Ardını oxu...
Son illər Daşkəsən-Gəncə Regional Təhsil Ìdarəsində rūşvətxorluq, korrupsiya və intiharlar ölkə mediasının manşetlərinə daşınaraq gūndəmi zəbt etməsi hər kəsin yaxşı xatirindədir.

Bu gūn də 44 saylı tam orta məkţəbin direktoru ilə dərs hissə mūdirì arasında dava-dalaş olub.

Ardını oxu...

Bu haqda Dunyaninsesi.Az saytına özəl mənbədən məlumat daxil olub.

Belə ki, direktor Gūlşən Məmmədəliyeva məktəbin siniflərindən birinin jurnalının cırılaraq məhv edilməsini əsas gətirərək kollektivin gözləri qarşısında dərs hissə mūdirì Rəfiqə Ramazanivanı təhqir edib.

Bundan sonra direktor “zauç”la “razborka”nı öz iş otağında aparıb.Sonda səhhəti ağırlaşan Rəfiqə xanım Ramazanovanın ūstūnə Təcili Tibbi Yardım Stansiyasının briqadası cağırılıb.
 //Dunyaninsesi.Az//

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...
Sumqayıtda yerləşən təhsil müəssisələrində baş verən qanunsuzlar barədə daim redaksiyamıza şikayətlər daxil olubdur. Bunların içərisində Sumqayıt Evdə Fərdi Təhsil Məktəbi xüsusilə seçilir. Xatırladaq ki, bu yaxınlarda aktualxeber.az saytında son olaraq “Direktor sarıdan bəxti gətirməyən məktəb” başlıqlı məqalə dərc etmişdik. Onu da qeyd edək ki, bu məktəbin direktor sarıdan heç bəxti gətirməyib.
Uzun müddətdir Sumqayıt təhsilinin formalaşmasının mümkün olmamasına səbəb nədir?! Sistemdə bir çox dəyişikliklər edilməsinə baxmayaraq, boşluqlar, idarəçilərin rüşvətlə təyinat alması təhsil ocaqlarında ağır nəticələr verməkdədir. Direktor təyin edilənlər heç də təhsilin yüksəldilməsini düşünmür. Verdiyi “şirinliyi” çıxarmaq üçün əlli bəhanələr gətirərək qeyri-qanuni yığımlar haqda planlar icad edirlər. Bəs təhsil, Azərbaycanın gələcəyi üçün çalışan ölkə rəhbərinin tövsiyə və tapşırıqlarını kimlər, haçan icra edəcəklər? Dəvəquşunun səhra macərası Fərdi Evdə Təhsil məktəbindən yan keçmir. İllərdir bu müəssisədə gedən oyunlar dillər əzbəri olub. Lakin İlhamə Abdullayevaya sual etsən məsələdən şübhəsiz ki xəbərsiz olduğunu deyəcək. Amma 5 illik müddətə nəzər salsaq məktəb idarəçiliyində nə qədər rəhbər dəyişildiyini görərik. Bu təyinatların heç biri isə Abşeron-Xızı Regional Təhsil İdarəsinin iradəsindən kənar olmayıb. Bəs bu şəxslərin qısa müddət fəaliyyətinin İlhamə Abdullayeva nə ilə əlaqələndirəcək. Redaksiyamıza yeni müraciət daxil olan müraciətdə deyilir:
“2023-cü ilin aprel ayında Sumqayıt 21 saylı orta məktəbin direktoru Vladim İbrahimovdan həddən çox şikayətlər gəldiyinə görə Abşeron-Xızı Regional Təhsil İdarəsi onu işdən çıxarmağa məcbur oldu. Bunu həmin məktəbin müəllimləri də açıq deyirlər. Amma işdən çıxarılan direktoru gətirib bizim Evdə Fərdi Təhsil Məktəbinə direktor qoydular. Həmin gündən də məktəbi Vladim müəllimlə birlikdə həyat yoldaşı Səidə müəllimə idarə edir. Səidə müəllimə başqa məktəbin müəlliməsi olsa da, Evdə Fərdi Təhsil məktəbində saat hesabı dərs deyir, həm də Abşeron-Xızı Təhsil İdarəsində Tibbi-Pedaqoji-Pssixoloji Komissiyasının rəhbəridir. Komissiyanın keçmiş sədri İsa Tərlanov yoxlamalar nəticəsində işdən çıxarılsa da, Səidə müəlliməni himayə edənlər onu komissiyanın rəhbərliyinə gətirdilər, halbuki xeyli sağlam, heç bir xəstəliyi olmayan uşaqlar 9-11-ci siniflərdə müəllim yanına gedə bilmək üçün məhz həmin komissiyanın saxta rəyləri əsasında Evdə Fərdi Təhsil məktəbinə qəbul edilmişdilər, onlardan hələ də məktəbdə təhsil alanlar