Ardını oxu...
Tərəvəz bazarında qiymət artımı müşahidə olunur. Yaşıl lobyanın qiyməti 4 manata kimi yüksəlib. Bəzi yerlərdə bu məhsul 2 manat və yuxarı qiymət təşkil etsə də, xüsusən yay fəslinin sonlarına doğru bir bahalaşmanın şahidi oluruq. Lobya və bənzəri tərəvəzlərin ölkədə yetişdirilməsi və bazar qiyməti əlçatan, sərfəli olması gərəkdiyi halda, kiloqramı beş manata kimi qalxan bu məhsulların yetişdirilməsi və satışında pərdəarxası hansısa neqativ səbəblər varmı? Məsələn; əvvəllər pomidorun qiyməti beş manatın üzərinə qalxırdı, indi isə onu lobya və digər tərəvəzlər əvəz edir. Meyvə-tərəvəz satışı sahəsində süni qiymət artımını yaradan amillər nələrdir?
Mövzu ilə əlaqədar "Azad İstehlakçılar Birliyi"nin sədri, qida eksperti Eyyub Hüseynov Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.

"Azərbaycanda ümumiyyətlə, iqlim dəyişikliyi kənd təsərrüfatı sahəsində özünü göstərir. Son 18 ildə ilk dəfə ötən il ərik bol oldu. Lakin ötən illərdə ərik həddindən artıq çox olardı. Sanki ərik çiçək açanda onu yağış gözləyir və həmin çiçəkləri məhv edir. Bu illər Muğan zonasında lobya, üzüm əmələ gəlmədi. Yəni xüsusi qulluq olunmayan bir şəraitdə üzüm əmələ gəlmədi, qora şəklində qaldı. İqlim dəyişikliyi kənd təsərrüfatı sahəsində anlaşılmaz nəticələr verir. Məsələn, qarğıdalı da əmələ gəlmədi. Bir daha qeyd edirəm ki, xüsusi qulluq olunan kənd təsərrüfatı sahələri istisna olmaqla, illərlə qulluq tələb etməyən, amma məhsul verən bitkilərdə məhsuldarlıq aşağıdır. Uzun illər Azərbaycanda fərdi təsərrüfatlarda xiyar olmurdu. Son 8 ildə artıq əmələ gəlib. Anlaşılması çətin olan belə hadisələr baş verir.

Əlbəttə, kənd təsərrüfatı məhsullarının istehsalçıya çatdırılmasına qədər olan zəncirdə, xüsusən Bakı bazarlarına olan çatdırılma zəncirində mühüm həlqə "Meyvəli bazar"dır. Bakı bazarında olan dükanların heç biri "Meyvəli"nin sənədi olmadan malı qəbul etmə ixtiyarı yoxdur. Hər kim məhsul yetişdirirsə, gərək "Meyvəli" bazarına girsin. Ordan ona müəyyən kağız verilsin. Beləliklə, bazarda üçüncü subyekt meydana çıxır. Bunlara alverçilər və ya təhsisatçılar, mal göndərənlər deyək. Onlar təşkilatlanmış böyük qurumdur. Özlərinin avtomobilləri var. Bakıda yerləşən dükanlarla şifahi və ya yazılı müqavilələri mövcuddur.

Kəndli fərdi təsərrüfatından birbaşa məhsullarını yığıb Bakıya gətirmək istəsə, bu arzusu ürəyində qalacaq. Birincisi, dükanlar ona görə həmin məhsulu qəbul etmirlər ki, həmin mallar bazar tələblərinə uyğun deyillər. Xüsusi təsərrüfatlarda yetişdirilmiş kənd təsərrüfatı məhsulları qulluq edilmiş olur, bazar görkəmi olur və qeyd etdiyimiz kimi "Meyvəli" bazarından sənədi olur. Lakin fərdi kənd təsərrüfatında yetişdirilənlər belə olmur. Heç onu dükanlar da qəbul etmir. Bazarın 3-cü subyekti artıq qiymətləri müəyyən edir və qiymətlər də gəlib bazarda bu cür formalaşır. Bununla da anormal vəziyyətlər əmələ gəlir. Əlbəttə, məhsulların az olmasının da təsiri var. Lakin "Meyvəli" bazarında olan o "alverçi qrupu" bütün Bakı şəhəri üzrə bazarda qiymətləri rahat müəyyən edə bilirlər.

