Ardını oxu...
DogruXeber.az: - Bir neçə gündür ki, Abşeron-Xızı Regional təhsil İdarəsinə 2022-ci ildən rəhbər təyin olunmuş İlhamə Abdullayeva ilə bağlı bir neçə ittiham dolu iddiaları təqdim etməkdəyik.

Qeyd edək ki, ortadakı ittihamların ciddiliyi gərəkən qurumların dərhal hərəkətə keçməsini zəruri etsə də, hansısa formada cəza tədbiri hələlik müşahidə olunmur.

Biz isə Yenixeber.org-a istinadla növbəti iddiaları təqdim edirik.. Beləliklə...

***

Məktəbin futbol meydançası Orxan adlı şəxsə saat 9:00-dan axşam saat 18:00- a qədər hansı məqsədlə və hansı əsasla icarəyə verilib?

***

Müəlimlərin işə davamiyyəti məktəb rəhbərliyi tərəfindən yox, məhz Gülnaz Kərimovanın “kuryer” deyə saxladığı texniki işçilər tərəfindən həyata keçirilir? Hansı qanunla və hansı maraq əsasında?

***

Gülnaz Kərimova üçün heç bir imtahanda iştirak etməyən Şəhla Əliyeva kimdir? — direktor müavini, müllimə, yoxsa şəxsi üçün xörək bişirib qab- qaşığını yuyan xadiməçi?

***

Gülnaz Kərimovaya hansı nailiyyətlərinə görə, İlhamə Abdullayeva tərəfindən Xırdalanda yeni tikilmiş 11 nömrəli tam orta məktəb filal olaraq həvalə olunur?

***

Gülnaz Kərimova özünün istirahət üçün məktəbi qeyri-qanuni olaraq beş günlük iş rejiminə keçirib. Nəzərə alsaq ki, məktəbdə irili-xırdalı (sinif otaqlarının tutumu çox xırdadır) 89 sinif otağı olduğu halda, məktəbdə 204 sinif komplekti mövcuddur. Həmçinin, bu sinif komplektlərinin 27 sinfi, yəni ibtidai rus bölməsi Xırdalan şəhər 3 nömrəli məktəbdə təhsil alırlar. Belə məlum olur ki, Xırdalan 2 nömrəli məktəbdə 177 sinif komplektləşdirilib. Birinci növbədə 89 sinif otağına qarşılıq olaraq 89 sinif komplekti, ikinci növbədə isə 88 sinif komplekti daxil olur. Maraqlıdır, bölünən saatlar necə olur? Mövcud qaydalara uyğun olaraq 1- ci növbə dərslər saat 8:00-da başlayır və 13:50-də başa çatır. İkinci növbə dərs saatı 13:55-də başlayır və saat 19:40-da başa çatır. Məktəbin həyətində sahibsiz itlər insanlara hücum edir və bunun insan həyatı üçün nə qədər təhlükəli olması göz önünə gətirilməlidir. Əlavə edim ki, məktəbin beş günlük olması barədə pedaqoji şurada iştirak edən müəllimlərin və texniki işçilərin heç biri rəsmi dövlət sənədi ilə tanış olmurlar və onlar həmən sənədlərə imza da atılmayıblar.

***

Məktəbə gəlməyən şagirdlərin qiyməti — rus bölməsi üçün 1500- 2000 AZN, Azərbaycan bölməsi üçün 1000 -1500 arasında dəyişir. Əslində, belə bir halın varlığı biabırçılıqdır.

***

Davamı mütləq olacaq...
Ardını oxu...
Artıq paytaxt Bakının Yasamal rayonunda özbaşınalıq ənənə halını alıb. Hər halda görüləni budur. Və bəlli olanı odur ki, başında Elşad Həsənovun dayandıığı bu rayonda açıq-aşkar barbar qanunları qüvvədədir.

