Ardını oxu...
Əziz oxucularımız yenə TƏBİBİN acınacaqlı taleyini qələmə alaraq görüşünüzə gəlmişik.
Bildiyimiz kimi bir çox səhiyyə müəssisələri Tibbi ərazi Bölmələrinin İdarəetmə Birliyinin TƏBİBİN balansına keçirilmişdir.
Xəstəxanaların Səhiyyə nazirliyindən alınaraq TƏBİBƏ verilməsindən sonra,çox təssüflər olsun ki,tibb müəssisələrində ki,neqativ halların aradan qaldırılması mümkün olmadı.
Belə ki,Kütləvi İnformasıya Vasitələrində xəstəxanalarda rüşvətxorluğun baş alıb getməsi barədə çoxsaylı şikayətlərə rast gəlmək olur ki,buda baş həkimlərin gündəlik qazanclarının heç də,az olmamasını deməyə əsas verir.
1 saylı şəhər klinik xəstəxanası SEMAŞKA və Respublika xəstəxanasının baş həkimləri pasientlərdən yığdıqları vəsaitlə kifayətlənməyib,büdcə vəsaitlərinidə istədikləri kimi talayırlar.
Adı gedən xəstəxananın baş həkimləri və onların yanında olan böyük tibb bacıları yüksək məbləğdə əmək haqqı alırlar və avtomaşınlarını yeni modellərlə əvəz edirlər.
Uzun illərdir Səhiyyə sistemində aparılan islahatlar adı altında ayrılan milyonlarla dövlət vəsaitləri bu sahədə heç bir dəyişikliyə səbəb olmayıb,əksinə korrupsiya hallarının artmasına gətirib çıxarıb.
Son illərdə TƏBİBİN işçilərinin korrupsiyada ittiham olunmaları buna əyani sübutdur.
Bu gün TƏBİBDƏ külli miqdarda yeyintilər aşkarlanır.Amma nədənsə aidiyyəti qurumlar buna göz yumurlar.
Bu gün maddi texniki bazaların və dərman təchizatlarının günün tələbləri səviyyəsinə cavab verməməsi,xəstəxanalarda acınacaqlı halların yaşanmasının bariz nümunəsidir.
TƏBİBİN İDARƏ HEYYƏTİNİN sədri vəzifəsini icra edən Vüqar Qurbanovun və onun tabeçiliyində çalışan Baş həkimlərin gizli əməlləri bu gün medianın gündəmindədi.
Bəzi tibb bacılarının əmək haqqı kəsilir, hətta xəstə baxıcılarının özləri yox, o ad altında əmək haqları yazılıb rəhbərlik tərəfindən mənimsənilir.
Elə buna görədə səhiyyədəki neqativ hallar heç zaman sıfırlanmayacaq.Bir sözlə TƏBİB və onun havadarları səhiyyə sahəsində istədikləri kimi at oynadırlar.
Deyirlər təbabət elmdir,həkimlik peşə.Bu peşənin mayasında humanistlik dayanır.
Lakin TƏBİBİN və bu günkü səhiyyənin başında dayananların mayasında talançılıq və rüşvətxorluq dayanır.
Atalarımız gözəl deyib minbir haramın başında bir halal dayanır.
Haqq nazilər üzülməz.
Sima Babayeva
Səhifəmiz hamı üçün açıqdır..
Teref. Xocanın Blogu
 
 

 


Ardını oxu...
Bakı Abadlıq Xidməti Laçında laçınlıların məzarını dağıdıb yol açıb bir neçə məzarı da bərpa edib könül alır. Bunu da böyük bir jest kimi təqdim edirlər!
Təmir bərpa işləri altın da talançılıqla məşğul olunur.
Kiminsə evi ürəyi istəyən kimi tikilib özünə normal şərait yaradıbsa, Bakı Abadlıq Xidmətinin "xidmətlərindən" ağız dolusu danışır.
Laçın kiminsə şəxsi mülkiyyəti deyil ki, ürəyi istəyəni etsin.
Haqqı deməyə cəsarət etməyənlər mükəmməl şəkildə yaltaqlanır. Haqq qazandırmağa çalışır.
Tamam anlayıram(rıq) sənə göstərilən "diqqət" və "qayğıya" görə danışa bilmirsən( siz) heç olmasa əlinizə mala alıb MALALAMAYIN!
Dayanın kənarda və susun! Nəyə kimə haqq qazandırmağa çalışırsınız?!
Bakı Abadlıq Xidmətinin işğalına göz yumub bütün günü yaltaqlıq edənlər kənardan çox iyrənc görünürsüz!
Güya Dövlətimizi sevib Cənab Prezident İlham Əliyevin siyasətini dəstəkləyirsiz?
Xeyir əzizlərim!
Məhz elə sizlər Cənab Prezident İlham Əliyevin tapşırıqlarını yerinə yetirməyən, onun etimadını doğrultmayan və Cənab Prezident İlham Əliyevin ayrıdığı pulları talayanları müdafiə edirsiniz. Görürsünüz və susursunuz!
Vətən Dövlət Prezident deyə-deyə şəhid qanı hesabına işğaldan azad edilmiş, Laçında xirtdəyinə kimi karrupsiya bataqlığına düşənləri müdafiə etməyə çalışırsınız. Nəyə görə? Şəxsi mənafeyinizə görə!!!
Artıq mənə Laçınla bağlı bir neçə video göndərilib. Tezliklə bir neçə problemi işıqlandıracam. İstəyən şəxs mənə müraciət edə bilər.
Unutmayın tezliklə Laçında üz-üzə gələcəyik!
Yusif Şamil Oğlu
Səhifəmiz hamı üçün açıqdır..
Teref. Xocanın Blogu
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bu zibiləri əsasən Lerikdə yerləşən istirahət mərkəzləri çay kənarına tökürlər, çayin səviyyəsi yüksələn kimi onları götürüb gətirir aşağı.

