Ardını oxu...
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin nazir postundan kənarlaşdırılacağına dair xəbərlər onun yerinə göz dikən şəxsləri hərəkətə gətirib.

Qeyd edək ki, Emin Əmrullayevin vəzifəsini itirəcəyinə dair xəbəri Gununsesi.info yayıb.

Həmin xəbərdə bildirilir ki, E.Əmrullayevin mühüm postdan uzaqlaşdırılması təhsil sektorundakı mövcud vəziyyətlə bağlıdır. “Elm və təhsil sektoru büdcədən ən böyük vəsait alan istiqamətlərdən biri olsa da, effektiv nəticələr yoxdur. Orta təhsil yenə repetitorluğun ümidinə qalıb, məktəb direktorlarının təyinatındakı subyektiv amillər, mediaya sızan korrupsiya qalmaqalları, habelə ali təhsil sistemində göz dəyən uğurların olmaması ölkə rəhbərliyinin müəyyənləşdirdiyi siyasətin icra olunmnadığını ortaya çıxarıb.
Ardını oxu...
Gununsesi.info nazir postuna iddiasını ortaya qoyan iki şəxsin kimliyini öyrənib.

Bunlardan biri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov, digəri isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahid Seyidzadədir.

Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, ölkənin iqtisadiyyat naziri Mikayıl Cabbarovun kadrı olan hər iki şəxs elm və təhsil naziri olmaq üçün ciddi səylərə başlayıb.

Qeyd edək ki, Emin Əmrullayev parlamentin son iclasında da deputatların tənqid hədəfində olub.

Mənbə: Gununsesi.info
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır.
 

Ardını oxu...
...Təbii ki, bu yazının başlığı tənqidi ruhu aşılasa da, məqsədimiz İsmayıllıda baş verən və tarixi bağlantılarımızın, mədəniyyət abidələrimizin məhv edilməsinin qarşısının alınmasına çağırış etmək, məsul dövlət qurumlarına SOS siqnalı verməkdir...

Beləliklə, İsmayıllıdan "Təzadlar"a daxil olan növbəti şikayət yenə də şəxsi məqsəd və niyyətdən uzaqdır, Azərbaycanın tarixinə və mədəni irsinə düşmən kəsilənlərə qarşı mübarizə məqsədlidir! Axı zaman- zaman görürük ki, əlinə fürsət düşən kimi tarixi düşmənimiz ermənilər Azərbaycana məxsus tarixi irsi saxtalaşdırıb öz adına çıxır... Bizim isə, üzü qara olmuş bəziləri, məqsədli şəkildə tarixi irsimizi, mədəniyyət abidələrimizi məhv edirlər. Bunun qarşısı alınmalı, günahkarlar cəzalandırılmalıdır...

XXX
Ardını oxu...

Daxil olan şikayətlə bağlı "Təzadlar"ın əməkdaşları tariximizin nişanələrini dağıdanların izi ilə istirahət günlərində İsmayıllıda oldular... Bu barədə geniş reportaj veriləcək, eləcə də baş verənlərə İsmayıllının nüfuzlu ziyalılarının mövqeyi öyrəniləcək, fakta münasibətləri ortaya qoyulacaq. Lakin necə ola bilər ki, Azərbaycan MEA- nın, Mədəniyyət Nazirliyinin tarixi abidələrimizə cavabdeh olan yerli qurumlarının başı üzərindən bəzi nadan düşüncəli qızılaxtaranlar tariximizin bir parçası olan mədəni irs nümunələrimizi məhv edirlər? Bu necə ola bilər axı?!

Təqdim etdiyimiz fotoşəkilləri İsmayıllı rayonunun Lahıc qəsəbəsi yaxınlığında olan tarixi abidələrin ətrafından qeydə almışıq. Məlum olur ki, əraziləri nəzarətsiz görən qızılaxtaranlar tərəfindən bu abidələr darmadağın edilib... Bu yaxınlarda isə analoji hal rayonun Sulut, Gəndob və bəzi digər kəndləri ərazisində də baş verib.

Bir daha sözümüz AMEA Prezidenti cənab İsa Həbibbəyliyə və mədəniyyət naziri cənab Adil Kərimliyədir: çox hörmətli nazir, hörmətli AMEA Prezidenti, biz jurnalistlər ərazidə olanda bir daha gördük ki, aidiyyəti qrumlar, o cümlədən İsmayıllının yerli qrumları və bu sahəyə məsul şəxslər bütün bunlardan məlumatlı və xəbərdardırlar. Lakin bunları bilə-bilə niyə səslərini çıxarmırlar? Bilmirik, bəlkə heç bu tarixi abidə və mədəni irs nümunələrimizdın xəbərləri yoxdur!? Əgər belədirsə, onda daha pis!
Ardını oxu...