Əgər belə olmasaydı, bu gün sözügedən rayonun icra hakimiyyəti yerləşən binanın düz qarşısında çoxillik ağaclar ayrı-ayrı işbazlar tərəfindən məhv edilməzdi.
Vertikal.az olaraq təqdim etdiyimiz fotolardan da aydın olur ki, bu gün sözügedən RİH-də oturanlar üçün artıq dəyər qalmayıb...
Konkret olaraq, Yasamal RİH-lə üzbəüz ərazidə, yolun əks ərəfində yerləşən "Karo" restoranı bu gün məhz Elşad Həsənovdan aldığı qüdrətt hesabına çoxillik ağacları aşkar surətdə məhv edir.
Əgər bu işdə Elşad müəllim maraqlı deyilsə, əksini sübut eləsin... Lakin bu artıq imkansızdır... Çünki ağaclar artıq quruyub və bu proses neçə müddətdir davam edir. Əgər Yasamal RİH bu prosesdə iştirakçı olmasaydı, çoxdan müdaxilə edərdi...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Media üzərindən qısa araşdırma aparmaq kifayətdir ki, Azərbaycanı nura qərq edən qurumun, “Azərişıq” ASC-nin fəaliyyətində kifayət qədər qaranlıq məqamların olmasının şahidi olasan. İlk öncə “Azərişıq” sədrinin nəhəng biznes imperiyası barəsində çoxsaylı məlumatlara rast gəlmək mümkündür. Məmur maaşının yaratdığı imkanlarla tərs mütənasib olan bu nəhəng imperiyanın maliyyə qaynaqlarının haralara dayandığını biz də çox maraq edirik. Hər halda dünyanın əksər ölkələrində dövlət qulluqçularının maliyyə hesabatları təqdim etməsi ənənəsi mövcuddur. Yəqin ki, V.Əhmədovdan belə bir deklorasiya tələb olunarsa “Azərişıq” rəhbərinin də milyonlarına işıq düşər.

Diqqətimizi çəkən ən maraqlı məqam Prezidentin yüksək etimad göstərdiyi V. Əhmədovun kimlərə etimad göstərərək yüksək vəzifələrə gətirməsi oldu. Zamanında fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə təqsirləndirilən bir çox şəxslər nədənsə “Azərişıq” rəhbərinin diqqətini çəkib və onları bu strateji dövlət qurumunda mühüm vəzifələrə təyin edib.

Götürək elə Vüqar Əhmədovun Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin rəisi təyin etdiyi Elmar Mahmudovu. Qeyd edək ki, sözügedən şəxs daha əvvəllər Bakının Nərmanov rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsində işləyəndə də yaxşı qazanc əldə edib. Amma yol verdiyi nöqsanların üstü açıldıqdan sonra “Azərişıq” ASC-nin sədri onu tutduğu vəzifədən azad etmək əvəzinə Gəncəyə, 6 rayonu özündə birləşdirən Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin rəisi təyin edib.

2020-ci ildə Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin rəisi (RETSİ) təyin edilən Elmar Mahmudova da artıq “kiçik oliqarx” demək olar. Saytımıza verilən məlumatda bildirilir ki, Elmar Mahmudov əvvəllər işlədiyi Nərmanov Enerji Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsində işləyəndədə yaxşı qazanc əldə edib. Ancaq 2020-ci ildə Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin rəisi (RETSİ) təyin ediləndən sonra Elmar Mahmudov özünə Gəncə və Göygöldə villalar, obyektlər inşa etdirib. Məsələ ondadır ki, Eldar Mahmudovun rəhbərlik etdiyi Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin əhatə etdiyi rayonlarda elektrik təchizatının texniki vəziyyəti heç də normalara uyğun deyil. Əslində isə vəziyyət acınacaqlı səviyyədədir. Xüsusən dağ kəndlərinə gedən elektrik xəttləri görünməyən ölüm mənbəyi kimi görünür. Hər həftə nəzarətində olduğu rayonlarda yeyib-içən, kef çəkən Elmar Mahmudov nədənsə bunları görmür. Buna baxmayaraq Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin rəisinin Göygöldəki villasında hər şey yüksək səviyyədədir.

