İsrail Hərbi Hava Qüvvələri Suriyadan ölkənin hava məkanına daxil olmağa cəhd göstərən pilotsuz uçuş aparatını (PUA) məhv edib.Modern.az "Ynet"ə istinadən xəbər verir ki, İran istehsalı PUA-nın Hizbullaha məxsus olduğu iddia edilir.İsrail müdafiə qüvvələri ərazini mühasirəyə alaraq PUA-nı məhv edib. Hazırda PUA-nın hissələri axtarılır.Pilotsuz uçan aparatın kəşfiyyat və ya zərbə tipli olması hələlik məlum deyil.