Ardını oxu...
Orta və yuxarı yaşlı nəslin nümayəndələri bəlkə də eşitmiş olarlar – sovet dönəmində Azərbaycanda biri sakitcə vəzifədən gedəndə yerinə gələn ondan halallıq istəyər, alacağı alqış, xeyir-dua qarşılığında pul və ya başqa maddi nemət, hədiyyə, yaxud, sələfinin hansısa yaxın adamı üçün kiçik vəzifə təklif edərmiş. Deyilənə görə, bu ənənəni pozan təzə kadr qınağa tuş gələr, “keyfiyyətli adam” sayılmazmış. “Halallıq” məsələsinin unudulması tərəflər arasında umu-küsüyə, hətta bəzən düşmənçiliyə səbəb olarmış. İndiki hökumətin bürokratiya nərdivanında belə keyfiyyətsiz pillələr çoxdur. Bu barədə bir az sonra...
Saytımızın oxucuları ilə əvvəlki görüşlərimizdə xəbər verdiyimiz kimi, bu ilin iyul ayında 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəis təyin olunan Ceyhun Hüseynovun təkcə təbii sərvətlərimizin talan olunmasına göz yummaqla deyil, zibildən də pul çıxarmaqla məşğuldur. Bildirilir ki, Lənkəran şəhərindəki pioliqona zibil daşıyan yerli icra nümayəndəliklərinin, bələdiyyələrin sədrləri Ceyhun Hüseynov tərəfindən “tasa oturdulub”. Həmin zibillər yandırılır ki, bunun da nəticəsində yayılan zəhərli tüstü ətraf mühitə, yaxınlıqda yaşayan sakinlərin səhhətinə ciddi ziyan vurur.
Bu barədə məlumatı redaksiyamıza çox etibarlı mənbə - sözügedən idarənin sabiq rəisi Şakir Quliyev verib. Hazırda 11 saylı Bakı şəhəri üzrə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitin Mühafizəsinə Nəzarət, ekoloji maarifləndirmə sektorunun, bioloji resurslar qrupunun baş məsləhətçi müfəttişi, qrup rəhbəri vəzifəsində işləyən Şakir Quliyev hətta zibil poliqonunun foto-video görüntülərini qeydə almaq üçün əməkdaşımızın Lənkərana ezamiyyət xərcini də boynuna götürmüşdü. Amma təbii ki, onun pulunu qəbul edən deyildik. Həmçinin, xatırladırıq ki, sifarişlə işləmədiyimizdən, mühasibatlığımızda belə əməliyyatların rəsmiləşdirilməsinin qanuni mexanizmi yoxdur. Belə başa düşmək olur ki, Ceyhun Hüseynov bəlkə də dəfələrlə məsləhət aldığı sələfi Şakir Quliyevin halallığını verməyib. Bəlkə də Şakir Quliyev ona kimdənsə, nədənsə ötrü, yarımçıq qalmış hansısa işinə görə ağız açıb, sözü yerə düşüb - ona görə də acıqlıdır.

