Bakı şəhər Xəzər rayon Binə qəsəbəsində yerləşən 117 saylı orta məktəbdə payız tətili və eyni zamanda saat 7 olmasına baxmayaraq qeyri-qanuni şəkildə uşaqları məktəbin sinif otağlarına yığaraq dərs keçirlər. Çəkilişə getdiyimizdə bizimlə görüşmək istəməyib, bütün suallarımızdan yayınaraq cavab vermədilər. Çəkilişi saxlamağımızı tələb etdilər. Bu kimi müəssisələr və müəllimlər Dövlətin qanunlarından və vergisindən nə üçün yayınırlar? Təhsil və vergilər nazirliyindən tez bir zamanda bu hadisə ilə bağlı araşdırmalar aparılmasını istəyirik.

Ardını oxu...
Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyinin Yevlax rayon şöbəsin rəisi Vahid həkim zərəçəkmiş şəxsin ekspert rəyini saxtalaşdırıb.
Bu haqda Dünyanınsəsi.Az saytına Goranboy rayon Yəhərçi-Qazaxlar kənd sakini Nicat Daşdəmirov tərəfindən göndərilmiş olan video-şikayətdə qeyd edilir.
Belə ki, 30 sentyabr 2023-cü il tarixədə Goranboy rayon sakini Bakı-Qazax magistiral yolunun Dəliməmmədli şəhər ərazisindən keçən hissəsində Nicat Daşdəmirov ağır yol qəzası keçirib.Şikayətçi bildirir ki, 2 aydır ki, yataq xəstəsidir.Baş vermiş ağır yol qəzası ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində İstintaq və Təhqiqat Şöbəsində cinayət işi qaldırılıb və müvafiq istintaq hərəkətləri aparılır. İstintaqın yekunlaşdığı ərfədə məlum olub ki, ekspert Vahid həkim xəsarətləri gizlədərək yüngül dərəcəli rəy vermişdir.Halbuki zərərçəkmiş şəxsə Gəncə İstanbul klinkasında “döş sümüyünün cisminin arxa hissəsində çəp sınıq xətti və döş sümüyünün araxa qonşuluğunda retrosternal sahədə ən qalın yerində 9 mm ölçüdən ortalama 50 HU disenssivlikli hemoragiya lehinə yığıntı sahəsi diaqnozu” verilmişdir.Buna baxmayaraq ekspert zərərçəkmişin aldığı xəsarət dərəcəsini şəxsi marağı ücbatından saxtalaşdırmaqla yüngül dərəcəli xəsarət kimi rəy vermişdir.

Belə olan halda Baş Dövlət Yol Polisi İdarəsində İstintaq və Təhqiqat Şöbəsində istintaqında ədalətli aparılması da şübhə doğurmaya bilməz.
Sonda Goranboy sakini mətbuat vasitəsi ilə Bağ Prokurorluqdan ekspert rəyini saxtalaşdıran Vahid həkim barəsində qanunamüvafiq formada araşdırma aprılmasına göstəriş vermələrini xahiş edir.
Redaksiya olaraq qarşı tərəfin də söz haqqını tanıyırıq.
Baş prokurorluğa ünvanlanmış olan video-şikayəti təqdim edirik:




Mənbə: «Dünyanınsəsi.Az»
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...
Azərbaycanda müxtəlif səviyyəli vəzifələrə təyin olunan bir sıra şəxslərin keçmişi ilə bağlı ilginc faktların ortaya çıxması demək olar, adi hal alıb.
Yenicag.az-ın əldə etdiyi məlumatda Sumqayıt Bulvar İdarəsinin direktoru Seymur Məmmədovun da nəzərdə tutulan məmurların sırasında yer tutduğu iddia olunur.

Daxil olan məlumatda bildirilir ki, Seymur Məmmədov Sumqayıt Bulvar idarəsinin direktoru vəzifəsinə təyinat almazdan bir neçə ay əvvəl Bakı Apellyasiya Məhkəməsində dələduzluq maddəsi ilə mühakimə olunub.

Qeyd olunur ki, Abşeron rayonu Saray Bələdiyyəsi və vətəndaşlar Elşən Rəhmanlı ilə Elmir Şəmiyevin iddiası əsasında 2022-ci ildə Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə baxılan işin yekununda Seymur Məmmədov və həm qohumu, həm də ortağı kimi adı hallanan Çingiz Təhməzov Cinayət Məcəlləsinin 178.3.2 maddələri ilə təqsirləndirilərək 5 il şərti cəza alıb.

