Ardını oxu...
27 sentyabr – Anım Günündə "Nar”ın dəstəyi, "YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid ailələri üçün layihə həyata keçirilib. Layihə çərçivəsində şəhid ailələrinin üzvlərinin Xankəndi və Şuşa şəhərlərinə iki günlük səfəri baş tutub.

İştirakçılar Xankəndi və Şuşa şəhərləri, burada həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olmaq imkanı əldə ediblər. Səfər zamanı şəhid ailələrinin üzləri, həmçinin Cıdır düzünü, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Şuşa qalasını, İsa bulağını, Yuxarı Gövhər Ağa məscidini, ev-muzeyinə ziyarət ediblər.

Qeyd edək ki, "Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biri milli-mənəvi irs və vətənpərvərlikdir. Bununla əlaqədar "Nar” daim şəhid ailələri və qazilərə xüsusi diqqət yetirir, eyni zamanda işğaldan azad edilmiş ərazilərin bərpası üzrə layihələrə dəstək verir. Mobil operatorun dəstək olduğu sosial layihələr haqqında buradan ətraflı məlumat əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 


 
Ardını oxu...
Ölkə başçısı çıxışında bildirib ki, bizim gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir. Ölkəmizdə 2018-ci ildən bu yana dörd sosial islahatlar paketi həyata keçirilib. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və bu, 4 milyon insanı əhatə edib.

Bu sözləri müsahibəsində Milli Məclisin deputatı, iqtisadçı-alim Əli Məsimli deyib.

O bildirib ki, gələn ildən minimum əmək haqqı və minimum pensiya yenə də artırılacaq:

“Rəsmi məlumatlara görə, 2025-ci ildə Azərbaycanda əmək haqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək. Məlum olduğu kimi, 2023-cü il yanvarın 1-dən Azərbaycanda minimum aylıq əmək haqqı 300 manatdan 345 manata, minimum pensiya isə 240 manatdan 280 manata qaldırılıb. Təbii ki, hazırkı yüksək qiymətlər fonunda istər 345 manatlıq minimum aylıq əmək haqqı, istərsə də 280 manatlıq minimum pensiya həmin kateqoriyaya aid insanların minimum səviyyədə belə yaşaması üçün yetərli deyil”.

Deputat əlavə edib ki, hazırda hökumətdə 2025-ci ilin dövlət büdcəsinin müzakirələri gedir:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən rəsmi açıqlamaya görə, bu il noyabrın 1-dək nazirlik tərəfindən minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlanaraq təqdim olunacaq. Bu, 2025-ci ilin Büdcə Zərfi sənədlərində öz əksini tapacaq. Gələn il dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclərə 4 milyard 998 milyon manat ayrılması proqnozlaşdırılır. Bu, 2024-cü illə müqayisədə 607 milyon manat və ya 13,8 faiz çoxdur. Həmin rəqəmlərdən çıxış edərək demək olar ki, sosial müdafiə və sosial təminat üzrə xərclərin də sözügedən səviyyədə olması əmək haqqı, pensiya, müavinətlər sahəsində kəskin artım həyata keçirmək üçün yetərli deyil. Hələlik gələn ilin büdcə zərfi Milli Məclisə daxil olmadığından, minimum əmək haqqı və minimum pensiyanın hökumət tərəfindən nə qədər artırılacağı barədə konkret rəqəm demək mümkün deyil. Amma minimum əmək haqqı və minimum pensiyanın artım dinamikasından çıxış edərək təxmin etmək olar ki, büdcə zərfində öz əksini tapan rəqəmlər minimum əmək haqqı üzrə 400 manat ətrafında, minimum pensiya isə 320-330 manat civarında ola bilər”./teleqraf.com
Ardını oxu...
“Reklamında çox tərifləyirdilər, aldım. Ancaq keyfiyyəti reklamda deyildiyi kimi olmadı”. Gündəlik həyatımızda bu və ya bu kimi ifadələri çoxlarından eşidirik. Bəs, həqiqətəuyğun olmayan reklamla bağlı məsuliyyət kimin üzərinə düşür? Bununla bağlı qanuna əməl etməyənləri hansı cəza gözləyir?

"Azərbaycan Reallığı" xəbər verir ki, “Reklam haqqında” Qanuna əsasən, reklam istehlakçının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədilə yayımlanan məlumatdır.

