Ardını oxu...
Bu ilin fevral ayında Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru vəzifəsinə təyin olunan İlkin İsmayılov dayanmadan tender elan edir. Müsabiqə 753 min 950, 5 AZN manat məbləğində yeməkxana və mətbəx ləvazimatları, yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlər, bərk inventar, maşın, avandanlıq və aksesuarların satın alınması ilə bağlı keçirilib.

Hələlik xəstəxanada bu avadanlıqların verilib-verilməməsi haqqında məlumatımız yoxdur. Amma müqavilələrdən aydın olur ki, yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması ilə bağlıdır. Müqavilənin maliyyə dəyəri 144 815 AZN-dir.

Maliyyə dəyəri 21 225 AZN təşkil edən digər müqavilə isə yeməkxana və mətbəx ləvazimatlarının satınalması ilə bağlıdır.

Digər 3 tenderə gəlincə, maşın, avandanlıq və aksesusarların satın alınması ilə bağlı imzalanacaq müqavilənin maliyyə dəyəri 488 305,5 AZN, bərk invertarların satın alınması ilə bağlı imzalanıb müqavilənin maliyyə dəyəri isə 99 605 AZN-dir.

Bundan öncə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Laborator tibbi xidmətlərin satın alınması üçün elan etdiyi tender 3.000.000 AZN məbləğindədir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Tenderin başlama tarixi 18.07.2023-cü il, bitmə tarixi isə 31.12.2023-cü ilə təsadüf edir.

Qısa bir müddətdə yenə tender sorğusu keçirən Gəncə Birləşmiş Xəstəxanasına 08.08.2023 cü il tatixli Dəftərxana və təsərrüfat malları 169.998,32 AZN min manatlıq satınalma edib və qalib müəyyən olunubdur.

Ümumilikdə 3 milyon 923 min manatlıq avadanlıq alınması barədə elan olunub, qalib müəyyən olunmağına baxmayaraq, bu qədər avadanlığın alınması sual altındadır.

Gəncə Şəhər Xəstəxanaları, poliklinikaları yeni avadanlıqlarla müasir inventar, yataq ləvazimatları və xüsusi geyimlər, bərk inventar, maşın, avandanlıq müasir yeməkxana və mətbəx ləvazimatları olduğu halda, bu qədər satınalmanın, tenderin məbləğinin 3 milyondan daha artıq olması və onun hansı istiqamətdə xərclənməsi sual doğurur. //hurriyyet.az//
 