Eyni zamanda, Seymur Məmmədovun Masazır qəsəbəsindəki “göl” adlanan ərazidə qanunsuz olaraq həyata keçirilən həyət evlərinin inşasına hamilik etdiyi də onun barəsində irəli sürülən iddiaların mühüm elementi kimi önə çıxır.

Xatırladaq ki, Yenicag.az-da vurğulanan ərazidə qanunsuz həyət evlərinin tikintisi ilə bağlı bir neçə material dərc olunub və bu barədə oxuculara geniş məlumat verilib.

Təbii, dələduzluq maddəsi ilə barəsində 5 il müddətinə şərti cəza hökmü çıxarılan Seymur Məmmədovun Sumqayıt Bulvar İdarəsinə direktor təyin edilməsinin necə baş tutduğu hər kəs üçün maraqlıdır. Mövzuya dair iddialarda bu suala da cavab verilir. Bildirilir ki, Seymur Məmmədov bu “baryer”i həmyerlisi və yaxın adamı sayıldığı Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun dəstəyi sayəsində aşıb.

Mövzunu davam etdirəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
 

Ardını oxu...
Cəlilabad rayonun Göytəpə meşəbəyliyinin 11 saylı dolayından qanunsuz yollarla çınqıl daşınır.

Rayon sakinlərinin AzToday.az-a təqdim etdiyi görüntülərdən məlum olur ki, yerli ekologiya işçilərinin iştirakı ilə baş verən prosesdə meşədən yüzlərlə maşın çınqıl satılıb.

Ümid edirik ki, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev meşələrin qəniminə çevrilən ekologiya işçiləri ilə bağlı tədbir görə biləcək…




 
Ardını oxu...
 
 
 
 
Ads by Ardını oxu...
0
Reklamınızı SmartBee ilə effektiv edin.

Ardını oxu...
Son illər Azərbaycan cəmiyyətində mükafat verənlərin, mükafat alanların və mükafatlandırılmağa həvəsi olanların sayı artmaqdadır.

Dərd ondadır ki, saysız-hesabsız mükafat verənlərin çoxunun verdiyi mükafatların nə önəmi, nə də əhəmiyyəti var. Hətta mükafatı bazara çevirənlər də var. Onlara “dur” deyən də yoxdu. Belə başıpozuqluqda kimə gəldi, necə gəldi “mükafatlar”, “diplomlar”, “medallar” paylamaqla məşqul olanlar çoxdur. Mükafat, ad aludəçisi olan bir çox insan isə belə mükfat təkliflərinə hər zaman açıqdır. Onlar üçün fərqi yoxdur, bu mükafatı verən kimdir, yaxud bu mükafata layiqdirlərmi, çünki həmin mükafatların çox təmtəraqlı adları olur.

Jurnalistika aləmində də belə bir biabırçılıq baş alıb gedirdi. Çatana “Qızıl Qələm” mükafatı verən təşkilat həmin mükafatı əməllicə gözdən saldı. Jurnalistikaya aidiyyəti olmayan şəxslər geninə-boluna həmin mükafatın sahibi oldular, fəxrlə qürrələndilər. Amma bu bazara da son verildi. “Təzadlar” qəzetinin baş redktoru Asif Mərzilinin Azərbaycan Mətbuat Şurasına müraciətindən və MŞ rəhbərliyinin işə ciddi reaksiyasından sonra “Qızıl Qələm”i gözdən salanlar bu “istehsalı” dayandırdılar... Və bu, ətrafı “qızıl qələmçilərlə” dolu olan jurnalistlərin qələbəsi oldu. Çünki peşəkar jurnalistlərin heç biri gözdən salınmış həmin mükafatla təltif olunmağı özünə rəva bilməmişdi və bilmirlər.
Ardını oxu...


