Ardını oxu...
"Azərbaycan Reallığı"na video-müraciət göndərən Salmanov Anar bildirir ki, birinci qrup gözdən əlildir.

"Əvvəl Qazax rayonda Bakı küçəsi adlanan ərazidə yaşayırdıq, bir neçə gündür rayonun icra başçısı Rəcəb Babaşovun göstərişi ilə bizi oradan çıxardılar.

Qazaxda bizi köhnə xəstəxanalardan birinə köçürüblər. Videoda gördüyünüz kimi kiçik bir otaqdı, insan yaşayası yer deyil, işıq, qaz, su yoxdur, şəraitimiz dözülməz həddədir. Həyat yoldaşımda xəstədir, sosial vəziyyətimiz yaxşı deyil.

Adiyyəti qurumlardan çox xaiş edirik təcili olaraq bizə kömək etsinlər, ayaq yolu yox, hamam yox, əşyalarımız çöldə qalıb.

Bu Allahsızlıqdır, görün insanı nə vəziyyətə salırlar"- deyə video-müraciətdə qeyd olunur

 
 
 
Ardını oxu...
Ucar rayonu Qaradağlı kənd sakini Əhmədova Rəhilə Şərif qızı tərəfindən


ŞİKAYƏT

Səfərbərlik və Hərbi Xidmətə Çağrı üzrə Dövlət Xidmətinin Ucar şöbəsinin rəhbərliyi həkim komissiyası ilə əlbir olub mənim ciddi xəstə oğlum 01.04.2006-cı il tarixdə anadan olmuş Əhmədov Fərid Elçin oğlunu hərbi xidmətə aparmaq istəyirlər.Artıq buna dair çağırış vərəqi bizə təqdim edilib.Qeyd edim ki, oğlum Fərid anadan gəlmə ürəyi qüsurlu ciddi epilepsiya xəstəsidir onda hər gün tutmalar baş verib ürəyi gedir.Oğlum Fərid hərbi xidmətə yararsız olsada onu qanunsuz olaraq həqiqi hərbi xidmətə aparırlar.
Bu açıq aşkar qanunsuzluqdur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağrı üzrə Dövlət Xidmətinin Ucar şöbəsinin rəhbərliyi həkim komissiyası ilə əlbir olub ediblər.Qeyd edim ki, Fəridin atası Əhmədov Elçin Sırac oğlu eyni xəstəlikdən 2 il əvvəl vəfat edir.Bu xəstəlik onlarda irsidir. Mənim oğlum hərbi xidmətə aparılarsa orada öləcək ki, bunun məsuliyyəti saxtakar hərbi həkim komissiyasının üzərinə düşəcək. Buna görə oğlum Fərid obyektiv müayinə olunmalı və ciddi xəstə olduğu üçün hərbi xidmətə aparılmamalıdır.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin belə bir ciddi xəstəyə nə ehtiyacı var ?
Mən mərkəzi orqanlardan xahiş edirəm şikayətimi obyektiv araşdırıb ciddi tədbirlər görəsiniz.
Ardını oxu...
Ardını oxu...

 
Ardını oxu...
Aprelin 14-də Memarlıq və İnşaat Universitetinə dövlət qulluğu imtahanı vermək üçün gələn vətəndaşlara onların telefon və digər şəxsi əşyalarının içəri buraxılmaması ilə bağlı xəbərdarlıq olunub. Mühafizəni təşkil edən şəxslər imtahan iştirakçılarına bildiriblər ki, içəridə şəxsi əşyaların verilməsi üçün "əmanətlər bölməsi" yoxdur, ona görə də öz əşyalarını yolun qarşı tərəfində yerləşən köşkə verə bilərlər. Həmin köşkə telefonlarını vermək istəyənlər də bu "xidmət" haqqında məlumat alıblar. Köşk işçisi bildirib ki, əmanətləri 1 manatdan "qoruyur". Bundan sonra vətəndaşlar məcbur qalıb, 1 manat qarşılığında şəxsi əşyalarını köşkə qoymalı olublar.
O vətəndaşlar ki, dövlət qulluğu İmtahanında iştirak etmək üçün ən azı 82 manat rüsum ödəyirlər. Buna rəğmən, onlara şəxsi əşyalarını qoya biləcək kiçik yer ayrılmır. Beləliklə, bu kiçik məsələnin üzərindən "kim(lər)"sə böyük pullar qazanır. Pulların köşk işçisinə, yoxsa onun orda durub "pul qırması"na şərait yaradan şəxs və ya qurumun cibinə gedib-getmədiyini deyə bilmərik. Görünən odur ki, vətəndaşı bu dəfə də ətindən, südündən və dərisindən istifadə olunan dördayaqlı yerinə qoya bildilər. Pul töküb imtahana hazırlaşıb, hətta buna görə 82 manat rüsum ödəyən vətəndaş bir də telefonunun saxlanılması üçün əlavə bir manat ödəməyə dolayı yolla məcbur qaldı.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən (DİM) Bizimyol.info xəbər portalına bildirilib ki, DİM-in həmin köşklə heç bir əlaqəsi yoxdur:

"İmtahana buraxılış vərəqəsində, həmçinin imtahanla bağlı təlimatda əvvəlcədən qeyd olunur ki, imtahana mobil telefon eləcə də digər əlavə əşyalar, çanta və s. gətirməyin. Bu qadağandır. Yəni imtahan iştirakçısı bununla bağlı əvvəlcədən məlumatlı olur. Əlavə əşyaların qəbulu və s. buraxılış rejimini gecikdirir və prosesə mane olur. Dünyanın istənilən yerində kütləvi imtahanlarda sənədlərdən başqa əlavə nəsə gətirməyə icazə verilmir. İkinci məsələnin isə DİM-ə heç bir aidiyyəti yoxdur" - deyə, DİM qeyd edib.

Ancaq DİM-in bu yöndə belə bir açıqlama verməsi, bir qədər gülməlidir. Vətəndaş imtahana atla, uzunqulaqla, piyada onlarla km yol yeriyərək yox, nəqliyyat vasitəsilə gəlir. Taksi sifarişini də bağıraraq yox, telefonla verməli olur. Eyni zamanda, imtahan iştirakçılarının arasında sağlamlığı məhdud olan və evdən onlar üçün nigaran qalan şəxslər də var ki, telefonlarını evdə qoyub, birbaşa harasa gedə bilmirlər. Yəni telefon günümüzdə hava, su kimi lazımlı bir vasitədir. Heç kim demir ki, imtahana cibində telefonla keçmək lazımdır. Bu, təbii ki, doğru deyil, qanun pozuntusudur. İmtahana telefonla gəlmək yox, imtahan otağına cibində, əlində telefonla daxil olmaq qadağandır. Ancaq görünür, DİM rəhbərliyinin özü də verdiyi bu qərarın mahiyyətini anlaya bilməyib. Çünki ən azından, bu əşyaları qoyacaq bir yerin ayrılması, hər halda DİM sədrinin cibini deşməzdi...