Müəllif: İbrahim Hümbətov - Mənbə: azerinfo.info
Teref. Xocanın Blogu
 
Ardını oxu...
2022-ci ilin yanvar ayının ilk iş günlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov vəzifəsindən azad edildi. O vaxt yayılan məlumatlara görə, Namiq Xıdırov vəzifəsindən ayrılması ilə bağlı özü ərizə yazdığını təsdiqləmioşdi: "Öz ərizəmlə işdən azad olundum. Özüm Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsində çalışmaq istəmədim”.
Hərçənd, Namik müəllimin guya Lənkəran, İsmayıllı və digər rayonlarda meşələrin qanunsuz qırılması faktları üzrə aparılan yoxlamaların nəticəsinə görə vəzifəsindən azad olunduğu haqda informasiyalar dövriyyəyə buraxılsa da, sabiq rəis barəsində Baş prokurorluq və digər hüquq-mühafizə orqanlarında cinayət işinin açılmadığını da demişdi: "Bu barədə məlumat həqiqətə uyğun deyil”.
Amma Namik Xıdırovun vəzifədən azad olunmasından sonrakı iki ilə yaxın müddət ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsinin müvəqqəti olaraq həvalə olunduğu Xalıqverdi Hüseynov bu işin öhdəsindən gələ bilmədi. 2023-cü il fefralın 6-da Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin əmrinə əsasən, Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov vəzifəsindən azad edildi. Bəzi kütləvi informasiya vasitələri onun işdən çıxarılmasını pensiya yaşının çatması ilə əlaqələndirsələr də, amma əslində isə Xalıqverdi Hüseynovun rəhbəri olduğu qurumda bir çox özbaşınalıqlara yol verdiyinə görə vəzifəsindən atıldığı deyilirdi.
Bu il vəzifəyə götürülən hazırki rəis Cabbar Qəribovu da Xalıqverdi Hüseynovun aqibəti gözləyir. Çünki onun hakimiyyəti dönəmində meşələrin qanunsuz qırılması halları daha da çoxalıb. Elə bu günlərdə - noyabrın 17-18-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin daha bir vəzifəli şəxsi saxlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşə Fondundan istifadə şöbəsinin müdiri Sadiq Salmanov və həmin qurumun Meşələrin İnkişafı Xidmətinin Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin (8 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi) direktoru Rəşad Mahmudovun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Hər iki şəxs saxlanılıb. Əməliyyat-istintaq tədbirləri ilə Sadiq Salmanovun qiymətli növdən olan meşə materialının qanunsuz hərrac yolu ilə vətəndaşa ayrılmasını təşkil edəcəyini vəd edərək öz xidməti otağında tələb etdiyi pul məbləğinin 3 min manatını rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Habelə, Sadiq Salmanovun Rəşad Mahmudovla əlbir olaraq növbəti dəfə eyni məqsədlə ona müraciət etmiş vətəndaşa rəsmi prosedurlardan kənar formada qiymətli ağac materiallarının verilməsi müqabilində hissə-hissə olmaqla ümumilikdə 3 min manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Hər iki vəzifəli şəxs tələb etdikləri pulu vətəndaşdan alarkən cinayət başında yaxalanıb, onların xidməti otaq və avtomobillərində aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb. Toplanmış ilkin sübutlar əsasında Sadiq Salmanova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri, Rəşad Mahmudova isə həmin Məcəllənin 311.3.1-ci maddəsilə ittiham elan edilib və onların hər ikisi barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlardırma və həbs qətimkan tədbirləri seçilib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi digər əməliyyat zamanı xidmətin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin (1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi) direktoru Amil Abdullayev saxlanılıb və həbs edilib. Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Köklü səbəb budur ki, Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsi tamamilə nazir müavini Vüqar Kərimovun kurasiyasındadır. Meşələrin talan edilməsinin bunca bvüsət alınmasında da əsas subyektiv amil məhz Vüqar Kərimovun odioz personasıdır. Bu nöqteyi-nəzərdən, nə qədər ki, Vüqar Kərimov nazirlikdə “boz kardinaldır”, o vaxtadək nə Meşələrin İnkişafı Xidmətinə, nə də onun caynağı altında saxladığı digər stukturlara doğru-dürüst rəhbər təyinatı olmayacaq
Mövzuya qayıdacağıq.

Müəllif: İbrahim Hümbətov - Mənbə: Azerinfo.info
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı

Ardını oxu...
Yardımlı rayonunda meşələrin kütləvi şəkildə məhv edilməsi faktı qeydə alınıb.

Yerli sakinlərin AzToday.az-a təqdim etdiyi videolardan görünür ki, raayonun Nəzir kəndinin meşələrində yüzlərlə cavan ağac qırma sahəsi olmadan meşə təsərrüfatı mərkəzinin işçiləri tərəfindən kəsilib, UAZ markalı avtomobillərlə daşınıb.

Sakinlərin sözlərinə görə, sözgedən meşənin gözətçisi noyabrın 1-dən işdən çıxsa da, meşəyə indiyə kimi gözətçi təyin olunmayıb. Mövcud normativlərdə isə meşəyə dərhal nəzarətçi təyin olunmalı idi. Sakinlər bunun səbəbini meşələrin qırılmasına şərait yaratmaq olduğunu israrla bildirirlər.

Baş verən ekoloji cinayətin görüntülərini təqdim edirik:





Ümid edirik, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bu dəfə Yardımlı meşələrindən merkantil məqsədləri üçün istifadə edən ekologiya işçilərini cəzalandıra biləcək…


Mənbə: AzToday.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
2018-ci ilin iyul ayında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi çoxları üçün gözlənilməz deyildi. Çünki Gəncədə ciddi sosial narazılıq var idi və əhalinin qəzəbinin bir gün “partlayacağı” kimsədə şübhə doğurmurdu. Üstəlik, bu narazılıq məhz şəhər rəhbərliyinin qanunsuz əməllərindən qaynaqlandığı üçün, qəzəb obyektinin də icra başçısı olacağı gün kimi aydın idi.