Ötən gün sosial şəbəkələrdə yayılan məlumatdan aydın oldu ki, sən demə, “Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi” İB-i sentyabr, oktyabr, noyabr aylarında Astara, Lerik, Yardımlı, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Şirvan, Hacıqabul, Kürdəmir, Sabirabad, Saatlı… rayonlarında insan hüquqları sahəsində vəziyyətin öyrənilməsi ilə bağlı 100 respondent arasında gizli sorğu aparıb (Bu qədər rayonların yüz minlərlə sakinləri arasında 100 nəfərin rəyi çox maraqlıdır. Hər rayona təxminən 7 nəfər düşüb. Çox maraqlıdır!!!). Və bu anonim sorğular(?) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rayon-şəhər Mərkəzi Xəstəxanalarını da əhatə edib. Məlumatda qeyd edilir ki, həmin monitorinqlərin nəticəsinə görə, Salyan, Sabirabad və Şirvan ginekologiya və doğum şöbələrində vətəndaşlarla ünsiyyət, korrupsiyaya qarşı mübarizə və ana-uşaq ölümlərinin vəziyyəti yüksək qiymətləndirilib. Ən maraqlısı, bu dəfə də mükafatlandırma və təqdimat məsələsi ortaya çıxıb. Budur, yuxarıda adı çəkilən Şirvan Mərkəzi Xəstəxanasında da təqdimat və mükafatlandırma həyata keçirilib. Mükafatı xəstəxananın ginekologiya və döğum şöbəsinin müdiri Sevda Həsənovaya təqdim edən İB sədri Azad İskəndərli çıxışı zamanı bu uğurda Şirvan Mərkəzi Xəstəxanasına yeni rəhbər təyin olunmuş Pərviz Rüstəmbəyovun xidmətini xüsusi vurğulayaraq, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanova, İcbari Tibbi Sığortanın sədri Zaur Əliyevə təşəkkürünü bildirməyi və onlara uğurlar arzulamağı da unutmayıb…

On gün ərzində təzə doğulmuş 5 uşağın ölümü qeydə alınmış Doğum Evinin baş müdirinə mükafat???

Düzü çox təəccübləndik. Son ayda neçə-neçə körpə ölümünün baş verdiyi Şirvan doğum evində necə oldu ki, “ana-uşaq ölümlərinin vəziyyəti yüksək qiymətləndirilib”?! Bəs doğum evində körpəsini itirmiş Quliyeva İlahə Musaxan qızı – doğuş həkimi Şəhla xanım, Bəşirova Gündüzə Qulu qızı – doğuş həkimi Sevda xanım, Tağıyeva Türkanə Yaşar qızı – doğuş həkimi Elnarə xanım, Musayeva Günəş Nazim qızı – doğuş həkimi Şəhla xanım, Əlizadə Tünzalə Əziz qızı – döğuş həkimi Nəcəfova İlahə xanım… Bəs həmin anaların ahı, fəryadı?! Bu körpə ölümlərinin sayını- hesabını bilən xəstəxana – ginekologiya və doğum şöbəsinin rəhbərliyi necə ola bilər ki, bu mükafatdan imtina etməyib, əksinə, sevinclə qəbul edərək, hələ bir sosial şəbəkələrdə geninə-boluna fəxrlə paylaşımını da ediblər!

Ardını oxu...


100 respondentə gəlincə, 14 rayonda aparılmış gizli (?) sorğuya cəlb edilmiş bu respondentlərin sayəsində görün Şirvan Mərkəzi Xəstəxanadakı “ginekologiya və doğum şöbələrində vətəndaşlarla ünsiyyət, korrupsiyaya qarşı mübarizə və ana-uşaq ölümlərinin vəziyyəti” necə yüksək qiymətləndirilib və mükafatlandırma aparılıb… Çox maraqlıdır! Həm də gülməli… Bəs həmin mükafatı təqdim edən “Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi” İB rəhbəri Azad İskəndərli (Başbuq) kimdir? Həqiqətən də bizə maraqlı gəldi və elektron mediada axtarış apardıq. Məlum oldu ki, Azad İskəndərli cəmiyyət tərəfindən çox yaxşı xatırlanan və hafizələrdə iz buraxmış bir şəxsdir. Dosyesi çox zəngindir. Sitat: «…2015-ci ildə Şirvan Şəhər (Rayon) Polis Şöbəsi tərəfindən Şirvan şəhərində fəaliyyət göstərən “Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi” İctimai Birliyinin sədri, 1970-ci il təvəllüdlü İskəndərli Azad Vəlyəddin oğlu Cinayət Məcəlləsinin 178.2.2 178.2.4 (dələduzluq), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilib. Daha əvvəl Cinayət Məcəlləsinin 182.1, 228.1, 228.4, 66.3-cü maddələri ilə təqsirləndirilərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Azad İskəndərli özünü hüquq müdafiəçisi kimi təqdim edərək, hüquq təhsili olmadığı halda qanunsuz vəkil xidmətləri göstərməklə vətəndaşları aldatmaqda ittiham edilib. İstintaqla müəyyən edilib ki, o, etibardan sui-istifadə etmə, aldatma və şantaj yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq və özgənin əmlakını hədə-qorxu ilə tələb etmə cinayətlərini törədib…».
Ardını oxu...

