Ardını oxu...
Sumqayıt şəhəri, Nizami küçəsi 6-cı məhəllə 19 C sakini Şərifov Ceyhun Şahsuvar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, pensiyasından qanunsuz olaraq 14 manat kəsilib:

“Mən, 39 saylı Texniki Peşə Məktəbində, indiki şəhid Quliyev Ələmdar Şahmalı oğlu adına olan 1 saylı peşə liseyində istehsalat təlimi ustası işləmişəm. 1988-ci ildə həmin məktəbdə iş zamanı əmək xəsarəti almışam. Sol əlimin 3 barmağı amputasiya olunub. Həmin akta əsasən 1998-ci ildə Sumqayıt şəhəri 7 saylı Həkim Eksper Komissiyası əmək haqqımın 25%-ni mənə ömürlük təqaüd müəyyənləşdirib(Onu da qeyd edim ki, 1995-ci ildən Mingəçevirdən köçüb gəlmişəm, hazırda isə Sumqayıtda yaşayıram). Həmin təqaüd 2022-ci ildə cənab prezdentimizin təhsil işçilərinin əmək haqqının 15% artırılmasıyla bağlı imzaladığı fərmana əsasən 117.50 manat olmuşdu. 2022-ci il may ayınadək belə təqaüd aldım. May ayında təqaüdümü birdən birə 14 manat azaldaraq 103.50 manat elədilər. Bu barədə yazılı surətdə Təhsil Nazirliyinə müraciət elədim. Mənə bildirdilər ki, 2022-ci ildə Nazirlər Kabinetinin qəbul etdiyi fərmana görə Müəllimlərin Bilik və Bacarığının Qiymətləndirilməsi Komisiyasindan keçmədiyin üçün sənin təqaüdün 14 manat azalaraq 103.50 manat olmuşdur.
İkinci dəfə yenidən Təhsil nazirliyinə yazılı müraciət elədim ki, axı mən 1998-ci ildən işləmirəm. İkincisi də axı bizim Konstitusiyamızda deyilir ki, əgər sonradan verilmiş qərar vətəndaşın halını pisləşdirirsə həmin qərar özündən əvvəlkilərə şamil edilə bilməz. Bu səfər də mənə bildirdilər ki, guya mənə səhvən müəllim maaşı hesablanıb. 2022-ci ildə məktəbin drektoru sənədlərə baxış keçirərkən bunu müəyyənləşdirib və ondan sonra da əmək haqqım 14 manat azaldılıb. Deyirəm, bəs onda 2022-ci ilin 15% artım nəyə görə mənə hesablanmadı? Bu 14 manatı həm komissiyadan keçmədiyimə görə və səhvən müəllim maaşı hesablandığına görə özlərinin də anlaya bilmədiyi bir yazılı kağız veriblər mənə.
2022-ci ildən bu günə kimi işim qalıb məhkəmələrdə. Sumqayıt İnzibati Məhkəməsinə mütaciət elədim Nazirliyin xeyrinə qərar çıxardı. Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət elədim, o da həmin qərarı qüvvədə saxladı. Hansı hüquqşunasa da danışıram, deyirlər qərar düzgün deyil, Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən iş sənin xeyrinə həll olunmalıdır.
İndi də Azərbaycan Respublikası Ali məhkəməsinə müraciət eləmişəm. Hələ bir xəbər yoxdur.
Xahiş edirəm mənə dəymiş maddi və mənəvi ziyan ödənilsin. Öz səhvləri ucbatından mən əziyyət çəkməli deyiləm ki?!"

Jalə FAMİLQIZI

Redaksiyadan:Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” un yerli bürosu məlumat verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb.

2004-cü il təvəllüdlü Elgün Mahmudov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən piyadanı vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
 

Ardını oxu...
Azərbaycanlılar “söz vermək” dəyərinə sahib olsalar da, bəzən verilən vədlə kifayətlənməyib behləşirlər. Yəni hər hansı əşya, ev, avtomobil, məişət əşyası alarkən onun pulunun bir hissəsini əvvəlcədən ödəməklə həmin əşyaya sahiblənəcəklərini sığortalayırlar.

Beh təkcə alqı-satqı zamanı yox, müxtəlif işlər üçün də bağlanan müqavilənin təminatıdır. Belə ki, əgər müəyyən tarixdə bir məkanda ad günü, toy-nişan və ya digər əlamətdar məclis keçirəcəksənsə, həmin tarix üçün ödəyəcəyin pulun bir hissəsini qarşı tərəfə beh şəklində ödəyirsən.

