Dizel və benzinin bahalaşması ilə bağlı VACİB XƏBƏR
Bu gün dünyanın bir sıra bölgələrində müharibə şəraiti davam edir. Təbii ki, hər zaman müharibə və qarşıdurmalar bir müddət sonra iqtisadi mühitə öz mənfi təsirini göstərir. Hazırda neftin qiymətinin sürətlə artmasının ardınca Türkiyədə yanacaq qiymətləri də bahalaşır. Həmçinin dizelin də bahalaşacağı proqnozlaşdırılır.

Bəs bu prosesdən asılı olaraq Azərbaycanda da dizel və benzinin qiymətlərində bahalaşma gözlənilirmi? Mövzu ilə bağlı iqtisadiyyatçı Xalid Kərimli Referans-a açıqlama verib. İqtisadi məsələlər üzrə ekspert ilk nöbədə qeyd edib ki, indiki vəziyyətdə Azərbaycanda nə benzinin nə də dizel yanacağının qiymətinə heç bir təsiri olmayacaq. Çünki Azərbaycanda neftin qiyməti hələ bundan yüksək olduğu zamanlarda dizelin və benzinin qiyməti artırılıb. Yəni keçən il bundan yüksək idi.

Xalid Kərimli onu da vurğulayıb ki, hazırda sözügedən neft məhsullarının qiyməti keçən ilki qiymətlərdən daha aşağıdır. Ötən illərdə benzin-dizel qiymətləri qaldırılıb, indi isə həmin qiymətlərdən aşağı qiymətlərə satılır. Buna görə də heç bir dəyişiklik gözlənilmir. Amma bu məsələlər obrazlı desək, Tarif Şurasının "şəxsi istəyindən, arzusundan asılıdır." Bizdə bu məsələləri Tarif Şurası tənzimlədiyi üçün bu qiymət artımının bizə heç bir təsiri olmayacağını söyləmək olar", - deyə iqtisadçı qeyd edib.

Həmçinin mövzu ilə bağlı energetika və neft məsələləri üzrə ekspert İlham Şaban da Referans-a açıqlama verib. İlham Şaban mövzunu qısa şəkildə şərh edərək bildirib ki, Azərbaycanda daxili bazardakı qiymətlər dövlət tərəfindən tənzimləndiyi üçün ölkəmiz hazırda xarici bazarlardan asılı deyil. Bu məqamı nəzərə alaraq ümumiyyətlə Azərbaycan vətəndaşlarının, narahat olmasına heç bir səbəb yoxdur.

Məmmədov Hüseyn
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Azərbaycanın buğda idxalında Qazaxıstanın payı rekord həddə çatıb
17 İyun 2025 Qaz və elektrik abonentləri niyə və nəyə görə pul ödəyəcəklər? - AKTUAL
15 İyun 2025 Neft qiymətləri 200-300 dollara qalxa bilər - İraq XİN
14 İyun 2025 İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər
14 İyun 2025 Xəstəxanalarda qiymətlər bahalaşdı
13 İyun 2025 “İstəyirsən qazı işlət, ya da işlətmə, aylıq məbləği ödəməlisən” - deputat
13 İyun 2025 İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
13 İyun 2025 Həmin qəza "Boeing"in səhmlərini çökdürdü
12 İyun 2025 Qızıl avronu sıxışdırır: Mərkəz Banklar 1960-cı illərdə olduğu kimi yenidən qiymətli metal toplayır
12 İyun 2025 Klinika rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu - 600 mindən çox borcu var
11 İyun 2025 Dünya Bankı 2025-2027-ci illərdə Azərbaycanda ÜDM-in hər il 2,4 %-dən çox artacağını proqnozlaşdırır
11 İyun 2025 Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir - AMMA BİZDƏ...
11 İyun 2025 İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? - AKTUAL
10 İyun 2025 Birjada qızılın qiyməti artıb
09 İyun 2025 Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR

Dünyapress TV

Xəbər lenti