Təhsil eksperti Qoşqar Məhərrəmov imtahan iştirakçılarının üzləşdiyi bu biabrçı mənzərəni Bizimyol.info xəbər portalına şərh edib.

"Əlbəttə, burada "əmanət bölməsi" olmalıdır. İmtahana gələn insanlar öz şəxsi əşyalarını bura təhvil verə bilməlidirlər. Necə ki, kinoteatrların, zalların və müxtəlif tədbir salonlarının qarderobu var. Belə bir məkanda da eynilə qarderoba bənzər, əmanətlər yerləşdirilə biləcəyi bir yer olmalıdır. Burada müəyyən bir güşə ayrılmalı, bir nəfər də nəzarətçi təyin edilməlidir ki, insanlar əmanətlərini oraya qoya bilsinlər. Çünki həmin işin xidmət haqqını bir mənada həmin tələbə ödəyib. Həmin xidməti alarkən, onun rahatlığı təmin olunmalı, ehtiyacı qarşılanmalıdır. Ehtiyac - əmanətin saxlanılması, suyun və karandaşın verilməsi kimi məsələlərdir.

Məsələn, Türkiyədə "Yüksek Öğretim Kurulu" (YÖK) və ona bağlı ÖSYM, yəni, "Öğrenci Seçme Yerleştirme Merkezi" var. Bu, Azərbaycandakı DİM-in qarşılığıdır. Onlar tələbələrə su, karandaş və kiçik şirniyyat verir. Və o əşyaların üzərində də yazılır ki, "əməyiniz əmanətimizdir". Tələbə, abituriyent hər kimdirsə, Dövlət İmtahan Mərkəzindən bir ödəniş qarşılığında xidmət alır. Həmin xidmətin keyfiyyətinin təminatı da DİM-in vəzifəsidir. Burada həm insanyönümlü, həm də işin yoxlanılmasının keyfiyyətindən söhbət gedir. Ona görə də düşünürəm ki, onların borcudur, öhdəliyi və vəzifəsidir ki, bu problem həll olunmalıdır. İmtahan mərkəzlərində bu istiqamətdə ayrıca məkanlar ayrılmalı və o əşyalara nəzarət edilməlidir" - deyə, təhsil eksperti qeyd edib.

Bizimyol.info xəbər portalı Memarlıq və İnşaat Universitetinin yaxınlığında sadəcə imtahanı öncəsi peyda olan "əmanət" köşkünün görüntüsünü təqdim edir:
 
Ardını oxu...
Xeyli müddətdir ki, ölkə gündəmində müzakirə olunan məsələlərdən biri də, məhz özünü hər kəsə “iş adamı” deyə təqdim edən, eyni zamanda “A.V.Construction” MMC-nin direktoru vəzifəsini daşıyan Verdiyev Müqayis Cəmil oğlu ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti arasında davam edən çəkişmələrin varlığıdır.
Ardını oxu...
Belə ki, media üzərindən apardığımız araşdırmalar zamanı bəlli oldu ki, bu “iş adamı” indiyə kimi bəzi media qurumlarında öz maraqlarına uyğun əssasız məqalələr dərc etdirib ki, guya ona gördüyü işlərin müqabilində Sumqayıt Şəhər İcra Hakimiyyətinin 2016-cı ildən külli miqdarda borcu yaranıb. Əslində belə bir yanaşmanın varlığı absurd yanaşmadır və bu yöndə iddianın heç bir hüquqi əsası yoxdur. Çünki kim bilməsə də, Müqayis Verdiyevin özü çox gözəl bilir ki, o, 02 mart 2022-ci il tarixdə Sumqayıt ŞİH-nin başçısı cənab Zakir Fərəcova yazdığı və özünün “şanlı imza”sı ilə təsdiq edib verdiyi məlumat xarakterli məktubunda “Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında görülmüş yenidənqurma və abadlıq işlərini tamamlandıqdan sonra ödənilməmiş vəsaitlə əlaqədar aramızda yaranmış anlaşılmazlıq aradan qaldırılmışdır” deyə qeyd etmişdir.
Ardını oxu...
Bundan əlavə, Müqayis Verdiyev 23 fevral 2023-cü il tarixdə Sumqayıt ŞİH-nin başçısı cənab Zakir Fərəcova yazdığı müraciətində də, məhz Sumqayıtın simasının dəyişdirilməsində şəhər rəhbərliyinin əməyini və fəaliyyətini yüksək qiymətləndirir, Prezident Administrasiyasına və digər dövlət qurumlarına yazdığı şikayət məktublarının, teleqrammaların əsassız hesab olunmasını xahiş edir. Hətta, Sumqayıt ŞİH-nə qarşı hərhansı maddi iddia tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirir. Belə bir məzmunlu məktubdan, ortaya qoyulan belə bir yanaşmadan və s. sonra başa düşmək olmur ki, bu “iş adamı” qarşı tərəfdən nə istəyir, yaxud da qarşı tərəfə nə verib ki, o, verdiyini bu gün də geri ala bilmir? Baxmayaraq ki, Sumqayıtın Şəhidlər Xiyabanında və şəhərin Dənizkənarı Bulvar ərazisində yenidənqurmə və təmir işləri həyata keçirilərkən, ŞİH-nin başçısı Zakir Fərəcovla Müqayis Verdiyev arasında əldə olunmuş razılaşmaya əsasən, bütün ödənişlər qarşı tərəfə ödənilir. Bu günə kimi isə, Müqayis Verdiyev rəsmi dövlət qurumlarına ünvanladığı şikayət ərizələrində Zakir Fərəcovu hansısa formada günahkar hesab etməyə çalışır, amma heç bir halda bu yöndə istəyinə nail ola bilmir. Yəqin ki, bundan sonra da nail ola bilməyəcək.
Ardını oxu...
Media üzərindən apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, Müqayis Verdiyev başqa bir iş adamı Oruc Məmmədovu da müəyyən yollarla aldatmağı bacarıb. Belə ki, bu şəxs Şəhidlər Xiyabanında və Sumqayıt Dənizkənarı Bulvar ərazisində yenidənqurmə və təmir işləri həyata keçirilərkən, Oruc Məmmədovdan təqribən 236 000 min manat dəyərində nisyə tikinti materialları götürür. Elə ki, görülən işlər tam başa çatdırılır və təhvil verilir, o halda Müqayis Verdiyev götürdüyü malların pullarını Oruc Məmmədova ödəmir və onu aldadır. Borcun ödənilməsi tələbi ilə bağlı hər iki şəxs arasında davam edən mübahisələr, müəyyən çəkçevirlər və s. heç bir nəticə vermədiyindən, son anda zərərçəkən şəxs Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməli olur. Dolaşan söz-söhbətlərə görə Müqayis Verdiyev təkcə Oruc Məmmədovu deyil, digər iş adamlarını da aldatmağı bacarır və ayrı-ayrı şəxslərdən nisyə götürdüyü materiallara görə ödəcəyi pulları, bu gün də onlara ödəmir.

