Ardını oxu...
 

Türkiyənin öz istehsalı olan ilk "Altay" tankı test edilmək üçün orduya təhvil verilib. 

Musavat.com xəbər verir ki, təqdimetmə mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ordunun testindən keçdikdən sonra "Altay" tanklarının kütləvi istehsalına başlanılacağını bildirib. 

Ərdoğan Türkiyənin yaxın tarixdəki hədəfini də açıqlayıb. O, bildirib ki, hədəf müstəqil müdafiə sənayesini yaratmaqdır. 

"Modern savaş tankı olan "Altay"la nailiyyətlərimizi taclandırdıq. Yeni Altay tankımız 10 il əvvəl ortaya çıxan prototipdən çox fərqli və üstün imkanlara malikdir. Digər müdafiə layihələrimiz kimi "Altay" tankının hazırlanması zamanı da çətinliklərlə qarşılaşdıq. Layihəmizə mane olmağa çalışdılar. Hər bir strateji məhsulda olduğu kimi, ona da "çirkab" atıldı. Gizli və açıq embarqolarla prosesi sabotaj etməyə çalışdılar. Bütün hücumlara məruz qalsaq da, təslim olmadıq, bir addım da geri çəkilmədik. Bu şəkildə ortaya çıxan tankımızı silahlı qüvvələrimizə çatdırırıq. Ordumuz sınaqlarını başa vurduqdan dərhal sonra tanklarımızın kütləvi istehsalına başlayacağıq", - Ərdoğan deyib. 

 

Musavat.com

Ardını oxu...
Danimarka Müdafiə Nazirliyi krallığın yaxınlığındakı təhdidlərlə mübarizə aparmaq üçün bütün hərbi mütəxəssisləri İraq və Suriya ərazisindən çıxaracaq.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Danimarkalı hərbi mütəxəssislər 2016-cı ildən İraq və Suriya ərazisində olub və İslam Dövləti terror təşkilatına qarşı mübarizədə iştirak ediblər. Onlar əsasən hava hücumundan müdafiə sahəsində çalışırdılar.

Danimarkanın Hava Hücumundan Müdafiə Birliyinin Hava Nəzarət Qanadının rəhbəri, polkovnik Bjarke Lomborg deyib ki, bölmələr qismən geri çəkilir, çünki bu ölkələrdə İD döyüşçülərinin sayı o qədər azalıb ki, onlara ehtiyac qalmayıb və bölmə döyüşləri bərpa etməlidir.
Ardını oxu...
Avropa İttifaqı ölkələri Ukrayna üçün döyüş sursatının alınması üçün nəzərdə tutulan 1 milyard avronun necə xərclənəcəyi ilə bağlı fikir ayrılığına düşüblər. “Politico” nəşri öz mənbələrinə istinadən qeyd edib ki, Fransa və Polşa sursatların alınması üçün Aİ-nin birgə müqavilələrini kimin alması barədə mübahisə edir - yalnız Avropa firmaları və ya ABŞ və Böyük Britaniya şirkətləri.

Digər tərəfdən Fransa qurumdakı bəzi dövlətləri qıcıqlandıraraq, blokda pul saxlamaq uğrunda mübarizəyə rəhbərlik edir. Avropalı diplomatların sözlərinə görə, Fransanın Aİ-dəki səfiri Polşalı həmkarını mətbuatda Parisi yekun razılaşmaya mane olmaqda ittiham etdiyinə görə tənqid edib. Polşa rəsmisi cavabında deyib ki, Fransa yalnız davam edən danışıqları çətinləşdirir.

Nəhayət, isveçlilər müqavilənin yenilənmiş mətnini təklif ediblər. Nəşrin məlumatına görə, bu məsələ ilə bağlı danışıqların gələn həftə davam etdirilməsi ehtimalı var.
 
Ardını oxu...
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun oğlu Nikolay “Vaqner” özəl hərbi şirkətinin sıralarında döyüşüb.

“Report” xəbər verir ki, bu barədə “Vaqner”in qurucusu Yevgeni Priqojın hərbi müxbir Aleksandr Simonova müsahibəsində bildirib.

“Bütün tanışlarımdan bir nəfər, bir vaxtlar axırıncı liberal kimi tanınan Dmitri Sergeyeviç Peskov, həyatının bir hissəsini Amerikada və ya, yanılmıramsa, İngiltərədə keçirmiş oğlunu gətirib deyir: “Onu sıravi artilleriyaçı kimi götürün”, - hərbi qruplaşmanın rəhbəri qeyd edib.

Priqojının sözlərinə görə, 33 yaşlı Nikolay “tamamilə normal” xidmət edib: “Dizinə qədər çirkdə, nəcisdə, "Uraqan"da. Çox adam bunu bilmir”.

