Yerüstü Nəqliyyat Agentliyindən çox yazmışam. Dedim bir az müşahidə edim,bəlkə nəticə çıxardalar.
Görürəm yox,agentliyin rəhbəri Anar Rzayev yenə öz əməllərini davam etdirir. Şikayətlər də yenə davam edir.Çünki qaldırılan məsələlərə heç baxılmır da. Bu adam Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini (AYNA) şəxsi mülki kimi idarə edir.
Arxasında nazir müavini Rəhman Hümmətov,qabağında da əlaltıları,ətrafına yığdığı qohum-əqrəbası. Qaz vurub qazan doldururlar.Anar müəllim dövlətin işini,büdcəsini öz biznesinə çevirib.
Beynəlxalq yükdaşımaları,nəqliyyatdakı bütün yükdaşımalara az qala inhisara alıb.Dövlət rüsumu bir yana,Anar Rzayevin qoyduğu öz rüsumları var. Razılaşmayan günlərlə gözləməli olur. Hələ TIR-lar saxladığı qarajları demirəm. Məsələn,Xırdalanda 1 000 000 (bir milyon) dəyərində avtoqarajlarını qeyd etmək olar.
Bunlar barədə əvvəlki məqalələrdə ətraflı yazmışam. Yerüstü Nəqliyyata cavabdeh şəxsin “yer altından” gördüyü işləri,işçilərə qarşı haqsızlığı,ixtisaslı işçilərin yerinə qohumlarını,dost-tanışı necə yığdığını göstərmişəm.
Anar Rzayev bu yeyintiləri hesabına yaxşı sərvət sahibi olub. Qubada daş karxanası,müxtəlif yerlərdə iaşə obyektləri,Bakıda 60 mənzil,Novxanıda malikanə,Sədərək Ticarət Mərkəzində biznes əlaqələri Anar Rzayevi lap kommersant oliqarxa çevirib.
Onun hazırki fəaliyyəti,şikayətlər barədə qeydlərim olacaq. Bunu isə xatırlatma kimi yazdım ki, Anar müəllim bəlkə mövqeyini bildirmək istəsə, buyursun. Boyukmillet.com olaraq hər zaman həm şikayətçilərin, həm də qarşı tərəfin mövqeyini əks etdirməyə hazırıq. Sima Babayeva
Son dövrlərdə ökəni bürüyən özəl kilinikalarla bağlı problemlər bitmək bilmir. Bu klinikaların bir çoxunun adı çox bahalı qiymətləri və riskli xidmətləri ilə tez-tez mediada hallanır. Belə ki, fasiləsiz reklam yolu ilə özlərini peşəkar və yüksək savadlı həkim kimi qələmə verən bəzi şəxslər bu klinikaların pərdəsi altında pasiyentlərin başına oyun açır, lakin heç bir məsuliyyətə cəlb olunmurlar. Belə klinikalardan biri də Bakıda fəaliyyət göstərən “Doktor Med İnternational” klinikasıdır.
Klinikanın fəaliyyəti haqda saytımıza məlumat verən mənbənin dedyinə görə, klinikada həkim adı ilə təqdim olunan şəxslərin çoxunun ali tibbi təhsili yoxdur. Onlar hardasa 1-2 aylıq kursun kağızını alaraq həkim kimi pasiyentlərə xidmət gösfərir, onların xeyli pulunu alır, amma müalicələri heç bir effekt vermir.
Məsələn, exo-kardioqramma işi məşğul olan şəxs heç bir ali və ya orta ixtisas tibb təhsili olmadan, yalnız bir neçə aylıq kurs keçməklə bu müraciət edən xəstələri müayinə edir, laborator analiz götürür və təyinat verir, halbuki bu işlərə səlahiyyəti yoxdur, klinikanın qəbul şöbəsində (reseption) işləyir.
Klinikada cərrahiyə şöbəsi olmadığı halda burada kiçik cərrahi əməliyyatlar da aparılır, həm də adi otaqlarda xüsusi cərrahi təchizat olmayan yerlərdə. Xüsusən də, əli, ayağı şişmiş, qanqrena olmuş və ya olmaq üzrə olan şəkər xəstələrinin üzərində yarma üsulu ilə əməliyyatlar aparılır.
USM müayinəsini də tibbi təhsili olmayan, sertifikasiyadan keçməyən şəxs aparır. Saç əkilməsi üzrə lisenziyası olmayan şəxs tərəfindən bu əməliyyatlar aparılır.
İş o yerə gəlib ki, xəstənin rentgen aparatından keçirilməsini klinikanın mühafizəçisi aparır. Heç bir tibbi təhsili və bu sahədən anlayışı olmayan bir şəxsin belə təhlükəli bir müayinə aparatını işlətməsi insanların həyatı üçün ciddi təhlükə yaradır.
Mənbəmizin məlumatına görə, klinikadakı tibbi cihazların çoxu köhnə və qeyri-standart aparatlardır və çox vaxt düzgün diaqnoz qoya bilmir, başqa klinikalarda təkrar diaqnostika zamanı fərqli nəticələr çıxır. Üstəlik də, diaqnostika, müayinə və müalicə qiymətləri çox yüksəkdir.
Klinikada müxtəlif sahələr üzrə işləyən həkimlərin çoxunun həmin sahədə ali tibbi təhsili yoxdur. Onların arasında kosmetologiya, exo-kardioqramma, fizioterapiya, USM müayinəsi və sair sahələrdə çalışan şəxslər var. Əksər həkimlər sertifikasiyadan keçməyib və faktiki olaraq qanunsuz şəkildə həkim fəaliyyəti göstərirlər.
