Gəncə Daşkəsən Regional Təhsil idarəsində baş verən hadisə son zamanlar cəmiyyət tərəfindən qınaq obyektinə çevrilmişdir. Müəllim adına yaraşmayan, müəllimləri nüfuzdan salan bu hala qarşı ciddi tədbir görülməlidir.
Belə ki, Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun tabeliyində olan Zeyvə kənd S. Məmmədov adına tam orta məktəbinin direktor müavini Reyhan İsmayılova müəllimləri hədələyir və direktora qarşı qarayaxma kompaniyası aparır.
Müəllimlərə hədə-qorxu gələn, onlara zorakılıq edən Reyhan xanım "Burda mənəm, Bağdadda kor Xəlifə" rejimi ilə müəllimləri hədələyir və "hara şikayət edirsiniz edin" mən nə deyirəm o olmalıdır deyə müəllimləri alçaldır.
Müəllim adını daşımağa layiq olmayan bu xanım müəllimlərə ağıza alınmayacaq şəkildə təhqiramiz ifadələr işlədir. Açıq-aşkar direktora qarşı bütün müəllimləri ayağa qaldırmağa və öz "Allahlığını" göstərməyə çalışır.
Bəs bütün bunlar baş verərkən Gəncə Daşkəsən Regional Təhsil idarəsi müdürü Anar Qədiməliyev və Təhsil sektorunun müdiri Xəyal Məmmədov hara baxır? Niyə bu qanunsuzluq edən, özbaşınalıq edən direktor müavini haqqında heç bir tədbir görmür?
Məgər təhsilimiz belə müəllimlərə əmanət edilməlidir? Əxlaqa zidd danışıqlar, şantajlar, təhqirlər ilə məktəbi idarə etmək, müəllimləri heçə saymaq, onlara qarşı zorakılıq etmək bağışlanılmaz bir hadisədir və mütləq qarşısı alınmalıdır.