Xahişimiz budur ki, təcili tədbirlər görülsün. Eləcə də Mədəniyyət Nazirliyinin, AMEA- nın Tarix İnstitutunun, həmçinin Ağrxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərləri niyə susurlar? Onlarda bu abidələr barədə doğrudanmı məlumat yoxdur? Yoxdursa, ünvanını və son halını nişan verdik... Xilas etmək, dağıntıların qarşısını almaq, günahkarları, yəni o "goreşən" qızılaxtaranları tapıb cəzalandırmaq isə cavabdeh Dövlət qurumlarının vəzifəsidir...

"Təzadlar"
Ardını oxu...

P.S.Daha ətraflı yazı olacaq... İsmayıllının icra başçısı Nahid Bağırovun da məsələyə operativ reaksiyasını gözləyirik...

Ardını oxu...
Hadisələr vaqeə olur Bakı şəhər Təhsil İdarəsində. Bakı şəhər Təhsil Bazarı da demək olar. Rəhmətlik sənətkar Teymur əmi demişkən, qəti qorxusu yoxdur.

İl 2018. Təbəri sağ olsaydı, bu qara və rüsvayçı tarixi qara hərflərlə Azərbaycan təhsil tarixi adına həkk edərdi. Həqiqətən də təhsilin üzqarası deyiləcək bir epizoddur. Bir qədər sonra sizə təqdim edəcəyimiz bir fraqment kifayət edəcək ki, Bakı şəhər Təhsil İdarəsində hansı utanverici və çirkin oyunlar getdiyi aydın olsun. Beləliklə, teatr səhnəsinin pərdələri açılır və səhnəyə baş rolların ifaçıları çıxır: tanış olun - Bakı şəhər Təhsil tragikomediya teatrında əsas oyunçuları - Rəşad Tağıyev, Səbinə Səfərova, Bakir Məmmədov, Sərxan Rzayev, epizodik rolda Samir və digərləri...
Deyə bilərsiniz ki, bütün bu təqdimat nəyin ifadəsidir. O zaman sualınıza Rubrika.Az-ın redaksiyasına müraciət ünvanlamış əməkdar müəllim Bəkir Mustafayev detallı şəkildə aydınlıq gətirəcək. Əməkdar müəllim elm və təhsil naziri Emin Əmrullayevə başına gələnləri açıqlayıb və saytımız vasitəsi ilə ondan kömək istəyib. B.Mustafayev geniş müraciətinə direktor olduğu vaxtdan başlayıb. Və ilk növbədə xüsusi ilə qeyd edib ki, 20 il direktoru olduğu liseyin şagirdləri arasında bu gün yüksək vəzifələr tutanlar var. B.Mustafayev bildirib ki, 35 il pedaqoji stajı olan, H.Mahmudbəyov adına 2 N-li texniki-humanitar liseydə müəllim və həmin liseyin 20 il direktoru vəzifəsində çalışmış bir əməkdar müəllimdir. Onun sözlərinə görə, bu liseydə vaxtilə iqtisadiyyat naziri Mikayıl Cabbarov və onun yaxın qohumu ,İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov təhsil alıblar. Bunu fəxrlə deyən Mustafayev təhsil nazirindən, eləcə də iqtisadiyyat naziri M.Cabbarovdan və İTV rəhbəri B.Qasımovdan indi açıqlayacağı faktlara diqqət və həssaslıq göstərmələrini xahiş edir.
O inanır ki, həm nazirlər, həm İTV rəhbəri bu müraciətə laqeyd qalmayacaqlar, problemi dərindən öyrənəcəklər. Çünki həm onların oxuduğu liseydən, həm bir direktora və onların müəlliminə edilmiş haqsızlıqdan, həm də ölkə təhsilində hansı iyrəncliklərin olmasından söhbət gedir. M.Cabbarov da bir müddət təhsil naziri olub və bu gün E.Əmirullayev qədər onu da təhsilin vəziyyəti, eləcə də onun oxuduğu liseyin direktoruna , müəlliminə hansı ədalətsizlik edildiyi maraqlandırmalıdır.
B.Mustafayev qeyd edib ki, 20 illik direktorluğu dövründə lisey BŞTİ-nin tabeliyində olan 330-dan çox orta ümumtəhsil məktəb və liseylər arasında həmişə nəticə qazanmış təhsil müəssisəsi sırasında olub. 2000 -2020-ci illərdə liseyin fənn olimpiadalarında, qəbul imtahanlarında 600-dən çox bal toplayan məzunların sayında, lisey məzunlarının qəbulda orta bal göstəricisinin yuxarı olmasını izləmək mümkündür. Mustafayev qeyd edir ki, dəfələrlə nazirlik və Təhsil İdarəsi tərəfindən təltif edilib.
2018-ci il 12 sentyabrında isə əsaslı təmirdən sonra Prezident İlham Əliyev liseyin qonağı olub və direktor vəzifəsində olan B.Mustafayev 22 dəqiqə liseyin qazandığı uğurlardan söz açıb. Prezident bu nəticələrlə tanış olduqda liseyin zəfərlərini təqdir edib.