Əlavə şərhə ehtiyac varm? Mükafatı alanların “uğurları” bəlli, mükafatı təqdim edən bəlli… Nəticəni özünüz müəyyənləşdirin.

O ki qaldı son yaxın zaman içində sıraladığımız uşaq ölümlərinə, görəsən, “Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi” İB-nin həmin o respondentləri necə olub ki, bu qədər ölümlərdən xəbərsiz olub???

«Təzadlar»a daxil olan bu məlumatları aidiyyəti üzrə Baş Prokurorluğa, eləcə də Səhiyyə Nazirliyinə və TƏBİB-ə göndərməli olduq. Nəticəsi barədə əlavə məlumat veriləcək…

«Təzadlar»ın Araşdırma Qrupu
Ardını oxu...
Yardımlı rayonunda meşələrin kütləvi şəkildə məhv edilməsi ilə bağlı xəbər vermişdik.

Bildirmişdik ki, 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin 1 saylı meşəbəyliyinin 2 saylı dolayında meşəni son bir neçə həftədə talan ediblər. Həmin dolay noyabrın əvvəlindən gözətçisiz qalıb. Bundan sonra ağac kəsilməsi daha da artıb.

Ağacların heç birinin isə damğası olmayıb. Kənd sakinlərdən biri deyib ki, 2 gün əvvəl idarədən gəlib ağaclara damğa vurublar.

6 ay öncə isə yuxarıda adı keçən dolayda təhvil-təslim zamanı 200-ə yaxın ağaca damğa vurub, ancaq akt tərtib etməyiblər. Həmin dolayın bu özbaşınalığa tab gətirməyərək işdən çıxan gözətçisi belə deyib.

İndidə idarə həmin meşəyə işdən çıxarılan gözətçini gətirib məsələni ört-basdır etməyə çalışır.

Həmçinin rayonun Ləzir kəndinin meşələrində yüzlərlə cavan ağac kəsilmə sahəsi olmadan meşə təsərrüfatı mərkəzinin işçiləri tərəfindən kəsilib, UAZ markalı avtomobillərlə daşındığı iddia olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, yayılan görüntülərlə bağlı araşdırma gedir.

AzToday.az-ın əldə etdiyi məlumatlarda isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yayılan görüntülərlə bağlı yoxlamaları yerli ekologiya idarəsinin rəhbərliyinin məsuliyyətini azaltmaq məqsədi ilə keçirilir. Belə ki, yoxlamaya cəlb olunan şəxslərin yerli ekologiya idarələrinin işçisi olması fonunda ağacların kütləvi kəsilməsi və işlik materiallar üçün cavan toğaların kəsilməsi faktları rəsmiləşdirilmir.

Yardımlı rayonun Ləzir kəndində xırda təsərrüfatla məşğul olan Əli Quliyev AzToday.az-a açıqlamasında bildirib ki, yoxlama kiçik bir meşə ərazində aparılıb. Və 56 iri diametrli ağacın kəsilməsi faktı qeydə alınsa da, sənəddə 50 ağac qeyd olunub. Həmçinin, iri diametrli ağacların ölçüləri azaldılıb. Məqsəd baş verən ekoloji cinayəti cərimə yazmaqla pərdələməkdir: “Təkcə bir kəsilən ağacın cəriməsi 2 min manatdan yuxarı edər. Yoxlama isə 56 ağaca görə cəmi 3 min cərimə yazmaq fikrindədir. Görünür, yoxlamaya gələnlərin də maraqları təmin olunub”.

