KİV: İran Xəzər dənizi vasitəsilə Rusiyaya mərmi və döyüş sursatları yollayır
Rusiya gəmiləri Ukraynada döyüşən qoşunları tədarük etmək üçün İrandan Xəzər dənizi vasitəsilə külli miqdarda artilleriya mərmisi və digər döyüş sursatları daşıyır.

UNİAN xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qeyd edilib ki, son 6 ayda Rusiya yük gəmiləri İrandan Rusiyaya 300 mindən çox artilleriya mərmisi və bir milyon patron daşıyıb.

Məlumatlı mənbələrə görə, tədarüklər barədə məlumatlar ABŞ tərəfindən ötürülüb.

İran silahlarının Rusiya üçün sonuncu partiyasının martın əvvəlində göndərildiyi vurğulanıb.

Dünyapress TV

Xəbər lenti