiniz, lakin içərisində çoxlu sistemlər var”, – deyə İsmail Demir qeyd edib.
Nazir təyyarənin uçuş tarixi ilə bağlı dəqiq rəqəm bildirməyib. “Təyyarənin uçuş tarixi ilə bağlı məsələlərə ehtiyatla yanaşırıq. Çünki mühəndislər hazırlayıblar, amma uçuşa yararlılıq mərhələsində hər şey bir-bir yoxlanılmalıdır. Məqsədimiz ən qısa zamanda uçuşa nail olmaqdır. Lakin 3-5 aylıq bir tarix vermirik, rahat şəkildə bir il çəkəcək bir prosesdən danışırıq”, – deyə o əlavə edib.
“Milli döyüş təyyarəsi dedikdə məqsədimiz beşinci nəsil təyyarə istehsal etməkdir. Çox müasir elektron sistemlərlə təchiz edilmiş, çox erqonomik kabinəyə və tam rəqəmsal kokpitə, radara görünməzlik kimi xüsusiyyətlərə malik olan beşinci nəsil dediyimiz təyyarələrdə olan bütün texnologiyalara sahib bir təyyarə planlaşdırırıq. Hətta bəzi cəhətlərdən daha yaxşı funksiyalara malik olacaq”, – deyə nazir vurğulayıb. Gununsesi.info
ABŞ Silahlı Qüvvələrinə məxsus ER-3E kəşfiyyat təyyarəsi bazar günü İranın hava sərhədləri yaxınlığında görünüb.
Məlumata görə, hadisə Oman körfəzi üzərində baş verib. Təyyarə qeydə alındıqdan sonra İran Hərbi Dəniz Qüvvələri tam hazırlıq vəziyyətinə gətirilib. Təyyarənin ekipajına isə xəbərdarlıq göndərilib.
Qeyd edək ki, kəşfiyyat təyyarəsi “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilib və ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən idarə olunur.
“Flightradar24” xidmətinin məlumatına görə, təyyarə Oman körfəzi üzərində səmada İran sərhədi boyunca uçuşunu davam etdirir. (Oxu.az)
Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayəti istiqamətində bəzi mövqelərdən geri çəkilməyə məcbur olublar. İndi ukraynalı müdafiəçilər orada müdafiə mövqeləri qururlar.
Bunu Tavriç Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin rəhbəri Aleksey Dmitraşkovski deyib.
“Donetsk istiqamətində müdafiəçilərimizin yaxşı əlaqələndirilmiş və bacarıqlı hərəkətləri sayəsində düşmən bəzi mövqelərdən geri çəkildi, indi biz bu mövqeləri müdafiə əməliyyatları üçün təchiz edirik”, - o deyib.
Dmitraşkovski qeyd edib ki, Rusiya ordusu şəxsi heyət və texnika baxımından xeyli itki verir. Eyni zamanda, kəşfiyyat məlumatlarına görə, Verxnetoretski ərazisində texnikanın cəmlənməsi müşahidə olunur. Beləliklə, yaxın gələcəkdə Rusiya ordusunun bu istiqamətdə daha güclü hərbi əməliyyatlara başlamağa cəhd edə biləcəyi ehtimalı var.
Bundan əlavə, onun sözlərinə görə, “vaqner”çilərin Avdeyevka şəhərində görünməsi ilə bağlı məlumatlar ortaya çıxıb, lakin hələlik bunun təsdiqi yoxdur.
Aktualtv.az “Aljazeera”ya istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun media orqanı ISPR məlumat yayıb. Bildirilib ki, İran tərəfdən fəaliyyət göstərən bir qrup terrorçu Pakistan təhlükəsizlik qüvvələrinin sərhəd patruluna hücum edib. Heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.
Qeyd edək ki, Pakistan-İran sərhədi 900 km uzunluğundadır. Daha əvvəl də İran – Pakistan sərhədində təhlükəsizlik insidentləri baş verib.
BMT baş katibinin tərksilah üzrə müavini İzumi Nakamitsu martın 31-də Təhlükəsizlik Şurasının iclası zamanı Rusiya Federasiyası, ABŞ və Birləşmiş Millətlər Təşkilatını yeni nüvə silahı müqaviləsinə qayıtmağı müzakirə etməyə çağırıb.