Doğrudur, E.Vəliyevin kim tərəfindən, hansı şəraitdə və nə məqsədlə güllələnməsindən asılı olmayaraq, dövlət rəsmisinə, xüsusən də Prezidenti təmsil edən bir şəxsə qarşı bu cür silahlı hücumun həyata keçirilməsi arzuolunan deyildi. Amma olan olmuşdu və artıq keçmişi geri qaytarmaq mümkün deyildi.

Əlbəttə, həmin ərəfədə keçmişi geri qaytarmaq mümkün olmasa da, indi və hər zaman keçmişdən “dərs” almaq lazımdır. Bəs, Gəncənin mövcud rəhbərliyi nə vaxtsa keçmişdə yaşananlardan nəticə çıxarıb?

Öncə onu qeyd edək ki, Gəncədə baş verən məlum olaylardan sonra Niyazi Bayramovun bu şəhərə başçı təyin olunması sakinlərdə gələcəyə ümid yaratmışdı. Elmar Vəliyevin zülmündən xilas olan əhali düşünürdü ki, onları narahat edən problemlər tezliklə aradan qalxacaq, hər bir sakin rahat nəfəs alacaq. Çox güman ki, bəzi məmurların N.Bayramovu “ən layiqli namizəd” kimi təqidm etməsindən sonra prezident İ.Əliyev də analoji gözlənti içərisində idi. Görünür, ölkə başçısı məhz bu səbəbdən də 28 avqust 2018-ci il tarixli sərəncamı ilə Niyazi Bayramovu Gəncəyə icra başçısı təyin etmişdi. Bəs, icra başçısı ötən 5 il ərzində sakinlərin ümidini və ölkə başçısının etimadını doğrulda bildimi? Yazımızda bu və digər suallara aydınlıq gətirməyə çalışacağıq.

Xatırladaq ki, N.Bayramov məlum təyinatadək - 2012–2018-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Lakin o, bu vəzifədə özünü tam şəkildə doğrulda bilməyib, adı bir sıra korrupsiya qalmaqallarında hallanıb. Odur ki, belə bir şəxsin kritik zamanda ölkənin ikinci ən böyük şəhəri, 340 min nəfərdən çox əhalisi olan Gəncəyə rəhbər təyin edilməsi xüsusən də hakimiyyət kuluarlarında çoxları tərəfindən təəccüblə qarşılandı. Amma prezidentin sərəncamına qarşı çıxmaq kimsənin səlahiyyət çərçivəsinə daxil olmadığından, hər kəs susmağa və N.Bayramovun fəaliyyətini izləməyə üstünlük verdi…

Niyazi Bayramovun son 5 illik fəaliyyətini gözdən keçirdikdə, onun Gəncəyə rəhbər təyin edilməsinin nə üçün narazılıqla qarşılanması indi daha çox anlaşılır. Çünki bu illər ərzində Gəncədə sosial-iqtisadi problemlər daha da ağırlaşıb, hətta belə demək mümkünsə, əhali aclıq və səfalət həddinə çatıb. İşsizlik bir neçə dəfə artdığından, sakinlərin böyük əksəriyyəti, əsasən də ziyalılar Gəncəni tərk edərək paytaxt Bakıya axın etməkdədir. Üstəlik, dilənçilik bütün şəhəri bürüyüb. Bir sözlə, N.Bayramov Gəncəni elə duruma salıb ki, əhali zülmkar rəhbər kimi tanınan sabiq icra başçısı Elmar Vəliyevin “atasına rəhmət oxumağa” başlayıb.

Yazımızın əvvəlində “Gəncənin mövcud rəhbərliyi nə vaxtsa keçmişdə yaşananlardan nəticə çıxarıb?”, - deyə sual etmişdik. Bu gün görünən odur ki, N.Bayramov nəinki keçmişdən “dərs” alıb, əksinə öz sələfi E.Vəliyevin kursuna sadiq qalaraq, layiq olmayan kadrları irəli çəkməklə, intellektual təbəqəni şəhərdən qovub çıxarır. İcra başçısının öz ətrafında böyük kriminal şəbəkə formalaşdırdığı haqda informasiyalar var. Deyilənə görə, o, bununla sakinləri xof, qorxu altında saxlamağa çalışır, hətta bəzi hallarda icra başçısı olduğunu unudaraq, özünü “mafiya lideri” kimi aparır. Şübhəsiz, belə olan halda şəhərdə nəzarətsizlik, özbaşınalıq hər ötən gün daha da artır.