B.Mustafayev nazirə müraciətində qeyd edib ki, BŞTİ-də korrupsiya və qanunsuz hallarla qarşılaşıb: "Söhbət 2019/2020 tədris ilinin əvvəlindən gedir. Belə ki, müddətli əmək müqaviləsi ilə çalışan direktor müavinlərindən müqavilənin 1 il artırılması üçün rüşvət tələb olunur. Bundan başqa, 65 yaş həddini keçmiş müəllimlərdən müqaviləni 1 il artırılması üçün də rüşvət istənilir. Məktəb direktorları dəvət edilərək aylıq pul tələb olunur. Qarşılaşdığım bu riyakarlıq faktlarına etirazıma görə Bakı şəhər Təhsil İdarəsi mənə qarşı “torbatikmə” əməliyyatı həyata keçirdi".
Nazirə müraciətdə vurğulanıb ki, BŞTİ-nin İnsan Resusları sektorunun əməkdaşı Səbinə Səfərova məktəb direktorlarını idarəyə çağıraraq, onlardan hər ay 500 manat vermələrini qanunsuz və əsassız şəkildə tələb edir. Səbinə Səfərova idarə rəhbəri Rəşad Tağıyevin xalası qızıdır. Yəni işi onun əli ilə gördüyünü söyləmək olar. Mən əvvəlcə inanmadım ki, təhsildə bu cür rəzalət baş verə bilər. Amma növbə mənə də çatdı və liseyin direktoru olaraq idarəyə dəvət edildim. Pul istənilməsi faktının doğruluğunu təsdiqi etmək üçün əvvəlcədən maaşımdan 500 manat ayırıb konvertdə saxlamışdım. Səbinə Səfərova mənimlə söhbətində yaxın qohumlarının yüksək vəzifələrdə işlədiyini və heç kimdən qorxmadığın, hər ay 500 manat verməyimi tələb etdi. Beləcə dediyin kimi, əvvəlcədən saxladığım 500 manatı Səbinə Səfərovaya verdim. Növbəti ay mənə dedi ki, məktəb direktorları pulu vaxtında gətirir, sən gecikdirirsən. Rüşvət istənilməsi azmış kimi yubatmağımı da irad bildirdi". Bunun ardınca Bəkir Mustafayev BŞTİ-yə gedib və Səbinə Səfərovaya deyib ki, xalası oğlu Rəşad Tağıyevə onun sözünü çatdırsın: "Mən kimdənsə pul almıram, kiməsə pul da vermirəm. BŞTİ-nin istənilən əməkdaşı Səbinə Səfərovanı “qara kassa” və ya məktəb direktorlarından aylıq pul tələb edən biri kimi tanıyır. İndi sual edirəm : BŞTİ-nin müdiri bu rüsvayçılığı bilirdisə, niyə qarşısını almırdı? Məlumatlı idisə, necə BŞTİ-nin müdiri işləyirdi?
Orada Daxili nəzarət sektoru - Sərxan Rzayev ən azından kar və kor olmalıdılar ki, bu
rüsvayçılıqdan xəbərdar tutmasınlar". Ən maraqlısı budur ki B. Mustafayev ,, yağmalama" prosesində rəhbərliyə qarşı tək mübarizə aparıb. Belə çıxır ki bu proses BŞTİ nin rəhbərl ilə yanaşı bir çox ,, təlabatı" yerinə yetirən direktorlara da sərf edib.
O cümlədən sabiq direktor Rəşad Tağıyevin sinif yoldaşı Elməddin Qazıyevin qanunsuz olaraq BŞTİ də baş məsləhətçi vəzifəsinə təyin etməsinə baxmayaraq ştat cədvəlində adının olmamasını iddia edir.
Əməkdar müəllim nazir E.Əmirullayevə müraciətində digər faktları açıqlayıb: "2020/2021 tədris ilinin əvvəlində BŞTİ-yə iki məktubla direktor müavini N.Şıxəliyevanın və 65 yaş həddini keçmiş əməkdar müəllim S.Bədəlovanın müddətli əmək müqaviləsinin bir il artırılması barədə müraciət etmişdim. Məktubun dərs ilinin başlanmasına az vaxt qaldığına görə gecikməsinin səbəbini Səbinə Səfərovadan soruşdum. Hər birindən 1000 manat tələb etdi. Şıxəliyeva razılaşdığı üçün müqavilə bir il artırıldı. Əməkdar müəllim Bədəlova isə təhsildən uzaqlaşdırıldı.
Cənab nazir!
35 illik pedaqoji fəaliyyətimdə rastlaşmadığım bir rəzalətin şahidi oldum. Əməkdar müəllimindən əmək müqaviləsinin bir il artırılması üçün 1000 manat tələbi xalqa, təhsilə və gələcəyimizə xəyanətdir.
Bu rəzalətə etirazımın BŞTİ-dən adekvat cavabı gecikmədi.
Rəşad Tağıyev tərəfindən Daxili nəzarət sektoruna tapşırıq verildi – Bəkir Mustafayev təhsildən uzaqlaşdırılmalıdır!