Bu görüntülər təkcə Lənkəranın Təngivan kənd ərazisində çay vasitəsi ilə gəlib kənara çıxan hissədir. Bütün çay sahili boyu buna rast gəlmək olur. Bir hissəsi də təbii ki, Xəzər dənizinə tökülür. Dəniz sahilinə getsəz rast gələr sizə.

Çaya bu tullantılari ən çox atanlardan biri Lerik deputatı Iqbal Məmmədovun nəhəng istirahət mərkəzi olan "Relax"dir.

Gördüyünüz bu mənzərə Lənkərançayı ətrafında yaranıb. Çay ətrafına yığılan bu plastik qablar Azərbaycanın dilbər guşələrindən biri olan Lerikdəki istirahət mərkəzlərinin çay atdığı tullantılardır. Bu tullantılarin bir hissəsi çay kənarına belə çıxır, digər hissəsi isə Xəzər dənizinə tökülür.

Bildiyiniz kimi Lerik turizm mərkəzi kimi məşhurdur. Mərkəzlərin də əksəriyyəti çay kənarında yerləşir. Onlarda ən böyüyü isə Lerik deputatı Iqbal Məmmədova məxsus olan "Relax" istirahət mərkəzidir. Bu həmin deputatdır ki, Lerikin Piran kəndində yerləşən "Lebro" adlı fermarinin qanını və murdar sularını 10 ildir həmin bu çaya tökür. Əlbəttə, millət vəkili belə nümunə olandan sonra, digər istirahət obyektləri bundan artıq ola bilməz ki. Minlərlə bu plastik qablar və zibillər bütün il boyu çaya, ya da maşınlarla gətirilb çay kənarına tökülür, sonra isə yağış və sel olan zaman suyun səviyyəsi qalxır və onları qoynuna alıb beləcə gətirir tökür çay sahilində yerləşən kəndlərin ərazisinə. Bu zibil və plastik qablar əsasən Lənkəranın çay sahilində yerləşən 20 yə yaxın kəndin ərazisinə səpələnir. Bir hissəsi də Xəzər dənizinə tökülür. Nə vaxt dəniz sahilinə getsəniz belə tullantılar görə bilərsiz. Düzdü dəniz sahilində olan tullantıların bir hissəsini bura gələn sakinlər tökür, digər hissəsi isə çaylar vasitəsi ilə dənizə tökülən plastik qablardır ki, ləpələr onları sahilə çıxarır.

Bəs nə vaxta kimi belə olar? Niyə qurumlar bununla ciddi məşğul olmur? Niyə tullantılar çaya atılır? Çay məgər zibil tullamaq üçündür? Hamı zibilli başından edib atır çaya, daha düşünmür ki, bu hara gedəcək. Belə mədəniyyətsizlikmi olar? Belə məsuliyyətsizlikmi olar? Bəs qanun nə deyir buna, niyə cəzalanmılar? Biz hansı dövrdə yaşayırıq. Niyə inkişaf etmiş ölkələrdəki kimi bu plastik qablar və zibilləri təkrar emal etmək üçün zavodu yoxdur?
Elə Lənkəranda da bütün zibilləri yaşayır məntəqələrinin yaxınlığında yandırırlar, elə yerlər var üfunətdən keçmək olmur, külək evlərə gətirir. Bu nə biabırçılıqdı, bütün dünya inkişaf edir, amma biz geri gedirik. Bütün günü də televiziyalarda yalanlar danışırlar ki Qafqazın lider dövləti, Avropanın paxıllıq etdiyi dövlət nə bilim nə.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: azerinfo.info
Səhifəmiz hamı üçün açıqdır..
Teref. Xocanın Blogu
 