Heç də təccüblü deyil ki, hazırda digər şəhərlərlə müqayisədə Gəncədə narkomaniya və narkotik maddələrin satışı ən pik həddə çatıb. Müxtəlif dini cərəyanlara və xarici ölkələrə bağlı radikal qruplaşmalar açıq, gizli və yarıgizli şəkildə təşkilatlanaraq, dövlət təhlükəsizliyimiz üçün böyük problemə çevriliblər. Təsadüfi deyil ki, hazırda bu şəhərdə kriminal aləmin nümayəndələri əsas söz sahibləridir. İcra başçısı ilə “hesabılaşmayan” iş adamları, sahibkarlar qorxudulur, öyrədilmiş vergi məmurları onlardan qanunsuz vəsaitlər tələb edir və s.

Sakinlərlə söhbət zamanı üzülərək etiraf edirlər ki, sabiq başçının zamanında olan problemlər N.Bayramovun dövründə daha da dərinləşib, icra başçısı ilə əhali arasındakı rabitə tamamilə itib. Şəhərdə deyirlər ki, Niyazi Bayramov çox vaxt işə də gəlmir. Ən yaxşı halda, günün birinci yarısı işdə olur, ikinci yarısından etibarən isə vaxtını yaxın dostları ilə bərabər içki məclislərində keçirir. Bu səbəbdən, Gəncədə dövlət başçısının tapşırıqları bir çox hallarda yarımçıq icra olunur.

Məhz bu cür fəaliyyətsizliyin nəticəsidir ki, hazırda Gəncədə radikal dini qruplaşmaların üzvü olan və İranın xüsusi xidmət orqanlarına çalışan minlərlə gənc var. Hətta bəzi bilgilərə görə, bu gün Gəncədə 17-dən artıq dini qruplaşma gizli və yarıgizli şəkildə fəaliyyət göstərir. Onların İranın xüsusi xidmət orqanlarından, eləcə də Qum şəhərindəki dini-ideoloji mərkəzlərdən tapşırıqlar aldığı heç bir şübhə doğurmur. İran meylli şəxslərin təxminən 20-25%-i radikal fikirlərini ifadə etməkdən çəkinməsələr də, hələ öz hücrələrində “yatmağa” üstünlük veriblər. Ən təhlükəlisi odur ki, bir gün molla rejiminin xidmətçiləri tərəfindən bu hücrələrə “daş atılanda” Gəncədə qan tökülməsinin qarşısını almaq çətin olacaq. Odur ki, şəhər rəhbərliyi içki məclislərinə ara verib, Gəncəni, ümumilikdə ölkəmizi bu təhlükədən xilas etmək haqda da düşünməlidir. Məsələn, biz bu gün həmin gənclərə “İranın İslama və şiəliyə heç bir aidiyyatının olmadığını” aşılamaq üçün çox gecikmişik.

Gəncədə daha bir təhlükə isə, əhalinin dindar təbəqəsinin içində “Sunqurçu”ların təşəkkül tapmasıdır. Əldə olunan informasiyalara əsasən, “nurçu”luğun bir qolu olan “sunqurçu”lar Gəncədə 6-7 dərsxana təşkil edərək, formalaşmağa başlayıblar. Əvvəllər Azərbaycan Texnologiya Universiteti “Fətullah Gülən camaatı”na mənsub şəxslərin nəzarətində idisə, indi vəziyyət qismən dəyişib, amma ümumən şəhərdə və müxtəlif müəssisələrdə “nurçu”ların Gülənə bağlı qolu öz mövcudluğunu qoruyub saxlaya bilib.

Bir sözlə, Gəncədəki boşluqadan, idarəçiliyin zəif olmasından istifadə edən təhlükəli dini cərəyanlar, kriminal qruplar buranı özlərinə “yurd” seçərək, günbəgün böyüməkdə, daha ciddi təhlükəyə çevrilməkdədir. Təsadüfi deyil ki, müxtəlif radikal dini qrupların təsiri altına düşən gənclərimiz potensial Vətənə xainləri olduqlarının fərqinə varmadan, başqa ölkələrin maraqlarına xidmət etdiklərini açıq şəkildə etiraf etməkdən çəkinmirlər. Ən təhlükəlisi isə, N.Bayramovun nəzarətindən kənarda formalaşan kriminallaşmış dindarlar kontingentidir ki, onların Rusiya və İranla geniş əlaqələrinin olduğu sirr deyil.