Daxili nəzarət sektorunun müdiri Sərxan Rzayev bu “işi” öz işçisi Bakir Məmmədov adlı şəxsə tapşırdı. Bakir Məmmədov da 70 saylı məktəb-liseyin diektorundan bir nəfər yaxşı oxuyan VI sinif şagirdinin “şəxsi iş” sənədini BŞTİ-yə gətirməyi xahiş edir. Halbuki çagirdin “şəxsi iş” sənədini ancaq onun valideynləri götürə bilər. Bakir Məmmədov isə əlaltısı Samir adlı birindən konvertdə 800 manat və həmin “şəxsi işi” verərək həmin şagirdin “dayı”sı obrazında özünü təqdim edib, pul qarşılığında müsabiqəsiz həmin şagirdi liseyə qəbul etdirməyi tapşırır. Həmin “dayı” isə liseyə gələrək direktor müavini Şıxəliyevanın liseyin direktoru olduğunu zənn edərək B.Məmmədovun “torbatikmə” əməliyyatını bitirir. N.Şıxəliyeva 10 gün əvvəl S.Səfərovaya 1000 manat vermişdi. B. Məmmədov Samirə “torbatikmə əməliyyatı"nın ünvanına səhv çatdığını bildirib. Samir bir neçə gündən sonra liseyə yenidən gələrək "ailələrində rəhmətə gedən olduğu üçün həmin şagirdin liseyə gəlib getməsi çətinləşib” – bildirərək 800 manatı və “Şəxsi iş” sənədinin geri qaytarılmasını tələb edir. Günün sonunda bu ssenarinin mənim üçün hazırlandığını bildim. Həmin şagirdin “Şagird məzun” sistemindən şəxsi məlumatlarını əldə edərək doğma dayısı ilə görüşdüm, ailədə rəhmətə gedən olmadığını və həmin şagirdin liseydə təhsil alması barədə planlarının olmadığını öyrəndim. Daxili nəzarət sektorun əməkdaşı Nazim Bağırova da bu məlumatı bildirdim. Mən, direktor müavinləri və lobarant ifadələr versək də, məharətlə ört-basdır edildi. Bildirirəm ki, daxili nəzarət sektorun əməkdaşı Nazim Bağırovun həmkarı Bakir Məmmədovu araşdıraraq “Əvvəl polis orqanından qovulmuş, pedaqoji fəaliyyətdən xəbərsiz, maşın bazarı alverçisi olan” bu dələduzun BŞTİ-də necə işlə təmin olunması sual doğurur. Bakir Məmmədovun “Torba tikmə” əməliyyatının baş tutmadığından bu işin davamı Nazim Bağırova tapşırılır. Yəni 35 illik pedaqoji fəaliyyətimdə rastlaşmadığım növbəti rüsvayçılıq..."
Əməkdar müəllim Bəkir Mustafayev müraciətində hadisələri nəql edərək bildirib ki, sentyabrın 25- də liseyə komissiya göndərir, məqsəd isə məlumdur: "Artıq bunların riyakarlıq əməllərinin səbəbini Bakı şəhər Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevdən öyrənmək üçün məni qəbul etməsini bildirsəm də, üç dəfə müraciətimi pandemiya bəhanəsi ilə geri çevirdi. Aylıq 500 manat verə bilmədiyim üçün məni lisey direktoru vəzifəsindən azad edin” ərizəsi yazaraq katibədən ona çatdırmağı xahiş etdim. Ərizəmin cavabı olaraq növbəti riyakarlığın şahidi oldum.
Daxili nəzarət sektorundan Nazim Bağırov tərəfindən liseydə aparılmış məqsədli yoxlamanın qərəzli hazırlandığını bildirərək rədd etdim. BŞTİ-də bu rüsvayçı əməlləri təşkil edən, rüşvət və korrupsiya faktlarını bilərəkdən gizlədən sektor müdiri Sərxan Rzayev isə “səmərəli fəaliyyətinə ” görə Təhsil Nazirliyinin “Fəxri Fərman”nı ilə təltif olunub. BŞTİ -nin Daxili nəzarət sektoru da aylıq verməyən məktəb direktorlarına "nəzarət" funksiyasını yerinə yetirir.
Cənab Nazir! Sizə dəfələrlə məni qəbul etməyinizi xahiş etmişəm. Hər dəfə qeyri-adekvat cavablar alıram. Sonuncu “Asan” radioda çıxışınızda telefon əlaqəsi yaradaraq məni qəbul etməyinizi xahiş etdim. Qəbul edəcəyinizi bildirsəniz də, bir məlumat almadım. Ümid edirəm ki, bu məktubda az da olsa ömrümün böyük qismini sərf etdiyim bu peşə üçün nə qədər zəhmət çəkdiyimi və nələrlə üzləşdiyimi izah edə bildim. Sonda Sizinlə görüşə şərait yaradılacağına ümid edirəm". O, müraciətinin sonunda bir daha E.Əmirullayev, M.Cabbarov və B.Qasımovdan reaksiya gələcəyini böyük intizarla gözlədiyini və əməkdar müəllimə diqqət ayrılacağına inandığını söyləyib.