Ardını oxu...
Zalqarağac postunda alver gedir, qayda pozuntuları YPX tərəfindən pul müqabilində qeydə alınmır
“Yol polislərinin yaxşı əməlləri, müsbət hərəkətləri bir vətəndaş kimi məni həmişə sevindirib. Lakin bəzən onların içərisində olan, polis adına və şərəfinə ləkə gətirənlər də tapılır və təəssüf ki belələri çoxdur.”
Bu sözləri aktualxeber.az saytına şair-publisist AYB-nin üzvü, “Dağlartv”-nin redaktoru Şəmsi Qoca deyib.
Şair əlavə edib ki, noyabrın 10-da Bakıdan Saatlıya gedirdim. Sabirabad rayonu ərzisinə keçəndə yol hərəkət qaydasını pozdum. Zalqarağac postunda yol polisi maşını saxlamağımı tələb etdi və təbii ki mən maşını saxladım. YPX əməkdaşı özünü təüdim etmədən bildirdi ki, yol hərəkət qaydasını pozduğuma görə maşından düşüb posta getməliyəm. Mən ona buna heç bir ehtiyacın olmadığını, qaydanı pozduğumu bildiyimi söylədim. Aramızda belə bir dialoq oldu:
– Qaydanı pozmusan, çox ciddi qayda pozuntusu olduğuna görə 80 manat cərimə olunacaqsınız və 3 cərimə balı veriləcəkdir. Ona görə də posta gəlin və görüntülərə baxın.
– Mən qaydanı pozduğumu builirəm, ona görə də maşından düşməyə ehtiyac yoxdur. Cəriməni elektron qaydada göndərə bilərsiniz. Yaxud elə indi protokol tərtib elə təqdim et.
– Xeyr, siz ilk növbədə posta gəlməlisiniz.
– Yaxşı, mən gəirəm posta. Amma bu tələbiniz qanunsuzdur.
– Qanunu məndən yaxşı bilə bilməzsiniz.
– Əlbəttə ki, mən qanunu səndən yaxşı bilirəm və sənə deyirəm ki, mənim qayda pozuntum İXM-nin 327.1 maddəsinin təsiri altına düşür və sən dediyin kimi 80 manat yox, 40 manat cərimədir.
– Ay kişi, sənə deyirəm düş maşından gəl həll edək.
Poluisin təkidli tələbi məndə maraq doğurdu və düşüb nə baş verəcəyini görmək üçün onun son tələbini yerinə yetirmək qərarına gəldim.
Maşından düşüb posta daxil oldum. Kompyuterlərin qarşısında 6 nəfər oturmuşdu və kameraların hərəkətlərini izləyirdilər. Məni posta dəvət edən polis işçisi sanki qeyb oldu. Mülki geyimli bir oğlan görüntüləri çək-çevir edib üzünü mənə tutdu və : “Babacan, siz 80 manat və 3 balla cərimlənirsiniz” Güldüm. Oğlan məni çölə çıxarıb 20 manat verərəmsə cərimə olunmayacağımı və görüntülərin silinəcəyini bildirdi. 20 manat verdim və dedim: -Cərimə gələcəksə sonra yaxanızı əlimdən qurtara bilməzsiniz.”
-Yox babacan. Arxayın gedə bilərsən.
Burda gördüklərimdən başa düşdüm ki radarların fəaliyyətinə müdaxilə edə bilməsələr də kameralar boyu Sabirabaddan Şirvana qədər olan ərazini Zalqarağac postunda nəzarət altında saxlamaq imkanı var. Lakin burada baş verən qayda pozuntularının 99%-i qeydə alınmır, yəni rəsmiləşdirilmir. Onu da qeyd edim ki, bu yolda qayda pozuntusu çox tez-tez baş verir. Çünki yol hər iki tərəfə 1 şəridli olduğundan təxminən 40 kmk yolun əksər hissəsində ötmənin qadağan olunduğunu, daş maçınlarının isə saatda 20 km sürətlə hərəkət etməsini nəzərə aldıqda bunu maşın sürən hər kəs anlayar.
Posta çatan kimi saxlanılan sürücüyə əvvəlcə çox yüksək məbləğdə cərimə olunacağını bildirirlər. Ən az məbləğ 80 manat, 3 bal, ən yuxarı isə 150 manat və 6 baldır. Bu qədər məbləğdə cərimənin gələcəyindən narahat olan sürcülər də onların 20-30 manat müqabilində cəriməni ləğv edəcəklərinə sevinərək həmin pulu verir və beləliklə də nə şiş yanır, nə də kabab. Arada itirən isə dövlət büdcəsi olur.”
Şəmsi Qoca daha sonra bildirib ki, istənilən vaxt. Istənilən yerdə dediklərini sübut edə bilər və şahidi də var. Bəli, biz də YPX-nin belə əməllərindən olan narazılıqları daim işıqlandırırıq. Lakin Baş DYP İdarəsinin bəzi rəhbər əməkdaşları, xüsusən də DYP rəisinin müavini Kamran Əliyev bizi qərəzlilikdə suçlayır
Buyurun, bu fakt, bu da canlı şikayətçi. İnanırıq ki bu dəfə bizi qərəzli olmaqda suçlayanlar bu dəfə konkret cavab verəcəklər.Sonda Şəmsi müəllim bildirdi ki, mən cəriməni qanuni şəkildə ödəməyə hazıram, bir şərtlə ki,mənim 20 manatımı geri qaytarsınlar.
Qarşı tərəfin müvqeyini dərc etməyə hazırıq
Aktualxeber.az
Səhifəmiz hamı üçün açıqdır..
Teref. Xocanın Blogu
Ardını oxu...
“Rastlaşdığım biabırçılığın ancaq Sumqayıt səhiyyəsinə və ya ölkənin bütün səhiyyə sahəsinə aid olmasını hələki bilmirəm. İnternetdən Səhiyyə Nazirliyinin qaynar xətti kimi göstərilən nömrəyə zəng etdikdə “nömrə müəyyən olunmadı” cavabını aldım”
Tribunainfo.az xəbər verir ki, bu sözləri açıqlamasında tanınmış vəkil Əsabəli Mustafayev öz “Facebook” profilində yazıb.Əsabəli Mustafayev bildirir ki, ona sürücülük vəsiqəsi üçün 6 noyabr tarixində bitən müddəti uzatmaq üçün sağlamlıq haqqında arayış almaq lazım olub:.
“Məlum oldu ki, Sumqayıtın harasında yaşamaqdan asılı olmayaraq, bu arayış üçün ancaq “Ailə Sağlamlıq Mərkəzi” adlı poliklinikaya müraciət etmək lazımdır. Nə üçün insanlar yaşadıqları ərazidəki poliklinikada bu arayışı almaq hüququndan məhrum olunublar bilmirəm. Həm də bu poliklinika şəhərin ucqar ərazisində, köhnə, dəhlizləri darısqal binada yerləşir. Həmin əraziyə içtimai nəqliyyatın da marşurutu azdır.
Ardını oxu...
Ayın 4-də poliklinikaya getdim, müayinə üçün tələb olunan 50 manatı ödədim. Müayinələr üçün göndəriş verilən otaqın qarşısında çoxlu sayda insanlar növbə gözləyirdi. Məlum oldu ki, kompyuterdə problem yaranıb və ustalar çağrılıb. Nəsə, bir neçə saatdan sonra göndərişləri alanda məlum oldu ki, artıq həkimlər evlərinə dağlışıblar.Bazar ertəsi tezdən gəldim, 2-3 həkim müayinəsindən (1-2 dəqiqləlik qəbula müayinə demək olarsa) keçdim. Hər həkimə o qədər növbə vardır ki, keçdiyim müaniyələrdən sonra məlum oldu ki, həkimlərin iş günü qutarıb.Bu həkimlərin çoxu qrafiklə işləyir, yəni ya səhərdən günartaya qədər, ya da günortadan axşama qədər. Lakin qapıların heç birinin üzərində həkimin iş qrafiki yazılmayıb. Ona görə də həkimləri soraqlaşmalı, dəfələrlə qapılarını döyməli olurduq.Növbədə çərləyən insanlar da bir-birini sözlə zəhərləməklə bu xaosda özlərinə təsəlli verirdilər. Nəhayət bu gün qalan müayinələri yekunlaşdıra bildim. Tələsik qayıtdım göndəriş verilən otağa ki, onu təhvil verib əvəzində arayış alım. Qapıda ən azı 15 nəfər gözləyirdi, ən pisi də iş günün sona yaxınlaşması idi (çünki bu gün də onlar üçün qısa iş günü sayılırdı).Bu arayış ilə “Asan xidmətə” gedib, orada qısa müddətə yeni sürücülük vəsiqəsi ala bilərdim.Lakin məlum oldu ki, yenə sistem işləmir və hamıya bildirdilər ki, arayış üçün ayın 10-da gəlməliyik.Beləliklə də, mən ayın 10-a qədər mülkiyyətimdə olan avtomaşından istifadə hüququndan məhrum edildim. Dəhşətlisi odur ki, adi texniki məsələni təşkil edə bilməyən belə bir quruma millətin həyatı və sağlamlığı həvalə olunub”.
 