Lakin sövdələşmə baş tutmayanda “beh”in qaytarılması məsələsi ətrafında xeyli mübahisə yaranır. Müştəri əvvəlcədən beh verir, amma satıcı və ya elə müştərinin üzündən sövdələşmə pozulur. Belə hallarda behin kimdə qalması sual doğurur.

Bəs bu hansı qaydayla, necə tənzimlənir?

Mövzu barədə Bizim.Media-ya danışan vəkil Əsabəli Mustafayev deyib ki, bəzi məqamlarda beh ikiqat məbləğdə qaytarılmalıdır:
“İlk növbədə behlə avansın fərqini bilmək lazımdır. Avans o deməkdir ki, nəyisə alır, hansısa işi gördürürsənsə, həmin məbləğin bir hissəsini əvvəlcədən ödəyirsən. Əgər sonradan müqavilə pozulur, niyyət alınmırsa, onda avans alan pulu geri qaytarır.

Behsə fərqlidir. Beh müqavilənin icrasına təminatdır. Hansısa işi gördürmək istəyən, mal alan beh verir və sonradan niyyət beh verən şəxsin üzündən alınmayanda qaytarılır. Əgər alıcı satıcıya beh verirsə, alıcı üzündən iş alınmırsa, beh qaytarılmır, əgər satıcının üzündən baş verirsə, onda ikiqat qaytarılır. Restoranda hansısa məclis üçün yer tutanda əgər beh vermisinizsə və beh verən tərəfin günahından məclis baş tutmursa, beh geri qaytarılmayacaq. Əgər restoranın günahıdrsa, ikiqat qaytarılmalıdır”.

Hüquqşünas qeyd edib ki, sonradan restoran və ya beh alan tərəf beh yox, avans almışdım deyib, behi qaytarmaqdan imtina etməsin deyə, bu məsələləri heç olmasa öz aralarında sənədləşdirmək lazımdır.

O, çıxarışı olmayan, rəsmi şəkildə alqı-satqısı aparılmayan mənzillərdə beh məsələsinin həll olunmasına münasibət bildirib:

“Çıxarışsız evin rəsmi alqı-satqısı mümkün deyil. O ancaq tərəflər arasında şifahi, ya da kağız üzərində özlərinin əlyazması ilə hansısa bir müqavilə ilə baş tuta bilər. Məsələhət görürük ki, sənədi olmayan ev və torpaq alanda heç olmasa gələcəkdə pulun batmaması üçün kağız üzərində də olsa, öz aralarında müqavilə bağlasınlar.

Rəsmi çıxarışı olan ev alqı-satqısı ancaq notariusda həyata keçirilir və o pul da əldən-ələ verilmir, ona görə orada mübahisə yaranmır. Sənədli evə beh verilməsi təcrübədə az baş verir, əgər beh verirsə, bunu müəyyən miqdarda rəsmiləşdirmək lazımdır. Yaxşı olar ki, notariusda beh müqaviləsi bağlanıb, təsdiqlənsin. Notariusda mümkün deyilsə, öz aralarında qəbz yazmaqla rəsmiləşdirilsin”.
 
 
 

Ardını oxu...
  

Son illər Bakıda tıxac problemi və nəqliyyat infrastrukturunda mövcud çatışmazlıqlar mövcuddur. Bu səbəbdən də, paytaxt sakinləri və əhali əziyyət çəkir.

BAKU.WS xəbər verir ki, paytaxt nəqliyyatındakı problemlərin həlli üçün Bakıdakı nəqliyyat infrastrukturunda yaxın gələcəkdə yeniliklər tətbiq ediləcək.

Tətbiq ediləcək yeniliklər Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev tərəfindən təqdim edilib.

Qeyd edək ki, şəhərdə hazırda 2100 avtobus fəaliyyət göstərir. Bu rəqəmin 2500-2800 arasında olması tələb olunur. Yaxın zamanda 160 elektrikli avtobusun gətirilməsi planlaşdırılır. Avtobusların sayının artırılması və müasirləşməsi həm sərnilinlərin gündəlik həyatında mühüm rol oynayacaq. Həm də, ekoloji baxımdan havanın çirklənməsinin qarşısını az da olsa almış olacaq.