Bir daha qeyd etməyə məcburuq ki, hazırda Gəncədə baş verən açıq və gizli proseslər heç də müsbət perspektivlər vəd etmir. Odur ki, nə qədər gec deyil, Gəncədəki potensial terror şəbəkələrinin yuvaları dağıdılmalı, vətəndaşlarımız narkotik bəlasından, kənar dini cərəyanların təsiri altına düşməkdən xilas edilməlidir. Hesab edirik ki, gənclərimiz narkotik asılığından, icra başçısı Niyazi Bayramov “içki məclisi asılılığı”ndan müalicə olunmasa, Gəncənin gələcəyi haqda nikbin danışmağın mənası yoxdur. Çünki, belə getsə, əhali tamamilə şəhəri tərk edəcək, Gəncədə yalnız icra başçısının yaxın çevrəsi, çarəsiz yaxşlı insanlar, dini cərəyanların nümayəndələri və kriminal ünsürlər qalacaq.

P.S. Məqaləmizin əvvəlində “İcra başçısı ötən 5 il ərzində sakinlərini ümidini və ölkə başçısının etimadını doğrulda bildimi?”, - deyə bir sual da qoymuşduq. “Görünən dağa bələdçi lazım olmadığını” nəzərə alsaq, zənnimizcə, dəyərli oxucularımız bu sualın cavabını artıq əldə etdilər. Lakin bizi narahat edən əsas məsələ Gəncədə “yeni bir üsyan dalğası”nın yaşana biləcəyidir. Nə qədər Niyazi Bayramova sələfinin taleyini yaşamamağı arzu etsək də, təəssüflə qeyd etməyə məcburuq ki, günbəgün kriminallaşmaqda olan Gəncədə proseslər məhz o istiqamətdə gedir. Hər halda, inanmaq istərdik ki, bu şəhərdəki proseslər xüsusi xidmət orqanlarımızın nəzarəti altındadır…

Mənbə: “Hürriyyət”
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır.
 
Ardını oxu...
Naxçıvan MR Xəstəxanasının zibil qutularına atılmış işlənmiş şprits və sistemlər geri toplanılır. Bu haqda „Gündəlik Naxçıvan“a xəstəxanada çalışan bir qrup tibb bacısı məlumat verib. Tibb bacılarına tapşırılıb ki, zibil qutusundan seçib çıxardıqları şpritsləri xüsusi selofanlara qablaşdırdıqdan sonra, tərəzidə çəkib, xəstəxana rəhbərliyinə təhvil versinlər. Hər bir selofonun üzərində isə, onu toplayan tibb bacısı, yaxud xadimənin ad və soyadı qeyd olunmalıdır. Xəstəxanın bütün şöblərinə də tapşırılıb ki, bundan sonra istifadə olunan şpritslər zibilə atılmasın, yerindəcə selofana yığıldıqdan sonra çəkilb, təhvil verilsin.
İşlənmiş sptits və sistemlərin hansı məqsədlə toplanıldığı haqda xəstəxana heyətinə məlumat verilmir. Lakin, şəxsi qazanc məqsədi ilə onları Naxçıvandakı plastik sexlərinə satılacağı ehtimal olunur.
Tibb bacıları isə, işlənmiş spritslərə toxunduqları üçün hər hansı xəstəliyinə yoluxacaqlarından ehtiyat edirlər:
“Hansı məqsədlə bunu etdirilrər, xəbərimiz yoxdur. Onsuz da başımıza açmadıqları oyun qalmayıb. İndi də məcbur edirlər ki, zibil qutularından işlənmiş şprits və sistem şunurları toplayaq. Axı, bu bizim vəzifəmiz deyil. Xəstəxananın qazanxanasına tərəzi qoyublar. Hər birimiz topladıqlarımızın üzərini adımızı yazıb, aparıb orda təhvil verməliyik. Bu bizim işimiz olmasa da, məcbur edilirik. Etiraz edənə deyirlər ki, istəmirsən, çıx işdən. Biz nə qədər ehtiyatlı davransaq da, əlcək taxsaq da, bəzən şpriçin iynəsi əlimizə batır. Bəlkə həmin iynə infeksiyalı xəstədən çıxıb və bizə də yoluxacaq. Bizim ailə üzvlərimiz də yoluxma təhlükəsi altındadır. Nə edəcəyimizi, kimə şikayət edəcəyimizi bilmirik”.
Tibb bacıları bundan öcə də, bu ilin əvvəlində rəhbərlik dəyişdikdən sonra xəstəxanada üzləşdikləri haqsızlıqlarla bağlı xeyli şikayət ictimailəşdirmişdilər. Bu səbəbdən onlara kamerası olan telefonla işə gəlmək qadağan olunub. Tibb bacıları deyir ko, məqsəd buradakı pozuntuların kameraya alınmasının qarşısını almaqdır.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır.

