b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_652d9434086df405371470fefcc4ab12.jpg
 

Türkiyənin öz istehsalı olan ilk "Altay" tankı test edilmək üçün orduya təhvil verilib. 

Musavat.com xəbər verir ki, təqdimetmə mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ordunun testindən keçdikdən sonra "Altay" tanklarının kütləvi istehsalına başlanılacağını bildirib. 

Ərdoğan Türkiyənin yaxın tarixdəki hədəfini də açıqlayıb. O, bildirib ki, hədəf müstəqil müdafiə sənayesini yaratmaqdır. 

"Modern savaş tankı olan "Altay"la nailiyyətlərimizi taclandırdıq. Yeni Altay tankımız 10 il əvvəl ortaya çıxan prototipdən çox fərqli və üstün imkanlara malikdir. Digər müdafiə layihələrimiz kimi "Altay" tankının hazırlanması zamanı da çətinliklərlə qarşılaşdıq. Layihəmizə mane olmağa çalışdılar. Hər bir strateji məhsulda olduğu kimi, ona da "çirkab" atıldı. Gizli və açıq embarqolarla prosesi sabotaj etməyə çalışdılar. Bütün hücumlara məruz qalsaq da, təslim olmadıq, bir addım da geri çəkilmədik. Bu şəkildə ortaya çıxan tankımızı silahlı qüvvələrimizə çatdırırıq. Ordumuz sınaqlarını başa vurduqdan dərhal sonra tanklarımızın kütləvi istehsalına başlayacağıq", - Ərdoğan deyib. 

 

Musavat.com

Dünyapress TV

Xəbər lenti