Bir neçə gün əvvəl parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev dolayı yolla sanatoriyalara getmək üçün putyovkalarla bağlı dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasını tələb etdi.
Qaynarinfo-nun məlumatına görə, Səttar Möhbalıyev bildirib ki, 10-15 il bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılan vəsait hesabına 35 min insanı sanatoriyalara getmək üçün putyovkalarla təmin etmək mümkün idi: "Amma hazırda ayrılan həmin vəsait hesabına yalnız 12 min insana putyovka verə bilirik. Odur ki, bu kimi məsələlərə baxılmasını təklif edirəm".
Apardığımız araşdırmaya əsasən, AHİK 16135 həmkarlar ittifaqı təşkilatını və təqribən 1121946 həmkarlar ittifaqı üzvünü əhatə edir. Bu, 2021-ci ilin statistik göstəricisidir. Hazırda həmin rəqəm 1,2 milyon nəfəri əhatə edir.
Bu gün heç kimə sirr deyil ki, dövlət qurumlarında və digər təşkilatlarda çalışanların aylıq əmək haqqından ayrılan üzvlük pulları hesabına həmkarlar təşkilatına milyonlarla vəsait daxil olur. Onlar arsında illərdir ki, əmək haqqından həmkarlar təşkilatına vəsait ödəyib, putyovka almayanlar da var. O, da sirr deyil ki, əksər həmkarlar təşkilatı rəhbərləri putyovkaları öz yaxınlarına verir və ya satır, ən yaxşı istirahət yerlərinə rəhbər şəxslərin özləri və yaxud yaxınları göndərilir.
AHİK-in tabeliyində olan "Kurort" Qapalı Səhmdar Cəmiyyətinin tərkibində 5 sanatoriya mövcuddur. Bu sanatoriyaların əksəriyyətində putyovkalar satılır. Satışdan gələn gəlirin hara sərf olunması isə Səttar Möhbalıyev və onun çevrəsindən başqa heç kimə məlum deyil.
İnsanlar "Kurort" QSC-də putyovkaları həm nağd şəkildə ödəniş etməklə, həm də cəmiyyətin hesabına müvafiq vəsaiti köçürməklə əldə edə bilirlər. Bu sanatoriyalarda ötən il 1 nəfərin günlük istirahəti üçün 40 manatdan 65 manata kimi putyovka satırıldısa, hazırda bu vəsaitin məbləği 30 faizdən çox artırılıb.
"Şıx" sanatoriyasında (dayaq-hərəkət xəstəliklərinin müalicəsi) bir günlük bir nəfərin istirahəti 77-85 manat arasında dəyişir. Sanatoriya əməkdaşı saytımıza açıqlamasında qiymət artımının səbəbini son illər müşahidə olunan bahalaşma ilə əlaqələndirib.
"Abşeron" mədə-bağırsaq sanatoriyasında bir nəfərin istirahəti ötən il günlük 35-45 manat arasında idisə, hazırda bu rəqəm 58 manatdan 78 manata kimi dəyişir. Sözügedən sanatoriyanın əməkdaşı da saytımıza açıqlamasında qiymət artımını ərzaq və qeyri-ərzaq məhsullarının dəyərinin artması ilə əlaqələndirib.
Əldə etdiyimiz məlumata görə, imtiyazlı şəxslər üçün putyovkalardan yalnız şəhid ailələri və kiçik qrup əlillər istifadə edirlər. Dövlət qurumların tabeçiliyində fəaliyyət göstərən həmkarlar təşkilatlarının özlərində də güzəştli şərtlərlə işçilərə verilən putyovkaların qiyməti qaldırılıb.
AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Nəsirov sözügedən məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, dövlət büdcəsindən ayrılan vəsait artırılarsa, həmkarlar tərəfindən istirahətə göndərilənlərin sayında da artım olacaq:
"Təbbi ki, biz dövlət büdcəsindən bu məsələyə ayrılan vəsaitin artırılmasını istəyirik. AHİK sədri Səttar Möhbalıyev də parlamentin komitə iclasında da bu məsələyə aydınlıq gətirdi. Amma dövlət büdcəsindən məbləğin nə qədər artırılması mənim səlahiyyətimdə olan məsələ deyil. Səttar müəllim hazırda Türkiyədə səfərdə olduğundan bu məsələyə açıqlama verə bilməyəcəyik".
AHİK rəsmisi bəzi dövlət qurumlarından putyovkalar satılması və yaxud öz qohum-əqrabalarına verilməsi ilə bağlı məsələyə isə belə aydınlıq gətirib:
"Bu barədə AHİK-ə heç bir məlumat daxil olmayıb. Əgər ittifaq üzvü putyovka satılması ilə bağlı faktla üzləşibsə, o zaman AHİK-in qaynar telefon xəttinə (012 492 66 93) və elektron poçt (info@ahik.org) ünvanına müraciət edə bilər. Bütün müraciətlər araşdırılır və iddia olunan fakt öz təsdiqini taparsa, müvafiq tədbirlər görülür".