Ardını oxu...
Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi xüsusi texnikaların satınalınması ilə bağlı elan etdiyi tenderdə qalib olan şirkət "Unitexnika" MMC ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 129 min 92 manatdır.
"Unitexnika" MMC-nin nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi isə Edvin Mustafayev Valeh oğludur. Müqaviləyə görə, Mingəçevir Şəhər İcra Hakimiyyətinin tabeliyində olan MTK-ya teleskopik qaldırıcı səbət və mişar dəyirmanı alınmalıdır. Belə tenderlər az deyil, davamlı olaraq Mingəçevir Şəhər İcra Hakimiyyəti tender elan edir.
Nəzərinizə çatdıraq ki, 2022-ci il tarixli tender elanında qeyd olunub ki, Mingəçevir şəhər küçələrinin asfalt örtüyünün əsaslı təmirinə 2 milyon 169 min 787 manat vəsait ayrılıb. Sonradan aydın olur ki, 2023-cü il tarixdə Mingəçevir Şəhər İcra Hakimiyyəti adı qismən dəyişərək yolların və səkilərin əsaslı təmir işinə 2 milyon 184 min 640 manat maliyyə ayrılıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Gülməlidir, elə deyilmi? Diqqətlə yazıdakı tender məbləğinə, bir də ayrılan asfalt və səkilərin, yolların təmirinə baxın. Aydın olur ki, 2022-ci və 2023-cü ildə ayrılan tenderlər hər ikisi eyni təmirin icrasına yönəlir. Bu isə qaranlıq hallar və sual doğurur. Axı necə ola bilər ki, 2022-ci il tarixdə asfalt təmirinə, 2023-cü il tarixdə yolların, səkilərin təmirinə bu qədər vəsait ayrılsın? Hər iki eyni təmirin əsasıdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "ATF" MMC 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Çayarxı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Muradov Təbriz Əzim oğludur. "Tender kralı" kimi tanınan "ATF” MMC Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarına məxsusdur. Şirkətin adı da qardaşların adlarının baş hərflərinin birləşməsidir.
Ardı var...
Qarşı tərəfin mövqeyini dinləməyə hazııq..
Gəncə müxbiri Azər
siam.az
Səhifəmiz hamı üçün açıqdır..
Teref. Xocanın Blogu
 

Ardını oxu...
     