Əvvəlcə ondan başlayaq ki, istehsalı lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda, reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Reklam qanunla qadağan edilməyən üsul və vasitələrlə reklam istehlakçılarının diqqətini əmtəəyə cəlb etməli, əmtəə barədə məlumat vermək və rəy formalaşdırmaqla ona tələbat yaratmalıdır. Reklam istehlakçıların seçimini stimullaşdırmalıdır.

Lakin reklam istehlakçını aldatmamalı, çaşqınlıq yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən məhsullarla eyni, yaxud onun əvəzedicisi olan başqa məhsulların bazar nüfuzuna xələl gətirməməlidir. Əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verilməsi haqsız reklamdır. Haqsız reklama isə yol verilmir.

Reklamla bağlı qanunvericiliyin pozulmasına görə cinayət və inzibati məsuliyyət də nəzərdə tutulub.

Belə ki, İnzibati Xətalar Məcəlləsinə görə, əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə fiziki şəxslər 200 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 800 manatdan 1200 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilir.

Reklam barədə qanunu pozan media qurumları da məsuliyyət daşıyırlar. Belə ki, audiovizual media, çap mediası və onlayn media subyektləri tərəfindən reklam və sponsorluqla bağlı “Media haqqında” və “Reklam haqqında” qanunların tələblərinə riayət edilməməsinə görə vəzifəli şəxslər 2500 manatdan 3500 manatadək məbləğdə, hüquqi şəxslər 8000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.

Qanunvericiliyin tələblərinin pozulması nəticəsində istehlakçılara xeyli miqdarda ziyan vurulması isə cinayət məsuliyyəti yaradır. Belə ki, Cinayət Məcəlləsinin 198-ci maddəsi bilə-bilə yalan reklam etməyə görə məsuliyyəti nəzərdə tutur. Bu maddəyə görə, əmtəələr və xidmətlər haqqında, habelə onların istehsalçıları haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etmə xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən üç mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər külli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın 3 misli miqdarında cərimə və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Burada xeyli miqdar dedikdə, 50 000 manatdan yuxarı, lakin 200 000 manatdan artıq olmayan məbləğ, külli miqdar dedikdə isə 200 000 manatdan artıq olan mәblәğ nəzərdə tutulur.

Qanunsuz reklam nəticəsində reklam istehlakçısına dəyən zərər məhkəmənin qərarı ilə təqsirkar bilinmiş reklam fəaliyyətinin subyekti tərəfindən ödənilir.
 
Ardını oxu...
Dövlət Sosial Müdafiə Fondu sentyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarını da bu gün tam ödəyib.

İndex.az xəbər verir ki, bu barədə fond məlumat yayıb.

Qeyd olunub ki, bundan əvvəl – sentyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, sentyabrın 20-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin sentyabr ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, sentyabr ayı üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.
 
 
 
Ardını oxu...
2025-ci ildə Azərbaycanda əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək.

"Cebheinfo.az" Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dövlət və icmal büdcələrinin layihələri ilə bağlı müzakirələrdə bildirib.

"Bütövlükdə bütün istiqamətlər üzrə sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 43 %-ni təşkil edir", - deyə o qeyd edib.

Xatırladaq ki, Azərbaycan Prezidentinin göstərişinə uyğun olaraq gələn ildən etibarən minimum əməkhaqqı və minimum pensiya yenidən artırılacaq.
 
Ardını oxu...
Uşaq tərbiyəsində cəza mövzusu haqlı olaraq ən çətin məsələ hesab olunur. Zamanla, valideynlər çubuq və kəmərdən küncdə dayanma və ya uzun söhbətlərdə daha humanist davranmağa keçiblər. Amma ekspertlər deyirlər ki, bir çox valideynlər hələ də övladlarını düzgün tərbiyə etmirlər.

TEREF Lent.az-a istinadla xəbər verir ki, gəlin valideynlərin övladını cəzalandırmadan əvvəl yadda saxlamalı olduğu 3 əsas məsələni yada salaq.

Ola bilməz.

Bu, məşhur bir personajın dediyi kimi elementardır. Nəticələrini hələ anlamadığı hərəkətlərə görə uşağı cəzalandırmaq sadəcə faydasızdır. Əvvəlcə bizə pis hərəkətlərin nə olduğunu və hansı nəticələrə səbəb olduğunu deyin və bundan sonra nəsihətlər işə yaramırsa, qadağalar tətbiq edə bilərsiniz.

İstənilən halda fiziki cəza qəbuledilməzdir.

Psixoloqlar sübut ediblər ki, valideynləri tərəfindən döyülən oğlan böyüyüb aqressiv olur və qızlar gələcəkdə aqressiv kişiləri sevgili seçirlər.

