Azərbaycanda yüksək vəzifədə işləyən 70 yaş və yuxarı ən yaşlı İcra başçılarının siyahısı:
1) Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadə - 77 yaş 2) Şuşa şəhərinin icra başçısı Bayram Səfərov - 73 yaş 3) Qobustan rayonunun icra başçısı Adil Məmmədov – 72 yaş 4) Xocalı rayonunun icra başçısı Şahmar Usubov – 71 yaş 5) Qubadlı rayonunun icra başçısı Malik İsaqov - 71 yaş 6) Ağcabədi rayonunun icra başçısı Rafil Hüseynov - 71 yaş 7) Siyəzən rayonunun icra başçısı Novruz Novruzov - 70 yaş 8) Füzuli rayonunun icra başçısı Alı Alıyev - 70 yaş 9) Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov - 70 yaş
Azərbaycanda yüksək vəzifədə işləyən 70 yaş və yuxarı ən yaşlı məmurların siyahısı:
1) Baş nazirin müavini Yaqub Eyyubov - 79 yaş 2) Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov - 78 yaş 3) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova - 75 yaş 4) Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev - 75 yaş 5) Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov - 75 yaş 6)BDYPİ-nin rəisi general-mayor Ramiz Zeynalov - 73 yaş 7)Fövqaladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə - 72 yaş 8) İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov - 72 yaş 9) Elm və təhsil nazirinin müavini Firudin Qurbanov - 72 yaş 10) DİM-in sədri Məleykə Abbaszadə - 71 yaş TEREF
“Mətanət – A” şirkəti vətəndaşa qarşı alqı-satqı müqaviləsi ilə bağlı iddia qaldırıb. Tribunainfo.az məlumat verir ki, Bakı Kommersiya Məhkəməsində Yusif Allahverdiyev barəsində işə baxılıb. Prosesə hakim Günay Həşimova sədrlik edib.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
"Bizanslıların bazarının yerləşdiyi Zərkənddə Rumbasar yolu" adlı bugünkü buraxılış Göyçə mahalının Basarkeçər (Vardenis) rayonu ərazisində yerləşən Zərkəndin tarixi, irsi, abidələri və mədəni nümumələri araşdırılıb.
Bildirilib ki, kəndin yaranma tarixi XV əsrin sonuna (1480), XVI əsrin əvvəlinə (1510) təsadüf edir. Kəndin ilk adı 1890-1892-ci illərə qədər Qamışlı bulağın adı ilə bağlıdır.
Süjetdə Qədim Kalafalar kəndinin yerində 1480-ci ildə salınmış Zərkəndin adı ilə bağlı əhvalata toxunulur: "Kəndin bir qrup ağsaqqalları qonşu Qızılvəng kəndinə qız elçiliyinə gedirlər. Elçilik zamanı, ağsaqqallardan biri elçi adamlarına bildirdi ki, bura Qızılvəngdir. Bu kəndə qız almağa gələn elçilərin qızılı gərək bol olsun. Elçi adamlarından biri tez cavab verərək bildirib ki, zər bizdə zibil kimidir. Elçilik vaxtı baş verən əhvalat mahalda bütün kəndlərə yayılır. Hadisə ilə əlaqədar kəndin adı Qamışlı bulaqla bərabər Zərzibil adlandırılmağa başlanıb. Kəndin ikinci adı 1890-1892-ci illərdən 1935-ci ilin yanvarın 3-nə qədər Zərzibil olub. Kəndin üçüncü adı olan Zərkənd sözünün mənası "Zər" "Qızıl" "Kənd" isə "Oba" və yaxud da "El" mənasını bildirir. 1935-ci ilin yanvarın 3-dən 1988-ci ilin dekabrına qədər Zərkənd olub".
Qeyd olunur ki, kənddə 1831-ci ildən 1988-ci ilədək azərbaycanlılar yaşayıb. Kənd rayon mərkəzi Basarkeçərdən 17 kilometr məsafədə yerləşir. 1935-ci il yanvarın 3-də kəndin adı Zərkənd, 1991-ci il aprelin 19-da isə kəndin adı Kut qoyulub.
Süjetdə 1800 il əvvəl şaxta üsulu ilə çıxarılan qızılın fılizdən təmizlənib emal olunduğuna, bizanslıların bazarının yerləşdiyi Zərkənddə Rumbasar yoluna, Qoros türk tayfalarının məskunlaşdığı qədim yaşayış yerinin qalıqlarına aydınlıq gətirilir.