Hörmətli dostlar,
Son 1 həftə ərzində tarixi günlərimizlə əlaqədar QHT Agentliyi ilə bağlı məsələlərə yer ayırmadım. Hər şeydən öncə bizim üçün bu günlərdir.
Bir daha hər birinizi Zəfər Günümüz münasibətilə təbrik edir, Müzəffər Ali Baş Komandana, şanlı ordumuza sonsuz təşəkkür edirəm.
Bir neçə gün bundan öncə bir videomaterial paylaşıldı və mənim də böyük marağıma səbəb oldu. Ortada ciddi faktlar olduğu halda hər kəs susdu və üzərindən keçdi.
Kiçik bir araşdırma aparmaq məcuriyyətində qaldım.
Deməli QHT Agentliyinin ötən qrant müsabiqələrinin birində “satılıq” bir QHT qalib elan olunub.
İddia olunur ki, bu QHT-nin qalib olmasından Müşahidə Şurasının xəbəri yoxdur. Çünki qanunsuz bir əmələ Müşahidə Şurası imza atmazdı.
QHT-nin sədri rəsmi olaraq başqa bir şəxs olsa da, Agentliyin icraçı direktoru Aygün Əliyevanın rəfiqəsi Nahidə adlı bir xanımın adı qeyd olunub. Xanım isə QHT sektorunda deyil, əvvəllər Binəqədi İcra Hakimiyyətində, hazırda isə TƏBİB-də çalışır.
Layihəyə 9500 manat ayrılsa da, mediada bu layihənin icrasına aid bir xəbər tapmadıq. Demək ki, həmin vəsait sadəcə silinmək üçün öz QHT-lərinə köçürülüb.
Satılıq olan bu QHT ilə bağlı bütün sənədləri əldə etmişik və yaxın zamanlarda youtube kanalımız vasitəsilə hər bir detalı açıqlayacayıq.
Böyük ehtimal ki, bu kimi satılıq təşkilatların sayı və pul silinməsi üçün ayrılan vəsaitlərin həcmi çoxdur.
Faktı araşdırmaq və ölçü götürmək aidiyyəti qurumların işidir.
Biz sadəcə eşitdiyimiz və əldə edə bildiyimiz faktları ictimaiyyətin diqqətinə çatdırırıq. Anlayırıq ki, media vasitəsilə üzərimizə basqılar artacaq, amma bu dövlət vəsaitidir və Cənab Prezident bu vəsaiti QHT-lərin təşəbbüslərinin dəstəklənməsinə ayırıb.
Bu vəsait kimlərinsə şərikli biznesinə ayrılmayıb.
Belə saxtakarlıqların üzərindən keçilməsi başqa mətləblərdən xəbər verir.
Biz hər zaman dövlət maraqlarından çıxış edərək QHT Agentliyindəki saxtakarlıqları ifşa etmişik. İlk dəfə Agentliyin böyük vəsait sildiyi “Heydər Əliyevin Şuşa sevgisi” adlı tədbirlə bağlı, daha sonra 40-dan çox ölü QHT-yə qrant ayrılması faktlarını və s.
İnanırıq ki, kimlərinsə ört-bastır etməyə çalışdığı faktlarla QHT sektoru zamanla daha yaxından tanış olacaq.
Samir Adigozelli
Teref: Xocanın Blogu
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...

     

Ardını oxu...
DogruXeber.az: - Şah İsmayıl Xətai yaşasaydı, onun adını daşıyan paytaxt rayonunun ta keçmiş icra başçısı Razim Məmmədovdan indiyədək məmurların nə kökə saldığına şahid olub bir bayatı qoşardı.

Şah babamızın adına olan rayona bu münasibətin sərgilənməsi həqiqətən təhqiramizdir. Səfəvilər dövlətinin - bütöv Azərbaycanın yaradılmasına ilk dəfə nail ola bilmiş Xətainin adı olan Bakı rayonunda indi məmurlar özlərini lap qızılbaşların düşməni Fərrux Yəsarın adamları kimi aparırlar. Soruşa bilərsiniz ki, məmuriyyət Xətai rayonunda nə edir belə? Daha nə etmir ki?! Dövlət qulluqçusu kimi vəzifəsinin öhdəsindən gəlmək istisna, hər bir əməlin yiyəsidirlər – yaşıllıqların məhvi, səkilərin, yolların zəbti, onların yerində yerli icra hakimiyyətinin sərəncamı ilə tikintilər...

Bakının heç bir rayonu bu dərəcədə qəsbə, hücuma məruz qalmayıb. Hətta sabiq başçısı Razim Məmmədovun gedişindən sonra da ağacların qırılması dayanmadı. Açığı, Xətaidə artıq ağac da qalmayıb, bu məmurlar və iş adamları kəsmək üçün hardan tapırlar, çox maraqlıdır. Sanki Xətai rayonun yadelli işğalçılar hücum edib və bu gözəl ərazilərdən intiqam alırlar. İntiqam demişkən, Rubrika.Az xəbər verir ki, informasiya portallarında diqqətimizi çəkən İntiqam Cümşüdov ad-soyadı oldu. Rayonun icra başçısı Rafiq Quliyevin komandasına daxildir. Əslində böyük bir vəzifə də yoxdur, amma bununla belə Xətai rayonunda özünü Səfəvi imperatoru kimi hiss etməkdədir.

Mətbuat iddia edir ki, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) rəis müavini olan İntiqam Cümşüdov bəlkə də rəisdən də geniş imkanlara malikdir. Qəribədir ki, MKTB rəisinin müavini nə qədər maaş alır, nə qədər qazanır belə?! Axı dövlətin verdiyi məvaciblə Xətai kimi bahalı rayonun mərkəzi Gəncə prospektində çoxsaylı obyektlərə sahiblənmək asan iş deyil. Yəni Gəncə prospektində bir obyektin kvadratının neçə min olduğunu orada yaşayanlar əla bilirlər. Amma saytların da yazdığı kimi, rəis müavini vəzifəsini daşıyan İntiqam Cümşüdov həmin prospektdə bir yox, bir neçə əmlakın sahibidir. Belə iddialar səslənir ki, ona bu şəraiti yaradan icra başçısı Rafiq Quliyev olub.

Çünki aylıq əmək haqqısı 1000-1500 manat arasında dəyişən kiçik bir məmurun Gəncə prospektində dəyəri yüzminlərlə olan obyektlərə yiyələnməsi yalnız İH rəhbərinin dəstəyi ilə ola bilər. O zaman belə güman etmək olar ki, icra başçısı ya şərikdir, ya da onun adına çıxarmaqla məsuliyyətini yüngülləşdirib. Sual oluna bilər ki, hansı məsuliyyətdən söhbət gedir? Bunun da cavabı var – dövlət məmuru bizneslə məşğul ola bilməz. Əgər onun biznes obyektləri varsa, hansı yolla əldə etdiyi dərhal təftiş olunur. Bu halda obyektlərin büdcə pullarının silinməsi, yaxud maxinasiya yolu ilə əldə edildiyi aşkarlansa, korrupsiya elementi sayılacaq.

