Ardını oxu...[/center]

Artıq ictimaiyyətə məlumat vermişdik ki, "Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Kərimovun "Qara kassa"sı kimi tanınan, ən yaxın kadrı 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin mühafizə üzrə müavini Rahib Ağayev oxuyub yazmağı bacarmır".

Səhv başa düşmədiniz, elədir ki var. Amma buna baxmayaraq "dayday"sı Vüqar Kərimovun sayəsi nəticəsində böyük vəzifə tutub.
Onu da bildirmişdik ki, Rahib Ağayev, bu iki il ərzində müavin işlədiyi dövrdə hansı bir ağaca öz xidməti damğasın vurub və ya akt tərtib edib.

Etibarlı mənbəmizin verdiyi məlumata görə, bizim yazılarızdan sonra dərhal Vüqar müəllim Rahib Ağayevə zəng vuraraq bildirib ki, artıq sənə görə biabır olmuşam.
Odur ki özünü sığortalamaq üçün hərəkətə keç və bir neçə ağaca damğa vurub akt tərtib et ki, qoy əlində yazılı sənətin olsun.

Rahib Ağayev isə 12 noyabr 2023-cu il tarixində Cəlilabad meşələrinə yollanmış və ömründə ilk dəfə olaraq bir neçə ağaca damğa vurub, özü akt yaza bilmədiyi üçün Mərkəzin işçisinə akt da yazdırmışdır.
Buna el arasında "Daldan atılan daş topuğa dəyər" deyillər


Mənbə onu da bildirir ki, Rahib Ağayev özünü "ziyalı" və "müəllim" kimi cəmiyyət və idarə işçilərinə sırımaq istəyir.

Oxuyub-yazmağı bilməyən bir kəs necə müəllim ola bilər?!
Bu "müəllim" sözün gözdən salmaq demək deyilmi, bəs nədir?

Rahib Ağayev özünü işçi və digərlərinə "müəllim" kimi təqdim edir və bu sözdən necə deyəllər: "həz (kayf) alır".


Rahib Ağayev dəfələrlə iclaslarda və öz həmkarlarına deyib ki, mühafizə üzrə direktor müavini ştatın Vüqar müəllim mənə görə gətizdirib.
Mənə əgər hazırda tutduğum vəzifədən çıxsam, o zaman bu ştatı da ləğv etdirib gedəcəm.

Rahib Ağayev haqda araşdırmamız davam edir.

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az

 
 
 
 
Ardını oxu...
Xırdalanda yerləşən “Kristal Abşeron 1” yaşayış kompleksinin qarşısını zibil basıb. Ərazi günlərlə ifunət iyi verir.
Tribunainfo.az yazır ki, bu barədə bina sakinləri saytımıza foto göndərib. Onlar bildirib ki, ərazi hər gün bu vəziyyətdədir.
Sakinlərin sözlərinə görə, kompleksin qarşısındakı zibil toplama məntəqəsindən tullantılar üç gündən bir daşınır. Bununla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunub. Müraciətlərdən sonra zibil ərazidən təmizlənsə də, növbəti ay vəziyyət yenə eyni olur. Sakinlər bildirir ki, 3 günlərlə ərazidə zibillər aşıb-daşır. Bayram olduğu günlərdə isə bir həftələrlə zibil yığılmır.
Ardını oxu...
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır..
 
Ardını oxu...
Ekspert: “Elə olur ki, bu müqavilələr digər məqsədlər üçün də istifadə olunur”

Dövlət satınalmalarının rəsmi portalında tez-tez müxtəlif qurumların az müddətdə bir neçə dəfə “cari təmir işləri” adı ilə müqavilə imzaladığı müşahidə olunur.

Bu cür “cari təmir işləri üzrə” satınalmaları əsasən dövlət orqanlarının əyalətlərdəki struktur bölmələrində görmək olur.

Məsələn, 2022-ci ilin martında Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin inzibati binasında cari təmir işlərinin satınalması ilə bağlı "Uğur Tikinti" MMC ilə dəyəri 27 min 103 manat olan müqavilə imzalayıb. Bundan 6 ay sonra yenə eyni şirkətlə, eyni iş üzrə 17 min 538 manat dəyərində müqavilə bağlanıb. Bundan 1 il sonra isə eyni şirkətlə bu dəfə 18 min 887 manat olan satınalma müqaviləsi imzalanıb.

İki il ərzində idarənin təmirinə toplam 63.528 manat xərclənib.

2022-ci ilin dekabrında Göyçay Rayon İcra Hakimiyyəti inzibati binada cari təmir işləri adı altında "Assa-18" MMC ilə dəyəri 9 min 942 manat olan satınamla müqaviləsi imzalayıb. Bunun üzərindən 1 il keçməsi, yeni “inzibati binada cari təmir işləri” adı altında bu dəfə "Göyçay İnşaat" MMC ilə dəyəri 7 min 694 manat olan satınalma müqaviləsi imzalanıb. İcra Hakimiyyəti iki il ərzində cari təmir işlərinə toplam 17.636 manat xərcləyib.

Maliyyə Nazirliyinin Lənkəran Şəhəri üzrə Maliyyə İdarəsi 2020-ci ildə “S.M.K. MMC” MMC ilə cari təmir işlərinin satınalınması üzrə 8 min 357 manat dəyərində müqavilə imzalayıb. Bundan 5 ay sonra isə eyni şirkətlə, eyni iş üzrə 13 min 825 manat dəyərində digər müqavilə imzalanıb. Bundan 1 il sonra isə idarə "Şahin-R" MMC ilə cari təmir işləri üzrə dəyəri 16 min 596 manat olan daha bir müqavilə imzalayıb. İki il ərzində təmirə ümumilikdə 38.778 manat xərclənib.

Açıq mənbələrdə şirkətlərin ixtisaslaşdığı sahələr və resursları ilə bağlı məlumat yoxdur. Əlaqə vasitələri də olmadığı üçün onlarla əlaqə saxlamaq mümkün olmayıb.

Ədliyyə Nazirliyinin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin məsləhətçisi Elnur Axundov Abzas Media-ya deyir ki, inzibati bina hissə-hissə təmir olunduğu üçün müqavilələr ard-arda olur:

“Bizdə 4 mərtəbəli inzibati binadır. Hər il bir mərtəbəsi təmir olunur. Əsaslı təmir üçün lazım olan vəsait ayrılmır deyə, biz onu hissə-hissə edirik. İlin əvvəlində planlaşdırılır hansı işlər görüləcək və vəsait ayrılır".

Tenderdə qalib gələn "Uğur Tikinti" MMC haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinməsə də, E. Axundov bildirir ki, şirkət öz resursları ilə bağlı qanunvericilikdə tələb olunan bütün sənədlərini onlara təqdim edib.

"Ona görə bu 3 tender müqaviləsi onlarla imzalanıb. Tenderdə başqa şirkətlər iştirak etsə də, ən səmərəli qiyməti onlar təklif ediblər” – deyə o, bildirib.

Göyçay Rayon İcra Hakimiyyətinin baş mühasibi Musa Salahov deyir ki, icra hakimiyyətinin inzibati binası əsaslı təmir olunmadığına görə tez-tez bu istiqamətdə müqavilələr imzalanır:

“Bina köhnədir, əsaslı təmir olunmayıb. Əsaslı təmirlə cari təmirin fərqi var. Əsaslı təmir olunmayanda, hər il cari təmir işləri ola bilər. Biz bilmirik əsaslı təmir üçün nə vaxt vəsait ayrılacaq, amma əgər dövlət büdcəsindən əsaslı təmir üçün maliyyə ayrılsa və təmir aparılsa, artıq növbəti illərdə cari təmir işlərinə ehtiyac olmayacaq” – deyə o, bildirib.

Məsələ ilə bağlı suallar ünvanlamaq istəsək də, nə Maliyyə Nazirliyindən, nə də Nazirliyin Lənkəran Şəhəri üzrə Maliyyə İdarəsindən zənglərimizə cavab verilməyib.

İqtisadçı Rəşad Həsənov deyir ki, bütün dövlət qurumlarının saxlanma xərcləri olur. Ancaq "cari təmir" adı ilə bağlanan müqavilələr bəzən digər məqsədlər üçün də istifadə edilir:

“Ona görə də, alınan bütün detallar parametrinə, detalına, keyfiyyətinə qədər ictimailəşdirilməlidir. Qalib şirkətin də hansı şərtlərlə qalib olduğu bidirilməlidir. Hətta tenderdə qalib olmayan şirkətlərin təklifləri də tender bitdikdən sonra açıqlanmalıdır. Bu məlumatlar ictimailəşdirilməlidir ki, hər kəs müqayisə aparıb şərtlərin real bazara uyğun olub-olmamasını aydınlaşdıra bilsin. Prosesin ədalətli aparılıb-aparılmaması müzakirə predmetinə çevrilməlidir”,-o bildirir.