Yazıma Ulu öndə Heydər Əliyevin söylədiyi “Bayrağmız dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidi” sözləri ilə başlamaq istəyirəm. Yazıma bu sözlərlə başlamaq isə heçdə əbəs yerə deyil. Yazıda sizə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla yaxın qohumuğu ilə bilinən Ağdaş rayon İcra başçısı Tofiq İbrahimovun ölkə bayrağına hörmətsizliyi və rəhbərlik etdiyi rayonda baş verənlərdən məlumatsız olmasından və vurdum duymazlığından yazacam.. Ölkə başçısı Cənab İlham Əliyevin 14 aprel 2012-ci tarixində imzaladığı sərəncamla Tofiq İbrahimov Ağdaş rayonuna İcra başçısı təyin edilmişdi. Təyinatından bu günə qədər Tofiq İbrahimov demək olar ki, Ağdaş rayonu üçün ürək açan bir iş görməmişdi. Ağdaş rayonundan edilən şikayətlərdən də aydın görünür ki, bu firimiz də yanılmamışıq 11 il rayona rəhbərlik edən T. İbrahimov Ölkə başçısının rayonda səlahiyyətli nümayəndəsi olaraq rayon əhalisi arasında məşğulluğun artırılması sosial rifahın və rayonun infrastrukturunun yaxşılaşdırılması yönündə məqsədli olaraq çalışmayıb.
Bir nüansı da nəzərənizə çatdırım ki, Tofiq İbrahimov Ağdaş əhalisinin güzaranının yaxşılaşdırılması yönün də bir iş görməməsi ilə yanaşı ölkə atributlarına da hörmətsizlik edir. Bir neçə gün öncə sosial şəbəkə istifadəçisi Murad Rza Oğlunun Ağdaş rayon bayraq meydanından çəkib paylaşdığı videodan da aydın görsənir ki, rayonun İcra hakimiyyatinin inzibati binasının bir neçə yüz metirliyində yerləşən rayonun bayraq meydanından T.İbrahimovun xəbəri yoxdu..
Ən dəhşətlisi isə yazını hazırlayan zaman icra başçısı haqqında bizə deyilən söz oldu. Çünki yazını hazırlayan zaman icra başçısının fəaliyyəti haqqında araşdırma aparırıq və bəzi məlumatları rayonda olan mənbəmizdən dəqiqləşdiririk. Məlumatı dəqiqləşdirən zaman bizə olduqca çox maraqlı sual verildi. Siz bilirmisiniz ki, Tofiq İbrahimov Fövqaladə Hallar Naziri Kəmaləddin Heydərovun qohumudu? Buradan belə çıxır ki, T.İbrahimovun etdiklərindən föqal nazir Kəmaləddin Heydətərovun da məlumatı var. Tofiq İbrahimov rayona rəhbərlik etdiyi 11 il ərzində demək olar ki, rayon düşüş dövrünü yaşamışdı. Araşdırmamız davam edir. 24 saat.az
Sosial şəbəklərdə tanınmış blogger olan Şəhriyar Nadir video paylaşıb. Gundeminfo.az xəbər verir ki, Şəhriyar Nadir Bakıda 6 saylı Doğum Evində ona qarşı fırıldaq edilyini iddia edib.
Şəhriyar Nadir bildirib ki, həyat yoldaşın doğuçla əlaqədar 6 saylı doğum evinə aparıb. O İcbari Tibbi Sığortanın imkanlarından yararlanmaq qərarına gəlib.
Ş.Nadir deyir ki, Doğum Evinə müraciət etdiyi zaman onu Kəmalə Heydərova adlı gəkim qəbul edib.
Lakin doğuş prossesində əməliyyyat zamanı həkimiin səhvi qüzündən həyat yoldaşının səhhətində cidi problemlər yaranıb. O iddia edib ki, məhz həkim Kəmalə Heydərovanıın əməliyyat zamanı etdiyi səhvi üzündən həyat yoldaşınn həyatına ciddi təhlükə yaranıb. Daha sonra K.Heydərova Şəhriyar Nadirə deyib ki, daxili qanaxma baş verib və xəstə təkrar əməliyyata alınmalıdır. Təkrara əməliyyat zamanı isə Ş.Nadirdən 1000 manata yaxın pul istəyən Kəmalə Heydərovadan şikayətçi olan bloggerin video müraciətini sizlərə təqdim edirik.
Eyni zamanda Gundeminfo.az olaraq səhifəmizdə bütün tərəflərin mövqeyini yayımlamağa hazırıq.
Yardımlı rayonunda meşələrin kütləvi şəkildə məhv edilməsi fonunda baş verən ekoloji cinayəti gizlədilməsinə cəhdlər göstərilməsi barədə xəbər vermişdik.
Bildirmişdik ki, 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin 1 saylı meşəbəyliyinin 2 saylı dolayında meşəni son bir-neçə həftədə talan ediblər.
