Ukrayna hərbçiləri İzüm yaxınlığında ruslarla necə vuruşduqlarını nümayiş etdirib, bəzilərini əsir götürüblər. Bu barədə Qaynarinfo Ukrayna Milli Qvardiyasının Facebook səhifəsinə istinadən xəbər verir. “İzüm istiqamətində əks-hücum zamanı Ukrayna Milli Qvardiyasının hərbçiləri 15 rus hərbçisini “demilitasiya” edib və əsir götürüblər”, – deyə məlumatda bildirilir. Hərbçilərin məlumatına görə, əsirlərin arasında 2 rus mayoru da var. “Milli Qvardiyaçılar Ukrayna Silahlı Qüvvələrinin bölmələri ilə birlikdə Xarkov vilayətinin yaşayış məntəqələrini rus kafirlərindən azad etməkdə davam edir”, – hərbçilər əlavə edib.