Redaksiyamıza daxil olan başqa bir məlumatlara görə, xeyli müddət bundan öncə iddiaçı Oruc Səfərəli oğlu Məmmədov, Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Müqayis Cəmil oğlu Verdiyevə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, o, Sumqayıtın Şəhidlər Xiyabanında və şəhərin Dənizkənarı Bulvar ərazisində həyata keçirilən yenidənqurma və təmir işləri zamanı “Çanakqala” kafel, metlax və keramika mağazasından, Balaxanı qəsəbəsindəki daş sexindən, eyni zamanda “Sədərək” ticarət mərkəzindən ümumi dəyəri 276 000 manatlıq tikinti və dekorasiya materialları götürür və onları Şəhər İcra Hakimiyyətinə verir. Qeyd edək ki, bir neçə dəfə davam edən məhkəmə proseslərindən sonra, 31 oktyabr 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsində hakim Səbnəm xanım Həxiyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində iddiaçı Oruc Məmmədovun iddia tələbinin qismən təmin olunması ilə bağlı (İş № 2(060)-3931/2023) Qətnamə çıxarılır.
Ardını oxu...
Qətnamədə cavabdeh Müqayis Verdiyevdən 167 000 (bir yüz altımış yeddi) manat məbləğində pul alınması və həmin məbləğ pulun Oruc Məmmədova ödənilməsi qeyd olunur. İddia tələbi qalan hissədə, yəni cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə münasibətdə təmin olunmur. Bundan əlavə, iddiaçı Oruc Məmmədov Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixdə çıxarmış olduğu Qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti də verir. Bu məhkəmə instansiyasında hakim Fuad Məmmədovun sədrliyi ilə keçirilən prosesdən sonra, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Sumqayıt Şəhər Məhkəməsinin çıxarmış olduğu qətnamənin dəyişdirilmədən qüvvədə saxlanması barədə, 20 fevral 2024-cü il tarixdə (İş № 2(105)-428/2024) Qətnamə çıxarır. Yəni, hər iki məhkəmə instansiyasının ədalətli qərarları bir daha onu sübut edir ki, Sumqayıt ŞİH-nin rəhbərliyinə qarşı şər-böhtan atan, iş adamlarından nisyə götürdüyü materiallara görə onlara olan borcunu ödəməyən, yaxud da ödəmək istəməyən Müqayis Verdiyev, gectez Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hüquqi müstəvidə məsuliyyət daşımağa məcbur ediləcək.

Bir faktı da qeyd edək ki, bu şəxs xeyli vaxtdır ki, ayrı-ayrı media qurumlarının rəhbərləri ilə təmaslar qurur və şəhər rəhbərliyinin işgüzar fəaliyyəti ilə bağlı əsassız məlumatların yayılmasına da səbəb olur. Hətta, Müqayis Verdiyev ilk tanışlıq zamanı redaksiyaların bəzi əməkdaşlarına “yağlı vədlər” də verir. Elə ki, həftələr, aylar keçir, o halda bu şəxsin “yağlı vədlər”indən heç bir səs-soraq çıxmır. Hələ bu azmış kimi, özünü “iş adamı” deyə təqdim edən “A.V.Construction” MMC-nin direktoru media qurumları əməkdaşlarının etdikləri telefon zənglərinə də cavab vermir. Artıq son vaxtlar elə bir ab-hava əmələ gəlib ki, Müqayis Verdiyevin hansı amal və əməl sahibi olduğunu dərk edən media nümayəndələri, bu gün onun özündən yazmağa vadar olurlar. Düşündürücü hal odur ki, bu şəxs qol qoyduğu əməllərə görə indiyə kimi bir neçə dəfə həbs olunsa da, o, yenə də Sumqayıt ŞİH-nin rəhbərliyinə qarşı şər- böhtan xarakterli addımlarını atmaqda davam edir. Deməli, özünü müəyyən çevrəyə “iş adamı” deyə təqdim edən Müqayis Verdiyev, bu cür ambisiyaları və əsassız iddiaları ilə, məhz özünün hansı amal və əməl sahibi olduğunu ortaya qoyur. Ehtimal etmək olar ki, bu şəxs oxşar addımlarını atmaqla yoluna davam etdiyindən, yaxın vaxtlarda yenidən məhbəs həyatı yaşaya bilər. Yəqin ki, o halda sonrakı peşimançalıq heç cür fayda verməyəcək. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
/mediatv.az/
 
 
 

Abşeron polisi Prezidentin adından yalan danışan qaziyə cinayət işi açmaqdan qorxub

Ardını oxu...

Təkrar müraciət etdiyimiz bu mövzuda qəzetimizin “Deryaz.az” veb-saytında 22.06.2022-ci il tarixli “Abşeronda gödəniyyəti mədəniyyətdən üstün tutanlar” sərlövhəli birinci, 13.11.2023-cü il tarixdə isə “Abşeron rayon rəhbərliyi qanunları “qazilərin ayağı ilə” tapdalayır” başlıqlı ikinci məqalə dərc olunub.

Xırdalan şəhər sakini Muradov Elçin Dadaş oğlunun “Dəryaz” qəzeti redaksiyasına müraciəti əsasında hazırlanmış həmin məqalələrdə müəllif hamını göz önündə baş verməkdə olan qanun pozuntusunun şahidi olmağa dəvət etmişdi.

Elçin Muradovun dəvətini qəbul edib onun yaşadığı Xırdalan şəhəri, Nizami küçəsi, 25-ci məhəllə, 1 nömrəli binanın həndəvərinə — haqqında bəhs etdiyi qanunsuz tikilinin inşa olunduğu ünvana getmişdik.

