"Ötən müddət ərzində Azərbaycandan Ermənistana 156 məhbus qaytarılıb. Lakin hələ də Azərbaycanda saxlanılan çoxlu sayda erməni var".
"AzPolitika.info" xəbər verir ki, bunu Avropa Məhkəməsində erməni ailələrini müdafiə edən vəkil Siranuş Saakyan deyib. O iddia edib ki, rəsmi Bakının inkar etdiyi 80-ə yaxın erməni əsir Azərbaycanda saxlanılır: "Sentyabrın 13-də hərbi əməliyyatlara qədər Azərbaycanda rəsmi olaraq saxlanılan məhbusların sayı 33 nəfər idi və müharibədən sonrakı dövrdə artıq 20-yə yaxın yeni əsir götürülmə faktı qeydə alınıb. Böyük əksəriyyəti artıq rəsmi səviyyədə təsdiqlənib, lakin yaxın vaxtlarda Avropa Məhkəməsi vasitəsilə cavablar gözlənilir. O zaman biz son insidentlər zamanı əsir götürülən şəxslərlə bağlı məlumatlara daha dəqiq aydınlıq gətirə biləcəyik", - Saakyan bildirib.