Ardını oxu...
İranın oğurlanmış nefti Yunanıstanda geri alınır.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Yunanıstandakı səfirliyi məlumat yayıb.

“Oğurlanmış İran neftinin Yunanıstan sularında “Lana” gəmisinə daşınması davam edir və gəmi tezliklə tam neft yükü ilə ölkəmizə yola düşəcək”, - deyə məlumatda bildirilib.
 
 
 
Ardını oxu...
Ermənistan parlamentinin keçmiş deputatı, müdafiə nazirinin keçmiş müavini general Seyran Saroyan ölüb.

Seyran Saroyan 90-cı illərdə Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. 1993-2007-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin alayın, briqadanın, 2-ci ordu korpusunun, sonra isə 4-cü korpusun komandiri olub.

Qeyd edək ki, erməni generalı Seyran Saroyan Qarabağda müharibə zamanı azərbaycanlı hərbi əsirlərə və dinc əhaliyə qarşı xüsusi amansızlığı ilə seçilib.
 
Ardını oxu...
Avqustun 12-də Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci ilin ikinci yarımilliyi üzrə maliyyə yardımı göstərilən onlayn media subyektlərinin rəhbərləri ilə görüşüb.
Əhməd İsmayılov bildirib ki, maliyyə yardımının göstərilməsində əsas məqsəd onlayn media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsidir və bu istiqamətdə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün müqavilə üzrə öhdəliklərin tam icra olunması, xüsusilə maliyyə yardımına dair hesabatlılığın vaxtında təmin edilməsi zəruridir.
Onlayn media subyektlərinin rəhbərləri tərəfindən ötən dövr ərzində maliyyə yardımının göstərilməsi nəticəsində bir çox veb-saytların texniki problemlərinin həll edildiyi, yeni rubrikaların yaradıldığı, bəzilərinin tamamilə yeni tərtibata keçdiyi, həmçinin müvafiq media subyektlərində fəaliyyət göstərən jurnalistlərin əmək münasibətlərinin rəsmiləşdirildiyi xüsusilə vurğulanıb.
Görüşdə bəhs olunan məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
 
Ardını oxu...
Boliviyanın El Alto şəhərində keçirilən festivalda 30 yaşlı kişi huşunu itirərək tabutun içində oyanıb.

Viktor Hüqo Mika Alvarez iştirakçıların təbiətə təşəkkür etmək üçün toplaşdığı Yer Ana festivalının açılışında kokteyllər içdiyini bildirib. O, sonradan baş verənləri xatırlamadığını və özünə gələndə qapalı tabutda yatdığını görüb.


“Mənə elə gəlirdi ki, yatağımdayam. Ayağa qalxıb tualetə getmək istəyirdim, amma yerindən tərpənə bilmirdim”, - deyə Alvares xatırlayıb. Həmin anda o, festivalın digər iştirakçılarının Yer Anaya qurban olaraq onu diri-diri basdırdıqlarından şübhələnib.

Alvares tabutun yanında olan şüşə pəncərəni sındıraraq çölə çıxmağı bacarıb. Bundan sonra həmin şəxs polisə müraciət etsə də, asayiş keşikçiləri onun həddən artıq sərxoş olduğu üçün danışdıqlarına inanmayıblar.
Ardını oxu...
Ardını oxu...
Mənbə: lenta.ru
 
 
 
Ardını oxu...
Bakıda və Abşeron yarımadasında avqustun 11-dən 18-dək havanın maksimal temperaturunun 35-37° isti, bəzi yerlərdə 39°-dək yüksələcəyi gözlənilir.

TEREF xəbər verir ki, bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın rayonlarında avqustun 11-dən 18-dək bəzi rayonlarda havanın maksimal temperaturunun 35-39°, bəzi yerlərdə 41-42° isti, dağlarda 25-30°-dək yüksələcəyi gözlənilir.