Alverçi qrupu o qədər inkişaf edib ki, ötən il Cəlilabad zonasında fərdi təsərrüfatlarda yetişdirilən kartofu onlar olmadan almaq mümkün deyildi. Kimsə əgər gəlib, bazardan çoxlu kartof alsa, həmin alverçi qrupu o tərəfi elə gözdən salırdı ki, onu heç kəs almırdı. Yəni o qrupun öhdəsindən heç kəs gələ bilmir. Mən əminəm ki, bu il də həmin qrup öz fəaliyyətini davam etdirir. Və bunların qarşısını almaq da mümkün deyil. Onlar vergidən gizlənən alverçi qrupudur və bazarda qiymətlərə ciddi təsir edən stiuasiya yaradırlar. Bütün bu səbəblər bazarlarda qiymətlərin anormal şəkildə artmasına gətirib çıxarır" - deyə, mütəxəssis qeyd edib.
Ardını oxu...
Son illər paytaxtın bir çox ərazilərində çoxmərtəbəli binaların mansard şəklində tikilən sonuncu mərtəbəsinin mənzil kimi satışa çıxarılması halları artıb. Ekspertlərin böyük qismi isə ucuz ev axtaran alıcıların diqqətini daha çox cəlb edən mansardların mənzil kimi istifadə edilməsinin əleyhinədirlər. Məsələnin diqqəti ən çox cəlb edən tərəfi isə qanunvericilkdə qeyri-yaşayış sahəsi sayılan mansardlara “kupça” (çıxarış) verilməsidir.

Pravda.az xəbər mansard evlərlə bağlı araşdırma aparıb.

MANSARDLARIN TARİXİ

“Mansard” fransız sözüdür və bir çox dünya ölkələrində binanın obyekt, restoran kimi istifadə edilən hissəsi, paralel olaraq dam rolu oynayan qoruyucu tikilidir. İlk dəfə 1630-cu ildə fransız memarı Fransua Mansar çardağı yaşayış məqsədləri üçün istifadə edib. Beləliklə, binanın çardaq mərtəbəsi məhz onun şərəfinə “mansard” adlandırılıb. Parisin şəhər hakimiyyət orqanları həmin dövrlərdə mərtəbədən asılı olaraq ev sahibidən vergilər toplasalar da, mansardlar mərtəbə hesab olunmayıb. Buna görə də vergidən azad edilib. Ekspertlər bildirirlər ki, binanın mansard mərtəbəsinin qurluşu dam örtüyündən istilikitirməni 7-9% azaldır. Əgər mansard damının qurulmasının bütün texnoloji incəliklərinə riayət edilərsə, dam örtüyünün təmiri ilə bağlı bütün xərcləri azaltmaq olar. Xarici ölkələrdə zövqlə tikilən mansardlar yaşayış sahəsi kimi istifadə olunur. Bu ideya indi də Parisdə geniş yayılıb...