var. Hətta deyilənlərə görə, sağlam uşaqların məktəbə qəbulu 1500-2000 manatdır. Vladim müəllim məktəbə direktor təyin olunandan Səidə müəllimənin bütün rəfiqələri aprel-may ayından etibarən məktəbimizə axın etməyə başlayıblar. Yoxlama aparılsa məlum olar ki, 2023-cü ilin aprel ayından başlayaraq 21 saylı məktəbdən və digər məktəblərdən onlarla müəllimə saat hesabı dərs verilib, məktəbin öz müəllimləri isə dərs üçün az qala yalvarır. Korrupsiya halı olmayan yerdə bu qədər narazılıq hansı hallarda baş verməsi mümkündür!? Direktorun həyat yoldaşı Səidə müəllimə təzə qayda qoyub ki, bu dərs ilində ancaq diaqnostik bala görə dərs veriləcək. Müəllim heyəti buna da razılıq verib. Ancaq bir məsələ də var. Belə ki, kənardan gətirilən müəllimlər öz məktəblərində diaqnostik balla 20 saat, EFT məktəbində də 16 saat dərs alanda ümumi 36 saat edir. Bu da elə-belə başa gəlmir də… Hələ eşitdiyimizə görə, 1 saat dərs üçün 80-100 manat görüm baxım edirlər. Xüsusi təhsil sinifləri isə ümumiyyətlə direktorun özünə aiddir. Vladim müəllim və Səidə müəllimə məktəbimizi artıq özəl obyekt kimi işlədirlər, söz arası da deyirlər ki, biz birbaşa İlhamə xanımın, yəni Regional Təhsil İdarəsi rəisinin tapşırıqlarını icra edirik, ona arxayınıq, bizə heç İcra Hakimiyyəti də söz deyə bilməz”.
Xatırladaq ki, məktəb xüsusi təhsil müəssisəsi olduğu üçün müəllimlərin əmək haqqına 50 faiz əlavə də edilir, bu isə 36 saat dərsi olan 55-60 yaşlı 35-40 il stajı olan müəllimlərin ayda 3000-3500 manat maaş alması deməkdir. Ona görə də çəkinmədən 1 saat dərs üçün nə qədər rüşvət tələb olunsa, verirlər. Nəticə də belə olur ki, diaqnostik balı yuxarı olan kənarda qalır, balı aşağı olan 30-36 saat dərs saatına sahib olur. Biz ötən yazımızda həmin “fədakar” müəllimlərin bəzilərinin adlarını çəkmişdik.
Müraciətdə sonra deyilir: “Vladim İbrahimovun həyat yoldaşı Səidə İbrahimovanın Tibbi Pedaqoji Komisisya üzvü olduğunu nəzərə aldıqda təhsildə 400 şagirdin evində dərs alması mütləq yoxlanılması vacib məsələlərdəndir. S.İbrahimovun repetitor yanına övladların rahat göndərmək üçün müraciət edən valideynlərə “övladlarınız internat məktəblərində incidiləcək, lakin Evdə Fərdi Təhsil sistemində bu problemlərlə üzləşməyəcəksiniz”, kimi danışıqlarla valideynlərin sağlam övladlarını xəstə adı ilə qeydiyyata alınmasına nail olurlar. Artıq qeydiyyata alınması belə 2000-3000 manata başa gələn məsələdə hər il 400 nəfər şagird qəbul edilməsi hesablamalara görə 800.000 manat civarında korrupsiya halının baş verməsi deməkdir”.
Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə hər il şagird sayı artır və ya kontinget ildə bir dəfə dəyişir. Bu isə hazırlıqlara cəlb edilmiş şagirdlərdir ki, ali məktəblərə verdikləri imtahanlardan sonra adları məktəbin şagird siyahısından silinir. Bəs o zaman yoxlamalar zamanı sağlam uşaqların niyə xəstə olmadığı müəyyən edilməsi yönündə İlhamə Abdullayevanın tədbir görmədiyi sual doğurur. Bu da onunla əlaqəlidir ki, Vladim və həyat yoldaşı Səidə daim “bizim arxamızda onsuz da Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdirəsi İlhamə Abdullayeva dayanır. Bizə heç icra başçısı Zakir Fərəcovda söz demək ixtiyarında deyil”, deyə onlardan narazı olanlara deyirlər.
Hələlik bu qədər. Növbəti yazımızda İlhamə Abdullayevanın direktor vəzifəsinə təyinat yolunda kəşf etdiyi metodlardan söhbət açacağıq.