 
 
 

Ardını oxu...
DİA.AZ: - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Dövlət Gömrük Komitəsində keçirdiyi məlum Generalların həbsi əməliyyatlardan, Səfər Mehdiyevin vəzifəsindən azad edilməsindən sonra əmin idim ki, heç kimin cürəti çatmaz iş adamlarına qanunsuz tələblər irəli sürsünlər. Bu günlərdə də Komitəyə sual ünvanladım ki, əgər ekoloji faktor əsasdırsa, onda necə olur, 2021-ci il istehsalı olan 50 min ABŞ dollarlıq 2.0 litr hibrid-benzin avtomobilin idxal gömrük rüsumu (4 min AZN) tam elektrik avtomobil rüsumundan (12 min AZN) 3 dəfə azdır. DİA.AZ xatırladır ki, dünən bu səs-küylü bəyanatla məşhur vəkil Aslan İsmayılov çıxış etdi.

Səfər Mehdiyevin işdən çıxarılmasından sonra hələ də gömrük sistemində sahibkarlara qarşı süni əngəllər yaradıb əlavə pul yığanlarının qaldığını deyən hüquqşünas bunları vurğulayıb: "Elə həmin gün səhifəmə bir müraciət daxil olub. Komitənin yeni rəhbərliyindən xahiş edirəm məsələyə münasibət bildirsinlər.
"E-gov.az portalı vasitəsilə hər zaman etdiyimiz kimi bütün ödənişləri həyata keçirib yükün yoxlanılmasına görə inspektorun ayrılması üçün müraciət etdik və bizə inspektor ayrıldı. İnspektorla danışan kimi bizə bildirdi ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəhbərliyindən tapşırılıb ki, maşın gəldiyi terminalda açılıb tam boşalmalıdır. Normalda isə qanunvericiliyə əsasən inspektor bizimlə anbarımıza yaxınlaşıb yükə baxış keçirirdi. Yükün İpək Yolu Terminalında tam yoxlanışa boşaldılması isə iş adamına hər yük maşını üçün əlavə 700-800 manat xərc deməkdir. Bu da avtomatik olaraq gətirilən malların qiymətinə təsir edərək süni qiymət artımına gətirib çıxarır. Məsələni araşdırdıqda isə bəlli oldu ki, bu işlərə ödənilən pul heç dövlət büdcəsinə də getmir. Hansısa "Ramal-Trans" adlanan şirkətə ödənilir.

Dünyanın krizisdə batdığı bir dövrdə, daşınma xərclərinin rekord vurduğu bir zamanda iş adamlarından süni maneə yaratmaqla əlavə pul tələb etmələrə son qoyulmalıdır. Mən başa düşə bilmirəm, Gömrük Komitəsində hələ də DTX əməliyyatlarından dərs çıxarmayanlar oturur, yoxsa onlar toxunulmazdır?!"

DİA.AZ xatırladır ki, bu "Ramal-Trans" barəsində yerli KİV-də yetərincə ittihamlar səsləndirilsə də, hər dəfəsində DGK tərəfindən israrla təkzib olunub. İndi isə Səfər Mehdiyev vəzifə başında deyil və DGK-nin qaldırılan problemə sağlam münasibət sərgiləməsi gərəkir.

DİA.AZ xatırladır ki, iki il əvvəl Qanun Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu Gömrük sistemində qarşılaşdığı yersiz problemlə bağlı məsələni ictimailəşdirmişdi.
O, xüsusilə gömrükdəki “Ramal-Trans” adlı broker şirkət üzərindən sahibkarlar üçün qurulmuş tələdən danışmışdı. Bildirmişdi ki, xaricdən kimin yükü gəldisə, aparıb salırlar həmin şirkətin anbarına və yükün həcminə uyğun pul alırlar: “Bizdən bəzən 500-600 manat qopardırdılar. Heç bir sənəd də vermirlər. Bir dəfə gömrüyün sədrinə şikayətlə müraciət etdim, rəsmi cavab gəldi ki, bu, bizlik deyil. Deyən lazım, ay qardaş, əgər, bu sizlik deyilsə, onda adımıza gələn yükü o tələyə niyə salırsız? Malımızı “Ramal-Trans” ərazisinə girmədən deklarasiya edin, çıxıb gedək də”.