Bundan əlavə, paytaxtın müxtəlif ərazilərində ictimai nəqliyyatın sürətini artırmaq və avtobusların qrafikdən çıxmasının qarşısını almaq üçün yeni avtobus xolaqları çəkilişi davam edir. Bu istiqamətdə Bakı şəhərinin Zərifə Əliyeva küçəsində yeni avtobus zolağının çəkiləcəyi bildirilib. Bu layihənin artıq hazır olduğu və avtobusların bu zolaq vasitəsilə bir saat ərzində 8000 sərnişin daşıması gözlənilir.

Eyni zamanda, "Gənclik" metrostansiyasının yanında üç yeni taksi duracağı yaradılacaq. Rzayev, duracaqların nəzərdə tutulduğu yerlərdə işlərin artıq başladığını açıqlayıb.

Bununla yanaşı, su taksisi layihəsinin effektiv olmadığı bildirilib. Rzayev, su taksisinə çəkilən xərclərin avtobus alımına nisbətən daha yüksək olduğunu vurğulayıb. Bu səbəbdən su taksisi ideyasının həyata keçirilməsinin mümkün olmadığını qeyd edib.

Bu yeniliklər, Bakıdakı nəqliyyat sisteminin inkişafını və sərnişin mobilliyinin artırılmasını hədəfləyir. Şəhərin nəqliyyat infrastrukturunda gözlənilən dəyişikliklər, sakinlərin rahatlığını təmin etmək məqsədini güdür.

 
 
 
Ardını oxu...
“Bakıda qaydalara riayət etməyən beş mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb”.

Tribunainfo.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev yol hərəkətinin təşkili istiqamətində yeni layihə ilə bağlı keçirilən ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, sərnişinlər taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları vasitəsilə müraciət edə bilərlər.

Bundan əlavə, A.Rzayev qeyd edib ki, Bakının bir sıra küçə və prospektlərində 130-dan çox taksi duracağı mövcuddur. Lakin onların əksəriyyəti cəlbetmə məntəqələrində təşkil edilmədiyindən bəzən nəqliyyatın hərəkətinə maneə yaradır: “Buna görə də hazırda məsələyə kompleks yanaşma tətbiq olunur. Nəqliyyatın hərəkətinə maneə yaradan məntəqələrin ləğv edilməsi və yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Hazırda digər istiqamətlər üzrə də taksi duracaqlarının təşkili ilə bağlı müvafiq təhlillər aparılır”.
 
Ardını oxu...
“Türk Hava Yolları”na məxsus Seatle-İstanbul reysinin kapitan pilotu uçuş zamanı vəfat edib.

59 yaşlı pilot İlçehin Pehlivanın uçuş zamanı huşunu itirdiyi bildirilib.

Təyyarədə kapitan pilota edilən müdaxilə nəticəsiz qaldıqdan sonra heyət təcili eniş etmək qərarına gəlsə də, İ.Pehlivan enişə qədər vəfat edib.

“Türk Hava Yolları”ndan verilən açıqlamada təyyarənin Nyu-Yorka eniş etdiyi bildirilib.
TRT Haber






 
 
 
Ardını oxu...
Oktyabrın 9-da saat 21:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, “Toyota” markalı avtomobil yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü Cavid İsmayılzadə hadisə yerində vəfat edib.

Qeyd edək ki, məzuniyyətdə olan C.İsmayılzadə polis zabitidir.

Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
UNEC 1 ildən artıqdır ki Dərbənd filialının məzunların diplomlarını vermir. Dia-az.Media olaraq bu barədə dəfələrlə tələbə gileylərini təqdim etmişik. Qeyd edək ki, diplomların verilməməsi məzunlar çıxılmaz vəziyyətə salır ki, onlar universitetdən sonrakı həyatlarının qurulmasında problemlər yaşayırlar.

Bununla bağlı Dia-az.Media-ya danışan tələbələrin sözlərinə görə, UNEC-in Dərbənd filialına belə ögey münasibət səbəbsiz deyil: "Deyilənə görə rektorla yəni Ədalət Muradovla Elm və Təhsil naziri Emin Əmrullayevin arasında olan konflikt var və bu da diplomların verilməməsində səbəbdir..."

"Bu problemin məzunlara tələbələrə nə aidiyyatı var ki?" deyə məzunlar etiraz edirlər.

