Ermənistan orudusu 2 ayda 20 nəfər itirib –
Bu ilin 2 ayında qeyri-döyüş şəraitində Ermənistan Silahlı Qüvvələrinin 20 hərbçisi həlak olub.

“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi bu barədə məlumat yayıb.

Qeyd olunur ki, martın 8-də hərbi şəhərciyin toplanış məntəqəsinə bitişik meşədə çağırışçı Andranik Ohanyanın meyiti ağacdan asılmış vəziyyətdə tapılıb. 20 yaşlı Andranik üç ay sonra evinə qayıtmlı idi. “Heç kimin təsəvvür edə bilməyəcəyi bir şeyi təsəvvür edin. O, yaxşı xidmət edirdi və buna görə çoxlu təriflər aldı”, - Xnatsax icmasının administrasiyasının rəhbəri Seyran Mirzoyan bildirib.

Hərbçi Sünik (Zəngəzur-red) rayonunun Xnatsax icmasından idi. Administrasiyanın rəhbəri Seyran Mirzoyan bildirib ki, Andranik Berddə xidmət edib, heç vaxt ailəsinə şikayət etməyib, evdə də problem olmayıb.

İstintaq Komitəsindən verilən məlumata görə, faktla bağlı ehtiyatsızlıqdan özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb, hərbi hissənin hərbi qulluqçuları, zabitlər dindirilib. İbtidai istintaq davam edir.
Ətraflı

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisindən hüquq müdafiəçisi Nazeli Movsesyan mətbuata deyib: “2023-cü ildən bu günə qədər bizdə artıq 20 ölüm faktı var ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5 nəfər çoxdur”.

Movsesyan qeyd edib ki, bu, 2023-cü ildə intihar kimi qiymətləndirilən ikinci hadisədir. Yanvar ayından indiyədək Geqarkunikin Azat kəndində kazarmada baş vermiş yanğın zamanı 15 hərbçi yanıb, 2 hərbçi avtomobil idarə etmə qaydalarının pozulması, 1 hərbçi isə döyüş vəzifəsini yerinə yetirərkən ölüb.

Hüquq müdafiəçisi vurğulayıb ki, orduda ölüm halları azalmır. “Əksinə, mənfi dinamika qeydə alınır, çünki bir-birinin ardınca intihar kimi qiymətləndirilən hallar baş verir. Sonuncu hadisə, yəni çağırışçının meşədə ağacdan asılmış vəziyyətdə tapılması kimi hallar bizdə əvvəllər də olub”, - o bildirib. Nazeli Movsesyan vurğulayıb ki, intihar və qətl kimi təsnif edilən hallar dedovşinadan xəbər verdiyi üçün xüsusi narahatlıq doğurur.

Müdafiə sektorunda aparılan islahatların tərkib hissələrindən biri də hərbi qulluqçular arasında nizamnamə münasibətlərinin tənzimlənməsi, onların xidmət şəraitinin yaxşılaşdırılmasıdır.

Hüquq müdafiəçisinin sözlərinə görə, əgər intihar halları azalmırsa və ya hərbi kazarmada baş verən yanğında 15 nəfər ölürsə, deməli, bu islahatlar heç bir nəticə vermir.

Dünyapress TV

Xəbər lenti