Elmar Mahmudovun “Azərişıq” ASC-də himayədarının isə sədr müavini Ramil Yusifov olduğu bildirilir. Məhz onun Nərmanov Enerji Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsindən Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinə “transfer”inin Ramil Yusifovun sayəsində baş tutduğu deyilir.

Qeyd edək ki, “Azərişıq”ASC -nin Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsininin nəzarət etdiyi ərazilər Gəncə şəhəri, Samux, Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Kəlbəcər rayonlarıdır.

Bildirək ki, Elmar Mahmudovun adı Nərmanov Enerji Təchizatı və Satışı İdarəsinin rəisi kimi 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən 129 minlik rüşvət ittihamı ilə keçirilən məhkəmə prosesində keçib.

Həmin məhkəmə prosesində Elmar Mahmudovun aparıcı mühəndisi və kəsim şöbəsi mühəndisi məşhur “İnfinti” kluba qanunsuz işıq xətti çəkilməsi üçün 29 min manat rüşvət almaları, həmçinin klubdan aylıq ödənişlər üçün ümumilikdə 100 min manat vəsaiti alaraq “Azərişıq” ASC-yə ödənilməməsi ilə bağlı cinayətdə ittiham olunurdular.

Məlum olduğu kimi 2024-cü ilin fevralında keçirilən prezident seçkilərindən sonra Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini açıqladı. Yeni vəzifəyə təyin olunanların arasında “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun olmaması xüsusilə diqqət çəkir.Çox günan ki,Vüqar Əhmədov Prezidentin ona göstərdiyi yüksək etimadı doğrulmayıb. Odur ki, yaxın günlərdə işdə yol verdiyi korrupsiya, mənimsəmə və qohumbazlıq əməllərinə görə Vüqar Əhmədov vəzifəsindən kənarlaşdırılacaq. Barəsində cinayət işinin açılması ehtimalı da böyükdür. Onda Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin rəisi Elmar Mahmudovun da bir çox korrupsiya əməlləri üzə çıxacaq. Gəncə. Göygöl və Daşkəsəndə inşa etdirdiyi villaların, obyektlərin hansı vəsaitlərlə əldə olunduğu da məlum olacaq.

Əyalətmedia.az
 
Ardını oxu...
Yasamal rayonu ərazisində səkilərin zəbt edilməsi davam edir. Rayonun Ələsgər Ələkbərov və Məmməd Rahim küçələrinin kəsişməsində piyada səkisini zəbt edib iaşə obyekti qururlar.

Tribunainfo.az xəbər verir ki, sakinlərin sözlərinə görə, zəbt edilən ərazi yaşıllıq, ağaclarla zəngin olan geniş piyada səkisidir. Ağaclıqların arasında piyada səkisinin zəbt edilməsi hesabına ərazidə iaşə obyekti qurulur.
Sakinlər bildirib ki, ötən il bu yerdə kənarda sadəcə çətir qoyulduğu halda, indi piyada yolunun da 80 faizi tutulub. Ərazidə yaşayanlar bildirir ki, bu, həm piyadaların hərəkətinə maneə yaradır, həm də obyektdəki səs-küy ətrafda yaşayan sakinləri narahat edir.
Obyekt sahibinə bununla bağlı sakinlər bir neçə dəfə narazılıqlarını bildiriblər. Lakin aidiyyəti qurumlar işə laqeyid yanaşdığı üçün, icazəni də məhz o qurumlar verdiyi üçün heç bir tədbir görülmür.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Goranboy rayonunun Qazanbulaq qəsəbəsinə yaxın ərazidə yerləşən, eyni zamanda rayonun Borsunlu kənd bələdiyyəsinin balansında olan örüş sahələri demək olar ki, qanunsuz əkin üçün istifadəyə verilib.