Ümumiyyətlə, "İrsimiz" layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
İnsanlıq nə zaman vəhşiliyə çevrildi? Ailə Məcəlləsinə mütləq dəyişiklik edilməlidir... TEREF yazır ki, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə öz sosial şəbəkə səhifəsində yazıb. Kəmalə xanım daha sonra yazır: Rəsmi məlumat: "Göygöl şəhərində müvəqqəti yaşayan, Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Kərimova Kəmalə Azər qızı, polisə müraciət edərək, azyaşlı övladı, 2022-ci il təvəllüdlü Kərimov Turqut Ehtiram oğlunu qeyri-rəsmi yaşadığı, Ağcabədi şəhər sakini, 1998-ci il təvəllüdlü Qasımov Şirin İlqar oğlu spirtli içki təsiri altında döyərək xəsarət yetirdiyini bildirmişdir. Azyaşlıya Göygöl Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilmiş və Gəncə şəhər Uşaq cərrahiyə şöbəsinə göndərilmişdir. Faktla bağlı Göygöl Rayon Polis şöbəsində cinayət işi başlanılıb, hadisəni törədən şəxs həbs olunub." TEREF
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dən 2025-ci il yanvarın 1-nə qədər uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Karantin rejiminin olması isə quru sərhədlərinin bağlı qalması deməkdir.
Bizim xarici ölkələrdə təhsil olan minlərlə tələbəmizin olduğunu nəzərə alsaq, quru yollar müəyyən şərtlər daxilində onlar üçün açıla bilərmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, xaricdə təhsil alan tələbələr üçün bütövlükdə təyyarə biletlərində güzəştlər edilməsi daha məqsədəuyğundur.
Onun sözlərinə görə, bir sıra şirkətlərdə tələbə vətəndaşlara güzəştlərin tətbiq edilməsi praktikası var ki, Azərbaycanda da Azərbaycan Hava Yolları tərəfindən tələbə güzəştlərinin tətbiqi həyata keçirilməsi daha uyğun olardı:
“Bu, nəticə etibarilə tələbələrimizin daha ucuz qiymətə bilet alması və həmin bilet vasitəsilə təhsillə bağlı səfərlər etməsinə imkan yarada bilər. Bununla bağlı hətta bəzi şirkətlərdə limitlər müəyyənləşir. Məsələn, il ərzində iki dəfə ikitərəfli, yəni 4 biletin alınması zamanı güzəştlər tətbiq olunur. Belə güzəştlərin tətbiqi daha məqsədəuyğun olardı”.
Deputat Fazil Mustafa isə bildirib ki, bu məsələ ilə bağlı dəfələrlə məsələ qaldırılıb. Dediyinə görə, sərhədlər bağlı olduğu təqdirdə müəyyən həssas kateqoriyada olan şəxslərə, xüsusilə də tələbələrə və xəstələrə bu güzəştləri etmək yerində olar:
“Əgər bir insan xəstədirsə, rəsmi xəstəliklə bağlı kağız verilibsə və onun müalicəsi xaricdə davam etməlidirsə, o şəxslərə bu güzəşti etməlidirlər”.
Bu məsələyə bir daha baxılacağına ümid etdiyini deyən həmsöhbətimiz nəzərə çatdırıb ki, bununla da tələbələrin tələbə bileti ilə rahatlıqla gəlib-getməsi təmin olunacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) balansında olan "Bakı 4 №-Li Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus asfalt zavodun çirkab suları Böyükşor gölünə axıdılır.
TEREF xəbər verir ki, bu barədə Azfakt.com saytı məlumat yayıb.
Məlumata görə Nərimanov rayonu, Dərnəgül qəsəbəsi ərazisində yerləşən "Bakı 4 №-Li Yol İstismarı" MMC-yə məxsus asvalt zavod işləyəndə havaya qatı və kəskin qoxulu tüstü buraxır. Ərazidə yaşayan sakinlər bildirirlər ki, çox vaxt gecələr işləyən zavodun tüstüsü evlərin içinə qədər gəlib çatır. Bundan başqa zavodda formalaşan çirkab sular yenə də gizli şəkildə Böyük Şor gölünə axıdılır.