Görünür ki, İntiqam Cümşüdovun vəzifəsinin kiçik olması nəzərə alınaraq, diqqətdən kənarda qalacağı hesablanıb. Hər halda MKTB rəis müavini olan İntiqam Cümşüdovun bir “kiçik padşah” və ya zəngin məmur olduğu sirr deyil. Bu da onu diqqət mərkəzinə gətirib. Eyni zamanda, yuxarı instansiyalar onun fəaliyyətini və obyektlərə necə sahib olmasını təqib etməmiş deyillər. Ümumiyyətlə, Xətai rayonuna dövlətin ciddi nəzarətinə ehtiyac var. Əks halda rayondan əsər-əlamət qalmayacaq: yaşıllıqların məhvi, məmurların rayonu cənginə alması nəticəsində...

Ən dəhşətli məlumat ondan ibarətdir ki, Xətai rayonunda obyekt, ev və başqa tikililərin icra hakimiyyətindən inşasına “icazə” alınması məsələlərinə də məhz İntiqam Cümşüdovun baxdığı iddia edilir. Onun kifayət qədər fərasətli biri oluğu deyilir. Xətai rayonunda həm nüfuzu, həm geniş əlaqələri, həm də dili-dilçəyi olduğu üçün bu işlərin qeyri-rəsmi həlli məsələləri ona həvalə edilib. Deməli, İ.Cümşüdov yetərincə səriştəli, bacarıqlı və pul qazanmağı bilən məmurdur. Ona görə də icra başçısı rayondakı bu işləri ona tapşırıb, böyük etimad göstərib. Bu da təsadüfi deyil, təcrübəsi var. Çünki İntiqam Cümşüdov daha əvvəl də paytaxtın Binəqədi rayon başçısının Biləcəri qəsəbəsi üzrə ərazi icra nümayəndəsi işləyib. Ona görə də Xətai rayonunda MKTB rəisinin müavini işləyərkən təkcə bu vəzifəsi ilə fəaliyyət dairəsi məhdudlaşmayıb, həm də İH rəhbəri Rafiq Quliyevin rayondakı işlərini görməklə paralel özü də obyektlərə sahiblənib, varlanıb. Nə deyirik, məşhur el misalı var - “Bacarana can qurbandır”, amma baxır necə... Hər halda biz bu iddialarla bağlı adı çəkilən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.//Rubrika.Az
 
Ardını oxu...

Xırdalan şəhər sakini Muradov Elçin Dadaş oğlu “Dəryaz” qəzetinə müraciət edərək, göz önündə baş verməkdə olan qanun pozuntusunun şahidi olmağa dəvət edib və məsələni mediada ictimailəşdirməyi xahiş edib.

Elçin Muradovun dəvətini qəbul edib onun yaşadığı Xırdalan şəhəri, Nizami küçəsi, 25-ci məhəllə, 1 nömrəli binanın həndəvərinə — haqqında bəhs etdiyi qanunsuz tikilinin inşa olunduğu ünvana getdik. Bayram tətili — Zəfər Günü olmasına baxmayaraq, usta və fəhələlər səylə çalışır və mişar daşlarından divar hörürdülər. Aşkar hiss olunurdu ki, onlara tikintini dayandıra biləcək əlaqədar təşkilatların iş günləri başlayana kimi tələssinlər. Elçin Muradov deyir ki, o, Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vurandan sonra polis sahə müvəkkili hadisə yerinə gəlib və bircə onu deyib ki, “bu məsələ bizlik deyil”.  

Ardını oxu...

İndi isə təfərrüatlara keçək: İstedadlı rəssam olan Elçin Muradov sözügedən beşmərtəbəli binanın 33 saylı mənzilində yaşayır. Bugünə kimi bir çox Respublika və Beynəlxalq sərgilərdə iştirak edib, fərdi yaradıcılıq sərgiləri nümayiş olunub. Amma işləməsi üçün yaradıcılıq emalatxanası yoxdur. Özü və həmçinin üzvü olduğu Rəssamlar İttifaqı Abşeron Rayon İcra Hakimiyyətinin başçısına müraciət edib ki, yaşadığı binanın arxasındakı boş qeyri-yaşayış sahəsinin ona yaradıcılıq emalatxanası tikməsi üçün ayrılmasına köməklik göstərilsin. Lakin nə sabiq icra başçısı İradə Gülməmmədova, nə də hazırki rayon rəhbəri Abdin Fərzəliyev onun xahişini nəzərə almayıblar.

“Özüm ayrı-ayrı vaxtlarda Abşeron RİH-nin sabiq başçısı İradə xanım Gülməmmədovaya, Abşeron RİH-nin başçısı Abdin Fərzəliyevə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubla müraciət etsəm də, hər dəfə adı çəkilən bu qurumların səlahiyyətli şəxslərinin imzası ilə təsdiq olunmuş başdansovdu cavab məktubları verildi. Yəni, verilmiş cavab məktublarının əksəriyyətində “Qeyd etdiyiniz torpaq sahəsi ümumi istifadə üçün nəzərdə tutulduğundan, həmin yerdə tikinti işləri aparıla bilməz” və s. kimi cavablar verdilər. Belə bir cavab məktublarının verilməsinə baxmayaraq, bir müddət bundan öncə bir nəfər şəxs, qeyd olunan yerdə qazıntı işləri aparıb hansısa obyekt inşa etmək qərarına gəlir. Məsələnin maraqlı tərəfi odur ki, həmin şəxs bu yöndə niyyətini “çin etmək” üçün, “Biz qazi ailəsiyik” deməyi də unutmur. O halda sual oluna bilər ki, nədən belə bir tikinti işlərində “Qazi” adından sui-istifadə olunmalıdır? Axı, dövlətimiz tərəfindən imtiyaz sahibi olan hər kəsə, o cümlədən qazilərə də lazımi diqqət və qayğı göstərilir. Maraqlı odur ki, tikintini aparan şəxs bildirir ki, bu yeri mənə İcra başçısı Abdin Fərzəliyev verib”.

