Ardını oxu...
“İraqın şimalında 140 kilometr dərinliyə girmişik”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, əməliyyat zamanı 16 mağara bombalanıb: “Suriyalılar da, iraqlılar da bizim qardaşlarımızdır. Burada heç bir problem yoxdur. Bizim problemimiz terrorçulardır”.

H.Akarın sözlərinə görə, ən sonuncu terrorçu məhv edilənədək mübarizə davam edəcək.
 
Ardını oxu...
Bəzi siyasətçilərin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı tənqidləri əsassızdır və konstruktiv işə töhfə vermir.

Bunu cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Tədbir nazirliyin “Twitter” səhifəsindən canlı olaraq yayımlanıb.

“Müəyyən siyasətçilər tərəfindən KTMT-yə qarşı əsassız tənqidlər faydalı deyil və qarşılıqlı məqbul həll yollarının axtarışına töhfə vermir”, - deyə o bildirib.

Zaxarova həmçinin qeyd edib ki, Ermənistan hakimiyyətinin KTMT təlimlərində iştirak etməmək qərarı respublikadakı mövcud vəziyyətlə bağlıdır.

“İrəvanın Qazaxıstanda KTMT-nin birgə təlimlərində iştirak etmək üçün bu il hərbi kontingent göndərməmək qərarına gəlincə, hesab edirəm ki, bu məsələdə Ermənistan qarşısında duran prioritet vəzifələr, , mövcud vəziyyəti nəzərə alsaq, onun silahlı qüvvələridir. Ümumiyyətlə, təşkilat çərçivəsində Ermənistanla qarşılıqlı fəaliyyəti səmərəli kimi xarakterizə etmək olar”, - diplomat bildirib.
 
Ardını oxu...
Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə təxribata əl atıb.

APA xəbər verir ki, Azərbaycan Ordusu tərəfindən bu təxribata cavab tədbirləri görülüb.

Nəticədə Ermənistan tərəfdən üç hərbi qulluqçu öldürülüb.

Hazırda sərhəddə vəziyyət sabitdir.

Xatırladaq ki, Ermənistan mediasında atəşkəsin Azərbaycan tərəfindən pozulması barədə məlumatlar yayılıb.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın atəşkəsin Azərbaycan tərəfindən pozulması barədə məlumatlarının yalan olduğunu bildirib:

“Ermənistan tərəfinin minaatanlar və iriçaplı atıcı silahlardan atəş açmaqla atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yaydığı məlumatlar yalandır. Belə məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb”,- nazirliyin yaydığı açıqlamada bildirilib.

Qeyd edək ki, atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb.
 
Ardını oxu...
Ermənistan tərəfinin minaatanlar və iriçaplı atıcı silahlardan atəş açmaqla atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yaydığı məlumatlar yalandır.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, belə məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır.

“Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb”, - deyə nazirliyin yaydığı məlumatda qeyd edilib.
 
 
 
Ardını oxu...
Ukrayna Rusiya ilə “hamının hamıya” mübadiləsi prinsipi üzrə danışıqlar aparır. “Report” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bildirib.

Ukraynalı hərbi əsirlərin ailələrinin nümayəndələri ilə görüşdə Budanov qeyd edib ki, mübadilə ilə bağlı danışıqlar prosesi kifayət qədər yorucudur.

Xatırladaq ki, bundan əvvəl Ukrayna və Rusiya arasında Türkiyə tərəfinin vasitəçi kimi çıxış etdiyi əsir mübadiləsi aparılıb.
 
Ardını oxu...
DİA.AZ: - "Mən Cəfərli Oğuz Rüstəm oğlu II Qarabağ müharibəsinin ilk günündən son gününədək müharibədə iştirak etsəm də düz Şuşayadək gedib çıxsam da mənə cənab Prezident tərəfindən Kəlbəcərin azad olunmasına görə müdalı verilsə də hələ də müharibə iştirakşısı adı və vəsiqəsi verilmir ki 80 manat müavinətimi alım. Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2021-ci il tarixli 3088 nömrəli sərəncamına əsasən 2020-ci il sentyabrın 27 dən noyabrın 10 dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxsalərə "Müharibə veteranı" adının və "Azərbaycan Respublikasının müharibə veteranı" vəsiqəsinin verilməsi, habelə "Müharibə Veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin edilməsi və ödənilməsi şamil edilir". Bu barədə DİA.AZ-a göndərilən müraciətdə deyilir.