MANSARDIN FƏSADLARI

Mansardlar binalara çox vaxt tikilib təhvil verilərkən deyil, sonradan əlavə olunur. Hətta köhnə binalarda da rekonstruksiya aparılaraq mansard tikilir. Belə tip binaların əksəriyyəti təhlükəli binalar sayılır, çünki binanın yük tutumu normadan artıq olur. Digər tərəfdən isə mansardlara lift qalxmır. Ən əsası, mansard qeyri-yaşayış sahəsi olduğu üçün burada yaşamaq olmaz. Adətən mansardın altında yaşayan mənzil sahibləri mansardı satın alaraq onu yaşayış üçün deyil, şəhərin mənzərəsini seyr etmək üçün istifadə edirlər. Lakin maklerlər çox vaxt mansardın qiymətinin ucuz olduğunu əsas gətirərək onu müştərilətə mənzil kimi təklif edirlər. Əlbəttə, qiymətin ucuz olması müştəriləri cəlb edir, lakin əsas məqam budur ki, müştəri sonradan mansardı satmaq istəsə, bu elə də asan başa gəlməyəcək. Çünki daşınmaz əmlak bazarına çıxan müştərilərin çoxu hazırda nəinki mansarddan, hətta birinci və sonuncu mərtəbədən yayınırlar.

“KUPÇA” VERİLİRSƏ, İPOTEKA VƏ KREDİT ZƏMANƏT FONDU NİYƏ MANSARD EVLƏRƏ PUL AYIRMIR?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, hər hansı əmlak ipoteka krediti ilə satılırsa, həmin əmlakın mütləq şəkildə çıxarışı olmalıdır:

“Bundan əlavə, əmlakda təyinat üzrə mövcud vəziyyət eyniləşməlidir. Yəni mənzilin çıxarışda təyinatı “yaşayış mənzili” yazılmalıdır. Mansard hissələrə əksər hallarda çıxarışlar verilmir və həmin hissə texniki mərtəbə sayılır. Mansardın çıxarışı varsa və çıxarışda texniki mərtəbə kimi qeyd olunubsa, mənzil kimi istifadədədirsə, bu halda da həmin mənzillərə ipoteka kreditləri verilmir. İpoteka kreditləri ayrılan zaman qiymətləndirici mütəxəssislər evə baxış keçirirlər. Ev haqqında tam məlumat yazırlar. Sonra bank mənzilə həmin qiymətləndirməyə uyğun olaraq pul ayırır. Mənzillərlə bağlı normativlər var. Yan divarların, tavanın hündürlüyü və s. nəzərə alınır. Bir sözlə, mansard tipli mənzillərin çıxarışı yoxdursa və ya çıxarışda texniki mərtəbə kimi qeyd edilibsə, belə halda ipoteka verilmir. Ən əsası da mansard tipli mənzillərə lift qalxmadığı üçün vətəndaş həmin hissəyə bir-iki mərtəbə pilləkən qəfəslə qalxmaq məcburiyyətində qalır. Mansard tipli mənzillər çıxarışa qeyri-yaşayış kimi qeyd olunubsa, onlarda kommunal xərclər - qaz, su, işıq pulu fiziki şəxs kimi deyil, qeyri-yaşayış obyekti kimi daha baha qiymətə hesablanır”.

Hüquqşünas Əkrəm Həsənov isə bildirib ki, məsələni daha da genişləndirmək lazımdır:

“Həm mansard, həm də zirzəmilərə, qarajlara belə çıxarış verilir. Halbuki o da qeyri-yaşayış sahəsidir və bütün sakinlərə mənsubdur. Yəni mansard kimi. Bu, tikinti sahəsində olan özbaşnalıqdan irəli gəlir. Tikinti sahəsində tam özbaşınalıqdır. Yəni layihələndirmə, tikintinin aparılması... Əslində binanın torpağı mənzil alanların adına alınmalıdır. Layihə əvvəlcədən bəyan olunmalıdır. Bunların heç biri yoxdur. Heç biri ictimaiyyətə bəyan olunmur. Nəinki ictimaiyyətə, binadan mənzil alanlara da. Sadəcə, binanı tikənlər artıq qanunsuz pul əldə edirlər və təəssüf ki, aidiyyəti orqanlar da buna göz yumur. Çox zaman da onlarla əlbir olurlar...”
 