Aktualxeber.az
QEYD: Bu gün təhsilimizdə nə desən ola bilər....
 
 
 
Ardını oxu...
Ölkədə ekoloji terror davam edir. Həm də acımasızcasına...

Başında da yad kimsə dayanmır. Kimlərə ki, ekologiyanı qorumaq tapşırığı verilib... elə onlar da Ana Təbiətə qarşı ZƏRƏRVERİCİ funksiyasını həyata keçirməkdədirlər.

DİA.AZ bloqu olaraq əldə ettdiyimiz bilgilərdən belə məlum olur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) tabeliyində “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi”nin sədr müavini Azər Məcid oğlu Şükürov nazir Muxtar Babayevin himayədarlığı ilə kifayət qədər qanunzsuzluğa yol verir. O, əsasən mədən, karxana rəhbərlərini yüksək məbləğlərdə cərimə edir, daha sonra isə onları bazarlığa məcbur edir.

Bazarlıq 2 formada həyata keçirilir, ya sahibkar özünə məxsus obyektin bir hissəsini Azər Şükürovun dediyi adamın adına sənədləşdirməyə məcbur edilir, ya da kifayət qədər yüksək məbləğdə rüşvət tələb olunur. Sahibkarlar razılaşmadığı təqdirdə sifarişli yoxlamalar, təzyiqlər, bürokratik əngəllər daha da kəskin hal alır.

Məhz bu əməllərinə görə onu naziliyinin «qara kassası» adlandırırlar. Bunlar bir tərəfə, Azər Şükürov məmur ola-ola biznes fəaliyyəti ilə də məşğul olur. «Azinterpartlayış X»və »AzGeo» MMC şikrətləri ölkədə partlayış işi ilə məşğul olan nadir şirkətlərdəndirlər.

Öz sahələrində rəqiblərinin az olmasına baxmayaraq onları şərləyərək və ya rəsmi post tutan yaxınlarının imkanları ilə bazardan çıxartmaqdan çəkinmir.
Ardını oxu...
Axı Azər Şükürova qarşı hansısa addmlar da atılmalı idi.... Bu necə oldu? Bu barədə çalışıb növbəti yazımda xəbər verəcəm...
Məhəmməd ƏRSOY
QEYD: Bizdə artıq məmur olub oliqarx olamamaq pis ton sayılır....
 