Yəni, “Aqro SAR” MMC qanun tanımadan örüş sahələrini öz mülkiyyət torpağı hesab edərək istədiyi formada istifadə edir. Bu işdə Azərbaycan Sahibkarlar Konfedarasiyasının Goranboy rayon üzrə nümayindəsi Rüstəm Nağıyev bir başa başçılıq edir. Çox hörmətli R. Nağıyevə təəssüf hissi ilə bildiririk ki, örüş sahələrindən əkin sahəsi kimi istifadə etmək qanunla qəti qadağandır. Onuda diqqətinizə çatdıraq ki, qanunları bilərəkdən saya almamaq isə dövlətimizə və rayon rəhbərliyinə qarşı təxribat hesab edilir.

Digər tərəfdən bir faktı qeyd etməliyik ki, adı hallanan şəxs ümumiyyətlə qanun tanımır və şəxsi vəsait hesabına istədiyi vəziyyəti reallaşdırır. Yaxşı, Əmlak Məsələləri Dövlət Xidmətinin işi və fəaliyyəti nədən ibarətdir? Nə işlə məşğuldurlar ki, böyük bir skandalın qarşısını almaqda acizdirlər? Deməli, hadisənin analizində iki versiya ortaya çıxır. Birinci versiya ondan ibarətdir ki, Əmlak Məsələləri Dövlət Xidməti bilərəkdən Azərbaycan Sahibkarlar Konfedarasiyasının Goranboy rayon üzrə nümayindəsi Rüstəm Nağıyevə şərait yaradır.

İkinci versiya ondan ibarətdir ki, dövlət qurumu öz işini icra edə bilmir. Belə olan halda əlbətdə ki, narazılıqlar durmadan artacaq və sadə rayon sakinləri günahı yuxarıda yəni, dövləti idarə edən şəxslərdə görəcək. Əslində elə deyil. Məsələni dərindən araşdırsaq görərik ki, yerli qurumlar Prezidentin təyin etdiyi səlahiyyərtli nümayindələri ya eşitmirlər, ya da məsüliyyəti nazirliyin üzərinə atırlar. Çox istərdik ki, nazirliyin yerli qurumları qanuna riayət etsinlər və sakinlərlə normal davransınlar. Məsələ nəzarətimizdədir, araşdırmalar davam edir.

gundemxeber.az
 
Ardını oxu...
Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən 14 martda yayılmış məlumatda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi Valeh Abdullayevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanıldığı göstərilirdi.

Məlumatda həmçinin qeyd edilir ki, əməliyyat-istintaq tədbirləri ilə Valeh Abdullayevin müxtəlif şəxslərin işlə təmin olunması, təqaüd yaşına çatanların işdən çıxarılmaması, faktiki olaraq işə gəlməyən şəxslərə əməkhaqqı verilməsinə şərait yaradılması, təmsil etdiyi qurumun balansında olan mənzillərin başqa şəxslərin istifadəsinə verilməsi və digər bu kimi qanunsuzluqlar müqabilində onlardan təkrarən rüşvət istəməsinə əsaslı şübhələr müəyyən edilib. Valeh Abdullayev tələb etdiyi pul vəsaitlərini vətəndaşlardan alarkən cinayət başında yaxalanıb.Sadalanan qanunsuz əməllər əməliyyat-axtarış tədbirləri zamanı qeydə alınan videogörüntülər, Valeh Abdullayevin xidməti otağına keçirilmiş baxış nəticəsində götürülmüş sənədlər və digər sübutlarla təsdiqini tapıb. Hazırda qeyd edilən qanunsuz əməllərin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və digər halların yoxlanılması istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Maraqlıdır görəsən bu cinayət işində Valeh Abdullayevin qanunsuz əməlləri törətməsinə hər hansı formada iştirak etmiş rəhbəri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin rəisi Səbuhi Əhmədovun da adı keçirmi? Təbii ki, rüşvət verməkdə yox, mənzillərin başqa şəxslərin istifadəsinə verilməsinə şərait yaratdığına görə, rüşvət almağa təhrik etməyə görə.