Ardını oxu...

Xırdalan bələdiyyəsi Elçin Muradova 14 oktyabr 2019-cu ildə məktubla cavab verib ki, sözügedən 40 kv-metrlik sahə ümumi istifadədə üçün nəzərdə tutulduğundan, ona xahişi ilə əlaqədar köməklik göstərilə bilməyəcək. Bələdiyyənin Elçin Muradova yazdığı 15 oktyabr 2022-ci il tarixli məktubunda isə bildirib ki, sözügedən sahənin yaxın müddətdə kiminsə adına sənədləşdirilməsi nəzərdə tutulmayıb. Torpaq sahəsinin hərraca çıxarılmasını və onun özünün də hərracda iştirakının təmin olunmasını bələdiyyədən israrla xahiş edən Elçin Muradova yerli özünüidarəetmə qurumunun sədri Orxan Musayev məktubda hətta tövsiyə edib ki, hər altı aydan bir yazılı və şifahi şəkildə öyrəbib sahənin aqibəti haqda məlumat alsın. Ancaq göründüyü kimi, Elçin Muradov aldadılıb; emalatxana üçün istədiyi yer onun və ümumiyyətlə, şəhər sakinlərinin xəbəri olmadan, hərrac elan edilmədən başqa bir pullu şəxsə satılıb.

Ardını oxu...

Bütün bunları müxbirimizə video-kamera önündə danışan (video təqdim olunur-red.) Elçin Muradov deyir ki, tikinti başlayanda qanunsuzluğa etiraz etdiyi vaxt bir nəfər cavan oğlan gəlib ona Vətən müharibəsi qazisi olduğunu və əlində heç bir sənədinin olmadığı halda məlum torpaq sahəsinin ona verildiyini bildirib. Maraqlıdır ki, qanunla ümumi istifadədə olan sahənin heç bir imtiyazlı şəxsə güzəştə gedilməsi nəzərdə tutlmayıb. Elçin Muradov bu qənaətdədir ki, rayon rəhbərliyi torpaq sahələrini qanunsuz satmaq üçün Vətən müharibəsi şəhidlərinin ailələrindən və qazilərindən sui-istifadə edir.

Xatırladaq ki, Elçin Muradov il yarım bundan əvvəl də eyni məsələ ilə əlaqədar “Dəryaz” qəzetinə müraciət etmiş və qəzetimizin “Deryaz.az” veb-saytında 22.06.2022-ci il tarixli “Abşeronda gödəniyyəti mədəniyyətdən üstün tutanlar” sərlövhəli məqalə dərc olunmuşdu. Görünür, ötən il yarım ərzində cənab Abdin Fərzəliyevin torpaq siyasətində qanunun xeyrinə heç nə dəyişməyib.

Mövzunu davam etdirəcəyik

Deryaz.az

 
Ardını oxu...

İlon Mask Azərbaycana niyə gəlmir – Milli Aerokosmik Agentliyin ərazisi keçmiş nazirin və spikerin qohumları tərəfindən zəbt olunub

Ardını oxu...

Azərbaycan Milli Aerokosmik Agentliyi — Azərbaycanın kosmik tədqiqat proqramlarını idarə edən dövlət qurumudur. Agentlik 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində «Kaspiy» Elmi Mərkəzi kimi fəaliyyət göstərib. 1981-ci ildə «Kaspiy» Elmi Mərkəzinin bazasında Kosmik Kəşfiyyat Elmi İstehsalat Birliyi yaradılıb. Azərbaycan Milli Aerokosmik Agentliyi 1992-ci ildə Ayaz Mütəllibovun 580 saylı fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının «Kaspiy» Elmi Tədqiqat mərkəzinin yerinə təsis edilmişdir.

2006-cı ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 2009-cu ildə Azərbaycan kosmik sənayesi, Prezident İlham Əliyevin sərəncamından sonra kosmik sənayenin inkişafı üzrə dövlət proqramı çərçivəsində inkişaf etdi. Proqram çərçivəsində, 2013-cü ilədək VSAT (Çox Kiçik Apertur Terminalı) yığımı və istehsalı üçün təkliflər verilməsi planlaşdırıldı. 30 iyun 2014-cü ildə agentlik, Airbus ilə əməkdaşlıq edərək Azersky müşahidə peykini buraxdı.

Agentliyin nəzdində Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu, Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutu, Ekologiya İnstitutu, Kosmik Cihazqayırma Təcrübi Zavodu, Cihazqayırma Xüsusi Dizayn Bürosu, Xüsusi Dizayn-Texnoloji Bürosu (Lənkəran şəhərində) fəaliyyət göstərir.