Ardını oxu...
Teref.az oalaraq müstəqil areaşdırmaçı jurnalist Cavanşir Həsənlinin yeni araşdırmasını oxuculara təqdim edirik.
Cavanşir Həsənli yazır:
Möhtərəm şeyximiz Hacı Allahşükür Paşazadənin vaxtilə Çexiyada sahib olduğu şirkət onun Avropadakı yeganə lövbəri deyilmiş. "Aynur KV" S.r.o. ilə bağlı sənədlər mətbuatda və sosial şəbəkələrdə geniş rezonans doğurandan sonra şirkəti MP İNTERNATİONAL S.r.o. adı ilə oğlunun adına yenidən qeydiyyatdan keçirən cənab Paşazadə az sonra onu birdəfəlik başlamaq məcburiyyətində qalmışdı. Lakin möhtərəm şeyximizin 2016-cı il noyavrın 22-də Maltada qeydiyyatdan keçirdiyi ticarət gəmiçiliyi şirkəti hələ fəaliyyətini davam etdirir.
Ardını oxu...
Sənədlərə görə "MP TRADE SHIPPING LIMITED" Maltanın SANTA VENERA SVR 9033 ünvanında C78249 saylı lisenziya ilə qeydiyyatdan keçib. Onun təsisçisi isə şeyx həzrətlərinin oğlu, Türkiyə vətəndaşı, İstanbulun Beşiktaş səmti, LEVAZIM MAH. SELEN SOK., SEBA FLORA SITESI 7, BLOCK NO.2G Ic KAPI NO. ünvanında qeydiyyatda olan Məhəmməd Paşazadədir. Şirkətin Maltadakı ünvanında isə Məhəmməd Paşazadənin gəmiçilik şirkəti ilə yanaşı Türkiyədə yaşayan məşhur işadamı Mübariz Mənsimova məxsus çoxlu sayda gəmiçilik şirkəti qeydiyyatdadır. Sənədlərdən məlum olur ki, 2017-ci ilin iyunun 6-da Mübariz Mənsimova məxsus ARMADA VOYAGER SİX gəmiçilik şirkəti öz səhmlərini Allahşükür Paşazadənin oğlunun adına olan MP TRADE SHIPPING LIMITED-ə keçirib. ARMADA VOYAGER SİX Mərkəzi Amerikada, Karib dənizindəki Sent-Kits və Nevis ada dövlətində qeydiyyatdadır, eyni adla Türkiyədə də fəaliyyət göstərir və Palmali şirkətlər qrupuna daxildir.
MP TRADE SHIPPING LIMITED-in okeanlarda neçə gəmiyə sahib olduğu və hansı ölkənin bayrağı altında üzməsi ilə bağlı təəssüf ki, heç bir məlumat yoxdur.
Cavanşir Həsənli
Teref.z olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı təfəin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
TƏBİB-in ( Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ) yaradılmasını kimlərsə, guya səhiyyə sahəsində islahat kimi qələmə verməyə çalışsa da, amma əslində bu qurum ölkə səhiyyəsində ciddi problemlər yaradıb.
Uzun-uzadı bəhs etmədən qeyd edək ki, TƏBİB-in yaradılması səhiyyə sahəsində paralellik, loru dildə desək ikitirəlik yaratdı. Və vətəndaşlar Səhiyyə Nazirliyi ilə TƏBİB-in arasında qaldılar.
Sözün qısası, TƏBİB-in rəhbərliyinin islahat adı altında apardığı dəyişikliklər bu gün iflasa uğrayıb. Axı, hansı islahatdan danışmaq olar..? Məgər bir rayonun ərazisindəki bütün xəstəxanaları, poliklinikaları birləşdirib Tibbi Mərkəzə tabe etmək və ora da kimisə rəhbər təyin etmək islahatdır..? Bütün bunlar azmış kimi TƏBİB rəhbərliyi qısa zamanda peşəkar, təcrübəli həkimləri müxtəlif səbəblərdən işdən azad edərək onların yerinə öz dost-danışlarını təyin etdilər.
Təsəvvür edirsiniz, tibbi təhsili olmayanlar, saxta diplom sahibləri Tibb Mərkəzlərində yüksək vəzifə tutdular. Bir soruşan olmadı ki, bu şəxslərin adi tibbi təhsili yoxdur. TƏBİB rəhbərliyinin göstərişi ilə yeni yaradılan Tibb Mərkəzlərinin rəhbərləri saxta tenderlər adı altında milyonlarla dövlət vəsaitini mənimsədilər, daha doğrusu, TƏBİB rəhbərliyi ilə bölüşdülər. Dəfələrlə yazdığımız kimi, bu əslində rüşvət və korrupsiyanın bir əldə cəmlənməsi idi. Belə Tibb Mərkəzlərindən biri də Qobustan Mərkəzi Xəstəxanasıdır. İndi haqqında bəhs edəcəyimiz şəxs isə Qobustan Mərkəzi Xəstəxanasının baş həkiminin inzibati məsələlər üzrə müavini Kərimov Bəhmən Bəxtiyar oğludur.
Məlumat üçün onu da qeyd edək ki, Bəhmən Kərimov Azərbaycan Dövlət Tibb Universitetini deyil, özəl Azərbaycan Beynəlxalq Universitetini bitirib. Sonra ikinci ali təhsil alıb. Deməli, Bəhmən Kərimov saxta yol vərəqələri yazaraq olmayan təcili yardım çağırışları adı altında kifayət qədər pul mənimsəyir. Bu hələ harasıdır..? Belə ki, Qobustan RMX-də xəstəlik kağızı, sürücülərə tibbi arayışların verilməsi adı altında pullar yığılır. Xəstəxanada cari xərclər, yanacaq təminatı adı ilə hər ay xeyli miqdarda dövlət vəsaiti mənimsənilir. Daha sonra bu xəstəxananın adı mediada saxta əlillik dərəcəsi verilməsi ilə bağlı dəfələrlə hallanıb. Hətta yalandan hər ay 50 nəfərin guya xəstəxanada yatmasını ( ambulator müalicə ) kağız üzərində yazıb, onlara ayrılan qida və ərzaq məhsullarını satırlar. Bundan əlavə Qobustan Rayon Mərkəzi Xəstəxanasında işçi kimi adları qeyd edilmiş, lakin iş yerinə gəlmədən yalnız staj toplayan 30 nəfərə yaxın tibb işçisinin maaşları da mənimsənilir. Sözün qısası, Bəhmən Kərimov Qobustan Mərkəzi Xəstəxanasını şəxsi obyekti kimi istifadə edir. Kimsə irad bildirsə, Bəhmən Kərimov deyir ki, arxamda TƏBİB-in departament rəhbəri Nurlan Quliyev dayanır.
Biz hələ Kərimov Bəhmən vəzifəyə təyin olunar-olunmaz özünə Qobustan rayonu ərazisində Bakı-Şamaxı yolunun kənarında böyük bir restoran tikməsindən danışmırıq. Bizim bir media olaraq Bəhmən Kərimovun əməlləri barədə 13.07.2023- cü il tarixli araşdırma yazımızdan sonra redaksiyamıza daxil olan məlumata görə, Bəhmən Kərimov TƏBİB-ə çağırılıb. Amma.... Əmması odur ki, yenə TƏBİB-in İnzibatı İdarəetmə Departamentinin rəhbəri Nurlan Quliyev dostu və şəriki Bəhmən Kərimovu qoruya bilib. Və Bəhmən Kərimov bütün baş verən qanunsuzluqları işdən çıxarılan keçmiş direktor Hüseyn Şahmaliyevin üzərinə atıb. Və bu gün Bəhmən Kərimov yenə də köhnə əməllərindən əl çəkmir, qanunsuz əməllərini bir az da artırıb. Bu dəfə Bəhmən Kərimovun saxta möhürü ("Nəzarətdədir" yazılan halbuki heç bir yerdə qeydiyyatı yoxdur) vasitəsiylə yazılan qaimərini təqdim edəcəyik. Bu şəxslər benzin pulunu Bəhmən Kərimova ödəyərək qaimə vasitəsiylə benzin götürürlər. Sual olunur ki ay "Bəhmən müəllim" yazdığın 240 litr dizeli hansı maşının yanacaq çəni tutur?
Onu da qeyd edək ki, monitorinq yoxlaması zamanı Bəhmən Kərimovun atasına aldığı sağlamlıq kağızının dövlət rüsumu olan 40 manat 20 qəpik ödəmədiyi aşkar olunub. Yoxlama üzvləri qeyd etmişdir ki müavin bunu etdikdən sonra başqalarına nə deyək. Bundan başqa Bəhmən Kərimov direktor tərəfindən dəfələrlə təşəkkür almış sürücünü saxta yol vərəqələrinə qol çəkmədiyi üçün işdən çıxarmaqla hədələyir, səsini yazdiraraq şantaj edir. Həmin işçini maşına mindirdiyi üçün digər işçidən izahat almış, digər işçilərə ona salam verməyi belə qadağan etmişdir.
Bəhmən Kərimovun qəzəbinə tuş gələnlərin biri də baş təsərrüfat bacısıdır. Xəstəxanaya ayrılan yuyucu vasitələrinin və ləvazimatlarının saxta silgisinə qol çəkməyi və təzə açılan kafesinin təmizliyi üçün xadimələr göndərməyi ondan tələb etmişdir. Bundan imtina etdiyi üçün üzünə adam durquzaraq tibbi şuraya çıxartmış lakin məqsədinə nail ola bilməmişdir. Hər iki işçi müvafiq orqanlara şikayət etdiyi üçün araşdırma gedir. Bəhmən Kərimov həmkəndlisi Dəstək xidmətləri şöbəsinin müdiri Anar Hüseynovla birləşərək xəstəxananı talan edirlər. Hüseynov Anarın halbuki heç bir ali təhsili yoxdur.