Dia-az.Media xatırladır ki, eyni filialı bitirən keçən il, yəni 2023 və bu il 2024-cü ildə bitirən məzunlarının hələ də diplomları verilməyib.

"Bu gün-sabah..." deyə-deyə artıq 1ildən artıqdır ki yola verirlər məzunları…

Məzunlar daha sonra bildirir: "UNEC-ə müraciət etdikdə ki, diplomlar niyə verilmir, səbəbin isə deyirlər ki, Təhsil Nazirliyinə müraciət edin Diplom məsələsi onların problemidir. Onlar bizə diplom göndərsinlər ki biz də imzalayaq sizə təqdim edək. Təhsil nazirliyinə müraciət edirik, qəbulda iştirak etdik deyirlər, universitetlə əlaqə saxlayın. Bu bizim universitetlə öz aramızda olan problemdir. Təhsil nazirliyi bununla bağlı heç bir mətbuata açıqlama vermir. Rektorun qəbuluna yazılmaq istəyəndə Ədalət Muradov məzunları qəbul etmir. Açıq özbaşnalıqdır, dəqiq məlumat verən yoxdur..."

Məsələ diqqətimizdədir.
 
Ardını oxu...
Artıq neçə ildir “Tərtər işi” məfhumu ölkənin ictimai-siyasi həyatına daxil olub. Bu mövzu vaxtaşırı gündəmə gəlir. Prezident İlham Əliyev məsələni şəxsi nəzarətinə götürdükdən və hüquq mühafizə orqanlarını müvafiq göstəriş verdikdən sonra məsələ yenidən araşdırıldı. Xeyli sayda ittiham olunan şəxs bəraət aldı, neçə adam həbsdən azadlığa çıxdı. Keçirilən məhkəmədə ədalətli qərarlar verildi.

Son günlər məsələ yenidən aktuallaşıb. General Mayis Bərxudarovun korpus komandiri vəzifəsindən azad edilməsindən sonra belə iddialar dolaşır ki, o və digər generallar işdən “Tərtər işi”nə görə uzaqlaşdırılıb.

Məhkəmə prosesində Mayis Bərxudarovun, Hikmət Həsənovun və digər yüksək rütbəli zabitlərin adları işgəncə faktlarında hallanıb. Deyilir ki, bu məsələ gündəmdə olduğu üçün işgəncələrdə adları keçən hərbçilər zaman-zaman tutduqları vəzifələrdə çıxarılır.

Xatırladaq ki, “Tərtər işi”nə Milli Məclisin iclaslarında da toxunulub. Globalinfo.az həmin vaxt mövzu ilə bağlı təhlil məqalə dərc etmişdi. MM-in komitə sədri Zahid Orucun bu mövzuda çıxışı böyük rezonans doğurmuşdu. Z.Oruc “Tərtər işi”ndə adları keçən məmurları, generalları sərt dildə tənqid etmişdi, onları Prezident İlham Əliyevdən, xalqdan və işgəncə qurbanlarının ailələrindən üzr istəməyə çağırmışdı.

Zahid Oruc həmin çıxışda daha çox hərbi prokuror Xanlar Vəliyevi və keçmiş baş prokuror Zakir Qaralovu ittiham etmişdi.

Deputatın çıxışından sitat: “Hərbi prokuror 5 il işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırıb, sonda isə bəlli olub ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, Ordumuzdan və qurbanlardan üzr istəməlidir”.

Xanlar Vəliyev bu ittihamlara sərt reaksiya vermişdi. Hərbi prokurorun dediklərindən sitat:

“Bu barədə kimlər danışırsa, hansı deputatlar məni ittiham edirsə, onlardan soruşun, heç nədən xəbəri olmadan, başı bir şeydən çıxmadığı halda niyə danışır?

Mənim dediklərimi təhrif edirlər. Mən “Tərtər işi”ni “nağıl” adlandırmamışam. Mən nağıl onu demişəm ki, mənə suallar verirdilər ki, hərbi prokurorluq əməkdaşları hərbçiləri döyürlər, incidirlər, işgəncə verirlər, mən bunu nağıl adlandırmışam. Heç kəs deyə bilməz ki, hərbi prokurorluq əməkdaşları mənə təzyiq edib, döyüblər. Heç prokurorluq əməkdaşları kimisə təhqir də etməyiblər. Bu ola da bilməz.”

Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, “Tərtər cinayəti” Azərbaycanın hərb tarixinə düşmüş ən qara ləkədir.

