Ardını oxu...
Qaradağ rayonunda piyada səkisi satılıb. Səki artıq zəbt edilib və orada obyekt inşa edilir.
Tribunainfo.az xəbər verir ki, piyada səkisi tamamilə zəbt edilib. Hərəkət üçün yer qalmayıb. Sözügedən ərazidə təhlükəli vəziyyət yaranıb. Piyadalar məcbur qalıb avtomobil yolu ilə hərəkət etməli olurlar.
Tikintiyə kimin icazə verdiyi, ümumiyyətlə bu tikili üçün icazənin alınıb alınmadığı məlum deyil.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bu günlərdə gundemxeber.az xəbər portalının redaksiyasına Sabirabad Rayon Balakənd kənd ümumi orta məktəbin müəlliməsi Qəfərova Zibeydə Cabbar qızının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Baş Prokurorluğa, Elm və Təhsil Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, İnsan Hüquqları üzrə Müvəkkilə və digər dövlət qurumlarına yazdığı şikayət ərizəsinin surəti daxil olub. Zibeydə Qəfərova qeyd edir ki, “Mən 2020-ci ildə MİQ-in imtahanlarında iştirak etdim və Sabirabad Rayon Balakənd kənd ümumi orta məktəbinə müddətsiz müqavilə sənədi əsasında müəllimə təyin olundum. Həmin vaxtdan bu günə kimi direktor müavini Vüsalə Əlimusa qızı Umudova tərəfindən qərəzə və olmazın təzyiqlərə məruz qalmaqdayam. Düzdür, əvvəllər bu barədə məktəbin direktoru Ramin Əliyevə müraciət etmirdim. Çünki, məndə belə bir fikir formalaşmışdı ki, Vüsalə Umudovanın əməllərindən direktorun məlumatı var. Belə bir səbəbdən də, dəfələrlə öz ərizəm əsasında işdən uzaqlaşmaq qərarına gəlmişdim. Elə ki, 2022-2023- cü tədris ili başladı, o halda Vüsalə Umudovanın olmazın təhqirlərinə, hədələrinə, mənə qarşı etdiyi rəftara və s. heç cür dözə bilmədim.
Qeyd edim ki, Şirvan şəhərində yaşadığımdan birinci saatlara gedib çata bilmirdim, eyni zamanda həftədə 8 saat biologiya dərsim olduğu üçün, rəhbərlikdən məni nəzərə almalarını xahiş etmişdim. Bildirim ki, müəllimlik fəaliyyətimə başladığım ilk ildə Vüsalə Umudova məndən 50(əlli) manat pul aldı və o, cədvəldə dərs saatlarımı iki günə yerləşdirdi. 2022- 2023-cü tədris ilində isə, direktor müavini öz rəfiqəsi, hansı ki, məktəbin texnologiya müəlliməsi Lamiyə Mikayıllıdan mənə xəbər çatdırdı ki, ona 50 manat pul verməyəcəyim təqdirdə, bu dəfə cədvəldə dərs saatlarımı 3-4 günə yerləşdirəcək. (Bütün bunları sübuta yetirmək üçün məndə kifayət qədər votsap yazışmaları var) Elə ki, günlər keçirdi, o halda Lamiyə Mikayıllı hər gün məndən pulu verib-verməyəcəyimi soruşurdu, hətta pulun verilməsinin vacib olduğunu da deyirdi. Qeyd edim ki, Lamiyə müəllimə ilə mən Şirvan şəhərindən məktəbə birlikdə gedirik. Bu müəllimənin 5 saat texnologiya dərsi bir günə, mənim 8 saat, hansı ki, hər biri 2 saatlıq dərs olduğu halda 3-4 günə salınacağı bildirilirdi. Həmin il rayonun Bulaqlı məktəbindən ikinci iş yeri olaraq əlavə saat hesabı dərs götürdüm. O halda Vüsalə Umudova məni yanına çağırdı və dərs cədvəlinin yenidən tərtib olunduğunu bəhanə edib, ayda ona 20 manat pul verməli olduğumu dedi. Mən də ona nə 50 manat, nə də ki, 20 manat verməyəcəyimi və bu haqda direktora müraciət edəcəyimi bildirdim. O halda Vüsalə Umudovanın sözü o oldu ki, “get kimə istəyirsən müraciət et. Dərs saatlarının yiyəsi mənəm, direktor kimdir?”. Belə olan halda məcbur olub direktorun qəbuluna keçdim. (Bildirim ki, həmin günə qədər Vüsalə Umudova nə mənim, nə də ki, digər müəllimlərin direktora sözümüzü deməyə imkan vermirdi və hər işi onun vasitəsilə görməyi tələb edirdi). Elə ki, direktor Ramin Əliyev baş verənlər haqda məlumatlı oldu, o halda o, mənə bərk əsəbləşdi və indiyə qədər niyə məlumat vermədiyimi, hansı səbəbdən problemləri ondan gizlətməyimi soruşdu. Qeyd edim ki, başqa bir müəllim də hansısa bir problemlə bağlı məsələni direktora çatdırmışdı. Həmin vaxt direktor müəllimləri iş otağına topladı və müavini Vüsalə Umudovanı ciddi şəkildə danladı, hətta ona ərizə yazıb işdən çıxmağı, etdiyi hərəkətlərə görə onu Əmək Məcəlləsinin müvafiq maddəsi ilə cəzalandıracağını da qeyd etdi. Daha sonra direktor mənə və bütün müəllimlərə belə bir işlərdən xəbərinin olmadığını bildirdi. Həmin vaxt Vüsalə Umudova bizim yanımızda direktora hirsli cavab verdi və o, “Məni məktəbə müavin siz təyin etməmisiniz və işdən də azad etməyə gücünüz