Tenderlərə baxdıqda aydın olur ki, qısa müddətdə ard-arda keçirilən tenderlərin qalibləri eyni şirkətlər olur. İqtisadçı hesab edir ki, bu yanlışdır:

“Müxtəlif xarakterli təmir satınalmalarının bir şirkətə ötürülməsi xərcləri daha da böyüdür. Şirkət işi ümumi götürəndə işi subpodratçılara ötürəcəyini düşünüb, özünün komissiyasını da bu xidmətin üzərinə qoyur. Ancaq gələcəkdə bu xidmətin özündə iştirak edəcək o şirkətlər özləri birbaşa tenderdə iştirak etsələr, bu komissiyadan da yayınmaq olar”,- deyə iqtisadçı bildirib.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır..
 
Ardını oxu...
İcbari Tibbi Sığorta (İTS) sisteminin tətbiqini Azərbaycan səhiyyəsinin ən mütərəqqi addımı saymaq olardı... Olardı, əgər bu sistemi idarə edənlərin işi qeyri-peşəkarlıqdan, niyyətləri isə daha çox para qazanmaq, qohum-əqrəbanın, dost-tanışının cibini doldurmaq ehtirasından sığortalansaydı...

Dünya bu sistemə 19-cu əsrin sonlarından keçmişdi, biz 21-ci əsrə güclə çatdırdıq. İndi də bu boyda dünya təcrübəsi, dövlətin dəstəyi gözlənilən nəticəni vermir ki, vermir...

İcbari sığortanın əsas amalı vətəndaşların rifahı, sağlamlığıdır. Əbəs yerə İTS-ə “insan kapitalına qoyulan investisiya” demirlər. O insan kapitalı ki, Prezident İlham Əliyev onu "Azərbaycan dövlətinin əsas strategiyalarından biri" adlandırır. Bu baxımından İTS dövlətin səhiyyə strategiyasının ana xəttidir.

Bəs görəsən, bu ana xəttə niyə xeyli "bala xətlər" qoşulub? Niyə bu qədər qarmaqarışıq, neqativ mənzərə yaranıb?
Açıklama yok.

İTS niyə özünü doğrultmur?

Öncə, İTS-nin əsasında duran başlıca məqsədlərə diqqət yetirək:

1. Səhiyyə xidmətlərinin, səhiyyə infrastrukturunun yaxşılaşdırılması,

2. Xidmətin keyfiyyətinin artırılması,

3. İnsan kapitalının, həyat şəraitinin yaxşılaşdırılmasına sərf olunan xərclərin daha sistemli, ehtiyac üzrə daha səmərəli və sosial təbəqələri ədalətli şəkildə əhatə etməklə təmin edilməsi.

Yəni bu sistem daxil olan ödənişlər əsasında vahid büdcə formalaşdırmalı, əhalinin tibbi xidmətlər üzrə ehtiyaclarını ödəməlidir. Amma real mənzərə tamam başqadır. Sanki əhalinin tibbi xidmətlər üzrə ehtiyacı deyil, səhiyyəni yönəldən şəxslərin öz ehtiyacları, amalları daha prioritet məsələdir.

Bu gün İTS-lə bağlı vətəndaşın üzləşdiyi əsas problem normal müayinə və ya müalicə üçün təyinat almaqla bağlıdır. Sistem elə qurulub ki, pasiyent öz istədiyi yerə deyil, qeydiyyatda olduğu poliklinikanın yönlədirdiyi həkimə getməlidir. O həkim kimdir, öz sahəsində peşəkardırmı, həmin xəstəxanada şərait müalicəyə imkan verirmi? Pasiyent öz sağlamlığı ilə yanaşı, psixoloji gərginlik yaradan suallarla baş-başa buraxılır. Ya sən tövsiyə olunan xəstəxananı (həkimi) seçməlisən, ya da sığorta hüququndan istifadə etməməli, özəl klinikalara üz tutmalısan... Necə deyərlər, yesən də budur, yeməsən də...

Sığorta pulunu ödəyən adam niyə seçim hüququndan məhrum edilməlidir? Hamıya məlumdur ki, dövlət xəstəxanalarındakı vəziyyət ürəkaçan deyil, istər maddi-texniki bazaları, istərsə də xidmət səviyyələri çox aşağıdır. Deməli, insanların məhz həmin xəstəxanalara yönləndirilməsində məqsəd təəssüf ki, heç də onları yüksək səviyyədə müayinə və müalicə ilə təmin etmək deyil... Adama deyərlər ki, heç olmasa, dövlət xəstəxanalarını əvvəlki şinelindən çıxart, inamı bərpa et, insanlarda əminlik yarat, sonra camaatı ora getməyə məcbur elə!

Açıklama yok.

Bu sistemə rəhbərlik edənlər hansı qanun, hansı təcrübə, hansı məntiqlə hesab edirlər ki, hansısa tibbi xidmət dövlət xəstəxanasında varsa, pasiyent özəl klinikaya göndərilə bilməz?

Dövlət xəstəxanalarında real vəziyyətin necə olduğunu anlamaq üçün elə bu yaxınlarda Respublika Neyrocərrahiyyə Xəstəxanasında baş nayihəsi MRT olunan bir xəstənin hekayəsini xatırlatmaq kifayətdir. Dağınıq skleroz şübhəsi olan xəstənin MRT müayinəsinin nəticələrini heç kim oxuya bilmir. Bu səbəbdən də özəl xəstəxana yenidən MRT müayinəsi təyin etməyə məcbur olur. Bəlkə də bunun qəsdən edildiyini düşünmək olardı. Amma ilk MRT-nin nəticələri Türkiyəyə də göndərilir və oradan da eyni cavab alınır: Heç nə görünmür, heç nə anlaşılmır. Xəstə məcbur qalıb eyni müayinədən Sabunçu Xəstəxanasında keçməli olur. Çünki ona dövlət xəstəxanaları içərisində nisbətən daha yeni MRT aparatının burada olduğu deyilir. Ancaq dəhşət burasındadır ki, buranın cavabları da xəstənin həkimini qane etmir... Beynində problem olan epilepsiyalı xəstə üçüncü dəfə özəl xəstəxanada MRT-dən keçmək məcburiyyətində qalır. Niyə İTS-dən faydalanmaq istəyən insanlarımız bu cür məşəqqətlərə qatlanmalıdır? Biz bu sistemi qabaqcıl ölkələrdən götürmüşüksə, niyə onların təcrübəsindən yararlanmırıq? Axı onların təcrübəsində pasiyentə seçim imkanı tanımamaq məsələsi yoxdur. Azərbaycandan başqa dünyanın heç bir yerində xəstəyə demirlər ki, bu xidmət, bu əməliyyat dövlət xəstəxanalarında var, yalnız ora göndəriş veririk. Bu, təkcə insan haqlarının pozulması deyil, həm də ölkədə tibb müəssisələri arasında rəqabət mühitinin yerlə-yeksan edilməsi deməkdir!

Bahalaşma və iqtisadi çöküş bir tərəfdən, İTS digər tərəfdən qısa zamanda özəl klinikaların fəaliyyətinə ciddi zərbə vurub. Bu proses özəl klinikalarda müxtəlif tibbi xidmətlərin bahalaşmasına da səbəb olub. İTS siyahısına az qala ölkədəki bütün özəl klinikaları daxil edib və bunu hər dəfə bəh-bəhlə car çəkir. Halbuki reallıqda vəziyyət tamam fərqlidir. Pasiyentlər yalnız dövlətə və müəyyən insanlara yaxın - əməkdaşlıqları olan (maraqları olan) klinikalara göndərilir. Qəribədir, həmin özəl klinikalar hamısı qaydayla seçilib? Məsələn, ölkənin tanınmış, maddi-texniki imkanlar ı, peşəkar həkimləri ilə məşhur olan klinikaları qala-qala, xəstələri tanınmayan klinikalara göndərməkdə məqsəd nədir? Tanışlıq, tapşırıq, yoxsa yüksək faiz? Belə çıxır, TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ölkənin tibbi sığorta büdcəsini özlərinə yönəltmək üçün xəstə axınını nüfuzlu özəl klinikalara buraxmır.

Açıklama yok.

Məsələn, Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda “anju” olmaması bir ayıb, ağır infarkt xəstəsinin “Kəpəz” və bu kimi klinikalara yönləndirilməsi başqa bir ayıb. Xəstəyə deyilir ki, damarına stent qoyulmalıdır. O da razılaşmayıb başqa həkimə getmək istəyir, amma “anju” diskini vermirlər. “Bizim kardiocərrah var, o edəcək, pulu da sığorta ödəyir” - deyə canının hayında olan şəxsi naəlac qoyur, inandırır, öz istədikləri həkimi seçməyə məcbur edirlər.


