Ağsu polisinin “toy axşamı”ndan rüsum biznesi - İDDİA
El adəti qumar oyunlarının təşkili “cinayət”i sayılır

El adəti kimi formalaşıb, kim toy edirsə, toy axşamı yüngül qonaqlıq verir, dost-tanış, qohum-qardaş yığışıb, stolustü oyunlar oynayır, kəsilən heyvanların içalatını- ciyərini qazanda, şişdə bişirib yeyirlər. Elə bu “ciyər məsələsi”nə görə, çox yerdə “toyaxşamı” “ciyər axşamı” adını alıb. Son illərdə hüquq orqanları, başlıcası polis elin bu adət-ənənəsindən “dövlət rüsumu- polis haqqı” adına yararlanır. Kim “ağıllı” olursa, 200-300 manat verib, arxayın ciyərini yeyir, çayını, arağını içir, nərdini, kartını oynayır. Ödəməyənlərin yolu polis kamerasından keçir. Özəlliklə, Ağsu polisi öncədən haqq ödəməyənlərin başına elə oyun açır ki, səsi heç “102”-yə də çatmır.

04.05.2024-cü ildə axşam Ağsu rayonunun Pirhəsənli kəndində rəhmətlik Zamin kişinin nəvəsinin kiçik toyunun axşamına yığılan qonaqları, ev yiyəsi başda olmaqla, Ağsu Polis Şöbəsinin əməliyyat qrupu gecə ilə müvəqqəti saxlama kamerasına salıb, yalnız toy günü – mayın 5-də saat 15 radələrində , “güzəştlə” 10 min manat qarşılığında buraxıblar. Heç demə, toy yiyəsi evində bir axşamlıq qumar oyunu təşkil edibmiş. Bəyəm toy axşamında ciyər yeyib-içməklə , lap olsun pulla kart, loto... oynamaq qumar oyunu təşkil etməkdir və bu hal cinayət məsuliyyəti yaradır? Axı, lap qumar oyunu təşkil etmək olsa da, buna görə inzibati qaydada tədbir görülməlidir, məhkəməyə inzibati protokol tərtib edilib, göndərilməlidir! Ağsu polisinin səlahiyyətini aşmasına -toy-ev yiyəsini və qonaqları məhkəmə qərarı olmadan 15-20 saat həbs etməsinə bəs polisə nəzarət edən(mi?) prokurorluq, məhkəmə niyə qiymət vermir? Polis bilmir, prokurorluq, məhkəmə də bilmir ki, vətəndaşın evinə məhkəmə qərarı olmadan hansı hallarda girmək olar? Bilmir ki, istənilən halda vətəndaşı məhkəmə qərarı olmadan həbs etmək, həbs yerində saxlamağın özü cinayətdir? Ağsu polisinə, prokurorluğuna “ İnzibati xətalar Məcəlləsi” nin 401-ci maddəsini oxuyub, anlamaq, nə qədər çətin olsa da, məsləhət görülür.”Maddə 401.1 . Azərbaycan Respublikasının ƏRAZİSİNDƏN qumar oyunlarında iştirak üçün imkanların yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə görə ; 401.2. qumar oyunlarında iştirak üçün biletlərin ..satışının təşkili və (ya) satışına görə - fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər 7 min manat, hüquqi şəxslər 40 min manat məbləğində cərimə edilir.” (401.3 və 401.4 maddələri daha mürəkkəb təşkilat xətalara görə cərimənin məbləğinin eyni olduğunu doğrulayır).

Vətəndaş Hüseynov toy axşamı evinin ƏRAZİSİNDƏN qumar oyunu üçün hansı imkanlar yaradıb, VİRTUAL MÜHİTƏ çıxışı təmin edib (m. 401.1), yaxud qumar oyunu üçün bilet satıb? ( m.401.2) Onun “inzibati xətası” odur ki, toya dəvətnamə verib, kimlərisə telefonla VİRTUAL olaraq kiçik toya çağırıb. Azərbaycanda da, bütün dünyada olduğu kimi, toy dəvətnamələri (öncədən) satılmır, toya gələnlər nəmər salır. Bəyəm bu qumar oyununun təşkilidir, qumar oyunudur? Lap olsun, inzibati xətaya görə , fiziki şəxsin 3 min manat cərimə edilməli olmasına baxmayaraq, onu cinayətdə suçlayıb, şantajla 15-20 min manat tələb edilməsi hansı qanunda, hansı məcəllədə yazılıb? Vətəndaşın şad günündə həbsə atıb, “azadolma rüsumu”nu diqtə etmək və zorla almaq yeni polis xidmətidir, ya şantajıdır? Vətəndaşı qınamaq da olmur, axı “rüşvət-dövlət rüsumu”nu verməsə, daha ağır maddə ilə, narkotiklə, silahla şərlənib tutulacaq, uşağının toyunu 15-20 saatdan sonra yox, Allah eləməsin, 10-15 ildən sonra görə biləcək!

Onu da özəl vurğulamaq gərəkir, toy axşamlarına qonaqlar çağırışsız, dəvətnaməsiz gəlirlər. Ümumiyyətlə, Məcəllədə inzibati həbs də nəzərdə tutulmayıb, yalnız cərimə yazılıb. Yəqin Ağsu polisinin vətəndaşların evlərinə, həyətlərinə məhkəmə qərarı olmadan soxulub, videoçəkiliş aparıb, bunu sübut kimi təqdim edib, onların canına-malına qəsd etməsi qanunsuzluğuna DİN rəhbərliyi son qoyar.

Məğrur Bədəlsoy

P. S. Toyaxşamı məclislərinin Cinayət Məcəlləsinin 244-1 ( Qumar oyunlarının təşkili və keçirilməsi) maddəsinə də tövsif ediləbilməzliyi göz önündədir. Axı toy yiyəsi qumar yox, toy təşkil edir, qumara oyunçular yox, toya qonaqlar çağırır. 244-1.1 maddəsində qumar oyunlarının təşkili və keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün YER TƏŞKİLETMƏ və ya SAXLAMAya görə 5-10 min manat arası cərimə .. nəzərdə tutulub. Polis bir axşamlıq qonaqlıq məclisini qumar YERİ TƏŞKİLETMƏ və ya SAXLAMA sayır?!
/seherxeber.org/

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT
21 Noyabr 2024 DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR - Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? (Araşdırma)
20 Noyabr 2024 Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir – Bəs Arxitektura Komitəsi hara baxır?
20 Noyabr 2024 ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20 Noyabr 2024 Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
20 Noyabr 2024 COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
19 Noyabr 2024 Göyçayda Şəhadət kənd sakininin pay torpağına göz dikən vəzifəli şəxslər kimlərdir – MÜRACİƏT
19 Noyabr 2024 Goranboy rayon MKTİB rəisinin “qara-qura” əməllərinin pərdəarxası gizlinləri
19 Noyabr 2024 Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı

Dünyapress TV

Xəbər lenti