Daha sonra narazı vətəndaş yazır: "Prezidentin sərəncamı yerlərdə icra olunmur.Hərbi biletimin 14 cü bəndində də açıq qeyd olunub ki, döyüşlərdə iştirak edib və hərbi hissənin möhürü ilə təsdiq olunub.Belə şıxır ki, Kəlbəcərin azad olunması uğrunda gedən döyüşmüşəm amma müharibə iştirakçıxı deyiləm!

Azərbaycan Republikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Silahlı Qüvvələrin hərbi Qulluqşularının "Kəlbəcərin azad olunmasına görə" müdalı ilə təltif olunması haqqında sərəncamında Kəlbəcər rayonunun azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların siyahisında mənim adım da var və mən müvafiq medalla təltif olunmuşam. Amma veteranlıq məsələsi gələndə deyirlər yox döyüşlərdə iştirak etməmisən.

Nə qədər gözləyim axı mən? Gərək mən də sosial şəbəkələrə çıxıb hay-küy salım, yoxsa özümə od vurub yandırım ondan sonra məni eşidən olsun.

Əmək Nazirliyinə, Müdafiə Nazirliyinə, yaşadığım Sumqayıt şəhər İcra Hakimiyyətinə yazılı müraciət etsəm də heç birindən mənimlə əlaqə saxlayan olmamışdır.Xahiş edirəm mənə köməklik edin".

Məsələ diqqətimizdədir. Bütün aidiyyatı qurumları dinləməyə hazırıq...
Ardını oxu...
"Ötən müddət ərzində Azərbaycandan Ermənistana 156 məhbus qaytarılıb. Lakin hələ də Azərbaycanda saxlanılan çoxlu sayda erməni var".

"AzPolitika.info" xəbər verir ki, bunu Avropa Məhkəməsində erməni ailələrini müdafiə edən vəkil Siranuş Saakyan deyib.
O iddia edib ki, rəsmi Bakının inkar etdiyi 80-ə yaxın erməni əsir Azərbaycanda saxlanılır: "Sentyabrın 13-də hərbi əməliyyatlara qədər Azərbaycanda rəsmi olaraq saxlanılan məhbusların sayı 33 nəfər idi və müharibədən sonrakı dövrdə artıq 20-yə yaxın yeni əsir götürülmə faktı qeydə alınıb. Böyük əksəriyyəti artıq rəsmi səviyyədə təsdiqlənib, lakin yaxın vaxtlarda Avropa Məhkəməsi vasitəsilə cavablar gözlənilir. O zaman biz son insidentlər zamanı əsir götürülən şəxslərlə bağlı məlumatlara daha dəqiq aydınlıq gətirə biləcəyik", - Saakyan bildirib.

 
Ardını oxu...
Rusiyada istehsal olunan pilotsuz təyyarələrin əksəriyyəti taktiki və texniki tələblərə cavab vermir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik İqor İşşuk “Pilotsuz nəqliyyat vasitələri texnologiyalarının inkişaf perspektivləri” adlı dəyirmi masada çıxışı zamanı deyib.

"Müdafiə Nazirliyi pilotsuz uçuş aparatları üçün müvafiq taktiki-texniki tələblər hazırlayıb. Əksər istehsalçılar isə təəssüf ki, onları yerinə yetirmək iqtidarında deyillər. Əsas problem element bazasındadır", - MN nümayəndəsi bildirib.

Onun sözlərinə görə, vəziyyətlə əlaqədar hərbi idarə sadələşdirməyə, əlavə razılaşmalara, PUA-ların eksperimental rejimdə istismara qəbuluna məcburdur.

