Ardını oxu...
"Ehtiyac yaranarsa, universitetlərdə vahid geyim formasına keçiriləcək".

Bu sözləri Redaktor.az-a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov tələbələrin dərslərə necə geyinməli olduğunu şərh edərkən dedi. Onun sözlərinə görə, düzgün geyinməyənlərin sayı artdıqda, bu məsələyə baxıla bilər.

"Mən hesab edirəm ki, universitetlərdə xüsusi vahid formaya hələ ki, ehtiyac yoxdur. Çünki biz düşünürük ki, orta məktəblərdə şagirdlər vahid forma geyinərək, geyim mədəniyyətinə yiyələnirlər və artıq onlar anlayırlar ki, universitetdə də səliqəli, təmiz geyinməli, universitetə o formada gəlməlidir. Amma bizim gördüyümüz odur ki, gənclər bunu dərk etmir və anlamır və bu da bir sıra hallarda təbii ki, problem yaradır. Getdikcə universitetə "çimərlik" paltarında gələnlərin sayı artarsa, ola bilər ki, gələcəkdə biz bu barədə düşünək və belə bir qərarın qəbul edilməsinə ehtiyac olsun. Bu gələcəyə doğru mümkün, atılmalı olan addımlardan biridir. Hazırda isə tələbələr daha diqqətli, daha səliqəli, daha uyğun geyinib gəlməlidir".

Millət vəkili həmçinin qeyd etdi ki, tələbənin şəklini çəkən müəllimin yerinə, düzgün geyinməyən gənclər qınanmalıdır.

"Mən burada qeyd etmişəm, əlavə olaraq bir daha qeyd edirəm ki, mən düşünürəm ki, mediamız müəllimi yox, həmin etik qaydalara əməl etməyən tələbələri qınamalıdır. Tələbə universitetə çimərlik paltarı ilə, idman paltarı ilə gəlməli deyil. O, artıq formalaşmış şəxsdir, o şagird deyil. O anlamalıdır ki, universitetdə müəyyən normalara və qaydalara əməl edilməlidir. Yəni universitetə gedən insan soyunub getməməlidir. Universitetə gedən insan səliqəli geyinməlidir, təmiz geyinməlidir. O, gələcəkdə dövləti təmsil edəcək, ayrı-ayrı qurumlarda, strukturlarda işləyəcək. Ona görə də, yəni bu məsələlər xüsusi diqqətdə saxlanılmalıdır və tələbələr də diqqətli olmalıdır və media da müəllimi yox, o cür geyinən tələbələri qınamalıdır".

Xatırladaq ki, Azərbaycan Tibb Universitetinin müəlimi Nazxanım Nəzirbəyin təhsil ocağının tələbələrinin fotosunu çəkməsi və üstəlik bunu sosial şəbəkədə paylaşaraq “bu geyimdə dərsə gələnlər dərsimə buraxılmır. Dekoltelər, yarım qarış “yubka”larınızı gecə klublarında geyinin” deməsi müzakirələrə səbəb olub.
 
Ardını oxu...
Adı bir müddət əvvəl mətbuatda yetərincə hallandırılan Bakıdakı "Çanaqqala" restoranından bu dəfə müştəriləri giley edir. Dia-az.İnfo xatırladır ki, bir müddət əvvəl "Çanaqqala"nın sahibinin restoran yerləşən ərazini qanunsuz olaraq zəbt etdiyi iddia olundu. Doğrudur, bu suaallara hansısa formada aydınlıq gətirilmədi də.

İndi isə vətəndaş "Müştəriyəm Şikayətim Var" sosial qrupunda giley edir. Dia-az.İnfo həmin postu təqdim edir:

" "Gənclik"dəki "Çanaqqala" restoranında otursanız əgər, gələn hesab çekinə mütləq göz yetirin..

Çünki dünən axşam oturduq ailəvi... 10 nəfər idik. Sonda çekdə əlavə şeylər də yazılmışdı. Əlavə sular... əlavə kabablar..

Şikayəti bildirdik... Əlavə yazdıqlarını sildiler. Sonda yeni çek çıxarıb gətirdilər...

Diqqətli olun..."

Ardını oxu...
 
Ardını oxu...
"Bu ilin yazında günorta saatlarında Abşeron dairəvi yolunda ləğv olunan 6 reysin 4-ü 16 sentyabrdan bərpa olunub".

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib. O, digər 2 reysin də ilin sonunadək bərpa olunmasının gözlənildiyini bildirib:

"Reyslər arasında pəncərənin verilməsi bizim kontakt şəbəkədə infrastrukturda apardığımız sağlamlaşdırma işləri ilə bağlıdır. Bu, qatarların hər hansı qrafikdən çıxması və xoşagəlməz halların baş verməməsi baxımdan önəmlidir". v
 
 


 
Ardını oxu...
“Pilot-16” MMC-nin “Eleven Park” yaşayış kompleksinin tikintisini apardığı Novruzov qardaşları küçəsində insident baş verib. Belə ki, mülkiyyət hüquqlarının pozulduğunu iddia edən vətəndaş şirkətə məxsus ekskavatoru yandırıb.