AzToday.az-ın əldə etdiyi məlumatlar isə göstərir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yayılan görüntülərlə bağlı yoxlamaları yerli ekologiya idarəsinin rəhbərliyinin məsuliyyətini azaltmaq məqsədi ilə keçirilir. Belə ki, yoxlamaya cəlb olunan şəxslərin yerli ekologiya idarələrinin işçisi olması fonunda ağacların kütləvi kəsilməsi və işlik materiallar üçün cavan toğaların kəsilməsi faktları rəsmiləşdirilmir.
Şikayətçilərin birinin redaksiyamıza təqdim etdiyi görüntülər yoxlama aparan ekologiya işçilərinin müdhiş saxtakarlığa əl atdığını göstərir. Belə ki, diametri 1.1 metr olan ağacı ekologiya müfəttişi Rauf ölçü qoyulmamış 52 santimetr göstərir və bu barədə ölçünü götürən şəxsə piçıltı ilə bildirir. Görüntülərdə cinayət faktını əks etdirən səs aydın şəkildə eşidilir.
Bunu etməkdə məqsəd cinayət faktını gizlətməkdir. Çünki mövcud normativ sənədlərdə qanunsuz kəsilmiş ağacın diametri 52 sm və ondan aşağı olduqda cərimə 50 manat yazılır. 52-dən yuxarı hər santimetrə görə isə əlavə 33 manat cərimə hesablanır. Videoda görünən ağacın diametri 110 santimetrdən çox olduğu görünür ki, bunun da cəriməsi ən azı 1954 manat edir. Müfəttişlərin isə sözügedən ağaca 50 manat cərimə yazmaq istədiyi tam şəkildə aydın olur. Onların hansı səbəbdən bu addımı atdığını səbəbini və baş verən ekoloji cinayət faktını hüquq-mühafizə orqanları araşdırmalı və günahkarları layiqli şəkildə cəzalandırmalıdır.
Redaksiyamıza təqdim olunan foto və videolardan isə açıq şəkildə görünür ki, Ləzir meşələrindəekologiya işçilərinin iştirakı ilə baş verən yaşıl soyqırımda yüzlərlə iri diametrli ağaclar kəsilib. Amma 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi baş verən cinayət faktını gizlətməyə çalışır. Belə ki, Mərkəz direktoru Nəsimi Nəsibov bu günlərdə şikayətçilərdən birini meşə gözətçisi təyin etdirməklə cinayət faktını üstünü örtmək niyyətindədir…
Ümid edirik ki, nazir Muxtar Babayev Ləzir meşələrində baş verən yaşıl soyqırımın yenidən yoxlanılması barədə qərar verəcək. Və cinayətə yol verən Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi barədə cinayət işinin başlanılması barədə hüquq-mühafizə orqanlarına müraciət edəcək. Əks təqdirdə Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi tərəfindən meşələrin məhv edilməsi prosesi daha geniş miqyasda davam etdiriləcək.
Mənbə: AzToday.az Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
“Araz” super-marketlər şəbəkəsinin mağazalarında satılan bəzi mallara endirim kampaniyaları tətbiq olunur. Endirim elanları hətta radio verilişlərinin içində reklam kimi səsləndirilir və səsgücləndirici qurğular vasitəsilə mağazaların salonunda müştərilərə də eşitdirilir. Hərçənd, hər şey heç də göründüyü, göstərildiyi kimi deyil. Bu günlərdə redaksiyamıza müraciət edən müştəri bildirir ki, “Araz” marketlər şəbəkəsinin Bakı şəhəri, Azadlıq prospekti – 103 ünvandakı mağazadan toplam qiyməti 42.60 AZN təşkil edən bir neçə adda məhsul, o cümlədən, 5 kq-lıq bağlamada “Ariel” yuyucu tozu alıb. Müştərinin mağazanın içində çəkdiyi fotoşəkildən bəlli olur ki, yuyucu tozun 5 kq-lıq bağlamasının qiyməti 30.99 AZN-dən 15.99 AZN-ə endirilib. Müştəri malları alıb evə qayıdandan sonra mağazanın kassasından verilən qəbzə baxıb görüb ki, yuyucu toz ona 15.99 AZN-ə deyil, 21.99 AZN-ə satılıb. Beləliklə, müştəri 6 AZN aldadılıb. Məsələ ilə əlaqədar “Araz” super-marketlər şəbəkəsinin aid olduğu “Veysəloğlu” Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr müdiri Pərvanə xanımla vatsapp vasitəsilə əlaqə saxladıq. İlk əvvəl şirkət rəsmisi problemi sistem xətası kimi təqdim etməyə çalışdı: “Bunların elanı artıq mağazalarda gedir radioda. Endirim çox olduğu üçün kassada sistemi dəyişməyə ləngiyir əməkdaşlar. Çeki dərhal təqdim etsinlər, dəyişsinlər”. Öz növbəmizdə bildirdik ki, hər şeyi olduğu kimi dərc edəcəyik, hadisəni də, onun verdiyi izahı da. Pərvanə xanım əvvəlcə “lazım deyil, Siz soruşdunuz, mən cavab verdim”, sonra isə “özünüz bilin” dedi və ardından həmin müştəriyə ünvanladığı belə bir tövsiyəsini çatdırmağı bizdən xahiş etdi: “Siz o müştəriyə deyin ki, çeki əlinə götürüb “Nəşriyyat”ı gəzənə qədər mağazada pulunu geri alsın. Ya da o müştəri Siz özünüz deyilsəniz”. Pərvanə xanım bizə vatsap vasitəsilə mağaza əməkdaşının səsini də göndərdi: “Burda heç bir problem yoxdur, qiymətlər doğru keçir. 