Nazir Muxtar Babayevə səslənən Əli Quliyev hesab edir ki, Ləzir meşələri başda olmaqla ətrafdakı bütün dolaylarda kütləvi qırıntılar bir-bir yoxlanılmalıdır: “Yoxlamaları 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyinə yaxın şəxslər yox, nazirlikdən gələn əməkdaşlar aparmalıdır. Biz bunu Muxtar Babayevdən xahiş və tələb edirik. Əks halda Korrupsiya İdarəsi başda olmaqla başqa hüquq-mühafizə orqanlarından 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi ilə bağlı araşdırma başlanılmasını istəyəcəyik. Meşələrimiz bir qrup “mafioz” ekologiya işçisi tərəfindən məhv edilir. Materiallar sexlərə daşınır. Kənd sakinlərinin isə meşələrə girişi qadağan olunub”…

Göründüyü kimi, meşə mafiyasının 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzində təmsil olunan şəxsləri Muxtar Babayevə belə meydan oxumaqdadır. Əks halda meşələrin vəhşicəsinə məhv edilməsi ilə bağlı başlanılan yoxlamaların nəticələri saxtalaşdırılmazdı…

Müəllif: Orxan Məmmədli - Mənbə: AzToday.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Ardını oxu...
Üç ay əvvə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin edildi. RealMedia.az xəbər verir ki, direktor təyin olunan rayonların tibb müəssisələri arasında Beyləqan rayon mərkəzi xəstəxanasıda yer almışdır ki, bu tibb müəssisəsinə də Bayram Muradov təyin edildi.
Qeyd edək ki, buna qədər Beyləqan xəstəxanasına Nurəngiz Bəşirova rəhbərlik edib. Bayram Muradov isə xəstəxananın baş həkimi vəzifəsində çalışıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun Bayram Muradovu Beyləqan rayon xəstəxanasına direktor vəzifəsinə təyin etməsindən sonra rayon ictimaiyyəti arasında maraqlı müzakirələr ortaya çıxıb.
İş bacarığı və idarəçilik təcrübəsi olmayan eyiş-işrət bir adamın xəstəxanaya direktor təyin edilməsi sözün əsil mənasında təcüb doğurub.
RealMedia.az-ın əldə etdiyi məlumatlara görə, Bayram Muradov idarəçilik təcrübəsi və bacarığı olmayan, səriştəsiz biri olmaqla, o rayonda daha çox eyiş-işrət adam kimi tanınıb. Onu tanıyan hər kəs bilir ki, Bayram Muradov məclisi-meydir. O, vaxtını kafe – restoranlarda, mey-məclislərində, əyləncəyli məkanlarda keçirib. Bu günün özündə də Bayram Muradovun iş yerində tapılmadığı, köhnə dost-tanışlarını başına toplayaraq mey-məclisi təşkil etdiyi vurğulanır. Hətta mey məclisində iştirak edən xanım dostları ona nə “doktor”, nə da adını deyir. Sadəcə “simpaticni oğlan” deyə müraciət edirlər. Bu isə Bayram doktorun xoşuna gəlir.
İndi hər kəsin beynini Vüqar Qurbanovun nə ağılla eyiş-işrət adamına bu qədər güvənməsi, ona etimad bəsləyərək bir rayonun tibb müəssisəsinə direktor təyin etməsi soruları dəlir. Hər halda bu soruların cavabını TƏBİB sədri özü versə yaxşı olar.

Mənbə: RealMedia.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 

Ardını oxu...
«Təzadlar»a şikayət edən vətəndaşın haqlı olub-olmadığını dəqiqləşdirmək üçün şikayəti yerində araşdırmalı olduq…

Məlum oldu ki, Binəqədi rayon sakini olan Elnur Əhmədov ona məxsus olan və rəsmi sənədli 5 sot torpaq sahəsini hasara alması üçün rayon rəsmilərinə müraciət edib, ondan qanunsuz olaraq 1500 manat pul tələb ediblər.

Məsələyə Binəqədi RİH-də aydınlıq gətirməyə çalışdıq. Amma təəssüf ki, Binəqədi rayon İcra Hakimiyyətinin dünən-noyabrın 22-də, saat 16:00-da başlayan vətəndaş qəbuluna nə rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev, nə də ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Leyla Quliyeva media nümayəndəsi olaraq iştirakıma imkan vermədilər. Məsələ aydın idi. Çünki qəbula gələn vətəndaşların şikayəti yetərincə idi və böyük bir hissəsi də məhz RİH əməkdaşlarının özlərinə aid idi. Qəbulə gələn vətəndaşların isə qarşılaşdığı problemlərin hansı səbəbdən qaynaqlandığı, onlara qarşı edilən məmur süründürməçiliyi və ya bürokratik əngəllərə dair çoxsaylı şikayətlər isə artıq ortada idi.