Uşağı nahardan məhrum etmək.

Təmiz havada gəzmək, ünsiyyət qurmaq və ya ev tapşırığını yerinə yetirənə qədər yatmağı qadağan etmək də valideynlərə qadağan edilən əməllərdir. Cəzanın cinayətə mütənasib olması vacibdir.

Təkcə kiçik uşaqların deyil, yeniyetmələrin də tərbiyəsində faydalı olan bütün dövrlər üçün son məsləhət - elan edilmiş cəza icra edilməli və hər iki valideyn bu qaydaya əməl etməlidir.

 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, paytaxtda fəaliyyət göstərən bağçalardan birində azyaşlıya qarşı zorakılıq edilib. Qeyd edilib ki, Bakı şəhəri Yasamal rayonundakı 290 saylı bağçasında müəllim azyaşlını saçını yolaraq onu döyüb. Həmin an yaşananlar bağçanın təhlükəsizlik kameraları tərəfindən anbaan görüntülənib. Uşağın valideyini Nərgiz İsmayılova övladının (N.İ. şərti ad) müəllim tərəfindən döyüldüyünü bildirib.

Bu kimi hadisələr ictimai xarakter daşıyır. Uşaqları cəmiyyətdə dəyər kimi qəbul ediriksə, bu dəyərin qorunması üçün kimliyindən asılı olmayaraq hər kəsdə məsuliyyət hissi olmalıdır. Bəs azyaşlıya qarşı zorakılığa görə kim məsuliyyət daşımalıdır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan psixoloq Gülnar orucova deyib ki, belə hallarda valideyn hüquq-mühafizə orqanlarına müraciət etməsin deyə onu razı salırlar. Valideyn hüquq-mühafizə orqanlarına müraciət etmirsə bu məsələyə baxılmır:

"Bəzən müəllimə işdən çıxarılır və proses bunula yekunlaşır. Müəllimi işdən çıxarmaqla bərabər onu məsuliyətə cəlb etmək lazımdır. Məsuliyyətə cəlb olunmalıdır ki, digərləri də bunlardan dərs çıxartsın. Bunu edən bir insan müəyyən müddət azadlıqdan məhrum edilməlidir. Bundan əvvəl hansısa psixoloji mərkəzdə mütəxəssis- yəni mərkəzin rəhbəri təpiklə uşağı vururdu. Məsələni barışığa bağladılar. Valideyn bildirdi ki, bu şəxs mənim qohumumdur. Amma belə bir şey olmamalıdır. Bağçada müəllim deyə bir anlayış yoxdur. Burada tərbiyəçi və dayə olur. Əgər kimsə əməkhaqqından narazıdırsa, o işdə işləməməlidir. Şəxs əməkhaqqından narazı olduğu halda işləyirsə, bu onun öz peşəsinə qarşı narahatlıqlar yaradır. Əsəbləri pozulduqdan uşaqlara zorakılıqlar etməyə başlayırlar".

Psixoloqun sözlərinə görə, bu cür hallarda biz də bağçanın müdiri işdən çıxarılır. Bu yetərli olsaydı hadisələr təkrar olunmazdı. İstər özəl, istərsə də dövlət bağçalarına nəzarət kameraları quraşdırılmalıdır:

" Bağçalarda deyirlər ki, kameranı özümüz baxmaq üçün qoymuşuq. Niyə valideyn baxmasın? Siz burada hansı qanun pozuntusuna yol verirsiniz ki, valideyn görüntüləri görmədin. Onlayn sistem dünyada izləmə zamanı müəyyən problemlər ortaya çıxara bilər. Çünki bəzən valideyn baxır ki, uşağı yerdə oturub ağlayır. Deyir ki, mənim uşağım niyə yerdə oturub ağlamalıdır. Bağçanın psixoloqu olmalıdır və bunu valideynə izah etməlidir. Bu cür hallar olmamalıdır. Hər kəs bilməlidir ki, başqasının uşağını döymək, vurmaq məharət deyil. Bunu etmək olmaz. Əsəblərin dözmürsə, işdən çıx. Tək qüsuru olan uşağı döymək olmaz. Valideynlər mütləq şəkildə şikayət etməlidir. Buna görə də məsuliyyəti bağçanın rəhbəri, tərbiyəçisi və valideyn daşıyır".
 
