Avropa İttifaqı ölkələri Ukrayna üçün döyüş sursatının alınması üçün nəzərdə tutulan 1 milyard avronun necə xərclənəcəyi ilə bağlı fikir ayrılığına düşüblər. “Politico” nəşri öz mənbələrinə istinadən qeyd edib ki, Fransa və Polşa sursatların alınması üçün Aİ-nin birgə müqavilələrini kimin alması barədə mübahisə edir - yalnız Avropa firmaları və ya ABŞ və Böyük Britaniya şirkətləri.
Digər tərəfdən Fransa qurumdakı bəzi dövlətləri qıcıqlandıraraq, blokda pul saxlamaq uğrunda mübarizəyə rəhbərlik edir. Avropalı diplomatların sözlərinə görə, Fransanın Aİ-dəki səfiri Polşalı həmkarını mətbuatda Parisi yekun razılaşmaya mane olmaqda ittiham etdiyinə görə tənqid edib. Polşa rəsmisi cavabında deyib ki, Fransa yalnız davam edən danışıqları çətinləşdirir.
Nəhayət, isveçlilər müqavilənin yenilənmiş mətnini təklif ediblər. Nəşrin məlumatına görə, bu məsələ ilə bağlı danışıqların gələn həftə davam etdirilməsi ehtimalı var.