ABŞ-nin Silahlı Qüvvələri Yaxın Şərqdə müdafiə mövqeyi tutur, Vaşinqton İran ətrafındakı vəziyyətin sülh yolu ilə həllinə çalışır.
"Report"un məlumatına görə, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset "Fox News"a müsahibəsində deyib.
"Biz regionda müdafiə mövqeyi tutur, sülh razılaşması əldə etməyə çalışırıq. Təbii ki, bunun baş verəcəyinə ümid edirik", - o deyib.
Pentaqon rəhbəri əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp hələ də Tehranla İslam Respublikasının nüvə proqramı ilə bağlı saziş bağlamaq istəyir və Amerika liderinin bu məsələdə mövqeyi dəyişməyib.