O, belə bir işgəncənin tarixdə görülmədiyini bildirib:

“Tarixdə belə bir şey olmayıb ki, sənin öz generalların, zabitlərin elə öz hərbçilərini amansız şəkildə təhqir etsin, vəhşicəsinə döyüb-öldürsün. Bunları isə etməkdə səbəb odur ki, həmin əsgərlər 2016-cı ildə gedən Aprel döyüşlərində Azərbaycanın uğuruna imza atıblar. Bu baxımdan “Tərtər cinayətində” iştirak edən hər kəsin cəzası çox ağır olmalıdır. Zahid Oruc deyir ki, üzr istəsin və s. Bununla “Tərtər cinayətinin” qisası alına, əvəzi ödənə bilməz. “Tərtər işi”ndə iştirak edənlər Azərbaycanın ən ağır cinayət maddəsi ilə ittiham olunmalıdırlar. Çünki burada faktiki olaraq dövlətə xəyanət var. O cinayətin məqsədi ermənilərə qarşı uğur qazanan Azərbaycan oğullarından qisas almaq idi”.

H.Oğuz deyib ki, təkcə M.Bərxudarovla məsələ bitmir:

“Burada təkcə Mayis Bərxudarovun və ya onun kimi bir neçə generalın cəzalandırılması azdır. Ora rəhbərlik edən, onun istintaqını aparan hər kəs, o cümlədən Xanlar Vəliyev, Zakir Qaralov da cinayət məsuliyyətinə cəlb olunmalıdır. Həmçinin, Azərbaycanın o dövrdə Baş Qərargah rəisi olan Nəcməddin Sadıkov da cinayət məsuliyyətinə cəlb olunmalı və ən ağır cəzaya layiq görülməlidir. Məsələ orada təkcə hansısa bir əməliyyatın qisasını almaqdan getmir. Orada həm də Azərbaycan insanının, xalqının mənən çökdürülməsinə hədəflənmiş bir cinayət hadisəsi var. Bilirsiniz, dünyada bir neçə hərb dövləti var ki, onlardan biri də türklərdir. Hərb dövlətindən, ordusundan bu cür qisas almaq, aşağılamaq onu tamamilə məhv etmək deməkdir”.

Siyasi şərhçinin fikrincə, bir tək ermənilər əsir düşmüş insanlarımıza o cür davranmış olar:

“Bu da o deməkdir ki, atılan addımlar səni mənən yox etmək, sındırmaq, kölə etmək, millət kimi tarixdən silməyə hesablanmışdı. Həqiqətən də orduda millətin başına bu cür oyun gətiriləndə belə nəticələr əldə etmək olar. Məsələn, vikinqlər var idi, amma bu gün yoxdular. Niyə? Çünki tarixin keşməkeşlərindən süzülə-süzülə gəlib, bu günlərə çıxa bilməyiblər. Amma Azərbaycan xalqı, türk milləti gəlib çıxa bilib. Türk millətini bu şəkildə alçaltmaq, təhqir etmək o deməkdir ki, bizi sabah tarixdən silmək istəyirdilər. Ona görə də bunun cəzası çox ağır olmalıdır”.

H.Oğuzun sözlərinə görə, bu, təkcə Azərbaycan xalqının yox, həm də Türk dünyasına təhqirdir və bunun qisası onlardan alınmalıdır:

“Burada məqsəd bizi bir türk xalqı kimi tamamilə məhv etmək, köləliyə alışdırmaq idi. Bunun da arxasında təbii ki, imperialist qüvvələr, böyük ehtimalla rus imperializmi dayanırdı. Fikrimcə, bu, Vətənə xəyanətdir. Ona görə də adıçəkilən şəxslər “Vətənə xəyanət” maddəsi ilə həbs olunmalı və ən ağır cəzaya layiq görülməlidirlər”.
 
Ardını oxu...
Lənkəranda 31 yaşlı kişi iş yerində ölüb.

Bizim.Media xəbər verir ki, hadisə Lənkəran rayonunun Bəlləbur kəndində baş verib.

Belə ki, kənd sakini 31 yaşlı Elgün Rza oğlu Rzazadə işlədiyi sexdə yıxılıb. O, dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Mərhum Vətən müharibəsi iştirakçısı olub və Şuşa döyüşlərində iştirak edib.

Faktla bağlı araşdırma aparılır.
 

Dünyapress TV

Xəbər lenti