Ardını oxu...
Rusiyalı iş adamı, "Putinin aşbazı" ləqəbi ilə tanılnan Yevgeni Priqojin ilk dəfə olaraq Ukraynada, Suriyada və Afrikadakı bir sıra münaqişələrdə, o cümlədən Liviyadakı vətəndaş müharibəsində iştirak edən muzdlulardan ibarət “Vaqner PMC” adlandırılan şirkətlə əlaqəsini etiraf edib. Əvvəllər bir sıra jurnalist araşdırmaları iş adamını bu qruplaşma ilə əlaqələndirsə də, o, bunu həmişə təkzib edib.

Priqojin ona məxsus olan "Concord" şirkətlər qrupunun internet səhifəsində verdiyi cavabda PMC-ni 2014-cü ildə özü yaratdığını bildirib. İş adamı deyib ki, Ukraynanın şərqində müharibədə iştirakı planlaşdırılan mövcud birləşmələri dəstəkləməyin səmərəsizliyinə əmin olduqdan sonra şirkətin əməkdaşlarını təlim poliqonlarından özü toplayıb.

Priqojinin sözlərinə görə, uzun müddət “rus vətənpərvərliyinin əsası” adlandırdığı üzvlərini aşkara çıxarmamaq üçün qrupla əlaqəsini etiraf etməkdən yayınıb. O, "Vaqner"in 2014-cü ildə Luqanskdakı hava limanını və bir çox başqa əraziləri Ukrayna ordusundan geri aldığını bəyan edərək, onları “Suriya xalqını, ərəb ölkələrinin digər xalqlarını, kimsəsiz afrikalıları və Latın amerikalılarını qoruyan” qəhrəmanlar adlandırıb.

Xatırladaq ki, Yevgeni Priqojin "Vaqner" PMC-də iştirakını inkar edib və onu şirkətin sahibi adlandıran jurnalistləri məhkəməyə verib. Məsələn, 2022-ci ilin avqustunda Moskvanın Presnenski Məhkəməsi “Exo Moskvı” radiostansiyasının keçmiş baş redaktoru Aleksey Venediktovun Priqojinin PMC-nin sahibi olması barədə dediklərini etibarsız saydı.

"Meduza" agentliyinin məlumatına Priqojin 2022-ci ilin yayında qrupla əlaqələri ilə bağlı materialları Rusiyadakı axtarış sistemlərindən silmək üçün unudulmaq hüququndan istifadə edib.

2019-cu ildə "The Bell" nəşri öz araşdırmasında Priqojinin Rusiya ordusunun Baş Qərargahının təşəbbüsü ilə "Vaqner" qrupunun yaradılmasında iştirak etdiyini yazıb. Nəşrin mənbələri bildirib ki, özəl hərbi şirkət yaratmaq ideyası Baş Qərargahda dünyanın ilk PMC-lərindən birinin yaradıcısı Eben Barlou ilə qapalı görüşdən sonra yaranıb. "The Bell" ordunun əsas podratçılarından biri olan Priqojini “fəal insan”, “yolunu əvvəldən müəyyən edən” və Putinlə də tanış olan biri kimi xarakterizə edib. Həmin materiala verdiyi şərhdə biznesmen "Vaqner" qrupu ilə əlaqəsini inkar edib.

Atıcı silahlardan əlavə, "Vaqner" PMC ağır texnika, artilleriya və hərbi aviasiya ilə silahlanmışdır. Rusiya qanunları belə hərbi şirkətlərin yaradılmasına icazə vermir. Kreml də PMC-lərlə hər hansı əlaqəni inkar edir.

Yayda Ukraynadakı müharibəni işıqlandıran anonim "Teleqram" kanalları Priqojinin "Rusiya Qəhrəmanı" adına layiq görülməsi barədə məlumat yayıb. Bu barədə rəsmi fərman dərc olunmasa da iş adamı bu mükafatla ictimaiyyət qarşısına çıxıb.
Ardını oxu...
Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

"Report" xatırladır ki, artıq ikinci ildir sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq.

Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.

Ötən il olduğu kimi bu il də Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Ətraflı

Beləliklə, bu gün respublikada Vətən müharibəsi qəhrəmanları minnətdarlıq hissi ilə anılacaq, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna böyük ehtiram göstəriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd edilir.

Xatırladaq ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. 44 günlük Vətən müharibəsi Azərbaycanın həm döyüş meydanında, həm də siyasi masada qələbəsi ilə başa çatıb.

Bütün bunlara Azərbaycan Ordusunun 2908 şəhidinin qanı bahasına nail olunub. Beləliklə, uzun illər erməni işğalı altında olan Azərbaycanın əzəli və əbədi torpaqları azad olunub. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır, eləcə də insanların öz yurdlarına qayıdışı təmin olunur.

Allah şəhidlərimizə rəhmət eləsin!
 
Ardını oxu...
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət nəzərə alınmaqla Ermənistan silahlı qüvvələrinin bölmələrinin KTMT-nin Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edilməsi qərara alınıb.

Qeyd edək ki, Qazaxıstanda KTMT-nin çevik reaksiya qüvvələrinin təlimləri sentyabrın 26-dan oktyabrın 8-dək keçirilməsi planlaşdırılıb.
 
Ardını oxu...
Almaniya Ukraynaya tanklar göndərmək istəmir, çünki bu, münaqişənin inkişafında təhlükəli addım ola bilər.

"Report" xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts “The New York Times” qəzetinə müsahibəsində deyib.

"Biz Ukraynanı dəstəkləyirik. Lakin bu dəstəyi eskalasiyaya, NATO ilə Rusiya arasında müharibəyə gətirib çıxarmayacaq şəkildə edirik, çünki bu, fəlakət olardı", - Şolts bildirib.

Qeyd edək ki, son həftələrdə Almaniya Ukrayna və bir sıra NATO ölkələrinin nümayəndələri tərəfindən Kiyevə hücum əməliyyatları üçün lazım olan tankları və piyada döyüş maşınlarını göndərmədiyinə görə sərt şəkildə tənqid olunub.

Ardını oxu...
 
 

 
Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb.

 

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 23-ü saat 19:30-dan saat 23:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Cermuk yaşayış məntəqələri istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əmənullayev Rəşad Ağacan oğlu, Rəhimzadə Ruhid Oktay oğlu və Cavadov Rəvan Şəmsəddin oğlu yaralanıb.
Yaralı hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib. Onların həyatı üçün heç bir təhlükə yoxdur.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

"Bildiririk ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - nazirliyin məlumatında qeyd edilib.

 

XalqXeber.Az
Ardını oxu...
Ukraynada İrana məxsus 6 pilotsuz uçuş aparatı (PUA) və Rusiyanın Su-25 qırıcısı vurulub.

UNİAN xəbər verir ki, PUA-ları Ukrayna Hərbi Hava Qüvvələri zərərsizləşdirib.

Rusiya İran istehsalı olan kamikadze-dronu “Geran-2” adı ilə istifadə edir.

Qeyd edək ki, İran hərbi dronlarının Rusiyaya çatdırılması ilə bağlı xəbərlər bu ilin iyul ayında yayılmışdı. BBC-nin məlumatına əsasən, bura birinci sinfə aid taktiki dronlar, kvadrokopterlər və təyyarələr, ikinci və üçüncü sinfə aid uçuş hündürlüyündən asılı olaraq “uzun uçuş müddətli” kimi təsnif edilən orta və ağır PUA-lar daxildir (MALE UAV və HALE UAV). Rusiyaya verilən “Mohajer-6” PUA-ları təsnifata görə ikinci sinfə aiddir.