Bir sözlə, TƏBİB rəhbırliyi Bəhmən Kərimovun qanunsuz əməllərinə susmaqda davam edir.
gundelik baki.com
Ardını oxu...
Bu səlahiyyət sahibinin, böyük yeyinti və mənimsəmə faktları ilə, Respublika Prokurorluğunun ağır ittihamı altında olması barədə, bir müddət öncə, sensasion rəsmi məlumat yayılsa da, o, günü bu günədək azadlıqda, rahat kreslolu öz vəzifəsi başındadır
İcra başçısı Zakir Fərəcovun işlədib, milyonlarla halal pullarını borclu qaldığı iş adamlarına, aldadaraq yalandan verdiyi saxta “Zəmanət məktubu” ilə, şöbə müdiri ağır bir cinayətə də “qol qoymuş olub”: “Kor-kor, gör-gör” — bu, belədir!
Şikayətçi iş adamları, şəhər rəhbəriylə bərabər, ciddi ittiham altındakı şöbə müdirinin adını da, hər yerdə, həmişə, əsas günahkar kimi, xüsusi olaraq qeyd edirlər
Ölkənin əksər media vasitələri kimi, araz.az xəbər portalı da, Sumqayıtda yüksək məsuliyyət tələbli gərgin, önəmli və gözəgəlimli işlər görən, lakin milyonlarla halal pullarını indiyədək tam olaraq ala bilməyən bir qrup iş adamının, şəhər rəhbərliyi tərəfindən başlarına gətirilən oyunlar barədə çox yazılar verib. Bu barədəki əksər yazılarda, öncə, xüsusi olaraq vurğulanıb ki, icra başçısı Zakir Fərəcovun iş adamlarına qarşı haqsızlığı ucbatından baş verənlər, səs-küy yaradan xoşagəlməz bir qalmaqal olaraq, uzun zamandır, ölkə gündəmindən düşməyən sensasion olaylar sırasında “özünə möhkəm yer tutub”, sanki tərpədilməsi belə mümkünsüzdür! Ölkənin üçüncü bu böyük şəhərinin ictimai nüfuzuna xələl gətirən məyusedici bu qalmaqalın getdikcə şiddətlənməsinə rəvac verən əsas amillər sırasında isə, sensasion “Zəmanət məktubu” faktoru öndə durur. O “Zəmanət məktubu” ki, xoşagəlməz fəsadları barəsində ölkə mətbuatı ilə bərabər, araz.az xəbər portalı da, çox yazılar dərc edib. Bütün yazılarda xoşagəlməz fəsadlı bu faktorun əsas günahkarı kimi, Sumqayıt Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Gündüz Əliyevin adı çəkilir.Ümumiyyətlə, dəhşət ondadır ki, Zakir Fərəcovun adıyla bağlı olan bütün borc qalmaqallarında Gündüz Əliyevin adı onunla qoşa çəkilir. Hətta onun lmzası olan və həmin borcları təsdiqləyən rəsmi sənədlərdə 50 milyondan belə söhbət gedir. Bütün bunları, araz.az-ın adıyla apardığımız araşdırmalar zamanı üzə çıxarılan və dəhşət doğuran həqiqət və reallıqlar da sübut edir. Daha doğrusu, bütün borc sənədlərində bu adamın imzasının olması və adının hallanması qaranlıq çox məqamları ortaya çıxarır. Bu zaman, əsas məsələ isə ondan ibarət olur ki, başçı qanunsuz həyata keçirdiyi fırıldaq və saxtakarlıq dolu bütün maliyyə və tikinti əməliyyatlarında onu irəli verir. Ən maraqlısı, eləcə də bunun daha bir inkarolunmaz təsdiqi də odur ki, Gündüz Əliyev bir müddətdir İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş Şöbəsinə başçılıq etdiyindən, onun nə tikinti, nə də maliyyə işlərinə əl qoymasına, səlahiyyət baxımından heç bir hüququ da çatmır. Di gəl ki, bu ilin mart ayında, hətta törətdiyi qanunsuz əməllərə görə, necə deyərlər, “el görkü” olaraq, icra başçısının əmri ilə, başçı müavini, həmçinin İcra Hakimiyyətinin Şəhər Təsərrüfatı Şöbəsinin müvəqqəti müdiri vəzifələrindən azad olunan, bundan sonra da, bu böyük vəzifəyə təyinatı verilən bu şəxsin, Sumqayıtdakı səs-küylü və sensasiya doğuran kredit borcu ilə bağlı, olduqca ciddi “Kalyon” olaylarından tutmuş, Sumqayıt şəhərinin girişində, daha çox isə, Dənizkənarı Bulvarının yenidən qurulması zamanı həyata keçirilən təmir-tikinti işlərindən sonra yaranmış 10 milyonlarla manat borc qalmaqalında əsas günahkarlardan biri kimi, birbaşa, adı keçir. Bunu, elə, həmin yenidənqurma işlərini tam olaraq rəhbərlik etdikləri tikinti şirkətlərinin nümayəndələrinəböyük məsuliyyət hissi ilə gördürən, lakin günü bu günədək, işləyərək qazandıqları milyonlarla halal pullarını tam olaraq ala bilməyən, buna görə, adları icra başçısı və onun əlaltıları olan digər önəmli vəzifə sahibləri ilə qalmaqallarda qoşa hallanan onlarla tanınmış şirkət rəhbərləri də təsdiq edirlər ki, bütün danışıqları Zakir Fərəcovla yanaşı, həm də Gündüz Əliyevlə aparıblar. Elə, yalan “Zəmanət Məktubu”nu da, yalvarış xarakterli xahişlərlə və yalan vədlərlə, o, həmin sahibkarlara da imzalatdıra bilib. Konkret desək, Sumqayıtın abadlıq-quruculuq işlərində çalışan sahibkarların icra başçısı Zakir Fərəcovdan halal zəhmət pullarını indiyədək tam olaraq ala bilməmələrinin əsas günahkarı, həmin “Zəmanət Məktubu”nun müəllifi Gündüz Əliyevdir. Yeri gəlmişkən, onu da qeyd edək ki, belə yalan “Zəmanət Məktubu” kimi saysız-hesabsız “rəsmi sənədlərlə”, Gündüz Əliyev, təkcə bu 10 nəfərdən çox iş adamının deyil, həm də, onlar kimi çoxlarının başına “torba tikib”.Bu barədə, ölkə başçısının adına da, dəfələrlə ünvanladıqları şikayət xarakterli müraciətlərində həmin sahibkarlar bildiriblər ki, icra başçısının təklifiylə abadlıq və yenidənqurma işləri üçün tenderlərə qatılıblar. 2016-cı ilin mart ayından isə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun dəvəti ilə, onunla birgə razılaşma əsasında bu proseslərə girişiblər. Tenderlər şəhərin müxtəlif sahələrindəki abadlıq-quruculuq işləri ilə bağlı olub. Sahibkarlar öz şikayətlərində xüsusi olaraq onu da vurğulayıblar ki, Zakir Fərəcov, onda, xüsusi olaraq, yeni bulvarın üzərində dayanıb. Hımişə deyib ki, bu işdə ona hamı dəstək olsun və yeni bulvar istifadəyə veriləndən sonra, guya, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunacaq.Beləcə, uzun bir proses dövründə onlar pul almadan bütün işləri başa vurublar. Hətta tikinti rəhbərləri onu da xüsusi olaraq vurğulayırlar ki, Zakir Fərəcovun sözlərinə inanaraq, təmir-tikinti və yenidənqurma işləri ilə əlaqədar lazım olan avadanlıq və tikinti materiallarını nisyə alıblar. Sonradan pullarını tələb edərkən, açıq-aşkar Zakir Fərəcovun onlardan yayındığını görüblər. Bu ciddi məsələdə isə, onun daha çox qabağa verdiyi Gündüz Əliyev olub.Bu yerdə, dəyərli oxucularımızın diqqətinə onu da çatdırırıq ki, bu ciddi məsələ ilə bağlı araşdırmalarımız zamanı, həmin sahibkarların, üzləşdikləri bu xoşagəlməzliklərin təəssüf doğuran əksi olan və xeyli müddət öncə, sosial şəbəkələrdə və Facebook səhifələrində paylaşdıqları iki maraqlı açıqlamalarını da ortaya çıxarmışıq. Burada onların birinin əksini, maraqlıdır deyə, hər ikisinin mətnini nöqtə-vergüllərinə toxunmadan, elə, yazının bu yerində də veririk:
Ardını oxu...