İTS və TƏBİB belə klinikalarda “anju” və əməliyyat edən həkimləri necə seçir, necə dəyərləndirir, bütün bunlara kim zəmanət verir? Bütün bunların fonunda isə milyonlarla manatlıq avadanlığı və ən yaxşı kardiocərrahları olan Ürək Mərkəzi (RDM-in nəzdində olan) bomboş qalıb, yalnız pulunu ödəyən xəstələri qəbul edə bilir.

Ürək əməliyyatının 9-10 min manat olduğunu nəzərə alsaq, hər xəstədən yalnız bir klinika, bir neçə həkimin qazanması kimə sərf edir?

Məhz bu anormal ayrı-seçkilik, monopolist sistemin nəticəsidir ki, ölkənin hətta qismən dövlətə bağlı Tədris Cərrahiyyə, Tədris Terapevtik klinikalarının palataları və MRT-ləri də boş qalır. Halbuki digər zəif yerlərdə insanlar aylarla MRT, KT, angioqrafiya növbəsi gözləyir.

Nərimanov Tibb Mərkəzi və Elmi Tədqiqat Cərrahiyyə Mərkəzində xəstələr üst-üstə yığılıb, dezinfeksiya etməyə macal tapılmayan zondlarla endoskopik müayinə olunurlar. Tam bir xəstəlik, yoluxma mənbələridir bu kabinetlər. Hələ həkimlərin canına cin girmiş kimi gözləri bərələ-bərələ xəstələrə çımxırmaqları və deyinə-deyinə xidmət göstərmələrini demirik...

Tualeti həkim otağına, adi palataları VİP (ödənişli) palatalara çevrilən Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Respublika Klinik Xəstəxanası, 3 saylı Şəhər Klinik Xəstəxanası, Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında köhnə və yararsız cihazlar, uzun-uzadı növbələr, səhv analiz və müayinə cavabları barədə azmı şikayətlər eşitmişik? Niyə insanlarımız bu yerlərin ümidinə buraxılmalıdır?

Açıklama yok.

Bu inhisarçı yanaşma eyni zamanda peşəkar tibbi xidmət göstərən özəl klinikaları çökdürür. Artıq bir neçə klinikanın satılması, borclanması xəbərlərini yaymışıq - RDM, “Avrasiya” və s. Özəl klinika rəhbərləri, menecerləri az qala İTS-dən xəstə dilənirlər.

Məlumdur ki, ən yaxşı uzman həkimlər bu gün xəstə üzünə həsrət buraxılan özəl klinikalarda çalışırlar. Həmin klinikalar isə pasiyentlərin sayı azaldığına görə yüksək maaş tələb edən mütəxəssisləri saxlamaq üçün qiymətləri qaldırmağa məcbur olur. Bu cür davam etsə, peşəkar həkimlərin çoxu başqa ölkələrə gedəcək. Çünki bu həkimlərin "Semaşko" və "Respublikanski" kimi yerlərdə, xəstəxana bir tərəfə, oradakı direktor və baş həkimlərin rəhbərliyi altında işləmələri real görünmür. Ən azı ona görə ki, sığorta ağır, mürəkkəb cərrahiyyə əməliyyatlarına görə qəpik-quruş verir. Onu almaq üçün də aylarla gözləmək lazım gəlir... İyun ayının pulu sentyabrda ödənilib, sentyabrın ödənişləri isə yanvarda veriləcək.

…Dərdimiz heç də əsasən məmur və oliqarxlara bağlı olan özəl klinikaların bağlanması deyil. Bizi ən çox narahat edən bu vəhşi rəqabətin inasanlarımızın lazımi tibbi xidmət almasına mane olmasıdır. Məsələn, gözündə problem olan, uzun müddət müalicə alan pasiyent öz həkiminin yanına getmək, gözünə həyatı vacib olan iynəni vurdurmaq üçün İTS-ə müraciət etdikdə, mütləq "yox" cavabı alır. Ona deyilir ki, bu xidmət Mərkəzi Neftçilər Xəstaxanasında filan həkim tərəfindən həyata keçirilir. Məlum olur ki, həmin həkim bu müalicə üzrə mütəxəssis deyil. Uşaq göz həkimidir və ya sadəcə yeni müalicələrdən xəbəri olmayan kiminsə tanışı olan oftalmoloqdur.

Və yaxud endoprotez üçün sığortaya müraciət edən pasiyenti Travmatologiya İnstitutuna yönləndirirlər. Xəstə araşdırdıqda görür ki, həmin xəstəxanadakı həkimin bu sahədə demək olar, heç bir təcrübəsi yoxdur.

İnsanlarımız özlərini təcrübə dovşanı kimi hiss edir. Adam illərdi hardasa müalicə olunursa, sən onu hansı haqla başqa yerə, təcrübəsi olmayan həkimə yönləndirə bilərsən? İşin ən təhlükəli tərəfi budur ki, xəstə məcbur olub həkimini dəyişir və yaxşı nəticə əldə edə bilmirsə, pul ödəyib əvvəlki həkiminin yanına getmək şansını da itirir. Çünki dövlətdə və ya qondarma özəl xəstəxanada düzgün olunmayan müalicənin nəticəsində xəstə ağırlaşır, sonra həkim həmin xəstəyə yaxın durmur. Dursa belə, 10 manatlıq iş ona 100 manata başa gəlir. Beləliklə, pasiyentə həm sağlamlıq, həm vaxt, həm də pul sarıdan zərbə dəyir.

Bir balaca araşdırılsa, aydın olar ki, sığorta ilə əməliyyat olunan xəstələrin çoxu özəl xəstəxanalara təkrar, ikinci əməliyyata gedirlər. Bunun bir səbəbi də sığorta ilə olunan əməliyyatlarda ucuz vasitələrdən istifadədir. Məsələn, göz linzaları ucuz Hindistan markaları olur. Endoprotezlər də onun kimi. Həkimlər özləri xəstəyə təklif edir ki, bir az pul ödə, sənə Amerikanın implantını, linzasını qoyaq.

İTS ilə əməliyyat olan neçə xəstənin implantı tutmayıb, gözü uğursuz olub...

Yeri gəlmişkən, onu da qeyd edək ki, doğuş məsələsi daha qəlizdir. Doğuş, qeysəriyyəni pasiyenti təqib edən həkim etməlidir. Təqib edən ginekoloq-cərrah özəldə işləyirsə, o artıq İTS-dən istifadə edə bilməyəcək…

İTS niyə ancaq Bakıdadır?

İTS-də əsas istiqamətlərdən biri də regionlarla bağlıdır. Cəmiyyəti inandırmağa çalışırlar ki, regionlarda tibb müəssisələrinin dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsi orada yaşayan insanların tibbi xidmət almaq məqsədi ilə böyük şəhərlərə axınını azaldacaq.

İTS yığımlarının “tibbi xidmətlərin keyfiyyətinin artırılması”, “tibb müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması”, “tibbi avadanlıqların yeni texnologiyalara uyğun olaraq yenilənməsi”, “tibbi personalın dünya standartlarına uyğun maarifləndirilməsi” kimi tədbirlərinə xərclənməsinin də vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına səbəb olacağını deyirdilər. Amma nə baş verdi? Düzdür, bu sistemə keçiddən sonra region insanları sürətlə xəstəxanalara axışdılar. Bəlkə ömründə bir dəfə də həkim qəbuluna getməyən insanlar, lazım oldu-olmadı, bütün müayinələrdən keçməyə başladı, hətta MRT, KT olunmaq üçün növbələrə düzüldülər. Amma bu, heç də həmin şəxslərin keyfiyyətli müayinə və müalicə olunması anlamına gəlmir. Çünki regionlardakı dövlət xəstəxanalarında tibbi avadanlıqlar əksərən köhnə, sıradan çıxmış vəziyyətdədir. O avadanlıqların yenilənməsi ilə bağlı addımlar isə kifayət etmir. Mütəxəssislərə gəlincə, regionlarda həkim çatışmazlığı problemini hər kəs bilir. Hamilənin cırılmış uşaqlığını tikməyə peşəkar ginekoloq-cərrah yox, infarkt olmuş xəstəni çox tərpətmədən aparıb anju etdirib, tıxanmış damarını açan yox, xəstələri daşımağa ambulans yox. Qanaxması olan xəstə maşının və ya “Qazel”in arxasında can verə-verə o rayon, bu rayon gəzdirilir, axırda da yaxınlarına “Bakıya aparın, burda qalsa, öləcək” deyilir.