çatmaz” dedi və qapını bərk vuraraq otaqdan çıxdı. Həmin vaxtdan bir növ “qara günlər”im başladı. Yəni, Vüsalə Umudova məni “xəbərçi” adlandırdı, müəllimlər arasında məni təhqir etməyə və alçaltmağa çalışdı. Direktor müavininə qarşı lazımi tədbirlərini görmək istədikdə isə, Sabirabad Təhsil sektorunun müdiri tərəfindən təzyiqlərə məruz qaldı. Hətta, bir dəfə sektor müdiri Pəhlivan Qarayevin özü məktəbə gəldi və heç bir müəllimi dinləmədən, məsələləri araşdırmadan Vüsalə Umudovanın mövqeyini müdafiə etdi. Direktoru bizim yanımızda, bizi isə Vüsalə Umudovanın yanında heçnə edərək çıxıb getdi. Sektor müdiri hər kəsə çatdırdı ki, direktor müavini onun adamıdır və həmin gündən də Vüsalə Umudova müəllimlərin hamısını, əsasən də məni aşağılamağa başladı. Hətta, bir dəfə müəllimlərin gözləri qarşısında o, mənə qarşı fiziki güc də göstərdi. Direktor ona, niyə belə edirsən deyən kimi, bu xanımın şantajı və verdiyi cavab üç cümlədən ibarət olur “Sən kimsən, müəllim kimdir? Əcəb edirəm. Pəhlivan müəllimə zəng edib deyəcəyəm! Pəhlivan müəllimə vaxtında 2500 dollar pul vermişik və o da, söz verib ki, mən nə qədər təhsil sahəsində çalışıram, sən də “zavuç” olaraq işləyəcəksən, 18 saat dərslə də təmin ediləcəksən”.
Hal-hazırda bütün müəllimlər Vüsalə Umudovanın şantaj əməllərindən və Pəhlivan müəllimdən çəkindikləri üçün, sanki sakit dayanmağa məcbur olublar. Vüsalə xanım lazım gəldikdə direktoru da şantaj etməyi bacarar. Hər kəs dəqiq bilirik ki, direktor müavini vəzifəsində çalışan bu xanım məktəbdə sosial məzuniyyət ştatına müvəqqəti işə götürülənə qədər, bir gün də olsa belə hansısa sahədə pedaqoji fəaliyyətlə məşğul olmayıb. Vüsalə Umudova MİQ-in imtahanlarında iştirak etməyib və ehtiyac olmadığı halda o, 2013-ci ildə müddətsiz müqavilə sənədi əsasında məktəbdə müəllim vəzifəsində saxlanılıb və qohumluq əlaqələrindən istifadə etməklə, direktor müavini vəzifəsinə təyinat almağı da bacarıb. Bu xanımın əmək kitabçası isə, Qalağayın kənd Əli Qurbanov adına tam orta məktəbin sabiq direktoru, hansı ki, həmin illərdə vəzifəsindən azad olunmuş Seyidəli Hadıyevin adından saxta yolla qaydaya salınır. Bunu sübut etmək üçün yetərincə faktlar var. Sadəcə olaraq hər kəs Vüsalə Umudovanın şantaj əməllərindən ehtiyat etdiyi üçün, bunu müəyyən mənada gizlətməyə məcbur olurlar. 06 oktyabr 2023-ci il tarixdə dərs saatlarım olmadığından, Birinci və İkinci Qarabağ müharibəsi iştirakçısı, qazi, hansı ki, tank komandiri vəzifəsində çalışmış, ruhi-əsəb problemləri olan, müharibə dövründə gözündən ağır xəsarətlər alan, onkoloji xəstəliyə düçar olduğundan Onkologiya Mərkəzində müalicə olunan xalamın həyat yoldaşına, həm də xalama baş çəkmək üçün, qeyd olunan mərkəzə getmişdim. Həmin gün direktor mənə zəng etdi və nəyə görə dərsdə olmadığımı soruşdu. O halda müəllim, bu gün dərs saatım yoxdur və özüm də Onkologiya Mərkəzindəyəm deyə cavab verdim. Az sonra direktor Ramin Əliyev mənə “Vüsalə Umudova təhsil sektoruna zəng edib və belə bir məlumat da verib ki, Zibeydə Qəfərova dərs saatları olduğu halda işə gəlmir” dedi. Qeyd edim ki, Vüsalə Umudova ikinci iş yerində işləyəcəyim təqdirdə, dərs cədvəlində mənə aid dərs saatlarını qaydaya salmayacağını demişdi. Elə ki, həmin gün direktor dərs saatlarımın olmadığını bildi, o halda o, “Heç bir problem yoxdur, məsələni özüm qaydaya salacağam” dedi. Həmin gün Onkologiya Mərkəzindən çıxdım və birbaşa saat 17:35 radələrində Sabirabad rayon təhsil sektorunun müdiri Pəhlivan Qarayevin qəbulunda oldum və hər şeyi ona olduğu kimi danışdım. Qəbulda olarkən Vüsalə Umudovanın dediklərini də, yəni “Sən kimsən, müəllim kimdir? Əcəb edirəm, təhsil idarəsinə zəng edirəm, yenə də zəng edib deyəcəm. Atam bu işə düzəlməyim üçün vaxtında 2500 dollar pul verib və Pəhlivan Qarayev də mənə söz verib ki, sən “zavuç” işləyəcəksən və 18 saat dərslə də təmin olunacaqsan” dedim. Bir sözlə, bütün bunları Pəhlivan müəllimin diqqətinə çatdırdım. Çünki, hər dəfə biz Vüsalə Umudovadan bu sözləri eşidirik. Qəbulda şifahi dediklərimi dedim, qalanlarını da yazılı formada rəhbərliyə təqdim etdim. Bütün bunlara baxmayaraq, bu günə kimi Vüsalə Umudova ilə bağlı heç bir araşdırma işləri aparılmayıb.