Bu şəxslər özlərini sosial şəbəkələrdə reklam etməklə müştəri cəlb edir və onların pulunu alır, amma müalicələrinin heç bir xeyri olmur. Müştəri sözünü elə-belə yazmadıq, bəli pasiyentlərə məhz müştəri gözü ilə baxırlar.
Klinika rəhbərliyi bu tibbi təhsilsiz şəxsləri həkim kimi işə götürə bilmədiyindən müxtəlif rəhbər və texniki vəzifələrə təyin edərək faktiki həkim kimi işlədir.
Mənbəmiz əgər Səhiyyə Nazirliyi və digər aidiyyatı orqanlar tərəfindən yoxlama aparılsa, klinikada çox sayda qanunsuzluq üzə çıxacağını deyir.
Yeri gəlmişkən, klinikanın xidmətlərindən istifadə etmiş və aldadılmış vətəndaşlar şikayətlərinin işıqlandırılması və araşdırılması üçün bizə müraciət edə bilərlər.
Məsələ ilə bağlı əlavə məlumat toplamağa çalışırıq. Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq
Dünyasını dəyişmiş yaxın-uzaq qohumlarının dəfni ilə qayğılanan hər kəs, xüsusilə də paytaxt sakinləri yaxşı bilirlər ki, Bakıda qəbir yerlərinin satılması əməlli-başlı gəlir gətirən biznesə çevrilib. Məlum olduğu kimi, qəbir yerləri rəsmi qiymətindən yüz dəfələrlə baha qiymətə satılır. Mental dəyərlərə sadiq olan azərbaycanlılar vəfat edən əzizlərini son mənzilə ehtiramla yola salmaq üçün pullarını əsirgəmir, narazı qaldıqları “od tutub yanan” qiymətlərə görə mübahisə etməyi ən azından təziyə mərasiminin davam etdiyi müddətdə qeyri-məqbul hesab edirlər. Mediatv.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə “Qəbiristanlıqların salınması və idarə olunması qaydaları” təsdiqlənib. Azərbaycan Konstitusiyasının, Mülki Məcəlləsinin və Şəhərsalma və Tikinti Məcəlləsinin, “Bələdiyyələrin statusu haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunun və başqa normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla hazırlanmış Qaydalara əsasən, qəbiristanlıqların idarə olunması bələdiyyələrə həvalə edilir. Yeni qəbiristanlığın salınması barədə qərarlar da bələdiyyə tərəfindən qəbul edilir. Həmçinin qəbiristanlığın ərazi planlaşdırılmasının sifarişçisi qismində bələdiyyə çıxış edir.
Fəqan Məlikov Rəfail Mehrəliyevi necə aldadır?
Ancaq çox maraqlıdır ki, paytaxtda bir sıra böyük qəbiristanlıqların (Sabunçuda “Birinci Zabrat qəbiristanlığı, Qaradağ rayonunda “Qurd qapısı” qəbiristanlığı,Buzovna qəbiristanlığı,Yasamal rayonunda Dövlət İmtahan Mərkəzinin arxasındakı qəbiristanlıq,Nizami rayon NZS qəsəbəsindəki qəbiristanlıq) idarə olunması yerli bələdiyyələrin ixtiyarına verilməyib, əvvəlki kimi Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan Vətəndaşlıq Xidməti Trestinin sərəncamında qalıb. Nazirlər Kabinetinin qəbul etdiyi qərarın tam icra olunmaması özü-özlüyündə müəyyən suallar doğurur. Elə bu sualları ehtiva edən 05.07.2023-cü il tarixli məktubla Bakı ŞİH-nin başçısı cənab Eldar Əzizova müraciət etdik və bu sualları doğuran məlumatların qanunauyğun surətdə tərəfimizdən araşdırılmasına şərait yaradılmasını xahiş etdik. Bakı ŞİH-nin Mənzil – Kommunal Təsərrüfatı Departamenti (MKTD) bizim məktubumuzu ay yarım sonra 28.08.2023-cü il tarixli məktubuna qoşma edərək, müraciətimizə baxılması, nəticəsi barədə qısa müddətdə redaksiyamıza və Departamentə məlumat verilməsi üçün Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri Fəqan Məlikova göndərdi.