Qeyd edək ki, Valeh Abdullayevin məhkəmənin qərarı ilə vəzifəsindən azad edilərək ev dustaqlığına buraxılması xəbərindən sonra bu günlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədovun özü də gündəmə gəldi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Səbuhi Əhmədova İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazıb. Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır. Buna görə də vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

Göründüyü kimi təzad təşkil edir. Kim daha çox rüşvət ala bilər, bir İstismar Sahəsinin rəisi, yoxsa sərəncamında onlarla istismar sahəsi olan Departament direktoru?

Qeyd edək ki, Səbuhi Əhmədov 2003-2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru, daha sonra “Balaxanıneft” Neft Qaz Çıxarma İdarəsinin rəisi vəzifəsində çalışıb. Millət vəkili olmuş Rövşən Rzayevin 2018-ci ilin aprel ayında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilməsindən az sonra vəzifə başına gətirdiyi şəxslərdən biri də məhz Səbuhi Əhmədov olub.

Məlum olduğu kimi qaçqın və məcburi köçkün ailələrinin problemlərinin həlli daim dövlətimizin başçısı İlham Əliyev cənablarının diqqət mərkəzində olub. Ötən illər ərzində bu sahəyə ayrılan vəsaitləri və görülən işləri burada bir daha sadalamağa zənnimizcə ehtiyac yoxdur. Dövlətimiz artıq torpaqları geri alınmış məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə də kifayət qədər vəsait ayırır. Lakin bu işə birbaşa cavabdeh olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Səbuhi Əhmədovun rəhbərliyi ilə sözügedən işləri həyata keçirmək adı altında dövlətin və qaçqınların malını talan etməklə məşğuldurlar.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədov xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlayaraq vətəndaşların pulunu ələ keçirməklə məşğuldur. Bununla bağlı elektron mediada kifayət qədər geniş məlumatlar var. Şikayətçilərdən biri yazır: “Guya Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində 13 nömrəli evdə 51 saylı mənzil mənə ayrıldı. Müqavilə tam rəsmi qaydada, dövlətin rəsmi qurumunun möhürü ilə təsdiqləndiyi üçün heç bir şübhəmiz olmadı. Sonradan belə bir hiylə ilə insanları aldatdıqlarına dair söz-söhbət dolaşdığı üçün sənədlərin kötüyünü yoxlamaq qərarına gəldik. Məlum oldu ki, bu şəxslər əvvəllər də bir neçə belə əməl törədib və barələrində tədbir görülür”. Səbuhi Əhmədov məcburi köçkünlər üçün tikilən binalardakı JEK rəisləri ilə birgə mənzilləri satmaqla, pul alıb kiməsə bağışlamaqla məşğul olur. Mənzillərin bölgüsündə baş verən qanunsuzluqların memarı da Səbuhi müəllimdir.

Bütün bunlar azmış kimi, Səbuhi Əhmədov qaçqınların hesabına daha çox qazanmaq üçün yollar arayıb. Və tapıb.
Belə ki, məcburi köçkünlər üçün tikilən binaların, şəhərciklərin ətrafını kənardan gələn, məcburi köçkün olmayan şəxslərə satıb. Yəni ticarət obyekti kimi işlətmək üçün kənar şəxslərə verib. Və həmin şəhərciklərdə ayaq basmağa yer qoymayıb. Şuşa şəhərciyində vətəndaşdan 40 kv metr bir yerdə iaşə obyektinin tikintisinə rəsmi qurumun möhürü ilə təsdiqlənmiş, Səbuhi Əhmədovun imzası ilə saxta sənəd verən vətəndaş ödədiyi 13 min manatı hələ ala bilmir. Səbuhi Əhmədov qaçqınlara yaşadıqları mənzillərin guya mülkiyyət kağızını düzəltmək adı ilə dövlət rüsumu kimi 5-10 min manat pul alıb. Yəni qaçqınları aldadıblar ki, mənzillər sizə qalacaq. Ancaq indi məlum olur ki, həmin mənzillər dövlət fonduna aiddir.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinində büdcə pulları da direktor Səbuhi Əhmədovun ixtiyarındadır. Satınalmalar yolu ilə istədiyi istiqamə yönəldir, istədiyi şirkətlərə formal müqavilələr bağlayıb büdcə pullarını təyinatından kənarlaşdırır.