Hörmətli redaksiya!
Mən bu müraciətimi Sizə əlacsızlıqdan, baş verən olayların qarşılığında bir növ aciz qaldığımdan yazıb göndərmək qərarına gəldim. Çünki, 15 oktyabr 2023-cü il tarixdə Mil-Muğan Regional Təhsil İdarəsinə, şəxsən idarənin rəisi cənab Rəşad Musayevə şikayət məktubu ünvanlamışam və həmin vaxtdan 20 gün keçməsinə baxmayaraq, hələ də lazımi araşdırma işləri həyata keçirilməyib, əksinə mənə qarşı yeni təhdidlər, yeni şantajlar davam etməkdədir. Bir sözlə, direktor müavini Vüsalə Umudovaya yenidən mənə qarşı aqressiya nümayiş etdirmək, məktəbin direktorunu şantaj etmək imkanı yaradılıb. Faktdır ki, bu günə qədər Vüsalə Umudova ilə bağlı heç bir tədbir görülməyib, hansısa araşdırma işləri həyata keçirilməyib. Çünki, bu xanımın “daydayısı” çox güclüdür və o, bunu müəyyən yollarla bizim diqqətimizə də çatdırır. Amma, Vüsalə xanım hələ də onu dərk etmir ki, ölkəmizin rəhbəri var, ölkəmizin işlək dövlət qurumları və mükəmməl qanunları var!.
06 noyabr 2023-cü il tarixdə Vüsalə Umudova mənə yaxınlaşdı və o, Nazanı İbadova ilə birləşdiyini, yaxın vaxtlarda direktoru şantaj edib tələyə salacaqlarını, hətta videoya çəkəcəklərini də dedi. O, mənim də oxşar aqibəti yaşayacağımı nəzərimə çatdırdı və onu da vurğuladı ki, ya ərizəni yaz işdən özün çıx, ya da ki, qız uşağı olmağına baxmayaraq, səninlə bağlı biabırçı video-çəkilişlər həyata keçirib, birbaşa səni eloba, dost-tanış və s. arasında rüsvay edəcəyik. Vüsalə Umudova mənə “Həyat yoldaşım belə işləri çox ustalıqla yerinə yetirir. Çünki, onun arxa-dayağı mənəm və mənim qohumlarımdır” deməyi də unutmadı. Bu cür açıqlamalardan sonra həyatımın olduqca təhlükədə olduğunu hiss edirəm. Mən ölkə rəhbəri möhtərəm İlham Əliyev cənablarına olduqca inanıram. Faktdır ki, biz cənab Prezidentin əyilməz iradəsinin qarşılığında ərazi bütövlüyümüzə nail olduq. Mən qəti şəkildə inanıram ki, Sabirabad Rayon Balakənd kənd ümumi orta məktəbinin direktor müavini Vüsalə Umudovanın qol qoyduğu əməllərlə bağlı, həmçinin ona belə bir addımlarını atmağa şərait yaradan, fürsət verən vəzifə sahibləri ilə bağlı lazımi tədbirlərin görülməsi üçün, cənab Prezident aiddiyyatı dövlət qurumlarına lazımi tapşırıqlarını verəcək. Yazıda adı keçən hər kəsin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Mənbə: GundemXeber.Az
 