Öz növbəsində Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri F.Məlikov 02.11.2023-cü il tarixli (Departamentin məktubundan düz iki ay sonra) məktubu ilə redaksiyaya necə cavab göndərsə yaxşıdır: “Məlumat üçün bildiririk ki, “Qəbiristanlıqların salınması və idarə olunması qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarına əsasən balansımızda olan qəbiristanlıqların 90%-i Bakı şəhəri üzrə müvafiq rayon və qəsəbə bələdiyyələrinə təhvil verilmişdir (Fəxri və Şəhidlər Xiyabanı istisna olmaqla). Balansımızda olan Xəzər rayonu Buzovna, Sabunçu rayonu 1 və Qaradağ rayonu Ümumşəhər (“Qurd qapısı”) qəbiristanlıqlarında “Şəhidlər sektoru” olduğundan, həmin sektorlara tərəfimizdən xüsusi qulluq və nəzarət həyata keçirilir. Balansımızda qalan qəbiristanlıqların təhvil prosesi heç bir problem olmadan davam etdirilir”. Göründüyü kimi, bu cavab məqbul olsaydı, onu bizə elə MKTD özü verərdi, Trestə həvalə etməzdi. Deməli, Departament sədri Rəfail Mehrəliyev Trest müdiri Fəqan Məlikovun işdəycələri barədə tam məlumatlı olmaya bilər və o üzdən təxmin edə bilər ki, Məlikov sadəcə redaksiyanın iddialarını birmənalı şəkildə rədd edəcək. İkincisi, Nazirlər Kabinetinin məlum tarixdə qəbiristanlıqların 90 %-nin deyil, hamısının, yəni 100%-nin bələdiyyələrə təhvil verilməsini qərara alıb, özü də üç ay (!) müddət ərzində.Görünür Fəqan Məlikov özünü Nazirlər Kabinetinin məsul şəxslərindən "ağıllı"sayır. Qəbiristanlıqların F.Məlikovun məktubunda qeyd edilən 90 %-i isə Trestin sabiq müdiri mərhum Cavanşir Tağıyevin rəhbərlik etdiyi dövrün son bir ilində yerli özünüidarəetmə qurumlarına təhvil verilib. C.Tağıyev 2019-cu ilin sonunda vəfat edəndən sonra Trestə müdir təyin olunanşəxs və hal-hazırki müdir F.Məlikov isə bu istiqamətdə heç bir addım atmayıb və qalan qəbiristanlıqları əlində saxlamağa çalışıb. F.Məlikovun şəhid ruhları ilə alver etməsinin heç bir məntiqli izahı yoxdur. Ona görə ki,2-ci Vətən müharibəsindən sonra respublikanın hər yerində olduğu kimi, Bakıda da demək olar bütün qəbiristanlıqlarda, o cümlədən bələdiyyələrin balansına verilmişlərdə şəhid məzarları var. Bələdiyyələrin həmin şəhid məzarlarına laqeyd yanaşması barədə statistika yoxdur. Bundan başqa, Trestin şəhid məzarları üçün ayrılmış sektorlara görə bütöv qəbiristanlıqları öz balansında saxlamasına gərək yoxdur. Bundan başqa, Trest rəhbərliyi istəsəydi, yuxarıda adları çəkilən qəbiristanlıqları da NK-nın qərarına uyğun olaraq bələdiyyələrə təhvil verər, yalnız şəhid məzarlarına xidmət etmək ixtiyarının özündə qalması təşəbbüsü ilə çıxış edərdi. Yəni, Trestin yalnız şəhid məzarları üçün ayrılmış sektorlara görə bütöv qəbiristanlıqları öz balansında saxlamasına gərək yoxdur. Demək, Trest müdiri şəhidlərə məxsus olmayacaq qəbir yerlərinə nəzarəti özündə saxlamaqda maraqlıdır. Marağın da nədən ibarət olduğunu məqaləmizin əvvəlində bildirmişik.Bir də görəsən hansı qəbirastanlıqda “Şəhidlər sektoru” mövcuddur və Fəqan Məmmədov onlara hansı xüsusi qulluq gösdərir? Davamı var....
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarından rüşvət almamaqla bağlı iltizam alınıb.
DİA.AZ bildirir ki, bu barədə idarənin əməkdaşları AzToday.az-a məlumat verib. Məlumata görə, noyabrın 3-də 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin direktoru Nəsimi Nəsibov iclas keçirərək işçilərə bundan sonra rüşvət almamaq barədə xəbərdarlıq etməklə yanaşı onlardan bununla bağlı yazılı iltizam alıb. Nəsimi Nəsibov bunu nazir Muxtar Babayevin əmri ilə etdiyini də işçilərin nəzərinə çatdırıb.
İclasda daha sonra nazirliyin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində əkin yerləri ilə bağlı keçirdiyi auditin nəticələri müzakirə olunub. Direktor auditin nəticəsinə görə xəbərdarlıq aldığını və buna görə işçilərdən “sağ ol” gözlədiyini də deməyi unutmayıb. İşçilər isə bildirir ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində əkin işləri ilə bağlı vəziyyət çox bərbaddır, bu səbəbdən direktor başda olmaqla idarənin məsul şəxslərinin cinayət məsuliyyətinə cəlb olunması gözlənilirdi. Amma nədənsə, Muxtar Babayevin göndərdiyi audit yoxlamalarının nəticələri Nəsimi Nəsibov üçün ürəkaçan olub…
AzToday.az-a daxil olan məlumatlarda iddia olunur ki, bir-neçə meşə təsərrüfatının rəhbər şəxslərin rüşvət və korrupsiya əməllərinə görə həbs olunması 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyini narahat edib. Bu narahatlıq fonunda yaşanan gərginlik bütün idarədə hər an hiss olunur. Daxili İşlər Nazirliyinin bir müddət əvvəl idarədə keçirdiyi əməliyyatın növbəti dəfə təkrar olunacağı yüksək ehtimal olaraq qalır…
Dünyasını dəyişmiş yaxın-uzaq qohumlarının dəfni ilə qayğılanan hər kəs, xüsusilə də paytaxt sakinləri yaxşı bilirlər ki, Bakıda qəbir yerlərinin satılması əməlli-başlı gəlir gətirən biznesə çevrilib. Məlum olduğu kimi, qəbir yerləri rəsmi qiymətindən yüz dəfələrlə baha qiymətə satılır. Mental dəyərlərə sadiq olan azərbaycanlılar vəfat edən əzizlərini son mənzilə ehtiramla yola salmaq üçün pullarını əsirgəmir, narazı qaldıqları “od tutub yanan” qiymətlərə görə mübahisə etməyi ən azından təziyə mərasiminin davam etdiyi müddətdə qeyri-məqbul hesab edirlər. Mediatv.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə “Qəbiristanlıqların salınması və idarə olunması qaydaları” təsdiqlənib. Azərbaycan Konstitusiyasının, Mülki Məcəlləsinin və Şəhərsalma və Tikinti Məcəlləsinin, “Bələdiyyələrin statusu haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunun və başqa normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla hazırlanmış Qaydalara əsasən, qəbiristanlıqların idarə olunması bələdiyyələrə həvalə edilir. Yeni qəbiristanlığın salınması barədə qərarlar da bələdiyyə tərəfindən qəbul edilir. Həmçinin qəbiristanlığın ərazi planlaşdırılmasının sifarişçisi qismində bələdiyyə çıxış edir.