Məlumata görə, iranlılar hələ 1990-cı illərin sonlarında onlardan Əfqanıstanda istifadə ediblər. Ümumi adına baxmayaraq, “Şahed-129” və “Şahed-191” çox fərqli PUA-lardır. Onlar Qərb istehsalının prototiplərindən fərqlidir. Belə hesab edilir ki, “Şahed-129” İran mühəndislərinin əlinə keçən İsrailin “Hermes 450” dronu əsasında yaradılıb. “Şahed-191” isə ABŞ-ın “Q-170 Sentinel” dronuna əsaslanır.
 
Ardını oxu...
ABŞ və Fransanın Ermənistandakı səfirliklərinin öz vətəndaşlarını Azərbaycanla sərhəddən uzaq durmağa çağırması Ermənistanın yenidən Azərbaycana hücum etməyə hazırlaşmasının əlaməti kimi yozulmalıdır.

200-300 nəfərlik itkidən sonra Ermənistanın srağagün və dünən yenidən Azərbaycan mövqelərinə atəş açması Ermənistanın sakitləşmək fikrində olmadığını göstərir.

Ola bilsin ki, ABŞ və Fransadan Ermənistana açıq və gizli vəd edilən silahların ilk partiyası İrəvana çatdırılıb. Fransa və ABŞ ordularının təlimçilərinin Ermənistanda olmasını heç kim təkzib də etmədi. BMT TŞ-da müzakirələr də Ermənistanı şirnikləndirmiş ola bilər. Mümkündür ki, Ermənistana növbəti toqquşmaların olacağı təqdirdə Azərbaycanı işğalçı kimi tanıyan qətnamənin qəbul ediləcəyi vədi də verilib.
Ardını oxu...
12-13 sentyabr döyüşlərindən sonra ABŞ və Fransanın Ermənistana verdiyi siyasi dəstək də Ermənistanı müharibəyə şirnikləndirən faktorlardan biri ola bilər.

Azərbaycan Qərb silahlarına qarşı tətbiq edə biləcəyi yeni silahlar əldə etmək haqda düşünməlidir. Ermənistan artıq Rusiyanın yox, ABŞ və Fransanın ön cəbhəsidir. Azərbaycanın hazırlıqları buna qarşı olmalıdır. Paralel olaraq dünya və daxili ictimai-siyasi rəyində Ermənistanın planlarıyla bağlı kommunikasiya işi qurulmalıdır.
Ardını oxu...
 
Ardını oxu...
Putin azərbaycanlıları da döyüşə göndərir-İki ölkə öz vətəndaşlarına Ukrayna ilə bağlı xəbərdarlıq etdi, bəs biz nə etməliyik?

Rusiya prezidenti Vladmir Putinin qismən səfərbərlik haqqında fərmanı ölkədə ajiotaj yaradıb. Sosial mediada yayılan xəbərlərdən görünür ki, əhalinin böyük əksəriyyəti bu xəbəri narazılıqla qarşılayıb.

Yenixeber.org: Dünən paytaxt Moskva da daxil olmaqla bir neçə iri şəhərdə kütləvi etiraz aksiyaları keçirilib. Minlərlə insanın qatıldığı anti-rejim aksiyalarında Putin hakimiyyətinin əleyhinə şüarlar səsləndirilib, habelə hakimiyyətdən Ukraynadakı işğalçı müharibənin dayandırılması tələb olunub.

Rusiya Daxili İşlər Nazirliyi etirazaçıların üstünə daxili qoşunları, habelə xüsusi hazırlıqlı polis qüvvələrini göndərib. Nəticədə nümayişlər zorakılıqla dağıdılıb, yüzlərlə aksiya iştirakçısı saxlanılıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə dünən gün boyu mindən artıq rusiyalı saxlanılaraq polis bölmələrinə aparılıb.

Xatırladaq ki, səfəbərlik qərarı Rusiyadan kütləvi qaçışa da rəvac verib. Dünən gün ərzində Rusiya ilə viza rejimi olmayan Türkiyə və postosvet ölkələrinə təyyarə biletləri qısda müddətdə satılaraq bitib. Bəzi aviakompaniyalar bilet qiymətlərini hətta 10 min avroya qədər bahalaşdırıblar.

