"Baxmutdakı Ukrayna qoşunları 2015-ci ildə Debaltsevoda olduğu kimi daha bir "qazan"a düşə bilər".
Cebhe.info "Unian"a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinin komandiri Denis Yaroslavski deyib.
"Logistika olmasa, nə rotasiya var, nə də sursat təchizatı. Düşmən bunu başa düşür və ilk növbədə maddi-texniki təchizatı kəsməyə çalışır... Biz başa düşürük ki, Debaltsevodakının təkrarı ola bilər. Eyni vəziyyətdə marşrutlar kəsilə və qoşunların məqsədyönlü çıxışı bütün qüvvələr üçün təhlükə yarada bilər”, - deyə hərbçi söyləyib
Onun sözlərinə görə, Baxmutda hər məhəllə üçün küçə döyüşləri gedir:
"Hər evi saxlamaq uğrunda mübarizə aparırıq. Olduqca çətindir. Amma biz çalışırıq ki, buna nail olaq".