Bütün bunlara görədir ki, Bakıdakı istənilən dövlət xəstəxanasını rayon sakinləri doldurublar, insan əlindən tərpənmək olmur. Bakıda qeydiyyatda olanlar isə günlərlə USM, endoskopist, MRT qapısında gözləyirlər ki, Ucardan, Yevlaxdan… gələn ağır xəstə, bəzi hallarda imtiyazlı şəxs - şəhid ailəsi üzvü, qazi və əlillər müayinə olunub getsinlər, sıra bunlara çatsın. Sən gözlə, canı ağrıyan sıravi vətəndaş!

Regionlarda tibb müəssisələrinin dünya standartlarına çatdırılması üçün hər il dövlət büdcəsindən, indi də İTS fondundan milyardlar xərclənir. Bəs nəticə? 2-3 ildən bir işdən çıxarılan və yeyinti üstündə cəza alan, cinayət işi açılan baş həkimlər və direktorların xəbərlərini oxuyuruq. Sonradan həmin kadrların ölkənin digər xəstəxana və mərkəzlərinə rəhbər təyin olunması da “unikal” çıxış yoludur.

Vəziyyətdən çıxış yolu isə asan deyil.

Çox da mürəkkəb olmayan əməliyyatlar və müayinələr yenə də Bakının ümidinə qalıb. Bakı isə bu eybəcər, girdablarla dolu mənzərəni yaradanların ümidinə...

(BakuPost)
 

          
Ardını oxu...
Naxçıvanda yol polisi əməkdaşları sürücüləri cərimələmək üçün müxtəlif ağılasığmaz vasitələrdən istifadə edirlər. Buna səbəb, onlara qoyulan gündəlik cərimə planını doldurmaq əmridir. Bu haqda „Gündəlik Naxçıvan“a bir qrup sürücü və yol polisi əməkdaşı məlumat verib. Əməkdaşlar deyir ki, onlardan ən çox tələb olunan, gündəlik bir neçə sərxoş sürücü tapıb, cərimələmkdir. Bu mümkün olmadıqda isə, onlardan ayıq sürücüləri hansı yolla olursa olsun, „sərxoş“ çıxarmaq tələb olunur.
Şərur rayon sakini Ə. Məmmədov deyir ki, Naxçıvan – Sədərək maqistral yolunda polislər onun avtomobilini saxlayıb, sərxoş olduğunu boynuna almağı tələb ediblər:
„Mən ümumiyyətlə spirtli içki qəbul etmirəm. Dedilər, bura qol çək ki, içkilisən. Mən razılaşmadım. Əllərindəki kiçik şüşəni ağzıma tutub dedilər ki, bununla ağzını yaxala, sonra dərhal nəfəsini cihaza üflə. Şüşədəkinin nə olduğunu soruşduqda bildirdilər ki, cihaza üfləmədən öncə ağzını bununla yaxalamalısan. Ağzımı yaxalayan kimi, cihazı üfləməyə məcbur etdilər. Cihaz içkili olduğumu göstərdi. Hər şey sürətlə baş verdiyi üçün, öncə şüşədə nə olduğunu bilmədim. Üfləyəndən sonra anladım ki, spirt imiş. Etiraz etdim, həkim yoxlanışı tələb etdim, hədələdilər. Əlavə problem çıxmasın deyə, içkili olduğumla bağlı protokola qol çəkməyə məcbur oldum, qanunsuz olaraq, haqsız yerə 500 manat cərimələndim“.
Digər sürücülər də bu və ya digər üsullarla „sərxoş” çıxarılıb, 500 manat cərimələndiklərini bildirirlər. Onlar deyir ki, bununla bağlı müvafiq orqanlara müraciət etsələr də, nəticəsi olmayıb.
Sürücülər deyir ki, qaydaları pozmadıqları halda onlara digər saxta protokollar da tərtib olunur. Bura sürət həddini aşma, yol ayrıcını keçmə qaydalarının pozulması, yol nişanlarının tələbinə riayyət etməmək və s. daxildir.
Təhlükəsizlik baxımından adının çəkilməsini istəməyən yol polisi əməkdaşlarından biri deyir ki, bu cür qanunsuzluqları etməkdən boyun qaçıranlar ağır maddə ilə işdən qovulmaqla hədələnirlər:
“Mayis Məmmədov bizə rəis təyin olunandan bəri bizə əvvəlkindən beş qat artıq gündəlik plan qoyulub. Ən çox da sərxoş sürücü tutmaq tələb olunr. Çünki, bunun cəriməsi böyükdür. Bu üsullardan istifadə etməyi şəxsən rəis bizə tapşırıb. Bunu etməyənlər, planı gətirə bilməyənlər hədələnir. Bizə deyirlər ki, sizi elə maddə ilə işdən çıxararıq ki, ömür boyu heç yerdə işləyə bilməzsiniz. Yəni bizi bu haqsızlığa, qanunsuzluğa, ədalətsizliyə məcbur edirlər. Bəzən özümüz öz hərəkətlərimizdən iyrənirik”.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır..
 
Ardını oxu...
Lənkəran rayonu, Ürgə kənd sakini Fərziyev Möhtəmən Əliheydər oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, 2013-cü ildən ona II qrup əllillik təyin olunub, lakin Sahil Babayev vəzifəyə təyin olunduqdan sonra əsassəz yerə penisyası ləğv edilib:

“Mən, Lənkəran rayonu, Ürgə kənd sakini Fərziyev Möhtəmən Əliheydər oğlu, yazaraq sizə bildirirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi başıma oyun açır.

Bildirim ki, 2013-cü ildən ikinci qurup əlil olaraq mənə pensiya təyin olunmuşdur. Lakin 2020-ci ildə Sahil Babayev nazir təyin olunandan sonra mənim pensiyam haqsız yerə kəsilmişdir. Dəfələrlə aidiyyəti qurumlara, yəni Səhiyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və digər orqanlara müraciət etsəm də, bütün məktubların hamısı nazirliyin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinə göndərilir. Agentliyin İdarə Heyətinin sədir müavini Mətanət Məmmədova isə mənə yazır ki, “sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına uyğun deyil”. Lakin 2013-cü ildə Bakı Travmatologiya İnstitutunda sol ayağımın topuq nahiyəsindən tam kəsilməsinə qərar verilmişdir. Professor Çingiz Əlizadənin səyi nəticəsində ayağımın topuq hissəsinin aputasiya olunmasının qarşısı alınmış, nəticədə ayağımın alt və üst hissəsinə əməliyyat vasitəsi ilə yamaqlar yapışdırılaraq, barmağım aputasiya olunmuşdur. Yerişim qismən bərpa olunmuşdur.

Lənkəran rayon Ekspert Komissiyasına dəfələrlə etdiyim müracətlər nəticəsiz qaldığı üçün məni Bakı Şəhər Rebiltasiya Mərkəzinə əyanı baxışa göndərdilər. Orada həkim tərəfindən ayağıma baxış keçirildi(Ayağımın fotoları sizə mürəcətimdə əksin tapacaq). Bildirildi ki, siz təkrar ərizə ilə İdarə Heyəti sədrinin qəbuluna girin və sədr nə qərar verərsə, o da olacaq.

İndi başa düşdüm ki, bu orqanların heç biri dövlət rəhbərimizə hörmət qoymur. Əgər belə olmasaydı, onlar bizləri dövlətə qarşı qoymazdılar və haqlı iradlarımızı vaxtında həll edərdilər.

Əksər təşkilatlar vətəndaşların etdiyi müraciətlərə vaxtında və düzgün cavab vermirlər. Biz həmin orqanlardan cavab ala bilmədiyimiz üçün məcbur olaraq mətbuata müraciət etmişik. Özüm həm şəkərli diabet xəstəsiyəm, həm də iki dəfə ürək əməliyyatı olunaraq, ürəyimə beş ədəd stend qoyulmuşdur. Mənə ömürlük təyinat olaraq dərmanlar yazılmış və aylıq dərmanlara verilən pulun məbləği 150-200 manata yaxındır.

Səlahiyyəti çatan hər kəsdən xahiş edirəm ki, Sahil Babayev və əlbir olduğu komandası haqqında bir tədbir görülsün. İnanın ki, həmin komandanın ərtafındakı hər kəs sosial yardımla təmin olunub. Bu qədər vicdansızlıq, insafsızlıq olmaz”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq, məsələnin araşdırılacağı bildirildi.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: “Hürriyyət” qəzeti
Səhifəmiz hamı üçün açıqdır..
Teref. Xocanın Blogu
 
Ardını oxu...
İcbari Tibbi Sığorta (İTS) sisteminin tətbiqini Azərbaycan səhiyyəsinin ən mütərəqqi addımı saymaq olardı... Olardı, əgər bu sistemi idarə edənlərin işi qeyri-peşəkarlıqdan, niyyətləri isə daha çox para qazanmaq, qohum-əqrəbanın, dost-tanışının cibini doldurmaq ehtirasından sığortalansaydı...
Dünya bu sistemə 19-cu əsrin sonlarından keçmişdi, biz 21-ci əsrə güclə çatdırdıq. İndi də bu boyda dünya təcrübəsi, dövlətin dəstəyi gözlənilən nəticəni vermir ki, vermir...
İcbari sığortanın əsas amalı vətəndaşların rifahı, sağlamlığıdır. Əbəs yerə İTS-ə “insan kapitalına qoyulan investisiya” demirlər. O insan kapitalı ki, Prezident İlham Əliyev onu "Azərbaycan dövlətinin əsas strategiyalarından biri" adlandırır. Bu baxımından İTS dövlətin səhiyyə strategiyasının ana xəttidir.
Bəs görəsən, bu ana xəttə niyə xeyli "bala xətlər" qoşulub? Niyə bu qədər qarmaqarışıq, neqativ mənzərə yaranıb?