Rusiya bu müharibəyə həm də bu ölkədə yaşayıb, işləyən miqrantları da cəlb etməyə çalışır. Bu məqsədlə Rusiya vətəndaşlığı almaq üçün proseduralar xeyli sadələşdirilib. Belə ki, Rusiya ordusunda ən azı bir illik xidmətlə bağlı müqavilə bağlayanların dərhal vətəndaşlıq alacağı açıqlanıb.

Bəzi postsovet ölkələri öz vətəndaşlarının Rusiya tərəfindən Ukraynaya qarşı vuruşmasını istəmir. Məsələn, dünən Qırğızıstan və Özbəkistan hakimiyyəti Rusiyadakı miqrant vətəndaşlarına xəbərdarlıq edib ki, Ukraynada müharibə aparan Rusiya ordusuna yazılmasınlar.

Moskvadakı Qırğızıstan səfirliyinin sentyabrın 21-də yaydığı bəyanatda bildirilir ki, xarici ölkələrin ərazisində hərbi fəaliyyətdə hər hansı formada iştirak muzdlu fəaliyyət hesab ediləcək, 10 ilədək həbs, əmlakın müsadirəsilə cəzalandırılacaq. Səfirlik vətəndaşlarına bildirir ki, onlara hərbi əməliyyatlara qoşulmağa çağıran sənəd gələrsə diplomatik təmsilçiliyə müraciət etsinlər.

Özbəkistan səfirliyi də oxşar bəyanatla çıxış edib, xarici ordulara qoşulmağın qanunsuz olduğunu, 10 ilədək həbslə cəzalandırılacağını bildirib.

Qırğızıstan həmsərhəd olmayan ölkələrlə ikili vətəndaşlığı tanıyır. Rusiyadakı qırğız əmək miqrantlarının çoxunun Rusiya vətəndaşlığı da var və səfərbərliyə cəlb oluna bilərlər.

Özbəkistan isə ikili vətəndaşlığı tanımır. Rusiyadakı 1.2 milyon özbək miqrantın çoxu Rusiya vətəndaşlığı almaq istəyir, bəziləri bundan ötrü Rusiya silahlı qüvvələrində xidmət keçir.

Bəs ikili vətəndaşlığı qadağan edən Azərbaycan bu məsələdə hansı mövqeni tutmalıdır? Məlumdur ki, Rusiyada 2 milyonadək azərbaycanlı işləyir və yaşayır. Onların bir hissəsi bu ölkənin vətəndaşlığını qəbul edib, qalan hissəsi də iş icazələri ilə müvəqqəti qeydiyyatdadırlar. Rusiya hökumətinin vətəndaşlığı Ukraynaya qarşı döyüşməyin qarşılığında asan şərtlərlə verməsi bir çoxlarına cazibəli təklif kimi görünə bilər.

Bu da var ki, Rusiya vətəndaşlığı olan azərbaycanlılar hakimiyyətin səfərbərlik tələbindən yayına bilməyəcəklər. Çünki sentyabrın 20-də Dövlət Dumasında Cinayət Məcəlləsinə edilən dəyişikliklərə görə, Rusiya silahlı qüvvələrinə qoşulmaqdan imtina edən Rusiya vətəndaşları üçün uzunmüddətli həbs cəzaları nəzərdə tutulur.

Belə olan halda Rusiyadakı azərbaycanlılar nə etməlidirlər? Səfərbərliklə bağlı onları nə gözləyir? Ukraynaya qarşı vuruşan Azərbaycan vətəndaşına ölkəmizdə hüquqi münasibət necə olacaq ?