Ardını oxu...
Rastlaşdığım biabırçılığın ancaq Sumqayıt səhiyyəsinə və ya ölkənin bütün səhiyyə sahəsinə aid olmasını hələki bilmirəm. İnternetdən Səhiyyə Nazirliyinin qaynar xətti kimi göstərilən nömrəyə zəng etdikdə “nömrə müəyyən olunmadı” cavabını aldım. Demək belə, sürücülük vəsiqəmin 6 noyabr tarixində bitən müddəti uzatmaq üçün sağlamlıq haqqında arayış almaq lazımdır. Məlum oldu ki, Sumqayıtın harasında yaşamaqdan asılı olmayaraq, bu arayış üçün ancaq “Ailə Sağlamlıq Mərkəzi” adlı poliklinikaya müraciət etmək lazımdır. Nə üçün insanlar yaşadıqları ərazidəki poliklinikada bu arayışı almaq hüququndan məhrum olunublar bilmirəm. Həm də bu poliklinika şəhərin ucqar ərazisində, köhnə, dəhlizləri darısqal binada yerləşir. Həmin əraziyə içtimai nəqliyyatın da marşurutu azdır.Qısası, ayın 4-də poliklinikaya getdim, müayinə üçün tələb olunan 50 manatı ödədim. Müayinələr üçün göndəriş verilən otaqın qarşısında çoxlu sayda insanlar növbə gözləyirdi. Məlum oldu ki, kompyuterdə problem yaranıb və ustalar çağrılıb. Nəsə, bir neçə saatdan sonra göndərişləri alanda məlum oldu ki, artıq həkimlər evlərinə dağlışıblar.Bazar ertəsi tezdən gəldim, 2-3 həkim müayinəsindən (1-2 dəqiqləlik qəbula müayinə demək olarsa) keçdim. Hər həkimə o qədər növbə vardır ki, keçdiyim müaniyələrdən sonra məlum oldu ki, həkimlərin iş günü qutarıb.Bu həkimlərin çoxu qrafiklə işləyir, yəni ya səhərdən günartaya qədər, ya da günortadan axşama qədər. Lakin qapıların heç birinin üzərində həkimin iş qrafiki yazılmayıb. Ona görə də həkimləri soraqlaşmalı, dəfələrlə qapılarını döyməli olurduq.Növbədə çərləyən insanlar da bir-birini sözlə zəhərləməklə bu xaosda özlərinə təsəlli verirdilər. Nəhayət bu gün qalan müayinələri yekunlaşdıra bildim. Tələsik qayıtdım göndəriş verilən otağa ki, onu təhvil verib əvəzində arayış alım. Qapıda ən azı 15 nəfər gözləyirdi, ən pisi də iş günün sona yaxınlaşması idi (çünki bu gün də onlar üçün qısa iş günü sayılırdı).Bu arayış ilə “Asan xidmətə” gedib, orada qısa müddətə yeni sürücülük vəsiqəsi ala bilərdim.Lakin məlum oldu ki, yenə sistem işləmir və hamıya bildirdilər ki, arayış üçün ayın 10-da gəlməliyik.Beləliklə də, mən ayın 10-a qədər mülkiyyətimdə olan avtomaşından istifadə hüququndan məhrum edildim. Dəhşətlisi odur ki, adi texniki məsələni təşkil edə bilməyən belə bir quruma millətin həyatı və sağlamlığı həvalə olunub.
Асабали Мустафаев
QEYD: Əsabəli bəy sadəcə müəyyən məbləğındən keçsə idi heç bu qədər əziyyət çəkməzdi!! Yəni bu günün həqiqəti budur...
 
Ardını oxu...
Naxçıvanda aparılan struktur və kadr islahatlarından sonra meydana çıxan, “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradaraq ona rəhbərlik edən İsmayıl Məmmədovdan redaksiyamıza şikayət məktubları daxil olmaqda davam edir.

