Nərimanovda COP29 öncəsi ağaclar məhv edildi –
Bakının Nərimanov rayonunda ağacların kütləvi kəsilməsi barədə şikayət var.

Məlumatı “Tribunainfo.az” yayıb.

Bildirilir ki, rayonun Faiq Yusifov küçəsində yerləşən MTK-nın qaşısında iri gövdəli çoxillik 17 ədəd zeytun ağacı kəsilərək götürülüb.

Bu həmin ərəfədə baş verir ki, Prezident İlham Əliyev 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Həmçinin Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib.

Həmin sənədə görə, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Bundan başqa, BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29 2024-cü ilin noyabrında Bakıda keçiriləcək. Amma Bakı şəhərinin Nərimanov rayonunda fəaliyyət göstərən tikinti şirkətləri və müəyyən qurumlar ekoloji problemlər yaratmaqda davam edirlər.

Məlumatda bildirilir ki, artıq Nərimanov rayonunda qanunsuz ağac kəsilməsi adi hal alaraq “ekoloji genosid”ə çevrilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən həmin ərazidə 14 ağacın olması barədə akt tərtib olunduğu və 2 ağacın köçürülməsinə ekoloji rəy verildiyi açıqlanıb.

Tikinti şirkətindən bildirilib ki, 17 ədəd ağacın köçürülməsi ilə bağlı bələdiyyə sədri ilə sövdələşiblər, bələdiyyə sədrinin rəhbərliyi ilə ağaclar kəsilərək aparılıb.

Məlum olur ki, Təmraz Tağıyev maddi maraq müqabilində bələdiyyə sədri səlahiyyətlərindən kənara çıxaraq artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin vəzifə səlahiyyətlərini də icra edir.

Yaşıllaşdırma Təsərrüfatı Birliyindən isə sorğumuza cavab olaraq qeyd olunan ünvanda ağac kəsilməsi ilə bağlı məlumat daxil olan kimi əraziyə baxış keçirildiyi, 14 ədəd zeytun ağacının qanunsuz köçürüldüyü faktı təsdiqlənib. Həmçinin tikinti şirkəti tərəfindən yaşıllığın götürülməsi və ya köçürülməsinə dair hər hansı bir sənədin təqdim edilmədiyi və qeyd olunan qanunsuzluqla bağlı Baş Prokurorluğa müraciət olunduğu bildirilib.

“Ümid edirik ki, ağac kəsmə ilə məşğul olaraq yaşıllığa qənim kəsilən bələdiyyə sədrinin qanunsuz əməllərinə hüquqi qiymət veriləcək. Görünən isə mötəbər “COP 29” ilində rayon ərazisində yaşıllığın məhv edilməsinə aidiyyati qurumların biganə yanaşmasıdır”, – deyə məlumatda vurğulanır.

Nərimanovda COP29 öncəsi ağaclar məhv edildi –
Nərimanovda COP29 öncəsi ağaclar məhv edildi –
Nərimanovda COP29 öncəsi ağaclar məhv edildi –
Nərimanovda COP29 öncəsi ağaclar məhv edildi –
Nərimanovda COP29 öncəsi ağaclar məhv edildi –


Bölmənin digər xəbərləri

26 Aprel 2025 Oğuzda çayın yatağından kimlər qanunsuz daşınma edir?-Araşdırma
26 Aprel 2025 Masallıda yaşıllığa `GƏMİRİCİ`LƏR DARAŞIB... - BU DA FAKT!
26 Aprel 2025 Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma
26 Aprel 2025 Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
26 Aprel 2025 Heç bir tibbi təhsili olmayan Gülsüm Əliyevanın insanlara liposaksiya əməliyyatı etməsi nə qədər qanunidir? - VMR Estetik Klinikasıdır VİDEOLAR
25 Aprel 2025 “Yeni Səslərdən Türkanə Kərimli Musiqi Dünyasına Baxış”
25 Aprel 2025 Bələdiyyə sədrinin yalanı BELƏ İFŞA EDİLDİ - GÖRÜNTÜLƏR
25 Aprel 2025 Göyçayda zülmət qaranlıq şəhəri basan zibilliyi gizlətsədə şəhəri bürümüş kanalizasiya iyini gizlədə bilmir...- FOTO
25 Aprel 2025 Pulun varsa Nizami rayonunda nə istəsən edə bilərsənn - Tik ha tikdir VİDEO
25 Aprel 2025 Gülarə Verdiyevanın GİZLİ PLANI... - İLGİNC İDDİALAR
25 Aprel 2025  Respublika Perinatal Mərkəzinin açılması Dilarə Şirinovaya SƏRF ETMİR? – ŞİKAYƏT/İDDİA
25 Aprel 2025 Mətin Eynullayevin aktivində DAHA BİR NÜANS... - ÇAY YATAĞI SATIŞA ÇIXARILDI
25 Aprel 2025 Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsinin 8 saylı Ərazi İdarəsindən ŞİKAYƏT VAR
24 Aprel 2025 “Delta Qrup C.O” rəhbəri Məhəmməd Cahangirzadə ölkədən nə qədər valyuta çıxarıb?
24 Aprel 2025 Cəlilabad sakini “forma 88” üçün həkimin ondan 1500 manat rüşvət istədiyini iddia edir, QARŞI TƏRƏF İSƏ... - ŞİKAYƏT
24 Aprel 2025 Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru gülünc vəziyyətinə düşüb - Ödənilməyən 7 aylıq əmək haqqının "səbəbi"
24 Aprel 2025 Xırdalanda xaçmazlı Zaur “at oynadır”: “Pulumu verib işimi görürəm”
24 Aprel 2025 Gədəbəyin icra başçısı özünü “siyasi rəhbər” elan edib - FOTO
24 Aprel 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə... - RƏSMİ AÇIQLAMA
24 Aprel 2025 Daşkəsən İcra Hakimiyyəti 250 min manatı neyləyib?

Dünyapress TV

Xəbər lenti