 
 

Ardını oxu...

Hələ sentyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satınalınması ilə bağlı keçirilmiş açıq tender ətrafında yaydığımız yazıda şübhəli məqamların olduğunu açıqlamış, daha ətraflı araşdırma apardıqdan sonra mövzuya bir daha qayıdacağımızı bildirmişdik. Sözügedən tender prosedurunun daha ətraflı araşdırılması üçün bir sıra aidiyyatı orqanlara, Prezident Adminstrasiyasına, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Respublika Hesablama Palatasına, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti və Baş prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də sorğu göndərmişdik.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satınalınması üzrə açıq tender müsabiqəsinə 03.07.2023-cü il tarixdə başlamış, 12.07.2023 -cü ildə yekun vuraraq fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızını qalib elan etmiş və onunla 2.531.250 manat məbləğində satınalma müqaviləsi bağladığını 23.08.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə açıqlamışdı.

Aktualinfo.org-un apardığı araşdırmalardan sonra məlum oldu ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2.531.250 manat məbləğində satınalma müqaviləsi bağladığı Ağaməmmədova Xanım Şamil qızı 1951-ci ildə anadan olub və hazırda 72 yaşı var. Dövlət Vergi Xidmətinin fiziki şəxslərin reytestr məlumatlarında fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızının hüquqi ünvanı ŞƏKİ RAYONU, ŞƏKİ ŞƏHƏRİ, S.RƏHMAN, ev 70, mənzil 49 göstərilir. Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında Ağaməmmədova Xanım Şamil qızının həqiqətən də göstərilən ünvanda pasport qeydiyyatında olduğu bildirilir.
Şəkidəki mənbələrimizdən əldə etdiyimiz məlumatlarda isə Xanım Ağaməmmədova ildə bir-iki dəfə sözügedən mənzildə olur, ya olmur. Xanım Ağaməmmədova hazırda Bakı şəhərində, 4-cü mikrorayonda yaşayır, Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində, “Lider”TV-nin yanında yerləşən böyük bir idarənin baş mühasibidir.
Həmin mənbədən əldə etdiyimiz ən son məlumatda Xanım Ağaməmmədovanın ayaqlarında ağrılar olduğundan çox yeriyə bilmədiyi bildirilir. Yəni 72 yaşlı xanım daim oturaq şəraitdə yaşayır. Belə olan halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tender Komissiyası və satınalmaların keçirilməsinə birbaşa cavabdeh olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Xanım Ağaməmmədovanın Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərində və Salyan, Qax, Ağsu, Ağdaş, Astara rayonlarında mənzillərin satın alınmasına necə razılıq verib? Yəni xanım oturaq şəraitdə yaşayırsa, rayonlar arasında bu qədər məsafələri necə qət edib, bu dövlət sifarişini yerinə yetirəcək?
Bu kimi suallara aydınlıq gətirilməsi və qanun çərçivəsində yoxlanılması barədə Baş prokurluğa ünvanladığımız müraciətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin aparat rəhbərinin müavini Allahverdi Paşayev cavab verib. Həmin cavabı olduğu kimi diqqətinizə çatdırırıq.

Sizin Respublika Baş Prokurorluğuna əlil olmuş şəxslər və şəhid ailələri üçün nəzərdə tutulmuş mənzillərin tikintisi üzrə satınalma ilə əlaqədar məktubunuza (3-21/1-17882/2023 nömrəli, 17.10.2023 tarixli) İqtisadiyyat Nazirliyində aidiyyəti üzrə baxılmışdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə bir sıra rayonlarda 1, 2 və 3 otaqlı mənzillərin satınalınması ilə bağlı keçirdiyi açıq tenderin nəticəsinə dair yekun protokolda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hər hansı qanun pozuntusu aşkar edilməmişdir.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər. Bildiririk ki, bu qanunda dövlət satınalmalarında iştirakla bağlı yaş həddi nəzərdə tutulmamışdır.
İqtisadiyyat Nazirliyinin aparat rəhbərinin müavini Allahverdi Paşayevin diqqətinə çatdırmaq istərdik ki, dövlət satınalmalarında iştirakla bağlı yaş həddinin nəzərdə tutulmadığını biz də bilirik. Amma burda sual doğuracaq daha bir məqam var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilmiş Açıq Tenderin satınalma metodu kimi 3,0 milyon ABŞ dollarının manat ekvivalentindən çox olduğu göstərilir.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-1.1.-ci maddəsinə görə: Satınalma predmetinin ehtimal olunan qiyməti 3,0 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirir.

Növbəti maddədə isə göstərilir ki: 50-1.2. Bu Qanunun 11.1-ci maddəsində nəzərdə tutulan hallar səbəbindən tender baş tutmamış hesab edildikdə, bu Qanunun 50-1.1-ci maddəsində nəzərdə tutulan satınalma predmeti üzrə satınalan təşkilat digər sahibkarlıq subyektlərinin də iştirakını nəzərdə tutan tender keçirə bilər. Satınalan təşkilatın bu barədə qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmalıdır.

Sözügedən qanunun 11.1.-ci maddəsi isə tələb edir ki: Tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.

Göründüyü kimi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu fiziki şəxslərin ehtimal olunan qiyməti 3,0 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satınalmasında iştirakına yol vermir. Bəs İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi buna necə yol verib?

İqtisadiyyat Nazirliyinin aparat rəhbərinin müavini Allahverdi Paşayevin diqqətinə çatdırmaq istərdik ki, bəli, qanun fiziki şəxslərin də tenderdə iştirakına icazə verir. Amma bunun üçün fiziki şəxslərdən bank hesabı tələb olunur ki, bu hesabda tenderdə təklif ediləcək məbləğin ən azı 50 faizi olmalıdır. Bu tenderdə risklərin qarşısını almaq üçündür. Göründüyü kimi, fiziki şəxs Ağaməmmədova Xanım Şamil qızı tenderə 2.531.250 manat təklif edərək qalib olub. Burada sual yaranır bir fiziki şəxs olaraq 72 yaşlı xanımın bank hesabında ən azı 1 milyon manat varmı? Varsa, ömrü boyu mühasib işləmiş bu xanım bu 1 milyon manatı necə qazanıb? Həm də son bir il ərzində.