İTS niyə özünü doğrultmur?
Öncə, İTS-nin əsasında duran başlıca məqsədlərə diqqət yetirək:
1. Səhiyyə xidmətlərinin, səhiyyə infrastrukturunun yaxşılaşdırılması,
2. Xidmətin keyfiyyətinin artırılması,
3. İnsan kapitalının, həyat şəraitinin yaxşılaşdırılmasına sərf olunan xərclərin daha sistemli, ehtiyac üzrə daha səmərəli və sosial təbəqələri ədalətli şəkildə əhatə etməklə təmin edilməsi.
Yəni bu sistem daxil olan ödənişlər əsasında vahid büdcə formalaşdırmalı, əhalinin tibbi xidmətlər üzrə ehtiyaclarını ödəməlidir. Amma real mənzərə tamam başqadır. Sanki əhalinin tibbi xidmətlər üzrə ehtiyacı deyil, səhiyyəni yönəldən şəxslərin öz ehtiyacları, amalları daha prioritet məsələdir.
Bu gün İTS-lə bağlı vətəndaşın üzləşdiyi əsas problem normal müayinə və ya müalicə üçün təyinat almaqla bağlıdır. Sistem elə qurulub ki, pasiyent öz istədiyi yerə deyil, qeydiyyatda olduğu poliklinikanın yönlədirdiyi həkimə getməlidir. O həkim kimdir, öz sahəsində peşəkardırmı, həmin xəstəxanada şərait müalicəyə imkan verirmi? Pasiyent öz sağlamlığı ilə yanaşı, psixoloji gərginlik yaradan suallarla baş-başa buraxılır. Ya sən tövsiyə olunan xəstəxananı (həkimi) seçməlisən, ya da sığorta hüququndan istifadə etməməli, özəl klinikalara üz tutmalısan... Necə deyərlər, yesən də budur, yeməsən də...
Sığorta pulunu ödəyən adam niyə seçim hüququndan məhrum edilməlidir? Hamıya məlumdur ki, dövlət xəstəxanalarındakı vəziyyət ürəkaçan deyil, istər maddi-texniki bazaları, istərsə də xidmət səviyyələri çox aşağıdır. Deməli, insanların məhz həmin xəstəxanalara yönləndirilməsində məqsəd təəssüf ki, heç də onları yüksək səviyyədə müayinə və müalicə ilə təmin etmək deyil... Adama deyərlər ki, heç olmasa, dövlət xəstəxanalarını əvvəlki şinelindən çıxart, inamı bərpa et, insanlarda əminlik yarat, sonra camaatı ora getməyə məcbur elə!

Bu sistemə rəhbərlik edənlər hansı qanun, hansı təcrübə, hansı məntiqlə hesab edirlər ki, hansısa tibbi xidmət dövlət xəstəxanasında varsa, pasiyent özəl klinikaya göndərilə bilməz?
Dövlət xəstəxanalarında real vəziyyətin necə olduğunu anlamaq üçün elə bu yaxınlarda Kliniki Tibbi Mərkəzdə (Semaşko) baş nayihəsi MRT olunan bir xəstənin hekayəsini xatırlatmaq kifayətdir. Dağınıq skleroz şübhəsi olan xəstənin MRT müayinəsinin nəticələrini heç kim oxuya bilmir. Bu səbəbdən də özəl xəstəxana yenidən MRT müayinəsi təyin etməyə məcbur olur. Bəlkə də bunun qəsdən edildiyini düşünmək olardı. Amma ilk MRT-nin nəticələri Türkiyəyə də göndərilir və oradan da eyni cavab alınır: Heç nə görünmür, heç nə anlaşılmır. Xəstə məcbur qalıb eyni müayinədən Sabunçu Xəstəxanasında keçməli olur. Çünki ona dövlət xəstəxanaları içərisində nisbətən daha yeni MRT aparatının burada olduğu deyilir. Ancaq dəhşət burasındadır ki, buranın cavabları da xəstənin həkimini qane etmir... Beynində problem olan epilepsiyalı xəstə üçüncü dəfə özəl xəstəxanada MRT-dən keçmək məcburiyyətində qalır. Niyə İTS-dən faydalanmaq istəyən insanlarımız bu cür məşəqqətlərə qatlanmalıdır? Biz bu sistemi qabaqcıl ölkələrdən götürmüşüksə, niyə onların təcrübəsindən yararlanmırıq? Axı onların təcrübəsində pasiyentə seçim imkanı tanımamaq məsələsi yoxdur. Azərbaycandan başqa dünyanın heç bir yerində xəstəyə demirlər ki, bu xidmət, bu əməliyyat dövlət xəstəxanalarında var, yalnız ora göndəriş veririk. Bu, təkcə insan haqlarının pozulması deyil, həm də ölkədə tibb müəssisələri arasında rəqabət mühitinin yerlə-yeksan edilməsi deməkdir!
Bahalaşma və iqtisadi çöküş bir tərəfdən, İTS digər tərəfdən qısa zamanda özəl klinikaların fəaliyyətinə ciddi zərbə vurub. Bu proses özəl klinikalarda müxtəlif tibbi xidmətlərin bahalaşmasına da səbəb olub. İTS siyahısına az qala ölkədəki bütün özəl klinikaları daxil edib və bunu hər dəfə bəh-bəhlə car çəkir. Halbuki reallıqda vəziyyət tamam fərqlidir. Pasiyentlər yalnız dövlətə və müəyyən insanlara yaxın - əməkdaşlıqları olan (maraqları olan) klinikalara göndərilir. Qəribədir, həmin özəl klinikalar hamsı qaydayla seçilib? Məsələn, ölkənin tanınmış, maddi-texniki imkanları, peşəkar həkimləri ilə məşhur olan klinikaları qala-qala, xəstələri tanınmayan klinikalara göndərməkdə məqsəd nədir? Tanışlıq, tapşırıq, yoxsa yüksək faiz? Belə çıxır, TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ölkənin tibbi sığorta büdcəsini özlərinə yönəltmək üçün xəstə axınını nüfuzlu özəl klinikalara buraxmır.