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Editor.az -ın yazdığına görə, vətəndaşın bu addımı atmasına şirkətin gecə saatlarında heç bir xəbərdarlıq etmədən insanların faktiki yaşadığı evi dağıtmağa çalışması səbəb olub.
"Qalmaqallı “Pilot-16” şirkəti davamlı olaraq medianın gündəminə vətəndaşların evlərini başına uçurtmaq, mülkiyyət hüquqlarını pozmaq, sakinlərin həyatı üçün təhlükəli şəraitdə tikinti işləri aparmaqla gəlir.
Qeyd edək ki, şirkətin rəsmi baş direktoru isə Aslan Quliyev olsa da, mediada faktiki sahibinin keçmiş oliqarx deputat Əsabil Qasımovun oğlu Taleh Qasımov olduğu iddia olunur", - deyə saytın yaydığı məlumatda qeyd olunur.
Ardını oxu...

 
 
 
Ardını oxu...  

 Bu gün, sentyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Respublika Perinatal Mərkəzi" PHŞ-də baş vermiş yanğınla bağlı məhkəmənin hazırlıq iclası keçiriləcək. Hakim qarşısına Mərkəzin həbs edilən direktoru və anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli və həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev çıxarılacaqlar.

Musavat.com xəbər verir ki, cinayət işi hakim Leyla Əsgərova-Məmmədova sədrliyi ilə araşdırılacaq.

Məşum olay bu ilin yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş verib. Yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsində aparılıb. İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb. Yanğın nəticəsində müəssisəyə  ümumilikdə 361 min manat məbləğində maddi ziyan dəyib.

 Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.  Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

 
 
 

Ardını oxu...
Ölkədə təxminən hər 6 nəfərdən 1-i şagirddir. Təhsil müəssisələrindəki şagirdlərin sayı 1,6 milyon nəfəri keçir. Amma birinci sinfə gedənlərin sayının hər il azaldığı diqqət çəkir. Bu il ilk pilləyə qədəm qoyanların sayı 133 min nəfərdən bir qədər azdır. Son illərin statistikası aşkar azalmadan danışır. Məsələn, 6 il əvvəl birinci sinfə 164 mindən çox uşaq gedirdi.
Bizimyol.info xəbər verir ki, məktəbə hazırlıq qruplarında 90 min 672 uşaq təhsil almağa başlayıb. Çox yüksək göstərici deyil. Belə nəticəyə gəlmək olar ki, gələn il birinci sinfə daha az uşaq gedəcək. Hərçənd, məktəbə hazırlıq qruplarında da hamıya yer tapılmadığı məlumdur.

Birinci sinif şagirdlərinin sayı hər il təxminən 5 faiz azalır. Bu gedişlə yaxın illərdə say 100 min nəfərdən də az olacaq. Əslində, çox təhlükəli tendensiya ilə üz-üzəyik. Əhalinin ümumi çəkisində yeniyetmələrin payının azalmasına doğru gedirik.

Azalmanın əsas səbəbi nədir?
Mütəxəssislər müxtəlif fikirlər səsləndirirlər. Hər şeydən əvvəl uşaqlara sərf olunan vəsait artıb. Müasir valideynlər övladını hərtərəfli təmin etmək barədə daha çox düşünür. Təhsil imkanları geniş deyil, əksinə, xeyli məhdudlaşıb. Kənd yerlərində uşaqlara gün ağlamaq olmur. Abşeron yarımadasına köç uşaq sayının azalmasının əsas səbəblərindəndir. Çünki paytaxta pənah gətirən ailələr, adətən, kirayə mənzillərdə qalırlar, burada say artımını məqbul hesab etmirlər.

Bir sözlə, valideynlərin heç bir zəmanəti yoxdur. Onlar yaxşı təhsil, keyfiyyətli səhiyyə barədə düşünməli olurlar. Dövlət qurumları üzərinə düşəni yerinə yetirmir. Uşaq pulunun verilməməsi də ayrı zərbədir. Nəticədə doğum göstəriciləri aşağı düşür. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər də bunu deyir.

Ümumiyyətlə, baş verənlər yaxşı gələcəkdən xəbər vermir. Ölkədə xüsusilə uşaqların qayğıya ehtiyacı var. Dövlət qurumları hər uşağın vacib ehtiyacları barədə düşünməlidir. Ortaya konkret proqram, konsepsiya qoyulmalıdır. Bir də gözümüzü açacağıq ki, əhali sayı azalmağa başlayıb.
Ardını oxu...
Tanınmış azərbaycanlı hüquqşunas Elman Paşayev həbs olunmazdan əvvəl Rusiyada Xüsusi Hərbi Əməliyyat Bölgəsində "T-80" tankının ekipaj komandiri kimi xidmət edib.

Bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, E.Paşayev fevral ayında Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb və 95-ci atıcı alayında xidmətə başlayıb. Oradakı komandanlıq Paşayevi bəyənmədiyi üçün o, beşinci briqadaya keçib.

Həmkarlarının dediyi kimi, Paşayev yeni rəhbərliklə tez bir zamanda münasibət qurub və briqada daxilində yaranmış vəziyyətdə hüquqi yardım vəd edib. Eyni zamanda, hərbçilər keçmiş vəkili heç vaxt "T-80" tankında döyüşdə görmədiklərini qeyd ediblər.

Sentyabrın 18-də Paşayev xüsusilə külli miqdarda dələduzluq işi üzrə həbs edilib. O, 45 milyon rubldan çox dələduzluqda şübhəli bilinir.

Paşayevə qarşı iş bloqqer Yelena Blinovskayanın əri Alekseyin vəsatəti əsasında açılıb və o, zərərçəkmiş kimi tanınıb. O, arvadını istintaq təcridxanasından azad edəcəyini və vergidən yayınma ilə bağlı cinayət işini susduracağını vəd edən E.Paşayevə 45 milyon rubldan çox pul verib.
 
 
 

 

Ardını oxu...
İranın Cənubi Xorasan ostanında 5,2 maqnitudalı zəlzələ olub.

Bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 16.13 radələrində Bocnurd şəhərində qeydə alınan zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, bu gün səhər İranın Şimali Xorosan ostanında 4,7 və 4,1 maqnitudalı zəlzələ olub. Zəlzələ kiçik dağıntılara yol açıb, 7 nəfər yüngül xəsarət alıb.
 
Ardını oxu...
Paytaxtda və Abşeron rayonu ərazisində yerləşən daşınmaz əmlakların böyük əksəriyyəti çıxarışsızdır. Rəsmi rəqəmlərə görə, hazırda bu ərazidə 400 minədək “kupçasız” ev mövcuddur. Aidiyyəti dövlət qurumları qanunsuz tikintilərin aparılmasının qarşısını qismən ala bilir. Vətəndaşların bir çoxu sənədsiz evlərlə bağlı kütləvi söküntülərin yoxluğundan və s. bu tip əmlakları almağa davam edir.

ЕУКУА xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, hazırda Cinayət Məcəlləsində qanunsuz zəbt olunmuş torpaqlarla bağlı ciddi cəzalar tətbiq olunmaqdadır:

“Həqiqətən də bu gün belə ölkədə kütləvi şəkildə qanunsuz torpaqların zəbt olunması prosesi gedir. Eyni zamanda, həmin torpaqlarda özbaşına tikililərin aparılması həyata keçirilməkdədir. Milli Məclisdə Cinayət Məcəlləsinə müəyyən dəyişikliklər edilsə də.

CM-in 188.1-ci maddəsi mülkiyyət istifadə və icazə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, əkib-becərmə, dəyişdirmə və özbaşına tutma kimi əməllərə görə 8 min manatdan 10 min manatadək cərimə nəzərdə tutulur. Eyni zamanda, bu əməllər 2 il müddətədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Amma qanunla müəyyən olunmuş mülkiyyətdən istifadə və icarə hüququ olmadan tikinti işləri aparmağa görə isə, 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulub”.

Hüquqşünas qeyd edib ki, qanunsuz tikililərin istismar müddəti daha çoxdursa, o zaman vətəndaşlar aidiyyəti dövlət qurumlarına müraciət etməlidir:

“Qanunsuz tikililərin həyata keçirilməsi əgər uzun müddətdirsə, vətəndaşlar bu barədə dövlət qurumlarına müraciət edə bilərlər. Dövlət qurumları onların bu istəyini qiymətləndirə və həmin torpaq sahəsi kimin mülkiyyətindədirsə, onun vətəndaşlara ayrılması ilə bağlı müvafiq qərar əldə edə bilər. Bu qərar əldə olunduqdan sonra torpaq sahəsi üzərində tikilmiş evin layihə sənədləri və eyni zamanda torpağa dair mülkiyyət sənədləri Daşınmaz Əmlakın Dövlət Reyesterinin ərazi idarələrinə təqdim olunur. Müvafiq rüsumlar və xidmət haqları ödənildikdən sonra, şəxs öz mülkiyyətinə dair sənədi ala biləcək”.
 
Ardını oxu...
Nazirlər Kabineti 12 yanvar 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”na dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində yaradılan süni torpaq sahəsində tikinti məqsədləri üçün şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmur.
 

Dünyapress TV

Xəbər lenti