“22.02.23-cü il tarixdə Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcovun dəvəti ilə, İcra Hakimiyyətində olduq. Bizə bildirdi ki, hal-hazırda icra hakimiyyətinin vəsait verməyə imkanı yoxdur: “Siz bizə məktub verin ki, aramızdaolan borc bağlanmışdır. Prezident Aparatı tərəfindən möhkəm təzyiqlər var. Aradaolan anlaşılmazlığı, süni də olsa, aradan götürək, 24 — 25 fevral tarixində sizə vəsaitödəniləcəkdir. Dediyi tarixdə, dəfələrlə, zəng etsək də, telefonu açmadı. Onagörə də, arada olan anlaşmanı etibarsız hesab edirik. Vəsaitin ödənilməsini tələb edirik. Bu vəsaitdə bütün işçilərin zəhməti və haqqı var. Bütün sənədlər təqdim edilsə də, 23.02.23 tarixdə, 2.900. 000 manata qarşı, yalnız, 30.000 manat ödəmişdir. Çox təəssüflər olsun ki, vəsaitin ödənişi primitiv üsulla həyata keçirilmişdir. 15.000manat Gündüz Əliyevin əliylə, 15.000 manat isə, onların belə qalmaqallarda media tərəfindən dəstəkçisi olan bir qəzet Baş redaktorunun vasitəsi ilə ödəniş etmişdir. Qalan vəsait ödənilməmişqalmışdır. Onu da bildiririk ki, verdiyimiz zəmanət məktubu tam etibarsızdır. Bizə heç bir vəsait ödənilməmişdir. Vəsaitimizi tələb edirik. Xahiş edirik, vəsaitin verilməsində köməklik göstərəsiniz!Yazdıqlarımıza, aşağıdakı iş adamları qoşulur və imzaları ilə təsdiq edirlər:Qasımov Hümmət, Məmmədov Mirhüseyn, Mirzəyev Şükür, İsayev İsrayıl, Məmmədov İbrahim, Əliyev İslam, Abbaszadə Vüqar, Qədirov Vüsal, NəsibovMurad, Seyidov Taleh, Qasımov Zamiq, Cəfərov Şahin, Məmmədov Fərman,Həsənov Elnur, Məmmədov Miribrahim, Həmidov Saatxan, Şirinov İmran,Mansurov Çingiz, Abbasov Əkbər”.“Goranboy rayonu, Xanqərvənd kəndi.İş adamı Verdiyev Müqayis Cəmil oğlundan:— Hörmətli Kərəm müəllim! Zakir Fərəcovun Sizə təqdim etdiyi zəmanətməktubu tam saxtadır. Bizə yalvardı ki, 1-ci Vitse-Prezidentin komandası ilə yola getmir. Guya, onu işdən azad etmək istəyirlər. Zəmanət məktubu verək ki, vəsaitlər ödənib. Onlardan canını qurtarsın. Sonra bizə bu vəsaitləri ödəyəcək və əlavə işlər də verəcək.Dəfələrlə, zəmanət məktubunun ləğv olunması barədə Zakir Fərəcovarəsmi məktubla və şəxsən özünə bildirmişik. O, bu hərəkətləri ilə, yalnız özünütəmizə çıxarmaq istəyir. Xahiş edirik, Zakir Fərəcov vəsaitin ödənilməsi barədə ya bank sənədi, ya da başqa bir sənəd göstərsin. Gördüyü işlərin hamısı saxtadır.fəhlələrin alacağının da otuz faizini tələb edirdi. Bizə bildirir ki, maliyyəvəziyyəti çox pisdir. Bütün əmlakları əlindən alınıb. Onu da xahiş edir ki, bizimgöndərdiyimiz teleqramları Zakir Fərəcova göndərməyin. Özünüz tədbir görün.İmza:150 nəfərlik kollektiv adından”.Elə, bunlar da, icra başçısı Zakir Fərəcovun Gündüz Əliyevi belə qalmaqal doğuran ciddi məsələlərdə irəli verməsini bir daha təsdiq edir. Onun bu və bu kimi bəd əməlləri barədə, ölkə mətbuatı kimi, araz.az xəbər portalı da nələr yazmayıb?! Bu yaxınlarda, rəsmi şəkildə 1 milyon manatdan çox mənimsəmədə ittiham olunandan sonra isə, barəsində dərc edilən yazıların sayını daha da çoxaltmışıq. Yazılarımızda xüsusi olaraq vurğuladımız kimi, barəsində xüsusi ittiham qaydasında cinayət işi açılan bir məmur öz vəzifəsində qala bilməz. Lakin Gündüz Əliyevi qoruyan havadarı, Sumqayıtın oliqarxı kimi özünü tanıdan icra başçısı Zakir Fərəcovdur deyə, bu mümkün olub. Bir də ki, külli miqdarda mənimsəmədə təqsirləndirilən Gündüz Əliyevi Zakir Fərəcov necə qorumasın ki, qanunsuz topladığı haram milyonların əksəriyyətini Gündüz Əliyevin əliylə “qoltuğunda gizlətməyə” nail olub. Elə, onun, imzaladığı “Zəmanət Məktubu” ilə, bir-neçə sahibkarı aldadaraq, milyonlarla halal pullarını verməyən Zakir Fərəcovdan uzaqlaşdırmaq üçün, onların “başlarına açdığı oyunları” götürək; Ölkə mətbuatında bu barədə nələr yazılmayıb?! Di gəl ki, onun xətrinə dəyən tapılmır ki, tapılmır! Bir daha deyirik, Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul işçilərindən biri kimi, vəzifə kreslosuna elə pərçimlənib ki, onu yerindən tərpətmək də mümkün deyil. Hətta böyük yeyinti və mənimsəmə faktları ilə ağır ittiham altında olan Gündüz Əliyev, indi də, Sumqayıt Məhkəməsində bəraət aldığını aləmə car çəkməkdən belə çəkinmir. Axı, açılan cinayət işində 1 milyon manatdan çox mənimsəmədə ittiham olunan şöbə müdirinə, məhkəmə bəraət verə bilərmi?! Yeri gəlmişkən, onu da qeyd edək ki, icra başçısı və onun cinayət ortağı olan Gündüz Əliyev, əvvəlcədən düşündükləri iyrənc metodlarından həmişə yararlanmaqla, bəzi iş adamlarını hədələməklə, bəzilərini polis idarələrində, həbsxana divarları arxasında işgəncələrə məruz qoydurmaqla,.. istəklərinin çoxuna çatıblar da. Hətta susdura bilmədikləri iş adamlarını müdafiə edən dövlət strukturlarının və mətbu orqanların rəhbərlərinə də, əzələ nümayiş etdiriblər. Bunun acı nəticəsidir ki, onların indiyədək bu barədə əlaqədar dövlət qurumlarının rəhbərlərindən tutmuş, ölkə başçısına belə ünvanladıqları şikayət məktublarına ciddi bir reaksiya olmayıb, heç yerdən onlara kömək edən də tapılmayıb. Ümumiyyətlə, Zakir Fərəcovun özünün və Gündüz Əliyev kimi vəzifə sahibləri cinayət ortaqlarının mövcud qanunlarımız çərçivəsinə sığmayan bəd əməlləri barədə, ölkənin mətbu orqanları ilə bərabər, araz.az xəbər portalı da, dəhşət doğuran fakt və sübutlarla zəngin çox yazılar verib. Əksəriyyəti isə, iş adamlarını boş vədlərlə aldadaraq, Sumqayıtda abadlaşdırma, təmir-tikinti işlərinə cəlb etmələri və sonradan onlara çatacaq milyonlarla halal qazanc pullarını verməkdən imtina edən icra başçısının haqsız əməlləri barəsindədir. Həmin yazılarda xüsusi olaraq o qeyd olunub ki, rəhbərlik etdikləri şirkət və firmaların xəttiylə Sumqayıtın girişində, əsas yolunda və ayrı-ayrı yerlərində, daha çox, Dənizkənarı Bulvarda gördükləri yüksək məsuliyyət tələb edən alqışalayiq yenidənqurma, təmir-tikinti, abadlaşdırma və müasir stildə yaşıllaşdırma işlərinə görə, onlara çatacaq milyonlarla halal qazanc pullarını tam olaraq indiyədək ala bilməyiblər. Əlləri hər yerdən üzülən iş adamları, məcburiyyətdən, son ümidlərlə ölkə başçısına, dəfələrlə, şikayət xarakterli Müraciət də ünvanlayıblar. Lakin reaksiya indiyədək görünməyib. Açıq-aydın görünür ki, Zakir Fərəcovu və ətrafındakı Gündüz Əliyev, Adil Xudadatov, Hümbət Məmmədxanov… kimi yüksək vəzifəliləri düz yola qaytarmaq yuxarıların maraqlarına uyğun deyil. Niyə, nə səbəbə? Bəli, bütün deyilənlərin hər biri, indiyədək, ortaya çoxsaylı belə sualların çıxmasına səbəb olmaqdadır. Elə, bunlara görədir ki, mövzu ciddi olaraq qəbul olunur və daim diqqətimizdədir. Bu mövzu ətrafında baş verənləri qələmə almaq üçünsə, həmişə hazırıq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik, lakin bunu etmək istəmir. Bizsə, mövzuya qayıdacağıq və dəyərli oxucularımızın araz.az-ı izləmələrini məsləhət görürük!Malik MİRZƏ, Fərhad MƏMMƏDOV,Səməndər QURBANOV,araz.az xəbər portalının xüsusi müxbirləri.