Dövlət Vergi Xidmətinin məlumatlarında Ağaməmmədova Xanım Şamil qızının fiziki şəxs kimi dövlət qeydiyatına durduğu tarix 31-01-2022-ci il göstərilir. Buna qədər Ağaməmmədova Xanım Şamil qızı fiziki şəxs olaraq heç bir tenderdə iştirak etməyib. Yəni, Xanım Ağaməmmədovanın analoji işdə heç bir təcrübəsi olmayıb. Bəs heç bir təcrübəsi olmayan bir fiziki şəxsə dəyəri 3,0 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan Açıq tenderdə iştirakına necə yol verilib? Bu isə qnunun daha bir maddəsinin pozulması demək deyilmi?
Göründüyü kimi cavabsız suallar və şübhəli məqamlar çoxdu. Amma bir cavab var ki, o da Ağaməmmədova Xanım Şamil qızının bu tenderdə qalib gəlməsinin formal olduğudur. Ötən yazılarımızda da qeyd etmişdik və bir daha xatırlatmaq istərdik ki, məlumatlı mənbənin sözlərinə görə əvvəllər Xanım Ağaməmmədovanın adına bir neçə MMC olub. Həmin MMC-lər vasitəsi ilə o, həm Şəki rayon İcra Hakimiyyətinin, həm də bir sıra dövlət qurumlarının həyata keçirdiyi dırnaqarası layıhələdə dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılması işlərinə baxıb. Mənbəmizin verdiyi məlumatda Xanım Ağaməmmədovanın hazırda oturaq həyat tərzi keçirir. Yəni ayaqlarında olan ciddi problemlərə görə çox yeriyə bilmir. Demək olar xəstə həytı yaşayan Xanım Ağaməmmədovanın işini kimsə başqası görür. Ortada başqa bir subpodratçı da var. O da çox gümün ki, “Azəraqrartikinti” ASC -nin və “Kristal Abşeron” MTK-nın sahibi olan deputat Ağalar Vəliyev, yaxud da ona yaxın olan bir şəxsdir. Xanım Ağaməmmədovanın vaxtılə “Azəraqrartikinti” ASC -nin mühasibatlığında çalışdığı bunları deməyə əsas verir./Aktualinfo.org/

 
 
 

Ardını oxu...
Yardımlı meşələrinin vəhşicəsinə kütləvi şəkildə məhv edilməsi barədə xəbər vermişdik. Bildirmişdik ki, 1 saylı meşəbəyliyin 2A saylı dolayında yüzlərlə cavan ağac qanunsuz şəkildə meşə təsərrüfatı mərkəzinin işçiləri tərəfindən kəsilərək satılıb.

Ləzir kənd sakinlərinin AzToday.az-a verdiyi məlumata görə, meşələrin məhv edilməsi ilə bağlı xəbər yayılandan sonra regional ekologiya idarələrinin əməkdaşları meşəni yoxlamağa başlayıb. Dünən başlayan yoxlamalar 60 civarında iri diametrli ağacın kəsildiyi müəyyən olunub. Həmin ağacların hamısının işlik material kimi satıldığına şübhə olmayıb. Sağlam və iri ağacların materialları UAZ markalı avtomobillərlə Masallıdakı mebel sexlərinə daşınıb.

Sakinlər bildirir ki, meşələr yerli ekologiya idarəsinin əməkdaşlarının iştirakı ilə məhv edilib.

Şahlar Quliyev adlı sakin isə AzToday.az-a açıqlamasında Ləzir meşələrinin məhv edilməsinin arxasında 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibov və direktor müavini Rahib Ağayevin dayandığını deyib: “Meşələr kütləvi şəkildə məhv edilir. Böyük bir sahədə ağaclar vəhşicəsinə qırılır. Hamısının arxasında 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi dayanır. Əks təqdirdə kimsə, meşədən bir ağac belə kəsə bilməz. Təsəvvür edin, meşəbəyi işlədiyi zaman yol verdiyi nöqsanlara görə məhkəmə qərarı ilə işdən çıxarılmış Məhəmməd Adiyev Nəsimi Nəsibov yenidən başqa ad altında işə götürülüb. Hansı ki, o, Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxarılmış Məhəmməd Adiyevin yenidən işə götürülməsi tam qanunsuzdur. İndi həmin Adiyevi Nəsimi Nəsibov Ləzir meşələrinə gözətçi təyin etmək üzrədir. Son meşə qırıntılarını da Məhəmməd Adiyev təşkil edib. Təbii ki, Nəsimi Nəsibovun bundan xəbəri var və yığılan pullar piramida şəklində rəhbər şəxslərə çatdırılıb”.

Şahlar Quliyevin fikrincə Ləzir meşələrinin hər bir qarışı yoxlanılmalıdır: “Bildiyim qədər son 1 həftədə 300-dən çox ağac məhv edilib. Onların da əksəriyyəti işlik material üçün kəsilib. Dünən kiçik bir ərazidə yoxlama aparılıb. Ümid edirəm yoxlama bütün qırıntıları əhatə edəcək. Nazir Muxtar Babayevdən xahiş edirəm ki, yoxlamaları yerli ekologiya idarələri deyil, nazirlikdən gələn əməkdaşlarla hüquq-mühafizə orqanları aparsın. Onda Nəsimi Nəsibov və müavini Rahib Ağayevin kiçik bir dolayda etdirdiyi ekoloji cinayətin üstü açılacaq”.

Sakinlər meşələrin kütləvi şəkildə məhv edilməsi fonunda ətraf kəndlərdə ekoloji fəsadların yarana biləcəyindən narahatdırlar.

