Ukraynalı jurnalist rus snayper tərəfindən öldürüldüYaradılıb 28.04.2023 08:50 | Baxış sayı: 80İtaliyanın “La Repubblica” qəzetində işləyən ukraynalı jurnalist Boqdan Bitik Rusiya ordusunun snayperi tərəfindən öldürülüb.Hadisə Xerson vilayətində baş verib.Qəzet bildirir ki, iki jurnalist Rusiya ordusu tərəfindən pusquya salınıb, Bitik həlak olub, italyan müxbir Corrado Zunino yaralanıb."Onların hər ikisinin üzərində “Press” yazılmış gülləkeçirməz jiletlər olub”, - deyə qəzet qeyd edib. Facebook-da paylaş