araz.az xəbər portalı.
 
 
 
Ardını oxu...
Əvvəllər orta məktəblərdə rüşvətə səbəb kimi ilk növbədə əməkhaqqının aşağı olmasını bəhanə edirdilər. Bu gün diaqnostik qiymətləndirmədən (DQ) keçmiş, sertifikasiyadan yüksək bal yığmış müəllimlərin əməkhaqqı ölkə üzrə götürülən orta maaş səviyyəsinə gəlib çatıbdır. Məsələ burasındadır ki, hazırda məktəb direktoru və direktor müavinlərinin əməkhaqqı məktəblərdəki şagird sayına uyğun olaraq dəyişir ki, bu da ümumilikdə 1000 manatdan yuxarıdır. Eyni zamanda, əməkhaqqının artırılması ilə yanaşı, peşəkarlığın artırılması üzərində işləmək, o cümlədən, direktor və direktor müavini imtahanlarının şəffaf keçirilməsinə çalışmaq əsas şərtlərdən biridir. Rüşvəti yaradan səbəblərdən biri də yaranmış sistemsizlikdir. Ümumtəhsil məktəblərində konkret olaraq hansısa bir məsələ ilə bağlı nazirlik tərəfindən işlənmiş sistem yoxdur. Tərəflər var – təhsilalan, təhsilverən, təhsilalanların valideynləri və s…

Ancaq konkret olaraq bu proses sistem halında deyil. Ona görə də neqativ halların olması üçün şərait yaranır. Həmin şəraitdən də rüşvətə meyilli olan müəssisə rəhbərləri istifadə edirlər. İstifadəyə meyilli rəhbərlərdən biri də 252 nömrəli məktəb-liseyin direktoru Eldəniz Əkbərovdur. Əmək fəaliyyətinə 2001-ci ildə 149 №-li tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamış Eldəniz müəllim 2005-ci ildən həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, 2016-cı ildə 136№-li tam orta məktəbə direktor vəzifəsinə yüksəlmiş, 2021-ci ildən isə Bakı şəhəri 252 nömrəli məktəb-liseyin direktoru vəzifəsində çalışır.
Bu şəxs işlədiyi məktəblərdə həmyerlilərini, əslən Lerik rayonundan olanları yanına yığaraq son zamanlar özünə əməlli-başlı sərvət toplamağa müvəffəq olubdu. Bu isə təhsil müəssisəsinin kollektivinin haqlı narazılığına səbəb olubdu. Lakin direktor pedoqoji heyətin narazılığına əhəmiyyət vermədən öz bildiyini etməkdə israrlıdır. Onun bir vaxtlar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri olmuş və indi də Şəmkir RİH başçısı olsa da təhsil sahəsində sözü keçən Rəşad Tağıyevin himayəsinə arxalandığını iddia edən məlumatlı şəxsin sözlərinə görə, məhz elə bu səbəbdən də Eldəniz Əkbərov əmindir ki, onun barəsində müvafiq qurumlara ünvanlanan şikayətlərə əhəmiyyət verilməyəcək. Deyilənlərə görə, bu il də müəllimlər günü münasibətilə 252 nömrəli məktəb-liseydə yenidən yığım həyata keçirilibdi. Bildirilir ki, baş tutan “yığım əməliyyatı” məhz direktorun tapşırığına əsasən reallaşdırılıbdı. Təbii ki, bu da şagirdlərin və onların valideynlərinin ciddi narazılığına səbəb olubdu. Deyilənlərə görə, onlar məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə şikayət etsələr də, himayədarı onun əməllərini ört-basdır etməyə, Eldəniz Əkbərovu mümkün təhlükələrdən sığortalamağa müvəffəq olubdu.

Yeri gəlmişkən, məsələ ilə əlaqədar aktualxeber.az-a daxil oan informasiyalarda o da deyilir ki, E.Əkbərov hansısa maraqlarına görə, valideynləri məhz axşam saat 18:00-dan sonra qəbul edir. Bu qəbulun nə ilə bağlı olduğuna gəlincə isə deyilənlərə görə, bu tip görüş valideynlərə elə-belə başa gəlmir. Onu da nəzərinizə çatdıraq ki, yeni dərs ilinin başlaması ərəfəsində bir sıra orta məktəblərdə ciddi problemlər yaşanmışdı. Məktəbə qəbulla bağlı direktorlar əsasən birinci siniflərə yerləşdirmədə əməlli-başlı əziyyət çəkmişdilər. Amma deyilənə görə, Eldəniz Əkbərov heç bir əziyyətlə üzləşməyibdi. Çünki onun direktor olaraq öz prinsipləri var və şagirdi məktəbə necə qəbul etmək kimi məqamlarda bu “prinsiplər” ortaya atılır. Bu zaman nə valideyn narazı qalır, nə də direktor… Əslində isə, valideynin “əziyyəti” və “təşəkkürləri” olur. Çünki direktora bir neçə dəfə “təşəkkür etmək” məcburiyyətində qalırlar. Deyilənlərə görə, o, məhz həmin “təşəkkürlər” hesabına ən son model iki bahalı avtomobil və 2 mənzil əldə edibdi.

Bütün növ saytların yığılması - EMBLEM.AZ
saytlarin yigilmasi
Bir maraqlı məqama da diqqət edək ki, özünü oliqarxlara bənzədən Eldəniz Əkbərovun 3 katibəsi var. Direktorun Səbinə Yusifova adlı katibəsinin adı işdə xadimə getsə də onun əlinə süpürgə aldığını görən olmayıb. E.Əkbərovun 136 saylı orta məktəbdən özü ilə gətirdiyi Bəhruz adlı gözətçini özünə “cangüdən” kimi işlədir. Kimsə narazılıq edəndə Bəhruz həmin adamı işdən çıxarmaqla hədələyir. Son zamanlar isə rüşvəti direktorun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) Hüseyn Həsənovun əliylə alır. Liseydəki rüşvətxorluğa görə digər məktəblərə yerdəyişmə edən şagirdlərə görə məktəbdə şagird sayı azalıbdı və 5 günlük dərs sisteminə keçilibdi. Ümidvarıq ki, tezliklə Elm və Təhsil Nazirliyi tərəfindən həmin məktəbdə ciddi yoxlamalar aparılacaq və qanunsuzluq edən günahkarlar da cəzalandırılacaqlar.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Mənbə:aktualxeber.az
 
Ardını oxu...
Üç il əvvəl, pandemiyanın tüğyan etdiyi dövrdə Sumqayıt şəhərinin 42-ci məhəlləsində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satışı yarmarkası 53-cü məhəllədə yeni inşa olunan kənd təsərrüfatı məhsullarının satışı mərkəzinə köçürüldü. Buna səbəb kimi yarmarkanın əvvəlki yerində satıcıların gigiyena qaydalarına əməl etməməsi və avtomobillərin süni tıxac yaratması göstərildi..

Bildirilirdi ki, iki hektar ərazidə yaradılan satış mərkəzində ətraf rayonlardan olan 700 sahibkar həftənin şənbə-bazar günləri öz kənd təsərrüfatı məhsullarını satışa çıxara biləcək.

Köçürülmənin ilk günlərindən başlayaraq şəhər sakinləri sosial şəbəkələrdə məsələyə öz münasibətlərini bildirməyə başlamışdılar.

Huseyn Narimanov: “Orda yarmarka olmaz”; Yusuf Abidli: “Yarmarkanın da şələsi belində gəzir də”; Elshen Quliyev: “Siz bura yarmarka deyirsiz. Heç də qiymətləri bazar qiymətlərindən aşağı deyil”; Gülara Fazılova: “Bunlar da bu yarmarkanı təzə gəlin kimi gəzdirirlər. Daha haralara köcməyib”; Etibar Rzayev: “Heç bilmirlər nə edirlər. Pul dəli edib məmurları. 50 yer dəyişib. Adı yarmarka, əslində bazar”; Aliye Aliyeva: “Yarmarkada kəndlini görmürük, hamısı alverçidi, çəkidə də aldadırlar, keyfiyyətdə də”: Etibar Rzayev: “Sumqayıtda yarmarka yoxdu. Bunlar hamısı bazardı. Pulunu ver, yer al. Hamısı alverçidi”: Azad Qahramanov: «bəli, eyni adamlardı, sezondan asılı olaraq bu gün balıq satır, sabah göbələk, o biri gün mandarin”; Prosta Rafıq: “Yazıq kəndin adı var. Kəndli yer tapır kı, orada?”

Bəzi müştərilər isə yaxşı olacağına ümid edərək yarmarkanın yeni ünvanını bir-birlərinə başa salırdılar: Rauf Hilaloğlu: “Sumqayıt, Saray körpüsünün aşağısında, Qalib Denyarov: “Daş bazarı tərəf”.

İstehlakçılar necə təxmin etmişdilər, elə də oldu. Maşın sıxlığı əvvəlki kimi tıxac yaratmasa da, bazar ərazisinə daxil olan avtomobillərdən 1 manat pul yığmağa başladılar.