30 AZN-lik çek tamamlananda məhsul endirimə düşür. Burda 30 AZN endirimdə olan “Ariel”lə bir yerdə tamamlanıb. Elə olmalı deyil. Yəni, digər məhsulların cəmi qiyməti 30 AZN olmalıdır ki, “Ariel” endirimə düşsün. Burda heç bir qiymət fərqi yoxdur. Yəni, “Ariel”in normal qiyməti 21.99 AZN-dir, həmin qiymətlə də keçib, burda heç bir səhv yoxdur. 21.99 AZN-ə olan mal ümumiyyətlə, endirimdə olan mal deyil, endirimdə olan 5 kq-lıq maldır. 21.99-a olan 3 kq-lıq “Ariel”in qiymətidir”. Bunun ardından şirkət rəsmisinin növbəti mesajı gəldi: “Ariel” məhsulundan 30 AZN-lik alanı nəzərdə tutur. Bu endirim “Araz”ın yox, “Ariel”in verdiyi endirimdir. Məhsul istehsalçısı öz məhsulundan daha çox sata bilmək üçün həvəsləndirici qiymət endirimi qoyub bizim mağazada. Siz səhv malı müqayisə edirsiniz. Endirim 5 kililuq “ariel”ədir, çekdəki 3 kq olan məhsuldur. Adam görmür ki, məhsul 3 kiloluq götürür, ya 5 kiloluq?” Belə çıxır ki, “Araz” super-marketi“Ariel” yuyucu tozunun 5 kq-nı 15.99 AZN-ə, 3 kq-nı 21.99 AZN-ə satır? Hansı avam müştəri bu fürsəti qaçırar? Buradan belə nəticə hasil olur ki, “Araz” super-marketlər şəbəkəsi həm müştərini, həm də “Ariel” yuyucu tozunu onlara satdıran distribütoru da aldadır. Axı, “Araz”a kim ixtiyar verib ki, “Ariel”in etdiyi endirim hesabına müştəriyə özünün 30 AZN-lik digər məhsulunu sırısın?
Əgər müştəri doğrudan da 5 kq götürübsə, kampaniya indi də qüvvədədir 5 kq üçün, pulun qalığını alsın.
Redaksiyamıza iki gün əvvəl İsmayıllıdan ilginc informasiya daxil olmuşdu. Söhbət Aşıqbayram su anbarı ilə bağlı idi. Qeyd olunan yazı dərc olunduqdan sonra əraziyə yaxın kəndlərdə yaşayan insanların müraciətləri artmağa başladı.
Bəli şikayətçi bildirir ki, deyilənlər həqiqətdir və bu məsələ ilə bağlı təxminən bir ay əvvəl rayon icra hakimiyyətinin başçısı Nahid Bağırovun qəbulunda da olublar. Biz başçıya bildirdik ki,gölün suyu qəsdən azaldılıb və məqsəd aydındır ancaq mal-qaramız palçığa batır və xüsusi texnika olmasa onları xilas edə bilmirik. Cənab başçı məsələ ilə bağlı öz göstərişini verdi ancaq müdir Elşad Quliyev onu eşitmədi və bu gün mənzərə göz qabağındadır.Həqiqətən meliorasiya rəisi balıq alverinə girişib və bu işi bir qrup idmançı və Qarabağ qazilərinin əli ilə həyata keçirir. Hörmətli redaksiya: Elşad Quliyev qoçularına deyib ki,işinizi görün və kim sizə mane olsa əzişdirin qorxmayın lazım olsa yaxın qohumum korrupsiya idarəsində işləyir sizə kömək edəcək.Bu adam bilinmir ki, dövlət qulluqçusudur ya balıq alverçisi. Hörmətli redaksiya: Biz sizə video çarxlar göndəririk və burada açıqca görünür ki, balıq tor ilə necə tutulub məhv olunur. Bütün bunlar 6-saylı regional ekologiya və təbii sərvətlər idarəsinin gözləri qarşısında baş verir, ancaq onlar dinə bilmir çünki bu işdən onlara da pay düşür. Balıq tutulub "Dərə" kafesi adlanan yerdə satılır. Bütün sifarişçilər oradan gəlib alıb aparırlar. Xahiş edirik bu məsələnin daha çox ictimailəşməsi işində bizə kömək edəsiniz. Yaxın günlərdə biz bir qrup kənd sakinləri yenidən rayon icra hakimiyyətinə şikayət etmək üçün gedəcəyik. Əlimizdə olan foto və video çəkilişləri tədricən sizə göndərəcəyik.Ancaq xahiş edirik ki, bu materialları it-bata salmayasınız çünki bir xeyli yerli və respublikanın başqa yerlərində olan saytlara, YouTube kanallarına müraciət edərək kömək istəmişik aldığımız cavab bu olub ki, Elşad müəllim dostumuzdur bizlik deyil.Yəqin onlara da balıq kababı yedizdirirlər?