Ardını oxu...
Gələn il ölkəmizdə sosial müdafiə istiqamətində mühüm addımlar atılacaq. Hazırda ölkədə inflyasiya minimum həddədir. 2025-ci ildə də inflyasiyanın aşağı olacağı proqnozlaşdırılır. Eyni zamanda orta aylıq əməkhaqının artım tempi də imkan verir ki, gələn il pensiya və müavinətlər artırılsın.

Bunu Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

O qeyd edib ki, əməkhaqqlarında da artım olacaq:

“Gələn il ölkədə sosial müdafiə sistemi daha da güclənəcək. Pensiyanın minimum həddi qanunla tənzimlənsə, orta aylıq pensiyanın sığorta hissəsinin artması ölkə üzrə orta aylıq əməkhaqının artım tempinə bağlıdır. İlin sonuna qədər isə bu istiqamətdə artım müşahidə ediləcək”.


Millət vəkili hesab edir ki, müavinətlərin artımı ölkə başçısının sərəncamları ilə tənzimlənir:

“Vaxtaşırı artımlar edilir. Bu il istisna olmaqla, digər illərdə artımlar olub. Sosial siyasətdə prioritet istiqamətlər var. Bunlar maliyyələşmədə əsas götürülür. Prioritet istiqamət Qarabağ və Şərqi Zəngəzurun sürətlə bərpası, köçkünlərin yerlərinə qayıdışır”.

Musa Quliyev ölkədə sosial müdafiə tədbirlərinin azalmadığını söyləyib:

“Gələn ildə olan artımlar bunu təsdiq edəcək. Dövlət və yaxud Sosial Müdafiə Fondunun büdcəsində olan vəsaitlər həmişə ədalətli bölünüb. 2019-cu ildən başlayaraq 4 Sosial Müdafiə zərfi qəbul edilib. Sosial müdafiə ilə bağlı ölkə başçısının 50-dən çox sərəncamı var. Bütün bunlar dövlət başçısının və hökumətin əhalinin sosial qayğısının, rifahının qorunması istiqamətdə olan diqqətinin ifadəsidir”.
 
Ardını oxu...
Ölkə iqtisadiyyatı ilə bağlı əbəs yerə narahatlıq ifadə etmirik. Gələn ilin büdcə layihəsi göstərir ki, sabitlik pozulub və ümidlər böyük deyil. Sənəddə xam neftin bir barelinin qiyməti 70 dollardan əksini tapıb. Halbuki bu il göstərici 75 dollar idi. Görünür, hökumət böyük gözləntilər yaratmamaq qərarına gəlib. Çünki dünya bazarında neftin qiyməti çox aşağı düşüb.
Bizimyol.info xəbər verir ki, büdcə layihəsi maaşların və pensiyaların ciddi artımını gözləməməyi tövsiyə edir. Dövlət büdcəsinin xərcləri 75 milyon manata yaxın azaldılır. Düzdür, sosial müdafiə xərclərinin artırıldığı diqqət çəkir. Amma kəskin artım yoxdur, deməli, maaş və pensiyalar da çox böyüməyəcək.

Dövlət büdcəsi layihəsində 2025-ci ildə gəlirlərin 36,6 milyard manat olacağı proqnozlaşdırılır. Göstərici bu illə müqayisədə 228 milyon manat artır. Bilmək olmur ki, hökumət devalvasiya ehtimalını nəzərə alır, ya yox. Böyük ehtimalla nəzərə alınmır. Çünki dolların məzənnəsinin 1,7 manat qalacağı xüsusi qeyd olunub.

Müstəqil ekspertlər 36,6 milyard manatın dövlət büdcəsi üçün çox kiçik rəqəm olduğunu bildirir. Bu göstərici maaş və pensiyaların böyüməsinə də mane olur. Amma vəziyyətin yaxşılığa doğru dəyişmədiyini də bilirik. Nəinki neft, qaz gəlirləri də azalır. Bizim təbii qazdan gözləntilərimiz böyük idi. Amma ilin ilk 8 ayında azalma olub. Nə qədər bədbin düşünmək istəməsək də, sanki gözlədiyimizdən daha çətin mərhələyə qədəm qoyuruq. Neft qiymətlərinin qənaətbəxş olmaması, təbii qazın xeyli dəyər itirməsi ürəkaçan ola bilməz. İqtisadiyyatın enerji sektorundan çox asılı olması özünü göstərir.

Büdcə layihəsində müxtəlif təsnifatlarda yanlışlıq da diqqət çəkir. Məsələn, təqaüdlərin verilməsi sosial müdafiə xərcləri bölümünə aid edilir. Halbuki söhbət daha çox hökumətin vətəndaş qarşısında öhdəliyindən getməlidir. Bu halda təqaüdçüyə hər hansı lütf olunmur. İnsanlar bir ömür işləyirlər ki, qocalanda sakit yaşaya bilsinlər. Büdcə layihəsi isə buna zəmanət vermir. Belə görünür, gələn il də üzümüz çox gülməyəcək.
 