Əslində möhürü olmayan bu qəbzlərin heç bir hüquqi əsası yoxdur
Ardını oxu...
Antisanitariya, gigiyena qaydalarına əməl edilməsində də heç bir irəıliləyiş olmadı. Axı, deyildiyi kimi, satıcıların əksəriyyəti eyni adamlardı, alverçilərdi. Üstəgəl, yaxınlıqdakı daş bazarının, baş daşı sexlərinin, çınqılın tozu-dumanı da açıq şəraitdə satılan mal və qoyun əti, quş əti və balıq, süd məhsullarının (yağ, süd, qatıq, şor, pendir və s.) üstünə qonmağa başladı.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Dəryaz qəzetinin redaksiyamıza daxil olan məlumata görə, yarmarkada 1000-ə yaxın piştaxta var. Rəhbər şəxs əslən cəbrayıldan olan Yasin adlı universitet müəllimidir. İdarəetmə işləri ilə əsasən köməkçisi Əlisəfa adlı şəxs və Yasinin iki oğlu məşğul olur. Standarta görə masada 2 kvadrat/metr tutmalı olan piştaxta əslində 1,5 kvadrat/metrlik sektorlara bölünərək ticarətçilərə günü 16 manatdan icarəyə verilir. Yığılan pulların tam olaraq vergiyə cəlb olunmasında şəffaflıq yoxdur. Piştaxtaları həmişəki alverçilər bron eləyiblər, birində özləri işləyir, digərlərini isə məhsullarını satmaq üçün kənddən gələnlərə iki dəfə artıq qiymətə (32 manata) icarəyə verirlər ki, bu da qiymətin süni artımına səbəb olur.
Yasəf bəri başdan hər bir piştaxta üçün 500 manat pul alıb alverçilərə verir.
Bütün bu və digər məsələlərə münasibətini öyrənmək üçün oktyabrın 24-də Yasin müəllimə zəng vurduq. Yasin müəllim yarmarkada qeyd etdiyimiz neqativ halların olduğunu təkzib etdi. Bununla bərabər, qeyd etdi ki, yarmarkanın gəlirləri onun yerini təşkil edən Sumqayıt Şəhər İcra Hakimiyyətinə gedir, Sumqayıt Mənzil Kommunal Təsərrüfatı Birliyinin yarmarkada xidmət edən süpürgəçilərinə məvacib ödənilir və s. Həmçinin yarmarkadakı vəziyyəti birgə müşahidə etmək üçün bizi həftənin şənbə günü üçün (28 oktyabr) yarmarkaya dəvət etdi. Adını çəkdiyimiz kənd əsilli narazı ticarətçiləri də tanımadığını dedi.

Şənbə günü yarmarkaya getdik. Düzü, elə fikirləşirdik ki, rəhbərlik heç olmasa, monitorinq xatirinə bəzi nöqsanları aradan qaldırmaq üçün işçilərinə göstəriş verər. Amma yox, yenə həmin xoşagəlməz, hətta məlumatda təsvir olunandan da əcaib vəziyyətin şahidi olduq. Hərçənd, Yasin müəllimi yerində tapmadıq, xəstə olduğunu deyib görüşdən yayındı.

Satıcılarla söhbətimiz əsnasında onlar da, yazdıqlarınızı təsdiqlədilər. Onu da əlavə etdilər ki, hətda ötən həftələrdə radio ilə elan verməyə görə 5 manat əlavə pul aldılar.

Yasin müəllimin «yığılan pullar İcra Hakimiyyətinə çatır» fikrinə aydınlıq gətirmək üçün Sumyıt şəhər icra hakimiyyətinin mətbuat xidmətinin şöbə müdiri Eyvaz müəllimlə əlaqə saxladıq. O, bildirdi ki, «yarmarkadan yığılan pulların onlara heç bir aidiyyatı yoxdur». Biz də redaksiya olaraq, Qida Təhlükəsizliyi Agentinə, İqtisadiyyat Nazirliyi Yanında Vergilər Xidməti idarəsinə və digər qurumlara ünvanladığımız suallara cavab aldıqdan sonra mövzuya yenidən qayıdacağıq.

Belə çıxır ki, cavabdeh Sumqayıt şəhər rəhbərliyidir.

Deryaz.az
 
Ardını oxu...
Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Rayonu üzrə Təhsil Sektorunun tabeliyində olan şəhər məktəblərinin birində təhsil üçün utancverici hadisə baş verib...

Belə ki, Mediaxeberleri.Az-a daxil olan məlumata görə, məktəblərin birində (olayla bağlı rəsmi araşdırma aparıldığından ad çəkmirik-red.) ibtidai sinif müəlliməsi birinci sinif şagirdini döyür, sonra isə məktəbin dəhlizində sürüyür ki, direktorun kabinetinə gətirsin. Bu hadisəni isə təlim-tərbiyə işləri üzrə direktor müavini telefonu vasitəsi ilə lentə alır. Direktorun kabinetində özlərini mələk kimi, göstərib yenidən hadisəni lentə alırlar. Şagirdin müəllimi tərəfindən döyülməsini bilən valideyin, sektor müdirinə şikayət edir. Ağstafa rayonu üzrə təhsil sektorunun müdiri Mədət Zeynalov valideyini xoş qarşılayır və məktəb direktoru, bu əməli törədənlərlə bağlı ölçü götürüləcəyini bildirir. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq məsələ həllini tapmayıb. Valideyin çarəsiz durumda qalıb, nə edəcəyini bilmir. Valideyn Ağstafa Rayon Prokurorluğuna rəsmən müraciət edib.

Bundan sonra qanunlarımızın aliliyini məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktorun müavini və sinif rəhbəri başa düşərlər.

Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərlə bərabər təhsil işçilərinin də borcudur. Bu borcun yerinə yetirilməsinə isə dövlət nəzarət edir.
Hələ ki, istintaqın gedişinə mane olmamaq üçün susqunluğumu qoruyuram. Vaxtı gələndə hadisə ilə bağlı ətraflı məlumat yayımlanacaq…

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Mövzunu diqqətdə saxlayacağıq.
 

Ardını oxu...
Paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində yerləşən 201 saylı orta məktəbin tarix müəllimi Əsgərova Cəmalə Mehman qızı çalışdığı təhsil müəssisəsində təzyiq və təqibə məruz qaldığını iddia edir.
DİA.AZ-ın xəbərinə görə, hadisə ilə bağlı Bizimyol.info xəbər portalına müraciət ünvanlayan müəllim deyir ki, məktəbin yeni direktoru ona əssasız yerə töhmət verib:

"2005-ci ildən sözügedən məktəbdə çalışıram. 2022-ci ilin yanvarından Afaq Əliyeva məktəbə yeni direktor təyin edilib. Direktor 14 sentyabr 2023-cü ildə əssasız olaraq mənə töhmət verib. Nəzərinizə çatdırım ki, işlədiyim illər ərzində nə xəbərdarlıq, nə də töhmət verilib. Həmçinin müəllim kollektivi və valideynlərlə də heç bir konfliktim olmayıb. Sadəcə, direktorun verdiyi göstərişləri (mənə aidiyyəti olmayan - yalandan izahat vermə və kiminsə üzünə durma) yerinə yetirmədiyim üçün şəxsim üçün qaralama kampaniyasına başlayıb.

Nizami Rayon Baş Prokurorluğunda 201 nömrəli məktəbdə gedən maliyyə pozuntuları ilə əlaqədar izahat verdiyim üçün məktəbin direktoru Afaq Əliyeva mənə təzyiqlər göstərir.

14.09.2023-cü il tarixində Pedaqoji Şuranın iclasında dərsə gəlməyən - Allahverdiyeva A. adlı şagirdi qiymətləndirməməkdə günahlandırılaraq sinif rəhbəri olaraq mənə intizam tənbehi (töhmət) verilib. Halbuki mən sinif rəhbəri kimi fənn müəllimlərinin yazdıqları qiyməti cədvələ köçürüb Nəriman Vəliyevə hesabat vermişəm. Şagirdin sinifdə qalma səbəbi dərsə gəlməməsi olub.