Müəllif: Aqşin - Mənbə: Rubrika.Az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...
“9 nəfər birlikdə 560 kub torpaq yaydıq, onun da pulu verilmədi. Pulumuzu istədik, təhqir etdilər” - işğaldan azad olunan Laçının Zabux kəndindəki tikinti işlərində işləyən ustalar əməkhaqlarını ala bilmədiklərini deyirlər.

Abzas Media-ya danışan Qalib Məhəmmədov deyir ki, onlar sentyabrın 10-dan etibarən Laçında işlərə qoşulublar:

“Biz iki aydan çox idi ki, Laçının Zabux kəndində işləyirdik. Hamımızı ora “Xan” MMC-nin rəhbəri Abbas Xıdırov dəvət edib. 9 nəfər idik. Şərait çox pis idi, tualet və hamam yox idi. Hətta bir həkim, bir dərman da yox idi. Kimsə xəstələnsə, qalacaqdı pis vəziyyətdə. Hazırda mənim ayaqlarımda yara da əmələ gəlib. Amma buna baxmayaraq biz ardıcıl şəkildə işimizi işləyirdik. Səkiləri hazırlayırdıq, yolun hərəkət hissəsini kənarlardan ayıran meneələri quraşdırırdıq.

Avansla işləyirdik. Başqa yerlərdə düzülən daşların metrəsinə görə 5 manat veriləndə, bizə 3 manatdan hesablanıb verilirdi. Hardasa 9-10 min manata qədər pulumuzu vermirlər. Hamımız şikayətçiyik” – o bildirir.

Q.Məhəmmədov deyir ki, evlərində işləyən təkcə odur. Əməkhaqlarının verilməməsi, onlara əlavə çətinliklər yaradıb:

“Evdə anamdır, bacımdır, mənəm. İki aydır kirayəni verə bilmirik. Kirayəyə 480 manat borcum var. Əlavə də başqa adamlardan borca pul götürmüşəm, çünki evdə dolanışığımız ağırdır, qida problemləri də olur” – deyə o bildirib.

Tikinti işlərində işləyən Fəzail Kərimov da deyir ki, onlar işlədikdən sonra əməkhaqları verilməyib. Onun sözlərinə görə əməkhaqlarının verilməməsinə görə o da borca girməli olub:

“Mənə 3 min manata qədər pul verilməlidir, verilmir. Evdə tək işləyən mənəm. Uşağım universitetdə oxuyur. Mən onun illiyini vermək üçün 1500 manata qədər borca girdim. Evdə də dolanışığımız çox ağırdır” – deyə o bildirib.

Ardını oxu...

Açıq mənbələrdə “Xan” MMC kimi təqdim edilən şirkətlə bağlı məlumat tapmadıq. Məsələ ilə bağlı MMC-nin rəhbəri olduğu bildirilən Abbas Xıdırovla əlaqə saxlamağa çalışsaq da, onun telefonu sönülü idi.