Editor.az bildirir ki, bu barədə GORDON-un müxbiri xəbər verib: “İndi nüvə silahından istifadə riski soyuq müharibədən bəri ən yüksək həddə çatıb. Ukraynadakı müharibə belə riskin ən acı nümunəsidir.
Dialoqun olmaması, tərksilah və silahlara nəzarət arxitekturasının aşınması təhlükəli ritorika ilə birləşib ki, bu da potensial riskin ən təsirli nümunəsi və faktorudur”, – Nakamitsu deyib. O, bütün dövlətlərin eskalasiyaya səbəb olan hər cür hərəkətlərdən çəkinməli olduğunu vurğulayıb. Nakamitsu Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə üzv olan bütün dövlətləri öhdəliklərini yerinə yetirməyə və nüvə münaqişəsi riskini azaltmaq üçün səy göstərməyə çağırıb.
"Ukrayna hərbçiləri Enerqodarı atəşə tutmur, MAQATE-nin baş direktoru Rafael Qrossinin Zaporojye Atom Elektrik Stansiyasına (ZAES) ikinci səfərindən sonra vəziyyət sakitləşib".
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatına “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov məlumat verib.
Qrossinin səfərindən sonra Enerqodardakı vəziyyətlə bağlı sualı cavablandıran Roqov: “Vəziyyət dəyişməyib, Allaha şükür, sakit və sabitlikdir”, - deyib.
Onun sözlərinə görə, son bir həftə ərzində atışma Tokmak, Moloçansk, Veseli, eləcə də Melitopol ətrafında olub. “İntensivlik orta səviyyədədir, atəşlər davam edir", - Roqov əlavə edib.
Qrossi çərşənbə günü ZAES-ə baş çəkib və onun ərazisinə baxış keçirib. Rusiya mətbuatının verdiyi məlumata görə, ona Ukrayna Silahlı Qüvvələrinin atəşi nəticəsində zədələnmiş obyektlər göstərilib. Xüsusilə, o, dördüncü enerji blokunun soyuducu çənlərinin arasına düşən raketlərdən birinin qopma yerini görüb. Bu, Qrossinin ZAES-ə altı ayda ikinci səfəridir, birincisi 1 sentyabr 2022-ci ildə baş tutub.
2022-ci il avqustun 31-də MAQATE-nin baş direktoru Rafael Qrossinin rəhbərlik etdiyi missiyanın Zaporojye AES-ə ilk səfəri ərəfəsində Enerqodar stansiyası, eləcə də onun ərazisi dron və artilleriyadan atılan 100-dən çox zərbəyə məruz qalıb. Sentyabrın 1-də MAQATE və Rusiya nümayəndələrinin görüşməli olduğu ərazidəki Vasilyevkadakı keçidi atəşə tutulub.
Missiyanın orada olduğu müddətdə stansiya uğrunda döyüşlər olub. Hətta ZAES atəş atəşə tutulub.
Sentyabrın 2-də MAQATE missiyasının böyük hissəsi şəhəri tərk etdikdən sonra Silahlı Qüvvələr Enerqodara üç zərbə endirib. Sentyabrın 3-nə keçən gecə atəşə tutulması nəticəsində Ukraynadan keçən elektrik verilişi xətti zədələnib, ZAES müvəqqəti olaraq öz ehtiyaclarını təmin etməyə keçib.
Agentlik daha sonra hərbi əməliyyatlar nəticəsində baş verə biləcək qəzaların qarşısını almaq üçün stansiyanın ətrafında təhlükəsizlik zonasının yaradılmasını tələb edən hesabat yayıb. MAQATE ZAES-in haradan atəşə tutulduğunu dəqiqləşdirməyib.
TEREF.AZ yazır ki, müharibələrin taleyini demək olar ki, onlar həll edirlər. “Kabus Ordusu” 2-ci dünya müharibəsində yaradılır. Məxfi hərbi birlik uzun illər gizli saxlanılır. Düşməni çaş-baş salan məxfi qrupla bağlı inanılmaz faktlar... Teref.az