İsmayıl Məmmədovun rəhbərlik etdiyi MMC muxtar respublikada tikinti sektoruna nəzarət funksiyasını həyata keçirir. İddia edilir ki, MMC rəhbəri özünü Naxçıvanda xüsusi mandat verilmiş şəxs kimi aparır.

Bu MMC Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu yaxınlarda ləğv edilmiş Naxçıvanşünaslıq Mərkəzinin binasında fəaliyyət göstərir.

Əvvəlcə onu qeyd edək ki, bu bina muxtar respublika ərazisindəki mühüm tarixi abidələrdən biridir.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev TNS-ə deyib ki, həmin bina 1840-cı ildə tikilib. Bu binada vaxtilə Çar Rusiyasının yerli orqanları, 1918-ci ildə isə Araz-Türk Cümhuriyyətinin parlamenti fəaliyyət göstərib.

Maraqlıdır ki, bu tarixi bina nəyə görə “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilib? Həmin təşkilat isə bu tarixi binanın interyerini öz istədiyi kimi dəyişdirib, yəni abidəyə xələl gətirib. Halbuki muxtar respublikada bu binada fəaliyyət göstərə biləcək, iş şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan onlarla elm, təhsil və mədəniyyət müəssisəsi vardır.

Sən demə, bu bina heç tarix və mədəniyyət abidəsi kimi qeydə alınmayıb.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinədən TNS-in soğusuna cavab olaraq bildirilib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2023-cü il tarixli sərəncamı ilə bu bina İqtisadiyyat Nazirliyinin sərəncamına verilib. Cari ilin sentyabr ayında “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti nazirliyə müraciət edərək keçmiş Naxçıvanşünaslıq Mərkəzinin binasının onlara icarəyə verilməsinə köməklik göstərilməsini xahiş edib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin məlumatına əsasən, qeyd olunan obyektin tarixi abidələr siyahısında olmadığı nəzərə alınaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununa və “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, Naçıvan şəhəri, Nizami küçəsi 16 ünvanında yerləşən, 778,5 kvadratmetr olan qeyri-yaşayış sahəsi bir il müddətinə həmin MMC-yə icarəyə verilib. “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti 59975,64 manat icarə haqqı ödəməlidir. Yəni, bu obyektin bir kvadratmetri həmin MMC-yə 6 manat 42 qəpiyə icarəyə verilib. İndiki dövrdə Naxçıvan şəhərinin mərkəzində icarəyə götürmək üçün bu qiymətə belə bir obyekt tapmağın mümkün olub olmadığını qiymətləndirməyi oxucuların ixtiyarına buraxırıq.

Əldə etdiyimiz məlumata görə, İsmayıl Məmmədovun rəhbərlik etdiyi MMC hələ icarə müqaviləsi bağlanmamışdan xeyli əvvəl, Naxçıvanşünaslıq Mərkəzi ləğv edildikdən sonra binada təmir işləri aparıb, orada fəaliyyətə başlayıb. Bütün bu faktlar İsmayıl Məmmədovun Naxçıvanda xüsusi səlahiyyətli şəxs olduğu iddialarını gücləndirir. Onun muxtar respublikada necə söz sahibinə çevrildiyi ilə bağlı tutarlı faktı yazının sonunda qeyd edəcəyik.

İndi isə keçək “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin muxtar respublikada tikintiləri dayandırması, tikilməkdə olan binaları qanunsuz şəkildə sökdürməsi məsələsinə. Fakt odur ki, İsmayıl Məmmədov muxtar respublikada istənilən tikinti obyektinin tikintisini dayandırır, istədiyi obyekti sökdürür.