Mətbuatda zaman-zaman işğaldan azad olunmuş ərazilərdə tikinti işlərində işləyib əməkhaqlarını ala bilməyən şəxslərin şikayətləri dərc olunur.

Dövlət Əmək Müfəttişliyi Xidməti Abzas Media-nın Qarabağda tikinti işlərində işləyən şəxslərin əmək hüquqları ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, bununla bağlı rəsmi müraciət daxil olmayıb:

"Ötən dövrdə Dövlət Əmək Müfəttişliyi Xidmətinə işğaldan azad olunmuş ərazilərimizdə işləyən işçilərin əmək hüquqlarının pozulması ilə bağlı rəsmi məlumat daxil olmayıb. Məlumat üçün bildirək ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə bu ilin aprel ayından başlayaraq 74 işəgötürən üzrə1500-ə yaxın işçiyə əməyin mühafizəsinə dair maarifləndirici tədbirlər keçirilib" - deyə cavabda bildirilib.

Mənbə: Abzas Media
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...
Bir acınacaqlı faktı sizinlə bölüşüm. Həkimlər bunu bilir amma çəkinir, ictimailəşdirmir.
Deməli bir neçə qazi var ki, ayaq tamamilə sıradan çıxıb. Nəinki sağala bilər, hətta həmin qazilərin həyatını cəhənnəmə çevirir. Aylarla zülm çəkir. Yalvarır ki, mən belə ayağı istəmirəm. Kəsin bunu.
Ən yaxşı həkimlər ümumi rəy verib ki, ayaq kəsilməlidir. Tibbi dildə amputasiya olunmalıdır və yerinə protez qoyulması xəstənin həyat keyfiyyətini yaxşılığa dəyişər.
Amma hərbi hospital həmin qazilərin ayağını kəsməyi qadağan edib bütün həkimlərə. Deməli qazinin ayağını hər 3-4 aydan bir boş yerə əməliyyat edirlər. Özləri də bilir ki, bunun heç bir mənası yoxdur. Amma kəsmirlər. Sadəcə ayaq üzərində müxtəlif əməliyyatlar edib hər dəfəsində də Yaşat fondundan minlərlə manat pullar silinir.
Çünki hospital rəhbərliyinə qazilərin yararsız və sağalmayan, çarəsiz ayaqlarını kəsib problemi kökündən həll etməkdənsə onu 10-15 dəfə boş yerə əməliyyat etmək maddi cəhətdən sərfəlidir.
Elə qazi var ki, ayağıni 20 dəfə əməliyyat edirlər. Adam intihar həddindədir. Yalvarib-yaxarır ki, istəmirəm bu ayağı, bundansa protezlə gəzərəm.
İşin peşəkarı həkimlər də deyir bu ayaqdan ayaq olmaz. Sağalmayacaq. Amma kəsmək qadağandır.
Göstəriş budur ki, salın xəstəni bir də əməliyyat edin. Qəti kəsməyin ayağı.
Tibbi jurnalist olaraq soruşuram - Nə deməkdir bu?
Niyə bunun qarşısı alınmır? Kim məsuliyyət daşıyır?
Yaşat fondundan silinən o pullarla yüzlərlə qaziyə effektiv kömək etmək olar axı
tibbi jurnalist Ramil Nəcəfli
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır.
 
Ardını oxu...
Deyəsən, təhsil sistemində tətbiq olunan YAŞ HƏDDİ SENZİ hər yerdə və hər zaman işlək deyil. Hər halda görünəni budur...

Ardını oxu...

Xəbərə görə, Binəqədi Rayon 182 saylı orta məktəbin direktoru Zinyət Tağıyeva özünə dəbdəbəli ad günü keçirib. İki min şagirdin təhsil almalı olduğu müəssisədə hal-hazırda altı minə yaxın şagird təhsil alır. Vaxtilə keçmiş Təhsil Naziri Misir Mərdanovun ən yaxın kadrı kimi tanınan Zinyət Tağıyeva son zamanlarda dünyasını dəyişmiş Millət vəkilinin yaxını kimi tanınırdı. Bahalı hədiyyələrin Zinyət Tağıyeva tərəfindən qəbul edilməsi hər il olduğu kimi bu il də baş verib. Müəllimlərin təqaüdə çıxması üçün son yaş həddi 65 olsa da, deyəsən Zinyət xanım üçün Təhsil Nazirliyində ayrıca yaş həddi təyin olunub.
Biz də Zinyət Tağıyevanı 70 yaşı olması münasibətilə təbrik edirik.