Əvvəlcədən təşəkkür edirik Hörmətlə bir qrup İsmayıllı sakini.
Mövzu tərəfimizdən araşdırılır.
Mənbə: azerinfo.info Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Ölkə səhiyyəsində son illər aparılan islahatlar nəticəsində xeyli irəlləyişlər olsada, bu hələki tibb sahəsini tam əhatə eləməyib. Bir çox xəstəxana və tibb məntəqlərində hələdə hələdə rüşvət, xəstələrə baxımsızlıq və sair problemlər qalmaqdadır.
Belə problemli qurumlardan biri də uzun müddətdir ki, ölkə mətbuatının gündəmindən düşməyən Sabirabad Sabirabad rayon Mərkəzi Xəstəxanasıdır. Bir müddət öncə Sabirabad rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyinatı baş verdi. Belə ki, adı müxtəlif növ korrupsiyada və qurumu idarə edə bilməməkdə hallanan Ənvər Lumanov vəzifəsindən çıxarıldı və yerinə tibb üzrə fəlsəfə doktoru Həsən Hüseynov təyin edildi. Ancaq Həsən Hüseynovun Sabirabad xəstəxanasına direktor təyin edilməsindən sonra da adı çəkilən qurumda yenə problemlər qalmaqda davam edir.
AzFakt.com-a daxil olan məlumata görə Sabirabad xəstəxanasında yeni direktor yenə də köhnə “komanda”üzvüləri ilə işləməkdə davam edir. Belə ki, xəstəxananın uşaq doğum şöbəsinin baş tibb bacısı Sevinc Hüseynova Həsən Hüseynovun ən yaxın adamı olmaqla bərabər, həmdə keçmişdə olduğu yenə də qurumu qeyri – rəsmi idarə edir. Baş tibb bacısı vəzifəsinidə üstələyən Sevinc Hüseynova direktor və baş həkimdən sonra xəstəxanada üçüncü şəxs olduğu bildirilir.
Məlumat mənbəmiz qeyd edir ki, idarəçiliyin Sevinc Hüseynova verilməsi yeni direktor Həsən Hüseynovada sərf edir. Çünki baş tibb bacısı özünün sərt və kobud xasiyyəti ilə xəstəxanada nizam intizam yaradır. Ancaq getdikcə güclənən və direktoruda “ovucuna” alan Sevinc Hüseynovanın tibbi personala yuxarıdan aşağı baxması, hətta onları təhqir eləməkdən belə çəkinməməsi o anlama gəlir ki, Sevinc Hüseynova keçmiş xələfi Lalə Dadaşovanın etdiklərindən nəticə çıxartmayıb. Bu o, Lalə Dadaşova idi ki, Sevinc Hüseynovanın bütün iplərini əlinə alaraq, tərpənməyə qoymurdu…
Mənbə: "AzFakt.com" Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
“İki dövlət bir millət” qardaşlığının Qordi düyünü: Qarabağı inşa edənlər xidmət haqlarını niyə ala bilmirlər? “Dədə Qorqud” filmində el ağsaqqalının dilindən səsləndirilən bir aforizm var: “Torpağı əkib-becərmədin qorumağa, qoruya bilmədinsə əkib becərməyə dəyməz”. Yəqin ki, bu aforizmin müəllifi Dədə Qorqudun özü yox, filmi ssenariləşdirən yazıçı Anardır. Müəllifi kim olursa olsun, bu fikirlər böyük fəlsəfi anlam ehtiva edir.
Həqiqətən də istənilən torpaq parçası yalnız uğrunda qan tökməklə vətənləşmir, həm də üzərində qurulan iqtisadi təsisatlarla öz həqiqi möhtəvasına bürünür. Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması üçün nə qədər vəsait xərclənsə azdır və etiraf edək ki, ölkə rəhbərliyi də bunun fərqindədir, işğaldan azad olunmuş ərazilərimizin inşası üçün milyardlarla manat vəsait ayırıb.
