Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovdan narazılıq edən vətəndaşı qəbul edib. TEREF Qaynarinfo-ya istinadən xəbər verir ki, Sabirabad rayon sakini Ramazan Rzayev plakata bənzər məktubu ilə deputatın qəbuluna girib. O, icra başçısı və rayon bələdiyyə sədrinə olan etiraz məktubunu deputata oxutdurub . Sözügedən görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. Qeyd edək ki, Ramazan Rzayev Sabirabad rayonunda ağsaqqal bloger kimi tanınır. O, daimi rayonun sosial vəziyyəti ilə bağlı videolar paylaşır.