Ardını oxu...Ardını oxu...

Xatırladaq ki, istedadlı rəssam olan Elçin Muradov sözügedən beşmərtəbəli binanın 33 saylı mənzilində yaşayır. Bir çox Respublika və Beynəlxalq sərgilərdə iştirak edib, fərdi yaradıcılıq sərgiləri nümayiş olunub. Amma işləməsi üçün yaradıcılıq emalatxanası yoxdur. Özü və həmçinin üzvü olduğu Rəssamlar İttifaqı Abşeron Rayon İcra Hakimiyyətinin başçısına müraciət edib ki, yaşadığı binanın arxasındakı boş qeyri-yaşayış sahəsinin ona yaradıcılıq emalatxanası tikməsi üçün ayrılmasına köməklik göstərilsin. Lakin nə sabiq icra başçısı İradə Gülməmmədova, nə də hazırki rayon rəhbəri Abdin Fərzəliyev onun xahişini nəzərə almayıblar. Ayrı-ayrı vaxtlarda Abşeron RİH-nin başçısına, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubla müraciət etsə də, hər dəfə adı çəkilən bu qurumların səlahiyyətli şəxslərinin imzası ilə təsdiq olunmuş başdansovdu məktublarda “Qeyd etdiyiniz torpaq sahəsi ümumi istifadə üçün nəzərdə tutulduğundan, həmin yerdə tikinti işləri aparıla bilməz” və s. kimi cavablar verilib.

Ardını oxu...

Ancaq belə bir cavab məktublarının verilməsinə baxmayaraq, bir nəfər şəxs, qeyd olunan yerdə qazıntı işləri aparıb hansısa obyekt inşa etmək qərarına gəlir. Məsələnin maraqlı tərəfi odur ki, həmin şəxs bu yöndə niyyətini “çin etmək” üçün, “Biz qazi ailəsiyik” deyir. Elə o vaxtdan haqlı olaraq ortaya çıxan bu suallar hələ də açıq qalmaqdadır: “Nədən belə bir tikinti işlərində “Qazi” adından sui-istifadə olunmalıdır? Axı, dövlətimiz tərəfindən imtiyaz sahibi olan hər kəsə, o cümlədən qazilərə də lazımi diqqət və qayğı göstərilir. Maraqlı odur ki, tikintini aparan şəxs bildirir ki, bu yeri mənə İcra başçısı Abdin Fərzəliyev verib”.

Xırdalan bələdiyyəsi Elçin Muradova 14 oktyabr 2019-cu ildə məktubla cavab verib ki, sözügedən 40 kv-metrlik sahə ümumi istifadədə üçün nəzərdə tutulduğundan, ona xahişi ilə əlaqədar köməklik göstərilə bilməyəcək. Bələdiyyənin Elçin Muradova yazdığı 15 oktyabr 2022-ci il tarixli məktubunda isə bildirilirdi ki, sözügedən sahənin yaxın müddətdə kiminsə adına sənədləşdirilməsi nəzərdə tutulmayıb.

Ardını oxu...

Torpaq sahəsinin hərraca çıxarılmasını və onun özünün də hərracda iştirakının təmin olunmasını bələdiyyədən israrla xahiş edən Elçin Muradova yerli özünüidarəetmə qurumunun sədri Orxan Musayev məktubda hətta tövsiyə edib ki, hər altı aydan bir yazılı və şifahi şəkildə öyrənib sahənin aqibəti haqda məlumat alsın. Ancaq təəssüf ki, Elçin Muradov aldadıldı; emalatxana üçün istədiyi yer onun və ümumiyyətlə, şəhər sakinlərinin xəbəri olmadan, hərrac elan edilmədən başqa bir pullu şəxsə satılıb.

Ardını oxu...

Elçin Muradov bu qənaətdədir ki, rayon rəhbərliyi torpaq sahələrini qanunsuz satmaq üçün Vətən müharibəsi şəhidlərinin ailələrindən və qazilərindən sui-istifadə edir.

Sənədlərin “dili ilə” danışsaq, qeyd olunan ünvanda tikinti işlərinin aparılmasına dair Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən heç bir icazə sənədi verilməmişdir.

Ardını oxu...

Bu, rayon rəhbərliyinin Elçin Muradova göndərdiyi 20.12.2023-cü il tarixli məktubda da təsdiqlənmişdir. RİH həmçinin 15.12.2023-cü il tarixli başqa bir məktubunda  təsdiqləyir ki, sözügedən torpaq sahəsində əslən Ağdam rayonundan olan, Xırdalan şəhəri, 26-cı məhəllə, V.Əliyev küçəsi, 22 ünvanda yaşayan III qrup Vətən müharibəsi əlili Naibov Eldəniz Vidadi oğlu tərəfindən tikinti işləri aparılmışdır. Nəzərə alsaq ki, Elçin Muradov qanunsuz tikinti işlərinin qarşısının alınması haqda həm rayon rəhbərliyini, həm də polisi xeyli əvvəldən məlumatlandırıb, o halda belə çıxır ki, RİH və polis bilərəkdən Eldəniz Naibovun qanunsuz əməllərinə rəvac veriblər, qanunsuzluğun qarşısını almayaraq hərəkətsizlik ediblər. Rayon İcra Hakimiyyəti Elçin Muradova yalnız maraqlı şəxs kimi qanunsuz tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olmasını xatırladıb. Halbuki, Abşeron RİH dövlətin marağı naminə çıxış etməli, özü məhkəməyə tərəf kimi müraciət etməli, Elçin Muradov isə üçüncü şəxs kimi prosesə qatılmalı idi.

İndi isə, Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Ağalarzadə Tural Kərəm oğlunun icraatında olan, Muradov Elçin Dadaş oğlunun müraciəti əsasında toplanmış materialı “nəzərdən keçirərək” qəbul etdiyi 03.12.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan bəzi cümlələrin altını cızaq: “Araşdırma zamanı Naibov Eldəniz Vidadi oğlu vermiş olduğu izahatda 2-ci Qarabağ müharibəsi iştirakçısı, 3-cü qrup Qarabağ müharibəsi əlili olduğunu və ailə vəziyyəti ilə əlaqədar dövlətimizdən dolanmaq üçün Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən təxminən 35-40 kvadrat torpaq sahəsi verilməsini xahiş etmiş və ölkə rəhbəri tərəfindən qeyd edilən yerin ona verildiyini  və həmin yerdə tikinti işləri apararkən özünü rəssam kimi təqdim edən Elçin Muradovun həmin tikilini qəsdən dağıtması və onu öldürəcəyi ilə hədələməsi ilə bağlı Abşeron RPİ-də araşdırma aparıldığını, tikinti ilə bağlı sənədlərinin olduğunu bildirmişdir… Elçin Muradovun iddiaları əsassız və sübutsuz olduğu üçün toplanmış materialda cinayət tərkibinin əlaməti yoxdur, fakt sübuta yetməmişdir”.