Məlumata görə, təkcə 2023-cü il üçün dövlət büdcə layihəsində Böyük Qayıdış layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı 3 milyard manat nəzərdə tutulub. Eyni böyük fədakarlığın digər illərdə də edildiyini görürük. Büdcədən 2021-ci ildə bərpa prosesinə 2.2 milyard, 2022-ci ildə isə 2 milyard 670 milyon manat ayrılıb. Bu isə o deməkdir ki, 3 il ərzində (2021-2023-cü illər) Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənqurmasına yalnız dövlət büdcəsindən 7 milyard 870 milyon (hardasa 8 milyard) manat xərclənib. Qarşılamağa hazırlaşdığımız 2024-cü ildə bu istiqamətə ayrılan vəsait daha böyükdür. Növbəti ilin dövlət büdcəsində Qarabağın bərpasına 4 milyard manat vəsaitin yönləndirilməsi proqnozlaşdırılır. Üst-üstə toplayanda, 44 günlük müharibədən sonra keçən 4 il ərzində Qarabağın yenidən inşasına hardasa 12 milyard manat xərclənəcək. Rəsmi məlumatlara inansaq, kifayət qədər böyük olan bu vəsait sayəsində Qarabağda ağıllı kənd və şəhərlər, yeni körpülər, yollar, müasir aeroportlar tikilir, digər infrastruktur layihələri həyata keçirilir. Üstəlik, bütün bu xərclər dövlət büdcəsindən ayrılanlardır. Xarici sərmayədarların da bu inşa prosesinə qoşulduğu və böyük vəsaitlər xərclədiyi sirr deyil. Bəs, ayrılan bu vəsaitlər təyinatı üzrə xərclənilirmi? Bu xərclər tikinti sektorunda çalışanların gün-güzaranına necə təsir göstərir?
Sözsüz ki, bu qədər böyük vəsaitin təkcə Qarabağın yenidən inşasına ayrıldığını düşünən hər kəs, böyük ehtimalla, yuxarıdakı suala belə cavab verərdi: inşaatçılarımız yağ-bal içərisində yaşayır, qaz vurub qazan doldururlar.
Nə yazıq ki, inşaat sektorunda işləyənlərlə söhbətimizdə vəziyyətin tamamilə başqa cür olduğunu təsbit etdik. Sən demə, dövlətin inşaata ayırdığı bu pullar onların yox, onların adından istifadə edən bir qrup şəxslərin ciblərini doldurur. İşləyən, tenikaları bu ağır işdə məhv olan real inşaatçılardır, pulu qazananar isə podratçı, subpodratçı şirkətlər. Onlar vasitəsilə tikinti sektorunda iş tapmaq yarışına girən kiçik inşaat şirkətləri isə ayrılan vəsaitin yalnız cüzi qismini qazanırlar. Təbii ki, kağız üzərində. Ən pisi isə odur ki, sənədlərdə qazandıqlarını belə, reallıqda ala bilmirlər. Nəticədə bir çoxları lizinq vasitəsilə aldıqları krediti belə ödəyə bilmir, iflasa uğrayırlar. Ovqat.com-a bu barədə xeyli şikayətlər daxil olur və biz də həmin şikayətlərdən birini araşdırmağa qərar verdik.
Şikayətçi Səməd Niftaliyevin iddiasına görə, onun 2 ekskavatoru 4 ay boyunca Qarabağın müxtəlif bölgələrində işləyib. Amma indiyədək o, işverən şirkətdən 11 min manat pulunu ala bilməyib.
Fərdi sahibkar Səməd Niftaliyevlə İcraçı şirkət “Alfa Construction Company” arasında bağlanan müqaviləyə görə, hər ekskavatorun bir aylıq işi üçün 16 min manat ödənilməlidir. Sahibkara 4 ay müddətində cəmi 32 min manat pul yazılıb. Həmin məbləğin isə sadəcə üçdə ikisi - 21 min manatı verilib. Səməd Niftalıyev bağlanan müqavilə ilə yazılan xidmət haqqı arasındakı bu fərqi hava şəraitinin uyğunsuzluğu ilə əlaqələndirib. Xüsusilə qış və yaz aylarında Qarabağda havalar yağmurlu keçdiyindən ekskavatorlar işləməyib. Nəticədə fərdi sahibkara xidmət haqqı da yazılmayıb. Halbuki, bağlanan müqavilədə bu cür şəraitlərdə məsuliyyət işverən tərəfin üzərinə düşür və ekskavatorun sahibinə xidmət haqqının ödənilməsi nəzərdə tutulur. “Alfa Construction Company” şirkəti isə texnikanın işlədiyi günlərə müftə ödənişdən boyun qaçırıb. Sahibkar da naç-naçar onunla razılaşıb. Nəticədə 32 min manat borc yaranıb. Hardasa 4 ay müddətində 2 texnikanın bir ay xidmət haqqı dəyərində. Di gəl ki, işverən şirkət bu vəsaiti də tam ödəmək istəmir. Müştərilərinə bayram hədiyyəsi vəd edən "Alfa" şirkəti neçə ailənin bayram süfrəsini boş qoyub Şikayəti araşdırmaq üçün “Alfa Construcion Company”nin ofisində olduq. Bizi şirkətin rəhbəri Mehdi adlı şəxs qarşıladı. Mehdi müəllimlə baş tutan qısa söhbətimiz zamanı o, həqiqətən də şikayətçilərə borclu olduqlarını təsdiqlədi. Pulu ödəməmələrinin səbəbini isə podratçı şirkətdən vəsait ala bilməmələri ilə əlaqələndirdi. Məlum oldu ki, “Alfa Constriction Company” əslində layihənin rəhbəri deyil. Layihə Türkiyənin “Polat Yol Yapı” şikəti tərəfindən həyata keçirilir. Podratçı şirkət görülən işlərin haqqını “Alfa Constriction Company”yə ödəmədiyindən o da istər-istəməz fərdi sahibkarların haqqını verə bilmir. "Alfa"nın Rövşən adlı qoçusu da var. Təsadüfidirmi? Əlbəttə ki, yox. Koroğlunun da əsl adı Rövşən deyildimi?