Dövlət Komitəsinin Mənzil İstismar Departamenti 2023-cü ildə 33 açıq tender daxil edib. Onlardan 31 açıq tenderin nəticələri barədə dövlət satınalmalarının vahid internet portalında məlumat yerləşdirilib. Bu tenderlərin böyük əksəriyyəti Sumqayıt şəhəri, Qaradağ, Abşeron, Ağdam, Füzuli, Bərdə, Goranboy, Şabran, Qaradağ, Qəbələ, Zaqatala, Balakən və Qazax rayonlarında salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və mənzillərinin təmiri, binaların fasad üzlük daşları və dam örtüklərinin təmiri, fərdi yaşayış evlərinin, mənzillərin, blokların və dam örtüklərinin təmiri işləri, qəsəbədaxili küçələrin,həyətyani sahələrin,park ərazisinin və ətraf yaşıllıq sahələrinin işıqlandırılmasının təmiri işlərini görmək üçün keçirilib.Nədənsə bu sifarişləri də bir neçə ildir eyni şirkətlər, “Qarabağ Təmir-Tikinti”, “Tunel-Metro İnşaat”, “Turan.İ.O”, “Simmetriya”, “Baku Building” kimi MMC -lər görür.

Keçirilmiş tenderlərdən də göründüyü kimi dövlətimiz artıq torpaqları geri alınmış məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə kifayət qədər vəsait ayırır. Lakin bu işə birbaşa cavabdeh olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti sözügedən işləri həyata keçirmək adı altında dövlətin və qaçqınların malını talan etməklə məşğuldurlar. Ötən yazılarımızın birində bu movzuya toxunmuşduq. Keçirilən tenderlərdə təmir olunacaq fərdi yaşayış evlərinin hansı qəsəbələrdə aparılması, evlərdə nə kimi təmir işlərinin görülməsi ictimaiyyətə nə üçün açıqlanmayıb,tenderlərin əsas şərtlər toplusunda qanunda göstərildiyi kimi niyə hər şey açıq göstərilməyib. Qanun isə görülən işlərin ünvanının və həcminin açıq şəkildə göstərilməsini tələb edir. Bunlardan əlavə, təmirin kimin evində aparıldığı, konkret ünvanı nə üçün ictimaiyyətə açıqlanmayıb? Kim zəmanət verə bilər ki, ayrılan bu vəsaitlər təmirli evlərin yenidən təmir olunmasına yönəldilərək silinməyib?

Göründüyü kimi Ağdamda kiçik bir İstismar Sahəsinin rəisi məbləği bəlli olmayan rüşvət üstündə həbs edilir, amma Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinində hər cür qanun pozuntularına yol verən Səbuhi Əhmədov isə cərimələnir. Nəyə görə? İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin hesablanmasında və ödənilməsində yol verdiyi qanun pozuntularına görə. Səbuhi Əhmədovdan bəs talanan milyonların hesabı nə vaxt sorulacaq?
Aktualinfo.org
https://mediatv.az/karusel/116626-qacqinkomdaki-sebuhi-ehmedovdan-kim-hesab-sorusacaq.html
 
Ardını oxu...
Bakı şəhəri, Binəqədi rayon Biləcəri qəsəbəsi Xudadat Məlikaslanov 22 ünvanında qanunsuz obyekt tikildiyi iddia edilir...

AzFakt.com-a verilən məlumatda bildirilir ki, ərazidə inşa edilən obyektin heç bir rəsmi sənədi yoxdu və obyekt gizli şəkildə inşa edilir. İddia edilir ki, obyektin tikinitisinə icazə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilib.