Bundan əvvəl xarici KİV-lər Rusiyanın Ukraynada döyüşmək üçün İran pilotsuz uçan aparatlarını aldığını yazıb.
 
 
 
Ardını oxu...
Ukrayna hərbçiləri İzüm yaxınlığında ruslarla necə vuruşduqlarını nümayiş etdirib, bəzilərini əsir götürüblər.
Bu barədə Qaynarinfo Ukrayna Milli Qvardiyasının Facebook səhifəsinə istinadən xəbər verir.
“İzüm istiqamətində əks-hücum zamanı Ukrayna Milli Qvardiyasının hərbçiləri 15 rus hərbçisini “demilitasiya” edib və əsir götürüblər”, – deyə məlumatda bildirilir.
Hərbçilərin məlumatına görə, əsirlərin arasında 2 rus mayoru da var.
“Milli Qvardiyaçılar Ukrayna Silahlı Qüvvələrinin bölmələri ilə birlikdə Xarkov vilayətinin yaşayış məntəqələrini rus kafirlərindən azad etməkdə davam edir”, – hərbçilər əlavə edib.

 
Ardını oxu...
Vladimir Putin Rusiya ərazisini qorumaq üçün nüvə silahından istifadə etməyə hazır olduğunu bildirib. Bu sözlər Rusiya Prezidentinin Ukraynada kiçik “taktiki” nüvə silahının mümkün istifadəsi ilə bağlı dünya boyunca ciddi narahatlığa səbəb olub.

ABŞ Prezidenti Co Bayden Putinə xəbərdarlıq edərək, bunun İkinci Dünya Müharibəsindən bəri ən dəhşətli hərbi eskalasiya olacağını deyib.

Taktiki nüvə silahları nədir?

Taktiki nüvə silahları (TNS) döyüş meydanında istifadə etmək və ya məhdud nüvə zərbəsi endirmək üçün çatdırılma vasitələri ilə birlikdə kiçik nüvə silahlarıdır.

Onlar geniş radioaktiv çirklənmə olmadan müəyyən hədəfləri məhv etmək üçün istifadə oluna bilər. Ən kiçik taktiki nüvə başlığının gücü trotil ekvivalenti ilə bir kilotona qədərdir (yəni partlayışın gücü min ton trotilin partlama gücündən çox deyil). Ən böyük taktiki nüvə başlığı 100 kilotona qədər ola bilər.

Strateji nüvə silahları daha güclüdür – 1000 kilotona qədər. Onlar həmçinin minlərlə kilometr məsafədə istifadə olunur. Tarixdəki ən güclü termonüvə partlayışı – Sovet Çar Bombası – 58 meqatondan çox idi. Xirosimaya atılan Amerika atom bombasının gücü 15 kiloton olub.

Rusiyanın hansı taktiki nüvə silahı var?

ABŞ kəşfiyyatının məlumatına görə, Rusiyanın 2000-ə yaxın taktiki nüvə silahı var. Taktiki nüvə başlıqları qanadlı və ya taktiki raketlər, habelə artilleriya mərmiləri kimi adi döyüş vasitələrinə yerləşdirilə bilər.

TNS üçün təyyarə və ya gəmilərdən də istifadə edilə bilər. Belə döyüş başlıqları raketlərə, torpedolara və ya dərinlik bombalarına quraşdırılır.

ABŞ iddia edir ki, Rusiya son illərdə bu cür silahların hazırlanmasına böyük sərmayələr qoyub, onların məsafəsini və dəqiqliyini artırıb.

Taktiki nüvə silahları hərbi münaqişədə heç vaxt istifadə olunmayıb. ABŞ və ya Rusiya kimi nüvə gücləri hesab edirlər ki, adi müasir silahlar taktiki məqsədlərə nail olmaq üçün kifayət edir. Bundan əlavə, indiyədək heç bir nüvə dövləti taktiki nüvə silahlarından istifadə etməklə nüvə müharibəsi riskinə getmək istəməyib. Bununla belə, Rusiya strateji raketlərdənsə, TNS-lərin istifadəsinə daha meylli ola bilər.

