Putin “məğlubedilməz” adlandırmışdı –
Ukrayna ordusunun gözlənilən əks-hücumu üçün gözlər yenidən cəbhə xəttinə çevrilib. Rusiyanın Ukraynaya atdığı hipersəsli “Kinjal” (“Xəncər”) raketinin vurulması isə on beşinci ayını başa vurmaq üzrə olan müharibədə yeni səhifə açıb.

Teleqraf.com xəbər verir ki, Ukrayna ordusunun ötən həftə açıqladığı “Kinjal”ın ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması ilə bağlı məlumatı Vaşinqton tərəfindən təsdiqlənib.

“CNN İnternational”a məlumat verən ABŞ mənbələri Kiyev səmasına atılan hipersəs raketinin Amerikanın Oklahoma ştatında təlim keçmiş Ukrayna hərbçiləri tərəfindən məhv edildiyini bildirib.

CNN xatırladır ki, məşhur “Patriot” sistemləri indiyədək adi ballistik raketlərə qarşı istifadə olunub və hipersəs raketlərini vurmaq qabiliyyəti yalnız nəzəri olaraq ifadə olunub.

Məlumata görə, “Kinjal”ın “Patriot”lar tərəfindən vurulması ABŞ Müdafiə Nazirliyində (Pentaqon) narazılıq yaradıb.

Rusiya lideri Vladimir Putin ilk dəfə 2018-ci ilin martında təqdim edilən “Kinjal”ı “məğlubedilməz” adlandırmışdı.
 

Dünyapress TV

Xəbər lenti