Azərbaycanda aerokosmik tədqiqatların əsasını məhz Tofiq İsmayılov 1978-ci ildən Agentliyin baş direktoru Tofiq İsmayılov təyin edilmişdir. Onun rəhbərliyi dönəmində Agentlik artıq ümumdünya əhəmiyyətli tədqiqatlar aparır, kosmik aparatların uçuşlarını tənzimləyən elmi cihazlarla bərabər, agentlik kosmik fəzadan Yer və su səthinin müşayiət edilməsi, okean və dənizlərin dibinin öyrənilməsi, planetimizin ekoloji durumunun müəyyən edilməsinə imkan verən cihazlar yaradır və istehsal edirdi. Görkəmli tədqiqatçı təbiətin ekoloji monitorinqinin keçirilməsində kosmik tədqiqatların imkanları və əhəmiyyətini uzaqgörənliklə anlayır, bu sahədə tədqiqatları genişləndirirdi. Hələ XX əsrin 70 — 80-ci illərində T.İsmayılov Xəzər dənizi və ətraf ərazilərə təhlükə yarada biləcək amillər barəsində xəbərdarlıq etmiş, onların qarşısının alınması yollarını göstərmişdi.

Bütün yuxarıda qeyd etdiklərimizlə məqsədimiz Azərbaycan Milli Aerokosmik Agentliyinin özünün və tabeliyində olan struktur vahidlərinin strateji əhəmiyyətini xatırlatmaqdır. Bununla belə, vurğulamağa dəyər ki, Agentliyin infrastrukturunu təşkil edən, balansında olan ərazi və obyektlər mühafizə olunmalı, hətta mənəvi cəhətdən köhnəldikdə belə aqibətini dövlət müəyyənləşdirilməli, ayrı-ayrı məmurlar tərəfindən satılıb pulu mınimsənilməməlidir. Ən pis halda Agentliyin müasir dövrün tələblərinə uyğun gəlməyən və daha ehtiyac qalmayan əmlakı ya dövlətin, ya da burada çalışan kollektivin mülkiyyətinə keçməlidir.

Amma müşahidələr başqa mənfi tendensiyanın getdiyini göstərir.

Dəryaz qəzetinin redaksiyasına məlumat verən mənbə bildirir ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə Süleyman Sani Axundov küçəsi ilə kəsişməsi. Paytaxtın gənc sakinləri bu ünvanda Mərkəzi Seçki Komisssiyasının inzibati binası ilə “Hollivud” otelini yaxşı tanısalar da, onların arasındakı nahiyədə hasarlanmış ərazinin taleyindən bixəbərdirlər. Bura Milli Aerokosmik Agentliyinin elmi-tədqiqat institutunun və cihazqayırma zavodunun ərazisi olub. Hasarın arxasında isə paytaxtda növbəti olacaq “göydələn” yaşayış binasının inşası gedir. Bəli, azərbaycanlı məmurların, iş adamlarının (çox vaxt elə məmur özü biznesmen olur) amerikalı milyarder İlon Maskdan fərqləri odur ki, ev tikib mənzil satmağı peyk uçurmaqdan daha perspektivli sayırlar. Bu tendensiya nə vaxta kimi davam edəcəksə, peyki də ya rusun, ya fransızın hesabına uçuracağıq, İlon Mask da Bakıya qonaq gəlməyi özünə sığışdırmayacaq, tədbirimizə olsa-olsa, on-layn qatılacaq.

Sözügedən ünvanda yaşayan orta və daha yuxarı yaşlı sakinlərlə apardığımız söhbətdən məlum oldu ki, mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun dövründə necə olubsa, ərazi nazirin həyat yoldaşı tərəfindən “özününküləşdirilib” və sonra da 7 (yeddi) milyon manata hazırda bina tikən iş adamına satılıb. Sözsüz ki, bu məsələdə söz sahibi Aerokosmik Agentliyin direktor müavini Əlihüseyn Camalov (Yavəır Camalovun qardaşı) olub. Yan tərəfdə isə “Azərsu” ASC-nin balansında olan idarə yerləşibmiş. Həmin idarənin ərazisi də ASC-nin sabiq sədri, Milli Məclisin sabiq spikeri, hazırki deputat Oqtay Əsədov tərəfindən ələ keçirilib, hazırda qardaşının ixtiyarındadır, bina tikilib. 1985-ci ildən həmin ətrafda yaşayan ahıl yaşlı sakin deyir ki, o vaxt əhalinin maşın qarajları adambaşına 15 min manat ödənilərək alındı, əslində sakinlərə başqa seçim qoymadılar. O zaman ağaclar kəsildiyindən, yaşıllıqlar məhv edildiyindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi burada iş görən şəxsləri məhkəməyə də verib, amma xeyri olmayıb.

Araşdırmalarımızı davam etdirmək məqsədilə ərazidə tikinti işləri aparan iş icraçısı ilə telefon əlaqəsi saxladıq. Birinci zəngimizə cavab verən iş icraçısı suallarımız dinlədi, rəhbərliyi məlumatlandıracağını və yenidən əlaqə saxlayacağını vəd etsə də, sonradan ünsiyyətdən yayındı. Əlbəttə, iş icraçısı belə böyük suallara cavab vermək iqtidarında olmayacaq qədər böyük adam deyil. Amma aşkar prosesdir ki, Azərbaycanda məmurlar vəzifəni özlərinin və yaxın adamlarının, varlanması, “yeddi arxa dönənlərinə” yetəcək qədər kapital toplamaq üçün fürsət hesab edirlər. Axı necə olur ki, misal çəkdiyimiz kimi strateji obyektlərin ərazisi hətta doğru-dürüst qərarla da özəlləşdirilməyə çıxarılırsa, məhz onu idarə edən şəxslkərin yaxın adamlarına – həyat yoldaşlarına, övladlarına, qardaş-bacılarına qismət olur? Nəticə çıxır ki, ən azından hərrac şəffaf keçirilməyib. Füersətcilliklə ucuz qiymətə öz əllərinə keçirib, sonra da baha satıblar.

Mövzuya qayıdacağıq.

Deryaz.az

Dünyapress TV

Xəbər lenti