Çox təkidli cəhdlərimiz səmərə vermədiyindən, kameramıza və mikrofonumuza danışan şikayətçi Elnur Əhmədov bildirdi ki, daş hasarının tikintisi üçün qarşılaşdığı süni əngəllərin müəllifləri də buradadır. Bu əngəllər məhz icra Hakimiyyətində çalışan Orxan və Elnur adlı şəxslərin yersiz pul tələbidir ki, onu çıxılmaz vəziyyətə salıb. Ona görə də o da qəbula yazılmışdır.

Elektron lövhədə növbəsi 5-ci olan Elnur Əhmədov icra hakimiyyəti binasının vətəndaşlar üçün ayrılmış yerində gözlədikdən sonra nəhayət, qəbul edildi. Lakin qəbul zamanı oradakı müzakirələrdə medianın prosesi müşahidə etməsi üçün yenə də bizə şərait yaradılmadı. Və bu da artıq bir daha başa düşülən idi. Çünki görüş zamanı müzakirədə vətəndaşı incidən, barəsində şikayət edilən Orxan və Elnur adlı rəsmilərin vətəndaşdan pul tələbi ciddi müzakirə mövzusu ola bilərdi.

***

Onu da deyim ki, RİH rəsmisi Leyla Quliyevaya hələ qəbul başlamamış xahiş etmişdim ki, müşahidəçi qismində iştirakıma icazə versinlər. Lakin buna da yox deyildi. Sonradan məlum oldu ki, hətta vətəndaşın pozulmuş hüququ ilə bağlı rayon İcra Hakimiyyətinin nə hüquq, nə də təsərrüfat şöbəsindən belə məsul şəxslərin iştirakı təmin edilməyib. Formal keçirilən bu cür qəbulda isə hansısa vətəndaş məmnunluğunun olacağına inanmağa dəyərdimi?! Təsəvvür edin, qəbulda nə hüquqşünas, nə də təsərrüfat şöbəsindən (şöbə rəisi Azər Kərimov) belə kimsə iştirak etmirdi. Yalnız Binəqədi İcra Hakimiyyəti Başçısı Elxan Allahverdiyevin müavini Hacıbaba Rzayev özü qəbul keçirərək vətəndaşları qəbul edirdi.

Sonradan «Təzadlar»a açıqlama verən şikayətçi Elnur Əhmədov bunları dedi: "…Hacıbaba müəllim, mənim sənədlərimə baxıb «Niyə Çıxarış sənədini gedib almırsan?» deyə soruşdu. Mən isə dedim ki, həmin o məmurlarun istədikləri məbləğə gücüm çatmır… O da üzümə baxıb başını yellədi…".

Daha sonra Elnur Əhmədov onu da dedi ki, RİH rəsmiləri ona məxsus həyətyanı sahəyə müvafiq baxış keçirməyi zəruri hesab ediblər. Vəssalam!

İnanırıq ki, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev vətəndaşın bu şikayətinin nəzarətə götürülərək həll edilməsinə göstəriş verəcək.

Müəllif: Xəyyam Qurbanlı - Mənbə: «Təzadlar» qəzeti
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...
Mingəçevirdə ötən əsrin 50-70-ci illərində tikilən tibb müəssisələrinin bərbad vəziyyəti pasiyentlər üçün olduqca təhlükəli vəziyyət yaradıb.

Mingəçevir şəhərində Səhiyyə Nazirliyinin balansında olan tibb müəssisələrinin (Narkoloji dispaner,Ruhi əsəb dispanseri, Mingəçevir şəhəri Gigiyena və Epidemiologiya Mərkəzi, Dezinfeksiya stansiyası, Mingəçevir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi) inzibati binaları ötən əsrin 50- 70-ci illərində tikilərək istifadəyə verilib. Bu dispanserlər vaxtilə əhaliyə keyfiyyətli tibbi xidmət göstərib. İnsanlar burada yüksək səviyyəli müayinə və müalicələr alıblar. Amma son illər bu binalar istismar müddətini başa vurduğundan burada acınacaqlı vəziyyət yaranıb. Bu barədə həm şəhər əhalisi ,həm də regionlardan gələn xəstələr narahat olduqlarını bildiriblər. Hətta xəstələr bu binalarda ilan və əqrəblərin daha çox olduğunu bildiriblər.

Mingəçevir səhiyyəsi dizini yerə qoyub...

