|
Suraxanı rayonunda yerləşən özəl bağçadaki xaotik vəziyyətlə bağlı redaksiyamıza şikayət daxil olub.
Şikayətçi Abdullayeva Dilbər Kamil qızı 3 yaşlı nəvəsinin getdiyi "Pambıq Bağça"da uşaqlara diqqət göstərilmədiyini, körpələrin nəzarətsiz qaldıqları üçün bir-birlərinə qarşı şiddətli davranışlar sərgilədiyini, bağçadaki natəmizlikdən narahat olduğunu “Patrul.az”a verdiyi müsahibəsində dilə gətirməklə yanaşı bunların əks olunduğu video materialları da redaksiyamıza təqdim edib. Təqdim edilən videolarda bağça direktoru Jasmin xanımın uşaqların gözü önündə qışqırbağır salması, qapıları təpikləməsi də əks olunub. Müsahibimiz iddia edir ki, belə hadisə o, direktora şikayət etdiyi zaman da yaşanıb və direktorla yanaşı bağça müəllimləri də onun üzərinə hücum çəkiblər.
Məsələnin aidiyyatı qurumlar tərəfindən araşdırılaraq lazımlı ölçü götürüləcəyini ümid etdiyini bildirən A. Dilbər, körpələrin bu şəraitdə qalaraq həm fiziki, həm də mənəvi olaraq sarsılmalarından narahat olduğunu deyib.
Bakı şəhəri 75 nömrəli məktəbdə bıçaqlanma olmasına dair yayılan məlumata aydınlıq gətirilib.
Məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 24.11.2023-cü il tarixində 7-ci sinifdə təhsil alan 2 şagird arasında (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) tənəffüs vaxtı mübahisə yaranıb.
"Mübahisə zamanı şagirdlərdən biri əlindəki naməlum əşya ilə digər məktəblinin qarın nayihəsini cızıb. Məktəb rəhbərliyi tərəfindən dərhal məsələyə müdaxilə edilib. Xəsarət alan şagird məktəbin tibb işçisi tərəfindən yoxlanılıb və ciddi bir xəsarət aşkar olunmayıb.
Daha sonra hər iki şagirdin valideynləri məktəbə dəvət olunaraq onlardan izahat alınıb və akt tərtib edilib. Hər iki şagirdin valideynləri arasında qarşılıqlı anlaşma yaranıb, övladlarına daha ciddi nəzarət edəcəklərini bildiriblər" - deyə qeyd edilib.
Milli.Az