Baş vermiş ekoloji cinayət faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti hələlik heç bir açıqlama verməyib. Nazirliyin mətbuat katibi İradə İbrahimovaya dünən müraciət eləsək də, açıqlama verməkdən imtina etdi. Görünür, Ləzir meşələrinin kütləvi məhvinin yaratdığı şok effektindən nazirliyin rəhbərliyi hələ ayılmayıb…



Mənbə: AzToday.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
Penitersiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Səmədov Əli Azər oğlunun qardaşı, Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini, 1-ci qrup hərbi əlil Səmədov Məhəmmədəli Azər oğlu tərəfindən ölkə rəhbərliyin müraciət ünvanlanıb. Müraciətdə deyilir:

"Bildirmək istəyirəm ki, qardaşım 1996-cı il təvəllüdlü Səmədov Əli Azər oğlu Ədliyyə Nazirliyi Penitersiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsindədir. O, irsi xəstəlik səbəbilə 1-ci qrup əlildir. Xəstəliyi ilə əlaqədar müayinə və müalicə olunmalıdır. Lakin, Müalicə Müəssisəsinin rəis müavini Elxan İsgəndərov onun oraya köçürülməsin (etab) mane olur. Çünki, bundan öncə qardaşım Əli yuxarı instansiyalara yazılı ərizələrlə, kütləvi informasiya vasitələri üzərindən Elxan İsgəndərovun Müalicə Müəssisəsində qanunsuz əməllərlə məşğul olduğuna dair şikayətlər ünvanlamışdı. Elə ona görə də xəstə qardaşımla ədavət aparılır. Dəfələrlə Penitersiar Xidmətin qaynar xətt nömrəsinə zəng etmişəm, elektron məktublar göndərmişəm. Hətta vəzifəli şəxslərin qəbulunda da olmuşuq. Hamısı müxtəlif bəhanələr gətirir. Təəssüflər olsun ki, haqlı şikayətim Penitersiar Xidmətin rəisi Mirsaleh Seyidovdan gizlədilir, məsuliyyətsizlik edirlər, telefon zənglərim və məktublarım barədə Ona məlumat verilmir Hesab edirəm ki, cənab rəis böyük kadr dəyişikliyi aparmalıdır.
Xəstə və çarəsiz qardaşım Əli isə ağrılar içərisində qıvrıla-qıvrıla qalıb. O, təcili olaraq Müalicə Müəssisəsinə köçürülməli, oradan da mülki xəstəxanalarda müayinə olunmalıdır. Əks halda vəziyyəti daha da pisləşəcəkdir.
Mən mətbuat vasitəsilə ölkə başçısı cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan və Penitersiar Xidmətin rəisi cənab Mirsaleh Seyidovdan xahiş edirəm, qardaşım Əlinin Müalicə Müəssisəsinə köçürülməsinə, oradan da mülki xəstəxanalarda müayinə olunmasına köməklik göstərəsiniz. Öncədən təşəkkürlərimi bildirirəm".

Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 

Azərbaycanda məmurların əksəriyyətinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək böyük biznesə, var-dövlətə sahiblənməsi artıq adi hala çevrilib. Belə məmurlardan biri də Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini İntiqam Cümşüdovdur.

AzFakt.com-a daxil olan məlumata görə İntiqam Cümşüdov Xətai rayonunda “Oliqarx” ləqəbi ilə tanınır. İntiqam Cümşüdovun Xətai rayon Gəncə prospektində çoxsaylı obyektlərinin olduğu bildirilir. Aylıq əmək haqqısı 1000-1500 manat arasında dəyişən kiçik bir məmurun milyonlarla manat qiyməti olan obyektlərə necə və hansı pullarla sahib olması maraqlıdır.

Əldə etdiyimiz digər məlumatda isə bildirilir ki, Xətai rayonunda obyekt, ev və sair tikililərin icra hakimiyyətindən “icazə” alınması məsələlərinə də İntiqam Cümşüdov baxır.

 

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Qarşı tərəf mövqe bildirə bilər.

Ardını oxu...
Beyləqan rayon xəstəxanasının kadrlar şöbəsinin xanım (əgər ona xanım demək caizdirsə) müdirəsi Mətanət Qarayevanın fəaliyyətini (fəaliyyətsizliyini) tənqid etdikdən (ictimailəşdirdikdə) sonra Mətanət Qarayeva "cin atını minib". Ağzını açıb ünvanıma öz əxlaq və tərbiyəsinə uyğun formada təhqirlər yağdırmağa. Nədi-nədi yazmışıq ki, Mətanət Qarayeva Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor Bayram doktorla "him-cim" edir. Məhz bu "him-cim" məsələsi yazını oxuyan hər kəsdə başqa bir təəssürat yaradır. Hər kəs bunu başqa yerə yozur. Bu üzdən də Mətanət Qarayeva çox əsəb keçirib. Hətta nə billah edibsə, onu Bayram doktor da sakitləşdirə və başa sala bilməyib ki, məsələ sən fikirləşdiyin kimi mürəkkəb deyil. Qara fikirləri at başından. Yazı müəllifi him-cim deyərkən heç də yuxarı pərdəyə toxanmayıb. O, işlə bağlı him-cimləşmələri nəzərdə tutur. Ancaq nə faydası, Mətanət Qarayeva öz qara fikirlərindən VAZ keçməyib. Nədənsə beyninə başqa şeyləri salıb. Ona görə də mənə belə bir mesaj göndətib ki, "ağılı öz ətrafındakılara getməsin, məni onlarla qarışdırmasın, mən əxlaqlı qadınam və sair".
Bax indi durum məndə deyim ki, soğan yeməmisənsə için niyə göynəyir, ay Mətiş? Sənə əxlaqsız deyənmi oldu, yoxsa sənin hansısa qadınla müqayisə edənmi...? Niyə öz özünə xoflanırsan axı? Nədən narahatsan?
Rast ki, mənə belə bir mesaj göndərmisənsə, onda icazə ver məndə bir iki cift laf edim:
- Əvalla mən səni özünündə dediyin kimi ətrafımda olan qadınlarla eyniləşdirə, səni onlara tay-bərabər tuta bilmərəm. Heç səni onların əlinə su tökməyə belə yarasdırmaram. Razı olmaram ki, sən o çirkli əllərinlə onların əlinə su tökəsən.
Digər tərəfdən, mənim ətrafımda heç vaxt məşuqələrim, sevgililərim olmayıb. Nədə ki, onlar kimlərinsə məşuqələri ya sevgililəri olmayıblar və deyirlər də. Sən ətrafımdakıları mənə məşuqə ya sevgili zənn etmə. Onlar əxlaqlı, tərbiyəli qadınlardır.
Onlara çamur atma. Atarsan, inan, o çamur sənin öz əl-üzünü bulaşdıracaq.
Sənə son sözüm: Birdə mənə mesajlar göndərib ətrafımdakıların əxlaqına, tərbiyəsinə dil uzatmış olarsansa əmin ol ki, alacağın cavab sərt olacaq. Və məni başqa mətləblərə toxanmağa məcbur qoyacaqsan. Güvəndiyin şəxslər belə səni xilas edə bilməyəcək. Hələ ki, çox məsələlərə üstü örtülü toxanıram. Yəqin ki, nə demək istədiyimi anladın.
Mehemmedoglu Ramin
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
 