"Bakı 4 №-Li Yol İstismarı" MMC rəhbəri Fazil Musayevdir.
Fazil Musayevə bir neçə dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xəbərdarlıq və cərimə tətbiq edilib.
Qeyd edək ki, "Bakı 4 №-Li Yol İstismarı" MMC rəhbəri Fazil Musayev AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovun yaxınlığı ilə tanınır.
Məsələ ilə bağlı qarşı tərəfdən mövqe öyrənə bilmədik.
Mərkəzi Bankın keçmiş sədri, Baş nazirin müşaviri Elman Rüstəmov Qax rayonundakı əmlaklarını da satışa çıxarıb.
Bu barədə adıçəkilən rayondan daxil olan məlumatda bildirilir. Qeyd olunur ki, keçmiş baş bankirə məxsus iri torpaq sahələri, villalar, obyektlər satışa qoyulub.
Xatırladaq ki, Qax, Zaqatala rayonları uzun illər Elman Rüstəmovun qudası, “Su Təsərrüfatı ASC”-nin keçmiş rəhbəri Əhməd Əhmədzadənin ailəsinin nəzarətində olub. Onun qardaşı Mübariz Əhəmdzadə bu rayonlarda icra başçısı vəzifəsini tutub. Nəticədə bölgənin iri torpaq sahələri, gəlirli ticarət obyektləri onların nəzarətinə keçib. Görünür, E.Rüstəmov da qudaları vasitəsi ilə Qax rayonundan milyonluq mülklərin sahibi olub.
Keçmiş bankirin əmlakını satışa çıxarması yeni xəbər deyil, o, digər sahələrdəki investisiyalarına da “əl gəzdirir”.
Bir neçə gün əvvəl dərc oluna məlumatda Elman Rüstəmovun biznes imperiyasının tərkib hissəsi kimi təqdim edilən “Səba” ASC-də ciddi maliyyə problemləri yarandığı bildirilirdi.
Qeyd olunur ki, sirkətin səhmdarlarının oktyabrın 28- i tarixinə təyin edilmiş növbədənkənar ümumi yığıncağının gündəliyinə ASC-nin aktivlərinin bir hissəsinin satılması məsələsi salınıb. Belə ki, İdarə Heyəti qərarında yığıncağın gündəliyinə törəmə şirkətlərdəki “Səba” ASC-yə məxsus payların satılması da daxil edilib.
Xatırladaq ki, “Səba”nın aktivləri Hidayət Quliyev (37,5%), Natiq Quliyev (37,5%) və Azərbaycan İnvestisiya Holdinqinə (25%) məxsusdur. Onların Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun xalası oğlanları olduğu bildirilir.
“Bank Respublika” ASC-nin əsas səhmdarlarından olan Natiq Quliyevin qardaşları Elçin və Namiq Quliyevlə birlikdə Elman Rüstəmovun Azərbaycanda ayrı-ayrı bölgələrdə müxtəlif sahələrə aid biznesini idarə etdikləri bildirilir. Bura Rüstəmova aid bəzi bank və şirkətlərlə yanaşı, maşın salonları, restoranlar, şadlıq evləri, quşçuluq təsərrüfatı və sair daxildir. /azpolitika.info
Biləcəri dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə qalxan yolda çəkilən avtobus zolağı sürücülərin ciddi narazılığına səbəb olub.
TEREF oxu.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdə sürücülər bu zolağın onların görünüş dairəsində olmadığını və kəsişən küçədən zolağa girən avtomobillərin cərimələnməli olduğunu bildirirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Biləcəri dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksi və əks istiqamətdə avtobus zolaqları bir neçə il əvvəl təşkil olunub.
"Sürücülərin məlumatlandırılması üçün avtobus zolağının başlanğıcında 5.9 "Marşrut nəqliyyat vasitələri üçün zolaq" və 7.5.4 qüvvədə olma vaxtı yol nişanları quraşdırılıb", - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, Bakı şəhərində yeni avtobus zolaqları şəbəkəsinin tətbiqi çərçivəsində AYNA tərəfindən 26 küçə və prospektdə uzunluğu 77 km-dən çox olan xüsusi hərəkət zolağı təşkil edilib.
Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək. Növbəti mərhələdə 106 kilometrlik avtobus zolağı şəbəkəsinin təşkil edilməsi də nəzərdə tutulub.