Məsələ ilə bağlı araşdırmalarımız davam edir.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Ardını oxu...
"AMEA akademik İsa Həbibbəylinin çıxışlarında sürətlə inkişaf edir: kitablar, monoqrafiyalar, elmi məcmuələr, lüğətlər, toplular, biblioqrafik ədəbiyyat, əyani doktorantın qiyabiyə, qiyabinin əyaniyə çevrilməsi... İnkişaf əndazədən çıxıb, ara qarışıb, məssəb itib, töhfələrin sayı - hesabı bilinmir". Dia-az.info bildirir ki, bunu öz açıqlamasında dilçi-alim İdris Abbasov qeeyd edib.
"Görkəmli və möhtərəm akademik çap məhsullarının elmi keyfiyyətsizliyi, saxtalığı, başdasovduluğu, bütün bunların gözə kül üfürmə məqsədilə edilməsi, alim-akademik məsuliyyətsizliyi, ortada yeyib qıraqda gəzmək, kitab nəşri adı altında dövlətə vurulan milyonlarla zərər haqqında, təssüf ki, bir kəlmə də demir" deyə itihamlarını inkişaf etdirən gənc alim daha sonra əlavə edib:
"Bir də ki, niyə desin ki?! Baş alıb gedən yolsuzluqları, elmi saxtakarlıqları, dövlətə vurulan ziyanları, elmi-mənəvi deqradasiyaya fəsadlarıni deyib niyə qanını qaraltsın ki?! Gül kimi istirahət edir də. Odur e, onun yaşıdları, hətta ondan yaşca kiçik alimlər küçələrdə qaliblar. İndi adam "min bir əziyyətlə" vəzifələrə gəlib ki, pensiya yaşında qanını qaraltsın?! Kef çəkmək lazımdır, kef!! Kefin çox sadə yolu var Azərbaycanda: yalan-yapalaq mədhiyyədən güpəyirsən, iş göruntusu yaradırsan, vəssalam, pulları cibinə doldurub kef çəkirsən, kef. Akademikanə kefin ləzzəti bambaşqadır.
Əlbəttə, adam vəzifələr tutub bütün nöqsanlara göz yumar, kef edər, kef! Ölkənin mövcudluğu harda dayanar, dayansın! Mənəvi tənəzzül bir millətin sonunun başlanğıcıdır, mənə nə, ee?!
Çəkilin yolumdan, yoxsa əyləncə qatarımın polad relsləri üzərində qalıb xıncım-xıncım olarsınız!
Dövlətin iliyini kəsən, daxili ədavəti tətikləyən qanunsuzluqlara, özbaşınalıqlara göz yum, təriflərlə, yalanlarla xəstəliyin ağrı simptomlarını keyləşdir, terapiyadan qaç, xəstəlikləri maksimum ört-basdır et ki, xəstə ölsün, yəni cəmiyyət bir orqanizm kimi məhv olsun...
Dəhşət və rəzaləti şərtləndirən təfəkkür tərzi, bədbəxtlikdən, gəlib ilişib bir xalq kimi bizim bogazımıza... Boğazımı arıtlamağa da ərinirik. Belə ərincək olduqca boğazımızin tıxanmaq təhlükəsi ilə üz-üzə qalacağıq. Əfsus!"
 
Ardını oxu...
Mütəxəssislər it dişləmələri zamanı vətəndaşların mütləq şəkildə ixtisaslaşmış tibb müəssisəsinə müraciət etməsini və quduzluq əleyhinə peyvəndlər vurdurmasını tövsiyə edirlər.

KONKRET.az-a şikayət məktubu göndərmiş vətəndaşın başına gələnlər isə bu sahədə kifayət qədər boşluqların olduğundan xəbər verir.

Hadisə 30 mart tarixində Ucar rayonunda baş verib. Küçə iti onu dişlədikdən sonra icbari tibbi sığortası olan vətəndaşımız Ucar rayonu TƏBİB-in təcili tibbi yardım stansiyasına müraciət edib.

"Məni qeydiyyata alıb, iynə vurdular. Növbəti profilaktik doza olan iki iynəni 3 gün sonra vurdurmalı olduğumu dedilər və mənə cədvəl verdilər”, – deyə şikayətçi vurğulayıb.