 
Ardını oxu...
Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kamalə Aqazadə sosial şəbəkə səhifəsində yazır:
"Kamalya Aqazade
12 ч. ·
Pərvin Abışova nın statusundan :
"Bir imkansız vətəndaş əqli qüsurlu övladını aylar əvvəl Maştağaya xəstəxanaya qoyub. Dünən baxib ki, qızı qapıdadır.
1saylı Respublika Psixiatriya xəstəxanasının baş həkimi Orxan həkim deyir ki, bizdə yer olmadığı üçün dəliləri aparıb qapılarına düşürüb qaçırıq. Bir paçka çiko tumu ola, çırtıllada -çırtıllada kənardan baxasan ölkəyə..."


Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır.
Ardını oxu...
Torpaqlarımızın işğal altında olduğu son 30 ildə düşmənin dəyirmanına su tökən, öz maddi maraqlarını dövlətin maraqlarından üstün tutanlar, “ara qarışıb, məssəb itib”, “balığı bulanlıq suda tutarlar” deyənlər, prezidentin etimadından, onlara olan etibarından sui-istifadə edənlər, bir sözlə, dövlətin əmlakını mənimsəyənlər də az olmadı. Onlardan barmaq sayı bir neçəsi qanun qarşısında cəzalandırılsa da, çoxları libasını dəyişərək, bu gün də heç nədən xəbərsiz kimi vəzifə başındadırlar və dövlət əmlakını mənimsəməklə-talamaqla məşğuldurlar.

Çox təəssüflər olsun, belələri düşünmürlər ki, dövlətinin, prezidentinin yanında olan, 30 ildən sonra torpaqlarını azad edən bu xalq, bu millət bir gün onun ətrafinda birləşərək, dövlətin əmlaklarını mənimsəyən, okeanın o tayında özünə malikanələr alan bu məmurların da cinayət məsuliyyətinə cəlb edilməsinə nail olacaqlar. Tam əminliklə deyirəm, buna heç kimin şübhəsi olmasın.

Hamımız yaxşı bilirik ki, bəzi ucqar kəndlərimizdə hələ də mavi yanacaq yoxdur, əhali yemək-içməyini bişirmək və qızınmaq üçün odundan istifadə edir. Araşdırmamız nəticəsində məlum oldu ki, bir ailə (təsərrüfat) qış aylarında yanacağa olan təlabatını ödəmək üçün ən azı 2 maşın odun almalıdır. Odunun bir maşınını isə 800 manata satırlar. Demək, bir ailə il ərzində təkcə oduna 1600 manat pul xərcləyir.

Araşdırmamız nəticəsində məlum oldu ki, respublika üzrə 954 kənd qazlaşdırılmamışdır. Həmin kəndlərdə hal-hazırda ümumilikdə 97 359 təsərrüfat var. Demək, hər təsərrüfat ildə 1600 manat verib 2 maşın odun alır, bu da (97 359 təsərrüfat X 1600 manata = 155 774.400) 156 milyon manat vəsait deməkdir. Hamımız yaxşı bilirik ki, marketlərdə-hipermarketlərdə odun satılmır. Odun, ancaq meşələrdə olur. Hər rayonun da Meşə idarəsi var. Sual yaranır, görəsən, bu odun satışından əldə olunan bu 156 milyon manat vəsaitdən Meşə İdarəsinin xəzinəsinə mədaxil edilirmi? Edilirsə, nə qədəri mədaxil edilir və bu pullar hara xərclənir?

Onu da qabaqcadan qeyd etmək istəyirik ki, Meşə idarələrinin “təbii qırıntı” hesabına əhaliyə pullu xidmət göstərməsinin nəzərdə tutulduğunu bilirik. Burada isə söhbət milyonlardan gedir!...

Görəsən, bu pullardan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı vardırmı?

