“Putinə hər şey, Kiyevə heç nə” –
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ABŞ Prezidenti Donald Trampın Ukraynaya dair “sülh planı”nı tənqid edib.

Tribunainfo.az xəbər verir ki, Conson bu barədə sosial şəbəkə səhifəsində paylaşım edib. Onun sözlərinə görə, Putin ukraynalı mülki şəxsləri, o cümlədən uşaqları amansızlıqla qətlə yetirir və bunun müqabilində ona güc yolu ilə və beynəlxalq hüquqa zidd olaraq zəbt etdiyi Ukraynanın suveren ərazisinə sahiblik etmək, Ukraynanın NATO-ya üzvlüyünü əngəlləməklə onun gələcəyinə nəzarət etmək, sanksiyalardan qurtulmaq, ABŞ ilə iqtisadi əməkdaşlıq etmək və silahlı qüvvələrini yenidən qura bilmək hüququ təklif olunur. Ukraynaya isə heç nə təklif olunmur.

“Ukraynaya gəlincə, amansız və əsassız işğala qarşı üç illik qəhrəmancasına müqavimətdən sonra o, nə qazanacaq? Onlar daim deyildiyi kimi, dünyada azadlıq və demokratiya uğrunda dəhşətli fədakarlıqlarına görə hansı kompensasiya alırlar? Təbii sərvətlərini ABŞ ilə bölüşmək imkanından başqa, onlar heç nə əldə edə bilmirlər. Bu razılaşmada Rusiyanı üçüncü təcavüzdən dayandıra biləcək nə var?” – deyə, o, bildirib.

O, Ukraynanın müttəfiqlərindən uzunmüddətli və davamlı təhlükəsizlik zəmanətinin alınmasının vacibliyini vurğulayıb: “Əgər biz Putinin növbəti vəhşiliklərinin qarşısını almaq istəyiriksə, Ukraynaya uzunmüddətli, etibarlı və hər şeydən əvvəl lazımi şəkildə maliyyələşdirilən təhlükəsizlik zəmanəti verməliyik. Bu zəmanət Böyük Britaniya, ABŞ və bütün Qərb müttəfiqləri tərəfindən verilməlidir”

“AzPolitika”
 
 
 

Bölmənin digər xəbərləri

26 Aprel 2025 “Hizbullah” kabusu: reallıq və uydurmalar - “Nezavisimaya qazeta”
26 Aprel 2025 Çin ilə 'Hayalet Anlaşma' Birjanım Qarışmasına Səbəb Oldu - Tramp yenə yalan söylədi
26 Aprel 2025 Hindistanlı nazir Pakistan vətəndaşlarının deportasiyasını əmr edib
26 Aprel 2025 Narışkin Bakıda Suriya kəşfiyyatının nümayəndələri ilə görüşüb - KİV
26 Aprel 2025 Rus generalı bu gənc öldürüb: onunla eyni binada yaşayıb – bütün təfsilat BU YAZIDA -VİDEO
25 Aprel 2025 “Qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır” - Ayxan Hacızadədən Kanadanın XİN başçısına
25 Aprel 2025  ABŞ-ın Ermənistandakı səfiri də “soyqırım”dan imtina etdi
25 Aprel 2025 Aİ-nin Ermənistandakı missiyası paylaşımında “soyqırımı” sözünü çıxardı – FOTO
24 Aprel 2025 İlham Əliyevin qarşılanma mərasiminə belə hazırlaşdılar- VİDEO
24 Aprel 2025 Azərbaycan düşməninin arvadı da həbsə gedir - sıra kimdə?
24 Aprel 2025 Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasına – Paşinyanın reaksiyası
24 Aprel 2025 Tramp Moskvayla razılaşma barədə eyham vurdu və Kiyevi tənqid etdi – Zelenskiy ərazi güzəştlərini rədd edir
24 Aprel 2025 BMT-nin Baş katibinə ünvanlanan məktubda Ermənistanın qızışdırıcı ritorikasına diqqət çəkilib
24 Aprel 2025 AFAD-dan yeni açıqlama: Afterşoklar davam edir
23 Aprel 2025 Çinlə dərinləşən münasibətlər Zəngəzur dəhlizinin açılmasını sürətləndirə bilər...
23 Aprel 2025 Dünyanın ən bahalı villaları – TOP-5
23 Aprel 2025 Rusiyadan Avropaya təhlükə artmaqda davam edir - Hollandiya kəşfiyyatı təxribatların hədəflərini açıqladı
23 Aprel 2025 ABŞ İrana yeni sanksiyalar tətbiq edib
23 Aprel 2025 Deputat Xamenei üçün hazırlanan “Ağa can, 100 yaşa” videosundan danışdı: - “Güclü ideoloji iş apara bilməsək...”
23 Aprel 2025 Tərəflər yorulub, qarşıdurmanı dayandıracaq sülh formuluna ehtiyac var - ŞƏRH

Dünyapress TV

Xəbər lenti