Özünü tikinti şirkətinin qoçusu kimi aparan Rövşən adlı vətəndaşın kobud müdaxiləsi sayəsində familiyasını belə öyrənməyə macal tapmadığımız Mehdi müəllim bildirdi ki, “Polat Yol Yapı” şirkətindən görülən işlərin haqqının ödənilməsi dəfələrlə tələb edib. Türk şirkəti isə nəinki borcunu ödəməyib, əksinə “Alfa Constriction Company”ni borclu çıxarıb. Özü də nə qədər? Hardasa 172 min manatdan çox. Bəs, “Polat Yol Yapı” bu iddianı irəli sürərkən nəyə istinad edir? Nə yazıq ki, Mehdi müəllimdən bu sualımıza cavab ala bilmədik. Söhbətimizin şirin yerində içəriyə daxil olan Rövşən adlı “tikinti qoçusu” başılovlu içəri girərək, bizdən jurnalist vəsiqəsi tələb etdi. Təbii ki, biz də öz növbəmizə dəvətsiz qonağımızın bu tələbini yerinə yetirməyə borclu olmadığımızı onun diqqətinə çatdırdıq. O isə bizi polislə qorxudaraq, Mehdi müəllimlə söhbətimizə son verməyimizi tələb etdi. Biz də qoçu ritorikası ilə danışmağa maraqlı olmadığımızdan aradakı gərginliyi artırmamaq və mövzunun davamını “Polat Yol Yapı” şirkətinin nümayəndələri ilə davam etdirmək qərarına gəldik. Yeri gəlmişkən, Mehdi müəllimlə söhbətləşərkən, içəriyə bir başqa şikayətçi daxil oldu. Anar Həsənov adlı şikayətçi də fərdi sahibkardır. Onun da bir ekskavatoru “Alfa Construction Campany”nin vasitəçiliyi ilə “Polat Yol Yapı”nın obyektlərində işləyir. O da iyul ayından indiyədək şirkətdən 36 min manatını ala bilməyib.
Ofisin binasından çıxarkən, binanın qarşısında xeyli şikayətçi ilə qarşılaşdıq. Onlar da buraya məşhur filmdə deyildiyi kimi, “bir abbası”larını istəməyə gəlmişdilər. Nə illah etdimsə, mənə açıqlama vermək istəmədilər. Bildirdilər ki, Mehdi müəllimlə danışıblar, o, şəxsi evini satıb dekabrın 5-nə qədər borclarını qaytaracağına söz verib. Biz də şikayətçilərə “inşallah, Allah bazar versin” deyib yolumuza davam etdik və məsləhət gördük ki, “işdir, şayət pullarını vəd edilən vaxtda ala bilməsələr, bizim qapımızı döyə bilərlər”.
“Alfa Construction Campany”nin ofisindən ayrılarkən “Polat Yol Yapı”nın layihə direktoru Burhan Bayrakçıya zəng etdim. O, maliyyə işlərinə baxmadığını və bu səbəbdən də sualımızı cavablandıra bilməyəcəyini bildirdi. Biz də “Polat Yol Yapı”nın təsisçisi Aydın Polatı aradıq. Aydın əfəndi jurnalist olduğumuzu və onun inşaat obyektlərində çalışan işçilərin xidmət haqqı ilə maraqlandığımızı eşidəndə cin atına mindi. Elə çığırıb bağırdı ki, nə dediyini anlamaqda çətinlik çəkdik. Bircə onu eşitdik ki, bizim heç kimə borcumuz yoxdur. “Alfa Construction Campany” hesab edirsə ki, bizdən alacağı var, zəhmət çəkib məhkəməyə müraciət edə bilər. Bir sözlə, Qarabağı və Şərqi Zəngəzuru yenidən inşa edən işçilərin ümidləri nə vaxtsa podratçı və subpodratçı şirkətlərinin iddialarına baxacağı güman olunan Azərbaycan məhkəmələrinə qalıb. Bu da “bir millət iki dövlət” qardaşlığının Qarabağın yenidən bərpa quruculuğunda düyünlənən son həlqəsi. Qorxuram ki, kimlərinsə acgözlüyü nəticəsində bu həlqə Qordi düyününə çevrilsin.