 
 

Ardını oxu...
Neftmilərin Hüquqlarının Müdafiəsi Təşiklatı (NHMT) olduqca ilginc bir faktı ifşa edib. Dia-az.İnfo xəbər verir ki, bu barədə NHMT sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ona müraciət edən neftçilərdən birinə istinadla məlumat paylaşıb.

Həmin istinadlı xəbəri diqqətinizə çatdırırıq. Neftçi yazır:
"Neft Daslarında xidmət göstərən gəmilərin vəziyyəti Sizə məəlumdur.
Bu vəziyyətlə bağlı rəhbərlik (Neft Daslari) bilirsiniz niyə tədbir görmür?
Ona görə ki, Neft Daşlarının rəhbər işçiləri - yüksək vəzifəlisi, idarə rəhbərliyi, aşağı vəzifəlisi mədən rəisi olmaqla işə gediş-gəlişləri zamanı helikopterdən istifadə edirlər. Ancaq helikopterdən istifadə etmələrinə baxmayaraq, onların gediş-gəlişi gəmi ilə qeyd olunur və müvafiq olaraq pulu da "gəmi saatı" ilə yazılır. (Həmin rəhbərlərin işə gediş-gəlişi üçün gəmi nəqliyyatı nəzərdə tutulub)
Onu da qeyd edim ki, həmin rəhbərlər (Neft Daşları) çox vaxt 28 May NQÇİ-nin helikopterindən istifadə edirlər. Belə ki, 28 May NQŞİ-nin indiki rəhbəri əvvəllər Neft Daşları NQÇİ-nin Baş geoloqu olub. Buna görə də Neft Daslari NQCI rəhbərləri üçün işə gediş-gəliş problem deyil və onlar gəmidən istifadə etmirlər.
Hətta bəzən 28 May NQCI nin rəhbəri Neft Daşların rəhbərlərinin növbəsini dəyişmək üçün öz isçilərini növbə dəyişməyə qoymur...
Görəsən SOCAR rəhbərinin bundan xəbəri var?.."

Hər halda, kifayət qədər ciddi bir mənimsəmə faktıdır...
Ardını oxu...
Azərbaycanda 6 və daha çox insanın yaşadığı ailələrdə bir nəfər il ərzində orta hesabla 126,1 kiloqram çörək və çörək məhsullarından istifadə edir.

Yeniavaz.com açıqlanan sonuncu rəsmi məlumatlara istinadən bildirir ki, bu, Nazirlər Kabinetinin müəyyən etdiyi minimum normadan aşağıdır.

Məlumat üçün bildirək ki, ölkədə minimum istehlak səbətinin tərkibi sonuncu dəfə Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli qərarı ilə müəyyən edilib və həmin qərarda göstərilir ki, insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün hər bir insan il ərzində ən azı 136,8 kiloqram çörək və çörək məhsullarından istifadə etməlidir.

Eyni zamanda ailə tərkibi 4 və 5 nəfərdən ibarət olan ev təsrrüfatlarında da çörək və çörək məhsullarının istehlakı minimum səviyyədən aşağıdır. Yalnız 3 və daha az insanın yaşadığı ailələrdə çörək və çörək məhsullarının istehlakı minimum səviyyədən yüksək olub.

Onu da qeyd edək ki, böyük ailələrdə çörək və çörək məhsullarından başqa ət və ət məhsullarının, həmçinin bitki yağlarının istehlakı da minimum istehlak normasından aşağı olub. Statistika Komitəsinin açıqladığı sonuncu məlumatda qeyd olunur ki, 6 və daha çox insanın yaşadığı ailələrdə il ərzində adambaşına 32,5 kiloqram ət və ət məhsulları, 9,9 kiloqram bitki yağı istehlak olunub.

Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə ət və ət məhsullarının istehlakı ən azı 32,9 kiloqram, bitki yağlarının istehlakı isə 10,9 kiloqram olmalıdır.
 