Xatırladaq ki, ötən ilin sentyabrında Rusiyada qismən səfərbərlik elan edildikdən sonra mətbuatda Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun oğlu Nikolayın hərbi komissarlığa getməkdən imtina etməsinə dair məlumat yayılmışdı. Kremlin nümayəndəsi bu iddiaları yalanlamışdı.
 
Ardını oxu...
Ukrayna əsgərləri Rusiya qoşunlarına güclü zərbələr endirib, mühüm hədəfləri vurublar.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.

Qərargahın məlumatına görə, raket qoşunları və artilleriyaçılar rusların iki sursat anbarını və hərbi texnika və canlı qüvvəsinin cəmləşdiyi ərazini vurub.
Ardını oxu...
Böyük Britaniya Ukraynaya 14 ədəd “Challenger 2” tankı göndərib.

APA-nın Britaniya bürosu xəbər verir ki, bubarədə Birləşmiş Krallığın Silahlı Qüvvələri özünün Tvitter səhifəsində məlumat yayıb.

Bildirilib ki, britaniyalı təlimatçılar ukraynalı hərbçilərə bu tankları idarə etmək və onlardan döyüş meydanında istifadə üçün təlim keçiblər.
Ardını oxu...
 
Ardını oxu...
Çin 2035-ci ilə qədər 1500 nüvə başlığına sahib olacaq.
Teref.az “Report”a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtonda keçirilən illik silahlanmaya nəzarət konfransında deyib.
“Uzunmüddətli perspektivdə biz öz yanaşmamızı yenidən düşünməli və daha təhlükəli və rəqabətli dünyaya uyğunlaşdırmalıyıq. Bura 2035-ci ilə qədər 1500 döyüş başlığına sahib olacağı gözlənilən Çinlə əlaqə də daxildir”, - Stoltenberq bildirib.
O qeyd edib ki, Çin Xalq Respublikası qlobal güc olmaqla qlobal məsuliyyət daşıyır və o, silahlara nəzarət sazişlərində şəffaflığın və təhlükəsizliyin artırılmasından faydalanır.
 
Ardını oxu...
Ukraynada 2023-cü ilin aprelinə olan məlumata görə, 7 minə yaxın hərbçi itkin düşmüş hesab olunur.

“Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə xüsusi şəraitdə itkin düşmüş şəxslər üzrə komissar Oleq Kotenko bildirib.

"Həqiqətən belə bir rəqəm var, yeddi mindən bir qədər çoxdur. Biz itkin düşmüş kimi axtardığımız insanların hələ də əsir qalmasına inanırıq", - Kotenko deyib.

O, dəqiqləşdirib ki, itkin düşənlərin təxminən 60-65%-i, statistikaya görə, sağdır və əsirlikdədir.
Ardını oxu...
“Vaqner” özəl hərbi şirkətinin Rusiya adına Ukraynada törətdiyi hərbi cinayətlərin və vəhşiliklərin bir qismi artıq həmin şirkətin muzdluları tərəfindən etiraf olunmağa başlayıb.

“AzPolitika.info” xəbər verir ki, Ukraynada döyüşmüş, hazırda isə Rusiyada yaşayan keçmiş “Vaqnerçi” və Putinin əfv etdiyi keçmiş məhbus Azamat Uldarov Rusiyanın Gulagu.net hüquq müdafiə təşkilatına dəhşətli faktlar açıqlayıb. Onun etirafları ilə bağlı video qısa müddətdə böyük ajiotaj yaradıb.

Uldarov həmin videoda etiraf edir ki, “vaqnerçilər” şəxsən Yevgeni Priqojinin əmri ilə Soledar və Baxmut şəhərlərində mülki əhalini – uşaq, qadın, qoca bilmədən qətlə yetiriblər: “Bizə əmr verildi ki, şəhər təmizlənməli və hamı məhv edilməlidir. Biz hamını öldürürdük. Orada qadınlar, kişilər, qocalar, uşaqlar vardı. O, sızıldayırdı. O, balaca uşaq idi, başa düşürsən? Onun 5-6 yaşı vardı, mən atəş açdım, başa düşürsən? Mən heç kimi buraxmalı deyildim, heç kimi. Əmr verilmişdi”.

“Vaqnerçi” bunları deyərkən ağlayıb.

Uldarov deyib ki, hamının həqiqəti bilməsini istəyir: “İstəyirəm ki, Rusiya və bütün dövlətlər həqiqəti bilsinlər. Mən müharibə, qan tökülməsini istəmirəm. Mən bu əllərimlə əmr yerinə yetirmişəm – uşaq öldürmüşəm”.

Keçmiş məhbus deyib ki, Ukraynada ölən “vaqnerçilər”-in çoxunun kimliyini bəlli etmək olmur və onları harada gəldi basdırırlar: “Bunlar Putinin göstərişidir. Biz Putinin zibillərini təmizləyirik. “Vaqner” qeyri-rəsmi qatillərdir, muzdlulardır. Biz əclafıq, biz heyvanıq...”

Uldarov etiraf edib ki. Basxmutda təkcə bir binanın zirzəmisində 400 nəfəri qətlə yetiriblər.

Artıq Ukrayna Prezident Ofisinin başçısı Andrey Yermak “vaqnerçi”nin etiraflarına rəsmi münasibət bildirib: “Rusiya terrorçuları Baxmutda və Soledarda uşaqları öldürdüklərini etiraf edirlər. İndi söhbət “Vaqner”-dən gedir, amma bu, Rusiya ordusunun ümumilikdə Ukraynada törətdiyi cinayətlərə işıq salır. Onlar bizim uşaqlarımızı oğurlayır və qətl edirlər. Bu vəhşilər və qatillər milləti dünyanın bioloji zibilidir. Etiraf azdır, cəza lazımdır, qəddar və ədalətli! Dünya Rusiyanın sifətini görməlidir...”
Ardını oxu...
Rusiyanın muzdlu “Vaqner” qruplaşmasının rəhbəri, Prezident Vladimir Putinin aşpazı və dostu Evqeniy Priqojin Ukraynada müharibənin dayandırılmasıyla bağlı geniş yazı yayımlayıb.

Uzun müddətdir, Rusiya Müdafiə Nazirliyi ilə qarşıdurmada olan Priqojin fikrini belə əsaslandırıb: “Rusiya Donbasın böyük hissəsini ələ keçirib, Ukrayna parçalanıb, xeyli itki verib, Azov dənizinə çıxış nəzarətə götürülüb, Krıma quru yolumuz var, bəsimizdir, olanı qorumaq lazımdır”.

Politoloq Elxan Şahinoğlu bildirir ki, işğalçı müharibə başlayandan bu yana Priqojinin açıqlamalarını və müxtəlif məsələlərə reaksiyasını izləyir.

“Gəldiyim qənaət budur ki, bu şəxsin başkəsənlərin lideri kimi Ukrayna torpaqlarının işğalında və qətliamlarda rolu olsa da, zaman-zaman mövcud durumu bəzəmədən deyənlərdən biridir. Məsələn, Kremlin ruporları televiziya kanallarında müharibədə “uğurlardan” danışarkən, Ukrayna ordusunu aşağılarayarkən Priqojin “qarşı tərəf zəif deyil, müqaviməti güclüdür” deyirdi. İndi isə Priqojin deyir ki, müharibəni dayandırmaq lazımdır”, - ekspert əlavə edib.

Təhlilçi vurğulayır ki, Priqojin bəlkə də savaşda iştirak edən rusiyalı generalların açıq deyə bilmədiyini səsləndirib.

“Priqojin və onunla həmfikir olan generallar anlayırlar ki, müharibənin davamı Rusiyanın itkilərini artıracaq, ortada isə real nəticə olmayacaq”, - bildirib.

Elxan Şahinoğlu daha sonra deyib: “Priqojin onu da anlayır ki, Rusiya müharibənin dayandırıldığını elan etsə belə, Ukrayna dayanmayacaq. Çünki Kiyev müharibənin dayandırılmasını deyil, Rusiya ordusunun Ukrayna ərazisini tərk etməsini istəyir. Priqojinin təkliflərində isə işğal ərazilərini tərk etmək cümləsi yoxdur.

Priqojin Ukraynanın Rusiyanın təklifinə razılaşmayacağı halda hadisələrin iki variantda inkişaf edəcəyini proqnozlaşdırıb: “Ya Ukrayna ordusu əks-hücuma keçərək hansısa ərazilərin azad etdikdən sonra müqavimət gücü zəifləyəcək, ya da onların əks-hücumu nəticə verməyərək, biz onları Polşa sərhədinə qədər qovmağa başlayacağıq”.

Ancaq Priqojin yazısında muzdluların və Rusiya ordusunun Ukrayna ordusunu Polşa sərhədinə qədər qovacaq enerjisinin və potensilanın qalmadağına da işarə edib”.

Priqojinin yazısından hansı nəticə çıxarmaq mümkündür?

Təhliçi bir neçə variant səsləndirib: “Birincisi, “Vaqner” muzdluları və Rusiya ordusu irəliyə bilmir və itkiləri artır;

İkincisi, Priqojin Ukrayna ordusunun böyük əks-hücum əməliyyatına başlayacağına və bunun Rusiya üçün ağır nəticələri olacağına eyham vurub;

Üçüncüsü, Priqojinin təklifi bölgəyə sülh gətirməsə də, Rusiya siyasi elitasında və cəmiyyətində “müharibəni daha nə qədər davam etdirə bilərik” diskussiyalarını genişləndirəcək”.
 

Dünyapress TV

Xəbər lenti