Əcəb məntiqdir, deyilmi? Birincisi — fakt necə sübuta yetmir ki, Eldəniz Naibov apardığı tikintinin Elçin Muradov tərəfindən qəsdən dağıdıldığı barədə polisə izahat verib? Tikilməyən obyekt necə dağıdıla bilər axı?

İkincisi, İcra Hakimiyyəti rəsmən qeyd olunan ünvanda tikinti işlərinin aparılmasına dair heç bir icazə sənədi vermədiyini bildirirsə, Eldəniz Naibov hansı icazə sənədindən söz edir? Polis təhqiqatçısı Tural Ağalarzadə Eldəniz Naibovdan niyə tələb etməyib ki, Prezident tərəfindən torpaq sahəsi üçün ona verilmiş icazəni (sərəncamı) ortaya qoysun?

Ardını oxu...Ardını oxu...

Təbii ki, Elçin Muradov polisin qərarı ilə razılaşmayıb və rayon prokurorluğuna müraciət edərək, 2024-cü ilin fevral ayında həmin qərarın əsassız hesab edilərək ləğv edilməsinə və tam, hərtərəfli araşdırma aparılıb obyektiv qərar qəbul olunması üçün Abşeron Rayon Polis İdarəsinə qaytarılmasına nail olub. Rayon prokurorunun polis rəisinə göndərdiyi məktubda nəticə barədə maraqlı tərəflərə (o cümlədən, Elçin Muradova) məlumat verilməsinin vacibliyi xatırladılmışdır.

Mövzuya qayıdacağıq.

Deryaz.az


Ardını oxu...
Məlimdur ki, Vətən müharibəsi zamanı işğalçı Ermənistan üzərində parlaq qələbələr əldə etdikdən sonra, azad edilən torpaqlarımıza Böyük Qayıdışın başlanması xalqımızın və dövlətimizin qarşısında duran əsas vəzifə oldu. Bəli, çox keçmədi ki, bir tərəfdən ərazilərin minalardan təmizlənməsi prosesi həyata keçirilməyə başlanıldı, digər tərəfdən isə yeni yolların çəkilməsi, körpü və tunellərin inşa olunması, su və elektrik xətlərinin bərpa olunması, dağıdılan şəhərlərin, qəsəbə və kəndlərin yenidən qurulması və s. kimi işlər sürətləndirildi.
Azad olunmuş ərazilərindən olan Zəngilan rayonunda da, hal-hazırda yeni yollar çəkilir, körpülər salınır, elektrik stansiyası və s. tikilir. Budəfəki narazılıq isə, Zəngilan rayonu ərazisində inşa olunan körpü və tunellərin tikintisi işlərində çalışan fəhlələrin üz-üzə qaldıqları problemlərlə bağlıdır. Məsələn, bu günlərdə Dəryaz qəzetinin redaksiyasına Şəki şəhəri, Aran kənd sakini Qədimcan Kabulov tərəfindən müəyyən məlumatlar çatdırılıb. Məlumatlarda bildirilir ki, 08 aprel 2024-cü il tarixdə, saat təqribən 8:30 radələrində “AZVİRT” MMC-yə məxsus avtobus, Zəngilan rayonu ərazisindəki körpü-tunel tikinti işlərində çalışan şəxsləri Bakı şəhəri istiqamətinə apararkən Beyləqan rayonu ərazisində qəzaya uğrayır. Baş verən yol-nəqliyyat hadisəsi zamanı 2 nəfəri qadın olmaqla, cəmi 17 nəfər müxtəlif ağır bədən xəsarətləri alırlar. Xəsarət alanlar içində 2 nəfər fəhlənin, yəni Kabulov Sənan Qədimcan oğlunun xəsarəti çox olur, Kabulov Sərxan Qədimcan oğlunun isə çanaq sümüyü sınır. Belə bir səbəbdən də, bu şəxsin vəziyyəti daha ağır olur. Hadisənin baş verdiyi vaxtlarda xəsarət alanlar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, təəssüflər olsun ki, bu səhiyyə müəssisəsində onlara qarşı olduqca soyuq münasibət göstərilir və xəsarət alan şəxslərin Bakı şəhərinə çatdırılması məsləhət görülür. Qeyd edək ki, çanaq sümüyü sınan Sərxan Kabulov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna çatdırılsa da, bu səhiyyə müəssisəsində xəstəni qəbul etməkdən imtina edirlər. Adı çəkilən bu səhiyyə müəssisəsinin şöbə müdiri Rəşad həkim, imtina olunmasını onunla əsaslandırır ki, “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə çanaq sümüyünün əməliyyat olunması qeyd olunmayıb. Bunun nə dərəcədə həqiqət olub-olmaması haqda dəqiq fikir bildirməsək də, deyəcəyimiz odur ki, Travmatologiya və Ortopediya İnstitutunda da xəstəyə ögey münasibət göstərilir.

Bütün bunlar qalsın bir yana, baş verən yol-nəqliyyat hadisəsi zamanı müxtəlif bədən xəsarətləri alan şəxslər “AZVİRT” MMC –nin podratçı şirkəti olan “Saninşaat” şirkətinin Zəngilan rayonu ərazisində inşa etdirdiyi körpü-tunel işlərində çalışan şəxslər olurlar. Çox təəssüflər olsun ki, 08 aprel 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş verir və hadisə barədə hər iki şirkətin rəhbərliyi, o cümlədən “Saninşaat” podtatçı şirkətinin sahibi Rüstəm müəllim də məlumatlı olur, amma həmin vaxtdan bu günə kimi bu şirkətlərin rəhbərləri xəsarət alan şəxslərin durumları ilə maraqlanmırlar. Bu da onu söyləməyə əsas verir ki, hər iki şirkətin rəhbərliyində olan şəxslərə görülən işlər, əldə olunan gəlirlər lazımdır, xəsarət alan şəxslərin sağlamlıq durumları isə, onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Əgər bu belə olmasaydı o halda rəhbərlikdə olanlar Ramazan Bayramı günü münasibətilə evlərinə getmək istəyən və yol-nəqliyyat hadisəsi zamanı müxtəlif bədən xəsarətləri alan şəxslərin sağlamlıq durumları ilə maraqlanardılar.