Mənbə: "Gündəlik Bakı"
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)

Səhifəmiz bütün maraqlı tərəflərin rəy və mövqe ifadəsi üçün açıqdır...
Ardını oxu...
Yeni Suraxanı sakini Qəzənfərova Nərmin Rəhim qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Respubilka Dəri-Zöhrəvi Mərkəzinin baş həkimindəm şikayətçidir. Onun məktubunu olduğu kimi dərc edirik:

“Mən, Qəzənfərova Nərmin Rəhim qızı, yazaraq bildirirəm ki, 31.08.2022-ci il tarixində Respublika Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Müşviq Zeynalov tərəfindən Əmək Məcəlləsinin 70ç maddəsi ilə kargüzarlıq şöbəsindən işdən çıxarılmışam. Bundan sonra müxtəlif dövlət orqanlarına şikayət etmişəm. Hələ ki, haqq-ədaləti bərpa edə bilməmişəm.

Sonuncu dəfə Azərbaycan Respublikasının Prezidentinə, Birinci vitse-prezidentə, Maliyyə nazirinə etdiyim şikayətlərimə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs tərəfindən baxılmışdır. Mənə göndərilən məktubda bildirilir:

“Nərmin Qəzənfərovaya müraciətinin əmək fəaliyyətinə aid hissəsi fərdi əmək mübahisəsinin predmeti olduğundan, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilir”. Bu barədə 25.10.2023-cü il tarixində mənə (Nərmin Qəzənfərovaya) ünvanlanmış məktubda qeyd edilir. Yəni açıq şəkildə bildirilir ki, Nərmin Qəzənfərovanı (məni)TƏBİB rəhbərliyi deyil, Respublika Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Müşviq Zeynalov işdən çıxarıb, istəyirsə, onun qərarından məhkəməyə müraciət edə bilər.

Həmçinin, bildirilib ki, tərəfimdən korrupsiya hüquqpozmaları ilə bağlı konkret hallar barədə məlumat verildiyi və bu halları təsdiq edən sübutlar təqdim edildiyi təqdirdə, aparılan araşdırmaların tamamlanması təmin ediləcəkdir.

Mənə ünvanlanmış məktubdan sonra əmək kitabçamda qısa müddətdə verilən əmrlərin uyğunsuzluq təşkil etdiyini əsas kimi götürüb, hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəlmişəm. Çünkü operatp işimdən kərgüzarlıq işinə adladıldım. Kərgüzarlıq işimdə işlədiyim müddətdə məlum oldu ki, məndən xəbərsiz Respublika Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Müşviq Zeynalov məni xadimə işinə rəsmiləşdirib. Bundan məvacibimi alanda xəbər tutdum. Baxdım ki, aldığım məvacib kərgüzarlıq işimdəki məvacibdən artıqdır. Şübhələndim, elektron sistemə girib baxanda gördüm ki, xidmətçi kimi rəsmiyyətdəyəm. Şikayət edəcəyimi bildirdim. Tez məni öz işimə qaytardı. Elə həmin ay da Respublika Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Müşviq Zeynalov məni şərləyərək 70ç maddəsi ilə işdən çıxardı. Bu, 1 ayın içində baş verdi. Guya mən işə gəlmirəm, gecikirəm. İşə gəlmirdimsə, gecikirdimsə niyə mən operator işləyəndə çıxarılmadım?! Və yaxud kərgüzar işinə başlayana işə gecikmədim? Sadəcə deyə bilmir ki, Nərmin Qəzənfərovanın yerini 2 dəfə "satdım". Operator və kərgüzarlıq işlərini.

Mənə dedi ki, səni xadimə kimi rəsmiyyətə salmışam. Bunu qəbul elə, amma işləməyəcəksən. Xadimə məvacibini alarsan, iş bununla bitsin. Qəbul etmədim. Sonra şərlənib işdən çıxarıldım. 1 ayın içində əvvəl xadimə, sonra kərgüzar işləri əmr kitabımda var. Həmçinin, həmin ayda işdən çıxarılmağım. Nə oldu, hər şey bir ayda baş verdi? Xəbərdarlıqsız, sonra töhmətsiz, şiddətli töhmətsiz adam çıxardırlar işdən?

İndi TƏBİB rəsmisi məktubunda qeyd edir ki, "korrupsiya hüquqpozmaları ilə bağlı konkret hallar barədə məlumat verildiyi və bu halları təsdiq edən sübutlar təqdim edildiyi təqdirdə, aparılan araşdırmaların tamamlanması təmin ediləcəkdir". Məgər 1 ayın içində əmək kitabçasında verdiyi əmrlər, qanun pozuntusu deyil ki, bunlar sənəd fakt axtarışına çıxıblar?!”