Məsələn, Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda “anju” olmaması bir ayıb, ağır infarkt xəstəsinin “Kəpəz” və bu kimi klinikalara yönləndirilməsi başqa bir ayıb. Xəstəyə deyilir ki, damarına stent qoyulmalıdır. O da razılaşmayıb başqa həkimə getmək istəyir, amma “anju” diskini vermirlər. “Bizim kardiocərrah var, o edəcək, pulu da sığorta ödəyir” - deyə canının hayında olan şəxsi naəlac qoyur, inandırır, öz istədikləri həkimi seçməyə məcbur edirlər.
İTS və TƏBİB belə klinikalarda “anju” və əməliyyat edən həkimləri necə seçir, necə dəyərləndirir, bütün bunlara kim zəmanət verir? Bütün bunların fonunda isə milyonlarla manatlıq avadanlığı və ən yaxşı kardiocərrahları olan Ürək Mərkəzi (RDM-in nəzdində olan) bomboş qalıb, yalnız pulunu ödəyən xəstələri qəbul edə bilir.
Ürək əməliyyatının 9-10 min manat olduğunu nəzərə alsaq, hər xəstədən yalnız bir klinika, bir neçə həkimin qazanması kimə sərf edir?
Məhz bu anormal ayrı-seçkilik, monopolist sistemin nəticəsidir ki, ölkənin hətta qismən dövlətə bağlı Tədris Cərrahiyyə, Tədris Terapevtik klinikalarının palataları və MRT-ləri də boş qalır. Halbuki digər zəif yerlərdə insanlar aylarla MRT, KT, angioqrafiya növbəsi gözləyir.
Nərimanov Tibb Mərkəzi və Elmi Tədqiqat Cərrahiyyə Mərkəzində xəstələr üst-üstə yığılıb, dezinfeksiya etməyə macal tapılmayan zondlarla endoskopik müayinə olunurlar. Tam bir xəstəlik, yoluxma mənbələridir bu kabinetlər. Hələ həkimlərin canına cin girmiş kimi gözləri bərələ-bərələ xəstələrə çımxırmaqları və deyinə-deyinə xidmət göstərmələrini demirik...
Tualeti həkim otağına, adi palataları VİP (ödənişli) palatalara çevrilən Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Respublika Klinik Xəstəxanası, 3 saylı Şəhər Klinik Xəstəxanası, Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında köhnə və yararsız cihazlar, uzun-uzadı növbələr, səhv analiz və müayinə cavabları barədə azmı şikayətlər eşitmişik? Niyə insanlarımız bu yerlərin ümidinə buraxılmalıdır?
Bu inhisarçı yanaşma eyni zamanda peşəkar tibbi xidmət göstərən özəl klinikaları çökdürür. Artıq bir neçə klinikanın satılması, borclanması xəbərlərini yaymışıq - RDM, “Avrasiya” və s. Özəl klinika rəhbərləri, menecerləri az qala İTS-dən xəstə dilənirlər.
Məlumdur ki, ən yaxşı uzman həkimlər bu gün xəstə üzünə həsrət buraxılan özəl klinikalarda çalışırlar. Həmin klinikalar isə pasiyentlərin sayı azaldığına görə yüksək maaş tələb edən mütəxəssisləri saxlamaq üçün qiymətləri qaldırmağa məcbur olur. Bu cür davam etsə, peşəkar həkimlərin çoxu başqa ölkələrə gedəcək. Çünki bu həkimlərin "Semaşko" və "Respublikanski" kimi yerlərdə, xəstəxana bir tərəfə, oradakı direktor və baş həkimlərin rəhbərliyi altında işləmələri real görünmür. Ən azı ona görə ki, sığorta ağır, mürəkkəb cərrahiyyə əməliyyatlarına görə qəpik-quruş verir. Onu almaq üçün də aylarla gözləmək lazım gəlir... İyun ayının pulu sentyabrda ödənilib, sentyabrın ödənişləri isə yanvarda veriləcək.
…Dərdimiz heç də əsasən məmur və oliqarxlara bağlı olan özəl klinikaların bağlanması deyil. Bizi ən çox narahat edən bu vəhşi rəqabətin inasanlarımızın lazımi tibbi xidmət almasına mane olmasıdır. Məsələn, gözündə problem olan, uzun müddət müalicə alan pasiyent öz həkiminin yanına getmək, gözünə həyatı vacib olan iynəni vurdurmaq üçün İTS-ə müraciət etdikdə, mütləq "yox" cavabı alır. Ona deyilir ki, bu xidmət Mərkəzi Neftçilər Xəstaxanasında filan həkim tərəfindən həyata keçirilir. Məlum olur ki, həmin həkim bu müalicə üzrə mütəxəssis deyil. Uşaq göz həkimidir və ya sadəcə yeni müalicələrdən xəbəri olmayan kiminsə tanışı olan oftalmoloqdur.
Və yaxud endoprotez üçün sığortaya müraciət edən pasiyenti Travmatologiya İnstitutuna yönləndirirlər. Xəstə araşdırdıqda görür ki, həmin xəstəxanadakı həkimin bu sahədə demək olar, heç bir təcrübəsi yoxdur.
İnsanlarımız özlərini təcrübə dovşanı kimi hiss edir. Adam illərdi hardasa müalicə olunursa, sən onu hansı haqla başqa yerə, təcrübəsi olmayan həkimə yönləndirə bilərsən? İşin ən təhlükəli tərəfi budur ki, xəstə məcbur olub həkimini dəyişir və yaxşı nəticə əldə edə bilmirsə, pul ödəyib əvvəlki həkiminin yanına getmək şansını da itirir. Çünki dövlətdə və ya qondarma özəl xəstəxanada düzgün olunmayan müalicənin nəticəsində xəstə ağırlaşır, sonra həkim həmin xəstəyə yaxın durmur. Dursa belə, 10 manatlıq iş ona 100 manata başa gəlir. Beləliklə, pasiyentə həm sağlamlıq, həm vaxt, həm də pul sarıdan zərbə dəyir.
Bir balaca araşdırılsa, aydın olar ki, sığorta ilə əməliyyat olunan xəstələrin çoxu özəl xəstəxanalara təkrar, ikinci əməliyyata gedirlər. Bunun bir səbəbi də sığorta ilə olunan əməliyyatlarda ucuz vasitələrdən istifadədir. Məsələn, göz linzaları ucuz Hindistan markaları olur. Endoprotezlər də onun kimi. Həkimlər özləri xəstəyə təklif edir ki, bir az pul ödə, sənə Amerikanın implantını, linzasını qoyaq.
İTS ilə əməliyyat olan neçə xəstənin implantı tutmayıb, gözü uğursuz olub...
Yeri gəlmişkən, onu da qeyd edək ki, doğuş məsələsi daha qəlizdir. Doğuş, qeysəriyyəni pasiyenti təqib edən həkim etməlidir. Təqib edən ginekoloq-cərrah özəldə işləyirsə, o artıq İTS-dən istifadə edə bilməyəcək…

İTS niyə ancaq Bakıdadır?
İTS-də əsas istiqamətlərdən biri də regionlarla bağlıdır. Cəmiyyəti inandırmağa çalışırlar ki, regionlarda tibb müəssisələrinin dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsi orada yaşayan insanların tibbi xidmət almaq məqsədi ilə böyük şəhərlərə axınını azaldacaq.
İTS yığımlarının “tibbi xidmətlərin keyfiyyətinin artırılması”, “tibb müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması”, “tibbi avadanlıqların yeni texnologiyalara uyğun olaraq yenilənməsi”, “tibbi personalın dünya standartlarına uyğun maarifləndirilməsi” kimi tədbirlərinə xərclənməsinin də vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına səbəb olacağını deyirdilər. Amma nə baş verdi? Düzdür, bu sistemə keçiddən sonra region insanları sürətlə xəstəxanalara axışdılar. Bəlkə ömründə bir dəfə də həkim qəbuluna getməyən insanlar, lazım oldu-olmadı, bütün müayinələrdən keçməyə başladı, hətta MRT, KT olunmaq üçün növbələrə düzüldülər. Amma bu, heç də həmin şəxslərin keyfiyyətli müayinə və müalicə olunması anlamına gəlmir. Çünki regionlardakı dövlət xəstəxanalarında tibbi avadanlıqlar əksərən köhnə, sıradan çıxmış vəziyyətdədir. O avadanlıqların yenilənməsi ilə bağlı addəmlar isə kifayət etmir. Mütəxəssislərə gəlincə, regionlarda həkim çatışmazlığı problemini hər kəs bilir. Qanaxması olan hamilənin cırılmış uşaqlığını tikməyə peşəkar ginekoloq-cərrah yox, infarkt olmuş xəstəni çox tərpətmədən aparıb anju etdirib, tıxanmış damarını açan yox, xəstələri daşımağa ambulans yox. Qanı axan xəstə maşının və ya “Qazel”in arxasında can verə-verə o rayon, bu rayon gəzdirilir, axırda da yaxınlarına “Bakıya aparın, burda qalsa, öləcək” deyilir.
Bütün bunlara görədir ki, Bakıdakı istənilən dövlət xəstəxanasını rayon sakinləri doldurublar, insan əlindən tərpənmək olmur. Bakıda qeydiyyatda olanlar isə günlərlə USM, endoskopist, MRT qapısında gözləyirlər ki, Ucardan, Yevlaxdan… gələn ağır xəstə, bəzi hallarda imtiyazlı şəxs - şəhid ailəsi üzvü, qazi və əlillər müayinə olunub getsinlər, sıra bunlara çatsın. Sən gözlə, canı ağrıyan sıravi vətəndaş!
Regionlarda tibb müəssisələrinin dünya standartlarına çatdırılması üçün hər il dövlət büdcəsindən, indi də İTS fondundan milyardlar xərclənir. Bəs nəticə? 2-3 ildən bir işdən çıxarılan və yeyinti üstündə cəza alan, cinayət işi açılan baş həkimlər və direktorların xəbərlərini oxuyuruq. Sonradan həmin kadrların ölkənin digər xəstəxana və mərkəzlərinə rəhbər təyin olunması da “unikal” çıxış yoludur.

Vəziyyətdən çıxış yolu isə asan deyil.
Çox da mürəkkəb olmayan əməliyyatlar və müayinələr yenə də Bakının ümidinə qalıb. Bakı isə bu eybəcər, girdablarla dolu mənzərəni yaradanların ümidinə...

Müəllif: Elçin Zahiroğlu - Mənbə: BakuPost
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Ardını oxu...

Bu gün mediamızı susdurmaq üçün dəridən, qabıqdan çıxanların böyük əksəriyyəti Qarabağ probleminin arxasında gizlənərək xalqı və dövləti talamaq yolu ilə milyonlara sahib olanlardır. Artıq Qarabağ problemi yoxduq. Bu səbəbdən də bir çox pərdələr qalxdıqca, kimin, kim olduğu ortaya çıxacaq. Məmurları narahat edən də budur.