Fəqan Məlikov Rəfail Mehrəliyevi necə aldadır?
Ancaq çox maraqlıdır ki, paytaxtda bir sıra böyük qəbiristanlıqların (Sabunçuda “Birinci Zabrat qəbiristanlığı, Qaradağ rayonunda “Qurd qapısı” qəbiristanlığı,Buzovna qəbiristanlığı,Yasamal rayonunda Dövlət İmtahan Mərkəzinin arxasındakı qəbiristanlıq,Nizami rayon NZS qəsəbəsindəki qəbiristanlıq) idarə olunması yerli bələdiyyələrin ixtiyarına verilməyib, əvvəlki kimi Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan Vətəndaşlıq Xidməti Trestinin sərəncamında qalıb. Nazirlər Kabinetinin qəbul etdiyi qərarın tam icra olunmaması özü-özlüyündə müəyyən suallar doğurur. Elə bu sualları ehtiva edən 05.07.2023-cü il tarixli məktubla Bakı ŞİH-nin başçısı cənab Eldar Əzizova müraciət etdik və bu sualları doğuran məlumatların qanunauyğun surətdə tərəfimizdən araşdırılmasına şərait yaradılmasını xahiş etdik. Bakı ŞİH-nin Mənzil – Kommunal Təsərrüfatı Departamenti (MKTD) bizim məktubumuzu ay yarım sonra 28.08.2023-cü il tarixli məktubuna qoşma edərək, müraciətimizə baxılması, nəticəsi barədə qısa müddətdə redaksiyamıza və Departamentə məlumat verilməsi üçün Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri Fəqan Məlikova göndərdi.
Öz növbəsində Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri F.Məlikov 02.11.2023-cü il tarixli (Departamentin məktubundan düz iki ay sonra) məktubu ilə redaksiyaya necə cavab göndərsə yaxşıdır: “Məlumat üçün bildiririk ki, “Qəbiristanlıqların salınması və idarə olunması qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarına əsasən balansımızda olan qəbiristanlıqların 90%-i Bakı şəhəri üzrə müvafiq rayon və qəsəbə bələdiyyələrinə təhvil verilmişdir (Fəxri və Şəhidlər Xiyabanı istisna olmaqla). Balansımızda olan Xəzər rayonu Buzovna, Sabunçu rayonu 1 və Qaradağ rayonu Ümumşəhər (“Qurd qapısı”) qəbiristanlıqlarında “Şəhidlər sektoru” olduğundan, həmin sektorlara tərəfimizdən xüsusi qulluq və nəzarət həyata keçirilir. Balansımızda qalan qəbiristanlıqların təhvil prosesi heç bir problem olmadan davam etdirilir”. Göründüyü kimi, bu cavab məqbul olsaydı, onu bizə elə MKTD özü verərdi, Trestə həvalə etməzdi. Deməli, Departament sədri Rəfail Mehrəliyev Trest müdiri Fəqan Məlikovun işdəycələri barədə tam məlumatlı olmaya bilər və o üzdən təxmin edə bilər ki, Məlikov sadəcə redaksiyanın iddialarını birmənalı şəkildə rədd edəcək. İkincisi, Nazirlər Kabinetinin məlum tarixdə qəbiristanlıqların 90 %-nin deyil, hamısının, yəni 100%-nin bələdiyyələrə təhvil verilməsini qərara alıb, özü də üç ay (!) müddət ərzində.Görünür Fəqan Məlikov özünü Nazirlər Kabinetinin məsul şəxslərindən "ağıllı"sayır. Qəbiristanlıqların F.Məlikovun məktubunda qeyd edilən 90 %-i isə Trestin sabiq müdiri mərhum Cavanşir Tağıyevin rəhbərlik etdiyi dövrün son bir ilində yerli özünüidarəetmə qurumlarına təhvil verilib. C.Tağıyev 2019-cu ilin sonunda vəfat edəndən sonra Trestə müdir təyin olunanşəxs və hal-hazırki müdir F.Məlikov isə bu istiqamətdə heç bir addım atmayıb və qalan qəbiristanlıqları əlində saxlamağa çalışıb. F.Məlikovun şəhid ruhları ilə alver etməsinin heç bir məntiqli izahı yoxdur. Ona görə ki,2-ci Vətən müharibəsindən sonra respublikanın hər yerində olduğu kimi, Bakıda da demək olar bütün qəbiristanlıqlarda, o cümlədən bələdiyyələrin balansına verilmişlərdə şəhid məzarları var. Bələdiyyələrin həmin şəhid məzarlarına laqeyd yanaşması barədə statistika yoxdur. Bundan başqa, Trestin şəhid məzarları üçün ayrılmış sektorlara görə bütöv qəbiristanlıqları öz balansında saxlamasına gərək yoxdur. Bundan başqa, Trest rəhbərliyi istəsəydi, yuxarıda adları çəkilən qəbiristanlıqları da NK-nın qərarına uyğun olaraq bələdiyyələrə təhvil verər, yalnız şəhid məzarlarına xidmət etmək ixtiyarının özündə qalması təşəbbüsü ilə çıxış edərdi. Yəni, Trestin yalnız şəhid məzarları üçün ayrılmış sektorlara görə bütöv qəbiristanlıqları öz balansında saxlamasına gərək yoxdur. Demək, Trest müdiri şəhidlərə məxsus olmayacaq qəbir yerlərinə nəzarəti özündə saxlamaqda maraqlıdır. Marağın da nədən ibarət olduğunu məqaləmizin əvvəlində bildirmişik.Bir də görəsən hansı qəbirastanlıqda “Şəhidlər sektoru” mövcuddur və Fəqan Məmmədov onlara hansı xüsusi qulluq gösdərir? Davamı var....