Mənə qərəzli yanaşaraq varislik hüququmu pozaraq 7-ç sinfini (2saat) məndən götürüb rus bölməsinin müəllimi Məmməd-Zadə Tairəyə verilib. Təhsil haqqında qanuna əsasən, rus bölməsinin müəllimi Azərbaycan bölməsinə dərs keçə bilməz (Diaqnostik qiymətləndirmədə rus dilində imtahan verib). Mən 16 saat dərs yükü ilə təmin olunmuşam. Mənim 2 saat dərs yükümü götürərək müəllimə verməklərində məqsədlərinin müəllimi dərs yükü ilə təmin etmək olduğunu bildirdilər. Dərs saatları 18 saatdan artıq olan müəllimlərin dərslərini götürüb müəllimi dərslə təmin etməkdənsə, mənə qərəzli yanaşaraq 2 saat dərs yükümü məndən alıblar. Qanuna əsasən, əgər məktəbdə eyni ixtisaslı müəllimlərə orta hesabla minimum 18 dərs saatı çatmırsa, o zaman dərs saatları onlar arasında bərabər bölünməlidir".

Cəmalə Əsgərova həmçinin 16 saat olan dərs saatımı beş iş gününə pərakəndə şəkildə paylaşdırılmasından da narazılığını ifadə edib: "Dərs cədvəlim qurularkən ailə vəziyyətim nəzərə alınmalıdır. Afaq Əliyeva isə iki azyaşlı uşağımın (2 və 5 yaşlı) olmağını nəzərə almayıb. Bir müəllim kimi normal və təhlükəsiz iş şəraiti ilə təmin olunmaq mənim hüququmdur. Afaq Əliyeva direktor təyin olunduqdan sonra qeyri-sağlam bir mühitdə çalışıram. Məktəbin direktoru Afaq Əliyevanın əsassız olaraq mənim barəmdə intizam tənbehi haqqında əmr verməsi məni cəzalandırmaq istəyindən irəli gəlir. Bu qərəzdən başqa bir şey deyil. Afaq Əliyeva tərəfindən mənim əmək hüququm kobudcasına pozulub".

Şikayətçi müəllim həmçinin xatırladıb ki, o, fəaliyyəti boyu nümunəvi təhsil işçisi olub: "Məktəbin adını daima uca tutmuşam. 2014-cü ildə BDU-da müdafiə tarix elmi üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışam. 2015-ci ildə “ilin müəllimi” adını almışam və Prezidentimiz tərəfindən birdəfəlik pul mükafatına layiq görülmüşəm. Respublikamızda və xaricdə konfranslarda iştirak edib məqalələr dərc etdirmişəm".

Sözügedən şikayətlə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanladığımız müraciətlə bağlı araşdırma aparıldığı bildirilib. Qeyd edilib ki, araşdırma zamanı məktəbin direktoru tərəfindən müəllimə qarşı qeyri-pedaqoji rəftara yol verilməsinə dair hallar müəyyən edilməyib: "Bildiririk ki, ötən tədris ilində təkrar sinifdə saxlanılmış şagirdin valideyni avqust ayında məktəb rəhbərliyinə müraciət edərək övladının qərəzli şəkildə təkrar sinifdə saxlanıldığını bildirib və həmin məsələyə baxılmasını xahiş edib. Qeyd olunan məsələ ilə bağlı digər ümumi təhsil müəssisələrinin müəllimlərindən ibarət müvafiq komissiya yaradılıb və şagird yenidən imtahana cəlb olunub. İmtahanın nəticələrinə əsasən, komissiya şagirdin növbəti sinfə keçirilməsi barədə rəy verib. Cəmalə Əsgərova həmin sinifdə tədris aparmaqdan, habelə müvafiq sinfə rəhbərlik etməkdən özü imtina edib".
Ardını oxu...
Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyində çalışmış alim–aqronom Xanəhməd Əsgərov zaman-zaman mətbuatda çıxış edərək, Abşeron yarımadasında, əsasən də Bakı şəhərində quruyan ağacların əsas səbəbinin normal suvarmanın tətbiq edilməməsi, budama işlərinin aqrotexniki qaydalar gözlənilmədən aparılması, ağacların təmizlənməməsi və bu zaman gövdənin qəsdən, ya həddən ziyadə budanması ilə əlaqələndirib.
Bu günlərdə “HürriyyətTV”-yə müsahibə verən mütəxəssis Yaşıllaşdırma Təsərrüfatı Birliyinə son üç-dörd il ərzində üç dəfə direktor dəyişdirildiyini xatırladıb: “Əvvəlki direktor mərhum Vaqif Novruzov həmin vəzifədə 27 il işləmişdi. Ondan sonra təyin olunan SOCAR-ın işçisi olmuş Elşən elə ilk vaxtdan mənim yanıma gəldi. Təsərrüfatın nəzdində ağac bəzək bitkiləri sovxozunun rəisi idim. Dedi ki, “nə edirsən elə, pul çıxsın”. Sərgi Mərkəzinin arxasında 2013-cü ildən bu yana ildə 3 milyon ədəd hərəsi 50 qəpikdən gül yetişdirmişəm. Mənimki kimi daha 4 sex vardı. Ancaq bizim sexdə yetişdirilən gülləri götürsələr də, onları Arzu İsmayılova adlı qadının adına olan firmadan alıbmışlar kimi sənədləşdirir, pulu onun “Aksessbank”dakı hesabımna köçürür, sonra da nağdlaşdıraraq mənimsəyirlər. Az işləməyinə baxmayaraq Elşən şəkili qohumlarını, sonra onu əvəz eləyən Həsrət Əmrahov da Oğuz rayonundan olan həmyerlilərini başına yığmışdı. Hazırki direktor, əvvəllər hərbi komissar işləmiş Mirdamət Seyidov da öz Ordubadlı qohumlarını vəzifələrə yerləşdirir. Hamısı da işə gələn gündən zəhmət çəkməklə deyil, pul yığmaqla məşğuldurlar. Təcrübəli aqronomları işdən kənarlaşdıraraq, sürücüsü Razini özünə müşavir, qardaşı nəvəsini isə Hövsan sahəsinə texnik təyin edib. Mirdamət Seyidov bayramlarda ayrılan mükafatları sahə rəislərinə və qohumlarına pay-püşk edir, digər zəhmətkeşlərə vermir. Sahə rəislərinə də ona görə “qayğı” göstərir ki, onlar pul siulinən saxta sənədlərə qol çəksinlər”.

Xanəhməd Əsgərov: “40 quyunun qazılmasına yetəcək qədər pulu 8 quyunun təmirinə siliblər”