Bakıya qayıdacağını deyən pasiyent paytaxtdakı tibb işçilərinin növbəti iynə vurulan zaman istəyə biləcəyi arayışın yazılmasını xahiş edib. Ucardakı tibbi personal arayış zəmanəsinin geridə qaldığını söyləyərək, xəstənin adının məlumat bazasına düşdüyünü və TƏBİB-in istənilən müəssisəsində iynənin vurulacağına onu arxayın ediblər.

Mərəkə bundan sonra qopub. TƏBİB sisteminin "mükəmməlliyi”ndən vəcdə gələn və özünü az qala Avropadakı kimi hiss edən şikayətçi 3 aprel tarixində Bakının Xəzər rayonundakı 14 saylı birləşmiş şəhər xəstəxanasının poliklinikasına müraciət edib. Amma Ucardan fərqli olaraq paytaxt Bakıda ondan "kartoçka” və arayış tələb ediblər.

Pasiyent "hamısı bazada qeyd olunub” sözünə "nə baza? Biz bilməliyik sizi hansı it tutub, ağ-qara, quduz, quyruqlu, qulaqlı və sair” cavabını eşidib.

Müasir texnologiyalar dövründə Bakıda eşitdiyi cavabdan şoka düşən pasiyent bu gülünc durumla bağlı TƏBİB-in qaynar xəttinə 2 dəfə zəng vuraraq ətraflı məlumat verib. Amma bunun da köməyi olmayıb. Bir saat poliklinikada gözlədikdən sonra işə gecikdiyindən zəruri hesab edilən ikinci iynəni vurdurmadan çıxıb getməli olub.

"Bir vətəndaş kimi xəcalət çəkirəm ki, TƏBİB-ə müraciət edib, bu cür halla qarşılaşdım. Axı söhbət insan həyatından gedir. Məndən soruşulanların cavabları məlumat bazasında olmalı idi. Pasiyent hər iynə vurduranda eyni suallarla qarşılaşmalı deyil. Belə çıxır ki, adam özü ilə iti də poliklinikaya gətirib deməlidir ki, baiskar budur. Çox gülməli, ağlamalı və acınacaqlı vəziyyətdir”, – şikayətçi əlavə edib.

Şikayətçi bildirib ki, müvafiq orqanlar TƏBİB-in hansı mərkəzləşmiş bazadan istifadə etdiyini, vətəndaşlara bu istiqamətdə niyə narahatlıq yaradıldığını, müasir dövrün tələblərinə uyğun kompüter texnologiyalarından niyə istifadə etmədiyini araşdırmalıdır: "Kütləvi informasiya vasitələrinin əksəriyyəti TƏBİB-in yeni müasir texnologiyalara malik olduğundan, bu sahəyə investisiyalar qoyulduğundan yazır. Hanı o sistem? Çox təəssüf edirəm”.

Qeyd edək ki, mütəxəssislər it dişləməsi zamanı vətəndaşları son dərəcə diqqətli olmağa çağırırlar. Çünki cədvəl üzrə profilaktik iynələr vurulmasa, 40 gün sonra xəstəlik pik həddə çatır və bundan sonra xəstəni xilas etmək mümkün olmur.
 
 
 
Ardını oxu...
Elm və Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbdə yoxlamalara başlanıb.
Bakupost.az –ın məlumatına görə, Əsgərova Rübabə Sahib qızının direktoru olduğu 33 nömrəli məktəbdə yoxlamaların aparılmasına səbəb çoxsaylı şikayətlərin olduğu göstərilir.
2 gündür davam edən yoxlamalar zamanı çoxsaylı qanun pozuntuları, o cümlədən "ölü canlar", şagirdlərin aylığa buraxılmaları və müəllimlərin adına qanunsuz əlavə dərslərin və dərnəklərin yazılması ilə bağlı ciddi maliyyə pozuntusu faktları aşkar edilib.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı.
 

Dünyapress TV

Xəbər lenti