Ardını oxu...
Sentyabrın 1-i Milli Məclisə növbədənkənar parlament seçkiləri keçirilib. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. İlkin nəticələrə uyğun olaraq dairələr üzrə lider namizədlər müəyyənləşib.

Belə ki, namizədlərin çoxu Azərbaycanın bölgələrini Milli Məclisdə təmsil edəcək. Onlar Milli Məclisin plenar və komitə iclaslarında iştirak etmək məcburiyyətindədirlər. Bəzi namizədlər var ki, onların Bakıda daimi qalacaq yeri və mülkiyyəti yoxdur.

Belə olan halda deputatların evlə təmin olunma məsələsi ortaya çıxır.

Modern.az-ın məlumatına görə, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, onlar xidməti mənzillə təmin olunacaqlar.

Belə ki, Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında mənzili olmayan deputata səlahiyyət müddətində xidməti mənzil, bu mümkün olmadıqda yaşayış xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı verilir.

Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında daimi yaşayan və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan deputatın mənzil şəraiti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaxşılaşdırılır.

Bundan başqa, deputatın daimi yaşadığı yer telefonla təchiz edilir.
 
Ardını oxu...
Bu ilin II rübündə Azərbaycan əhalisinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksi əvvəlki illə müqayisədə dörd faiz bəndi artaraq 23% təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Kreditləşmə fəaliyyətinə dair sorğu”nun nəticələrində bildirilib.

Məlumata görə, bu, I rüb ilə müqayisədə isə iki faiz bəndi artıb.

Respondent bankların 75 %-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 25 %-i isə orta dərəcədə artım olduğunu bildirib.

Qeyd edək ki, əhalinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksinin ən yüksək göstəricisi 2022-ci ilin II rübündə (29%) olub.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Azərbaycanda əhalinin borclanma səviyyəsi yüksəkdir:

“Bu, ölkə iqtisadiyyatına və bank sisteminə ciddi təhidlər yaradır.

İnkişaf etmiş ölkələrdə ümumi kredit portfelində sənaye, kənd təsərrüfatı kreditləri, o cümlədən məhsul istehsal edən biznes sektorları üçün nəzərdə tutulan kreditlər üstünlük təşkil edir.

Azərbaycanda isə ipoteka kreditlərinə üstünlük verilir. Ölkədə ipoteka kreditləri ümumi kredit portfelinin 55 % və 60 % -ni, bəlkə də yarıdan çoxluq təşkil edir. Bu da çox ciddi problemdir. Bu problem də ondan qaynaqlanır ki, vətəndaşların əksəriyyətinin bir neçə banka borcu olur.

Bu, onların gəlirlərinin və maaşlarının az olması ilə əlaqəlidir.

Ümumilikdə Azərbaycanda 2 milyon yarım insanın kredit borcu var. Bu, kifayət qədər böyük rəqəmdir. Bu, həmçinin ölkədə sosial-iqtisadi problemlərin çox olmasından xəbər verir”.
 
 