Bundan başqa, araşdırmamız nəticısində məlum olmuşdur ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 2023-cü ilin dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təxminən 110 milyon manata yaxın pul ayrılmışdır. Bu vəsaitin də (1.384.224,0 manat + 15.496.688,0 manat +12.399.175,0 manat) 29.280.087 manatı təkcə meşə təsərrüfatı adı ilə ayrılmışdır. Bax, maraqlı burasıdır ki, bu pullar hara xərclənmişdir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi heç vaxt bu kimi faktları təkzib edə bilməz. Deyə bilməz ki, dağ kəndlərində mavi yanacaq var və meşələrdən odun satılmır. Nazirliyin yerinə biz desək ki, odun satılmır, onda sual yaranır, mavi yanacaq olmayan kəndlərdə 97 359 təsərrüfat nəylə qızınır, nəylə bişir-düşür edirlər?

Məsələ ondadır ki, meşə idarələri odun satışından milyonlarla manat əldə etdiyi halda, bu gün 2023-cü ilin dövlət büdcəsində Maliyyə Nazirliyi tərəfindən Ekoloğiya və Təbii Sərvətlər Nazirliyinə meşə təsərrüfatı adı altında ayrılmış 29.280.087 manatı hara xərcləmişdir? Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin odun satışından bir ildə əldə etdiyi pullar təxminən 156 milyon manat (155.774.400), 2023-cü ilin dövlət büdcəsində Maliyyə Nazirliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə meşə təsərrüfatı adı ilə ayrılmış 29.280.087 manat vəsaitdən (155.774.400 : 29.280.087) 5,3 dəfə çoxdur.

Sual yaranır, görəsən, məmurlar bu pullardan bircə manat belə talan elədikləri meşələrin özünə xərcləmişlərmi? Dövlət büdcəsini talan edənlər düşünməsinlər ki, məsuliyyətdən yayınacaqlar. Bu gün hansısa nazirin, hansısa məmurun ona olunan etimaddan bu cür sui-istifadə edərək, vəzifə salahiyyətlərini aşaraq, vəzifə səlahiyyətlərinin hüdudlarından kənara çıxaraq dövlət əmlakını talaması və dövlət mülkiyyətini mənimsəməsi dövlətin inkişafına təhlükədir. Hesab edirik ki, ilk dəfə azmedia.info.az-da gedən bu məlumatdan sonra məlumatların səhihliyi ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılacaqdır.

Müəllif: Böyükağa ABDULLAYEV, İqtisadçı ekspert - Mənbə: Hurriyyet.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...


Ardını oxu...
ƏƏSMN mənsubu Fazil Talıbov insanları onun təmsil etdiyi qurumdan narazı salır

Ardını oxu...
Təyinatından dərhal sonra “islahatçı nazir” kimi cəmiyyətə təqdim olunan Sahil Babayevin gəlişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əvvəlki rəhbərlərindən miras qalan problemləri, xüsusən də süründürməçiliyi, bürokratik əngəlləri əsla aradan qaldırmadı, əksinə, bir az da dərinləşdirdi. Başa düşürük, son illər Vətən müharibəsinin ağrılı nəticələri olaraq hökumətin sosialyönümlü xərcləri artıb. Amma bu o demək deyildir ki, həmin xərclər Sahil Babayevin və onun tabeliyində işləyən vəzifəli şəxslərin cibindən gedir. Bəs elə isə nəyə görə iş görəndə “qarnıağrımışlıqları” tutur? Məsələn, ayağı olmayanları yenidən yoxlayırlar ki, yeni ayaq bitib, ya yox? “Təkmilləşdirilmiş” əlilliyin qiymətləndirilməsi meyarlarında bəzi qərarlar adamın yadına xəlifə Mötəsimin Babəkə oxuduğu edam hökmünü xatırladır: “Kəsilsin! Sağ ayağı topuqdan bir qarış yuxarı, sol ayağı dizindən bir qarış aşağı…” Sanki bunlar bədənin eyni nahiyəsi deyilmiş. Elə bundansa, xalqın düşmən qarşısında əyilməyən cürətkar başını “sapı özümüzdən olan balta” ilə kəsin getsin!

Əlilliyi olan şəxsə qulluq edən adam dəyişdikdə, ikinciyə veriləsi təqaüdü ləngitmək (yaxud, ona təqaüd kəsilməsi prosedurunu bürokratik əngəllərlə uzatmaq) də elə əlilin özünə verilən təqaüdü ləngitmək kimi bir şeydir. Nə fərqi var, yeməyə çörək tapmadın, yaxud, tapdığın çörəyi qaşıqla sənə yedizdirəcək köməkdar tapmadın?