Fərdi sahibkarla söhbətimiz zamanı bu ehtimalın onları da narahat etdiyi hiss olunurdu. Şikayətçilər soruşurdular ki, Azərbaycan hökuməti öz yerli şirkətlərimizi kənarda qoyub niyə işi xarici şirkətlərə verir. Xarici şirkət isə texnikası olan yerli müəssisələr və fərdi sahibkarlarla yox, adından başqa heç nəyi olmayan, qapısında ancaq qoçu saxlayan “Alfa Construction Company” ilə quru adından və kirayəyə götürdüyü ofisindən başqa heç nəyi olmayan qurumlarla podratçı müqaviləsi bağlayır, nəticədə zərərə düşənlər yerli sahibkarlar olurlar. Axı bu fərdi sahibkarlar inşaat sektoruna ayrılmış vəsaitdən qazandıqları 5-10 manatla həm təsərrüfatlarını maliyyələşdirir, həm də aldıqları texnikanın kreditlərini ödəyirlər. İşləyib pul ala bilməyəndə isə həm texnikaları sıradan çıxır, həm də öhdəlik borclarını ödəyə bilmirlər. Heydər Oğuz, Ovqat.com
"Bərdədəki 5 nömrəli neft terminalı bazasının müdiri Hacı Hacıyev qanunu da, Allahı da saymır. Heç olmasa ad-soyadından utanıb insafla işləsin. Axı eşitdiyimizə görə o da əvvəllər zəhmətlə çörək yeyib, "KAMAZ" sürücüsü olub,yük daşıyıb. Heç olmasa keçmişini xatırlayıb nahaq iş görməkdən çəkinsin. Ərazidə bir neçə rayona xidmət edən bu müəssisənin rəhbərindən şikayət var. Tərtər rayonunun Köçərli kəndi ərazisində,Bərdə,Ağdam,Tərtər,Ağcabədi dördyolunda yerləşən yanacaqdoldurma məntəqəsinin müdiri Səfərov Əhməd Sabir oğlu bizə ünvanladığı müraciətində SOKAR PETROLEUM QÇS 5 nömrəli Bərdə neft terminalı bazasının müdiri,Allaha bəndəlik etməyən,əməkdaşlıq etdiyi insanlarla qarşı haqsızlıq edən Hacıyev Hacı və iş içraçısı Həsənov Əvəz adlı şəxslərdən şikayət edir. Beləki,şikayətdə göstərilir ki,yuxarıda adı gedən bazanın məsul işçiləri müqavilədə imzalanmış şərtlərə və müddəalara əməl etmirlər və üzərlərinə düşən öhdəlikləri icra ermitlər. Əhməd Səfərova limitində göstərilən qədər və bəzən də tamamilə məhsulu verməkdən imtina edirlər. Müqavilədə göstərilir ki,alıcı qəbul etdiyi məhsulu satıcının neft terminalı bazasından daşınmasını öz nəqliyyat vasitələri və vəsaiti hesabına həyata keçirir. Onlar müqavilədə qeyd edilmiş bu maddənidə pozurlar.Şikayətçinin dediyinə görə təhlükəli yüklərin daşınmasını həyata keçirən,lisenziyası mövcud olan nəqliyyat vasitəsi olsa da,satışı həyata keçirən baza buna icazə vermir. Bunun da məlum səbəbləri var".
Bu barədə NÖVBƏTİ YAZIDA...
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
"Təlim-tərbiyyə ailədən, mühitdən, bagcadan, məktəbdən başlayır. Uşaq bagcada, məktəbdə müəllimlərin necə pulgirliyini min bir sifətini görürsə bu ona təsirsiz qalmır. Bakının Nəsimi rayonundakı 162 nömrəli körpələr evi-uşaq bağçasının müdirəsi Maya Yunisovadan mətbuat ara-sıra yazıb. Bu xanım bağçanı elə bil özəlləşdirib. Öz qaydaları,öz rüsumları var. Pul harınlığı ona dövlət müəssisənin rəhbəri olduğunu unutdurub. Hər uşağın bağçaya götürülməsi üçün tələb etdiyi puldan başqa aylıq haqq da yığır. Bir şikayətçi qadının dediyinə görə hələki 50 manat istəyirlər. İmkansız,tək qadın uşağı min bir əziyyətlə böyüdür. Mina xanımın aylıq haqqını verə bilməyib, Bunun üstündə bağça müdirəsinin qəzəbinə tuş gəlib. İndi uşağını bağçadan çıxardır.Deyir,heç kimdən qorxmuram. Tabe olduğu yer Elm və Təhsil Nazirliyidir. Bəlkə "heç kim" deyəndə onları nəzərdə tutur. Hər halda nazirliklə hesablaşsaydı,bu dərəcədə harın olmazdı. Bunun gözünü pul o dərəcədə örtüb ki,heç nəyi görmür. Cənab nazir Emin Əmrullayev,uşaqlar gələcəyimizdir deyirik. Amma uşaqları rüşvətxor,insafsız müdirlərə,rəislərə etibar edirsiniz. Xahiş edirəm bu məsələnin bir həll yolu tapılsın". Şikayətçi: Sima Babayeva Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...