Məsələ ilə bağlı Respubilka Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi ilə əlaqə saxlamağa çalışsaq da, hər dəfə həkimin məşğul olduğu bildirildi.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır..
 
 
 
Ardını oxu...
Redakdiyamıza bir qrup 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin 15.11.2023-cü il tarixdə Meşələrin Inkişafı Xidməti tərəfindən keçirilən attestasiyada iştirak etmiş işçiləri tərəfindən müraciət olunub. Müraciətdə deyilir:

"Biz uzun illərin təcrübəli meşəçiləriyik, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu meşə sənətin bizə çox görüb, bizi işdən çıxartmaq istəyir.

Ekologiya Nazirliyi bir qrup "mafioz"un əlində oyun-oyuncağa çevirilib.

Attestasiya imtahanına ağır suallar salınır, hansıkı o sualların əksəriyyətini bizim ixtisasımızla heç bir əlaqəsi yoxdur.
Görünür, burda məqsəd lazım olan işçiləri vurub işdən çıxartmaqdır.

Bizə çatan məlumatlara görə, hələ bu azmış kimi, rəhbərliydən attestasiyada komissiya qismində iştirak edən üzvlərə "kimin keçəcəyinin" siyahısı verilmişdi və onlar da öz saxtakarlığın etdilər.

Necə olur ki 20 ilin təcrübəli meşəçiləri 10-20 bal toplayır, bir il ərzində gəlib işləyib ağac cinslərin tanımayan işçilər isə 30 və 40 baldan çox.

Bu həqiqətəndə biabırçılıqdır..."
Mənbə: Nyus.Az
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır..
 
Ardını oxu...
Lənkəranda intihar edən stomatoloq Müşfiq Bağırovun ölümdə şübhəli şəxslərin qeyri-qanuni pul köçürmələri ilə bağlı ayrıca icraata götürülmüş cinayət işinə Lənkəran rayon Məhkəməsində baxılır. İşlə bağlı məhkəmə sədri Kamran Süleymanov mərhumun atası DrZaman Bagirovu qəbul edib. Məhkəmə sədri zərərçəkmişə bildirib ki,Müşfiq Bagırovun ölümünə səbəb olmuş və hazırda sədrlik etdiyi məhkəmədə baxılan cinayət işini istintaqa qaytarmaq səlahiyyəti yoxdur. Onun sözlərinə görə, bunu yalnız Baş Prokurorlugun Dövlət ittiham idarəsinin məhkəmədə iştirak edən nümayəndəsi Samir adlı şəxs edə bilər.
Z.Bağırov deyir ki, məhkəmə kifayət qədər nöqsanları görürsə, nədən və hansı maraglara görə məsuliyyəti üzərindən atır?
Mərhumun atası iddia edir ki, qeyri-rəsmi pul köçürmələri istintaq tərəfindən düzgün hesablanmayıb, məbləğ azaldılıb. Ümumi məbləğ 10 milyon manatdan yuxarı olduğu halda, istintaq məhkəməyə yalnız 4 milyonluq dövriyyədən əldə olunmuş 48 min manatı qazanc kimi dəyərləndirərək günahkarları ağır cəzadan yayındırmağa çalışıblar. Cinayətdə təqsirləndirilən Aqşin Abdullayev istintaqa ifadəsində ümumi dövriyyədən 200 min manatdan çox qazanc əldə etdiyini etiraf edib. Bura digər təqsirləndirilən İ.Teymurovun ifadəsinidə aid etmək olar.
Z.Bağırov qeyd etdiyi nöqsanların yenidən araşdırılması və cinayətkarların layiqli cəzalandırılması üçün işin yenidən istintaqa qaytarılmasını tələb edir.
Zərərçəkmiş deyir ki, çoxsaylı müraciətlərinə baxmayaraq, heç bir dövlət qurumu reaksiya vermir. Z.Bağırov hesab edir ki, oğlu M.Bağırov özünün də içərisində olduğu şəbəkənin təzyiq və təhdidlərinin qurbanı olub.
“Baş prokuror Kamran Əliyev məni qəbul edən zaman işi şəxsi nəzarətinə götürdüyünü və milyonlardan söhbət getdiyini demişdi. Amma nədənsə, onun müstəntiqi işin sonunda məbləği kəskin azaldaraq günahkarları cəzadan azad etdi. Görünən odur ki, oğlum Müşfiqin qanı batırıldı”-deyə Z.Bağırov bildirib.

Müəllif: Anar Məmmədov - Mənbə: Criminal.az
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır..
 

Dünyapress TV

Xəbər lenti