Atam – 1934-cü il təvəllüdlü Tağıyev Bəhlul Məhəmməd oğlu ümumi xəstəlik səbəbilə 2007-ci ildən etibarən I (birinci) qrup müddətsiz gözdən əlildir, 200 (iki yüz) manat məbləğində Prezident təqaüdü alır. Əmək qabiliyyətindən məhrumdur, kənar şəxsin qulluğuna ehtiyaclıdır. Ötən ilə qədər atamın qulluğunda anam dururdu və əlilliyi olan şəxsə qulluq etdiyinə görə 100 (bir yüz) manat təqaüd alırdı. Anam dünyasını dəyişəndən sonra atama bacım qulluq etməyə başladı.

Bacıma əlilliyi olan şəxsə qulluq etdiyinə görə təqaüd təyin olunması üçün müraciət etdiyimiz Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsi öz növbəsində müvəkkil banka məktub göndərdi. Bu vaxt atamın əlilliyini təsdiq edən sənədlərin lazım olduğu bildirildi. Onu da qeyd edim ki, mənim atamın birinci dərəcəli qohumu kimi notariat qaydasında təsdiqlənmiş etibarnamə ilə onun adından dövlət idarələrində çıxış etmək səlahiyyətim var. Həm də məşğul olduğum jurnalistika peşə fəaliyyətimdən təmasda olduğum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbova zəng vurub məsləhətləri ilə köməklik göstərməsini xahiş etdim. O, əvvəlcə dinlədikdən sonra bildirdi ki, mənlik deyil, rəsmi məktubla müraciət et. Yenidən təkid etdikdən sonra o, məni dinləyib Binəqədi rayonundakı 4 saylı DOST Mərkəzinə yönləndirdi. 4 saylı DOST Mərkəzindən atamın adına Respublika Əlillərin Bərpa Mərkəzinə təqdim etmək üçün arayış aldım.
Ardını oxu...
Eyni zamanda atamın əlilliyini təsdiqləyən arxiv arayışının tələb olunduğunu öyrəndim. Yenidən əlaqə saxladığım Fazil Talıbovun tövsiyəsi ilə ərizə yazıb DSMF publik hüquqi şəxsə müraciət edərək arxivdən lazım olan arayışın verilməsini xahiş etdim. 10 gün sonra arxivdən mənəı zəng vurub məktubu göndərəcəkləri ünvanı soruşub dəqiqləşdirdilər. Mən hətta təklif etdim ki, gəlib məktubu özüm də götürə bilərəm. Dedilər ki, yox, özləri məktubla göndərəcəklər. Beləliklə, üç aydır ki, gözlədiyim məktubu mənim ünvana göndərmirlər. Bir daha zəng vurduğum Fazil Talıbov isə ilk əvvəl özünü aramızda olmuş söhbəti sanki unudubmuş kimi apardı. Mən söhbətin detallarını xatırladandan sonra dedi ki, yenidən Nazirliyə yazılı müraciət edim. Mən ona bildirdim ki, tərəfimizdəmn bütün lazım olan rəsmi, yazılı müraciətlər edilib, iş arxiv arayışının lazım olduğu mərhələyə qədər irəliləyib. Prosesi yenidən başlamağa lüzum yoxdur, bircə qalır arxiv rəhbərliyinə arayışın bizim ünvana göndərilməsini xatırlatmaq, vəssalam. Bu halda Fazil Talıbov özünün bu məsələdə heç bir köməklik edə bilməyəcəyini dedi. Belə çıxır ki, Fazil Talıbov öz boş tövsiyələri, hərəkətsizliyi ilə insanların onun təmsil etdiyi hökumət qurumundan narazı qalmasına, hədər yerə vaxt və enerji itirmələrinə səbəb olur, bir sözlə, öz birbaşa vəzifəsindən başqa hər şeylə məşğul olur.
Habil Tağıyev
Deryaz.az
Ardını oxu...
Bu gün mediamızı susdurmaq üçün dəridən, qabıqdan çıxanların böyük əksəriyyəti Qarabağ probleminin arxasında gizlənərək xalqı və dövləti talamaq yolu ilə milyonlara sahib olanlardır. Artıq Qarabağ problemi yoxduq. Bu səbəbdən də bir çox pərdələr qalxdıqca, kimin, kim olduğu ortaya çıxacaq. Məmurları narahat edən də budur.

Mövzunu davam etdirəcəyik.
Deryaz.az
 

Dünyapress TV

Xəbər lenti