Ardını oxu...
Niyə Təcili Yardım maşınlarında ünvana çatan zaman poterlər (sanitarlar) olmur? Biz adətən TƏBİB-in təcili yardım maşınlarının 2 ən yaxşı halda 3, ( bir sürücü, bir həkim və bir tibb bacısı) olduğunu görürük? Əslində isə onlar 4 nəfər olmalıdır. Bakı şəhəri üzrə 1200 porter ştatı üzrə yalnız 300 nəfər işə çıxır. Qalanları isə "ölü canlardır". Həmin ölü canların aylıq əmək haqqı isə 925 manatdır. Kartlar kimdədir?
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” , Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının rəisi Yaqub Məmmədovun bağ evinin darvazasının quraşdırılma barkotu 49 min manatdır. Amma Təcili Yardım maşınlarının sürücüləri 44 günlük ikinci Vətən Müharibəsində hansı iztirablar yaşayıb kimsə fərqində deyil. Sabah çalışacam Yaqub Məmmədova suallar ünvanlayıb.
O qədər illginc iddialar var ki, sadəcə şoka düşdüm. Şikayətçi olan, ayda 600 manat əmək haqqı alan adamı Universitetdə təhsil alan övladı ilə də təhdid ediblər.
44 günlük savaşda sürücü kimi təcili yardım maşını sürüb həyatını riskə atanlara "getməzdiniz" deyiblər,
İnanılmaz faktlardır. Siz bəzən səhiyyədəki problemlərə görə həkimləri (haqlı olaraq) ittiham edirsiniz. Amma düşünün ki, həkimlər bir yana Bakı şəhəri üzrə Təcili Yardım maşınlarının qarajının rəhbərinin Metronun Elmlər Akademiyası stansiyası yaxınlığında nə qədər dqkanı var. Hamısını bir-br təqdim edəcəyik.
Razi Abasbəyli. İqtisadçı ekspert
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
 
Bakı məktəbində direktorun doğum günü ilə bağlı pul yığıldığı iddia olunur.

Söhbət Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbdən gedir.

Bu barədə Bizim.Media-ya Türkan qəsəbə sakini, “Yeni baxış ictimai nəzarət” təşkilatının mətbuat katibi Vüqar Əmirov məlumat verib.

Bildirdiyinə görə, məktəbin direktoru Kəmalə Babayevanın noyabrın 24-də doğum günü ilə bağlı müəllim heyəti və şagirdlər arasında pul yığılır:

“Ayın 24-ü direktorun ad günüdür. İbtidai siniflərdə hər şagirddən 2 manat, yuxarı siniflərdən 3-5 manat, hansısa məbləğdə isə müəllimlərdən pul yığılır”.

Məsələ ilə bağlı 262 saylı orta məktəblə əlaqə yaratdıq. Direktor Kəmalə Babayeva Bizim.Media-ya açıqlamasında məsələdən yeni xəbərdar olduğunu bildirib:

“Bunu sizdən eşidirəm. Zəhmət olmasa, Bakı şəhər Təhsil İdarəsi ilə əlaqə yaradın”.

Direktor doğum gününün noyabrın 24-də olub-olmaması sualımızı isə nə təsdiq, nə də inkar edib.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən sorğumuza cavab olaraq, məsələnin araşdırılacağı bildirilib.

Mövzunu diqqətdə saxlayacağıq...
 