Bu problemlərlə bağlı tibb müəssisələrində yerində tanış olmaq üçün həmin ərazilərdə olduq. Gördüklərimiz eşitdiklərimizdən də dəhşətli idi.Düzdü,həkim və tibb bacıları çətin şəriatdə də olsa öz tibbi xidmətlərini lazımınca əhalidən əsirgəmirlər. Amma biz hansı əsrdə yaşayırıq ki,bu gün belə bir acınacaqlı şəriatdə xəstələrimiz müalicə alsın. Binaların qəzalı vəziyyətdə olması ilə əlaqədar FHN -ə rəhbərlik tərəfindən məlumat verilib. Hətta Mingəçevir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin binası ortadan iki yerə bölünüb.Rəhbərlik Tikintiyə Nəzarət Komitəsinə müraciət edib və binaya baxış keçirilib. Rəy verilib ki,binanın təcili əsaslı təmirə ehtiyacı var.Lakin bu da kağız üzərində qalıb.Digər dispanserlər Ruhi Əsəb Dispanseri ən çox xəstəsi olan dispanserə bu rayonlarda daxildir Zərdab,Göyçay,Ucar,Ağdaş,Yevlax,Goranboy-Naftalan,Tər-tər,üstəlik də HPK-sı Mingəcevir də daxil olmaqla Mingəçevir PND-ə aid regionlar.Bütün bu regionların xəstələri bu dispanserə müraciət edirlər.
Ardını oxu...
Mingəçevir Ruhi Əsəb Xəstəlikləri Dispanserinin baş həkimi Şəmsinur Hüseynova da məsələyə münasibət bildirib:”Xəstəxananın bu yaxınlarda 60 yaşı tamam oldu.Bəli, FHN hər il gəlir qəzalı vəziyyətə baxırlar və haqlı olaraq cərmələnirik.Binanın vəziyyəti budur bizdən aslı olmayan səbəblərdir.HPK burada keçirilir,stasionarımız yoxdur olsa bizim üçün daha ağır olar bu və ağır xəstələrimizi Maştağaya,region üzrə xəstəxanalara göndəririk.Ambulator yardım qismən də olsa, göstərə bilirik.Sadəcə binamızın təmirə böyük ehtiyacı var.Xahiş edirik səsimizə səs verilsin.

Mingəçevir Regionlararası Narkoloji Dispanserin baş həkimi Nürəddin Ələkbərov xəstəxanada ilan və əqrəblərin olması xəstələri də qorxuya salıb deyir:”Binamız 48-ci ildə istifadəyə verilib,istismar müddətini başa vuduqdan sonra çox bərbad vəziyyətə düşüb.Dəfələrlə nazirlik qarşısında məsələ qaldırmışam,istilik sistemi yoxdur,ventiliyasiya sistemi yoxdur,elektirik xətləri nasaz,divarlar çatlayıb,siçan,siçovul,ilan,əqrəb düzdü bu həşaratları dərman vasitəsi ilə yox edə bilirik amma ümumi vəziyyətimiz çox acınacaqlıdır. 15 rayondan gələn xəstələrin çoxsunu paytaxta yönəldirik.Bu vəziyyətdə heç bir xəstə burda qalmaq istəmir. Bizə kömək lazımdır.Xahiş edirik aidiyyəti qurumlar səsimizə səs versin.

Onu da qeyd edək ki,digər dispanserlərində binaları,otaq şəriatləri,həyətyani sahələri çox acınacaqlıdır.

“Kanal32” Azərbaycan səhiyyəsi adına utancverici vəziyyətin video və fotolarını təqdim edir:

Nazirliyin mətbuat xidməti isə həmişəki kimi susqundur.Ümid edirik ki, Səhiyyə

Nazirliyi bir balaca utanıb, xəcalət çəkib “dünyaya örnək” olacaq bu duruma bir aydınlıq gətirəcək.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Müəllif: Esmira Hidayətova - Mənbə: “Kanal32”
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
Facebook-da paylaş
 
Ardını oxu...
Səhiyyə Nazirliyi 2011-ci ilin yanvar ayından ali tibb mütəxəssislərinin, 2012-ci ildən isə orta tibb işçilərinin sertifikasiya prosesini aparır. Qanuna görə, sertifikasiyadan keçmədən praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul oluna bilməz.

Zaman-zaman klinikalarda keçirilmiş yoxlamalar göstərir ki, heç də bütün müəssisəsilərdə buna riayət olunmur. Sertifikasiya ilə bağlı hazırda vəziyyətin nə yerdə olduğunu, klinikalarda sertifikasiyadan keçmədən işləyən həkimlərin olub- olmadığını araşdırdıqda maraqlı mənzərə ilə rastlaşdıq.