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
Fövqəladə hallar Nazirliyində son dövrlərdə baş verən hadisələr cəmiyyətdə bu dövlət qurumunun ciddi tənqidinə hədəf olmuşdur. Bəzi harınlamış məmurlar dövlət əmlakını yeyib üstündən su içdikdən sonra da qadın əməkdaşları yoldan şıxarmaqla, intim videolar çəkib özlərini qəhrəman kimi hiss etməklə gündəmə gəlirlər. Bu yaxınlarda məhkəməsi başa çatmış Zaur Mirzəyev hadisəsinin şokundan çıxmağa macal tapmamış yeni bir sürprizlə qarşılaşmaq ehtimalımız da gündən-günə təşviş doğurmaqdadır. Aktualxeber.az-a daxil olan məlumata görə , FHN-in Yanğından Mühafizə Xidməti Maliyyə Şöbəsinin rəisi Elvin Xanlar oğlu Mehdiyev Zaur Mirzəyevin əməllərini təkrarlamaq yolunu tutub. Bu o Elvin Mehdiyevdir ki, Ramiz Mehdiyevin yaxın qohumudur. Dərd burasındadır ki, Ramiz Mehdiyev vəzifədən getsə də, onun qohum-əqrəbası sarmaşıq kimi dövlət aparatını bürümüşdür. Təbiidir ki, hamının işləməyə də, vəzifə tutmağa da haqqı vardır. Lap elə Elvin Mehdiyevin də. Tutduğu vəzifə də pis deyil. Amma… Bax məsələ o, ammadadır. Elvin Mehdiyev o boyda Xidmətin maliyyə işlərini fırlatmaqla yanaşı, eşq macəraları yaşamaq üçün də fürsətini fövtə vermir. Bu yaxınlarda FHN-in qaynar xəttinə edilən vətəndaş şikayəti göstərir ki. Elvin Mehdiyev haqqında edilən şikayət əsassız deyildir. Necə deyərlər, od olmasa tüstü çıxmaz. Vətəndaş şikayətində bildirmişdir ki, Elvin Mehdiyev onun gəlininə sataşır, intim əlaqələr təklif edir. Biz həmin vətəndaşın kimliyini bilirik. Lakin etika xatirinə hələlik bu adı açıqlamırıq. Gözləyirik ki, nazir Kəmaləddin Heydərov nəhayət ki, Elvin Mehdiyev haqqında tədbir görsün. Maraqlı məsələlərdən biri də odur ki, bu cür hadisələr məhz FHN-in Yanğından Mühafizə Xidmətində baş verir. Ona görə də bu Xidmət ilk növəbədə öz əməkldaşlarının odunu söndürmək məcburiyyətində qalıb. Hər bir halda cənab nazir Kəmaləddin Heydərov təcili əncam çəkməlidir. Əks təqdirdə yeni Zaur Mirzəyev həngaməsi cəmiyyəti silkələyəcəkdir. Bu da həm Nazirliyin, həm də Kəmaləddin Heydərovun nüfuzuna zərbə olacaqdır. //tezexeber//
Başqa adı əqli gerilik olan debillik xəstəliyinə məruz qalmış şəxslərə məsuliyyət tələb edən işləri həvalə etmək olmaz. Ələlxüsus da insanların sağlamlığını debillərə etibar etmək olmaz.
Yetərincə reklam olunan kosmetoloq doktor Tural (Həbibov Şümal Zərbəli oğlu) əsgərliyə çağırıldığı 2010-cu ildə tibbi komissiyadan keçmiş və debillik xəstəliyi səbəbindən hərbi xidmətə məhdud yararlı hesab edilmişdir.
Beləliklə, hərbi xidmətdən (həm də sonrakı müharibə və hərbi toqquşmalardan) yayınmağı bacaran debil Şümal Həbibovun debilliyi (2009-cu ildən RƏXD-nin qeydiyyatındadır, Diaqnozu: Debillik dərəcəsində oliqofreniya davranış pozuntuları ilə) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin ruhi-əsəb xəstəlikləri dispanserinin 30.01.2010-cu il tarixli arayışı ilə də təsdiq olunur. Bu kateqoriyaya aid olan şəxslər hər 3 ildə bir dəfə təkrar müayinə olunaraq yenidən şəhadətləndirilməlidirlər. 1991-ci il təvəllüdlü Şümal Həbibov sonrakı dövrdə necə olubsa, sənədlərini Sabunçu rayon hərbi komissarlığından “yoxa çıxarıb” və onu itirib-axtaran olmayıb.