Deryaz.az. Dövlətdən və xalqdan taladıqları milyonlar hesabına Ərəb şeyxləri kimi yaşamağa adətkar olan talançı məmurlar çetesi, artıq onların da sonunun çatdığını hiss edərək, daha da azğınlaşıblar və öz əməllərini ört-bastır etmək üçün medianı susdurmağa çalışırlar. Azərbaycan məmurları heç cür anlamaq istəmirlər ki, 30 il davam edən bir münaqişəni Ali Baş Komandan 44 günə həll etdisə, onların bəd əməllərinin də qarşısını az bir müddətdə ala bilər. Sadəcə, məmurların erməni olmadıqlarını (Bəlkə də er…) düşünərək, onların haqq yoluna gəlmələrini gözləyir. Səbr kasası daşdığı zaman həmin «Dəmir yumruq» «Demokl qılıncı» kimi, məmurların da başları üzərində görünəcək və ondan heç kim qurtula bilməyəcək.
Prezident dəfələrlə çıxışlarında vurğulayıb ki, jurnalistlər mənim dostlarımdır, bilmədiyim bir çox şeyləri onlarn yazılarından öyrənirəm. Hesab edirəm ki, bu gün MİA da ilk növbədə prezidentə doğru-dürüst informasiya çatdıra biləcək media qurumları ilə işləməlidir. Çünki yalan yazan jurnalistlərlə məmurların heç bir fərqi yoxdur. Bunların hər ikisi reallığı prezidentdən gizlətməklə, ona «ayı xidməti» göstərmiş olurlar.
Onu da qeyd etmək istəyirəm ki, öz fəaliyyəti dövründə dövlətə və xalqa qüsursuz xidmət göstərən məmur, heç zaman medianı susdurmaq üçün canfəşanlıq etməz. Medianı susdurmağa çalışan o məmurlardır ki, sözləri ilə əməlləri daban-dabana ziddir.
 Əgər biz Azərbaycan cəmiyyətinin inkişafını, xalqın rifahının yüksəlişini istəyiriksə, cəmiyyətin güzgüsü olan mediaya imkan verməliyik ki, düzü-düz, əyrini-əyri izhar edə bilsin. Buna qarşı gələn hər kəs, kimliyindən, vəzifəsindən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, qanun qarşısında öz əməllərinə görə cavab verməlidir. «Prezidentin etimad göstərdiyi məmur» ifadəsi, heç zaman onun qanunsuz əməllərinin ört-basdır edilməsi üçün meyar olmamalıdır. Bir şeyi anlamaq lazımdır ki, prezident etimad göstərmədiyi bir kimsəni vəzifəyə təyin etmir. Ən əsası, onun həmin vəzifədə ozünü necə aparmasıdır.
Başqa bir məsələ, məmurların cinayət əməllərindən yazan jurnalistlərin peşəkarlığının şübhə altına alınmasıdır.

Ardını oxu...

 
Yazımı belə başlamağın səbəbi var: Keçək mətləbə…Media gündəmini zəbt edən Sumqayıtın icra başçısı Zakir Fərəcov və sahibkarlar arasında olan borc qalmaqalı haqqında yazıb araşdırıb, ictimaiyyətə biz təqdim etməkdn yorulduq, amma aidiyyatı qrumlar buna bir reaksiya vermir ki, vermir. Camaatda yorulub, bəlkə də artıq heç oxumaq istəmirlər. Ona görə yox ki, maraqlı deyil, maraqlı ola bilərdi o vaxt məsələ jurnalist araşdırmalarından sonra həllini tapmış olardı. Amma indi düşünürlər yazırlarda ancaq əsas baxmalı olanlar əncam çəkmirlər. Bu cəhətdən də media nüfuzunu itirmiş olar. Elə bil qəsdən ciddi araşdırmaçı jurnalistləri çevrib edirlər, bazar söhbətlərinin məkanı olan sosial verlişlərin ekspertlərinə…Bu yolnan daha çox tanınmaq, millətində mənasız və dövlətə heç bir xeyri dəyməyən məsələlər qatmasına şərait yaradırlar.
Necə ki, Sumqayıt icra hakimyətinin şöbə müdiri Gündüz Əliyev sahibkarlara arxayın şəkildə «Boş -boş yazırlar, onsuz kimdi onlara baxan» deyir. Kişi haqlıdır. Niyə? Niyəsini deyim, ölkədə rəsmi məlumat verildi ki, Hesablama Palatası Sumqayıtda yoxlama apardı.
Və Mənimsənilən milyonlara görə Gündüz Əliyev və digərlərinə cinayət işi açıldı .Cinayət işi açılan və Sumqayıt Ağır Cinayətlər məhkəməsində məhkəmə prosesi gedən bir məmur əgər kresloda işini aparırsa, deməli arxayın olmağa dəyər…
Qeyd:
Cinayət işi materiallarına əsasən, Gülnarə Bayramova və Gündüz Əliyev Elxan Əsədov vasitəsilə təsis etdikləri 41 hüquqi şəxsin qanuni fəaliyyətlə məşğul olması görüntüsü yaradaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manat məbləğində pul vəsaitini həmin şirkətlərə köçürülməsinə nail olub.

Köçürülmüş pul vəsaitinin bir hissəsi, yəni 1 milyon 613 min 334 manat məbləğində hissəsi Elxan Əsədov və digərləri vasitəsilə nağdlaşdırılmaqla mənimsənilib.
 
Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırması ibtidai istintaq zamanı sübuta yetirilib.
 
İş üzrə toplanmış mötəbər sübutlar əsasında Gülnarə Bayramova və Gündüz Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələri ilə yekun ittiham elan edilib.
Onu da qeyd edək ki, Gündüz Əliyev bu il mart ayında Sumqayıt İcra Hakimiyyətinin başçısı əmri ilə icra başçının müavini vəzifəsindən azad edilib, həmçinin İH-nin şəhər təsərrüfatı şöbəsinin müvəqqəti rəisi vəzifəsini icra edir.

Gündüz Əliyev kimdir? Sentyabrdan bəri davam edən məhkəmə proseslərinin ayı günü Məhkəmənin rəsmi portalında artıq dərc olumur, nə də yekun qərar verilməyir.

İcra Hakimiyyətində ərazi idarəetmə və yerli özünüidarətmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev təyin edilib. Qeyd edək ki,Gündüz Əliyev bu vəzifəyə gələnə qədər Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin müdiri işləyib. Zakir Fərəcov Abşeron rayon Mənzil Kommunal Təsərrüfatı Birliyiinin rəisi olan bacısı oğlu Hüseyn Sovet oğlu Həsənovu bu vəzifəyə təyin etdikdən sonra Gündüz Əliyevə İcra Hakimiyyətində iş verilib. Məlumatlara görə Gündüz Əliyevin qayınatası biznesmendir və Zakir Fərəcovla işbirliyi mövcuddur. Əslində G.Əliyevin əsas hədəfi birinci müavin postu olduğu qeyd olunur və bu üzdən də Teymur Səmədov və Fəzail Hüseynova qarşı böyük intriqaların içinə girməkdən çəkinmir. Təbii ki, Teymur Səmədov və Fəzail Hüseynov da hər fürsətdə Gündüz Əliyevə qarşılıq verirlər.
Gündüz Əliyev kimdir? Xatırladaq ki, söhbət nəhəng mebel sexinə, çoxsaylı obyektlərə sahib olan iş adamı Gündüz Əliyevdən gedir. Əslində Gündüz Əliyevin karyera tarixçəsi bir film kimidir. Sizi o «film”lə tanış olmağa dəvət edirik:
            

