Bu maşının alıcıları onu sata bilməyəcəklər - FOTO
Yeni "Ford Mustang GTD" avtomobilinin ilk sahibləri onu iki il ərzində yenidən satışa çıxara bilməyəcəklər.
TEREF oxu.az-a istinadən xəbər verir ki, ən sürətli və güclü müasir "Mustang"ın alıcıları əlavə razılaşma imzalamağa məcbur edilirlər. Bu, idman maşınlarının həqiqi həvəskarlara, yoxsa spekulyantlara çatmasını təmin etmək üçün edilir.

Əvvəllər "Ford" eyni sxemlə 2022-ci ildə istehsaldan çıxarılan kiçikseriyalı orta mühərrikli GT kupesini satıb.
Qeyd edək ki, "Ford Mustang GTD" keçən ilin yayında təqdim edilib və ümumi istifadə yolları üçün icazəyə malikdir, lakin mahiyyətcə o yarış maşınıdır və qismən "Mustang GT3" texnologiyalarına əsaslanır.

Avtomobilin karbon lifindən hazırlanmış gövdə panelləri və aerodinamik elementləri, geniş tənzimləmə imkanları olan tamamilə fərqli adaptiv asqı sistemi və 5,2 litrlik 826 at gücündə mexaniki kompressorlu V8 mühərriki var.

Keçən il bu "Mustang" Nürburqrinq trasında bir dövrəni 6 dəqiqə 57,685 saniyəyə qət edərək ABŞ-nin seriyalı maşınları üçün ən yaxşı nəticəni göstərib.

ABŞ-də yeni "Mustang GTD"nin baza qiyməti 300 min dollardan yuxarıdır.
 

Bölmənin digər xəbərləri

18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar
17 Aprel 2025 “Sədərək” ticarət mərkəzi su altında qaldı – VİDEO
17 Aprel 2025 ”Bakıxanov Residence”də evləri yağış damır -VİDEO
16 Aprel 2025 Bakıda taksilərin qiyməti qalxdı: 60 manat
16 Aprel 2025 DTX işə qarışdı, nazir işdən çıxarılır: həbs oluna bilər - TƏFƏRRÜAT
16 Aprel 2025 “Köməkçiləri, katibələri, ailəsi-uşağı üçün maşın alırlar” - REAKSİYA
15 Aprel 2025 Teleqramda kütləvi bloklanma
15 Aprel 2025 Həbs edilən sabiq məmurun şok əməlləri - 6,5 milyonluq fırıldaq
14 Aprel 2025 MKİ UNO ilə bağlı sənədin məxfiliyini ləğv edib – sovet əsgərləri “uçan boşqab” vurubmuş
14 Aprel 2025 "Mənə maşın hədiyyə edilməyib, yalan söhbətdir"
14 Aprel 2025 Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı xəbərdarlıq

Dünyapress TV

Xəbər lenti