Hətta orta məktəbi bitirdiyi barədə attestat ala bilmədiyi deyilən Şümal Həbibov sonradan necə olubsa, 2014-cü ildə Odlar Yurdu Universitetinin Müalicə işi fakültəsini cərrahlıq ixtisası üzrə bitirib (Diplom: B№ 226047, qeydiyyat nömrəsi: 2/084). Daha sonra bir neçə qeyri-mötəbər tədris mərkəzlərində kurslardan keçdiyi barədə sertifikatlar alıb. Hazırda paytaxtın Nəsimi rayonundakı özəl “Qaragözova” klinikasında estetik kosmetologiya (dodaq dollğunluğu, çənə ovalının sərtləşdirilməsi, omba doldurma, sinə böyütmə və s.) ilə məşğuldur.
Xəstəliyi ilə məşğuliyyəti aşkar ziddiyyət təşkil edən Həbibovun öz adını dəyişdirməsinin səbəbini bəlkə də “Şümal” sözündən xoşu gəlməməsi ilə əlaqələndirmək olar. Amma kim zəmanət verə bilər ki, o, bu yolla həm də öz debil keçmişini “ört-basdır” etməyə çalışmayıb?
“Qaragözova” Klinikasının baş həkimi Gülya xanıma müraciət edib məsələyə münasibətini soruşduq. O isə sualımıza sualla cavab verdi: “Niyə özündən soruşmursunuz? Bura Azərbaycandır, hər şey ola bilər”.
Biz yenidən bu suallarla bağlı Şümala zəng edib onun da mövqeyini öyrənmək istədik. Bildirdi ki, «sizə zəng edəcəklər» . Sonradan dəfələrlə etdiyimiz zəngə isə o, cavab vermədi.
Xatırladaq ki, ötən il Səhiyyə Nazirliyi “Qaragözova” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus klinikada aparılan planlı yoxlama zamanı sertifikasiyadan keçməyən 19 nəfər işçi, lisenziyadan kənar iş və fəaliyyət, yəni rentgenoloji iş aşkarlayıb. Böyük ehtimalla Tural (Şümal Həbibov) da Səhiyyə Nazirliyinin sertifikasiyasından keçməyən həmin 19 nəfərdən biridir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) və 215.4-cü (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddələri ilə inzibati qaydada protokol yazılıb və Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baş tutan iclasda klinika 6 min manat məbləğində cərimə olunub.
Mətbuatda yayılan məlumata görə, “Qaragözova” MMC Milli Məclisin üzvü Ağalar Vəliyevə məxsusdur.
Yollarımızda sağlamlığında və fiziki durumunda problem olduğundan hətta avtomobili idarə etmək qabiliyyətində olmadığı aşkar görünən sürücülərə rast gəlirik. Bir neçə dəfə belə sürücülərin törətdiyi ağır qəzalar barədə də eşitmişik.
Ümumiyyətlə, sürücülərin sağlamlığına nəzarət yol hərəkəti təhlükəsizliyinin mühüm tərkib hissələrindən biridir. Sürücü olmaq üçün həm beynəlxalq, həm də milli qanunvericilikdə nəzərdə tutulan 4 əsas şərtdən biri sürücülərin sağlamlığının və fiziki durumunun sürücülük üçün yararlı olmasıdır. Bu səbəbdən ilk dəfə sürücü olan şəxslərin tibbi müayinəsi məcburidir. Bundan başqa, sürücülük fəaliyyəti dövründə sürücülərin sağlamlığına nəzarət də həyata keçirilir.
Lakin bu tipli məsələlərin bir çoxunda olduğu kimi, sürücülərin sağlamlığına nəzarət məsələsində də milli qanunvericiliyimizdə ciddi problemlər var. Ən ümumi problem odur ki, ölkəmizdə sürücülərin sağlamlığının tibbi müayinəsi qaydalarını məxsusi olaraq tənzimləyən normativ akt yoxdur.
Sürücülük vəsiqəsi əldə etmək istəyən vətəndaşlar həkim psixiatr, nevropatoloq, lor, okulist, cərrah, terapevt yoxlanışından keçməlidir. Sürücülük vəsiqəsi almaq istəyənlər narkoloji dispanserdə yoxlanmalı, qandan şəkər xəstəliyi ilə bağlı analiz verməli, kardioqram etdirməli və döş qəfəsinin rentgenindən keçməlidirlər. Hansısa bir həkimin psixi vəziyyəti yaxşı olmayan xəstəyə sağlamlıq arayışı verməsi birbaşa cinayət məsuliyyəti daşıyır. Sabah o sürücünün kimisə öldürməsi (maşınla vurub) və ya qəza törətməsi həkimin məsuliyyətindədir. Amma təəssüf ki, belə hallar baş verən zaman həkim yada düşmür.
İnfarkt, hədsiz dərəcədə yüksək hipertoniklərə az müddətə sürücülük vəsiqəsi verilir. Revmakarditlərə, ürəyin işemik xəstəliyi olanlara, stenokardiyalı insanlara, ümumiyyətlə, sürücülük vəsiqəsi verilmir. Eyni zamanda, gözlərinin biri görüb, digəri görməyən vətəndaşlar da sürücülük vəsiqəsi ala bilməzlər. Yaxud da gözlərindən birinin görmə qabiliyyəti 100 faiz, digəri 10-20 faiz olanlara da vəsiqə verilmir. Görmə sahəsinin 20 faizdən çoxunun məhdudlaşması, çəpgözlük vəsiqə almağa maneədir. Ən başlıcası isə psixi durumdur. Bunun üçün isə sürücülük vəsiqəsi almaq arzusunda olan nevropatoloq, psixiatr müayinəsindən keçməlidir.