             Milyonlar qazandıran mebel sexi? – Bu ki, inandırıcı deyil…

Məlumat üçün qeyd edək ki, Gündüz Əliyevin keçmiş MTN-ə xərac verməsi 2014-cü ilə təsadüf etsə də, onun maliyyə piramidasında yüksəlişi xeyli əvvələ təsadüf edir. Başqa sözlə desək, Gündüz Əliyev 2014-cü ildə keçmiş MTN tərəfindən saxlanılanda onun malik olduğu sərvətin miqdarı adi mebel sexi sahibinin malik ola biləcəyi sərvətdən qat-qat çox idi. Əslində milli maraqların müdafiəsinə deyil, şəxsi maraqların təmininə istiqamətlənməsi keçmiş MTN-nin diqqətini də məhz bu amil çəkmişdi. Elə buna görə də Gündüz Əliyevlə bağlı əməliyyat planı quran MTN onu saxlamaq, sahib olduğu pulların bir hissəsinə əl qoymaqla yanaşı, bu pulların mənbəyini də öyrənməyi hədəfləmişdi.
                   «Buta” əməliyyatı, yaxud həyatın cəhənnəmə çevrildiyi an…
Gündüz Əliyevin gəlir mənbəyini müəyyənləşdirmək, onun münasibətdə olduğu şxəslərin əhatə dairəsini öyrənmək üçün sahibkarın əlaqə telefonlarını nəzarətə götürən MTN, tezliklə ona 161 min manat məbləğində pul gələcəyini müəyyənləşdirir. Bu informasiyanın ardınca Gndüz Əliyevlə bağlı əməliyyat planı quran MTN, 2014-cü ilin dekabrında «Buta” kafesində mebel sexi sahibinə qarşı əməliyyat reallaşdırır. Axşam saat 20:00 radələrində «Buta” kafesində oturub pul gözləyən Gündüz Əliyevin gözlədiyi şəxs çox keçmir ki, kafeyə daxil olur. Lakin onun gətirdiyi pula toxunmaq Gndüz Əliyevə nəsib olmur. Belə ki, həmin şəxsin ardınca kafeyə daxil olan MTN əməkdaşları hər iki şəxsi saxlayaraq onların pullarına əl qoyur…
«Beloçka” torbasındakı gizlədilən pullar, məşhəri xatırladan istintaq…Mənbənin məlumatına görə, MTN-nin «Buta” əməliyyatı zamanı Gündüz Əliyevin ələ keçirilən pulları «Beloçka” tumlarının reklamı olan sellofan torbada olub. Hansı ki, Gndüz Əliyev hər zaman pulların məhz bu cür – ilk baxışdan adi görünən və kənardakı şəxslərdə heç bir maraq oyatmayan torbalarda daşınmasını həyata keçirib. Sex sahibi hesab edib ki, bu, təhlükəsizlik baxımından daha ⁵doğru və sınanılmış vasitədir. Maraqlı məqamlardan biri də sex sahibi ilə ilk istintaqın MTN-də deyil, «Sultan” kafesində gerçəkləşdirilməsidir. MTN əməkdaşları tərəfindən «Sultan” kafesinə gətirilən Gündüz Əliyev elə oradaca sözügedən qurumun əməkdaşları tərəfindən soğru-suala çəkilib. Pulların mənbəyi, təyinatı və s. kimi məsələlərə bağlı ona ünvanlanan saysız-hesabsız suallar qarşısında özünü itirən Gündüz Əlieyev bu pulları 2002-ci ildə açdığı mebel sexindən əldə etdiyini bildirib.
                            MTN göz yaşlarına inanmır…
Lakin onun bu arqumenti MTN əməkdaşları tərəfindən təbəssümlə qarşılanıb. Bunca pulun bir tək mebel sexi vasitəsi ilə qazanılmasının mümkünsüzlüyünü bildirən MTN əməkdaşları, ona bu barədə bilgili olduqlarını, onun telefonlarına uzun müddət nəzarət etdiklərini bildirib. Kafedə reallaşan istintaq zamanı MTN əməkdaşları həbs olunmamaq müqabilində Gündüz Əliyev qarşısında kifayət qədər ağır şərtlər qoyublar. Bu şərtlərin sırasında ələ keçirilən 161 min manatdan imtina etməkv, keçmiş MTN-ə aylıq xərac vermək, eləcə də bəzi məsələlərdə informasiya dəstəyi göstərmək yer alıb.

İndi isə adına cinayət işi açılır,məhkəmə prosesinin tarixi gizlədilir,özü isə tam rahat şəkildə öz rahatlığını nümayiş etdirir.

Zakir Fərəcov borc bataqlığında: Gündüz Əliyevin Imzası olan sənədlərdə 50 milyondan söhbət gedir 

Sahibkarı aldadıb iri layihələri icra etdirib, pulunu verməyən adam, kim olur olsun, hansı vəzifəni tutur tutsun, ona yalnız bir adı var — Dolandırıcı! Maraqlıdır ki, Fərəcov həbs etdirdiyi sahibkar və iş adamlarına həm düşmənçilik edir, həm də onlarla təkrar layihələr icra etdirməklə, əməkdaşlıq etməsinin məqsədini müəyyən etmək çox çətindir!
Sahibkarların bildirdiyinə görə 7 ilə yaxındır ki, Zakir Fərəcovun dəvəti və təklifi ilə Sumqayıt şəhərində konkret olaraq, bir sahibkar məşhur Dənizkənarı Bulvar, Şəhidlər Xiyabanını və digər layihələri vaxtında, yüksək səviyyədə başa çatdırsa da, haqq etdiyi vəsaiti hələ də ala bilmir. Söhbət ərazisi 105 hektar olan Dənizkənarı Bulvardan, Şəhdilər Xiyabanından, Heydər Əliyev prospektindən, şəhərə girişin sağ və sol tərəfinin qurulub, abadlaşdırılmasından, S. Vurğun, Nizami və C. Cabbarlı küçələrinin, “Muğanbank”ın qarşısındakı parkın tikib, abadlaşdırmaqdan gedir.
Yeddi ildir ki, görülən işlərin pulunu hissə-hissə ödənilməyə razılaşmasına baxmayaraq, Sumqayıtın icra başçısı tərəfindən ödənilməli olan 2.850.000 manat borc hələ də ödəməyib!. Dövlət büdcəsindən bütün bu layihələrin gerçəkləşməsi üçün müxtəlif tarixlərdə lazımı vəsait ayrılsa da, icra başçısı bu borcu ödəmir, ödmək fikri də yoxdur!
Yazılarda ən çox yer alan iddialardan belə nəticə çıarxmaq olur ki, Zakir Fərəcov ölkənin böyük bir şəhərini sözün əsl mənasında şəxsən müəyyən etdiyi «oğru dünyası»nın qanunları ilə idarə edir.
Sumqayıtda vəziyyət ürəkaçan deyil. Sumqayıt icra başçısı Zakir Fərəcovun fəaliyyətindən narazılıq pik həddə çatıb.

Torpaqlarımızın düşməndən tam azad olunması və 30 ildən sonra Azərbaycanın tam ərazi bütövlüyünün şanlı Zəfərindən sonra ,yeri icra hakimyyətlərinin yerlərdə»xanlıq»edən bir çox məmurun sonu olacaq .

P.S. Apardığımız araşdırmalar və mənbələrin verdiyi informasiyaya əsasən ölkədə başlayan köklü islahatlar paketinin davamı olaraq qarşıdakı aylarda səs-küylü istefalar olacağı gözlənilir. Əldə etdiyimiz məlumata görə, prezident sərəncamları ilə vəzifəsindən kənarlaşdırılacaq məmurlar siyahısında bir neçə icra başçılarının adlarının yer alacaq. Onlardan birincisi Zakir Fərəcovdur.

Onlar prezidentin səbr kasasını daşıran, vaxtı yetişən məmurlardır ki, yola salınmalıdırlar. Ötən illərdə xeyli sayda məmur, nazir vəzifəsi ilə vidalaşdılar. Kadr islahatları daha dərindən həyata keçiriləcək.

Məlumata görə, yerli idarəetmə orqanlarında təmizləmələr kütləvi vüsət alacaq. Təkcə icra strukturlarının rəhbərləri deyil, aparat müdirləri, icra başçısı müavinləri də vəzifələrindən uzaqlaşdırılacaqlar.

İlin sonuna qədər prezidentin kadr islahatları bütün respublikanı, nazirlik və İH-lərini əhatə edəcək, dövlət başçısının komandası etimad göstərdiyi, xalqla işləyən, islahatçı fiqurlardan təşəkkül tapacaq.(Bakupress.az)


Ardını oxu...
Bakı şəhəri Sabunçu Rayonu “Bakıxanov” qəsəbəsi Aşıq Alı küçəsi 14-a, mənzil 5 -də yaşayan Baxışov Naxış Xudaverdi oğlu Azinforum.az İnformasiya Portalına ünvanladığı şikayətdə bildirib ki, “Memarlıq Şəhərciyi 2021 MMC” sözügedən ərazidə çoxmərtəbəli bina tikmək istədiyi üçün, sakinlərə zülm edir.

Ardını oxu...

Şikayətçinin sözlərinə görə, sözügedən şirkətin Elnur Mustafayev adlı rəhbəri Sabunçu rayonunun icra başçısı Adil Vəliyevlə əlbir olub heç bir məhkəmə qərarı təqdim etmədən , onun yaşadığı evi və həyətini amansızcasına söküblər. Azinforum.az çox böyük kobudluqla həyata keçirilən və vətəndaşa külli miadarda ziyan vurmaqla nəticələn söküntü prosesi ilə bağlı videokadrları təqdim edir. Reportajda adları çəkilən şəxslərin də mövqeyini verməyə hazırıq.



Mənbə: Azinforum.Az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 

Dünyapress TV

Xəbər lenti