“Ola bilsin ki, onlar bunu nüvə silahından istifadə həddini keçmək kimi görmürlər, – Böyük Britaniyanın Beynəlxalq Münasibətlər üzrə “Chatham House” Kral İnstitutunun beynəlxalq təhlükəsizlik proqramının rəhbəri Patricia Lewis deyir – Onlar üçün bu, adi silahların bir hissəsidir”.

London Kral Kollecinin atom enerjisi üzrə eksperti Heather Uliams deyir ki, Çin Rusiyanı taktiki nüvə silahından istifadə etməkdən çəkindirə bilər. “Rusiya Çinin dəstəyindən çox asılıdır”, – qeyd edib.

Onun sözlərinə görə, Çinin nüvə doktrinası silahdan birinci istifadə etməməyi nəzərdə tutur: “Ona görə də Putin TNS-dən istifadə etsəydi, Çin üçün onu dəstəkləmək çətin olardı. Əgər Putin belə bir silahdan istifadə etsə, çox güman ki, Çini itirəcək”.

BBC Rus Xidmətinin hərbi təhliçisi Pavel Aksyonov bildirir ki, dünyada Rusiyanın taktiki nüvə silahından istifadə etmə ehtimalına münasibət çox ciddidir, baxmayaraq ki, əksər ekspertlər Rusiyanın ondan istifadə etməyəcəyinə inanır: “Sadəcə olaraq, belə bir işin nəticələri o qədər böyük və təhlükəlidir ki, hətta kiçik bir ehtimal belə onu unutmağa imkan vermir. Taktiki nüvə silahlarının bir çox növləri var. Buraya gəmi əleyhinə və quruda yerləşən qanadlı və ballistik raketlər, dərinlik bombaları, gəmi və sualtı torpedolar, artilleriya mərmiləri, yüksək partlayıcı nüvə minaları və hətta Moskva A-135 hava hücumundan müdafiə sisteminin tutucu raketləri daxildir. Xarici dövlətlər onları qeydiyyata almır. Çünki strateji hücum silahları haqqında müqavilə, əməliyyat-taktiki səviyyəli silahları əhatə etmir. Bu, kifayət qədər effektiv döyüş vasitəsidir, çünki istənilən formada o, böyük gücə malikdir – baxmayaraq ki, strateji nüvə silahları kimi miqyaslı zərər yetirmir. Keyfiyyət və ya kəmiyyət baxımından dəqiq idarə olunan silahların çatışmazlığını hiss edən bir ordu üçün problemi yeganə güclü zərbə ilə həll etmək şirnikdirici görünə bilər. Məsələn, düşmənin hücum üçün işğal etdiyi ərazini təmizləmək.

Bundan əlavə, güclü strateji döyüş başlığının zərbəsi cavab zərbəni doğura bilər. Ancaq TNS tamamilə fərqli bir məsələdir. Taktiki silahlar strateji silahlardan daha az dağıntı törədir, həm də kiçik bir partlayışdan sonra radiasiya çirklənməsi o qədər də kritik olmur. Buna görə onu tətbiq edən düşünə bilər ki, qarşı tərəf nəzarətsiz eskalasiyaya yol verməmək üçün eyni addımı atmayacaq. Bütün bu mülahizələr taktiki nüvə silahından istifadə həddini azaldır.

Amma Ukraynada taktiki nüvə silahından istifadənin mümkünlüyü ilə bağlı fərziyyələr artıq ciddi beynəlxalq reaksiyaya səbəb olur.

9 avqust 1945-ci ildən bəri müharibələrdə nüvə silahından istifadə edilmir. Dünya nüvə müharibəsindən qorxmağa öyrəşib.

Taktiki nüvə silahının tətbiqi elə bir gərginliyin artmasına çevriləcək ki, bunu hamı hiss edəcək. Çünki nüvə silahından istifadə etməmək prinsipinə əsaslanan strateji sabitlik bütün ölkələrə aiddir. Hətta kiçik nüvə bombasının istifadəsi heç kimin xoşuna gəlməyəcək”.
 

Dünyapress TV

Xəbər lenti