P.S. Məqalə dərc olunan zaman Azvirt MMC-nin mətbuat xidmətinin rəhbəri Ceyhun bəy zəng edib bildirdi ki, xəsarət alan işçilərin heç biri bizim işçilər deyil. Yalnız onlar bizim şirkətin maşınında qəzaya düşüblər. Əcaba bu təsadüf haradan. Bəs o işçiləri işlədən şirkət onlarla müqavilə bağlamayıblarmı ki, bu gün onların tibbi sığortası olmadığından onlar xəstəxana dəhlizlərində qalıblar. Deyəsən torbada pişik var.

Yazıda adları keçən hər kəsin mövqeyini dinləməyə hazırıq.

Mövzu diqqətimizdədir.

Deryaz.az
 
Ardını oxu...
Bununla bir neçə dəfədir ki, sosial şəbəkələrdə Gəncə Şəhər İcra Hakimiyyətinin özünü doğrutmayan iş fəaliyyətindən yazı dərc etmişik. Axı belə olmaz. Gəncə şəhəri müqəddəs bir torpaqdır. Şəhərin viran qalan küçələrinə asfalt çəkilməsi üçün tender elan etsə də, lakin şəhərin bütün küçələri yarasız haldadır. Heç bir asfaltdan söhbət gedə bilməz.

Gəncə şəhər əhalisi də belə yararsız küçələrdən əziyyət çəkir. Hətta elə küçələr var ki, onlara dəfələrlə asfalt örtüyü çəkilmək adı altında tender elan olunub, lakin ayrılan maliyyə öz təsdiqini tapmayıb. Odur ki, aidiyyəti qurumların bu məsələni nəzarətə götürərək, Gəncə şəhər əhalisinə kömək olunmasını xahiş edirik.

Niyazi Bayramovun rəhbəri olduğu Gəncə Şəhər İcra Hakimiyyəti və tabeliyindəki idarələr 2023-2024-cü ildə bağladığı tender müqavilələri bəhanəsi ilə külli miqdarda pul xərcləyib. Sözügedən icra orqanının 1 il 3 ay ərzində tenderə xərclədiyi məbləğ 30 milyon manatdan çoxdur.

Gəncə Şəhər İcra Hakimiyyətinin bağladığı müqavilələrin bəzilərini təqdim edirik:

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

2024-cü ildəki müqavilə:

GƏNCƏ ŞƏHƏR MƏNZİL-KOMMUNAL TƏSƏRRÜFATI İSTEHSALAT BİRLİYİ - "VƏTƏN-N MÜHAFİZƏ XİDMƏTİ" MMC -

Mühafizə xidmətinin satınalınması - Məbləğ: 162.987,5 AZN

Bildirək ki, nizamnamə kapitalı 300 AZN olan "MMC-nin qanuni təmsilçisi NAMİQ CAHANGİROV BABACAN OĞLUDUR.

2023-cü ildəki müqavilələri:

GƏNCƏ ŞƏHƏR MƏNZİL-KOMMUNAL TƏSƏRRÜFATI İSTEHSALAT BİRLİYİ -

"VEDİ CONSTRUCTİON" Məhdud Məsuliyyətli Cəmiyyəti

-Gəncə şəhərinin küçə və prospektlərində hasarların əsaslı təmiri və abadlıq işlərinin satınalınması -

Məbləğ: -897.240,78 AZN

Bu şirkətin qanuni təmsilçisi EMİN ƏLİYEV ELDAR OĞLU, nizamnamə kaputalı 500 AZN-dir.

“ELVİ.M.M. SERVİCES GROUP" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ ilə “Gəncə şəhərinin istirahət parklarında əsaslı təmir və abadlıq işlərinin satınalınmsı”na görə - Məbləğ: 1.623.552,89 AZN

Bildirək ki, bu şirkətin qanuni təmsilçisi COŞQUN İSGƏNDƏROV FƏXRƏDDİN OĞLU, nizamnamə kaputalı 834127 AZN-dir.

“GÖYGÖL TİKİNTİ" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Gəncə şəhər ərazisində işıqlandırma sistemlərinin əsaslı təmir işlərinin satınalınması”na görə - Məbləğ: 610.639,52 AZN

Küçələri işıqlandırmaq üçün Yarım milyon manatdan çox pul köçürülən “GÖYGÖL TİKİNTİ" MMC-nin nizamnamə kapitalı cəmi 10 manat, qanuni təmsilçisi ANAR TAĞIYEV ƏHMƏD oğludur.

GƏNCƏ ŞƏHƏR MƏNZİL-KOMMUNAL TƏSƏRRÜFATI İSTEHSALAT BİRLİYİ -

"GƏNCƏ KÖRPÜ TİKİNTİ-2" ASC - Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması - Məbləğ: 9.915.755,65 AZN

Qalib ASC-nin nizamnamə kapitalı 143 min 104 Manat, qanuni təmsilçisi isə Məhərrəm Zeynallı Aslan oğludur.

GƏNCƏ ŞƏHƏRİ İCRA HAKİMİYYƏTİ - "IMPROTEX MOTORS" MMC -

Xidməti minik avtomobilinin satınalması - Məbləğ: 220.000 AZN

"Improtex Motors" MMC-nin niamnamə kapitalı 5325 AZN-dir. Şirkət 04.04.1997-ci ildə dövlət qeydiyyatına alınıb.

"Improtex Motors" MMC keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur.

GƏNCƏ ŞƏHƏRİ İCRA HAKİMİYYƏTİ

"ƏRDAGI" MMC - Gəncə şəhərinin küçə və prospektlərində əsaslı təmir işlərinin satınalması - Məbləğ: 1.845.694,53 AZN

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan "ƏRDAGI" MMC-nin qanuni təmsilçisi NAZİM MƏMMƏDOV FUAD OĞLUDUR.

GƏNCƏ ŞƏHƏR MƏNZİL-KOMMUNAL TƏSƏRRÜFATI İSTEHSALAT BİRLİYİ -

"İNTERKABEL" FİRMASI —

Elektrik mal-materiallarının və avadanlıqların satınalınması

Məbləğ: - 1.376.817,51 AZN

Nizamnamə kapitalı 1000 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5a-da yerləşir və qanuni təmsilçisi Ramil Babayev Arif oğludur.