Hüquqşünas Hafiz Həsənov məsələni şərhində bildirib ki, Rusiyadakı azərbaycanlılar bu ölkənin vətəndaşlarıdırsa, həmin şəxslər səfərbərliyə cəlb edilə və ya könüllü olaraq hərbi əməliyyatlara cəlb edilə bilərlər: “Rusiyada yaşayan Azərbaycan vətəndaşları isə hakimiyyət tərəfəindən səfərbərliyə cəlb edilə bilməzlər. Onların könüllü olaraq Rusiya Federasiyası tərəfindən aparılan hərbi münaqişələrdə iştirak etmələrinə görə Cinayə Məcəlləsində konkert maddə nəzərdə tutulmayıb. Yalnız 2014-cü ildə CM-yə 283-1. “Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma” adlı 283-1.-ci maddə əlavə edilib. Burada dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə və bu cür silahlı birləşmədə iştirakdan söhbət gedir”.

Hüquqşünas bildirir ki, əgər Cinayət Məcəlləsinə bu məsələ barədə konkret maddə əlavə edilməsə, Rusiya tərəfindən Ukraynaya qarşı vuruşan azərbaycanılar cinayət məsuliyyətinə cəlb edilməyəcəklər.(pressklub)

 
Ardını oxu...
Rusiyada 10 ildən daha az müddətə vətəndaşlıq almış şəxslərin məcburi hərbi xidmətə cəlb edilməsinə dair təkliflər hazırlanır.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin və İnsan Hüquqlarının İnkişafı Şurasının üzvü Kirill Kabanov məlumat verib.

K.Kabanov qeyd edir ki, qərar Mərkəzi Asiya ölkələri - Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan şəxslərə şamil olunacaq.

“Hərbi vəzifəni yerinə yetirməkdən imtina yalnız hərbi xidmətə cəlb olunmaqdan boyun qaçıran şəxsin deyil, həm də onun ailə üzvlərinin Rusiya vətəndaşlığından məhrum edilməsinə səbəb olmalıdır. Bu təşəbbüsün həyata keçirilməsi yuxarıda adları çəkilən ölkələrin hakimiyyət orqanları tərəfindən öz vətəndaşlarının xüsusi hərbi əməliyyatlarda könüllü olaraq iştirakına dair rəsmi qadağaya adekvat cavab olacaq”, - deyə K.Kabanov vurğulayıb.

Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan Qazaxıstan, Özbəkistan və Qırğızıstan öz vətəndaşlarının Ukraynaya qarşı müharibədə iştirakına qarşı çıxıblar.

Əgər bu ölkələrin vətəndaşları Ukraynadakı hərbi əməliyyatlarda iştirak edərlərsə, onları vətənlərində beş ildən 10 ilə qədər həbs gözləyə bilər.
Ardını oxu...
ABŞ-ın Oklahoma ştatının qubernatoru Kevin Skitt Azərbaycan Ordusu ilə tərəfdaşlıqla bağlı bəyannamə yayıb.

“Report” xəbər verir ki, bəyannamə Oklahoma Ştatı Milli Qvardiyası ilə Azərbaycan ordusu arasında Dövlət Tərəfdaşlığı Proqramının 20 illiyi münasibətilə imzalanıb.

Bəyannamədə Azərbaycanın 1991-ci ilin 18 oktyabrında müstəqilliyini elan etməsi, ABŞ-la, o cümlədən Oklahoma ştatı ilə müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi vurğulanıb.

Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim öz növbəsində qubernatora təşəkkür edib. Səfir bunun əsl tərəfdaşlıq və dostluq olduğunu bildirib.

Xatırladaq ki, daha əvvəl Amerika Birləşmiş Ştatlarının Oklahoma Ştatının Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər və Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında təsdiq olunmuş “Ştatla Tərəfdaşlıq” proqramı əsasında Azərbaycan Ordusu ilə Oklahoma Ştatının Milli Qvardiyası arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın yeni istiqamətləri müəyyən olunub, birgə layihələr müzakirə edilib.

Tərəflər Azərbaycan Ordusu ilə Oklahoma ştatının Milli Qvardiyası arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti