Danimarka Müdafiə Nazirliyi krallığın yaxınlığındakı təhdidlərlə mübarizə aparmaq üçün bütün hərbi mütəxəssisləri İraq və Suriya ərazisindən çıxaracaq.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Danimarkalı hərbi mütəxəssislər 2016-cı ildən İraq və Suriya ərazisində olub və İslam Dövləti terror təşkilatına qarşı mübarizədə iştirak ediblər. Onlar əsasən hava hücumundan müdafiə sahəsində çalışırdılar.
Danimarkanın Hava Hücumundan Müdafiə Birliyinin Hava Nəzarət Qanadının rəhbəri, polkovnik Bjarke Lomborg deyib ki, bölmələr qismən geri çəkilir, çünki bu ölkələrdə İD döyüşçülərinin sayı o qədər azalıb ki, onlara ehtiyac qalmayıb və bölmə döyüşləri bərpa etməlidir.