Azərbaycanda isə sürücülük imtahanına getməmişdən əvvəl ayrıca «Sürücülüyə yararlı olmaq barədə tibbi arayış» tələb olunur. Bu arayışın forması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 20 dekabr 2016-c il tarixli 100 nömrəli əmri ilə təsdiq edilib. Bu arayışın verilməsi üçün qandan, sidikdən analiz vermək, kardioloji, endrokonoloji, qinekoloji (xanımlar üçün) müayinədən kecmək, göz, burun, boğaz, qulaq və sair orqanları yoxlamaq nəzərdə tutulub.
Masallı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin baş həkimi Cəlil Nəzərov və həkim-kardioloq (eyni zamanda xəstəxana həmkarlar təşkilatının sədri) İlqar Ramizoğlu rayonun Ərkivan qəsəbə sakini Kazımov Kamran Nüsrət oğluna 17.06.2020-ci il tarixli «Sürücülüyə yararlı olmaq barədə tibbi arayış» (TQS – 083) veriblər.
Etibarlı mənbədən aldığımız məlumata görə, arayışı Kamran Kazımovun özü deyil, qardaşı xəstəxanaya gedərək İlqar həkimdən 100 manata satın alıb. Neyçün ki, Kamran Kazımov anadangəlmə lal-kardır. Mənbə bildirir ki, hətt baş həkimin əvəzinə də İlqar Ramizoğlu özü qol çəkib. Arayışın redaksiyamıza təqdim olunan surətindən də bəlli olur ki, həkimlərin adlarının qarşısındakı təsdiqləyici imzalar eynidir.
Məsələni araşdırmaq üçün İlqar həkimlə telefon əlaqəsi yaradıb münasibətini soruşduq. Sərt şəkildə bildirdi ki, arayışı vermişəm, əcəb eləmişəm. Özü də bilirdim ki, o, lal — kardır. (Həkimin səs yazısı da var) Sonra Ərkivan qəsəbə icra nümayəndəliyinin sədri Əhməd Əhmədovla bağlantı qurduq. O da təsdiqlədi ki, Ərkivan qəsəbə sakini 28.09.1990-cı il təvəllüdlü Kazımo Kamran Nüsrət oğlu həqiqətən də anadangəlmə lal-kardır. Daha sonra Masallı Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Tohid Hüseynova zəng etdik. Başçının köməkçisi öz növbəsində bildirdi ki, araşdırdığımız bu məsələ ilə bağlı İcra Hakimiyyətinin qarışmağa səlahiyyəti yoxdur. Çox təkiddən sonra o, Başçının müavini –İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova ilə əlaqə qurmağımız məqsədəuyğundur. Aybəniz Qafarovanın isə nə iş, nə də mobil telefonu cavab vermədi. Ən nəhayət, başçının digər müavini Adəm Məhərrəmova telefon açdıq. Rayon rəhbərliyində ikinci yüksək vəzifəli şəxs sayılan I müavin bu məsələnin ona heç bir aidiyyətinin olmadığını bildirdi. Mərkəzi xəstəxananın baş həkimi Cəlil Nəzərov isə etdiyimiz zəng, yazdığımız mesaja ümumiyyətlə əhəmiyyət vermədi.
Aldığımız məlumatlarda o da, bildirilir ki, XXX-ov İlqar Ramiz oğlunun verdiyi onlarca belə arayışlar var ki, bu arayışlar əsasında həmin «sağlam sürücülər» rayonda at oynadır.Yol Polisi saxlayanda da deyir ki,ə tövbə sənin mikrofonla qışqırmağını eşitmədim.
Yeri gəlmişkən, sağlamlıq qüsuru olan şəxslərin avtomobil idarə etməsi təkcə başqa hərəkət iştirakçıları üçün deyil, elə onların özləri üçün də təhlükəlidir. 4 il əvəl ABŞ-da belə bir hadisə olmuşdu. Yol patrulu “Volvo” markalı avtomobili sürət rejimini pozduğuna görə saxlamaq istəyərkən, sükan arxasında olan sürücü, 29 yaşlı Deniyel Harris lal-kar olduğuna görə polis sirenasını eşitməmiş və yoluna davam etmişdi. Polisin sürücünü təqib etməsi avtomobillərin toqquşması ilə nəticələnib. Bundan sonra polis əməkdaşı avtomobildən düşən və işarələrlə danışmağa cəhd edən D.Harrisə atəş açaraq öldürmüşdü.
P.S. Bəs görəsən Səhiyyə Nazirliyi, TƏBİB və Baş Prokurorluq XXX-ov və Nəzərovun bu fərasatına necə qiymət verirlər
"Azərbaycan Reallığı" xatırladır ki, bu gün respublikamızda demək olar ki hər sahədə inkişaf var. Demək olar ki, hər sahədə yeniliklər yaranır. Mən “demək olar ki” sözünü çox işlətməyimi yəqin ki oxucularımız heç də yaxşı qarşılamayacaq.
Ancaq sözümü belə başlamaqda fikrimi bildirmək üçün şərait yaratmaq istədim. Çünki bu gün Qazax Mərkəzi xəstəxanasının da demək olar ki baş mühasibi Namazov Məmməd Həsrət oğlu da demək olar ki özünü baş mühasib kimi aparır. Yəni ki Namazov Məmməd hər şeydən bacarır, təkcə mühasiblikdən başqa.