 
Ardını oxu...
Müraciət etmək hüququ Konstitusiyanın 57-ci maddəsi ilə təminat verilən
əsas insan və vətəndaş hüquq və azadlıqlarındandır. Dövlətin ən yüksək
hüquq qüvvəsinə malik olan Ana Qanununun sözügedən maddəsinin I
hissəsində hər bir müraciətə qanunla müəyyən olunmuş qaydada və
müddətlərdə yazılı cavab verilməli olması yazılıb. “Vətəndaşların
müraciətləri haqqında” 30.09.2015-ci il tarixli qanunun 3.0.11-ci bəndində
yazılı müraciətin kağız üzərində və ya elektron formada tərtib
olunmuş müraciət olduğu; 3.0.12-ci bəndində elektron müraciətin
müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron
ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən
müraciət olduğu doğrulanıb. Qanunun 7.6 maddəsinə görə, elektron
müraciətə müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə
ELEKTRON QAYDADA və ya müraciət edənin XAHİŞİ İLƏ poçt vasitəsilə
yazılı cavab verməklə baxılır.
Konstitusiyanın, qanunun tələblərini vurğulamaqda amacımız dövlət
orqanlarının, onların vəzifəli şəxslərinin qanunvericiliyə, konstitusion
hüquqa sayğısızlığını diqqətə çatdırmaqdır. Hansısa dövlət qurumunun
Konstitusiyadan, qanundan bilgisizliyi mümkündürmü? Təbii ki, ritorik
sualdır. Di gəl, hətta hüququn, qanunun qorunmasına təhkim edilən
qurumların müraciətlərə baxmaqda qanunsuzluqları ciddi rahatsızlıq
doğurur. Bəyəm prokurorluğun, məhkəmənin texniki heyətinin, ədliyyə
orqanlarının qanundan soraqları yoxdur? Vətəndaş elektron qaydada
müraciət etdiyi halda, niyə poçtla cavab verilir? Hələ bu cavabın
mahiyyətcə qanunsuzluğunu bir yana qoyaq.
Ədliyyə Nazirliyinin qanunvericilik baş idarəsinin rəisi Elçin Nəsibovun
poçtla 04.09.2024-cü ildə göndərdiyi 28.08.2024-cü ildə imzalanan
elektron sənədin surətindən nəsə anlamaq mümkün deyil. Bəlkə ədliyyə
naziri, bağlantılı qurumlar, oxuyanlardan kimsə anlaya bildi, görəsən baş
idarə rəisi Mülki Prosessual Məcəllənin 151-153-cü maddələrini köçürməklə
nə demək istəyir? Bu cavab vətəndaşın hansı müraciətinədir? Deyəsən,
hansısa məhkəmə özbaşınalığı ilə bağlıdır. Axı (mərkəzi) icra hakimiyyəti
orqanı olan Ədliyyə Nazirliyinin məhkəmə hakimiyyətinin funksiyasına aid
olan məsələyə baxması Konstitusiyaya ziddir. Aha, bəlkə də “it ilində”ki
sorğuya “əjdaha ilində” verilən gecikmiş cavabdır, nə bilək, nə anlayaq?
Anladıq ki, ƏN-in elektron poçtuna müraciətlərə qadağa qoyulub, axı
həmin hökumət poçtundan müraciətlərə ki qadağa yoxdur! Niyə
qanunvericiliyin tələbinə uyğun vətəndaşın elektron poçtuna cavab
verilmir?
Görəsən, baş idarə rəisi özü bu cavabından nəsə anlaya bilir? Sualln
cavabını elektron qaydada gözləyirik.
Məğrur Bədəlsoy
Ardını oxu...
 
 
 
Ardını oxu...
Göyçay rayonu Cəyirli kənd sakini Abışov Elçin Valeh oğlu tərəfindən

ŞİKAYƏT

Bizim ailə 7 nəfərdən ibarət külfətdir. Qoca anam, həyat yoldaşım və 4 azyaşlı uşağım bir evdə yaşayırıq. Ailəmiz yoxsulluq həddində yaşadığına görə bizim ailəyə 2023-cü ilin may ayı tarixində ünvanlı sosial yardım təyin edilmişdir.
Ancaq 2024-cü ilin fevral ayı tarixində sosial yardım təyinatından qanunsuz imtina edilib dayandırılıb.Səbəb ki, "Ailə üzvü Abışov Elçin Valeh oğlunun adına avtomobil olması".