Bir neçə misal çəkək. Bu MMC-nin təklifi və təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin tikilməkdə olan futbol stadionu sökülüb. Həmin obyektin tikintisinə sərf olunan yüz min manatlarla dövlət vəsaiti havaya uçub. Bu azmış kimi, İsmayıl Məmmədov universitetin tikilməkdə olan rektorluq binasının da sökdürülməsinə çalışır. Bu bina ilə bağlı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüsur aktı var. Amma bu, binanın sökülməsinə əsas vermir. Nöqsanlar aradan qaldırıla, binanın tikintisi başa çatdırıla bilər. Bu binanın tikintisinə 2 milyon manat vəsait xərclənib. Deməli, dövlətin 2 milyon manatını heç bir rəsmi səlahiyyəti olmayan şəxs küçəyə atmaq fikrindədir.

İsmayıl Məmmədov heç bir əsas, səbəb və səlahiyyəti olmadan Naxçıvan Dövlət Universitetinin Texnologiyalar Parkının tikintisi dayandırıb. Muxtar respublikanın bir səlahiyyətli şəxsinin də cəsarəti çatmır ki, bu adamdan soruşsun görək, axı bu kimdir? Muxtar respublikanın Ali Məclisi də, Nazirlər Kabineti də hələ ki susur.

Bəs Naxçıvanda bu MMC tərəfindən tikilmədə olan obyektlərin sökülməsi, tikintisinin dayandırılması ilə bağlı aidiyyəti dövlət orqanlarının məlumatı varmı?

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İlqar Sadıqov TNS-ə açıqlamasında deyib ki, onların bu Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyəti barədə məlumatları yoxdur.

“Biz ancaq daxil olan layihələrə baxıb onların uyğunluğuna rəy veririk. Bizim funksional istiqamətimiz bundan ibarətdir. Tikintiyə nəzarət Fövqəladə Hallar Nazirliyinin səlahiyyətindədir”, – komitə sədri əlavə edib.

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinə göndərdiyimiz sorğuya isə hələ cavab verilməyib.

Naxçıvanda hansısa qanunsuz tikinti aparılıbsa, yaxud hansısa obyektdə qüsur aşkar edilibsə, bu sahəyə cavabdeh dövlət orqanları var. Bu barədə qanuni tədbir görmək həmin dövlət orqanlarının səlahiyyətindədir. Yenə həmin suala qayıdırıq. “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi hansı səlahiyyətlə dövlətin işinə qarışır? Bu MMC dövlət orqanlarının inşa etdiyi, yaxud inşa etdirdiyi obyektləri necə sökdürür? Naxçıvanda bu qədərmi dərəbəylik hökm sürür?

Əgər sahibkar İsmayıl Məmmədovun avtomobili Naxçıvan Ali Məclisinin düz qarşısında, heç kimin avtomobilini saxlamağa, hətta ordan keçməyə belə icazəsi olmayan bir yerdə saxlanılırsa, deməli, o, xüsusi səlahiyyətli şəxsdir. Qanunlarla idarə olunan Azərbaycanda belə qanunsuzluqlara heç vaxt göz yumulmayacaq.

Naxçıvanda özünü xüsusi imtiyazlı şəxs kimi aparan və ona bu şəraiti yaradanlara ölkə Prezidentinin sözlərini xatırladırıq: “Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur”.

Mövzunu davam etdirəcəyik. //TNS//
QEYD: Naxçıvanda deyəsən züsusi səlahiyyətlilər gün gündən artıq...

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
     

Ağdam rayon icra başçısı Vaqif Həsənovun müavini Vaqif Kazımov vətəndaşa qarşı pis rəftarı və söyüşləri hər kəsi doğrudanda şoka salıb. Ən əsası bu məmura yaraşmayan bu biabırçı addıma Vaqif Həsənov susacaqmı ? Bax bu sual altındadır..
Vaqif Həsənovun təyin etdiyi kadr Vaqif Kazımov iş vaxdı çayxanalarda damino oynamaqla vaxtını keçirməyi absurt dərəcədə yol verilməzdir…
Ağdam rayon sakini İlhami Nəsibov qeyd edir ki,Vaqif Kazımov ona qarşı pis,pis söyüşlərlə təhqir edərək tərbiyəsizlik nümyiş edib.
Onuda qeyd edək ki,İlhami Nəsibov Kanal21.az-ın Ağdam üzrə bölgə müxbiridir.
Ətraflı video sujetdə.