Ardını oxu...
Bir neçə ay əvvəl TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov tərəfindən Beyləqan rayon xəstəxanasına direktor təyin edilən Bayram Muradovdan narazılıq var. Onun bu işi bacarmadığı bildirilir.
RealMedia.az xəbər verir ki, etimad doğrulda bilməyən yeni direktor xəstəxananın İnsan Resursları Şöbəsinin müdiri (kadr şobəsi) Mətanət Qarayevayla him-cimləşərək Beyləqan rayon xəstəxanasının köhnə direktoru, hazırda Bakı Şəhər 3 saylı Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsində çalışan Nurəngiz Bəşirovaya qarşı narazı elektorat yaratmaqla, ona “savaş” açıblar.
Belə ki, Bayram Muradov və Mətanət Qarayeva Nurəngiz Bəşirovanın Beyləqan xəstəxanasına rəhbərlik etdiyi dönəmdə işə qəbul etdiyi işçilərin qanunsuz götürüldüklərini idda edərək, onları kütləvi şəkildə işdən azad edirlər. Bu üzdən də bir neçə işçilərin əmək müqavilələrinə xitam verilib. Bir neçəsinə də verilmək üzrədir.
Bildirilir ki, Nurəngiz Bəşirovanın dövründə xəstəxanaya işə götürülən işçilərin işdən çıxarılmasında daha çox maraqlı qüvvə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının İnsan Resursları Şöbəsinin müdiri Mətanət Qarayevadır. Bayram Muradov xəstəxananın direktoru olmasına baxmayaraq, bütün işləri Mətanət Qarayeva sürdürür. Buna səbəb isə direktrorun səriştəsizliyi, idarəçilik bacarıqsızlığı, qanunları bilməməsi, sahib olduğu posta uyğun olaraq savadının olmaması, əsasən də iş gününün daha çox vaxtını yeyib-içmək məclislərində, eyiş-iştərdə keçirməsidir. Bu fürsəti fövtə verməyən, Mətanət Qarayeva, necə deyərlər, hoppanıb çıxıb direktorun başına. Yəni, “Mətanət bacı” nə deyirsə, Bayram doktorda ona boyun əyir. O da bildirilir ki, Mətanət Qarayeva daha çox öz kabinetində tapılmır. Onun qapısını döyənlər vurğulayırlar ki, Mətanət xanım daha çox direktorun otağında olur və onunla “him-cimləşirlər”. Tanıyan bilənlərdə yaxşı bilirlər ki, heç Bayram doktor da az aşın duzu, “him-cim”dən geri qalan adam deyil. Adətən o özünü sakit aparsa da, gercəkdə göründüyü kimi deyil. Əsil “him-cim” adamıdır. Yeri gəlmişkən deyim ki, bu “himlə-cim” məsələsini pis yerə yozmayın. İş baxımından deyirəm.
Çünki N. Bəşirovanın dövründə də Mətanət Qarayeva xəstəxananın İnsan Resursları Şöbəsinin müdiri vəzifəsindən çalışıb. Kimləri necə və hansı yolla götürüblərsə də onları yaxşı bilir. İşə götürülən işçilərin əmrləşmə prosesini də məhz o həyata keçirib. Bu üzdən də o, həmin dövrdə Nurəngiz Bəşirova tərəfindən işə götürülən işçilərin əksəriyyətinin qeyri-qanuni olaraq götürüldüyünü, əksəriyyətinin 3-6 aylıq kurs bitirdiklərini, ixtisasları üzrə uyğun işə götürülmədiklərini əsas gətirərək onların əmək müqaviləsinə xitam verir.
Qeyd edək ki, Beyləqan xəstəxanasında xadiməçi qeydiyyatçı, qeydiyyatçını xadiməçi, tibb bacısı yerində işlədilir. Hətta şəxsən tanıığımız kişi cinsli şəxslər var ki, onların adları xəstəxananın ştat cədvəlində xadiməçi kimi əmrləşdirərək özləri başqa sahələrdə çalışırlar. Hətta həmin şəxslər tabelə imza edib gedirlər. Elələri var ki, on gün irəliyə belə tabelə imza etmələ günlərlə işə gəlmirlər.

Əlbəttə ki, bütün bu qanunsuzluqlara rəvac verən Mətanət Qarayeva və Bayram Muradovdur. İndi bu iki cütlük deyirlər ki, Nurəngiz Bəşirova işə götürdüklərini qanunsuz götürüb. Deyək ki, siz deyəndir. N. Bəşirova belə bir qanunsuzluq edib. Bəs yaxşı, siz niyə buna imza atmısınız? Axı siz həmin vaxtda kadr işləri üzrə şöbə müdiri vəzifəsində çalışırdınız. Bunların cinayət olduğunu bilə-bilə siz niyə bu cinayəti dəstəkləmisiniz? Yoxsa ki, elə başa düşürsünüz ki, N. Bəşirova getdi, siz hər şeyi onun üzərinə ata bilərsiniz? Əgər belə düşünürsünüzsə yanılırsınız. Əgər doğurdanda siz iddia etdiyiniz kimi Nurəngiz Bəşirovanın dövründə işə götürülən işçiləri qanunsuz və yaxud dolayı yolla götürməklə cinayət törədibsə, onda bu cinayətə sizdə ortaqsınız, biləsiniz. Yəni sabah Baş prokurorluq tərəfindən kadr işləri yoxlanılarsa, əmin olun ki, sizi daha ağır cəza gözləyir. Bu məqamda isə sizi heç bir qüvvə qoruya bilməyəcək. Nə qədər gec deyilsə, özünüzə gəlin və hoqqabazlığınızı qutarın.
Məlumata görə, işdən çıxarılan işçilərin bəziləri Nurəngiz Bəşirovanın Beyləqandakı evinə də gediblər.
Bu arada onu da qeyd edək ki, Bayram Muradovun Beyləqan rayon xəstəxanasına direktor təyin edilməsini TƏBİB -in icraçı direktoru Vüqar Qurbanova Nurəngiz Bəşirova tuşudub. Yəni Bayram Muradovu vəzifəyə gətirən N. Bəşirova olub. Ancaq Bayram Muradov isə nədənsə ona olunan bu yaxşılığı tez unudub.
Mövzuya qayıdacağıq.
RealMedia.az
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
 

Dünyapress TV

Xəbər lenti