Ancaq qeyd edim ki, bu qanunsuz imtinadır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vermişdir.Çünki Qazel markalı 23 BF 579 nömrəli avtomobil mənim qardaşımın olub mən etibarnamə ilə idarə etmişəm. 2022-ci ilin iyun ayı tarixində mənim etibarnaməm ləğv edilib. Qeyd edim ki, bizim ailə 9 ay sosial yardım almışdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin imtinası tam qanunsuz və əsassızdır.Bu qanunsuzluğa görə bizim ailə aclıq yoxsulluq içində yaşamağa məhkum olunub.Hələ bu azmış kimi Dövlət Sosial Müdafiə Fondu evimizə məktub göndərib 9 ay aldığımız sosial yardımı geri qaytarmağımızı tələb edir. Bu isə sanki 7 nəfərlik ailəni öldürmək deməkdir.

Şikayətim yerində mənim evimə yaşayış tərzimə baxmaqla obyektiv araşdırlıb qanunu tədbir görülməlidir.
Əgər mənim adımda avtomobilin olmasına dair saxta sənədi tərtib ediblərsə bu vəzifə cinayəti hesab olunur.

Hörmətli Prezident, hörmətli Mehriban xanım Sizdən xahişim edirəm ki, göstərilənləri araşdırıb bizim ailənin yoxsulluq içində yaşamasını nəzərə alıb Ünvanlı Sosial Yardım bərpa edilmısinə köməklik göstərəsiniz.
Ardını oxu...
Ardını oxu...

 
 
 
Ardını oxu...
Ölkəmizdə əksər hallarda mənzil kirayə götürənlə kirayə verən arasında rəsmi müqavilə imzalanmır.

Çox halda ev sahibləri kirəyə götürənlə qeyri-rəsmi, şifahi razılaşma əldə edir və mənzili ona verirlər.

Bəs bu nə kimi problemlərə səbəb ola bilər?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, evini kirayə verənlərlə kirayə götürənlər bəzi xərclərdən qaçdığı üçün rəsmi müqavilə bağlamaqdan imtina edirlər:

“İlk növbədə onu bilmək lazımdır ki, Azərbaycan respublikası ərazisində aparılan maddi fəaliyyətlər notarial qaydada tərəflər arasında rəsmiləşdirilməlidir. Kirayə münasibətləri də kirayə müqaviləsi ilə tərəflər arasında rəsmiləşdirilir. Kirayə verən şəxs mütləq şəkildə öz adına VÖEN açdırmalıdır və kirayə götürən şəxslə müqavilə bağlayan zaman VÖENini və bank rekvizitlərini həmin müqavilədə qeyd etdirməlidir.

Bu gün ölkəmizdə kirayə müqavilələri çox az sayda bağlanır. Bunun da ən böyük səbəbi notarial xərclər, bəzi sənədlərin təsdiqi, kirayə məbləğindən tutulan 14 faizlik vergidir. Müqavilə bağlandıqda vergi ödəmək zərurəti yarandığı üçün tərəflərin heç biri buna təşəbbüs göstərmir. Adətən tərəflər arasında müqavilə münasibətləri zamanı ödəmə mənbəyindən tutulan vergi pulu köçürən tərəfin üzərinə qoyulur. Bəzi hallarda kirayə götürən şəxslər bu məbləğin yüksəkliyindən dolayı həmin müqavilənin rəsmiləşdirilməsində maraqlı olmurlar. Amma vətəndaşlar bilməlidir ki, kirayə müqavilələrinin rəsmi şəkildə bağlanması, o cümlədən, kirayə sahəsinin və orada olan əmlakların rəsmi şəkildə təhvil-təslim olunması onları bir çox riskdən qoruyur”.

Hüquqşünasın sözlərinə görə, rəsmi müqavilə bağlamadan evini kirayə verənlər qanunla məsuliyyət daşıyırlar və bu aşkarlanarsa, onlar cərimələnə bilərlər:

“Bundan əlavə qeyd edim ki, müqaviləsiz kirayə münasibətlərində olan şəxs, əsasən də kirayə verənlər mütləq şəkildə qanunvericiliyə uyğun məsuliyyət daşıya bilirlər. Onlar həm inzibati məsuliyyət daşıyırlar, həm də qeyri-rəsmi formada mənzillərini kirayə verdikləri aşkarlandığı təqdirdə cərimə sanksiyasına da məruz qala bilərlər. Bütün bunların olmaması və risksiz münasibətlər üçün tərəflər arasında kirayə müqaviləsi bağlanmasını tövsiyə edirəm. Mütləq şəkildə bu proses rəsmiləşməli və vergi öhdəlikləri müəyyən edilməlidir”.
 