Turantv.az


Ardını oxu...
Son zamanlar sosial şəbəkələrdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeçilyində olan Kəlbəcər təhsil sektorunun rəhbəri Namiq Rəcəbov haqqında bəzi məktəb direktorlarının narazılığını əks etdirən qeydləri yayılır.
Qeyd edək ki, sonuncu belə bir qeydi Mingəçevirdə yerləşən 35 saylı Kəlbəcər orta məktəbinin direktoru Elşən Əzim səsləndirib. O, özünün sosial şəbəkə hesabında yazır: “Bürokratik əngəllər.. və ya vəzifə səlahiyyətləri tam dəqiqləşdirilməmiş təhsil sektorları.
Əmr deyilən xüsusi səlahiyyət tələb edən sənəd növünə və ya kərgüzarlıq növünə dərkənar qoymaq sindiromu…
Köhnə təhsil şöbəsi müdiri nostalgiyasından çıxa biləməyən sektor müdirləri…”
“Zənnimcə yuxarıda qeyd olunan mövzular mətbuatın əsas gündəmi olmalıdır” deyə Elşən Əzim fikirlərini tamamlayıb.
Bu narazılığı ilə bağlı Gununsesi.info-nun əməkdaşı adıçəkilən direktorla əlaqə saxlayıb.
Saytımıza açıqlamasında Elşən Əzim bunları deyib:

“Məktəb direktorlarının səlahiyyətinə müdaxilə olunur. Məktəb direktoru dərs bölgüsünə ilin istənilən vaxtı dəyişiklik etmək səlahiyyətindədir. Bunu qanun çərçivəsində edirsə, heç kimin etiraz etmək, icazə verməmək hüququ yoxdur. Əmrlərin yazılışında əmrin məzmunundan asılı olaraq mühasiblə, hüquqşünasla, məşğulluq mərkəzi ilə, məsləhətçilərlə müzakirə oluna bilər. Bu da əmr yazılmamışdan əvvəl onun layihəsinin müzakirəsi müstəvisində ola bilər, ancaq yazılmış əmrə bir başqasının dərkənar qoyması və o əmrin icrasının həmin dərkənardan sonra həyata keçirilməsi heç kərgüzarlıq qaydalarında nəzərdə tutulmayıb. Ümumiyyətlə özünün əmr vermək səlahiyyəti, möhürü olmayan şəxs əmr vermək səlahiyyəti olan şəxsin əmrinə necə icazə verə bilər? Ya o sektor müdirlərinin səlahiyyəti artırılsın, ya da direktorların səlahiyyəti rəsmi olaraq məhdudlaşdırılsın, birdəfəlik işimizi bilək”.
 //Gununsesi.info//


ŞƏRHİMİZ: Yəqin ki, Kəlbəcər rayonu coğrafi baxımdan azad olduğu kimi, bu cür məmurlardan da nəhayətdə qurula biləcək...
Ardını oxu...
Laçın şəhərində aşbaz işləyən Bakir Əliyev iddia edir ki, mənşəyi bilinməyən əti alıb mənə verdilər ki, bişir ustalar və fəhlələr yesin.
Laçında Rabitə İnşaatda Rabil müəllim fəhlələrə mənşəyi məlum olmayan ət yedirdir...AQTA-nın nəzərinə.
Bakir Əliyev buna etiraz edərək dalaşıb və işdən çıxıb. Qeyd edir ki, mənşəyi bilinməyən əti bişirib ustalara fəhlələr verə bilmərəm.

 
 
 

Dünyapress TV

Xəbər lenti