Aidiyyəti qurumlar bu məsələni diqqətində saxlasınlar. Gəncə şəhər əhalisi icra hakimiyyətinin başçısı Niyazi Bayramovdan çox-çox narazıdır.

hurriyyet.az
 
Ardını oxu...
Son zamanlar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər əhalisi ilə görüşlər keçirərək özünü reklam edir. Niyazi Bayramovun yarıtmaz idarəçiliyi göz qabağındadır, Gəncə şəhəri bərbad haldadır.

Daş-üstünə daş qoymayan icra başçısı absurd olan tərif yazılarla nə əldə etmək istiyir bilinmir. Onun oğlunun sosial şəbəkələrdə 904 markalı maşın nömrələri rekord qırdı, amma aidiyyəti qurumlar susdu. Bununla bağlı cumhuriyyet.az bildirir ki, Gəncənin icra başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramov bahalı avtomobilini ictimaiyyətdən gizlətmək üçün dövlət nömrə nişanını dəyişməyə əl atıb. Məlum olub ki, başçı oğlunun 10 BB 904 nömrə nişanlı “Range Rover” markalı avtomobili var. Daha sonra eyni qarajda və eyni yerdə 10 ZZ 904 nömrə nişanlı “Mercedes S Class” markalı maşın görmək olar. Bu nömrə isə əvvəl “BMW X 6” markalı maşının üstündə olub.

İcra başçısının oğluna məxsus 10-BB-904, 10-OO-904, 10-KK-904, 10-ZZ-904, 10-TT-904, 10-AS-904 nömrəli “zerkalni” qeydiyyat nişanları diqqət çəkib. Atası 1280 manat məmur maaşı alan Bayramov küllü-miqdarda vəsait tələb olunan nömrələri necə əldə edib? İcra başçısının oğlu indi həmin nömrəni çıxarıb başqa avtomobilinə qoyub. Gəncə icra başçısını oğlunun avtomobil kolleksiyasında 6 maşın var. Bu da bir məmur oğlunun hansı vəsaitlə bahalı maşınlar aldığına dair suallar doğurur. Hər halda Niyazi Bayramovun icra başçısı kimi aldığı maaş buna çatmaz. Deməli, adi korrupsiya, mənimsəmə faktının nəticəsidir. Təqdim edilən videodakı, fotolardan bəlli olur ki, avtomobillər ən bahalı brendlərin istehsal etdiyi nəqliyyat vasitələridir. Bəhram Bayramovun maşınları isə bir qayda olaraq son nömrələri 904 olan dövlət nişanları ilə “bəzədilib”. Eyni zamanda cumhuriyyet.az olaraq Oğlunun bahalı həyat yaşadığı icra başçısının Gəncə şəhidlər xiyabanına münasibətini də aşağıdakı videoda sizə təqdim edirik:

Gəncə şəhərinin viran qalan küçələrinə asfalt çəkilməsi üçün tender elan edilsə də, lakin şəhərin bütün küçələri yarasız haldadır. Heç bir asfaltdan söhbət gedə bilməz. Gəncə şəhər əhalisi də belə yararsız küçələrdən əziyyət çəkir. Hətta elə küçələr var ki, onlara dəfələrlə asfalt örtüyü çəkilmək adı altında tender elan olunub, lakin ayrılan maliyyə öz təsdiqini tapmayıb. Odur ki, aidiyyəti qurumların bu məsələni nəzarətə götürərək, Gəncə şəhər əhalisinə kömək olunmasını xahiş edirik.

Niyazi Bayramovun rəhbəri olduğu Gəncə Şəhər İcra Hakimiyyəti və tabeliyindəki idarələr 2023-2024-cü ildə bağladığı tender müqavilələri bəhanəsi ilə külli miqdarda pul xərcləyib. Sözügedən icra orqanının 1 il 3 ay ərzində tenderə xərclədiyi məbləğ 30 milyon manatdan çoxdur.

Gəncə Şəhər İcra Hakimiyyətinin bağladığı müqavilələrin bəzilərini təqdim edirik:
Ardını oxu...
 
Ardını oxu...
Göyçay rayonu Çərəkə kənd sakinləri tərəfindən


ŞİKAYƏT

Bu şikayətimizdə yazıb bildirirk ki, Göyçay rayonunda bir qrup vəzifəli şəxslər əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edib qanunsuzluqla məşğul olurlar ki, nəticədə də çoxlu sayda vətəndaşlar əziyyət çəkirlər.

İlk olaraq Prezident cənab İlham Əliyevə minnətdarlığmızı bildiririk ki, Çərəkə kəndinin asfalt örtüyünün tikintisi üçün dövlət büdcəsindən pul ayrılmasına dair 25 dekabr 2023-cü il tarixdə sərəncam imzaladı.Ancaq çox təssüf olsun ki, Göyçayda bir qrup vəzifəli şəxslər Çərəkə kəndinə çəkiləcək asfalt yolun layihəsini öz maraqlarına uyğun olaraq dəyişərək qanusnuzluğa yol veriblər.Çərəkə kəndinə çəkiləcək yolun ilkin layihəsində əsas (ana yol) yol kimi bu ərizəni imza edən vətəndaşların yaşadığı ərazidən keçməsi nəzərdə tutulsada sonradan vəzifəli şəxslər saxtakarlıq edib lahiyəni dəyişib işlək olmayan ara yola asfalt çəkilməsinə dair ikinci lahiyəni həyata keçirmək istəyirlər.Vəzifəli şəxslər bu qanunsuzluğu ona görə ediblər ki, 1-ci lahiyədə göstərilən əsas yolun üzərində 2 körpü var.Həmin körpülərin tikintisi həyata keçiriləcəyi təqdirdə vəzifəli şəxslərə pul qalmayacağına görə lahiyəni qanunsuz olaraq dəyişdiriblər.Hansı ki, 1-ci lahiyədə nəzərdə tutulan yolun üzərində kəndin 3 qəbristanlığı. 1 məktəbi, 1 məscidi var həmçinin avtobus marşurutu bu yoldan keçir. Sakinlər həmin yoldan daima çox istifadə edirlər.

Qanunu layihədə göstərilən əsas yolun keçdiyi ərazidə çoxlu sayda evlər var, kəndin əsas marşurut avtobusları, avtomobilləri və həmçinin qonşu Çərəcə kənd sakinləri həmin yoldan istifadə edirlər.Əsas yolun tikintisi üçün tərtib edilmiş ilkin lahiyəni ləğv edib az sayda sakinin istifadə etdiyi ara küçənin yolunun tikintisinə dair lahiyə hazırlanması vəzifə cinayəti hesab olunur ki, bunu Göyçayda vəzifəli şəxslər əlbir olaraq ediblər.Hansı ki, qanunsuz hazırlanmış 2-ci lahiyədə nəzərdə tutulmuş küçənin yolunun tikintisi bələdiyyə büdcəsi vəsaiti hesabına təmir edilməlidr.