Eyni problemi “Əli və Nino” kitab evinin rəhbəri Nigar Köçərli də səsləndirmişdi. Nigar Köçərlinin sözlərinə görə, sahibkarlar “Ramal Trans”a 500-600 civarında pul ödəməlidir. Bu pulun nəyə görə ödənildiyini isə heç kim bilmir: “Qəbzlər də qəribədir. Deyilir ki, guya bu məbləğ yükün boşaldılması üçündür. Amma bizi də məcbur edirlər ki, 200 manat ödəyək. Gömrüyün mətbuat xidməti deyir: “Özünü “Əli və Nino”nun rəhbəri kimi təqdim edən şəxs bilmir ki, Ramal Transın gömrüyə heç bir aidiyyətı yoxdur”. Yoxdur? Onda olar mən onlara daha bir qəpik belə ödəməyim?”.

İndi isə görünəni odur ki, "Ramal-Trans" hələ də iş başındadır. Səfər Mehdiyevin vəzifədən getməsinə rğəmən...

Əlavə bilgilərimiz olacaq. Dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Bakıda məhkumların ölüm səbəbi məlum olub.

Penitensiar Xidmətdən Sitat.info-ya bildirilib ki, ayrı-ayrı vaxtlarda dünyasını dəyişən məhkumlar xərçəng və ürək-damar çatışmazlığından əziyyət çəkiblər.
Məhkumlar uzun müddət xəstəliklə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alıb. Ancaq aparılan tibbi yardımlara baxmayaraq adı çəkilən məhkumların həyatını xilas etmək mümkün olmayıb.

***

Bakıda 5 məhbus həbsdə ölüb.

Sitat.info-nun məlumatına görə, hadisə son günlər Pentensiar Xidmətin Bakıdakı müalicə müəssisəsində qeydə alınıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişlər - Arif Şəmilov, Bəhram Cəfərov, Sabbas Ağacanov, Gülağa İmamverdiyev və Aydın Qulamov dünyasını dəyişiblər.

Onların xəstəlikdən öldüyü bildirilir.
 
Ardını oxu...
Türkiyənin Afyonkarahisar şəhərində mülki təlim təyyarəsi qəzaya uğrayıb.

Bakupost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Afyonkarahisar valiliyi məlumat yayıb.
Bildirilib ki, hava limanı komandanlığına aid “Cessna 172” tipli təlim təyyarəsi axşam saatlarında naməlum səbəbdən Afyon Kocatepe Universitetinin fermasına düşüb.
Təyyarədə olan iki nəfər xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Meşə yanğınları Fransanın cənub-qərbindəki Jironda bölgəsində böyük fəsadlar törədib. Son məlumata görə, alov 6 000 hektardan çox ərazini tamamilə məhv edib.

Meşə yanğınları yaşayış evlərini yararsız hala salıb, minlərlə sakin təxliyə edilib.

Qeyd edək ki, bu il Fransa öz tarixinin ən quraq dövrlərindən birini yaşayır.
 
Ardını oxu...
Konqo Demokratik Respublikasının şərqindəki Şimali Kivu əyalətinin Butembo şəhərindəki həbsxanadan 800-dən çox məhbus qaçıb.

Butembodakı Kakvanqura həbsxanasına “Mai-Mai Kata Katanqa” üsyançı qruplaşması hücum edib.

Hücum zamanı üsyançılar 874 məhbusun saxlandığı həbsxananın gözətçi və kamera qapılarını sındıraraq 800-dən çox məhbusun qaçmasına kömək ediblər.

“Mai-Mai Kata Katanqa” üzvləri ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada 2 polis və 1 üsyançı həyatını itirib.

Təhlükəsizlik qüvvələri şəhərin şimal-şərqinə doğru qaçan məhbusların tutulması üçün əməliyyata başlayıb.

Qeyd edək ki, Gedeon Kyunqu Mutanqanın rəhbərlik etdiyi separatçı “Mai-Mai Kata Katanqa” qrupu ölkənin ən zəngin əyaləti olan Katanqanın müstəqilliyi uğrunda mübarizə aparır. Qafqazinfo.az
 

Dünyapress TV

Xəbər lenti