Ardını oxu...
Palliativ baxım tibb bacısı Bronni Veyr ölmək üzrə olan insanların ən çox rast gəlinən beş peşmanlığını yazıb və dolğun həyat yaşamaq haqqında düşünməyə kömək etmək üçün onlar haqqında kitab dərc edib.

TEREF xəbər verir ki, araşdırmalara görə, insanların ən böyük peşmançılığı təhsildə əldən verilmiş imkanlardır. Qeyd edilir ki, bBilik valideynlikdə də kömək edə bilər. Daha yaxşı valideyn olmaq istəyirsinizsə, bunlar hər gün nəzərə alınmalı olan dərslərdir.

Tibb bacısının fikrincə, insanların ölməzdən əvvəl ən çox peşman olduqları beş şey:

"Kaş ki, başqalarının gözlədiyi kimi deyil, istədiyim kimi yaşamağa cəsarətim olaydı"

Bu peşmançılıq ən çox həyat və ölümün astanasında dayananlarda olur. Valideynlər olaraq başa düşməliyik ki, övladlarımız özümüzün uzantıları deyil, ayrı fərdlərdir. Onların öz arzuları, istəkləri var və bizim vəzifəmiz bu işdə onlara dəstək olmaqdır, gözləntilərimizi üzə çıxarmaq deyil. Övladlarınızın kim olduqlarına və öz yolu ilə getməsinə icazə verin.

"Kaş ki, bu qədər işləməyəydim"

Ölüm yatağında olan heç kim daha çox pul qazanmadığı üçün peşman deyil. Övladlarınızın zənginliyə ehtiyacı yoxdur - onların sizə, vaxtınıza və diqqətinizə ehtiyacı var. Həyat çox qısadır və uşaqlar çox tez böyüyür. Buna görə də, sonsuz iş vəzifələrinin içində olmaqdansa, onlarla daha çox vaxt keçirməyə dəyər. Bu vaxt həm sizin, həm də onlar üçün əvəzolunmaz olacaq.

"Kaş ki, hisslərimi ifadə etməyə cəsarətim olsaydı"

Hisslər vacibdir və onları basdırmaq zərərlidir. Uşaqlarınıza müxtəlif emosiyalarla necə davrandığınızı görsünlər - həm müsbət, həm də mənfi. Bu, onlara öz hisslərindən qorxmamağı, özlərinə və başqalarına qarşı dürüst olmağı öyrədəcək. Uşaqlar nümunə götürərək öyrənirlər və sizin duyğulara məruz qalmağınız onlara özlərini daha yaxşı başa düşməyə kömək edəcək.

"Dostlarımla əlaqə saxlamaq istərdim"

Uşaqlar valideynlərindən öyrənirlər və dostlarınızla münasibətlərinizi qorusanız, hobbinizlə məşğul olsanız və öz zövqünüzə vaxt ayırsanız, uşaqlarınız bunun vacib olduğunu görəcəklər. Valideynlərin rolu üçün şəxsi həyatınızdan imtina etməyin - bu, sizi zənginləşdirməklə yanaşı, həm də uşaqlara iş, ailə və şəxsi maraqlar arasında balans nümunəsi göstərir.

"Kaş ki, özümü xoşbəxt edə biləydim"

Xoşbəxtlik indi edə biləcəyiniz bir seçimdir. Xoşbəxtliyinizi gec-müəyyən nailiyyətlərdən və ya dəyişikliklərdən sonra təxirə salsanız, onu heç vaxt tam yaşamamaq riski ilə üzləşirsiniz. Uşaqlar təbii olaraq hər an sevinc tapmağı bilirlər, ona görə də mükəmməl şərait gözləmədən həyatdan indi həzz almağı onlardan öyrənin.

Unutmayın ki, uşaq böyütmək və ümumiyyətlə həyat bir məqsədə çatmaq deyil, burada və indi təqdir edilməli olan bir səyahətdir. Yavaşlayın, anlardan həzz alın, özünüzə və övladlarınıza özləri olmaq imkanı verin, duyğular yaşayın və həyatdan həzz alın. Elə yaşa ki, heç nəyə peşman olmayasız.

(Qaynarinfo)
 

Dünyapress TV

Xəbər lenti