Biz Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevin qəbulunda olub bu barədə şikayətimizi ona çatdırsaqda heç bir tədbir görmədi. Bundan sonra bizə məlum oldu ki, bu qanunsuzluqdan Natiq Ağayevin bilavasitə məlumatı var. Həttda biz sakinlər belə bir təkliflə çıxış etdik ki, 1-ci lahiyə həyata keçiriləndə çıxarılan asfalt qalıqları 2-ci lahiyə olan küçəyə tökülərək yol təmir edilsin.

Biz Çərəkə kənd sakinləri prezidentin uğurlu siyasətini bəyənirik və həmişə dəstəkləyirik. Ancaq yerlərdə bəzi neqativ ünsürlər yarıtmaz korrupsiya əməlləri ilə prezidentin mütərəqqi fəaliyyətinin üzərinə kölgə salmağa çalışırlar.Çərəkə kəndinin əsas yolunun tikintisi üçün pul ayrılmasına dair sərəncamdan sonra biz sakinlərə bildirdi ki, layihəyə əsasən sizin yaşadığınız ərazinin yoluna asfalt çəkiləcək, çünki əsas yol kimi bura nəzərdə tutulub.Ancaq sonradan nə baş verdisə həmin lahiyəni qanunsuz olaraq ləğv edib öz arşınalırına uyğun qanunsuz lahiyə tərtib etdilər.

Göyçayda məlum vəzifəli şəxslər Prezident cənab İlham Əliyevin sərəncamına əsasən Çərəkə kəndinin yol tikintisi üçün ayrılmış vəsaitin düzgün xərclənməsinə əngəl yaradıblar.Bu isə korrupsiya əməlidir ki, araşdırlmasına zərurət var.

Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan xahiş edirik şikayət ərizəmiz bizim iştirakımızla yerində araşdırılsın qanunsuzluğa yol verib dövlət vəsaitini təyinatı üzrə xərcləmədən, yol tikintisində qanunsuzluğa, saxtakarlğa yol vermiş vəzifəli şəxslərin barəsidnə qanunu tədbirlər görəsiniz və bizim yaşadığımız əsas yolun asfalt örtüyü ilə təmin edilməsinə tapşırıq verəsiniz.

İmza; Göyçay rayonu Çərəkə kənd sakinləri

Mirzəyev Qadir Sabir oglu (Şəhid Siyavuş Mirzəyevin qardaşı)
Əlaqə telefonu; (050) 383-23-04

Kərimov Agasəf Abduləli oglu
Rəhimov Rəşid Allahverdi oglu
Rəhimov Rasif Mürşüd oglu
Mirzəyev Rasim Sabir oglu
Rəhimov Təvəkgül Rəşid oglu
Abdullayev Şöhrət Fikirət oglu
Mirzəyev Kamil Qadir oglu
İsmayilov Sənan Nazim oglu
İsmayilov Nihat Şahin oglu
Nəbiyev Fuad ismayıl oglu və digərləri
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Yaponların bir atalar sözü var: yalan dörd nalla gedər, həqiqət isə addım-addım irəliləyər, lakin yenə də vaxtında çatar... Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadə bilsəydi ki, bacısı Nigar İsmayılzadə dörd nalla hansı yalanların müəllifidir, amma yenə də reallıq gec-tez özünü yetişdirib, hər halda yaşadığı ölkədə utanardı. Ən tragik gerçəklik isə odur ki, Gürsəl bəyin səfir olduğu ölkənin təhsil keyfiyyəti ilə bacısı Nigar xanımın dekan müavini kimi təhsilə verdiyi "töhfə" arasında bir uçurum mövcuddur. Əgər onun yaşadığı ölkədə yaponlar bilsəydilər ki, səfirin bacısı BDU-da İlahiyyat fakültəsinin dekan müavini postunda rüşvət qalmaqalı ilə gündəmə gəlib, bir diplomata hansı münasibət sərgilənərdi?! Həyatın ironiyasına bax - adı İlahiyyat olan fakültənin dekan müavini rüşvətlə ad çıxarır. Maraqlıdır, ilahiyyatçılar buna necə qiymət verərdilər? Bu hadisəyə yalnız belə ad vermək olar - qardaşı "yaponski" səfir olan bacının BDU-da "kitayski" əməlləri...
Bəli, çoxuna məlumdur ki, Nigar İsmayılzadə yayılan səs yazısı ilə ölkədə və tələbələr arasında populyarlaşıb.

Sonra BDU İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə tələbələrə yüksək səslə hədə-qorxu gələrək yazdıqları şikayət məktubunu geri götürmələrini tələb etmişdi. O zaman BDU rəhbərliyi tərəfindən rüşvət şikayətini yoxlamaq üçün komissiya təyin olunmuşdu. Amma ki nə fayda?! Hələ də öz işini davam etdirir. Yaponiyada belə skandal olsaydı, çoxdan dekan müavini də, onun vəzifə tutan qohumu da istefa verərdi. Çünki sivil ölkələrdə istefa mədəniyyəti var. Ancaq bizdə hərə "öz ayağından asılır" misalı var, hərçənd o da işləmir, İsmayılzadə sanki rüşvət tələb edən tərəf deyilmiş, özünü məsələyə "fransız" aparır.
Hətta Komissiya və BDU rəhbərliyinə Nigar İsmayılzadədən etirazını bildirən tələbələri yanına çağıran dekan müavini özünün lehinə ərizə məhkəməylə qorxudaraq, məqsədinə nail olmağa çalışırdı.
Ardını oxu...
Yeri gəlmişkən, xanım İsmayılzadənin intihar etmiş keçmiş MTN zabiti İlqar Əliyevlə də əlaqələri haqda mətbuatda çox deyilib. Amma onun MTN zabiti ilə işbirliyi nədən ibarət olub bəlli deyil. Hətta bundan sonra da İsmayılzadə yoluna davam edib, bir ara daha yüksək post eşqinə düşüb. Görünür, baş verənlər adi hal imiş. Əvəzində məhkəməyə verdiyi tələbə ölkəni tərk etmək məcburiyyətində qaldı.Belə olduğu halda cənab səfirə sualımız yaranır:- Bu repressiv davranışlar Yaponiya təhsilində ola bilərmi, cənab səfir Gürsəl bəy?

Nişad Mehdiyev
Rubrika.Az

Dünyapress TV

Xəbər lenti