Mediatv.az bildirir ki, alim-aqronom Birliyin fəaliyyətində maxinasiya və korrupsiyaya misal çəkdiyi bir sıra rəqəmləri də açıqlayıb: “2019-cu ildə 8 su quyusunun təmiri üçün “Meliorasiya və Su Təsərrüfatı” Agentliyinə 55 min manat pul köçürülüb. Halbuki, təmir deyiləndə quyunun yalnız 200 manatlıq motorunu dəyişdirirlər. O qədər pula 40 yeni quyu inşa etmək olar. Elə həmin il texnika almaq adı ilə 750 min manat “Ximekspert-2000” şirkətinə pul köçürülüb. Ağac-bəzək toxumlarını almaq üçün Arzu İsmayılovanın firmasına 950 min manat ötürülüb. Son dörd ilin hər birində eyni təyinatla 950 mindən az olmayan məbləğdə köçürüb, götürüb mənimsəyiblər. “Ximekspert-2000” şirkətinı 2019-cu ildə daha 3 milyon 97 min manat guya gübrə üçün ödənilib. Halbuki, mən işlədiyim 20 il ərzində cəmi iki dəfə xaricdən toxum gətirtmişdim, qalan illərdə özüm toxum istehsal etmişdim. Gübrə kimi də yalnız üzvi gübrələrdən istifadə etməklə kifayətlənirdim. Sual olunur: Görəsən o qədər gübrə hansı nəqliyyatla daşınıb, o nəqliyyata yol vərəqələri, yanacaq sərfi yazılıbmı? Gübrə saxlanılması üçün hansı anbara yerləşdirilibmiş? Elə bir anbar varmı? Toxuma olduğu kimi gübrəyə də tələbnamə yazılmalı, sahə rəisləri təhvil almalıydılar. Bütün bu proseslər sənədlərdə əksini tapıbmı? – Yox! Bundan başqa, ağaclar sulanmır. Sulanmadığı halda ağaclara gübrə vermək qurumanı daha da tezləşdirərdi. Sovxoz guya səmərəli işləmədiyinə görə 2019-cu ildə Arzu İsmayılovaya məxsus “İmpexs” MMC firmasının hesabına 730 min manat köçürüblər. 18 oktyabr 2019-cu ildə əkin materialı almaq adı ilə 2 milyon 800 min manat “Ximekspert-2000” şirkətinə köçürüblər. Halbuki, sovxozun əkdiyin aparıb basdırırlar. Sovxoz baş idarənin dotasiyasında otura-otura “Ximekspert”-2000” firmasına 470 min köçürtdürüblər. Bu onun üçün edilib ki, baş idarənin özünün həmin şirkətə köçürdüyü pulun məbləği böyük görünməsin. 2019-cu ilin noyabr ayında əkin materialı üçün adı çəkilən şirkətə 2 milyon 870 min köçürüblər. Həmin ilin dekabrında “İmpeks” MMC-yə əkin materialı üçün 1 milyon 626 min köçürüblər. Sual olunr: Bəs sovxoz nəyə lazımdır? Quyuların İstismarı İdarəsinə 2019-2020-ci illərdə 660 min manat bir, 458 min manat bir, 141 min manat bir, 133 min manat bir köçürüblər. 29.dekabr 2020-ci il tarixdə quyuların təmiri üçün 700 min, yenilərinin qazılması üçün 1 milyon manat köçürüblər. Gəlin yoxlayaq görək, həmin quyulıar harda qazılıb? 2020-ci ildə 717 min manat avtonəqliyyat idarəsinə köçürüblər, minlərlə maşına saxta “putyovka” yazılıb. İkinci növbə işləyənlər üçün yalandan pullar yazılır. “Qrup” MMC – yə 2020-ci ildə 254 min manat texnika - mexanizm alınması üçün köçürüblər, heç nə alınbmayıb. 2020-ci ildə Arzunun firmasına əkin materialı almaq adı ilə 929 min manat köçürülüb. Axırıncı dəfə Binədəki 4 nömrəli sexdən 3000 şam ağacı aparılıb, guya Arzu verib. Sexin rəisi, əvvəllər 27 il “JEK” rəisi işləmiş Əmiraslan isə səsini belə çıxarmayıb. Cari 2023-cü ildə isə qeyd etdiyim təyinatlar üzrə silinən məbləğlər əvvəlki illərdə olduğundan daha artıqdır”.

Paytaxtın yaşıllaşdırma təsərrüfatı əkin sahəsinin həcmini üç dəfə artıq göstərib

Mütəxəssis bir vacib məsələni də vurğulayıb ki, Birliyin balansında 4,5 min hektar sahə olsa da, 13,5 min hektar sahəyə “forma-2” sənədi bağlayır, yerinə yetirilən işlərin həcmini bilərəkdən “şişirdirlər”. Hər hektara 4 nəfər işçi qulluq etməli olduğu halda 1 nəfərin əməyini istismar edirlər. Şikayətçi həmçinin bildirib ki, baş prokurorluq onun uzun müddətdir yazdığı məktublarda göstərdiyi faktları araşdırıb hüquqi ölçü götürmək əvəzinə gah Bakı Şəhər İcra Hakimiyyətinə, gah da Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərib. Heç bir qurum faktlara hüquqi qiymət verilməsində həvəsli görünmür. Prezidentə yazdıqları isə Administrasiyanın məktublar şöbəsində “it-bata” salınır.
 
Ardını oxu...
DİA.AZ xəbər verir ki, Qəbələ rayonu, Kürd kənd sakini Alıyarov Təbriz Baxış oğlu tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, rayon İcra Hakimiyyəti və Bələdiyyə əlbir olub, sakinlərin torpaq sahələrini mənimsəyiblər:

"Mən, Alıyarov Təbriz Baxış oğlu, yazaraq sizdən xahiş edirəm ki, bizim problemimizi işıqlandırasınız.

Şikayətim kəndimizin keçmiş icra nümayəndəsi Alıyev Eyyub Hüseyn oğlu və onun qardaşı oğlu, Bələdiyyənin hazırkı sədri Hüseynli Əlitoğrul (Ərtoğrul) Namiq oğlundandır.

Onu da qeyd edim ki, Bələdiyyə sədri hərbi xidmətdə belə olmayıb, diplomu isə saxtadır. Rusiyadan gələn kimi qohumu onu vəzifəyə qoyub.

Mənim şikayətimin əsas mövzusu bundan ibarətdir ki, Alıyev torpaq islahatı gedən vaxtlar komissiyanın sədri olub.

700 hektardan artıq torpağımızı saxta sənədlərlə başqalarına satıb. İndi də həmin qanunsuzluğu qardaşı oğlu edir. Şəxsən mənim payımı da mənimsəyiblər. Kəndimizin əlverişli şəraiti üçün ayrılan 11 hektar torpağın 8 hektarını özü və qardaşı oğlu mənimsəyib.

Biz sakinlər torpaqsız qalmışıq, amma bunlar vəzifələrindən sui-istifadə edərək, xeyli sahəni mənimsəyiblər. Hətta dəmiryolu çəkilən vaxt hiylə işlədərək, guya həmin ərazidə bunların əkin sahəsi yox, fındıq bağları olduğunu bildirdilər. Məsələn, böyük qardaşı Alıyev Nemət Hüseyn oğlunun 69 sot torpaq sahəsi var idisə, dövlət tərəfindən ona ayrılan pul 2098 manat olmalı idi, amma bunlar saxta sənədlərlə ərazinin pulunu 17403 manat təyin etdilər. Bütün qohum-əqrəbasına saxta sənədlər düzəldərək, dövlətdən artıq pullar alıblar. Ümumilikdə, dövlət büdcəsinə 42 min 315 manat ziyan vurublar.

Bundan əlavə, kəndimizin fermasında olan 1000 başdan artıq iribuynuzlu heyvanların hamısını satıb, pullarını mənimsəyiblər. Bunun kimi bir çox yeyintilər olub. Əlim çatan hər yerə şikayət etsəm də, sanki rəsmi şəxslərin gözlərində problem varmış kimi, həqiqəti görmək istəmirlər.

Qəbələ rayonunun icra başçısı Səbuhi Abdullayev də bunlara dəstək olaraq, cinayətlərinin açılmasına imkan vermir.

102 hektar torpaq sahəsini başqa şəxslərə icarəyə veriblər. Qanunla qeyri-qanunidir, amma bunlara qanun təsir etmir.

Məhkəmələr mənsiz keçirilir, onların xeyrinə qərar qəbul edilir. Bu haqsızlıq deyil, bəs nədir?!

Qəbələ Rayon Məhkəməsinin hakimi Əliyev Abbas Baba oğlu hələ bir dəfə də olsun məni məhkəməyə çağırtdırmayıb. Əlimdə başqa sübütlarım da var.

Hörmətli redaksiya! Xahiş edirəm, səlahiyyətli şəxslərin mənim işimin araşdırmasına mənə kömək edin”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Dünyapress TV

Xəbər lenti