Misal göstərmək olar ki əvvəllər saç ustası (dəllək) işləyəndə pis deyildi. Bir xoşbəxtliyi də o idi ki, Qazax Rayon İcra Hakimiyyətinin birinci müavini Məmməd Alıyevin də dəlləyi idi. Sonralar bu dostluq M. Alıyevin hesabına dəllək Məmmədi daxili imkanlar hesabına Qazax Mərkəzi xəstəxanasına baş mühasib düzəltdirdi. Bilirəm yenə də deyəcəklər “düzəltdirdi” nədir.
Ona görə belə deyirəm ki axı Namazov Məmmədin Baş mühasib nədir, heç mühasibatlıqdan xəbəri yoxdur. Elə olmasaydı heç olmasa bir dəfə M. Namazov öz hesabatını özü yazardı. Yoxsa ki hər dəfə başqa başqa mühasiblərə pul verib hesabat işlətməzdi.
Aldığımız məlumata görə bu gün də Məmməd Namazov sərbəst hesabat apara bilmir. Hörmətli və dəyərli oxucularımız soruşa bilər ki bəs onda Məmməd Namazov nəyi bacarır? Bəli bu sualın cavabı var. Birincisi dəlləkliyi bacarır. Hər cürə yozsanız elə o cürə də dəlləkliyi bacarır.
Məsələn saç da kəsir, cib də kəsir, hətta işçilərinin əmək haqqından da kəsir. Amma bir xasiyyəti var ki, işləyən işçilərin əmək haqqından kəsdiyi pul vəsaitini xoşuna gələn digər işçilərə yazır. Bu da Namazovun lazımlı adam olma reytinqini qaldırır. Misal göstərmək olar ki, adını çəkmədiyimiz bir xanım işçinin əmək haqqını çox yazmaq üçün bir müddət dil tökdükdən sonra M. Namazov həmin xanımı öz maşını ilə qonaqlığa aparan zaman bəxti gətirməyib.
Yolda həmişə ayıq və diqqətli olan polis işçilərinə ilişib. Bu hadisə zamanı bütün rayon əhalisi danışmağına baxmayaraq yenə də Namazov Məmmədin köməyinə Alıyev Məmməd çatıb. (Bu əhvalat barədə gələn dəfə ətraflı məlumat veriləcək). Belə ki, Qazax polis idarəsi bütün olanları tam açıqlığı ilə Qazax rayon İ.H.-nə bildirmişdir. Lakin M. Alıyev yenədə öz mahir bacarığı ilə Rayon İcra Başçısını aldada bilmiş və mövzunu bağlaya bilmişdir. Bəlkə də M.Alıyev düz etmişdir. Axı Məmməd Namazovun da ailəsi var.
Həmin qadın da ailəlidir. Əziz oxucilar! Mənim məqsədim kiminsə ailəsinə təsir etmək deyil, məqsədim odur ki Qazax rayonu kimi ziyalısı olan bir rayonda normal savadlı və tərbiyəsi yerində olan bir mütəxəsis yoxdurmu ki, bu boyda Qazax Mərkəzi xəstəxanasına savadsız və tərbiyəsi yerində olmayan bir dəllək baş mühasib işləyir. Aldığımız çoxsaylı müraciətlərin hamısını açıqlasaq, vallah utanc verici bir hal alınar.
Bizə yazılanlardan həmişə Qazax Rayon İcra hakimiyyətinin başçısı haqqında çox yaxşı sözlər eşitmişik. Qazax Rayon I.H. həmişə təriflənib. Ancaq heç cürə başa düşülən deyildir ki N. Məmməd hansı yüksək keyfiyyəti ilə belə möhtəşəm bir postu tutub.
Söz yenə də Məşədi İbadın fikrinə gəlir. “VALLAH TARİXİ NADİRİ TAM OXUMUŞAM HEÇ NƏ BAŞA DÜŞMÜRƏM. BU CAMAAT NƏ BAŞA DÜŞSÜN” Oxucuların fikirlərinə hörmətlə yanaşaraq qarşı tərəfi dinləməyə həmişə hazırıq. Mövzu davam edəcək!
Məlumat üçün bildirək ki, Cəlilabad rayonunda 2015-ci ilin Dekabr ayının 23-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Cəlilabad şəhər 5 nömrəli körpələr evi-uşaq bağçası üçün inşa edilmiş yeni ikimərtəbəli bina istifadəyə verilib.
"DogruXeber.az" xəbər verir ki, həmin tarixdə istifadəyə verilən bağçada 16 otaqdan ibarət olan binada balacaların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb.
Təşkil olunmuş 4 qrupun hər birinin məşğələ, oyun, gimnastika zalları, kompyuter, yataq otaqları və yeməkxa ilə təmin olunub.
Lakin sonradan, təxminən 2020-ci ildən baxçanın yerləşdiyi binanın ikinci mərtəbəsi, yəni nəzərdə tutulmuş 16 otağın 8-i rayonda fəaliyyət göstərən hazırlıq kurslarında birinə icarə verilib.
Saytımıza müraciət edən rayon sakinləri bildirib ki, artıq 5 saylı uşaq baxçası qeyd olunan binada fəaliyyət göstərmir, baxçanın binası bütöv şəkildə hazırlıq kursuna verilib.
Mənbə qeyd edir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən baxça başqa bir sahibkara satılıb.
Hal hazırda Cəlilabad şəhər 5 nömrəli körpələr evi-uşaq bağçası rayonun başqa bir ünvanında köhnə bir tikilidə fəaliyyət göstərir
Marağlıdır kifayət qədər strateji olan bir əmlakı kimlər və hansı məqsəd üçün satıb?
Mövzuya qayıdacağıq.
Qeyd edək ki, "DogruXeber.az" olaraq, iddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə və dər etməyə hazırıq.