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata əsasən, aşağıda adları çəkilən həkimlər sertifikasiya imtahanından keçmədən həkim kimi fəaliyyətlərini davam etdirir, hətta cərrahi əməliyyatlar da icra edirlər:
Ardını oxu...
Ürək-damar cərrahı, Uzman doktor Anar Əbülfət oğlu Həmidovun sertifikatı yoxdur. O, “Məlhəm” Beynəlxalq Hospitalında çalışır.
Ardını oxu...
“Məlhəm” klinikasının Oftalmologiya Mərkəzinin rəhbəri, cərrah-oftalmoloq Aytən İxtiyar qızı Sultanova. Həkim sonuncu dəfə sertifikasiyadan 2015-ci ildə keçib və müddəti 2020-ci ildə bitib. Həkimin müayinə və əməliyyatlar etdiyinə dair videoları sosial hesablarından (https://www.instagram.com/draytensultanova/) mütəmadi olaraq paylaşılır.
Ardını oxu...
Ürək-damar cərrahı Fədai Almazov Topçubaşov adına Elmi Cərrahiyyə mərkəzində işləyir. Onun paralel olaraq, özəl klinikalarda da çalışdığı məlumdur.
Ardını oxu...
Ginekoloq Fərəh Əlizadə “Oksigen” klinikasında işləyir. Sertifikatı olmadığına baxmayaraq, əməliyyatlar edir.
Ardını oxu...
“Caspian International Hospital”ın ümumi cərrahı Elçin Firudin oğlu Əzizov da sertifikasiyadan keçmədən tibbi fəaliyyətinə davam edən həkimlər sırasındadır.
Ardını oxu...
Plastik cərrah, LOR Qumru Vidadi qızı Hüseynzadə. Həkimin instagram səhifəsindən, açdığı canlı yayımlardan da görünür ki, fəaliyyəti məhdudlaşdırılmayıb. (https://www.instagram.com/dr.qumru.huseynzade/)
Ardını oxu...
Mingəçevir Regional Hospitalı və Gəncə İstanbul Genetics klinikasında çalışan travmatoloq-ortoped, Uzman doktor Mahmut Bilir də sertifikatı olmadan cərrahi müalicələr edir.
Ardını oxu...
Fetal NS Genetics Klinikasının Uzman Pediatr, Neonatoloqu Dr. Səid Namiq oğlu Səidov sertifikasiya imtahanından keçmədən fəaliyyətini davam etdirir.
Ardını oxu...
“ParaMed” klinikasının ginekoloqu Türkay Hikmət qızı Şəkərova da sertifikasiyadan keçməyən həkimlər siyahısındadır. Həkimin instagram səhifəsində “Sertifikatlar” bölməsində də Səhiyyə Nazirliyinin verdiyi 5 illik sertifikata rast gəlinmir. Lakin səhifədə hər gün canlı yayımlar və paylaşımlardan başa düşülür ki, tibbi fəaliyyəti əvvəlki qaydada davam edir.

Məlumat üçün bildirək ki, Səhiyyə Nazirliyi əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsini təmin etmək üçün sertifikasiya imtahanı keçirir. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. 2011-ci ilin yanvar ayından ali tibb mütəxəssislərinin, 2012-ci ildən isə orta tibb işçilərinin sertifikasiya prosesi aparılır. Ölkə səhiyyəsi üçün əhəmiyyətli addım olan bu layihə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli Fərmanı və Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nı rəhbər tutaraq həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” qaydasının 6.1. maddəsinə görə, Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. Lakin yuxarıda da qeyd olunduğu kimi, bəzi həkimlərin sertifikasiya müddətindən 6 ay yox, 3 il keçməsinə baxmayaraq, imtahana cəlb edilmədən xəstə qəbul edir, həmçinin cərrahi əməliyyatlar icra edirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “215. Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması” maddəsinin 4-cü bəndinə görə, Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Bu il bu səbəbdən “Görüş Klinikası” MMC və “SR Dent” MMC-yə qarşı cərimə protokolları tərtib edilmiş və məhkəməyə göndərilmişdir.
Araşdırmalarımız davam edir.
Yazıda adı çəkilən həkimlərin mövqeyini işıqlandırmağa hazırıq.
Nadir Hüseynli
Pravda.az

Dünyapress TV

Xəbər lenti