Ardını oxu...
Gədəbəy rayonunun Aytala sakinləri kənddə olan bir sıra sosial probemlərdən şikayətçidirlər.

“Qafqazinfo”ya müraciət edən bir qrup vətəndaş bildirib ki, Aytalada qaz yoxdur.

Onların sözlərinə görə, kəndə gedən yol da bərbad vəziyyətdədir: “İllərdir biz bu problemlərə həll tapmağa çalışırıq. Müraciətlər edirik, amma baxılmır. Bütün qonşu kəndlər qazla təmin olunub. Lakin bizim kənddə qaz yoxdur. Hələ də odun istifadə edirik. 2022-ci ildə “Azəriqaz” rəhbərliyinin rayonda təşkil olunmuş “Açıq mikrafon” layihəsində kənd sakinləri olaraq toplaşıb qəbulda olduq. Problemdən bəhs etdik və yerli regional idarə rəhbərliyinə bununla bağlı tapşırıq verildi. Lakin indiyə qədər heç bir iş görülməyib.

Kəndin yoluna gəldikdə isə onu deyə bilərik ki, keçən əsrin 50-60-ci illərində düzəlmiş torpaq yoludur. Bununla bağlı Rayon İcra Hakimiyyətinə ötən il müraciət etdik. Bizə cavab gəldi ki, yol 2021-ci ildə Düzyurd Bələdiyyəsi tərəfindən təmir edilib. Elə həmin il mövsümi yağışlar başlayan kimi yol demək olar, bərbad vəziyyətə düşdü. Bununla bağlı biz Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Bu qurumdan da bildirdilər ki, həmin yol onların mülkiyyətində deyil”.

Ardını oxu...
Ardını oxu...

Məsələ ilə bağlı Gədəbəy Rayon İcra Hakimiyyətinə müraciət etdik. Sorğumuza cavab olaraq bildirildi ki, Aytala kəndində qeyd olunan sosial problemlərlə bağlı araşdırma aparılıb: “Məlumat üçün bildiririk ki, yaşayış məntəqələrinin qazlaşdırılması “Azəriqaz” İB tərəfindən mərhələli şəkildə, avtomobil yollarının yenidən qurulması isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Kəndin qazlaşdırılması və Düzyurd-Talakənd-Dəyəqarabulaq avtomobil yolunun yenidən tikilməsi ilə bağlı aidiyyəti üzrə məsələ qaldırılıb. Əlavə olaraq qeyd edək ki, 7 km kəndarası yol yerli bələdiyyənin təşəbbüsü və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təmir edilib”.

Sözügedən yolların təmir olunması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə də (AAYDA) üz tutduq. Qurumun mətbuat katibi Anar Nəcəfli bildirdi ki, bu yollar AAYDA-nin balansında deyil.

Şikayətlə bağlı “Azəriqaz” İB-nə də sorğu verdik. Qurumdan qeyd edildi ki, cari ilin planında Aytala kəndinin qazlaşması yoxdur: “Bəlli olduğu kimi, “Azəriqaz” İB qazlaşma prosesini öz maddi vəsaiti hesabına həyata keçirir. Bu baxımdan maddi vəsaitə uyğun olaraq işlər mərhələli şəkildə icra olunur. Gədəbəy rayonunun Aytala kəndinin qazlaşması məsələsi də gündəmdədir. Amma növbəti mərhələlər üçün nəzərdə tutulub. Bu ilin planında həmin kəndin qazlaşması yoxdur”.

Dünyapress TV

Xəbər lenti